Məhkəmə qərarları › İş №2-2(102)-618/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-618/2024

11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-618/2024 11.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Müqavilə üzrə yaranmış öhdəliklərin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçı "xxxx" şirkətinin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 iyul tarixli 2-2(103)577/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2022-ci il 27 may tarixli 01/ASG nömrəli satıcı Cavabdeh MMC ilə alıcı "xxxx" MMC arasında bağlanmış müqavilənin 1.1-ci bəndinin tələbinə görə, satıcı velosiped məhsullarını və velosiped məhsulları üçün ehtiyat hissələrini satır, alıcı isə hazırkı müqavilənin ayrılmaz hissəsi olan spesifikasiyalara müvafiq olan miqdarda və çeşiddə malı ödəyir və təhvil alır. Müqavilənin 2.1-ci bəndinə əsasən, mallar “CİP-Moskva” şərtinə uyğun olaraq çatdırılmasını həyata keçirməlidir.

2. Müqavilənin 3.1-ci bəndinə əsasən, malların çatdırılma müddəti ödəniş edildiyi gündən 15-21 təqvim günü müəyyən edilmişdir. Müqavilənin 4.2 və 5.1-ci bəndlərinə əsasən, alıcı ödənişləri müvafiq invoysa uyğun olaraq 100 % qabaqcadan ödəniş qaydasında həyata keçirməlidir. Müqavilənin 5.2-ci bəndinə əsasən, m alların çatdırılması üçün müəyyən olunmuş müddət ərzində mallar çatdırılmadığı təqdirdə satıcı ödənilmiş məbləği 15 gün ərzində geri qaytarmalıdır.

3. Satıcı Cavabdeh MMC 2022-ci il 7 iyun, 2022-ci il 5 iyul, 2022-ci il 2 avqust və 2022-ci il 30 avqust tarixlərində müvafiq olaraq 156.172 avro, 134.637,70 avro, 384.832,27 avro və 944.783,27 avro olmaqla cəmi 1.620.425,69 avro məbləğində invoyslar təqdim etmiş, alıcı "xxxx" MMC isə 2022-ci ilin iyun-oktyabr aylarında 506.766,16 avro məbləğində vəsaiti satıcı Cavabdeh MMC-yə köçürmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 4. "xxxx" şirkəti (bundan sonra – “iddiaçı”) 2023-cü il 18 sentyabr tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən (bundan sonra – “cavabdeh”) ümumilikdə 176.556,39 av ro məbləğində borcun, 5.100 manat məbləğində hüquqşünas xərcinin və 410 manat məbləğində mediasiya xərcinin və 208 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia ərizəsi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, cavabdeh müqavilə üzrə əmələ gəlmiş öhdəliklərini yerinə yetirməyərək iddiaçı tərəfindən ödənilmiş ümumi dəyəri 176.556,39 avro olan malları təhvil verməmiş və həmin məbləği iddiaçıya geri qaytarmamışdır. İddiaçı tərəfindən ödənişlərin həyata keçirilməsi müqaviləyə dair maliyyə arayışı və ödəniş tapşırıqlarına əsasən təsdiq olunur. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh ödənişin geri qaytarılma sından yayınmışdır.

6. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirərək ümumilikdə 506.766,16 avro məbləğində vəsaiti 2022-ci ilin iyun-oktyabr aylarında cavabdehə köçürsə də, sonuncu bunun müqabilində 330.209,77 avro məbləğində velosiped və onun ehtiyat hissələrini iddiaçıya təqdim etmiş, lakin müqavilənin 3.1 və 5.2-ci bəndinin tələblərinə zidd olaraq 176.556,39 avro məbləğində velosiped və onun ehtiyat hissələrini iddiaçıya təqdim edilməmişdir. Odur ki, məhkəmədən təqdim edilməyən mallara görə ödənilmiş 176.556,39 avro məbləğində vəsaitin müqavilənin 5.2-ci bəndinə əsasən, cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla yanaşı, müqavilənin 4.2-ci bəndində təqdim e diləcək malların dəyəri göstərilməmiş, sadəcə olaraq təchizat həcmlərinin 1.000.000 avroyadək artırılması ilə bağlı müddəa qeyd edilmişdir.

7. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, Müqavilənin 5.1-ci maddəsinə əsasən, cavabdeh iddiaçıya təqdim etdiyi invoyslara əsasən 1.620.425,69 avro məbləğində vəsaitin 100% öncədən ödənilməsini tələb etmişdir. Lakin yalnız 506.766,16 avro ödənildiyinə görə cavabdeh müqavilə şərtlərinə uyğun olaraq iddiaçıya malları təqdim edə bilməmişdir. Cavabdeh Avropada bir neçə şirkətlə müqavilə bağlasa da, 100% qabaqcadan ödəniş edilmədiyi üçün həmin şirkətlərə qarşı öhdəliklər yerinə yetirilməmiş və mallar təqdim edilməmişdir. Məhkəmə gedişatında iddiaçıya 330.209,77 avro məbləğində malların təqdim edildiyi qeyd edilsə də, müqavilə şərtlərinə əsasən cavabdeh tərəfindən Bakıdan iddiaçıya heç bir mallar göndərilməmişdir. Sonradan məlum olmuşdur ki, bəzi mallar Bakı şəhərinə gəlmədən digər yollarla iddiaçının ünvanına çatdırılıb. Nəticədə iddiaçının 5.1-ci maddə üzrə 100% ödəniş etmədiyi üçün tələbinin rədd edilməsini xahiş etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 28 fevral tarixli e-2-2(113)-265/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən ümumilikdə 176.556,39 avro məbləğində borc, 410 manat məbləğində mediasiya xərci və 208 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir (hakim – E.Əliyev).

9. Məhkəmə əsas borcla bağlı gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh ümumiyyətlə iddiaçıya heç nə satmad ığını, iddiaçı isə 330.209,77 avro məbləğində velosiped və onun ehtiyat hissələrini aldığını qeyd etsə də, tərəflər malların məhz 2022-ci il 7 iyun və 2022-ci il 5 iyul (vəsait iddiaçı tərəfindən tam ödənilib) tarixli invoysla iddiaçıya təqdim edilməsi ilə bağlı heç bir sübut (spesifikasiya və sair) təqdim etməmişlər, bu isə o deməkdir ki, 176.556,39 avro məbləğində borc, məhz həmin invoyslarla bağlı yaranmış və müqavilənin 5.2-ci bəndinə əsasən geri qaytarılmalıdır.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 567-ci maddəsinə istinadla əsaslandırmışdır.

11. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 4 iyul tarixli 2-2(103)-577/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Şirinov, hakimlər – V.Baxışova və R.Qurbanov).

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə baxışı zamanı, iddiaçının nümayəndəsi 330.209,77 avro dəyərində velosiped və ehtiyat hissələrinin təqdim edildiyini bildirmiş, hansı invoyslar üzrə malların təqdim edilməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Cavabdehin nümayəndəsi isə müqavilənin 5.1-ci maddəsinə əsasən iddiaçının 1.620.425,69 avro məbləğində olan 4 invoysun 100% qabaqcadan ödənilməsi əvəzinə yalnız 506.766,16 avro ödədiyini və bu səbəbdən Avropadan sifariş olunan malların ödənişinin tamamlanmaması nəticəsində Bakıdan iddiaçıya heç bir malın göndərilmədiyini qeyd etmişdir.

14. Cavabdeh ödənişin 100% edilmədiyini, bu səbəbdən malları göndərə bilmədiyini bildirmişdir. Müqavilənin 4.2 və 5.1-ci bəndlərinə əsasən, ödənişləri müvafiq invoysa uyğun olaraq 100% qabaqcadan ödəniş qaydasında həyata keçirməlidir. Müqavilədə alınacaq əşyanın konkret qiyməti qeyd edilmədiyinə görə invoysa uyğun ödənişin tam həyata keçirilməsi müəyyən edildiyi üçün iddiaçının 100% ödənişi həyata keçirməməsini bildirmək olmaz. Belə ki, müqavilənin 4.2-ci maddəsinə əsasən, invoysa əsasən ödəniş edilir. Həmin maddənin məzmununa əsasən malların 1 milyon avro məbləğinədək artırılması imkanı nəzərdə tutulmuşdur. Belə vəziyyətdə cavabdehin pulları aldı ğı təqdirdə malları göndərməməsi müqavilə üzrə götürdüyü öhdəliyi icra etməməsi kimi qəbul edilməlidir.

15. Məhkəmə kollegiyası cavabdehin iddiaçının təqdim etdiyi invoysların saxta olması fikrinə münasibətdə qeyd etmişdir ki, cavabdeh mübahisə etdiyi və şikayətdə qeyd etdiyi 4 invoysu məhkəməyə təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, ödənişin tam yerinə yetirilməməsi ödənilmiş pulun geri tələb edilməsi hüququndan iddiaçını məhrum etmir. Müqavilədə belə şərt nəzərdə tutulmamışdır. İddiaçı malların qaytarılmasını deyil, ödədiyi pulu geri tələb etmişdir. Cavabdeh heç bir hüquqi əsas olmadan ödənilmiş pulları iddiaçıya qaytarmaqdan imtina edir. İddiaçı tərəfindən təqdim edilmiş müqavilə, ödəniş tapşırıqları, invoyslar iddia tələbinin əsaslı olmasını sübut edir.

16. Cavabdeh iddia t ələbində göstərilmiş məbləğin onun tərəfindən göndərilmiş invoyslar üzrə ödənilməsini mübahisələndirsə də, iş materiallarında olan invoyslar və ödəniş tapşırıqları təsdiq etmişdir ki, məbləğlər qeyd edilən müqavilə üzrə təqdim edilmiş invoyslar əsasında ödənilmişdir. Ödəniş tapşırıqlarında müqavilənin tarixi və nömrəsi qeyd edilmişdir. Odur ki, şikayətin bu dəlili əsassızdır.

17. Hal-hazıradək apellyasiya şikayətində istinad olunan hallara dair heç bir sübut təqdim edilməmişdir. İddiaçı tərəf isə istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Bu halda sübutetmə vəzifəsi cavabdehin üzərindədir. Cavabdehin şikayətdə qeyd etdiyi məsələlərə dair sübut təqdim edilməmişdir. Beləliklə, şikayətdəki dəlillər təsdiqini tapmadığından əsassız sayılmalıdır.

18. Apellyasiya instansiya mə hkəməsi mövqeyini MM-in 385.1, 404.1, 442, 443.1, 448.1, 567, 568.1, 579.1 və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

19. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. MM-in 569.1-ci maddəsi üzrə - Tərəflər arasında bağlanmış 2022-ci il 27 may tarixli müqavilənin 4.2 və 5.1-ci bəndlərinə əsasən iddiaçı ödənişləri təqdim edilmiş müvafiq invoysa uyğun olaraq 100 faiz əvvəlcədən ödəniş qaydasında həyata keçirməlidir. Deməli, cavabdeh müqaviləyə əsasən velosiped və velosiped ehtiyat hissələrini alıcıya ancaq invoysun 100 faizin i əvvəlcədən ödənilməsi müqabilində təqdim etməli idi. Belə ki, kassator tərəfindən təqdim edilmiş invoyslar (3-cü bənddə qeyd edilən) üzrə iddiaçı tərəfindən müxtəlif tarixlərdə 506.766,16 avro məbləğində ödəniş edilmiş, lakin iddiaçı həmin ödənişlərin hansı invoyslar üzrə aparıldığını göstərə bilməmişdir, sübutetmə yükü də məhz iddiaçının üzərinə düşdüyündən həmin sübutu məhkəməyə də məhz iddiaçı təqdim etməli idi, bu isə baş vermədiyindən məhkəmə kollegiyası invoysların tam şəkildə ödənilməsi barədə nəticəyə iş üzrə təqdim edilmiş sübutlar əsasında deyil, öz mülahizəsinə əsasən gəlmişdir. Bu isə yolverilməzdir, buna görə də əsassız qətnamə heç bir halda qüvvədə saxlanıla bilməzdi.

21. MM-in 599.3-cü maddəsi üzrə - 22-ci bənddə qeyd edilmiş dəlillər təkrar edilmiş əlavə olaraq kassator q eyd etmişdir ki, iddiaçının təqdim etdiyi ödəniş sənədlərindən ödənişin hansı invoysa aid olduğu görünmür, məhkəmədə iddiaçının nümayəndəsi ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ödənişlərin hansı invoysa aid olduğunu bilmir, ödənişi müqavilə əsasında həyata keçirmişdir. Məhkəmə kollegiyası da qətnaməsində göstərmişdir ki, ödəniş tapşırığında ancaq müqavilənin tarixi və nömrəsi göstərilmişdir. Göründüyü kimi, iddiaçı təqdim olunmuş invoysların tam şəkildə ödənilməsini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı, iddiaçı birinci instansiya məhkəməsində aparılmış ödənişlər müqabilində 330.210,77 avro məbləğində malların alınmasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Bunun əksi olaraq kassator AR Dövlət Gömrük Komitəsindən alınmış məktuba əsasən i ddiaçı tərəfindən heç bir mal göndərilməmişdir.

22. MPM-in 77, 217.1 və 372.2-ci maddələri üzrə - Məhkəmə kollegiyası qətnamədə göstərmişdir ki, müqavilədə alınacaq əşyanın konkret qiyməti qeyd edilmədiyinə görə invoysa uyğun ödənişin tam həyata keçirilməsi müəyyən edildiyi üçün iddiaçının 100% ödənişi həyata keçirməməsini bildirmək olmaz. Lakin məhkəmə kollegiyası ödənişin tam həyata keçirilməsini hansı sübutlara əsasən müəyyən edildiyini göstərməmiş və həmin sübutlara istinad etməmişdir. Halbuki dəfələrlə qeyd edildiyi kimi, iddiaçı ödənişlərin hansı invoys əsasında aparıldığını bilmədiyini göstərmiş və həmin hal iş üzrə müəyyən olunmamışdır.

23. Məhkəmə kollegiyası qətnamədə göstərmişdir ki, cavabdeh iddiaçının təqdim etdiyi invoysların saxta olmasını bildirsə də, mübahisə etdiyi və ş ikayətdə qeyd etdiyi 4 invoysu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyasının bu nəticəsi əsassızdır və işin materiallarına uyğun deyildir. Çünki sözügedən 4 invoys birinci instansiyası məhkəməsinə təqdim edilmiş, elektron məhkəmə sisteminə 2023-cü il 26 oktyabr tarixində yüklənmişdir.

24. Apellyasiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, ödənişin tam yerinə yetirilməməsi iddiaçını ödənilmiş məbləği geri tələb etmək hüququndan məhrum etmir, çünki müqavilədə belə bir şərt yoxdur. İddiaçı malların qaytarılmasını deyil, ödədiyi pulu geri tələb edib, cavabdeh isə heç bir hüquqi əsas olmadan ödənilmiş məbləği geri qaytarmaqdan imtina edir. Məhkəmə kollegiyasının bu qərarı müqavilənin şərtlərinə ziddir və qanuni hesab edilə bilməz. Müqavilənin 5.1-ci bəndi 100% əvvəlcədən ödənişi tə ləb edir. Müqavilənin 5.2-ci bəndinə əsasən mallar müəyyən olunmuş müddətdə çatdırılmadıqda cavabdeh ödənilmiş məbləği 15 gün ərzində geri qaytarmalıdır. Müqavilənin 3.1.-ci bəndinə əsasən qabaqcadan ödəniş aparılmadığına görə mallar iddiaçıya çatdırıla bilməzdi, buna görə də müqavilənin 5.2-ci bəndinə istinad etməklə iddiaçı malların təqdim edilməməsinə görə ödənilmiş vəsaiti geri tələb edə bilməz, yəni belə olan halda onun bu hüququ yaranmır.

25. Məhkəmə kollegiyasının qətnaməsində göstərilib ki, apellyasiya instansiyasına təqdim edilmiş invoyslarda yalnız malların dəyəri göstərilmişdir, lakin müqavilənin 4.1-ci bəndinə əsasən burada nəqliyyat xərcləri, gömrük rüsumları, gömrük xərcləri, ƏDV və digər əlaqədar xərclər də öz əksini tapmalı idi. Digər tərəfdən isə, 26.578,90 AVRO məbləğinə olan P-06 saylı, 2022-ci il 5 sentyabr tarixli invoys, 188.123,09 AVRO məbləğinə olan P-08 saylı, 2022-ci il 22 avqust tarixli invoysdan əvvəl tərtib edilmişdir, halbuki P-08 saylı invoys heç bir halda P-06 saylı invoysdan sonra tərtib edilə bilməzdi. Bundan başqa, məhkəməyə təqdim edilmiş 5 invoysun dəyəri 330.210,77 AVRO təşkil edir, lakin iddiaçı məhz həmin dəyərdə malların alınmasını iddiasında göstərmişdir. Deməli, invoysların nömrələrinin və tarixlərinin ardıcıl olmaması, bütün xərclərin əks olunmaması onların cavabdeh tərəfindən təqdim edilməsini istisna etməklə yanaşı (kassator tərəfindən məhkəməyə digər invoyslar təqdim edilmişdir) onların həqiqi olmasına böyük şübhə doğurur və saxta olunmasına dəlalət edir.

26. Bundan əlavə, həmin invoyslar sübut qismində, ümumiyyətlə, qəbul olun a bilməz, çünki birinci instansiya məhkəməsində deyil, apellyasiya instansiyası məhkəməsində təqdim olunmuşdur, baxmayaraq ki, məhkəmə hazırlıq iclasını dəfələrlə təxirə salmaqla iddiaçıdan hər hansı sübutun olmasını soruşmuşdur. Bununla yanaşı, kassator tərəfindən birinci instansiya məhkəməsinə 2023-cü il 26 oktyabr tarixində 4 invoys təqdim edilmiş, invoyslarda malların dəyəri, yükün daşınma marşrutu, daşınma xərcləri, gömrük rəsmiləşdirilməsi, gömrük xərcləri, gömrük yığımları, ƏDV, vergilər və s. xərclər öz əksini tapmışdır. Həmin invoyslar iddiaçı tərəfindən qəbul edilmiş və mübahisələndirilməmişdir.

27. Məhkəmə kollegiyası qətnaməsində göstərmişdir ki, hal-hazıradək apellyasiya şikayətində istinad olunan hallara dair heç bir sübut təqdim edilməmişdir. İddiaçı tərəf istinad etdiyi hal lara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə sübutetmə vəzifəsi cavabdehin üzərindədir. Kollegiya qeyd edir ki, cavabdehin şikayətdə göstərdiyi məsələlər üzrə heç bir sübut təqdim edilməmişdir. Odur ki, şikayətdə qeyd edilən dəlillər üzrə xüsusatlar öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir. Bununla bağlı kassator qeyd etmişdir ki, məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərə diqqət yetirməmiş, onlara səthi münasibət bildirmişdir. Halbuki apellyasiya şikayətində dəfələrlə vurğulanmışdır ki, sübutetmə yükü iddiaçının üzərindədir, məhz iddiaçı pulun geri ödənilməsini tələb etmək hüququna malik olmasını sübut etməlidir. Bununla yanaşı, məhz iddiaçı təqdim olunmuş invoysların tam həcmdə ödənilməsini, habelə 330.210,77 AVRO məbləğində mal alınmas ını sübut etməli idi, baxmayaraq ki, cavabdeh olaraq iddiaçıya heç bir malın göndərilməməsini dəfələrlə bildirmişdir.

28. Məhkəmə kollegiyasının “iddiaçı tərəf istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir” dedikdə müvafiq sübutların nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda isə hansı əsasa görə məhkəmə kollegiyası sübutetmə vəzifəsinin cavabdehin üzərində olması qənaətinə gəlmişdir. Bu da anlaşılan deyildir. İddiaçının özünün ödənişin hansı invoys üzrə aparıldığını bilmədiyi halda, məhkəmə kollegiyası bu nəticəyə necə gəldiyini əsaslandıra bilməmişdir, belə olan halda isə qətnamə qanuni və əsaslı ola bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. İddiaçı kassasiya şikayətinə qarşı etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, cavabdeh prosessual hüquqlarından sui-istifadə edərək və formal əsaslarla kassasiya şikayəti təqdim etmişdir. O, iddiaçı tərəfindən ödənilmiş 506.766,16 avro məbləğini təsdiq etsə də, ödənişə dair lazımi sübutların təqdim edilmədiyini bildirmişdir. Lakin cavabdeh şikayətində iddiaçı tərəfindən irəli sürülən əsasların düzgün olmadığını təsdiq edən sübut təqdim etməyərək, sadəcə formal yanaşmışdır. Cavabdeh 176.556,39 avro məbləğindəki pul vəsaitini geri qaytarmaq öhdəliyindən yayınaraq prosessual hüquqlarından sui-istifadə etməklə məhkəmə işini uzatmışdır. Cavabdeh vicdanlılıq prinsipinə zidd davranmışdır. O, kassasiya şikayətində iddiaçı tərəfindən 506.766,16 avro məbləğində ödənişin edildiyini təsdiq etmiş, lakin ödənişin tam yerinə yetirilmədiyini əsas gətirərək heç bir hüquqi əsası olmadan vicdanlılıq prin sipinə zidd şəkildə, təhvil verilməyən mallara görə iddiaçıya ödənilmiş 176.556,39 avro məbləğini geri qaytarmamışdır. Kassasiya baxışının hədləri

30. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması v ə araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

6. Mülki qanunvericiliyin prinsipləri... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəs inin icrasını tələb etmək hüququ vardır....” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə

441. Öhdəliklərin qarşılıqlı icrası... 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulma sı və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə

568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur....” “Maddə

575. Əşyanı vermək vəzifəsinin icra edilməməsinin nəticələri 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər....” “Maddə

599. Alınan əşyaların qabaqcadan ödənilməsi 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddə sinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 599.2. Alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər....”

33. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istin ad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

35. İddiaçı mübahisəli müqavilənin müvafiq bəndinə istinad edərək, alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş mallar iddia ilə tələb olunan pul müqabilində cavabdeh tərəfindən ona çatdırılmadığından əvvəlcədən cavabdehə ödədiyi həmin pul vəsaitinin qaytarılmasını tələb edir. Cavabdeh isə müqavilənin müvafiq bəndlərinə istinad edərək malların çatdırılmamasının səbəbini malların 4 invoys üzrə dəyərinin iddiaçı tərəfindən qabaqcadan 100%-i həcmində deyil, qismən köçürülməsi ilə izah edir və buna görə də cavabdeh qismən ödənilmiş pulu qaytarmamaqda özünü haqlı hesab edir.

36. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur (MM-in 567 və 568.1-ci maddələri – bax § 32).

37. Qanun, satıcı satılmış əşyanı alıcıya verməkdən imtina etdiyi hallarda alıcıya alğı-satqı müqaviləsinin icrasından imtina etmək hüququ verir (MM-in 575.1-ci maddəsi – bax § 32). Həmçinin MM-in 599.3-cü maddəsinə (bax § 32) görə, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

38. Eyni zamanda, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, mübahisəli müqavilənin 5.2-ci bəndinə əsasən, malların çatdırılması üçün müəyyən olunmuş müddət ərzində mallar çatdırılmadığı təqdirdə satıcı ödənilmiş məbləği 15 gün ərzində geri qaytarmalıdır.

39. Məhkəmə kollegiyasının mövqeyinə görə, hazırkı halda qabaqcadan ödədiyi pul müqabilində malı ala bilməyən alıcının (iddiaçının) satıcıdan (cavabdehdən) həmin pulu tələb etməsi iddiaçının alıcı kimi mübahisəli alğı-satqı müqaviləsinin icrasından imtina etməsi anlamına gəlir ki, bu da mahiyyət etibarilə onun MM-in 575.1 və 599.3-cü maddələrində və müqavilədə nəzərdə tutulmuş hüququnun reallaşdırılması kimi qiymətləndirilməlidir.

40. Həmçinin qeyd olunmalıdır ki, alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə MM-in 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir (MM-in 599.1 və 599.2-ci maddələri – bax § 32).

41. MM-in 441.2-ci maddəsinin (bax § 32) tələbləri isə ondan ibarətdir ki, mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

42. İstinad olunan qanun normaları imperativ xarakter daşıyır və ondan hər hansı istisna, o cümlədən tərəflərin qarşılıqlı razılaşma ilə fərqli şərtlər müəyyən etməsi imkanı nəzərdə tutulmamışdır. Ümumiyyət lə, müqavilə tərəfləri iradə sərbəstliyinə malik olsalar da, onların qanunvericiliyə zidd olan hər hansı şərt barədə razılığa gəlmələri yolverilməzdir (MM-in 6.2 və 390.1-ci maddələri – bax § 32).

43. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı halda alıcının (iddiaçının) qabaqcadan ödənişi qismən etməklə müqavilə öhdəliklərini pozduğunu hesab edən satıcı (cavabdeh) MM-in 599.1, 599.2 və 441.2-ci maddələrinə əsasən 2 addımdan birini ata bilərdi, yəni: 1) ya öz öhdəliyinin icrasını, yəni malların alıcıya göndərilməsini dayandıra; 2) ya da öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilərdi.

44. Göründüyü kimi, qanunda malı təqdim etməyən satıcıya alıcının qabaqcadan ödədiyi pulu özündə saxlamağa və qaytarmamağa imkan verən hüquqlar təsbit edilməmiş dir. Eyni zamanda, analoji hüququn mübahisəli müqavilədə nəzərdə tutulması da işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.

45. O da qeyd olunmalıdır ki, cavabdehin hazırkı etirazları (müqavilənin şərtlərinin həqiqətən də buna imkan verdiyi fərz edilsə belə) o zaman əsaslı hesab edilə bilərdi ki, iddiaçı cavabdehdən mübahisəli malların təqdim olunmasını tələb edəydi. Baxılan işdə isə iddiaçı cavabdehdən sözügedən malların təqdim olunmasını deyil, əvvəlcən ödədiyi pulların geri qaytarılmasını tələb edir ki, bu da yuxarıda qeyd olunduğu kimi, qanunda nəzərdə tutulmuş alıcının müvafiq şərtlər daxilində (satıcının malı təqdim etməməsi) müqavilənin icrasının imtina etmək hüququ kontekstində tamamilə yolverilən haldır. Haqqı qabaqcadan ödənilmiş, lakin satıcı tərəfindən çatdırılmamış mal ın təqdim edilməsinin tələb olunması MM-in 599.3-cü maddəsinə görə alıcının hüququ olsa da, hazırkı halda alıcı həmin hüquqdan yararlanmamış, bunun əvəzində ödədiyin pulun qaytarılmasını tələb etmişdir.

46. Məhkəmə kollegiyası yuxarıda əks olunan hüquqi mövqeləri, habelə apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində göstərilən eyniməzmunlu dəlillərin böyük hissəsinin əsaslandırılmış şəkildə cavabdlandırıldığını və iş üzrə mahiyyətcə düzgün nəticəyə gəlindiyini nəzərə alaraq kassasiya şikayətinin ayrı-ayrı dəlilləri üzrə hüquqi dəyərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür.

47. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayəti ndəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 33) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 33) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

48. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 iyul tarixli 2-2(103)-577/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 iyul tarixli 22(103)-577/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar