Məhkəmə qərarları › İş №2-2(102)-623/2022

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-623/2022

16.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-623/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə 2-2(102)-623/2022 Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu (sədrlik edən - məruzəçi), hakimlər Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 iyul tarixli, 2-2(103)-794/2021 saylı qərardadından cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra –“iddiaçı”) cavabdeh "xxxx" AS C-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə (sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə) məhkəməyə müraciət edərək, cavabdehdən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 4.450,70 manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1 % faiz hesablamaqla 1.200 manat dəbbə pulu, 60 manat məbləğində mediasiya xərci və 30 manat dövlət rüsumu olmaqla, cəmi 5.740 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 12 may tarixli, e-2-2(113)-281/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 3.675 manat sığorta hadisəsi nəticəsində dəymiş zərər məbləği, 150 cərimə, 60 manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17 ma nat olmaqla, cəmi 3.902 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim - Z.Axundova). Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi 2022-ci il 25 iyul tarixli, 2-2(103)-794/2021 saylı qərardadı ilə apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən qərardad 2022-ci il 25 iyul tarixində elektron kabinetə yüklənmiş, 2022-ci il 3 avqust tarixində həmin qərardaddan cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən 2022-ci il 3 avqust tarixində verilmiş kassasiya şikayəti Mü lki Prosessual Məcəllədə (bundan sonra - MPM müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir. Bundan əlavə, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində MPM-in 407.1.3cü maddəsinin tələbinə dəqiq əməl edilməmişdir. Belə ki, şikayətdə “2022-ci il 26 iyul tarixli, 2(103)-794/2022 saylı” qərardaddan şikayət verildiyi qeyd olunmuşdur. Halbuki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı “2022-ci il 25 iyul tarixli, 2-2(103)-794/2022 saylı” qərardad qəbul edilmişdir. MPM-in 408.1, 408.1.1-ci maddələrinə əsasə n kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, habelə maddi və prosessual hüquq normasının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsi 2022-ci il 25 iyul tarixli, 2-2(103)-794/2022 saylı qərardadından cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbu lundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: Hakimlər: B.F.Qəribov İ.K.Xəlilov Ə.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar