Məhkəmə qərarları › İş №2-2(102)-626/2022

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-626/2022

17.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-626/2022 17.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı X1 Cavabdeh ASC-yə qarşı iş üzrə 2-2(102)-626/2022 Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu (sədrlik edən və məruzəçi), hakimlər Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 avqust tarixli, 2-2(103)-824/2021 saylı qərardadından iddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh ASC-yə (bundan sonra – “cavabde h”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış 1961-L/14 nömrəli, 2014-cü il 22 dekabr tarixli lizinq müqaviləsinə əsasən əldə edilmiş 1 ədəd AGOSS markalı avtomatik hərəkətli (dizellə işləyən) suvarma texnikasının dövlət büdcəsi vəsaiti hesabına onun ilkin dəyərinin 40 faizi həcmində (58.200 manat) güzəştin tətbiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 6 oktyabr tarixli, e-2-2(113)-3905/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim - Ülkər Həsənova). İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılması xahiş edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 24 noyabr tarixli, e-2-2(113)-3905/2021 say lı qərardadı ilə apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş forma tələblərinə əməl olunmadan verildiyindən geri qaytarılmışdır. Daha sonra iddiaçı yenidən apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəhkəməsinin 2022-ci il 6 iyul tarixli, e-2-2(113)-3905/2021 saylı qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 361-ci maddəsinə istinad edilərək, apellyasiya şikayəti, müddət bərpa ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Daha sonra iddiaçı tərəfindən yenidən apellyasiya şikayəti verilərək, onun icraata qəbul edilməsi və baxılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Bakı Kommersiya Məhkəməsi nin 2022-ci il 19 iyul tarixli, e-2-2(113)-3905/2021 saylı qərardadı ilə MPM-in 361-ci maddəsinə istinad edilərək, Bakı Kommersiya Məhkəhkəməsinin 2022-ci il 6 iyul tarixli, e-2-2(113)-3905/2021 saylı qərardadından verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 1 avqust tarixli, 2-2(103)-824/2022 saylı qərardadı ilə MPM-in 361.1.5 və 361.1.6-cı maddələrinə istinad edilərək, apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir (sədrlik edən hakim – V.Sadıqov, hakimlər – X.Mərdanova və E.Həsənov). Apellyasiya məhkəməsinin qərardadı 2022-ci il 1 avqust tarixində iddiaçıya məxsus elektron kabinetə yerləşdirilmişdir. İddiaçı tərəfindən 2022-ci il 10 avqust tarixində verilmiş kassasiya şikayətind ə onun ləğv, apellyasiya şikayətinin mümkün hesab edilərək, işə apellyasiya qaydasında baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti MPM-in 407.1-ci maddəsi ilə müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmişdir. Belə ki, MPM-in 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir. Həmin forma onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi idd ia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində isə mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən “hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqenin aydın şəkildə ifadə edilməli olması” tələbinə əməl edilməmişdir. MPM-in 408.1, 408.1.1-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, habelə maddi və prosessual hüquq normasının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdirsə kassasiya şikayəti apellyasiya i nstansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 avqust tarixli, 2-2(102)-804/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: Hakimlər: B.F.Qəribov Ə.Ə.Əliyev İ.K.Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar