Məhkəmə qərarları › İş №2-2(102)-627/2024

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-627/2024

04.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-627/2024 04.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı ilk, Cavabdeh İddiaçı Məhdud Məsuliyyətinə qarşı qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilmədikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı pul və Cavabdeh İddiaçınə qarşı malın verilməsi və pulun tutulması barədə qarşı lıqlı tələblərinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 may tarixli 2-2(104)-115/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 2023-cü il 3 mart tarixli iddiaçı ilə cavabdeh arasında bağlanmış D/S-04/23 saylı alğı – satqı müqaviləsi üzrə öhdəliklərini icra etmədiyinə görə cavabdehdən mal dəyəri olaraq 2023-cü il 7 mart tarixli EBDA seriyalı 801863 saylı 417.164,07 manat dəyərində müqavilə və onun 1 saylı əlavəsi ilə nəzərdə tutulmuş 241664,07 manat dəyərində ödənilməmiş müq avilə dəyərinin, 2023-cü il 2 avqust tarixli EBDL seriyalı 198700 saylı e-qaimə əsasında 121.813 manat dəyərində cavabdehin vurduğu zərərə görə məbləğin, ümumilikdə 363.477,07 manatın, iddia tələbinin mediasiya və məhkəmə orqanlarında baxılması üçün 400 manat dövlət rüsumunun, iddianın məhkəmədə baxılması üçün 254 manat əlavə dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh qarşılıqlı iddia verərək, 2023-cü il 3 mart tarixli müqavilə üzrə ödənilmiş 80.251,96 manat dəyərində olan tütünün sonuncuya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, bu mümkün olmadıqda artıq ödənilən həmin məbləğin, həmçinin 62.000 manat maddi zərərin və ödənilmiş dövlət rüsumunun iddiaçıdan alınıb cavabdehə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 21 fevral tarixli e-2-2(115)-90/2024 nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2023-cü il 3 mart tarixli D/S-04/23 saylı alğı – satqı müqaviləsi üzrə yaranmış 241.664 manat məbləğində borc, ödənilmiş 400 manat mediasiya xərci və 254 manat dövlət rüsumu ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin olunması, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2023-cü il 3 mart tarixli D/S-04/23 saylı alğı – satqı müqaviləsi üzrə 80.251,96 manat məbləğində qurudulmuş tütün yarpağı məhsulu və 330,75 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya verilməsi, ilkin iddianın və qarşılıqlı iddianın qalan hissəsinin təmin edilməməsi qət olunmuşdur (hakim – G.Quliyeva).

4. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən – ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın təmin olunmaması hissəsində ləğv, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 may tarixli 2-2(104)-115/2024 nömrəli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov və İ.Həsənov).

6. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, işə təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə:... 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda: 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.... 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qa nunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi....”

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

112. İddianın qiyməti... 112.3. Qarşılıqlı iddia da əsas iddia qaydasında ödənilir....” "Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. …” "Maddə

407. Kassasiya şikayətinin form ası, məzmunu və əlavə edilən sənədlər... 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.” "Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

9. Aşağıda göstərilənlərə əsasən, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.

10. İş materiallarından görünür ki, ilkin iddia üzrə dövlət rüsumu 326,74 manat, qarşılıqlı iddia üzrə isə 216,13 manat məbləğində təşkil edir. Hazır ki iş üzrə kassasiya şikayətini verən cavabdeh a pellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirmişdir. Belə olduğu təqdirdə isə iş materiallarından görünür ki, cavabdeh dövlət rüsumunu yalnız bir iddiaya münasibətdə ödəmişdir. Belə ki, MPM-in 112.3-cü maddəsinə əsasən, qarşılıqlı iddia da əsas iddia qaydasında ödənilir. Prosessual qanunvericilik qarşılıqlı iddianı da ilk iddia qaydasında ödənildiyini nəzərdə tutuduğundan, apellyasiya və kassasiya şikayətləri veriləndə dövlət rüsumları müvafiq qaydada ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsində isə göstərilir ki, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci ma ddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilir. Hazırki halda kassasiya şikayətinə əlavə edilmiş qəbzdən görünür ki, dövlət rüsumu yalnız ilk iddia tələbinə münasibətdə ödənilmişdir.

11. Halbuki, kassasiya şikayəti verilərkən dövlət rüsumu ilk iddianın qiyməti olan əsas borc üzrə 241.664,07 manat və maddi zərər üzrə 121.813 manat təşkil etdiyindən buna münasibətdə 326,74 manat, qarşılıqlı iddia qiyməti olan əsas borc üzrə 80.251,96 manat və maddi zərər üzrə 62.000 manata münasibətdə isə 216,13 manat məbləğində ödənilməli idi.

12. Odur ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 8.1.3 və 8.6-cı maddələrinin (bax § 7) tələblərinə əsasən, hazırkı halda cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilərkən ödənilməli olan dövlət rüsumunun məbləği hər iki iddianın qiyməti üzrə ayrılıqda hesablanmaqla, ilk iddia üzrə 326,74 manat, qarşılıqlı iddia üzrə isə 216,13 manat olmaqla, cəmi 542,87 manat təşkil etməlidir.

13. Bunun əksi faktiki olaraq MPM-in 112.3-cü maddəsinin məzmununun inkarına səbəb olar.

14. Apellyasiya instansiyası məhkəməsi isə MPM-in (bax § 8) 408.1 və və 408.1.3-cü maddələrinin tələblərinə uyğun olaraq kassasiya şikayətini geri qaytarmalı olduğu halda, bunu diqqətdən qaçıraraq işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.

15. Şərh olunanları nəzərə alaraq və MPM-in 404, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 may tarixli 2-2(104)-115 /2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayətinin qaytarılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar