Məhkəmə qərarları › İş №2-2(102)-626/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-626/2021

22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-626/2021 22.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı X2 Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: ödənilmiş vəsaitin qaytarılması və dəymiş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədli və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cavid Hüseynlinin, iddiaçı Vidadi Quliyevin, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun vəkili Xatirə Cəbrayılovanın iştirakları ilə, iddiaçı Vidadi Quliyev tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 iyun tarixli, 2-2(104)-101/2021 saylı qətnaməsi ndən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. X3 (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında şifahi formada toxumların alınması ilə bağlı əqd bağlanmış, alıcı qismində iddiaçı, satıcı qismində isə cavabdeh çıxış etmişdir. İddiaçı həmin razılaşmaya əsasən cavabdehdən 3360 manat məbləğində pomidor toxumu almışdır.

2. Azərbaycan Dövlət Aqrar Universitetinin bitki klinikasının 2019-cu il 1 iyul tarixli rəyinə əsasən, toxumun əkildiyi torpağın mühitinin tam normal olması, toxum və şitil xəstəlik və zərərvericilərə, o cümlədən Nematoda qarşı yoxlanmış olduğu və heç bir pantogenin aşkar edilmədiyi toxumların cücərmə qabiliyyətinin 10% olması, bunun isə əkinə yararsız olmasını, alınan cücərtilərin erkək xətlərə parçalanması onun F1 nəsil olmadığına nümunə olduğu, toxum paketində isə Durinta hibridin F1 göstərilməsi qeyd edilmişdir.

3. Rəyə əlavə edilmiş Azərbaycan Dövlət Aqrar Universitetinin bitki klinikasının məktubuna əsasən, pomidor şitili nümunələri klinikaya iddiaçı tərəfindən təqdim olunmuşdur.

4. PCNU ********* nömrəli fitosanitar sertifikatdan görünür ki, 5.325 kq pomidor toxumunun “Monsanto Holland” B.V tərəfindən ixrac, “Agrovita” LLC tərəfindən idxal edilməsi nəzərdə tutulmuşdur (iş.v 58).

5. Göndərilmə nömrəsi ********* olan qablaşdırma siyahısından görünür ki, 5.325 kq toxum 2018-ci il 26 fevral tarixdə qablaşdırılmışdır (iş.v 59). 6. 2018-ci il 26 fevral tarixli toxum istehsalı bəyannaməsindən görünür ki, “durinto” pomidor toxumları təbii şəraitdə, geni modifikasiya edilmədən istehsal olunmuşd ur (iş.v61).

7. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmət agentliyinin 2019-cu il 24 iyul tarixli məktubunda göstərilmişdir ki, toxum alarkən onun səpin keyfiyyətinə bir daha əmin olmaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmət agentliyinin X4 Sertifikatlaşdırma Mərkəzinə müraciət edərək onun səpinə yararlılığını öncədən yoxladıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı xxx Cavabdeh qarşı 2019-cu il 27 avqust tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3360 manat toxum pulunun, 450 manat əkin və becərmə xərcinin, 100.000 manat məbləğində əldən çıxmış faydanın, 170 manat analiz xərcinin və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Şəmkir rayonu, Əliyaqublu kəndində öz fərdi təsərrüfatında kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmuş, cavabdehə məxsus mağazadan iyirmi dörd bağlamada pomidor toxumu almış və onun dəyəri kimi 3360 manat nağd şəkildə pul ödəmişdir. Cavabdehdən aldığı toxumlar cücərmədiyindən bununla bağlı cavabdehə məlumat vermiş, toxum əkilmiş qablar Gəncə şəhərində Aqrar Universitetin laboratoriyasına verilmiş, laboratoriyadan toxumların keyfiyyətsiz olduğu cavabı verilmişdir. Cavabdehə laboratoriyanın cavabı məlum olsa da, o iddiaçıya dəymiş maddi ziyanın əvəzini ödəməkdən imtina etmişdir.

10. Şəmkir rayon Məhkəməsinin 2019-cu il 17 oktyabr tarixli, 2(076)-3029/2019 saylı qərardadı ilə iş aidiyyatı üzrə baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir (hakim M.Mustafayev). Qərardadda göstərilmişdir ki, xxx 2019-cu il 4 oktyabr tarixdən 14 saylı Ərazi Vergilər İdarəsində ********** VÖEN ilə, cavabdeh isə 2016cı il 23 dekabr tarixdə ********** saylı VÖEN ilə vergi uçotuna alınmışdırlar. Bu səbəbdən, iddiaya baxılması inzibati-iqtisadi məhkəmələrin səlahiyyətinə aiddir.

11. Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 11 iyun tarixli, 2-2(115)-80/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən – cavabdehdən əsas borc üzrə 3054 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat vəsaitin iddiaçının xeyrinə tutulması qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir.

12. Həmin məhkəmə bildirmişdir ki, ixtisas bilikləri şübhə doğurmayan Azərbaycan Dövlət Aqrar Universitetinin bitki klinikasının m ütəxəssisləri tərəfindən verilmiş rəyə əsasən toxumların keyfiyyətsiz olması təsdiqini tapmışdır. İddiaçı toxumların dəyəri olaraq 3360 manat məbləğində xeyli vəsait ödəmiş, həmçinin o kənd təsərrüfatı məhsullarının əkilməsi və becərilməsi sahəsində təcrübəli olmuşdur ki, bu da toxumların iddiaçının təqsiri səbəbindən cücərməməsi istisna olunur. Məhkəmə toxumların cücərmə qabiliyyətinin 10% olmasını nəzərə alaraq onların əldə olunması üçün xərclənən vəsaitdən 3054 manat ona geri qaytarılmalıdır. Lakin, iddia tələbi qalan hissələr üzrə sübutlarla öz təsdiqini tapmamışdır.

13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1, 386.1, 389.1, 587.1, 587.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14. 2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Qətnamədən həmçinin cavabdeh də apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 iyun tarixli, 2-2(104)-101/2021 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iddia tələbi təmin edilməmişdir.

17. Apellyasiya məhkəməsi bildirmişdir ki, iddiaçı toxumların səpinə yar arlılığını qabaqcadan yoxlatmadan toxumların cücərməməsi ilə bağlı satıcı – cavabdehə məlumat verməli olduğu halda bunu etməmişdir. İddiaçı pomidor ştillərinin nümunələrini Azərbaycan Dövlət Aqrar Universitetinin bitki klinikasına cavabdehlə birlikdə təqdim etdiyini göstərmiş olsa da, cavabdeh həmin dəlili inkar etmiş, iş materiallarında olan Azərbaycan Dövlət Aqrar Universitetinin bitki klinikasının 2019-cu il 1 iyul tarixli rəyinə əlavə olunmuş məktubla isə həmin pomidor şitili nümunələrinin Azərbaycan Dövlət Aqrar Universitetinin bitki klinikasına iddiaçı tərəfindən təqdim edildiyi təsdiq olunmuşdur. İddiaçı həmin pomidor şitili nümunələrini bitki klinikasına cavabdehlə birlikdə təqdim etdiyini təsdiq edən sübutlarını təqdim etməmişdir.

18. Apellyasiya məkhəməsi gəldiyi nəticəni “Toxumç uluq haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci, Mülki Məcəllənin 581.1, 581.2, 581.4, 586.1, 587.1, 587.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. Apellyasiya məhkəmənin qətnaməsi 2021-ci il 1 iyul tarixdə iş üzrə tərəflərə göndərilmişdir.

20. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

21. Mülki Məcəllənin 581.4-cü maddəsinə görə, satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Cavabdehdən pomidor toxumları alarkən iddiaçı onunla şifahi razılaşmış və cavabdeh onu toxumların keyfiyyətli olmasına əmin etmişdir. Apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə belə məna kəsb edir ki, iddiaçının ziyan etməsinə səbəb cavabdeh tərəfindən ona keyfiyyətsiz toxumların satılması deyil, iddiaçının həmin toxumları istifadə etməmişdən əvvəl yoxlatdırmaması olmuşdur. İddiaçı hesab edir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuşdur. Belə ki, keyfiyyətli məhsulu satmaq cavabdehin vəzifəsi olsa da, iddiaçının aldığı məhsulun keyfiyyətini yoxlatdırmaq kimi bir öhdəliyi olmamışdır. Apellyasiya məhkəməsi isə mötəbər sübutlara qiymət vermək əvəzinə, formal mülahizələrə əsaslanmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayə tinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları

22. Məhkəmə kollegiyası iclasında iddiaçı və vəkili kassasiya şikayətinə uyğun izahat verərək onun dəlillərini müdafiə etmiş, məhkəmə kollegiyasından apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdirlər.

23. Məhkəmə kollegiyası iclasında cavabdeh və onun vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

24. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğ u gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktik i hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

581. Əşyaların keyfiyyəti 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcl udur. 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. Maddə

586. Əşyanın keyfiyyətinin yoxlanması 586.1. Qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər. Maddə

587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından a sılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyə tli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanunu M a d d ə 2

7. Toxumların idxal və ixracı Dövlət reyestrində qeydiyyatdan keçmiş sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar sertifikatı olan toxumlar Azərbaycan Respublikasına idxal oluna bilər. Dövlət reyestrində qeydiyyata alınmamış sortların toxumları yalnız seleksiya, tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək məqsədilə idxal oluna bilər. Gen mühəndisliyi əsasında alınmış bitki toxumlarının (genetik dəyişdirilmiş və ya genetik modifikasiya edilmiş orqanizmlərin) Azərbaycan Respublikasına idxalına yalnız “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanunu nun 21-ci maddəsində nəzərdə tutulmuş qaydada yol verilirToxumların karantin icazəsi olmayan vasitələrlə idxal və ixracına yol verilmir. Əməkdaşlıq müqavilələrində başqa şərtlər nəzərdə tutulmamışdırsa, toxumların ixrac və idxal edilməsində beynəlxalq sertifikatların göstəriciləri qəbul edilir. İxrac edilən toxumların sortluq və səpin keyfiyyətlərinin ekspertizası X1 (İSTA) qəbul etdiyi qaydalara uyğun aparılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. MPM-in 416.1-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıra raq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

29. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə belə məna kəsb edir ki, iddiaçının ziyan etməsinə səbəb cavabdeh tərəfindən ona keyfiyyətsiz toxumların satılması deyil, iddiaçının həmin toxumları istifadə etməmişdən əvvəl yoxlatdırmaması olmuşdur. İddiaçı hesab edir ki, keyfiyyətli məhsulu satmaq cavabdehin vəzifəsi olsa da, iddiaçının aldığı məhsulun keyfiyyətini yoxlatdırmaq kimi bir öhdəliyi olmamışdır.

30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını bildirir.

31. İşdən göründüyü kimi tərəflər ar asında toxumların alınması ilə bağlı şifahi əqd bağlanmış, iddiaçı cavabehdən 3360 manat dəyərində pomidor toxumu almışdır.

32. Mülki Məcəllənin 581.4-cü maddəsinə əsasən, satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. 33. “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən, dövlət reyestrində qeydiyyatdan keçmiş sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar sertifikatı olan toxumlar Azərbaycan Respublikasına idxal oluna bilər. Əməkdaşlıq müqavilələrində başqa şərtlər nəzərdə tutulmadıqda toxumların ixrac və idxal edilməsində beynəlxalq sertifikatların göstəriciləri qəbul edilir.

34. İşdən göründüyü k imi, PCNU ********* nömrəli fitosanitar sertifikatla 5.325 kq pomidor toxumu “Monsanto Holland” B.V tərəfindən ixrac, “Agrovita” LLC tərəfindən idxal edilmişdir (bax §4).

35. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmət agentliyinin 2019-cu il 24 iyul tarixli məktubunda göstərilmişdir ki, toxum alarkən onun səpin keyfiyyətinə bir daha əmin olmaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmət agentliyinin X4 Sertifikatlaşdırma Mərkəzinə müraciət edərək onun səpinə yararlılığını öncədən yoxladıla bilər (bax §7).

36. Beləliklə, "xxxx" MMC tərəfindən ölkəyə lazımi qaydada idxal olunmuş “Durinta” pomidor toxumları cavabdeh tərəfindən iddiaçıya satılmış, sonradan iddiaçı toxumların əksər hissəsi cücərmədiyinə görə o, yoxlanılması üçün şitillər olan qablardan nümu nə kimi Azərbaycan Dövlət Aqrar Universitetinin bitki klinikasına təqdim etmişdir.

37. İddiaçı tərəfindən nümunə kimi təqdim olunmuş şitillər əsasında Azərbaycan Dövlət Aqrar Universitetinin bitki klinikası tərəfindən 2019-cu il 1 iyul tarixli rəy verilmişdir (bax §2).

38. Göründüyü kimi, iddiaçı toxumların səpinə yararsızlığını müəyyən etmək məqsədi ilə müvafiq rəy əldə etmək üçün toxumları təqdim etməli olduğu halda, nümunə kimi şitilləri təqdim etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən laboratoriyaya cavabdehdən aldığı toxumların və ya digər şitillərin təqdim olunması, alınan toxumların səpinə yararlılıq keyfiyyətlərinin qorunub saxlanılması üçün münasib şəraitdə saxlanılıb-saxlanılmaması və s. digər məsələlər aydın olmadığından iddiaçının iddia etdiyi zərərlə səbə b-nəticə əlaqəsinin müəyyənləşdirilməsi mümkün deyildir. Həmçinin, iddiaçı toxumların cücərməməsi barədə cavabdehə vaxtında məlumat verməmişdir. İddiaçı pomidor şitillərinin nümunələrini Azərbaycan Dövlət Aqrar Universitetinin bitki klinikasına cavabdehlə birlikdə təqdim etdiyi bildirsə də, bitki klinikasının rəyinə əlavə olunmuş məktubda pomidor şitili nümunələrinin iddiaçı tərəfindən təqdim olunduğu göstərilmiş, şitillərin cavabdehin iştirakı ilə təqdim edildiyinə dair iddiaçının hər hansı mötəbər sübutları mövcud olmamışdır. Bundan başqa, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçı 2021-ci il 29 iyun tarixli məhkəmə iclasında şitilləri laboratoriyaya aparanda cavabdehə sadəcə bu barədə məlumat verdiyini bildirmişdir (iş.v192).

39. MPM-in 76.1-ci maddəsinə əsasən, tərə flərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).

40. Maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s. aiddir.

41. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

42. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetm ə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

43. Məhkəmə kollegiyasının qənaətincə, apellyasiya məhkəməsi mövcud mübahisə ilə bağlı olan sübutlara və işin hallarına lazımi hüquqi qiymət vermiş və düzgün nəticəyə gəlmişdir.

44. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 iyun tarixli, 2-2(104)-101/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

45. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilə r.

46. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 iyun tarixli, 2-2(104)-101/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar