Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-629/2023 27.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Elşad Şamayev Yaquboviç və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “borcunun qaytarılması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 avqust tarixli 2-2(106)-95/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İşin halları 1. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra “QSC”) ilə Cavabdeh (bundan sonra “MMC”) arasında 2017-ci il xx.xx tarixli, x saylı alqı-satqı müqaviləsi bağlanmışdır. - Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş metal qırıntılarından ibarət olan material qiymətlisini alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib bu müqavilənin əlavəsi olan spesifikasiyada hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini satıcının hesabına ödəməyi öhdəsinə götürür; - Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə üzrə təhvil verilən mal 5000 ton qara metaldan – 3%-dək itki nəzərə alınmaqla, 2000 ton təkər cütləri oxla – faizsiz, 50 ton latunb qırıntılarından - faizsiz ibarətdir; - Həmin m üqavilənin 1.4-cü bəndinə əsasən, mal alıcının mülkiyyətinə qaiməfaktura və təhvil-təslim aktı əsasında verilir.
2. QSC ilə MMC arasında malların alqı-satqısı barədə bağlanmış 2017-ci il xx.xx tarixli, x saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş metal qırıntılarından ibarət olan material qiymətlisini alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib bu müqavilənin əlavəsi olan spesifikasiyada hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini satıcının hesabına ödəməyi öhdəsinə götürür. - Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə üzrə təhvil verilən mal 2000 ton təkər cütləri oxla, 1 ton mis qırıntılarından, 50 ədəd çən vaqonun çənindən ibarətdir. - Həmin müqavilənin 1.4-cü bəndinə əsas ən, mal alıcının mülkiyyətinə qaiməfaktura və təhvil-təslim aktı əsasında verilir.
3. Eyni tərəflər arasında bağlanmış 2018-ci il xx.xx tarixli, xsaylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş metal qırıntılarından ibarət olan material qiymətlisini alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib bu müqavilənin əlavəsi olan spesifikasiyada hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini satıcının hesabına ödəməyi öhdəsinə götürür. - Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə üzrə təhvil verilən mal 5000 ton qara metaldan – 3%-dək itki nəzərə alınmaqla ibarətdir. - Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, mal alıcının mülkiyyətinə qaiməfaktura və təhvil-təslim aktı əsasında verilir.
4. Eyn i tərəflər arasında bağlanmış 2018-ci il xx.xx tarixli, x saylı alqı-satqı müqaviləsinə dən görünür ki, QSC ilə MMC arasında malların alqı-satqısı barədə müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş metal qırıntılarından və təkər cütlərindən ibarət olan material qiymətlisini alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib bu müqavilənin əlavəsi olan spesifikasiyada hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini satıcının hesabına ödəməyi öhdəsinə götürür. - Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə üzrə təhvil verilən mal 2000 ton qara metaldan – 3%-dək itki nəzərə alınmaqla, 2000 ton təkər cütləri oxla ibarətdir. - Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, mal alıcının mülkiyyətinə qaiməfaktura və tə hvil-təslim aktı əsasında verilir. 5. 2018-ci il xx.xx tarixli, xsaylı və 2018-ci il 16 mart tarixli, xsaylı müqavilələrə əsasən 2018-ci il 16 iyul tarixli aktla - 277,450 ton təmiz çəkili metal; 2018-ci il 20 iyul tarixli aktla - 114,600 ton təmiz çəkili metal; 2018-ci il 23 iyul tarixli aktla - 120,100 ton təmiz çəkili metal; 2018-ci il 26 iyul tarixli aktla - 128,050 ton təmiz çəkili metal; 2018ci il 31 iyul tarixli aktla - 143,500 ton təmiz çəkili metal MMC-yə təhvil verilmişdir. Həmin aktlar MMC-nin direktoru tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir.
6. Tərəflər arasında bağlanmış 2018-ci il xx.xx tarixli, x saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş balansdan silinmiş əsas vəsait hesab edilməyən çən v aqonun çələrindən ibarət olan material qiymətlisini alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib bu müqavilənin əlavəsi olan spesifikasiyada hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini satıcının hesabına ödəməyi öhdəsinə götürür. - Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə üzrə təhvil verilən mal 50 ədəd çən vaqonun çənidir. - Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, mal alıcının mülkiyyətinə qaiməfaktura və təhvil-təslim aktı əsasında verilir.
7. Tərəflər arasında bağlanmış 2018-ci il 12 iyul tarixli, hüq.507 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, hərracın nəticələrinə əsasən satıcı müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1-də (Malın spesifikasiyası) göstərilən adlarda, qiymətlərdə və şərtlər də malları alıcıya verməyi, alıcı isə malı qəbul edib, malın dəyərini müqavilədə göstərilmiş qaydada satıcıya ödəməyi öhdəsinə götürür. - Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, satıcıya mala görə ödəniləcək ümumi məbləğ 232.500 manat təşkil edir. - Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, mal alıcıya tərəflərin tərtib etdiyi və imzaladıqları təhvil-təslim aktı əsasında verilir. 8. 2018-ci il xx.xx tarixli, xsaylı müqaviləyə əsasən 2018-ci il 12 iyul tarixli aktla 24,300 ton təmiz çəkili metal; 2018-ci il 11 sentyabr tarixli aktla - 47,200 ton təmiz çəkili metal; 2018-ci il 18 oktyabr tarixli aktla - 77,900 ton təmiz çəkili metal; 2018-ci il 2 noyabr tarixli aktla - 10,640 ton təmiz çəkili metal; 2018-ci il 19 noyabr tarixli aktla - 30,500 ton təmiz çəkili metal; 2018-ci il 4 dekabr tarix li aktla - 24,450 ton təmiz çəkili metal; 2018-ci il 6 dekabr tarixli aktla - 7,760 ton təmiz çəkili metal MMC-yə təhvil verilmişdir. Həmin aktlar MMC-nin direktoru tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir.
9. Tərəflər arasında bağlanmış 2018-ci il xx.xx tarixli, xsaylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, hərracın nəticələrinə əsasən satıcı müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1-də (Malın spesifikasiyası) göstərilən adlarda, qiymətlərdə və şərtlərdə malları alıcıya verməyi, alıcı isə malı qəbul edib, malın dəyərini müqavilədə göstərilmiş qaydada satıcıya ödəməyi öhdəsinə götürür. - Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, satıcıya mala görə ödəniləcək ümumi məbləğ 300.000 manat təşkil edir. - Həmin müqavilənin 4.1-ci bəndinə əs asən, mal alıcıya tərəflərin tərtib etdiyi və imzaladıqları təhvil-təslim aktı əsasında verilir 10. 2018-ci il xx.xx tarixli, x saylı müqaviləyə əsasən 2018-ci il 3 noyabr tarixli aktla 110,80 ton təkrar qara metal; 2018-ci il 12 noyabr tarixli aktla - 61,05 ton təkrar qara metal; 2018-ci il 19 noyabr tarixli aktla - 96,20 ton təkrar qara metal; 2018-ci il 30 noyabr tarixli aktla - 237,85 ton təkrar qara metal MMC-yə təhvil verilmişdir. Həmin aktlar MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir.
11. Tərəflər arasında bağlanmış 2018-ci il xx.xx tarixli, x saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, hərracın nəticələrinə əsasən satıcı müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1-də (Malın spesifikasiyası) göstərilən adlard a, qiymətlərdə və şərtlərdə malları alıcıya verməyi, alıcı isə malı qəbul edib, malın dəyərini müqavilədə göstərilmiş qaydada satıcıya ödəməyi öhdəsinə götürür. - Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, satıcıya mala görə ödəniləcək ümumi məbləğ 340.250 manat təşkil edir. - Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, mal alıcıya tərəflərin tərtib etdiyi və imzaladıqları təhvil-təslim aktı əsasında verilir. 12. 2018-ci il xx.xx tarixli, x saylı müqaviləyə əsasən 2018-ci il 30 noyabr tarixli aktla - 53,65 ton təkrar qara metal MMC-yə təhvil verilmiş, həmin akt MMC-nin nümayəndəsi tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir.
13. Tərəflər arasında bağlanmış 2018-ci il 26 noyabr tarixli, hüq.845 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, hərracın nəticələrinə əsasən sat ıcı müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1-də (Malın spesifikasiyası) göstərilən adlarda, qiymətlərdə və şərtlərdə malları alıcıya verməyi, alıcı isə malı qəbul edib, malın dəyərini müqavilədə göstərilmiş qaydada satıcıya ödəməyi öhdəsinə götürür. - Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, satıcıya mala görə ödəniləcək ümumi məbləğ 37.600 manat təşkil edir. - Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, mal alıcıya tərəflərin tərtib etdiyi və imzaladıqları təhvil-təslim aktı əsasında verilir.
14. Tərəflər arasında bağlanmış 2019-cu il xx.xx tarixli, x saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, hərracın nəticələrinə əsasən satıcı müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1-də (Malın spesifikasiyası) göstərilən adlarda, qiym ətlərdə və şərtlərdə malları alıcıya verməyi, alıcı isə malı qəbul edib, malın dəyərini müqavilədə göstərilmiş qaydada satıcıya ödəməyi öhdəsinə götürür. - Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, satıcıya mala görə ödəniləcək ümumi məbləğ 692.500 manat təşkil edir. - Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, mal alıcıya tərəflərin tərtib etdiyi və imzaladıqları təhvil-təslim aktı əsasında verilir.
15. Tərəflər arasında bağlanmış 2020-ci il xx.xx tarixli, xsaylı alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən, satıcı müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə №1-də göstərilən adlarda, qiymətlərdə və şərtlərdə malları alıcıya təhvil verməyi, alıcı isə malın dəyərini müqavilədə göstərilmiş qaydada satıcıya ödəyib malı qəbul edməyi öhdəsinə götürür. - Həmin müqavil ənin 3.1-ci bəndinə əsasən, mal müqabilində müqavilə üzrə satıcıya ümumi məbləğ tətbiq edilən qanunvericiliyə əsasən ƏDV və digər xərclər daxil olmaqla Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Əlavə №1-də göstərilənlərə uyğun olaraq 1.100.000 manat təşkil edir. - Həmin müqaviləyə edilmiş 1 saylı Əlavədən görünür ki, tərəflər qara metalın 1 tonunun qiymətinin 220 manat olması barədə razılığa gəlmişlər. 16. 2020-ci il xx.xx tarixli, xsaylı müqaviləyə əsasən 2020-ci il 1 sentyabr tarixli aktla - 1036,471 ton təmiz çəkili metal; 2020-ci il 19 oktyabr tarixli aktla - 131,300 ton təmiz çəkili metal; 2020-ci il 22 oktyabr tarixli aktla - 82,670 ton təmiz çəkili metal; 2020-ci il 2 noyabr tarixli aktla - 109,120 ton təmiz çəkili metal; 2020-ci il 11 noyabr tarixli aktla 319,75 ton təkrar q ara metal; 2020-ci il 16 noyabr tarixli aktla - 138,710 ton təmiz çəkili metal; 2020-ci il 26 noyabr tarixli aktla - 70,10 ton təkrar qara metal; 2021-ci il 27 yanvar tarixli aktla – 83,040 ton təmiz çəkili metal; 2021-ci il 4 fevral tarixli aktla – 83,350 ton təmiz çəkili metal MMC-yə təhvil verilmişdir. Həmin aktlar MMC-nin direktoru (nümayəndəsi) tərəfindən imzalanaraq MMC-nin möhürü ilə təsdiq edilmişdir. 17. 2020-ci il 9 oktyabr tarixli "xxxx"nın surətindən görünür ki, QSC ilə MMC arasında metal satışı, vaqon təmiri və yük daşıma üzrə 2020-ci il 1 sentyabr tarixinə üzləşmə aparılmış və MMC tərəfindən QSC-yə yük daşıması üzrə 336,40 manat, vaqon təmiri üzrə 58.102,50 manat və metal satışı üzrə 161.233,78 manat olmaqla, ümumilikdə ödənilməmiş ƏDV daxil 234.823,48 manat məbləğində qalıq borcu müəyyən edilmişdir. 18. 2022-ci il 29 mart tarixli, 154865 saylı arayışdan görünür ki, 2018-ci il 26 noyabr 2022-ci il 31 yanvar tarixləri ərzində QSC tərəfindən MMC-yə göstərilmiş yük daşıma, vaqon təmiri və metal satışı xidmətlərinə görə yaranan debitor borc 369.204,43 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat 19. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra- “iddiaçı”) Cavabdehnə (bundan sonra- “cavabdeh”) qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən icra edilməmiş öhdəliyə görə 369.204,43 manat məbləğində əsas borc və 1.755.795 manat məbləğində cərimə, 1.853 manat ödənilmiş dövlət rüsumu, cəmi 2.126.852,43 manat pulun alınıb iddiaçıya ödəniməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC-nin metal satışı, vaqon təmiri və yükdaşıma xidmətləri ilə bağlı əməliyyatların aparılması zamanı 2022-ci il 1 fevral tarixinə QSC qarşısında metal satışı üzrə 310.775,53 manat, vaqon təmiri üzrə 58.102,50 manat və yükdaşıma xidmətləri üzrə 326,40 manat olmaqla, cəmi 369.204,43 manat məbləğində borc öhdəliyi yaranmışdır. Metal satışı üzrə QSC (Satıcı) ilə MMC (Alıcı) arasında alqısatqı müqavilələri imzalanmışdır. Həmin müqavilələr üzrə metal satışına görə alıcı MMCnin satıcı QSC qarşısında 310.775,53 manat məbləğində borc öhdəliyi yaranmışdır. Tərəflər arasında 2020-ci il 1 sentyabr tarixinə 234.823,48 manat borc öhdəliyinin təşkil etməsi barədə xx.xx.2020-ci il 9 oktyabr tarixində üzləşmə aktı imzalanmışdır. Bundan başqa, QSC ( Satıcı) ilə MMC (Alıcı) arasında metal qırıntısının alqı-satqısı müqavilələri imzalanmışdır. Həmin müqavilələr üzrə yaranmış borc öhdəliyinin icrası cavabdeh tərəfindən gecikdirilməklə həyata keçirilmişdir. Müqavilələrin 6.2-ci bəndinə əsasən müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə, Alıcı hər bir gecikdirilmiş gün üçün Satıcıya ödənilməmiş məbləğin 3%-i olmaqla cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği müqavilə dəyərinin 30%-dən çox olmamalıdır. MMC tərəfindən müqavilələr üzrə öhdəliklər vaxtında icra edilməməsi səbəbindən 1.755.795 manat əlavə olaraq penya hesablanmışdır. Beləliklə, cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmiş və borclu olduğu metalın dəyərini, vaqon təmirinin və yükdaşıma xidmətlərinin dəyərini bugünədək ödəməyərək QSC-nin hüquqlarını kobud şəkildə pozmu şdur. Tələbin icrası üçün cavabdehə 2022-ci il xx.xx tarixində pretenziya məktubu ünvanlansa da, pretenziyada göstərilən tələb təmin olunmamışdır.
21. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 421.2, 425.1, 442, 448.1 və 598.2-ci maddələrinə istinad olunmuşdur.
22. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 16 may tarixli e-2-2(121)-349/2023 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 369.204,43 manat əsas borc, 50.000 manat cərimə borcu və 1.853 manat dövlət rüsumu olmaqla, ümumilikdə 421.057,43 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim E.Abdullayev).
23. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında metal satışı, vaqon təmiri və yükdaşıma xidmətləri ilə bağlı müqavilə bağlanılmış, iddiaçı tərəfindən cavabdehə qara metal satılmış, o cümlədən yük daşıması və vaqon təmiri üzrə xidmətlər göstərilmişdir. Cavabdehə yük daşıması və vaqon təmiri üzrə göstərilmiş xidmətlərin ümumi dəyəri 58.428,90 manat təşkil etmişdir (yük daşıması üzrə 326,40 manat, vaqon təmiri üzrə 58.102,50 manat). Bundan başqa, tərəflər arasında rəsmiləşdirilən aktlara əsasən iddiaçı tərəfindən cavabdehə bir tonunun qiyməti 220 manat olmaqla 2020-ci il 1 sentyabr tarixindən 2022-ci il 31 yanvar tarixinə kimi ƏDV daxil 310.775,53 manat dəyərində qara metal satılmışdır. İddiaçı tərəfindən göstərilmiş xidmətlər, o cümlədən həm qaimə fakturalara, həm də elektron qaimələrə əsasən satılan mallar cavabdeh tərəfindən təhvil alınsa da, cavabdeh təhvil aldığı malların və xidmətlərin dəyərini tam ödəməmişdir.
24. Həmçinin, məhkəmə qeyd etmişdir ki, tərəflər arasında 2020-ci il 9 oktyabr tarixli üzləşmə aktı imzalanmışdır (bax yuxarıda bu qərarın 17-ci bəndi). Həmin akt tərəflərin nümayəndələri tərəfindən imzalanaraq müəssisələrin möhürləri ilə də təsdiq edilmişdir. Həmin üzləşmə aktında cavabdehin iddiaçıya 2020-ci il 9 oktyabr tarixinə 234.823,48 manat borcunun olması öz əksini tapmışdır.
25. Cavabdehin iddiaçıya olan borcunun 134.380,95 manat hissəsi isə iş materiallarında olan aktlarla, elektron qaimələrlə tam təsdiq olunur.
26. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlmişdir ki, iddiaçı alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirərək, razılaşdırılmış xidmətləri və metal satışını icra edərək cavabdehə təhvil vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş pulu tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Bundan başqa, cavabdeh tərəfindən iddiaçı tərəfindən görülmüş işləri təkzib edəcək və ya borcun tam və ya qismən ödənildiyini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də, iddia əsas borcun tutulması hissəsində əsaslı olduğundan 369.204,43 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
27. Məhkəmə iddianın 1.755.795 manat cərimə ödənilməsi hissəsinə münasibətdə MM-nin 467-ci maddəsinə istinad etmiş və işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yü ksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək belə nəticəyə gəlmişdir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 50.000 manat məbləğində cərimə (dəbbə pulu) tutulmalıdır.
28. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 460.1, 462.1, 462.3, 467, 567, 599.1, 599.3, 600.1, 882.1, 882.2, 882.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
29. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin qismən ləğv olunması və iddianın cərimə hissəsində tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ic raat
30. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 avqust tarixli 2-2(106)-95/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən 50.000 manat məbləğində cərimə borcunun tutulmasına dair hissədə dəyişdirilmiş, MMC-dən QSC-nin xeyrinə tutulmalı olan cərimənin məbləği 75.000 manat müəyyən edilmiş, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim C.İmanov, hakimlər T.Heydərov və T.Kərimov).
31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin tutulan cərimə məbləği hissədə dəyişdirilməsi üçün qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi 1.755.795 manat məb ləğində cərimə məbləğini 50.000 manat məbləğinədək azaltmaqda haqlı olmamışdır. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cərimə məbləği hissəsində artırılmaqla dəyişdirilməlidir.
32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddələri ilə əsaslandırmışdır (bax yuxarıda bu qərarın 28-ci bəndi).
33. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin qismən ləğv edilməsi və iddianın cərimə hissəsinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. MM-nin 462.3-cü maddəsinin tələbləri pozulmuşdur-tərəflər arasında bağlanmış müqavilələrin 6.2-ci maddəsinə əsasən müqavilə üzrə ödəniş vaxtında edilmədiyi təqdirdə, Alıcı yəni MMC hər bir gecikdirilmiş gün üçün Satıcıya, yəni QSC-yə ödənilməmiş məbləğin 3%-i miqdarında cərimə ödəyir, lakin cərimənin ümumi məbləği müqavilə dəyərinin 30%-dən çox olmamalıdır. MMC tərəfindən müqavilələr üzrə öhdəliklərin vaxtında icra edilməməsi səbəbindən 1.755.795 manat əlavə penya hesablanmışdır. Müqavilələr üzrə öhdəliklərin vaxtında yerinə yetirilmədiyi təqdirdə tərəflər cərimənin hansı qaydada hesablanması məsələsini razılaşdırmışdır. MPM-in müvafiq maddəsində də qeyd edilir ki, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Tərəflər isə haqlı olaraq, müqavilə əsasında öhdəliyin yerinə yetirilmədiyi təqdirdə müəssisələrə dəyəcək ziyanı əvvəlcədən ehtimal edərək və hər iki müəssisəni bu haldan sığortalamaq məqsədi ilə cərimə miqdarının bu cür hesablanmasında razılığa gəlmişlər. Lakin apellyasiya instansiyası məhkəməsi cərimə məbləği hissəsində dəyişiklik etsə də, müqavilə tərəflərinin əvvəlcədən razılaşaraq qəbul etdiyi və bunun əsasında hesablanmış cərimə məbləğini nəzərə almamış, ödənilməli olan cərimə miqdarını sadəcə 75.000 manat müəyyən etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
36. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini cərimə hissəsində mübahisələndirdiyi üçün MPM-in 403 və 416-cı maddələrinin tələblərinə uyğun olaraq, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanıla caqdır.
37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
38. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.... 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”
39. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi) 41. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
42. İddiaçı kassasiya şikayətində MM-in 462.3-cü maddəsinin pozuntusuna istinad edərək qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cərimə məbləğinin tərəflər arasında bağlanmış müqavilənin şərtləri əsasında hesablanmasını nəzərə almamışdır.
43. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin bu dəlilini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq hüququ verir. Tənasüb müəyyənləşdirilərkən isə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılması mümkündür.
45. Məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən şikayətin verilməməsini, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini və Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyini, eləcə də MM-nin 467-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmənin dəbbə pulunun tutulması tələbi üzrə gəldiyi nəticə ilə razılaşır.
46. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti isə təmin edilməməlidir.
47. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şirva n Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 avqust tarixli, 2-2(106)-95/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.M.Məmmədli E.Y.Şamayev