Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-622/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Qəribov Bəhman Fərhad oğlundan və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 31 may tarixli, 22(104)-54/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəm əsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı fərdi sahibkar olmaqla, fəaliyyəti özünə məxsus Şəmkir rayonu, GəncəQazax şosesinin sol tərəfində yerləşən bitki toxumları və dərmanları satışı üzrə fəaliyyət göstərən mağazadan tərəvəzçilik sahəsində istifadə olunan dərman preparatlarının, bitki toxumlarının satışı ilə bağlıdır.
2. İddiaya görə Cavabdeh2 İddiaçı mağazasından 2020-2021-ci illərdə nisyə ödəmək şərti ilə müxtəlif məhsullar almış və borcunu qaytarmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin aldıqdarı və birgə mülkiyyətlərində olan təsərrüfatlarında istifadə edi lmiş mallara görə əsas borc üzrə 49.098 manat, faiz borcu üzrə 3.886 manat, ümumilikdə isə 52.984 manat pulun müştərək qaydada cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Şəmkir rayonunda fərdi sahibkar qismində qeydiyyatdadır və fəaliyyəti ona məxsus olan Şəmkir rayonu, Gəncə-Qazax şosesinin sol tərəfində yerləşən bitki toxumları və dərmanları satışı üzrə fəaliyyət göstərən mağazadan tərəvəzçilik sahəsində istifadə olunan dərman preparatlarının, bitki toxumlarının satışı ilə bağlıdır. İş prinsipinə əsasən, onunla alış-veriş edən sahibkarlar adətən mövsüm qabağı və məhsullarını satanadək təsərrüfatları üçün tələb olunan qədər preparatları nağd ödəniş edə bilmədikdə tələbatları həcmində qaimə fak turalar əsasında nisyə alırlar. Sonra isə mallarını satıb borclarını birdəfəlik ödəyirlər. İddiaçı isə pulun ödənişinin təsdiqi kimi onlara qəbz yazıb verir. Belə qayda ona görə yaranmışdır ki, müştərilərinin əksəriyyəti topdan satış məqsədi ilə tonlarla məhsul istehsal edirlər və ona görə də, aldıqları preparatlar çox olur. Cavabdeh2 2020-ci ildə iddiaçıdan aldığı preparatların pulunu ödəməmiş, 2021-ci ildə də nisyə mal almışdır. İddiaçı imtina etməmiş və cavabdehə dərmanları 2021-ci ildə də satmışdır. Fərdi sahibkar Cavabdeh2 həyat yoldaşı fərdi sahibkar Cavabdeh1 adına qeydiyyata alınmış onların ümumi birgə torpaq sahələrində quraşdırdıqları istixanada pomidor yetişdirirlər. Həmin torpaq sahəsi və istixana rəsmən sahibkar Cavabdeh1 adına qeydiyyatda olduğuna baxmayaraq, bütün işlərə rəh bərliyi Cavabdeh2 edir. Ona görə də, iddiaçının mağazasından preparatların alınması üçün yalnız Cavabdeh2 özü şəxsən və ya onun adından istixanada işləyən işçiləri müraciət edirdilər. Hər bir halda ondan alınmış dərman preparatları və toxumlar cavabdehlərin ümumi təsərrüfatlarında istifadə olunması və birgə qazanc götürülməsi məqsədi ilə əldə edilmişdir. Cavabdehlərin istixanaları üçün 2020 və 2021-ci illər ərzində ümumilikdə 49098 manat qiymətində müxtəlif dərman preparatları satmışdır. İddiaçı Cavabdeh2 malları qaimə fakturalar əsasında satmışdır. Qaimə fakturalarda malların adı, ölçü vahidi, miqdarı, qiyməti və hər mal üçün ümumi məbləği göstərilməklə sonda yekun məbləğ qeyd edilirdi. Malları qəbul edən Cavabdeh2 və ya onun göndərdiyi işçisi imza ilə bunu təsdiqləyib götürmüşdür. Bu qai mə fakturalar üzrə cavabdehlərin ümumi borcları 49098 manatdır. Borcun ödənilməsi məqsədi ilə cavabdehlərə pretenziya məktubu göndərmiş, lakin, cavabı və nəticəsi olmamışdır. Cavabdehlər aldıqları mallara görə satış pulunun ödənilməsinə yönəlmiş heç bir icra hərəkətləri etmədikləri üçün və həmin vaxtdan iddiaçıya veriləsi pul cavabdehlərdə olduğuna görə, ən azından əsas borcun ildə 5% hesablanmış faiz dərəcəsi üzrə pul borcu da iddiaçıya ödənilməlidir. Bu isə 2021-ci ilin oktyabr ayının sonundan 2023-cü ilin may ayının sonunadək olan 1 il 7 ay üzrə 3886 manat edir.
5. Cavabdeh2 birinci instansiya məhkəməsində iddia tələbinə etiraz verərək bildirmişdir ki, digər Cavabdeh1 hazırkı işlə heç bir əlaqəsi yoxdur və iddiaya cavab verən şəxs deyil. Sadəcə olaraq torpaq sahəsi ona məxsusdur. Cavabd eh tərəfindən iddiaçıdan alınan dərman preparatlarının pulları tam həcmdə ödənilmişdir. Belə ki, həmin dərman preparatları iddiaçının yanında işləyən X6 məsləhəti ilə alınmış, pulu da X5 tərəfindən ödənilmişdir. Cavabdeh həmin ərəfələrdə koronovirus xəstəliyindən əziyyət çəkdiyindən Bakı şəhərində 2 dəfə stasionar müalicədə olmuş və getməmişdən əvvəl istixana üçün sərf ediləcək xərclər üçün pul vəsaiti saxlamışdır. 2021-ci il tarixdə Rəşmin Əsgərovla birlikdə fəaliyyətə başlayaraq, 2021-ci il mövsümündə pomidor yetişdirmək qərarına gəlmişdir. 2021-ci il avqust və sentyabr aylarından işə başlamış, pomidor şitillərinin əkilməsi əslində iyul ayında olmalı olduğu təqdirdə Adanalı Uğurun məsləhəti ilə 2021-ci ilin avqust ayının ortalarında əkin işlərini yekunlaşdırmışlar. İddiaçının iddia əri zəsində tələb etdiyi “Vidate L” (240q\L) preparatının pulu hətta baxmayaraq ki, həmin dərman preparatını alan zaman dərman preparatının vaxtı keçmiş olsa belə, ödənilmişdir. Dərmanın cavabdehə satılan anda vaxtının keçmiş olmasını Rəşmin Əsgərovun imzası olan qaimə fakturalardakı tarixlər sübut edir. “Vidat” qeyd edilən qaimələrdəki tarixlər avqust və sentyabr aylarına təsadüf edir ki, həmin tarixdə artıq “Vidate” adlı dərmanın son istifadə vaxtı keçmiş idi. Bu fakt iddiaçının özünün tərcümə etdirərək məhkəməyə təqdim etdiyi “Vidate” dərmanının istifadə müddəti ilə əlaqədar təlimat sənədində öz əksini tapmışdır. “Vidate L” preparatının göstəricilər lövhəsində istehsal tarixi 2017-ci ilin iyun ayı və yararlılıq müddəti 4 il qeyd edilmişdir. İddiaçı özünün təqdim etdiyi tərcümə edilmiş sənəd də isə təhrif edilərək həmin tarix 5 il qeyd edilmişdir. “Vidate L” preparatının son istifadə tarixi 2021-ci ilin iyun ayında artıq bitmiş olur, iddiaçının iddia ərizəsinə əlavə etdiyi qaimə fakturalardan məlum olur ki, “Vidate L” preparatı avqust və sentyabr aylarında satılmışdır. Qaimə fakturalardakı “Ceyhun Posanlı” adı ilə götürülən dərman preparatlarının da cavabdehə heç bir aidiyyəti yoxdur. Belə ki, həmin şəxs ayrıca olaraq təsərrüfatla məşğul olmuş və dərman preparatları almışdır. Rəşmin Əsgərov isə, sadəcə olaraq imza edərək avtomobillə həmin dərmanları ona çatdırmışdır.
6. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 20 noyabr tarixli, e-2-2(115)-1370/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 35.866,60 manat məbləğində borcun Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilmə si qət edilmişdir (hakim R.Məmmədov).
7. Birinci instansiya məhkəməsi göstərmişdir ki, tərəflər arasında nisyə alqı-satqı münasibətlərinin olduğu, cavabdeh E.X1 vasitəsilə iddiaçıdan mal aldığı işin mübahisə edilməyən hallarına aiddir.
8. Satılmış malların dəyərinə gəldikdə, məhkəmə vurğulamışdır ki, cavabdeh məhkəmə iclasında etiraf edərək, ona satılmış malları başqa şəxs deyil, X4 qəbul etdiyini bildirmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, qətnamənin əsasına malın satıldığı şəxslər kimi “Elbrus” və “Rəşmi” qeydləri yazılan qaimələr qoyulmalıdır. Cavabdeh alınmış malların dəyərini ödədiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
9. Bundan başqa, cavabdeh “Vidate” adlı malın yararlılıq müddətinin bitdiyinə istinad etsə də, mallar alınarkən yoxlan ılaraq qəbul edildiyindən və malın keyfiyyətsiz olması ilə bağlı satıcıya heç bir pretenziya verilmədiyini nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, cavabdehin bu dəlili əsaslı sayıla bilməz.
10. İddiaçı tələbində satılmış malların Cavabdeh1 məxsus torpaq sahəsində yerləşən istixanada istifadə olunduğunu qeyd edib borcun müştərək qaydada hər iki cavabdehdən tutulmalı olduğunu iddia etsə də, məhkəmə hesab etmişdir ki, Cavabdeh1 iddiaçıdan mal aldığı təsdiq olunmadığı üçün iddia həmin cavabdehə münasibətdə təmin edilə bilməz.
11. İddiaçı tələbində 49098 manat məbləğində borcun ödənilməsini tələb etsə də, məhkəməyə təqdim olunmuş ümumilikdə 35.866,60 manatdan başqa digər qaimələrdə malları alan şəxs kimi “Ceyhun Posanlı”, “Posanlı Pomidor”, “Posanlı xiyar” və s. qeyd olunduğundan və həmin qai mələrin cavabdehə aidiyyəti olması təsdiq olunmadığından, bundan başqa bir sıra qaimələr təhvil alan şəxs tərəfindən imzalanmadığından, məhkəmə hesab etmişdir ki, iddia tələbinin əsas borca aid qalan hissəsi təmin edilə bilməz.
12. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehlərin aldıqları mallara görə bu günədək satış pulunun ödənilməsinə yönəlmiş heç bir icra hərəkətləri etmədikləri üçün və həmin vaxtdan ona veriləsi pul cavabdehlərdə olduğuna görə, ən azından əsas borcun ildə 5% hesablanmış faiz dərəcəsi üzrə 3886 manat pul borcunun da iddiaçıya ödənilməsinə dair tələb irəli sürərkən, tərəflərin arasında yazılı müqavilənin olmaması halını nəzərə almamışdır.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445, 4 48.1, 567, 598-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Həmçinin Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv olunaraq, həmin hissədə də iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 31 may tarixli, 2-2(104)-54/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi – 35.866,60 manat məbləğində borcun Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsində dəyişdirilməsi, Cavabdeh2 44.647,70 manat pulun tutularaq iddiaçıya verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən hakim – Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov və İ.Həsənov).
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi malın satıldığı şəxslər kimi “Elbrus” və “Rəşmi” qeydləri yazılan qaimələri əsas götürərək iddianı qismən təmin etsə də, malı alan “Ceyhun Posanlı” qeydləri yazılan qaimələri əsas götürməməkdə düzgün nəticəyə gəlməmişdir.
18. Belə ki, iddiaçının izahatından göründüyü kimi cavabdehin iki yerdə istixanası olmuş, istixanalardan birinin işini Rəşmin aparsa da, digərinin işini Ceyhun aparmışdır.
19. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, iş materiallarına əlavə edilmiş üzərində “Ceyhun Posanlı” yazılmış bir sıra qaimələr üzrə dərman preparatlarını o, götürərək imza etmiş, lakin dərman preparatları Ceyhunun idarə etdiyi istixana üçün nəzərdə tutulduğundan alıcı kimi Ceyhunun adı qeyd edilmişdir. X5 “Ceyhun Posanlı” qeydi ilə olan qaimələrdəki imzaların ona məxsus olduğunu və həmin qaimələrdə göstərilmiş dərmanları Ceyhunun xahişi ilə sonuncu üçün götürdüyünü bildirsə də, qaimələrdən göründüyü kimi bəzi hallarda X5 Cavabdeh2 Əliyaqublu kəndindəki istixanası üçün dərman almadığı günlərdə belə Ceyhun üçün dərman almışdır ki, bu da hər iki istixananın, yəni Posanlı kəndində yerləşən və Ceyhun adlı şəxsin işlətdiyi istixananın və Əliyaqublu kəndində yerləşən istixananın eyni şəxsə məxsus olduğunu təsdiq edir.
20. Cavabdeh tərəf isə həmin istixananın, yəni Ceyhun adlı şəxsin işlətdiyi istixananın ona məxsus olmadığını təsdiq edən hər hansı sübut təqdim etməmiş, o cümlədən təklif edilməsinə baxmayaraq Ceyhun adlı şəxsin məhkəmə iclasında iştirakını təmin etməmişdir.
21. Bu səbəbdən də məhkəmə cavabdehin iddiaçıya olan borcunu müəyyən edərkən hesab etmişdir ki, “Ceyhun Posanlı” qeydi yazılan qaimələr də əsas götürülməlidir.
22. Məhkəmə hesab etmişdir ki, hazırkı halda Cavabdeh2 əlavə olaraq 8778,20 manat pul tutulmalı, bununla da birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
23. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini Mülki Məcəllənin 385.1, 386.1, 442, 445, 448.1, 567, 598, 600.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
24. Cavabdeh2 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 31 may tarixli, 2-2(104)-54/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuşdur: 25.1. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsi üzrə apellyasiya instansiyası məhkəməsi həqiqəti müəyyən etməmiş, həqiqəti müəyyən etməyə səy belə göstərməmişdir. Belə ki, bir sıra qaimələrdə dərman preparatlarını verən şəxsin Adanalı Uğur olduğu halda, həmin qaimələrin pulunu da cavabdehdən tutmuşdur. Bundan başqa qaimələrdəki illərin təhrif edilməsi istiqamətində ümumiyyətlə araşdırma aparmamış, ağlabatan mühakimə icraatı qaydasında demək olar ki, heç nə etməmişdir. 25.2. Mülki Məcəllənin 567, 581.1, 581.2-ci maddələri üzrə - iddiada ödənilmiş pul məbləğinin yenidən tələb edilir. İddiaçının hazırda məhkəməyə təqdim etdiyi ili təhrif edilmiş qaimələr əsasında yenidən pul tələb etməsi anlaşılan deyil. İddiaçı vaxtı keçmiş dərman preparatlarını verməklə maddi hüquq normasının imperativ şərtinə əməl etməmiş, vaxtı keçmiş dərman preparatlarını cavabdehə satmaqla külli miqdarda ziyan vurmağına səbəb olmuşdur. 25.3. Mülki Prosessual Məcəllənin 88, 106.1-ci maddələri üzrə - apellyasiya mə hkəməsi obyektiv həqiqəti müəyyən etməmiş, iddiaçının məhkəməyə təqdim etdiyi saxta qaimələri mötəbər sübut kimi qəbul etmişdir. Halbuki, şahid Rəşmin Əsgərov ifadəsində bildirmişdir ki, təhrif edilmiş 2018 və 2019-cu illəri əhatə edən qaimələr iddiaçı ilə onun arasında olan həmin illəri əhatə edir. İddiaçı həmin qaimələrin son iki rəqəmlərini qələmlə dəyişərək sübut kimi məhkəməyə təqdim etmişdir.
26. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
27. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
28. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiya sı məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
29. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, hazırkı kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının cavabdeh tərəfindən mübahisələndirilən, yəni iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
30. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsas ən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əş yanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçi rməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uy ğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfin dən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 33. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki,... insan hüquq və azadlıqlar ının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq norma larına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
35. Məhkəmə ilk olaraq cavabdehin iddianın tam rədd edilməli olmasına dair dəlilləri ilə razılaşmır.
36. Belə ki, iş in müəyyən olunan və cavabdehin də mübahisələndirmədiyi hallarına görə, sonuncu sahibliyində olan istixanada istifadə etmək məqsədi ilə X4 vasitəsi ilə iddiaçıdan dəyərini sonradan ödəmək şərti ilə müəyyən dərman preparatları almışdır. Cavabdeh həmin dərman preparatlarının dəyərini ödədiyini bildirsə də, buna dair hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Həmçinin, cavabdeh alınan dərmanların müddətinin ötməsini və keyfiyyətsiz olmasını göstərsə də, bununla bağlı satıcıya heç bir pretenziya verməmişdir.
37. Belə olan halda, cavabdeh özünün və ya onun tapşırığı əsasında X4 iddiaçıdan alınan mallarının dəyərini ödəmək öhdəliyini daşıyır və bu həddə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsaslı olmuşdur.
38. Lakin, iddianın apellyasiya instansi yası məhkəməsi tərəfindən təmin olunan, “Ceyhun” adlı şəxsin adına qaimələrə əsasən hesablanan borcun tutulması nəticəsinə gələrkən, məhkəmə prosessual hüquq normalarını pozmuş, bu hissədə sübut etmə yükünü tərəflər arasında düzgün bölüşdürməmişdir.
39. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə həmin mövqeyini iddiaçının özünün izahatı və X2 ifadəsi ilə əsaslandırmış və hesab etmişdir ki, Ceyhun adlı şəxs də, cavabdehə məxsus digər istixanada işlədiyi üçün sonuncunun adına alınan mallara görə də öhdəliyi cavabdeh daşımalıdır. Bu zaman apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh Ceyhun adlı şəxsin işlədiyi istixananı ona məxsus olmamasını sübut edə bilməmişdir.
40. Məhkəmə kollegiyası izah edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə yükün ün bölüşdürülməsini tənzimləyən normalarının tələblərinə əsasən ilk olaraq iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh isə həmin əsaslarla bağlı verilən etirazın dəlillərini sübut etmə yükünü daşıyır. (Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi). Sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir və bununla bağlı prosessual qanunvericiliyin tələblərinin pozulması son olaraq məhkəmənin səhv nəticəyə gəlməsinə səbəb ola bilər.
41. Hazırkı işdə iddiaçının tələbində göstərilən, Ceyhun adlı şəxsin X3 cavabdehin ikinci istixanasında işləməsini iddiaçı iddia etmişdir. Lakin, onun bununla bağlı təqdim etdiyi hər hansı sübuta apellyasiya instansiyası məhkəməsi istinad etməmişdir.
42. Apellyasiya məhkəməsinin istinad etdiyi sübutlar iddiaçının öz izahatıdır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən bu izahat yalnız iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılaraq və qiymətləndirilərək iddianın təmini üçün əsas ola bilər.
43. X2 ifadəsində gəldikdə, müəyyən olunur ki, o, apellyasiya məhkəməsində dindirilərkən cavabdehlə şərik olaraq fəaliyyət göstərməsini, cavabdehin Şəmkir rayonunun Əliyaqublu kəndində yerləşən bir istixanasının olmasını, həmin istixana üçün dərman preparatlarını iddiaçıdan qaimə əsasında nisyə almasını, aldığı dərmanların dəyərini sonradan ödəməsini, qaimələrdə qeyd olunan Ceyhun adı şəxsi tanıdığını, sonuncunun Posanlı kəndində istixana işlətməsini və bəzən Ceyhunun xahişi ilə cavabdehin istixanası üçün dərman alarkən, onun üçün də iddiaçıdan dərman almasını və qaimələ rdə imza etməsini göstərmişdir.
44. Göründüyü kimi, şahid də ifadəsində Ceyhun adlı şəxsin cavabdehə məxsus istixanada işləməsini və cavabdehin sonuncunun aldığı dərmanlara görə məsuliyyət daşımasını göstərməmişdir.
45. Belə olan halda, apellyasiya məhkəməsi Ceyhun adlı şəxsin işlətdiyi istixananın cavabdehə məxsus olmamasının sübutetmə yükünün cavabdehin üzərinə qoymaqla, Mülki Prosessual Məcəllənin 77.1, 88 və 217.3-cü maddələrini pozmuşdur.
46. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərb aycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
47. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
48. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
49. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hər tərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməklə, cavabdehin iddiaçı qarşısında pul öhdəliyinin məbləği müəyyən edilməlidir.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 31 may tarixli, 2-2(104)-54/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçü n apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.