Məhkəmə qərarları › İş №2-2(102)-620/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-620/2023

24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-620/2023 24.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 iyul tarixli 2-2(103)-352/2023 saylı qətnaməsindən cavabdeh şikayətinə yazılı icraat qaydasında baxı lmışdır. tərəfindən verilmiş kassasiya İ. İŞİN HALLARİ 1. “Alıcı” Cavabdeh MMC “satıcı” İddiaçı MMC olmaqla imzalanmış 2021-ci il 1 sentyabr tarixli xx.xx.2021/S-4 nömrəli müqaviləyə əsasən satıcı müqavilənin ayrı-ayrı sifarişlər formasında tərəflər arasında rəsmiləşdirilən əlavələrində göstərilən malları razılaşdırılmış çeşiddə, miqdarda, müddətdə və qiymətə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları təhvil alıb dəyərini bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. 2. 2022-ci il 9 iyun tarixli BD4 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən 200 manat Bakı 4 saylı Mediasiya Təşkilatının bank hesabına köçürülmüşdür. 3. 2022-ci il 15 avqust tarixli BD4 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı M MC tərəfindən 420 manat Bakı şəhəri 25 saylı Vəkil Bürosunun bank hesabına köçürülmüşdür.

4. İddiaçı MMC-nin baş mühasibi Çudnetsova Gülçin, baş mühasibin müavini X2, Cavabdeh MMC-nin rəhbəri X5, Cavabdeh MMC-nin mühasibi X1 qeyd olunmaqla tərtib edilmiş 2021-ci il 3 noyabr tarixli üzləşmə aktında Cavabdeh MMC-nin İddiaçı MMC-yə 27.121,18 manat məbləğində borcu vardır.

5. İddiaçı MMC-nin Dövlət Vergi Xidmətində olan hesabından çıxarışdan məlum olur ki, Cavabdeh MMC tərəfindən müxtəlif tarixlərdə ödənişlər olmuş, 26.267,38 manat subuçot hesab qalığı qeyd olunmuşdur.

6. Müxtəlif tarixlərdə tərtib edilmiş elektron qaimələrdən məlum olur ki, ödənilməsi üçün təqdim edilmiş və qarşı tərəf təsdiqləmişdir. 7. 2022-ci il 7 yanvar tarixli ödəniş tapşırığına əsasən 2.460 manat, 2021-ci il 14 dekabr t arixli ödəniş tapşırığına əsasən 3.000 manat, 2021-ci il 29 noyabr tarixli ödəniş tapşırığına əsasən 2.182,2 manat, 2021-ci il 3 noyabr tarixli ödəniş tapşırığına əsasən 800 manat, 2021-ci il 18 oktyabr tarixli ödəniş tapşırığına əsasən 4.237,29 manat Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə məxsus bank hesabına köçürülməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı pul tələbinə dair 2022-ci il 15 sentyabr tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya mövcud olan 48.545,88 manat əsas borcunun, eləcə də vəkil tərəfindən hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 210 manat rüsumun, Bakı şəhəri 4 saylı Mediasiya Təşkilatına ödənil miş 200 manat rüsumun, həmçinin iddia ərizəsinin verilməsinə görə əlavə olaraq ödənilmiş 28 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 45.983,88 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında malların alqısatqısı haqqında 2021-ci il 1 sentyabr tarixli xx.xx.2021/S-4 nömrəli müqavilə imzalanmışdır. Müqavilə bağlanarkən şirkət (“satıcı”) müqavilənin əlavələrində göstərilən malları razılaşdırılmış çeşiddə, miqdarda, müddətdə və qiymətlə, istifadə məqsədləri üçün yararlı vəziyyətdə cavabdehə (“alıcı”) satmağı, cavabdeh şirkət isə həmin malları təhvil alıb, dəyərini 35-45 təqvim günü ərzində “satıcı”nın bank hesabına ödəməyi öz öhdəsinə götürmüşdür. Mü qavilənin “alıcının öhdəlikləri” bölməsinə müvafiq olaraq cavabdeh həmin müqavilənin şərtlərinə uyğun təchiz olunmuş malları qəbul etməli və malların dəyərini qaimə ilə müəyyən olunmuş qaydada “satıcı”ya ödəməlidir. Həmçinin, müqaviləyə əsasən təchiz olunan malların miqdarı, çeşidi, keyfiyyəti və digər şərtlərinin “satıcı” tərəfindən pozulması halları barədə “alıcı” malı təhvil aldığı zaman baxış keçirib “satıcı”nı məlumatlandırmalıdır. İddiaçı müqavilə üzrə üzərinə düşən vəzifələri lazımınca icra etsə də, cavabdeh satış məqsədi üçün götürdüyü 69.786,89 manat dəyərindəki məhsulun, işə əlavə olunmuş “Malların qismən qaytarılması qaimələri”ndən də göründüyü kimi, 6.486,02 dəyərində olan hissəsini geri qaytarmışdır. Bundan əlavə olaraq, götürülən məhsuldan işə əlavə edilmiş ödəniş sənədləri ndən də göründüyü kimi, hissə-hissə olmaqla ümumilikdə 14.754,99 manat dəyərində olan hissəsi cavabdeh tərəfindən artıq ödənilmişdir. Həmçinin, tərəflərin 2021-ci il 3 noyabr tarixli üzləşmə aktında da təsdiqlədikləri kimi, sadəcə 2021-ci il 1 sentyabr tarixdən 2021-ci il 1 noyabr tarixədək cavabdehin iddiaçıya 27.121,18 manat borcu qalmışdır. Hazırda iş materiallarından da aydın olunduğu kimi, cavabdehin iddiaçıya olan ümumi borcu 48.545,88 manat təşkil edir. Göndərilmiş mallara dair elektron qaimələr tərtib olunaraq cavabdehə göndərilmiş və müvafiq olaraq, cavabdeh tərəfindən həmin qaimələr qəbul olunaraq təsdiq edilmişdir. Tərəflər arasında bağlanmış qeyd edilən müqavilənin 9.3-cü maddəsinə əsasən, cavabdeh alınan malların dəyərinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə 0,01 % məbləğində dəbbə pulu ödəməlidir.

10. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 399.1, 427.3, 442, 443.1, 21.2-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə istinad etmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 19 dekabr tarixli, e-2-2(113)-5455/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehdən 48.545,88 manat, 200 manat mediasiya xərci, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 210 manat tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – A.Əliyeva).

12. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi imzalanmış, iddiaçı müqavilə üzrə müəyyən olunan öhdəliklərini icra etsə də, cavabdeh müqavilə dən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, alınmış malların dəyərini tam ödəməyərək nəticədə iddiaçıya borcu yaranmışdır.

13. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan qaimə faktura, e-qaimələrdən tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə cavabdehin borcu olması öz təsdiqini tapır. Buna görə də iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 48.545,88 manat iddiaçının xeyrinə tutulmalıdır.

14. Tərəflər arasında imzalanmış üzləşmə aktı ilə müəyyən edilən məbləğ, 6.486,02 manat məbləğində malların geri qaytarılması və cavabdeh tərəfindən qeyd olunan müqavilə üzrə 14.754,99 manat məbləğində ödənişin olması işin mübahisəsiz halıdır.

15. Cavabdeh ümumi dəyəri 69.786,89 manat təşkil edən malın cavabdehə verildiyini sübuta yetirə bilmədiyini, iddia olu nan borc məbləğini mübahisələndirərək bildirmişdir ki, tərəflər arasında imzalanmış müqavilədə malların təhvil-təslim aktı əsasında razılaşdırılsa da, təhvil-təslim aktları məhkəməyə təqdim edilməmiş, təqdim edilmiş təhvil-təslim aktları müvafiq qaydalara uyğun tərtib edilməmişdir. Cavabdeh 13.254,17 manat məbləğində malın iddiaçıya geri qaytarıldığını bildirsə də, ümumilikdə 6.486,02 manat malın geri qaytarılması iddiaçı tərəfindən təsdiqlənmişdir.

16. Məhkəmə cavabdehin etirazına münasibətdə qeyd etmişdir ki, cavabdehin göstərilən malların bağlanmış müqavilənin tələblərinə müvafiq olmayaraq tərtib edilməsi barədə dəlillərini əsassız hesab edir. Belə ki, cavabdeh tərəfindən ödənilmiş və etiraf edilmiş borc üzrə malların təhvil verilməsinin və bu halın sənədləşdirilməsinin, ödənişə əsas ol muş sənədlərin və eyni zamanda geri qaytarılmış malların cavabdehin qeyd etdiyi müvafiq şəkildə həyata keçirilməsi müəyyən olunmamışdır. Məhkəmə qeyd etmişdir ki, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlərində təhvil-təslim aktının cavabdehin əsaslandırdığı şəkildə aparılaraq malların satışının həyata keçirilməsi məhkəmə araşdırmasında öz təsdiqini tapmamışdır.

17. Cavabdeh 13.254,17 manat məbləğində malın iddiaçıya geri qaytarıldığını bildirsə də, cavabdeh tərəfindən ümumilikdə 6.486,02 manat malın geri qaytarılması təsdiqlənmişdir. Cavabdeh malları yalnız e-qaimə sənədi əsasında geri qaytardığını, lakin təqdim etdiyi qaimələrin iddiaçı tərəfindən ləğv olunduğunu bildirmişdir. Bu halda məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən 13.254,17 manat məbləğində malın iddiaçıya geri qaytarılması öz təsdiqini tapmamışdır.

18. Məhkəmə mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alıb hesab etmişdir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

19. Məhkəmə bu qənaətini MM-in 385.1, 386, 442, 443.1, 448.1, 567, 600.1-ci maddələrinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1.1, 175.1.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1, 121.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 19 dekabr tarixli qətnaməsini ləğv edərək iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 3 may tarixli 2-2(103)-352/2023 saylı qərardadı ilə cavabdehin vəsatətinə əsasən iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilərək, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).

22. Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 13 iyun tarixli 9/3835 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, işdəki elektron qaimələrə əsasən cavabdehə 69.786,89 manat dəyərində mal təhvil verilmiş, malların geri qaytarılmasına dair elektron qaimələrə əsasən 6.486,02 manat dəyərində mal qaytarılmış, 14.754,99 manat Ə DV daxil ödəniş çıxıldıqdan sonra iddiaçıya 48.545,88 manat borcu qalmışdır.

23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 iyul tarixli 2-2(103)-352/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 19 dekabr tarixli e-2-2(113)-5455/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – E.Kazımov və A.Hüseyn).

24. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış 2021-ci il 1 sentyabr tarixli xx.xx.2021/S-4 nömrəli müqavilə əsasında cavabdehə satılmış süd məhsullarına görə cavabdeh tərəfindən cəmi 14.754,99 manat ödəniş həyata keçirilmişdir. İddiaçı cavabdehə ümumilikdə 69.786,89 manat dəyərində mal təhvil veril diyini, 6.486,02 manat dəyərində malın geri qaytarıldığını, 14.754,99 manat ödəniş çıxılmaqla 48.545,88 manat borcu qaldığını bildirmişdir.

25. Cavabdeh 2021-ci il 3 noyabr tarixli üzləşmə aktını imzalamaqla iddiaçıya 2021-ci il 1 noyabr tarixədək 27.121,18 manat məbləğində borcu olduğunu etiraf etmişdir.

26. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrə hər hansı etiraz bildirmədiyindən, tərəflər arasında formalaşmış işgüzar münasibətlərə əsasən mallar təqdim edilərkən, o cümlədən geri qaytarılarkən təhvil-təslim aktı tərtib edilmədiyindən cavabdeh eyni qaydada qəbul etdiyi malların dəyərini ödəmişsə, mübahisələndirdiyi hissədə ödənişdən imtinası əsassızdır. Buna görə də, iddiaçının xeyrinə alqı-satqı mü qaviləsi üzrə 48.545,88 manat borcun tutulması barədə məhkəmənin mövqeyi qanuni və əsaslıdır. Cavabdeh iddiaya etirazda qaytarılan malın dəyərinin 13.254,17 manat məbləğində olduğunu qeyd etsə də, 6.486,02 manatdan artıq dəyərdə mal qaytarıldığına dair məhkəməyə sübutlar təqdim etməmişdir. Qaytarılan mallarla bağlı elektron qaimələr yalnız iddiaçı tərəfindən elektron məhkəmə sisteminə yüklənmişdir.

27. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386, 404.1, 404.2, 433.1, 433.2, 442, 443.1, 448.1, 567, 600.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

28. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2023-cü il 20 iyul tarixdə tərəflərin şəxsi elektron kabinetinə yerləşdirilmişdir.

29. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsindən 2023-cü il 18 sentyabr tarixində kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 iyul tarixli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

30. MM-in 567, 568.1, 570.1-ci maddələrinin, "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarının tələbləri pozulmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2021-ci il 1 sentyabr tarixli xx.xx.2021/S-4 nömrəli müqavilənin 3.4-cü bəndinə görə, mallar müvafiq standart və tələblərə uyğun qablaşdırılmalı, markalanmalı və müəyyənləşdirilmiş ünvanda alıcıya (tərəflər arasında imzalanacaq müvafiq təhvil-təslim aktı əsasında) təhvil verilməlidir. Lakin iddiaçı məhz 69.786,89 manat həcmində malın cavabdehə təhvil verilməsi barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, tərəflər alqı-satqı müqaviləsi üzrə malın müvafiq təhvil-təslim aktı üzrə alıcıya verilməsini şərtləndirmişlər. Lakin apellyasiya instansiyası məhkəməsi yalnız iddiaçının cavabdehə göndərdiyi elektron qaimələrə istinadən belə nəticəyə gəlmişdir ki, iddiaçının ərizəsində göstərdiyi həcmdə mallar cavabdehə verilmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi müqavilə müddəalarını (malların təh vil-təslim edilməsinə dair) tərəflərin şərtləndirdiyi qaydanı nəzərə almamış və işin hallarına uyğun tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməyərək hüquq normasının pozuntusuna yol vermişdir.

31. MPM-in 9.1, 9.3, 81, 88, 102.2-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq, nəticə etibarilə iş üzrə qanuni qətnamə qəbul etməkdən ötrü, işdə olan ekspert rəyi ilə razılaşmamalı və təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli idi. Belə ki, işdə olan, cavabdeh tərəfindən iddiaçıya edilmiş ödənişlər və malların qaytarılmasına dair sənədlərlə ekspert rəyində göstərilən məqamlar ziddiyyətlidir. Lakin məhkəmə ekspertiza təyin etməkdən yayınmış, nəticə etibarilə prosessual hüquq normasını pozmuşdur.

32. Məhkəmə işdə olan sübutlara o byektiv və qərəzsiz baxmaqla, qanunvericilik normalarına uyğun qiymət verməli olduğu halda, yalnız özünün düzgün olmayan, subyektiv mülahizəsinə əsasən qiymət vermiş, yenidən prosessual hüquq normasının pozuntusuna yol verməklə, düzgün olmayan məhkəmə aktı qəbul etmişdir.

33. Digər tərəfdən, məhkəmə cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmiş, çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayə tinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

36. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşd ırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddə sində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir.” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəs ini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə

433. Tələbin ixtiyarlı şəxsə icra edilməsi 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 433.2. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdə liyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi ö hdəsinə götürür.” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir....”

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etm əlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 iyul tarixli 2-2(103)-352/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

41. Apellyasiya məhkəməsi düzgün olaraq o nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrə hər hansı etiraz bildirmədiyindən, tərəflər arasında formalaşmış işgüzar münasibətlərə əsasən mallar təqdim edilərkən, o cümlədən geri qaytarılarkən təhvil-təslim aktı tərtib edilmədiyindən cavabdeh eyni qaydada qəbul etdiyi malların dəyərini ödəmişsə, mübahisələndirdiyi hissədə ödənişdən onun imtinası əsassızdır. Cavabdeh iddiaya etirazda qay tarılan malın dəyərinin 13.254,17 manat məbləğində olduğunu qeyd etsə də, 6.486,02 manatdan artıq dəyərdə mal qaytarıldığına dair məhkəməyə sübutlar təqdim etməmiş, qaytarılan mallarla bağlı elektron qaimələr yalnız iddiaçı tərəfindən elektron məhkəmə sisteminə yüklənmişdir.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlar əsasında hüquqi qiymətləndirməni düzgün aparmış, cavabdeh istinad etdiyi halları sübuta yetirə bilməmiş, kassasiya şikayətinin dəlilləri isə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

43. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış 2021-ci il 1 sentyabr tarixli xx.xx.2021/S-4 nömrəli müqavilənin 3.4-cü bəndinə görə, mallar müvafiq standart və tələblərə uyğun qa blaşdırılmalı, markalanmalı və müəyyənləşdirilmiş ünvanda alıcıya (tərəflər arasında imzalanacaq müvafiq təhvil-təslim aktı əsasında) təhvil verilməlidir. Lakin iddiaçı məhz 69.786,89 manat həcmində malın cavabdehə təhvil verilməsi barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir.

44. Cavabdehin kassasiya şikayətinin bu dəlili iş materialları, eyni zamanda işdəki ekspert rəyi ilə təkzib edilir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 13 iyun tarixli 9/3835 saylı ekspert rəyində qeyd edilmişdir ki, işdəki elektron qaimələrə əsasən cavabdehə 69.786,89 manat dəyərində mal təhvil verilmiş, malların geri qaytarılmasına dair elektron qaimələrə əsasən 6.486,02 manat dəyərində mal qaytarılmış, 14.754,99 manat ƏDV daxil ödəniş çıxıldıqdan sonra iddiaçıya 48.545,88 manat borcu qalmı ş,. cavabdeh həmçinin 2021-ci il 3 noyabr tarixli üzləşmə aktını imzalamaqla iddiaçıya məhz 2021-ci il 1 noyabr tarixədək 27.121,18 manat məbləğində borcu olduğunu etiraf etmiş, tərəflər arasında alqı-satqı müqaviləsi üzrə münasibətlər isə sonradan da davam etmişdir. 45. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmı ş və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

46. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəyə düzgün tətbiq etmişdir.

47. Kassasiya şikayətlərinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qə tnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88, 217-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

48. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 iyul tarixli 2-2(103)-352/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 iyul tarixli 22(103)-352/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar