Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-621/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, malların göndərilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 iyul tarixli 2-2(104)-125/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları "xxxx" Məhdud Məsuliyyətli Cəm iyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 2018-ci il 13 mart tarixində bağlanmış *8 nömrəli “Ehtiyat hissələrinin satışı” müqaviləsinə əsasən, satıcı "xxxx" MMC müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə (Əlavə 1, Əlavə 2 və s.) göstərilmiş malları alıcı "xxxx" MMC-yə satmağı, alıcı isə bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür.
1. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilədə və onun ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilmiş malları alıcıya satmağı və alıcı isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürmüşdür. 2. 2018-ci il 16 noyabr tarixli üzləşmə aktına görə, qarşılıqlı yoxlamaya əsasən “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2018-ci il 15 noyabr tarixinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti nə əsas borc üzrə 90.320,60 manat, ƏDV üzrə 10.038,21 manat olmaqla, cəmi 100.358,81 manat borcunun olması faktı hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur. 3. “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş 2020-ci il 15 iyul tarixli üzləşmə aktına görə, qarşılıqlı yoxlamaya əsasən 2020-ci il 30 iyun tarixə əsas məbləğ üzrə 1.120 manat, ƏDV üzrə 201,60 manat olmaqla, cəmi 1.321,60 manat məbləğində borcun olması qeyd edilmişdir. İş üzrə məhkəmə icraatı
4. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdehnə (bundan sonra- “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2018-ci il 13 mart tarixli 0015-HGC-GM/18 nömrəli müqaviləyə əsasən 30.315,16 manat borcun və ödənilmiş 200 manat mediasiya xərci olmaqla, cəmi 30.515,16 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2018-ci il 13 mart tarixli 0015-HGC-GM/18 nömrəli “Ehtiyat hissələrinin Satışı müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilədə və onun ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilmiş malları alıcıya satmağı və alıcı isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilə və onun əlavələrinə əsasən cavabdehə iddiaçı tərəfindən ümumi dəyəri 78.451,06 manat olan mal satılmışdır. Bu müqavilənin 2.5-ci maddəsinə əsasən alıcı əlavədə göstərilmiş malların dəyərinin 100% hissəsini təhvil-təslimdən sonra satıcıya köçürmə yolu ilə 40 iş günü ərzində ödəməlidir. Lakin cavabdeh qeyd olunan məbləğin 48.135,90 manat hissəsini ödəmiş, 30.315,16 manat hissəsini isə ödəməmişdir. Cavabdehə göstərilən borc məbləğinin tam ödənilməsi tələbi ilə əlaqədar xəbərdarlıq edilmiş, lakin cavabdeh borcu ödəməmişdir.
6. Cavabdeh iddia müddətinin tətbiq olunması barədə ərizəsində bildirmişdir ki, iddiaçı cavabdehə qarşı iddia ilə iddia tələbinə dair müddət ötürüldükdən sonra məhkəməyə müraciət etmişdir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 5 iyun tarixli e-2-2(115)-452/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim G.Quluyeva).
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, "xxxx" MMC ilə (iş üzrə indiki adı İddiaçı MMC) "xxxx" MMC (iş üzrə indiki adı Cavabdeh MMC) arasında bağlanmış 2018-ci il 13 mart tarixində alqı-satqı müqaviləsi bağlanmış, Satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilmiş malları Alıcıya satmağı, Alıcı isə mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, malları Alıcıya vermiş, lakin Alıcı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməmiş və malların dəyərini tam olaraq Satıcıya ödəməmişdir. Onun iddiaçıya 30.315,16 manat borcu yaranmışdır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq etmişdir
9. İşin materiallarından da göründüyü kimi, tərəflər arasında müqavilə 2018-ci il 13 mart tarixində bağlanılmış, sonuncu qai mə 2018-ci il 13 sentyabr tarixində qarşı tərəfə göndərilmiş, tərəflər arasında 2018-ci il 16 noyabr tarixində üzləşmə aktı imzalanaraq cəmi 100.358,81 manat borcun olması faktı hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur. Cavabdeh 2020-ci il 15 iyul tarixində üzləşmə aktına imza edərək borcunun bir hissəsini etiraf etmiş və həmin aktı təsdiq edilməsi üçün qarşı tərəfə göndərmişdir. Lakin üzləşmə aktı iddiaçı tərəfindən təsdiq edilməmişdir. İddiaçı tərəfindən 2023-cü il 12 yanvar tarixində mediasiya prosesinin tətbiqi ilə bağlı təklif göndərmiş, mediator tərəfindən 2023-cü il 21 fevral tarixində ilkin mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayış verilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə 2023-cü il 1 mart tarixində müraciət etmişdir ki, qanunla müəyyən edilmiş 3 illik müddəti ötürməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 372.1, 373.2, 375.2, 377.1, 377.2, 379.4, 380.1, 380.2, 379.4-1, 386.1, 442, 445.1, 445.2, 4481, 448.2, 567 və 600.1-ci maddələrinə; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 32.4.2, 35.1 və 35.2-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- “MPM”) 14.1, 14.2, 77.1, 119.1, 119.2 və 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
11. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. a) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 20 23-cü il 13 sentyabr tarixli 2-2(104)-199/2023 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov və A.Hüseynzadə).
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehin alqı-satqı müqaviləsinə əsasən iddiaçıdan haqqını sonradan ödəmək şərti ilə almış olduğu malların 30.315,16 manat əsas borc təşkil edən hissəsinin dəyərini sonradan ödəmədiyi məhkəmə iclasında müəyyən edildiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə və müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğundan, iddia müddətinin başlanğıcı cavabdeh 2020-ci il 15 iyul tarixdə üzləşmə aktına imza edərək borcunun bir hissəsini etiraf etdiyi tarixdən hesablandığından, iddiaçı müddəti ötürmədən birinci instansiya məhkəməsinə müraciət etdiyindən həmin məhkəmə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəni təmin etməməkdə haqlı olmuşdur. Belə ki, cavabdeh MMC-nin möhürü və səlahiyyətli şəxslərin imzası ilə təsdiq edilmiş üzləşmə aktını 2020-ci il 15 iyul tarixdə iddiaçıya göndərməklə iddiaçıya borcunun olduğunu etiraf etmişdir. Cavabdeh iddiaçı tərəfindən müvafiq iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddia müddətinin buraxıldığını mübahisələndirmişdir. Halbuki, məhkəmə iclasında araşdırılmış sübutlarla iddiaçının müvafiq iddia ilə məhkəməyə iddia müddəti başa çatmamış müraciət etdiyi təsdiq olunmuşdur. Alqı-satqı müqaviləsindən və müqavil əyə Əlavədən tərəflər arasında bağlanmış müqavilə və müqavilənin məbləği aşkardır. İddiaçının təqdim etmiş olduğu elektron qaimələrdən göründüyü kimi iddiaçı 78.451,06 manat dəyərində malları cavabdehə göndərilməsi ilə bağlı elektron qaimələri sonuncuya ötürmüşdür. İddia ərizəsindən isə göründüyü kimi, cavabdeh 2018-ci il 13 mart tarixli 0015-HGC-GM/18 nömrəli müqavilə üzrə aldığı malların dəyərindən 48.135,90 manat hissəsini ödəmiş, 30.315,16 manat hissəsini isə ödəməmişdir. Cavabdeh tərəf isə öhdəliyini tam icra etməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir.
14. Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsinin istinad etmiş olduğu hüquq normaları ilə eynilik təşkil etmiş və əlavə olaraq MM-in 598.1, 443.1, 600.4 -cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2018-ci il 28 noyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad edilmişdir.
15. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b) Kassasiya instansiya məhkəməsindəki birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 6 mart tarixli 2-2(102)-89/2024 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilən kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır (məruzəçi hakim B.Qəribov, hakimlər B.Məmmədli və E.Şamayev).
17. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi cavabdehin möhürü və səlahiyyətli şəxslərin imzası ilə təsdiq edilmiş 2020-ci il 15 iyul tarixli üzləşmə aktına istinad edərək, həmin aktla sonuncunun 1.321,60 manat qalıq borcunun olmasını etiraf etməsini, ümumilikdə 30.315,16 manat tələb üzrə iddia müddətinin axımının kəsilməsi kimi qiymətləndirmiş və bununla da iddiaçı tərəfindən 3 illik iddia müddətinin ötürülməməsi qənaətinə gəlmişdir.
18. İddia müddətinə münasibətdə məhkəmə kollegiyası MM-in 372.1, 372.2, 373.2, 375.2 və 380.1-ci maddələrinə istinad edərək göstərmişdir ki, tərəflər arasında qarşılıqlı surətdə tərtib olunmuş əvvəlki 2018-ci il 16 noyabr tarixli üzləşmə aktından fərqli olaraq, sonuncu üzləşmə aktında iddiaçı və cavabdehin biri -birilərinə olan kreditor/debitor borcları aydın qeyd olunmamışdır. Həmin akt əsasında qalıq kimi göstərilmiş 1321,60 manatın birmənalı şəkildə məhz cavabdehin iddiaçıya borcunun olması qənaətinə gəlmək qeyrimümkündür. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, həmin aktda qeyd olunan 1321,60 manatın hazırda tələb olunan 30.315,16 manatı əhatə edib-etməməsi araşdırılmalı, iddiaçının 2020-ci il 15 iyul tarixli üzləşmə aktını qəbul edib-etməməsi, aktı qəbul etdiyi halda ona qarşı hər hansı etiraz verib-verməməsi, aktın məhkəmə tərəfindən etiraf kimi qəbul edildiyi təqdirdə, onunla əlaqədar 3 illik iddia müddətinin iddia tələbini (30.315,16 manatı) tam həcmdə əhatə edib-etməməsi məsələsi mülki qanunvericiliyin iddia müddətləri ilə bağlı tənzimlədiyi qaydalara uyğun olaraq müzakirə edə rək, qiymətləndirməklə həll edilməlidir.
19. Məhkəmə gəldiyi nəticəni MM-nin 372.1, 373.2, 373.3, 375.2 və 380.1-ci maddələrinə; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il 16 noyabr tarixli və 2018-ci il 28 noyabr tarixli Qərarlarına, MPMnin 14.2, 76.1, 77.1, 416, 417.1.3 və 418.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
20. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 iyul tarixli 2-2(104)-125/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məru zəçi hakim A.Bayramov, hakimlər A.İsgəndorava və R.Mamedov).
21. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında öhdəlik münasibətlərinin yaranmasına səbəb 2018-ci il 13 mart tarixli 0015-HGCGM/18 nömrəli “Ehtiyat hissələrinin Satışı müqaviləsi” olmuş, bütün qaimə və hesablaşmalar məhz bu müqavilə əsasında aparılmışdır. Digər öhdəlik münasibətlərindən yaranmış hər hansı debitor və ya kreditor borcunun olması müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, 2020-ci il 15 iyul tarixli üzləşmə aktında qeyd edilən 1.321,60 manat hazırda tələb olunan 30.315,16 manat pul vəsaitinin tərkib hissəsidir.
22. Məhkəmə qeyd etmişdir ki, 2020-ci il 15 iyul tarixli üzləşmə aktında qeyd edilmiş 1.321,60 manat pul vəsaiti cavabdehin iddiaçıya bəyan et diyi borc məbləğini göstərir. Belə ki, həmin üzləşmə aktında qeyd edilən məbləğ cavabdeh müəssisənin kredit qrafasında, yəni borcu kimi göstərilmişdir.
23. Kassasiya instansiya məhkəməsi tərəfindən apellyasiya instansiya məhkəməsinin işə baxılması zamanı araşdırılmalı olduğu digər məsələ kimi iddiaçının 2020-ci il 15 iyul tarixli üzləşmə aktını qəbul edib-etməməsi, aktı qəbul etdiyi halda ona qarşı hər hansı etiraz verilib-verilməməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 2020-ci il 15 iyul tarixli üzləşmə aktına görə, qarşılıqlı yoxlamaya əsasən 2020-ci il 30 iyun tarixinə əsas məbləğ üzrə 1.120 manat, ƏDV üzrə 201,60 manat olmaqla, cəmi 1.321,60 manat borcun olmasını qeyd edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının i clasında verdiyi izahatında bildirmişdir ki, üzləşmə aktına tərəflərindən münasibət bildirilməməsi onlar üçün hər hansı hüquqi nəticələrə səbəb olmur. Onlar aktı qəbul etdikdən sonra şifahi şəkildə borcun tam ödənilməsini cavabdehdən tələb etmişlər. Üzləşmə aktına hər hansı münasibət bildirilməməsi aktda göstərilən məbləğin onlar tərəfindən qəbul edilməsi kimi qiymətləndirilməməlidir.
24. Həmçinin qeyd edilmişdir ki, işin materiallarına əlavə edilmiş 2018-ci il 16 noyabr tarixli üzləşmə aktına görə, 2018-ci il 1 yanvar-2018-ci il 15 noyabr dövrü ərzində dövriyyə 136.333,19 (115.536,60 əsas məbləğ+20.796,59 ƏDV) təşkil etmişdir. İddiaçı tərəfindən isə həmin məbləğ məhkəməyə təqdim edilmiş məlumatda 136.332,60 manat olaraq qəbul edilmişdir. Hesab üzrə çıxarışlar və ödəniş tapşırıqları ilə ca vabdeh tərəfindən edilən ödənişlər nəzərə alınmaqla, sadə riyazi hesablama yolu ilə iddiaçının tələb etdiyi məbləğdə borcunun olması iş materialları ilə təsdiq olunur. Belə ki, hesab üzrə çıxarışlar və ödəniş tapşırıqları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən ümumi 136.332,60 borcdan cəmi 106.012,59 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən isə həmin məbləğ məhkəməyə təqdim edilmiş məlumatda 106.017,60 manat olaraq qəbul edilmişdir. Nəticədə cavabdehin 30.315,16 manat (136.332,60-106.017,60) olduğu müəyyən edilir.
25. Digər bir məsələ 2020-ci il 15 iyul tarixli üzləşmə aktının məhkəmə tərəfindən etiraf kimi qəbul edildiyi təqdirdə, onunla əlaqədar 3 illik iddia müddətinin iddia tələbini (30.315,16 manat) tam həcmdə əhatə edib-etməməsi məsələsinin mülki qanunvericiliyin iddia müddətl əri ilə bağlı tənzimlədiyi qaydalara uyğun olaraq qiymətləndirilməsi ilə bağlıdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, 2020-ci il 15 iyul tarixli üzləşmə aktının cavabdeh tərəfindən iddiaçıya göndərilməsi iş materialları ilə təsdiq olunur. Hazırkı halda işin materiallarına görə, cavabdeh müəssisənin möhürü və səlahiyyətli şəxslərin imzası ilə təsdiq edilmiş üzləşmə aktını 2020-ci il 15 iyul tarixində iddiaçıya göndərməklə iddiaçıya borcunun olduğunu etiraf etmişdir. Ona görə də birinci instansiya məhkəməsi hazırkı tələbə iddia müddətini tətbiq etməməkdə haqlı olmuşdur.
26. Məhkəmə gəldiyi nəticəni MM-nin 372.1, 372.2, 373.2, 375.2, 377.1, 377.2, 379.4, 380.1, 380.2, 379.4-1, 385.1, 386.1, 389.1, 427.3, 442, 443.1, 445.2, 445.2.1, 481.1, 448.2, 449.4, 567, 568.1, 600.1 və 600.4-cü maddə lərinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 28 fevral tarixli və 2018-ci il 28 noyabr tarixli qərarlarına; MPM-nin 14.1, 78.1, 80 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
27. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri d) Kassasiya şikayətinin dəlilləri
28. MM-nin 372, 373.2 və 375.2-ci maddələri üzrə-iddiaçı son ödəniş tarixindən 3 il müddət keçdikdən sonra cavabdehə müvafiq təklif göndərmişdir ki, bu da iddiaçının hazırki tələbi üzrə iddia müddətinin keçməsinə dəlalət etmişdir. Üzləşmə aktında iddiaçının və ya cavabdehin bir-birilərinə olan debitor/kredit borcu mü əyyən olunmamışdır, yəni akt düzgün tərtib edilməmişdir. Apellyasiya instansiya məhkəməsi iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsini nəzərə almamış, tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməyərək hüquq normasının pozuntusuna yol vermişdir.
29. MPM-nin 88 və 420-ci maddələri üzrə-məhkəmə yalnız özünun subyektiv mülahizəsinə əsaslanaraq qimətləndirmə aparmışdır. Halbuki, iddiaçı cavabdehin borcu ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasından əlavə, həmçinin prosessual hüquq normasının pozuntusuna yol verməklə, iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. e) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. İddiaçı tərəfindən təqdim olunmuş, kassasiya şikayətinə qarşı etirazda işin f aktiki hallarına istinad edilməklə, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəfidən Ali Məhkəmənin iş üzrə qərarında göstərilən göstərişlər üzrə tam və hərtərəli araşdırma aparıldığı göstərilmiş, şikayətin təmin olunmaması xahiş edilmişdir. Kassasiya baxışının hədləri
31. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olun ması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir....” “Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir....” “Maddə
375. İddia müddətinin tətbiqi... 375.2. Mə hkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə
379. İddia müddəti axımının dayandırılması... 379.4. Müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia m üddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır. 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir....” “Maddə
380. İddia müddəti axımının kəsilməsi... 380.1.Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....”
34. Azərbaycan Respublikasının “Mediasiya müddəalarında aşağıdakılar nəzərdə tutulur: haqqında” Qanununun müvafiq “Maddə
35. İddia müddətlərinin axımının dayandırılması 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur”.
35. Azərbaycan Respublikasının Mü lki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiy ası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 37. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, m übahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. İşə ikinci dəfə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yeri nə yetirilmiş, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Ona görə də məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.
39. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
40. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 iyul tarixli 22(104)-125/2024 saylı qətnaməsi dəyişdirilmədə