Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-622/2021 22.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdehə qarşı iş üzrə QƏRAR Açar sözlər: maddi, mənəvi ziyana görə pulun alınması və avtobusların təmir edilərək qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, iddiaçının vəkilinin iştirakı ilə, İddiaçı cavabdehə qarşı maddi, mənəvi ziyana görə pulun alınması və avtobusların təmir edilərək qaytarılması tələbinə dair kommersiya işi üzrə İddiaçı MMC t ərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 iyun tarixli, 2-2(103)10/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya Qurumunun dövlət reyestrindən çıxarışa əsasən İddiaçı MMC-nin təsisçiləri 1 pay hissəsində X2, 1 pay hissəsində isə X4 olmuşdur. 2. 20.09.2019-cu il tarixli "xxxx" ASC-nin sədri tərəfindən təsdiq edilmiş akta görə, iki ədəd “İsuzu NP37” markalı **-TE-*** və **-JE-*** dövlət qeydiyyat nişanlı avtobuslar nasaz vəziyyətdə 05.12.2015-ci il tarixdə Nümayəndə2 və X5 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən "xxxx" ASC-yə məxsus dayanacaqda yerləşdirilmişdir. 3. 25.09.2019-cu il tarixli "xxxx" MMC-nin sədri tərəfindən təsdiq edilmiş akta görə, “İsuzu NP37” markalı **-TE-*** və **-JE-*** dövlət qeydiyyat nişanlı avtobuslar nasaz vəziyyətdə 10.12.2016-cı il tarixdə dayanacaqda dayandırılmış və hal-hazıradək istismara buraxılmamışdır.
4. Bakı Nəqliyyat Agentliyinin 06-11-04/1545 saylı, 27.09.2019-cu il tarixli məktubuna görə, “İsuzu NP37” markalı **-TE-*** və **-JE-*** dövlət qeydiyyat nişanlı avtobuslar Nümayəndə2 müvəqqəti istismarında olan 48 nömrəli marşrut xətti üzrə fəaliyyətlərinə dair 2016-cı ilin may–avqust ayları üçün “fərqlənmə nişanı” alınsa da, hər iki avtobus nasaz olduğundan həmin müddətdə marşrut xəttində istismar edilməyərək ehtiyatda saxlanılmışdır.
5. İnzibati xətanın törədilməsinə dair protokollara görə, qeyd olunan avtobuslara 2013cü ildən 2016-cı il tarixlərdə yol hərəkəti qaydalarını pozulması səbəbindən protokollar tərtib edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdehə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi ziyana görə 160.000 manat, mənəvi ziyana görə 50.000 manat ödənilməsi və avtobusların qaytarılması, habelə 160.000 manat əldə edilmiş gəlirin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 2 ədəd “İsuzu-NP37” markalı avtobusların istifadə edildiyi 5 il müddətində qazanılmış 240090 manat, mənəvi ziyana görə 50.000 manat pulun alınması və həmin avtobusların təmir edilərək qaytarılması barədə q ətnamə qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü ilin fevral ayında İddiaçı MMC-nin təsisçisi Haqverdiyev Rövşən və Cavabdeh təsisçisi Nümayəndə2 iki ədəd “İsuzu NP37” markalı **-TE-*** və **-JE-*** dövlət qeydiyyat nişanlı avtobusların birlikdə istifadə edilməsi ilə bağlı razılığa gəlmişlər. Razılıq əsasında avtobusların istifadə olunduğu müddətdə əldə edilmiş gəlirin tərəflər arasında bərabər şəkildə bölünməsi razılaşdırılmışdır. Lakin, cavabdeh tərəfdən bu razılıq yerinə yetirilməmiş, habelə qeyd olunan avtobuslar istifadə edilərək yararsız hala gətirilmişdir. Qeyd olunan avtobusların geri qaytarılması məqsədi ilə cavabdehə dəfələrlə müraciət edilsə də, avtobuslar geri qaytarılmamışdır. Bu səbəbdən həmin avtobus ların geri qaytarılması üçün müvafiq orqanlara müraciət edilmişdir. 2013-cü ilin fevral ayından hal-hazıradək qeyd olunan avtobuslar cavabdehin qanunsuz istifadəsindədir. Cavabdeh həmin əmlaklardan əldə etdiyi faydanı özü mənimsəmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2019-cu il 24 oktyabr tarixli, e-2-2(82)-765/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 2 ədəd “İsuzu-NP37” markalı **-TE-*** və **-JE-*** dövlət qeydiyyat nişanlı avtobuslar iddiaçıya qaytarılmış, qalan hissədə iddia təmin edilməmişdir (hakim – Ə.Ələkbərov).
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisə predmeti olan “İsuzu NP37” markalı **-TE-*** və **-JE-*** dövlət qeydiyyat nişanlı avtobuslar İddiaçı MMC-nin xüsusi mülkiyyətindədir, onlar Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən "xx xx" ASC-yə məxsus dayanacaqdadır. Məhkəmə araşdırılması ilə həmin nəqliyyat vasitələrinin cavabdehin nümayəndəsi Nümayəndə2 və İddiaçı MMC-nin 50 % hissəsində payçısı, təsisçilərdən biri X5 tərəfindən qeyd olunan dayanacaqda yerləşdirilməsi müəyyən edilmişdir.
11. İşin bu faktiki halı cavabdehin nümayəndəsinin izahatı, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş və sədrin təsdiq etdiyi 20.09.2019-cu il tarixli aktla təsdiq edilir və bu hal iddiaçı tərəfindən mübahisələndirilməmiş, habelə hər hansı təkzibedici sübut təqdim olunmamışdır.
12. Məhkəmə araşdırması ilə müəyyən olunmuş işin mübahisəli halı sözügedən nəqliyyat vasitələrinin dayanacağa 05.12.2015-ci ildə yerləşdirilməsidir ki, bu hal da yuxarıda qeyd olunmuş aktla təsdiq olunur. İddiaçının nümayəndəsi həmin tarixin 2013-cü il olduğunu bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. 13. "xxxx" ASC-nin və "xxxx" MMC-nin əməkdaşları tərəfindən ayrı-ayrılıqda tərtib olunmuş 20 sentyabr və 25 sentyabr 2019-cu il tarixli aktlarla təsdiq olunur ki, nəqliyyat vasitələri dayanacağa nasaz vəziyyətdə gətirilmiş, təmir mərkəzlərinə aparılıb gətirilmiş və istismara buraxılmamışdır.
14. Bakı Nəqliyyat Agentliyinin 06-11-04/1545 saylı, 27.09.2019-cu il tarixli məktubu ilə mübahisəli nəqliyyat vasitələrinin Nümayəndə2 müvəqqəti istismarında olan 48 nömrəli marşrut xətti üzrə fəaliyyətlərinə dair 2016-cı ilin may –avqust ayları üçün “fərqlənmə nişanı”-nın alındığı, lakin avtobusların bu müddətdə marşrut xəttində istismar edilmədiyi və ehtiyatda saxlandığı təsdiqlənir.
15. İddiaçı cavabdehi qanuns uz sahib sayaraq əmlakı ilə yanaşı onun istifadəsi nəticəsində qazanılmış gəlirdən pay və mənəvi ziyan tələb edir.
16. Mübahisə predmeti olan avtobuslar iddiaçının həm təsisçisi ilə cavabdeh tərəfindən onların təmir olunaraq istifadə edilməsi niyyətilə, aralarındakı razılaşmaya əsasən müvafiq dayanacaqda yerləşdirilmişdir. Eyni zamanda həm hazırki iddia tələbində, habelə məhkəmə iclaslarında iddia tərəfinin izahatlarında həmin razılaşmaya İddiaçı MMC-nin 50 % hissəsində təsisçisi X1 etirazının olmaması bildirilmişdir.
17. Həmin nəqliyyat vasitələrinin dayanacaqda yerləşdirilməsi iddiaçının iradə ifadəsi ilə baş tutmuş, avtobuslar cavabdehin sahibliyinə verilməmiş, onların birgə saz vəziyyətə gətirilərək istifadəsi məqsədi güdülmüşdür.
18. Lakin, avtobusların saz vəziyyətə gətirilməsi müm kün olmadığından və iddiaçının onları geri götürməməsindən sonra cavabdeh nəqliyyat vasitələrinə faktiki sahibliyi həyata keçirmişdir. Bunu cavabdeh tərəfindən dayanacaq xərclərinin ödənilməsi də təsdiq edir. Belə sahiblik iddiaçının iradəsi ilə baş verdiyindən və əmlak geri tələb olunmadığından, qanunsuz hesab olunmamalıdır.
19. Cavabdehin əmlaka sahibliyinin qanunsuz olmasını bilməsi və ya bilməli olması halı nə iş materialları, nə də iddiaçı tərəfin sübutları ilə təsdiq olunmur. İddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini bildiyi andan cavabdehin əmlaka sahibliyi artıq qanunsuz xarakter almışdır. Belə ki, artıq iradə ifadəsi dəyişmiş, əmlak mülkiyyətçi tərəfindən geri tələb olunmuşdur.
20. Avtobusların istismarından gəlir götürülməsi, həmçinin onların nasaz vəziyyətə salınm ası işin halları, o cümlədən iddiaçı tərəfin sübutları ilə təsdiq olunmur.
22. İddianin mənəvi ziyan olaraq 50.000 manat pulun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbə dair halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
21. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə”) 21.1, 21.2, 21.3, 157.2, 1575-ci maddələrinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarının müddəalarına istinad etməklə əsaslandırmışdır.
22. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, İddiaçı MMC-yə vurulmuş 240.090 manat (mətnə uyğun) ma ddi ziyanın, 50.000 manat mənəvi ziyanın cavabdeh Nümayəndə2 alınıb onlara verilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
23. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 iyun tarixli, 2-2(103)-10/2021 saylı qətnaməsi ilə (hakimlər E.E.Nağıyeva (sədrlik edən), C.A.Yusifov və H.Ü.Həmidov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 24 oktyabr tarixli, e-2-2(82)-765/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
24. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktları ilə (bax yuxarıda §§ 10-23) əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır.
25. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 26. 2013-cü ilin fevral ayında iddiaçının təsisçisi mərhum 1 qrup Qarabağ əlili Haqverdiyev Rövşən və cavabdeh “Şəmsi-2000 şirkətinin təsisçisi Nümayəndə2 iki ədəd “İsuzu NP37” markalı 10-TE 629 və90~JE~380 dövlət qeydiyyat nişanlı avtobusların birlikdə istifadə edilməsi ilə bağlı razılığa gəlmişlər. Həmin razılıq əsasında avtobusların istifadə olunduğu müddətdə əldə edilmiş gəlirin tərəflər arasında bərabər şəkildə bölünməsi razılaşdırılmışdır. Lakin, cavabdeh tərəfdən bu razılıq yerinə yetirilməmiş, habelə qeyd olunan avtobuslar istifadə edilərək yararsız hala gətirilmişdir. Qeyd olunan avtob usların geri qaytarılması məqsədi ilə cavabdehə dəfələrlə müraciət edilsə də, geri qaytarılmamışdır. Bu səbəbdən həmin avtobusların geri qaytarılması üçün müvafiq orqanlara müraciət edilmişdir. 27. “İsuzuNP37” markalı **-TE-*** və **-JE-*** dövlət qeydiyyat nişanlı avtobuslar İddiaçı MMC-nin xüsusi mülkiyyətində olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən "xxxx" ASC-yə məxsus davanacaqdadır və həmin nəqliyyat vasitələri cavabdehin nümayəndəsi Nümayəndə2 və İddiaçı MMC-nin 50% hissəsində payçısı, təsisçilərdən biri X4 tərəfindən qeyd olunan dayanacaqda yerləşdirilmişdir.
28. Həmçinin Bakı Nəqliyyat Ağentliyinin 06-11-04/1545 saylı, 27.09.2019-cu il tarixli məktubu ilə mübahisəli nəqliyyat vasitələrinin Nümayəndə2 müvəqqəti istismarında olan 48 nömrəli marşrut xətti üzrə fəaliyyətlərinə dair 2016-cı ilin may- avqust ayları üçün “fərqlənmə nişanı”nın alındığı, lakin avtobusların bu müddətdə marşrut xəttində istismar edilmədiyi göstərilir.
29. İş materiallarından və əlavə təqdim olunmuş sübutların heç birini məhkəmə mübahisələndirmədən qərəzli, birtərəfli qətnamə qəbul etmiş, maddi və prosessual hüquq normalarını pozmaqla, düzgün tətbiq etməmişdir.
30. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448, 21.1, 21.2, 1097-1-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı
32. İddiaçının vəkili kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin o lunmasını xahiş etdi.
33. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.
34. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
35. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsi nin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
37. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası mə hkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
39. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”.
41. Mülki Məcəllənin müvafiq müddəalar ında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəx slərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır”. "Maddə
157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bü tün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
42. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 iyun tarixli, 2-2(103)-10/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kas sasiya şikayəti təmin edilməməlidir.
43. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, müvafiq avtobuslar iddiaçının həm təsisçisi ilə cavabdeh tərəfindən onların təmir olunaraq istifadə edilməsi niyyətilə aralarındakı razılaşmaya əsasən müvafiq dayanacaqda yerləşdirilmiş, bu nəqliyyat vasitələrinin dayanacaqda yerləşdirilməsi iddiaçının iradə ifadəsi ilə baş tutmuş, avtobuslar cavabdehin sahibliyinə verilməmiş, onların birgə saz vəziyyətə gətirilərək istifadəsi məqsədi güdülmüşdür.
44. Apelyasiya Məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, avtobusların saz vəziyyətə gətirilməsi mümkün olmadığından və iddiaçının onları geri götürməməsindən sonra cavabdeh nəqliyyat vasitələrinə faktiki sahibliyi həyata keçirmiş, cavabdeh tərəfindən dayanacaq xərcləri ödənilmiş və b u sahiblik iddiaçının iradəsi ilə baş verdiyindən və əmlak geri tələb olunmadığından, qanunsuz hesab olunmamalıdır. Cavabdehin əmlaka sahibliyinin qanunsuz olmasını bilməsi və ya bilməli olması halı nə iş materialları, nə də iddiaçı tərəfin sübutları ilə təsdiq olunmur, iddia tələbinin, hüquqi şəxsə vurulmuş mənəvi ziyanla bağlı hissəsinə dair isə iddiaçı tərəfindən bu halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, işgüzar nüfuza vurulan zərərin nədən ibarət olduğu əsaslandırılmamışdır.
45. Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə iddianın qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının iddia tələbini əsaslandıran mötəbər sübutları (müqavilə, razılaşma, qaimələr, mədaxil qəbzləri, hesab-faktura lar və s.) məhkəməyə təqdim etmədiyini, avtobusların istismarından gəlir götürülməsi, həmçinin onların nasaz vəziyyətə salınmasının iş materialları, o cümlədən iddiaçının təqdim etdiyi sübutlarla təsdiq olunmadığını nəzərə alaraq kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.
46. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 iyun tarixli, 2-2(103)-10/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
48. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 iyun tarixli, 2-2(103)-10/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.