Məhkəmə qərarları › İş №2-2(102)-62/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-62/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-62/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 31 oktyabr tarixli 2-2(105)-110/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikay ətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ

1. İş materiallarından müəyyən edilir ki, "xxxx" QSC (VÖEN **********) - “Satıcı”, "xxxx" MMC (VÖEN **********) – “Alıcı” olaraq tərtib olunmuş 2020-ci il 20 aprel tarixli 1/20-068AZ nömrəli “Bitki mühafizə vasitələrinin satışına dair” Müqavilə “Satıcı” "xxxx" QSC tərəfindən imzalanıbmöhürlənsə də, həmin Müqavilə “Alıcı” "xxxx" MMC tərəfindən imzalanmamışdır. Lakin, məhkəmə araşdırması zamanı təsdiq olunmuşdur ki, satıcı "xxxx" QSC tərəfindən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən alıcı "xxxx" MMC-yə bitki mühafizə vasitələri kimi müxtəlif dərman preparatları verilmiş və bununla əlaqədar 2020-ci il 22 aprel, 2020-ci il 29 aprel, 2020-ci il 15 may, 2020-ci il 16 may, 2020-ci il 1 iyun, 2020-ci il 14 iyul və 2020-ci il 26 noyab r tarixlərində "xxxx" MMC-yə müvafiq qaydada tərtib olunmuş Elektron qaimələr təqdim olunmuşdur.

2. İş materiallarında olan Elekton Qaimələrə əsasən, satıcı "xxxx" QSC tərəfindən alıcı "xxxx" MMC-yə 2020-ci il 22 aprel tarixli EBAJ 035789 nömrəli Elektron Qaimə üzrə 7910 manat dəyərində, 2020-ci il 29 aprel tarixli EBAJ 306782 nömrəli Elektron Qaimə üzrə 10.823,58 manat dəyərində, 2020-ci il 15 may tarixli EBAJ 946326 nömrəli Elektron Qaimə üzrə 9.453,36 manat dəyərində, 2020-ci il 16 may tarixli EBAJ 974681 nömrəli Elektron Qaimə üzrə 1784 manat dəyərində, 2020-ci il 1 iyun tarixli EBAK 565055 nömrəli Elektron Qaimə üzrə 19.866,17 manat dəyərində, 2020-ci il 14 iyul tarixli EBAM 370911 nömrəli Elektron Qaimə üzrə 1.237,60 manat dəyərində və 2020-ci il 26 noyabr tarixli EBAT 111947 nömrəli Elektron Qaimə üzrə 35046 manat dəyərində olmaqla, ümumilikdə cəmi 86.120,71 manat məbləğində müxtəlif dərman preparatları (bitki mühafizə vasitələri) satılmışdır. 3. 2021-ci il 25 fevral tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Akt da təqdim olunmuş və həmin Aktda Cavabdeh MMC-nin İddiaçı QSC-yə cəmi 86.120,71 manat məbləğində borc qalığının olduğu göstərilmişdir. Lakin cavabdeh tərəfin vəsatəti əsasında keçirilmiş məhkəməxətşünaslıq ekspertizasının 21 iyun 2022-ci il tarixli 4/660 nömrəli Ekspert Rəyi ilə müəyyən olunmuşdur ki, 25 fevral 2021-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Aktın "xxxx" MMC-yə aid hissəsinin “Direktor” qrafasındakı imza Qanuni nümayəndə (direktorqanuni təmsilçi) tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş üzrə qəbul e dilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" QSC(bundan sonra-“iddiaçı”) 2022-ci il 7 yanvar tarixində cavabdeh "xxxx" MMC-yə(bundan sonra-“cavabdeh”) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 86.120,71 manat əsas borc və 4000 manat zərər olmaqla, ümumilikdə 90.120,71 manat borcun, iş üzrə ödənilmiş 400 manat mediasiya xidməti xərcinin və vəkilə ödənilmiş 360 manat xidmət haqqının iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1996-cı il 21 iyun tarixindən kənd təsərrüfatı sahəsində dərman preparatlarının satışı ilə məşğul olmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçı kənd təsərrüfatı sahəsində ist ifadə olunan dərman preparatlarını xarici dövlətlərdən alaraq Azərbaycan Respublikasına gətirir və satışını həyata keçirir. İddiaçı 2020-ci il 4 iyun tarixdə təşkilatı hüquqi formasını dəyişərək QSC(əvvəl MMC idi) olmuşdur. İddiaçı tərəfindən cavabdehə 2020-ci il ilin sonlarınadək müxtəlif vaxtlarda kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün dəyərinin sonradan ödənilməsi şərtilə dərman preparatları satılmışdır. Lakin, cavabdeh iddiaçıdan aldığı preparatların dəyəri olan 86.120,71 manat pulu bu günə qədər ödəməmişdir. Cavabdeh ilə iddiaçı arasında 2021-ci il 25 fevral tarixində “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Akt tərtib olunmuş və hər iki tərəf həmin aktı imzalamaqla möhürləmiş və təsdiqləmişlər. Bu Akt tərib edildikdən sonra da dəfələrlə iddiaçıya olan 86.120,71 mana t borcunu ödəməsini cavabdehə bildirsələr də, cavadeh hər dəfə müxtəlif bəhanələr gətirməklə borcu ödəməkdən yayınmışdır. 2021-ci il 25 oktyabr tarixdə rəsmi qaydada cavabdehə həmin borcun 10 gün müddətinə ödənilməsi barədə yazılı təklif verilmiş olsa da, bu günə qədər həmin yazılı məktuba hər-hansı bir münasibət bildirilməmiş və iddiaçıya olan borc ödənməmişdir. Borcun alınması ilə əlaqədar “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, iddiaçı tərəfindən müvafiq qaydada cavabdehə və Mediasiya Şurasına müraciət edilmiş olsa da, cavabdehin nümayəndəsi gəlmədiyinə görə bu mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Bununla bağlı mediator tərəfindən 2021-ci il 12 oktyabr tarixli 9iş 2021-03731 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayış təqdim edilmiş və ilkin mediasiyanın keçirilməsi üçün iddiaçı tərəfindən mediatorun hesabına 400 manat mediasiya xərci ödənilmişdir. Odur ki, cavabdehdən 86.120,71 manat borcu başqa qaydada ala bilmədiyindən, iddiaçı məhkəməyə müraciət etmişdir.

6. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin(bundan sonra-“MM”) 443.1, 443.2, 449.1-ci maddələrinə istinad edilmişdir.

7. Cavabdehin nümayəndəsi tərəfindən 2022-ci il 28 fevral tarixində məhkəməyə “iddia tələbinə etiraz” təqdim edilərək, iddiaçının cavabdehə qarşı “borcun tutulması” barədə iddia tələbinin rədd edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, Elektron məhkəmə portalı vasitəsi ilə iş materialları ilə tanış olarkən hazırkı məhkəmə mübahisəsi üçün əhəmiyy ət kəsb edəcək bir sıra sənədlər, o cümlədən də, mübahisənin əsası kimi çıxış edən müqavilə aşkar edilməmişdir. MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Yenə Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Məcəllənin 407.2-ci ma ddəsinə əsasən isə, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. İddia ərizəsində qeyd edilmişdir ki, “iddiaçı tərəfindən cavabdehə 2020-ci ilin sonlarınadək, müxtəlif vaxtlarda kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün dərman preparatları verilmiş, cavabdeh isə onların dəyərini ödəməmişdir”. Lakin, iddiaçı qeyd edilən malları hansı müqavilə və yaxud digər hüquqi əsasla verildiyini qeyd etməmişdir. İş materiallarında da bu cür müqaviləyə rast gəlinmir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2021-ci il 25 fevral tarixində “Qarşılıqlı borcların üzləşdirilməsi” barədə Akt tərtib olunmuş və hər iki tərəf həmin Aktı imzalamaqla möhürləmiş və təsdiqləmi şdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş həmin Akt cavabdehin adından imzalanıb möhürlənsə də, onu kimin və hansı vəzifəli şəxsin imzaladığı əks olunmamışdır. İddia ərizəsinə malların, işlərin və xidmətlərin təqdim edilməsinə dair elektron qaimə-fakturalar əlavə olunmuşdur. Lakin, onların heç biri nə iddiaçı, nə də ki cavabdeh tərəfindən imzalanmamışdır.

8. Cavabdehin qanuni təmsilçisi 2022-ci il 11 mart tarixində vəsatət verərək məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir.

9. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 13 aprel tarixli, 2-2(119)-171/2022 saylı qərardadı ilə cavabdehin vəsatəti təmin edilmiş, iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş, ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizas ı Mərkəzinə(bundan sonra-“Məhkəmə Ekspertizası Mərkəzi”) həvalə edilmişdir.

10. Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 21 iyun tarixli 4/660 saylı ekspert rəyi ilə 2021-ci il 25 fevral tarixli Qarşılıqlı borcların üzləşdirilməsi barədə aktda cavabdeh qrafasının aşağı hissəsində yerləşən “Direktor” qrafasındakı imza-Qanuni nümayəndə tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması, eyni zamanda 2022-ci il 9 fevral tarixli etibarnamədə “Direktor” qrafasındakı imza ilə 2021-ci il 25 fevral tarixli Qarşılıqlı borcların üzləşdirilməsi barədə aktda cavabdeh qrafasından aşağı hissədə yerləşən “Direktor” qrafasındakı imzanın müxtəlif şəxslər tərəfindən icra olunması müəyyən edilmişdir.

11. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 28 iyul tarixli e-2-2(119)-171/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehdən 86.120,71 manat məbləğində əsas borcun, mediasiya ilə əlaqədar ödənilmiş 400 manat məbləğində xidmət haqqının və hüquqi yardımla əlaqədar ödənilmiş 360 manat məbləğində xidmət haqqı olmaqla, cəmi 86.880,71 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, İddianın qalan hissədə təmin edilməməsi, Cavabdehdən dövlət nəfinə 348,36 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 138 manat məbləğində pul vəsaitinin cavabdehdən dövlət nəfinə tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir(hakimZ.Sadiqov).

12. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.Belə ki, iş materi alları və işin konkret halları ilə müəyyən edilmişdir ki, hər iki tərəfin imzalamış olduğu yazılı alqı-satqı müqaviləsinin mövcud olmamasına və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 2021-ci il 25 fevral tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Akt cavabdehin direktoru, yəni qanuni təmsilçisi Qanuni nümayəndə tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanaraq möhürlənməsinə baxmayaraq (həmin Akt cavabdehin möhürü ilə möhürlənmiş və cavabdeh tərəf möhürü mübahisələndirməmişdir), 2020-ci il 22 aprel tarixli EBAJ 035789 nömrəli, 2020-ci il 29 aprel tarixli EBAJ 306782 nömrəli, 2020-ci il 15 may tarixli EBAJ 946326 nömrəli, 2020-ci il 16 may tarixli EBAJ 974681 nömrəli, 2020-ci il 1 iyun tarixli EBAK 565055 nömrəli, 2020-ci il 14 iyul tarixli EBAM 370911 nömrəli və 2020-ci il 26 noyabr tarixli EBAT 111947 nömrəli elektron qaimələrdə qeyd olunan ümumilikdə cəmi 86.120,71 dəyərində müxtəlif bitki mühafizə vasitələrinin iddiaçı tərəfindən cavabdehə satıldığı təsdiq olunmuşdur.

13. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, almış olduğu müxtəlif bitki mühafizə vasitələrinə görə cəmi 86.120,71 manat məbləğində əsas borc cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində cavabdehdən əsas borcla yanaşı, pulu özündə qanunsuz saxlamaqla iddiaçıya vurduğu 4000 manat məbləğində zərərin əvəzinin də cavabdehdən tutulması xahiş olunmuşdur.

14. Borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur.

15. Hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübah isənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən mediatora 400 manat məbləğində xidmət haqqı ödənilmişdir (2021-ci il 11 oktyabr tarixli 209İNTL212840524 nömrəli Qəbz və 2021-ci il 12 oktyabr tarixli 005/2021 nömrəli mediasiya arayışı).

16. İş materialları ilə müəyyən olunur ki, hazırki iddia tələbi ilə əlaqədar iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi ilə əlaqədar 360 manat məbləğində xidmət haqqı ödənilmişdir (2021-ci il 16 noyabr tarixli ********** nömrəli Ödəniş Tapşırığı).

17. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, hazırkı iddia tələbi iddiaçının xeyrinə cavabdehdən “86.120,71 manat məbləğində əsas borcun tutulması” hissəsində əsaslıdır. Lakin, cavabdehdən “4000 manat məbləğində zərərin tutulması” hissəsində isə iddia tələbi nin əsaslılığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

18. Beləliklə də iddia qismən təmin edilməli və iddiaçının xeyrinə cavabdehdən 86.120,71 manat məbləğində əsas borc tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir.

19. Eləcə də, iddiaçı tərəfindən hazırkı mübahisə üzrə mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 400 manat məbləğində xidmət haqqı və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən hüquqi yardımla əlaqədar nümayəndəyə ödənilmiş olan 360 manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

20. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 138 manat məbləğində pul vəsaiti və 348,36 manat məbləğində dövlət rüsumu isə cavabdehdən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir.

21. Məhkəmə öz qətnamə sini MM-in 329.2, 329.3, 329.4, 385.1, 425.1, 425.2, 427.3, 442, 443.1, 445.1, 448.1, 448.2, 567, 600.1, 600.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-“MPM”) 14.2, 77.1, 88, 106.1, 119.1, 119.2, 121.1, 217.3, 217.4-cü, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.3, 9.1-1, 36.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

22. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 28 iyul tarixli, e-2-2(119)-171/2022 saylı qərardadı ilə iş üzrə cinayət əməlləri aşkar olunduğundan xüsusi qərardad qəbul edilmiş və Bakı şəhər Sabunçu rayon Prokurorluğuna məlumat verilmişdir.

23. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv olunmasını və həmin hissəsə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edil məsini xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 31 oktyabr tarixli 2-2(105)-110/2022 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni iddiaçının iddiasının təmin edilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə də təmin edilməmiş, iddiaçıdan 138 manat məbləğində ekspertiza xərci alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir(sədrlik edən – İlqar Dəmirov, hakimlər – Zaur Məmmədov və Zahid Məmmədov).

25. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya şikayətinin dəlillərini və iddia tələbinə qarşı cavabdehin etirazını n dəlillərini aşağıda göstərilənlərə əsasən əsaslıdır.

26. Belə ki, iddia tələbi müqavilə öhdəlikləri üzrə cavabdehin üzərinə düşən vəzifələrin icra edilməməsi ilə əsaslandırılmış, cavabdeh isə tərəflər arasında hər hansı müqavilə öhdəliyinin mövcud olmaması əsası ilə iddiaya etiraz etmişdir.

27. İddiaçı tərəfindən tərtib edilmiş elektron qaimələrin təqdim edilmə əsası kimi 2020-ci il 20 aprel tarixli, 1/20-068AZ nömrəli müqaviləyə istinad edilmişdir. Bununla əlaqədar birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi vəsatət verərək müqavilənin əslinin məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı tərəfindən 2020-ci il 20 aprel tarixli, 1/20-068AZ nömrəli həmin müqavilənin əsli iş materiallarına əlavə edilmişdir. Lakin işin 6667-ci vərəqində olan həmin müqavilədən g örünür ki, həmin müqavilə yalnız iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və iddiaçıya məxsus möhürlə təsdiq edilmişdir. Yəni həmin müqavilə cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamış və cavabdehə aid möhürlə təsdiq edilməmişdir. Həmin müqavilənin 8-ci bəndinə görə isə bu müqavilə hər iki «tərəf»in səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı və möhürləndiyi tarixdən qüvvəyə minir və «tərəf»lərin öhdəliklərinin tam şəkildə yerinə yetirdiyi ana qədər qüvvədə sayılır.

28. İddiaçının iddia tələbi həmin müqaviləyə əsasən cavabdeh üçün mülki hüquq və vəzifələr yaratmadığından qeyd olunan müqavilə üzrə əsassızdır.

29. Tərəflərin faktiki münasibətləri üzrə müqavilənin şifahi formada bağlanıbbağlanılmamasına hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə kollegiya sı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. İddiaçı iddia ərizəsində kənd təsərrüfatı sahəsində dərman preparatlarını, yəni «bitki mühafizə vasitələrini» cavabdehə satdığını qeyd edir. Bununla əlaqədar həmin dərman preparatlarının yararlılıq müddətləri, hansı texniki şərtlər, texniki təqdimat əsasında, nə cür qablaşdırma qaydasında təhvil verilməsi, «mal»ın saxlanma qaydasına əməl olunması, onlardan istifadə üzrə insanların səhhətinin təhlükəsizliyinə hansı qaydada təminat verilməsi və s. şərtlərin razılaşdırılması hər iki tərəfin mənafeyinə uyğundur. Bu kimi şərtlərin razılaşdırılması isə yalnız yazılı müqavilə əsasında mümkündür.

31. Lakin iddiaçı onun tərəfindən bitki mühafizə vasitələrinin iddia tələbində göstərilən dəyərdə iddiaçıya satıldığını qeyd edir. Bununla əlaqədar iddi açı birinci instansiya məhkəməsinə hansı çeşiddə və məbləğdə dərman preparatlarının verilməsinə dair işin 68- 74-cü vərəqlərində olan «əlavə 1», «əlavə 2», «əlavə 3», «əlavə 4», «əlavə 5», «əlavə 6» və «əlavə 7» başlığı yazılmaqla siyahı təqdim etmiş, həmin əlavələrdə göstərilənlər iddiaçının möhürü və səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq olunsa da, həmin əlavələr üzrə müxtəlif vaxtlarda malların alınması cavabdehin səlahiyyətli nümayəndəsinin adının yazılmasına baxmayaraq onun tərəfindən imzalanmayaraq təsdiq olunmamışdır.

32. İddiaçı dərman preparatlarının cavabdehə təhvil verilməsi və bunun müqabilində cavabdehin borcunun olmasına dair əsas sübutu kimi birinci instansiya məhkəməsinə 2021-ci il 25 fevral tarixli «qarşılıqlı borcların üzləşdirilməsi barədə» Akt təqdim etmişdir. Həmin aktda 86.120,71 manat məbləğində borcun olduğu göstərilmişdir. Lakin birinci instansiya məhkəməsinin araşdırması zamanı həmin 2021-ci il 25 fevral tarixli «Qarşılıqlı borcların üzləşdirilməsi barədə» Aktın aşağı sağ hissəsində «Direktor» sözünün qarşısında çəkilmiş imzanın cavabdehin direktoru, yəni qanuni təmsilçisi Qanuni nümayəndə aid olmadığı müəyyən olunmuşdur. Belə ki, cavabdeh tərəfin vəsatəti əsasında keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 2022-ci il 21 iyun tarixli 4/660 nömrəli Ekspert Rəyi ilə müəyyən olunmuşdur ki, 2021-ci il 25 fevral tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Aktın cavabdehə aid hissəsinin “Direktor” qrafasındakı imza Qanuni nümayəndə (direktor-qanuni təmsilçi) tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

33. Lakin buna baxm ayaraq birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 2021-ci il 25 fevral tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Akt cavabdehin direktoru, yəni qanuni təmsilçisi Qanuni nümayəndə tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanaraq cavabdehə məxsus möhürlə möhürləndiyinə görə 2020-ci il 22 aprel tarixli EBAJ 035789 nömrəli, 2020-ci il 29 aprel tarixli EBAJ 306782 nömrəli, 2020-ci il 15 may tarixli EBAJ 946326 nömrəli, 2020-ci il 16 may tarixli EBAJ 974681 nömrəli, 2020-ci il 1 iyun tarixli EBAK 565055 nömrəli, 2020-ci il 14 iyul tarixli EBAM 370911 nömrəli və 2020-ci il 26 noyabr tarixli EBAT 111947 nömrəli elektron qaimələrdə qeyd olunan ümumilikdə cəmi 86.120,71 manat dəyərində müxtəlif bitki mühafizə vasitələrinin iddia çı tərəfindən cavabdehə satıldığı təsdiq olunur.

34. Bununla əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

35. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gələrkən bunu birbaşa əsaslandıran maddi hüquq normasına istinad etməmişdir. Halbuki, MM-in 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər.

36. Bundan əlavə iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi 2021-ci il 25 fevral tarixli «Qarşılıqlı borcların üzləşdirilməsi barədə» Akt məhz «üzləşdirmə şəraitində» tərtib olunmamışdır. Belə ki, iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında üzləşdirmə aktının həmin akta imza etmiş şəxslərin birgə iştirakı şəraitində tərtib olunmadığını təsdiq edərək bildirmişdir ki, əvvəl üzləşdirmə aktı onlar tərəfindən tərtib olunaraq cavabdehə göndərilmiş, həmin üzləşdirmə aktı imzalandıqdan sonra isə cavabdeh geri qaytarmışdır. Həmçinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında Sabunçu Rayon Prokurorluğunun 2022-ci il 29 sentyabr tarixli qərarında da qeyd olunmuşdur ki, araşdırma zamanı 2021-ci il 23 fevral tarixli «qarşılıqlı borcların üzləşdirilməsi barədə» Aktın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid hissəsinin «Direktor» qrafasındakı imza və 2021-ci il 25 fevral tarixli «qarşılıqlı borcların üzləşdirilməsi barədə» Aktın cava bdehə aid hissəsinin «Direktor» qrafasındakı imzanın kim tərəfindən icra olunması müəyyən olunmamışdır.

37. İddiaçı qeyd olunan «Qarşılıqlı borcların üzləşdirilməsi barədə» aktın «Direktor» qrafasındakı imzanın kim tərəfindən imzalanmasına aid hər hansı sübut təqdim edə bilməmişdir.

38. Bundan əlavə cavabdehin nümayəndəsi dərman preparatlarının satılmasına dair tərəflər arasında elektron qaydada mövcud yazışmaların olduğunu bildirsə də, növbəti məhkəmə iclasında isə əksinə, aparılmış araşdırma nəticəsində qeyd etdiyi yazışmaların ümumiyyətlə cavabdehə aid olmadığını bildirmişdir.

39. Qeyd olunan dərman preparatlarının hansı şəraitdə və necə təqdim olunması barədə cavabdehin nümayəndəsi verilmiş suala cavab olaraq işin həmin halının ona məlum olmadığını bildirmiş, sonuncu məhkəmə iclasında isə həmin dərman preparatlarının cavabdeh tərəfindən göndərilmiş nəqliyyat vasitələrinin sürücülərinə imzalanmaqla təhvil verilməsinə dair 2020-ci il 15 may tarixli 24731 nömrəli, 2020-ci il 31 may tarixli 24986 nömrəli və 2020-ci il 9 iyul tarixli 25565 nömrəli satış qəbzləri təqdim etmişdir. Lakin bununla belə iddiaçı qeyd olunan dərman preparatlarının cavabdehin rəsmi «ixtiyarlı şəxsinə» təqdim olunmasına dair heç bir sübut təqdim etməmişdir.

40. MM-in 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.

41. Məhz yuxarıda qeyd olunan MM-in 433.3-cü maddəsinin tələbindən də göründüyü kimi iddiaçı öhdəliyin ixtiyarlı şəxsə icra olunması ilə bağlı sübutların təqdim edilməməsi riskini daşıyır.

42. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı olan hüquqi şəxs məqsədəmüvafiq hesab etdiyi halda ona vurulmuş ziyanla bağlı təqsirli olan şəxslərə qarşı və ya hüquqi əsas olmadan dərman preparatlarının təqdim olunduğu şəxslərə qarşı müvafiq qaydada ayrıca iddia ilə məhkəməyə müraciət edə bilər.

43. Yuxarıda qeyd olunan işin faktiki halları ilə bağlı istinad olunan MM-in 49.1, 49.2, 405407, 433-cü maddələrinin tələbləri baxımında məhkəmə kollegiyası bu nəticəyə gəlmişdir ki, bitki mühafizə vasitələrinin satışına dair tərəflər arasında müqaviləninin bağlanması iş materialları ilə təsdiq olunmur və buna görə iddia tələbi üzrə cavabdehin müqavilə öhdəlikləri yaranmadığında n birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv edilməklə iddia tələbi digər hissədə də təmin olunmamalıdır.

44. Məhkəmə öz qətnaməsini MM-in 49.1, 49.2, 49.3, 405.1, 405.2, 406.1, 406.2, 406.3, 407.1, 407.2, 433.1, 433.2, 433.3-cü, MPM-in 119.1, 384.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

45. Qətnamə 2022-ci il 4 noyabr tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.

46. İddiaçının vəkili və nümayəndəsi apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və onun yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri b) iddiaçının kassasiya şikayətinin dəlilləri

47. Azərbay can Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1 və 2-ci hissələri üzrə: Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Təqdim edilmiş sübutlar, işdə iştirak edən şəxslərin izahatları əlaqəli şəkildə şərh edilməklə, məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalı olduğu halda, məhkəmə müdafiəsi hüququnu pozaraq ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmişdir. İddiaçı cavabdehə satdığı malların dəyəri olan pul məbləğini tələb edir. İddiaçı satılmış malların elektron qaimələr əsasında və tətəflər arasında bağlanmış üzləşmə aktına əsa sən cavabdehdən pul tələb edir. Cavabdeh isə iddiaçı tərəfindən onlara malların satılmadığını, onlar tərəfindən üzləşmə aktının imzalanmadığını bildirir. Cavabdeh nə birinci instansiya məhkəməsində, nə də ki, apellyasiya instansiya məhkəməsində möhürü mübahisələndirməmişdir. Məhkəmənin istinad etdiyi Sabunçu rayon prokurorluğunun cinayət işinin rədd edilməsi barədə qərarda, cavabdehin direktorunun izahatında möhürün əsl olduğu bildirilməsinə baxmayaraq, Məhkəmə öz qətnaməsində isə həmin hallara qiymət verməmişdir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi tərəflər arasında münasibətin yaranmasına dair əsası iş materialları və izahatlar əsasında müəyyənləşdirsə də, həmin xüsusatın reallığı əks etdirib-etdirməməsini aydınlaşdırmaqdan ötrü məsələnin zahiri tərəfini deyil, reallığı aydı nlaşdırmalı olduğu halda, ədalətli məhkəmə araşdırılması hüququnu təmin edən məhkəmə tərəfindən bu hal aydınlaşdırılmamış və nəticədə işin faktiki halları ilə məhkəmənin müəyyən etdiyi hal arasında ziddiyyətin yaranmasını qaçılmaz etmişdir. Bununla da ədalətli məhkəmə araşdırılması təmin edilməyərək məhkəmə müdafiəsi hüququ pozulmuşdur. Məhkəmə müdafiəsi hüququnu özündə ehtiva edən ədalətli məhkəmə araşdırılmasının nəticəsinə dair məhkəmə aktı ziddiyyətli və sual doğuracaq halların olmamasını, həmin halların aradan qaldırılmalı olmasını ehtiva etməklə qəbul edilməsini zəruri etməsinə baxmayaraq, gəldiyi nəticə üzrə məhkəmə müdafiəsi hüququnun pozulmasını qaçılmaz etmişdir. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 2008-ci il 13 iyun tarixli Qərarı).

48. MM-in 329, 360.2, 567, 600.1, 600.4-cü maddələri üzrə: İlk növbədə qeyd olunmalıdır ki, mülki qanunvericiliyin tələbləri baxımından mülki hüquq subyekti olan fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, h üquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səl ahiyyətinə malik olan şəxs olur. Qeyd olunan hal öz möhürü ilə təsdiq edilmiş sənədi mübahisələndirən hüquqi şəxsin üzərinə sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə halları sübuta yetirmək vəzifəsi qoyur. Bu baxımdan hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş sənədlərdəki imzanın həmin hüquqi şəxsin qanuni və ya müvafiq səlahiyyət verilmiş təmsilçisi tərəfindən icra edilməməsi belə sənədlərin etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin sənədlər imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə bu o anlama gəlir ki, hüquqi şəxsin təmsilçisi MM-in 360.2-ci maddəsinə əsasən müqaviləni bəyənmişdir. Yaxud əgər hü quqi şəxsin təmsilçisi imzalanmamış müqaviləni qabaqcadan öz möhürü ilə təsdiq etmişdirsə, yenə də təmsilçi imzanın hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcəyini göz altına alaraq müqaviləni, o cümlədən onu imzalayacaq şəxsin imzasını öncədən təsdiq etmiş (bəyənmiş), müqavilə imzalandığı andan qüvvəyə minmişdir. Beləliklə, hüquqi şəxsin adından tərtib olunmuş sənədlərin və ya bağlanmış müqavilələrin mötəbərlik baxımından qiymətləndirilməsi zamanı sənədi imzalamış şəxsin səlahiyyətli şəxs olmadığının müəyyən edilməsi həmin sənədin birmənalı qeyri-mötəbər kimi sübut qiymətləndirilməsinə əsas ola bilməz. Bu zaman imza ilə yanaşı, sənəddə olan möhürün həqiqiliyi baxımından də hüquqi dəyərləndirmə aparılmalıdır.

49. MPM-in 14.2, 88, 217.1-ci maddələri üzrə: Apellyasiya instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar üzrə tam, hərtərəfli araşdırma aparmayaraq, ədalətli məhkəmə araşdırılmasını təmin etməyərək, yuxarıda göstərildiyi kimi işin faktiki hallarını düzgün müəyyənləşdirməyərək, işin həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmayan, nəticədə iddiaçının məhkəmə müdafiəsi hüququnu pozan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

50. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmiş və aşağıdakıları bildirmişdir.

51. İddiaçı kassasiya şikayətində, Sumqayıt Apellyasiya Məhkəməsinin 2022-ci il 31 oktyabr tarixli, 2-2(105)-110/2022 nömrəli qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu qeyd etsə də, şikayətində iddia olunan maddi yə prosessual normaların pozu lmasına və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olmasına dair mövqeyini əsaslandırmamışdır.

52. İddiaçının tələbi ondan ibarətdir İd, guya tərəflər arasında bağlanmış 2020-ci il 20 aprel tarixli, 1/20- 068AZ nömrəli «Bitki mühafizə vasitələrinin satışına dair» alqı-satqı müqaviləsi üzrə cavabdeh öz üzərinə düşən öhdəliklərini icra etməmişdir. Apellyasiya instansiyası mərhələsində məhkəmə araşdırması zamanı, iddiaçının təqdim etdiyi 2020-ci il 20 aprel tarixli, 1/20-068AZ nömrəli «Bitki mühafizə vasitələrinin satışına dair» Müqaviləsinin yalnız iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən imzalandığı və iddiaçıya məxsus möhürlə təsdiq edildiyi, lakin, həmin müqavilənin cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmadığı və cavabdehə aid möhürlə təsdiq edilmədiyi müəyyən edilmiş, başqa sözlə, hüquqi əsası olmayan, tərəflərə hər hansı öhdəlik yaratmayan əhəmiyyətsiz bir “əqd” olduğu tam sübuta yetirilmişdir. İddiaçı tərəfindən malların cavabdehə təhvil verilməsini təsdiq edən hər hansı təhvil aktı da sübut kimi iş materiallarına əlavə edilməmişdir. Sübut qismində təqdim edilmiş 2021-ci il 25 fevral tarixli «Qarşılıqlı borcların üzləşdirilməsi barədə» Aktın isə məhz «üzləşdirmə şəraitində» tərtib olunmadığı apellyasiya instansiyası məhkəməsində proses zamanı iddiaçının nümayəndəsinin özünün verdiyi izahatı ilə sübut olunmuşdur (iddiaçının nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, üzləşdirmə aktı həmin akta imza etmiş şəxslərin birgə iştirakı şəraitində tərtib olunmamışdır). Bundan əlavə, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının nəticəsi ol an 2022-ci il 21 iyun tarixli, 4/660 nömrəli ekspert rəyi ilə 2021-ci il 25 fevral tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Aktın cavabdehə aid hissəsinin “Direktor” qrafasındakı imzanın Cəmiyyətin direktoru, qanuni təmsilçi Qanuni nümayəndə tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur. Aktda olan möhürün həqiqiliyinin cavabdeh tərəfindən mübahisələndirilməməsinin əsasları isə fikrimizcə, qanunvericiliklə kifayət qədər aydın şəkildə təsbit edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində də qeyd olunduğu kimi, MM-in 49.1-ci maddəsinə əsasən, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Həmin Məcəllənin 49.2-ci ma ddəsinə görə isə, hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Bu maddələrin məzmunundan da göründüyü kimi, hər hansı sənədin rəsmiləşdirilməsinin ilkin və əsas şərti onun səlahiyyətli şəxs tərəfindən imzalanmasıdır. Artıq yuxarıda da qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının nəticələrinə dair ekspert rəyi ilə 2021-ci il 25 fevral tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Aktda cavabdehə aid hissəsinin “Direktor” qrafasındakı imzanın Cəmiyyətin direktoruna aid olmadığı müəyyən olunmuşdur. İddiaçının sübut kimi təqdim etdiyi, 2020-ci il 20 aprel tarixli, 1/20- 068AZ nömrəli «Bitki mühafizə vasitələrinin satışına dair» alqı-satqı müqaviləsi isə ümumiyyətlə cavab dehə məlum olmamış, onun tərəfindən təsdiqlənməmişdir. Belə olan halda, möhürün mübahisələndirilməsinə də ehtiyac qalmamışdır.

53. İddiaçı tələbinin əsaslığını, həmçinin elektron qaimələrin mövcudluğu ilə əsaslandırmağa çalışmışdır. Bununla bağlı bildiririk ki, heç bir yazılı müqavilə olmadan sadəcə elektron qaimələrin göndərilməsi müqavilə münasibətlərinin mövcudluğu üçün əsas hesab edilə bilməz. İddiaçının mövqeyindən belə çıxır ki, istənilən sahibkarlıq subyekti heç bir əlavə təsdiqedici sənəd olmadan digər subyektə, hətta fəaliyyətini dayandırmış (dondurmuş) hüquqi şəxsə belə elektron qaimə göndərərək ondan müvafiq vəsaiti tələb edə bilər. Bu yanaşma isə çox absurd təsir bağışlayır və əsassızdır.

54. Göründüyü kimi, iddiaçı hüquqi əsası olmayan, tərəflərə hər hansı öhdəlik yaratmayan s ənədlərə istinad edərək, cavabdehdən pul tələb edir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən, işin faktiki halları ilə bağlı qanunvericiliyin tələbini düzgün tətbiq edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul etmişdir.

55. Yuxarıda göstərilənlərə və MPM-nin 417-ci maddəsinə əsasən, iddiaçının kassasiya şikayətinin təmin olunmaması və Sumqayıt Apellyasiya Məhkəməsinin 2-2(105)-110/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul etməyinizi xahiş edirəm. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

56. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MP M-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

57. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

58. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

59. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

49. Hüquqi şəxsin orqanları 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. 49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir....” “Maddə

405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. “Maddə

406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. “Maddə

407. Müqavilənin bağlanması anı 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış say ılır....” “Maddə

433. Tələbin ixtiyarlı şəxsə icra edilməsi 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 433.2. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur. “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məb ləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

61. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

62. İddiaçının kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, tərəflər arasında tərtib olunmuş üzləşmə aktı cavabdeh müəssisənin möhürü ilə təsdiq olunmuş və möhürün həqiqiliyi aşağı instansiya məhkəmələrində mübahisələndirilməmişdir.

63. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iş materiallarında olan “bitki mühafizə vasitə lərinin satışına dair” 2020-ci il 20 aprel tarixli, 1/20-068AZ saylı müqavilə və həmin müqaviləyə 1, 2, 3, 4, 5, 6 və 7 saylı Əlavələr cavabdeh tərəfindən imza və möhürlə təsdiq olunmamışdır.

64. Bununla belə, tərəflər arasında “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” 2021-ci il 25 fevral tarixli akt tərtib olunmuş, həmin aktın sonunda həm iddiaçı həm cavabdeh hissələrində “direktor” və “baş mühasib” qrafalarının qarşısında imzalar və müəssisələrin möhürləri əks edilmişdir.

65. Aktda cavabdehə aid hissədə “direktor” qrafasında əks olunmuş imzaya münasibətdə qeyd olunmalıdır ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfin vəsatəti əsasında keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 2022-ci il 21 iyun tarixli, 4/660 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 2021-ci il 25 fevral tarixli tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Aktın Cavabdehnə aid hissəsinin “Direktor” qrafasındakı imza Qanuni nümayəndə (direktor-qanuni təmsilçi) tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

66. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən MM-in 49.2-ci maddəsinə istinad etmiş və cavabdehin müəssisənin borcların qarşılıqlı üzləşdirilməsi barədə akt onun direktoru tərəfindən imzalanmadığından müəssisə üçün hər hansı öhdəlik və vəzifə yaratmaması nəticəsinə gəlmişdir.

67. Məhkəmə kollegiyası göstərilən mövqeyə münasibətdə aşağıdakıları qeyd edir.

68. MM-in 49.2-ci maddəsinə görə, hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Bu baxımd an üzərində imza və tərəflərin möhürləri olan yuxarıda göstərilmiş akt qiymətləndirilməlidir. İş materiallarında olan həmin müqavilə isə MM-in 331.1, 386.1, 389.1-ci maddələrinə müvafiq olaraq tərəflərin qarşılıqlı razılaşmasını əks etdirən və həmin Məcəllənin 49.2-ci maddəsinin tələblərinə cavab verən əqd kimi qeyri-mümkün hesab edilir.

69. O da nəzərə alınmalıdır ki, qarşılıqlı borcların üzləşdirilməsi barədə 2021-ci il 25 fevral tarixli aktda cavabdehin möhürü də vurulmuş, möhürün həqiqiliyi cavabdeh tərəfindən mübahisələndirilməmiş, iş materiallarında olan Sabunçu rayon Prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 2022-ci il 29 sentyabr tarixli Qərarda cavabdehin qanuni təmsilçisinin izahatında aktdakı möhürün Cavabdeh MMC-nin möhürünə bənzədiyi qeyd olunmuş (i ş.v 166), işə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin qanuni təmsilçisi 2022-ci il 13 aprel tarixli məhkəmə iclasında müəssisənin möhürünün heç kimə vermədiyini,möhürün Qəbələ rayonunda yerləşən ofisində seyfdə saxlandığını və onun itirilmədiyini bildirmişdir (iş.v 82).

70. Qanunverici möhürdən istifadəni MM-də nəzərdə tutulan hallar istisna olmaqla əqdin forması ilə bağlı əlavə tələblərin müəyyənləşdirilməsi və buna riayət edilmədiyi halda doğurduğu nəticələri tərəflərin iradəsindən asılı etmişdir. Belə ki, MM-in 331.2-ci maddəsinə əsasən, tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. 7

1. Məhkəmə kollegiyası vurğulayır ki, mülki qanunvericilikdə müəssisənin adından tərtib olunan sənədlərdə onun möhürünün əks olunmasının zəruriliyi ilə bağlı bir sıra imperativ qaydalar da nəzərdə tutulmuşdur (MM-in 107-6.1, 362.5-ci maddələri və.s).

72. Bundan başqa, sənədlərin təsdiq olunması zamanı möhürün əhəmiyyəti həmçinin özündə hüquqi şəxslərin ləğvinə dair qaydaları əks etdirən MM-in 61-ci və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.4-1 və 16.1-1.3-cü maddələrində göstərilmişdir. Belə ki, həmin maddi hüquq normalarında hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin adının dəyişdirilməsi faktının dövlət qeydiyyatına alınması zamanı həmin təşkilatların möhürlərinin müvafiq icra hakimiyyəti orqanına təhvil verməli olması, möhür müvafiq icra hakimiyyəti orqanına təqdim edilməyənədək təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliklərinin dövlət qeydiyyatına alınmasını təsdiq edən sənədlərin verilmədiyi, möhür itirildiyi halda isə bu barədə mətbuatda dərc edilmiş elan və onun tapılmaması haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış təqdim edilməli olduğu nəzərdə tutulur.

73. Məhkəmə kollegiyası vurğulayır ki, mülki qanunvericiliyin tələbləri baxımından mülki hüquq subyekti olan fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Belə ki, bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətini həyata keçirən şəxs olur. Qeyd olunan hal öz möhürü ilə təsdiq edilmiş sənədi mübahisələndirən hüquqi şəxsin üzəri nə sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildiyi və ya məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə halları sübuta yetirmək vəzifəsi qoyur. Bu baxımdan hazırkı halda, hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş sənədlərdəki imzanın həmin hüquqi şəxsin qanuni və ya müvafiq səlahiyyət verilmiş təmsilçisi tərəfindən icra edilməməsi belə sənədlərin etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin sənədlər imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə bu o anlama gəlir ki, hüquqi şəxsin təmsilçisi MM-in 360.2ci maddəsinə əsasən əqdi, bunun əksi sübut edilməyənədək bəyənməsini ehtiva edir. Hüquqi şəxsin adından tərtib olunmuş sənədlərin və ya bağlanmış müqavilələrin onların mö hürlə təsdiqlənmə halında möhürlə bağlı xüsusiyyətini tam araşdırmadan mötəbərlik baxımından qiymətləndirilməsi zamanı sənədi imzalamış şəxsin səlahiyyətli şəxs olmadığının müəyyən edilməsi həmin sənədin (müqavilənin) birmənalı qeyri-mötəbər kimi sübut qiymətləndirilməsinə əsas ola bilməz.

74. Bundan başqa, qarşılıqlı borcların üzləşdirilməsi barədə yuxarıda göstərilən aktda cavabdehə aid olan hissədə “baş mühasib” qrafasında imzanın mövcudluğuna da apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi hüquqi qiymət verilməmişdir. Belə ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunun 2.1.17. Baş mühasib vəzifəsinə təyin edilən, habelə bu vəzifələri icra edən şəxs (bundan sonra - baş mühasib) – mühasibat uçotu subyektində mühasibat uçotunun aparılmasını təmin edən, mühasibat uç otuna əsasən maliyyə, vergi və digər hesabatların tərtib edilməsinə, habelə uçotun formalaşdırılmasına və mühasibat uçotu sənədlərinin saxlanılmasına cavabdeh olan vəzifəli şəxsdir.

75. Həmçinin, iş materiallarından göründüyü kimi tərəflər arasında qarşılıqlı borcların üzləşdirilməsi barədə akt tərtib olunmazdan əvvəl iddiaçı tərəfindən cavabdehə ardıcıl olaraq elektron qaimə-fakturalar göndərilmiş (bax §1)(iş.v39-45), həmin elektron qaimə-fakturalar cavabdehin mühasibatlığı tərəfindən 5 gün ərzində etiraz olunmayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na (bundan sonra – “Qaydalar”) uyğun olaraq qəbul edilmiş, həmin qaimələrdə yuxarıda göstərilən müqavi lənin tarixi və nömrəsi göstərilmiş olsa da, qaimələrin seriya və nömrələri qarşılıqlı borcların üzləşdirilməsi barədə aktda öz əksini tapmış və qaimələrdəki rəqəmlərin cəmi aktda əks olunan borc məbləği ilə üst-üstə düşmüşdür. İş materiallarında isə bu qaimələrə etiraz və ya düzəliş edilməsi ilə bağlı cavabdeh tərəfindən təqdim edilmiş hər hansı sübut mövcud deyildir.

76. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qarşılıqlı borcların razılaşdırılması barədə aktın və göstərilən elektron qaimələrin mövcudluğu tərəflər arasında şifahi razılaşma əsasında yaranmış faktiki münasibətlərin mövcudluğuna dəlalət edir.

77. Mübahisələndirilən qətnamədə sonuncu məhkəmə iclasında dərman preparatlarının cavabdeh tərəfindən göndərilmiş nəqliyyat vasitələrinin sürücülərinə imzalanmaqla təhvil verilməsinə dair 2020-ci il 15 may tarixli 24731 nömrəli, 2020-ci il 31 may tarixli 24986 nömrəli və 2020-ci il 9 iyul tarixli 25565 nömrəli satış qəbzlərinin təqdim olunduğu göstərilməklə iddiaçının qeyd olunan dərman preparatlarının cavabdehin rəsmi ixtiyarlı şəxsinə təqdim olunmasına dair sübutların təqdim olunmadığını qeyd etmişdir.

78. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli, 2018-ci il 11 iyun tarixli qərarlarında sübutların qiymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir”. “Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.”

79. Göründüyü kimi sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması ə saslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin ləğv olunması üçün əsasdır.

80. MPM-in 76-cı maddəsinin tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar y azılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).

81. Həmçinin, kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

82. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

83. MPM-in 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Həmin Məcəllənin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır.

84. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həqiqətə nail olma q üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliklə məhkəmələrə verilmiş səlahiyyətlərindən lazımi həcmdə istifadə etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sözügedən nöqsanları aradan qaldırmalı, cavabdehin tərəflər arasında tərtib olunmuş borcların qarşılıqlı üzləşmə aktında cavabdehin baş mühasibi hissəsində imzanın mövcudluğunda münasibətdə onun tərəfindən imzalanmasının müəssisənin direktoru tərəfindən sonradan bəyənilib-bəyənilmədiyini, cavabdehin qanuni təmsilçisi möhürün onda olmasını etiraf etdiyi, möhürün itməsi, oğurlanması və onun iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçməsini təsdiq edən sübutlar olmadığı halda, möhürün qarşılıqlı borcların üzləşdirilməsi aktında mö vcudluğunun necə mümkün olmasını və buna baxmayaraq hansı səbəbdən onun məhkəmə tərəfindən inkar və ya qəbul edilməsini iş materiallarında olan digər sübutlarla əlaqəli surətdə tam, obyektiv və hərtərəfli araşdırmaqla düzgün hüquqi nəticəyə gəlməlidir.

85. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

86. MPM-nin 417.1.3-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

87. Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 31 oktyabr tarixli, 2-2(105)110/2022 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

88. Şərh olunanları və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunsun. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 31 oktyabr tarixli, 2-2(105)-110/2022 saylı qətnaməsi ləğv olunsun. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar