Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-63/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-63/2023 Bakı şəhəri Açar sözlər: borc tələbi, üzləşmə aktı, elektron qaimələr, sübutlar, möhürün mövcudluğu Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 31 oktyabr tarixli, 2-2(105 )-99/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ
1. Elekton Qaimələrə əsasən, satıcı "xxxx" QSC tərəfindən alıcı "xxxx" MMC-yə 2020ci il 22 aprel tarixli EBAJ 048635 nömrəli Elektron Qaimə üzrə 1.686,08 manat dəyərində, 2020-ci il 14 iyul tarixli EBAM 371768 nömrəli Elektron Qaimə üzrə 1.045 manat dəyərində və 2020-ci il 22 sentyabr tarixli EBAQ 306401 nömrəli Elektron Qaimə üzrə 11.947,25 manat dəyərində olmaqla, ümumilikdə cəmi 14.678,33 manat məbləğində müxtəlif dərman preparatları (bitki mühafizə vasitələri) satılmışdır. 2. 2021-ci il 6 oktyabr tarixli GDĞ/1 054708 nömrəli Qəbz və 2021-ci il 6 oktyabr tarixli 005/2021 nömrəli mediasiya arayışına əsasən iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunm amışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən mediatora 200 manat məbləğində xidmət haqqı ödənilmişdir. 3. 2021-ci il 16 noyabr tarixli ********** nömrəli ödəniş tapşırığına əsasən iddia tələbi ilə əlaqədar iddiaçı tərəfindən hüquqi yardımın göstərilməsi ilə əlaqədar 360 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı 2022-ci il 7 yanvar tarixində iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 14.678,33 manat əsas borc və 4.000 manat zərər olmaqla, ümumilikdə 18.678,33 manat borcun, iş üzrə ödənilmiş 200 manat mediasiya xidməti xərcinin və vəkilə ödənilmiş 360 manat xidmət haqqının iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1996-cı il 21 iyun tarixindən kənd təsərrüfatı sahəsində dərman preparatlarının satışı ilə məşğul olmaqla, sahibkarlıq fəyaliyyəti ilə məşğul olur. İddiaçı kənd təsərrüfatı sahəsində istifadə olunan dərman preparatlarını xarici dövlətlərdən alaraq Azərbaycan Respublikasına gətirir və satışını həyata keçirir. İddiaçı MMC olaraq, 2020-ci il 4 iyun tarixində təşkilatı hüquqi formasını dəyişərək QSC olmuşdur. İddiaçı tərəfindən cavabdehə 2020-ci ilin sonlarınadək müxtəlif vaxtlarda kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün dəyərinin sonradan ödənilməsi şərtilə dərman preparatları veri lmişdir. Lakin, cavabdeh iddiaçıdan aldığı preparatların dəyəri olan 14.678,33 manat pulu bu günə qədər ödəməmişdir. Cavabdeh ilə aralarında 2021-ci il 23 fevral tarixində “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” akt tərtib olunmuş və hər iki tərəf həmin aktı imzalamaqla möhürləmiş və təsdiqləmişlər. Akt tərtib edildikdən sonra, iddiaçı cavabdehə dəfələrlə ona olan 14.678,33 manat borcunun ödənilməsini bildirsə də, cavadeh hər dəfə müxtəlif bəhanələr gətirməklə borcu ödəməkdən yayınmışdır. 2021-ci il 25 oktyabr tarixində rəsmi qaydada cavabdehə həmin borcun 10 gün müddətində ödənilməsi barədə yazılı təklif verilmiş olsa da, bu günə qədər həmin yazılı məktuba hər-hansı bir münasibət bildirilməmiş və iddiaçıya olan borc ödənilməmişdir. Borcun alınması ilə əlaqədar “Mediasiya haqqında” Az ərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, iddiaçı tərəfindən müvafiq qaydada cavabdehə və Mediasiya Şurasına müraciət edilmiş olsa da, cavabdehin nümayəndəsi gəlmədiyinə görə bu mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Bununla bağlı mediator tərəfindən 2021-ci il 6 oktyabr tarixli 005/2021 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayış təqdim edilmiş və ilkin mediasiyanın keçirilməsi üçün iddiaçı tərəfindən mediatorun hesabına 200 manat mediasiya xərci ödənilmişdir. Odur ki, iddiaçı cavabdehdən 14.678,33 manat borcun başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir.
6. Tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 442, 443.1, 443.2, 449.1-ci maddələrinə istinad edilmişdir.
7. Cavabdeh 2022-ci il 28 fevral tarixində iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddiaçının cavabdehə qarşı “borcun tutulmasına” dair iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
8. Etiraz belə əsaslandırılmışdır, iş materialları ilə tanış olarkən hazırkı məhkəmə mübahisəsi üçün əhəmiyyət kəsb edəcək bir sıra sənədlər, o cümlədən mübahisənin əsası kimi çıxış edən müqavilə aşkar edilməmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə 2020-ci ilin sonlarınadək, müxtəlif vaxtlarda kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün dərman preparatları verilmiş, cavabdeh isə onların dəyərini ödəməmişdir. Lakin, iddiaçı qeyd edilən malları hansı müqavilə və yaxud digər hüquqi əsasla verildiyini qeyd etməmişdir. İş materiallarında da bu cür müqaviləyə rast gəlinmir. Həmçinin iddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 23 fevral 2021-ci il 23 fevral tarixində qarşılıqlı borcların üzləşdirilməsi barədə akt tərtib olunmuş və hər iki tərəf həmin aktı imzalamaqla möhürləmiş və təsdiqləmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş həmin akt cavabdehin adından imzalanıb möhürlənsə də, onu kimin və hansı vəzifəli şəxsin imzaladığı əks olunmamışdır. İddia ərizəsinə malların, işlərin və xidmətlərin təqdim edilməsinə dair elektron qaimə-fakturalar əlavə olunmuşdur. Lakin, onların heç biri nə iddiaçı, nə də ki cavabdeh tərəfindən imzalanmamışdır.
9. Cavabdeh tərəfindən 2022-ci il 11 mart tarixində məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət təqdim edilmişdir.
10. Sumqayıt Kommersiya Məhkəməs inin 2022-ci il 13 aprel tarixli, e-2-2(119)170/2022 saylı qərardadı ilə, cavabdeh tərəfindən verilmiş məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatəti təmin edilmişdir (hakim – Z.Sadıqov).
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022ci il 19 may tarixli 4/661 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, 2021-ci il 23 fevral tarixli qarşılıqlı borcların üzləşdirilməsi barədə aktda cavabdeh bölməsində “Direktor” qrafasındakı imza – X3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; 2021-ci il 23 fevral tarixli qarşılıqlı borcların üzləşdirilməsi barədə aktda cavabdeh bölməsində “Direktor” qrafasındakı imza ilə 2022-ci il 9 fevral tarixli 01-22 saylı etibarnamədə “Direktor” qrafasındakı imza – müxtəlif şəxslər tərəfindən icra olunmuş dur.
12. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 24 iyun tarixli, e-2-2(119)-170/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 14.678,33 manat məbləğində əsas borc, mediasiya ilə əlaqədar ödənilmiş 200 manat məbləğində xidmət haqqı və hüquqi yardımla əlaqədar ödənilmiş 360 manat məbləğində xidmət haqqı olmaqla, cəmi 15.238,33 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim – Z.Sadıqov).
13. Məhkəmə araşdırması zamanı tədqiq edilən iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı (VÖEN: **********) satıcı cavabdeh (VÖEN: **********) alıcı olaraq tərtib olunmuş 2020-ci il 22 aprel tarixli 1/20-069AZ nömrəli “Bitki mühafizə vasitələrinin satışına dair” müqavilə iddiaçı tərəfindən imzalanıb möhürlənsə də, həmin müqavilə cavabdeh tərəfind ən imzalanmamışdır. Lakin, məhkəmə araşdırması zamanı təsdiq olunmuşdur ki, iddiaçı tərəfindən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən cavabdehə bitki mühafizə vasitələri kimi müxtəlif dərman preparatları verilmiş və bununla əlaqədar 2020-ci il 22 aprel, 2020-ci il 14 iyul və 2020-ci il 22 sentyabr tarixlərində cavabdehə müvafiq qaydada tərtib olunmuş Elektron qaimələr təqdim olunmuşdur.
14. İddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə məhkəməyə 2021-ci il 23 fevral tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” akt təqdim olunmuş və həmin aktda cavabdehin iddiaçıya cəmi 14.678,33 manat məbləğində borc qalığının olduğu göstərilmişdir. Cavabdeh tərəf həmin 2021-ci il 23 fevral tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” aktın aşağı sağ hissəsində "Direktor" sözünün qar şısında çəkilmiş imzanın cavabdehin direktoru, yəni qanuni təmsilçisi X1 aid olmadığını bildirmişdir, bununla bağlı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət vermişdir. Cavabdeh tərəfin vəsatəti əsasında keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 2022-ci il 19 may tarixli 4/661 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 2021-ci il 23 fevral tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” aktın cavabdehə aid hissəsinin “Direktor” qrafasındakı imza X4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
15. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hər iki tərəfin imzalanmış yazılı alqı-satqı müqaviləsinin mövcud olmamasına və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 2021-ci il 23 fevral tarixli “Qarşılıqlı borcların üzləşd irilməsi barədə” akt cavabdehin direktoru, yəni qanuni təmsilçisi X4 tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanaraq möhürlənməsinə baxmayaraq (həmin akt cavabdehin möhürü ilə möhürlənmiş olsa da, cavabdeh tərəf möhürü mübahisələndirməmişdir), 2020-ci il 22 aprel tarixli EBAJ 048635 nömrəli, 2020-ci il 14 iyul tarixli EBAM 371768 nömrəli və 2020-ci il 22 sentyabr tarixli EBAQ 306401 nömrəli elektron qaimələrdə qeyd olunan ümumilikdə cəmi 14.678,33 dəyərində müxtəlif bitki mühafizə vasitələrinin iddiaçı tərəfindən cavabdehə satıldığı təsdiq olunmuşdur.
16. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən alıdığı müxtəlif bitki mühafizə vasitələrinə görə cəmi 14.678,33 manat məbləğində əsas borc iddiaçıya ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində əsas borcla yanaşı, pulu özündə (cavabdeh) qanunsuz saxlamaqla iddiaçıya vurduğu 4.000 manat məbləğində zərərin əvəzinin də cavabdehdən tutulması xahiş olunmuşdur.
17. Müəyyən olunmuşdur ki, hazırkı iddia tələbi iddiaçının xeyrinə cavabdehdən “14.678,33 manat məbləğində əsas borcun tutulması” hissəsində əsaslıdır. Lakin, cavabdehdən “4.000 manat məbləğində zərərin tutulması” hissəsində isə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
18. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilərək cavabdehdən 14.678,33 manat məbləğində əsas borc tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iddiaçı tərəfindən hazırkı mübahisə üzrə mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 200 manat məbləğində xidmət haqqı və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən hüquqi yar dımla əlaqədar nümayəndəyə ödənilmiş 360 manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
19. Məhkəmə öz mövqeyini MM-in 329, 385.1, 425.1, 425.2, 427.3, 442, 443.1, 445.1, 448, 567, 600.1, 600.4; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-1, 9.4, 36.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 119.1, 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 24 iyun tarixli, e-2-2(119)-170/2022 saylı qərardadı ilə, iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri aşkar olunduğundan, həmin xüsusat üzrə cinayət işinin başlanmas ı məsələsinin müzakirə edilməsi üçün Xüsusi Qərardad çıxarılaraq, müvafiq araşdırma aparılmasından ötrü ərazi aidiyyəti üzrə Bakı şəhər Sabunçu rayon Prokurorluğuna məlumat verilmişdir.
21. Cavabdeh 2022-ci il 27 iyul tarixində apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 24 iyun tarixli, e-2-2(119)-170/2022 saylı Qətnaməsini iddianın təmin edilmiş hissəsində ləğv edərək, həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Sabunçu rayon prokurorluğunun 2022-ci il 29 sentyabr tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir.
23. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 31 oktyabr tarixli e-2-2(105)-99/2022 saylı qətnaməsi ilə cavab deh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin, birinci instansiya məhkəməsinin qətnaməsi – qismən ləğv, iddia rədd edilmiş, iddiaçıdan 124 manat məbləğində ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (sədrlik edən – İ.Dəmirov hakimlər – Zahid Məmmədov və Zaur Məmmədov).
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbi müqavilə öhdəlikləri üzrə cavabdehin üzərinə düşən vəzifələrin icra edilməməsi ilə əsaslandırılmış, cavabdeh isə tərəflər arasında hər hansı müqavilə öhdəliyinin mövcud olmaması əsası ilə iddiaya etiraz etmişdir.
25. Belə ki iş materiallarına əlavə edilmiş işin 38-40-cı vərəqələrində olan iddiaçı tərəfindən tərtib edilmiş elektron qaimələrin təqdim edilmə əsası kimi 2020-ci il 22 aprel tarixli, 1/20-069AZ nömrəli müqaviləyə istinad edilmişdir. Bununla əlaqədar birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi vəsatət verərək müqavilənin əslinin məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı tərəfindən 2020-ci il 22 aprel tarixli, 1/20-069AZ nömrəli həmin müqavilənin əsli iş materiallarına əlavə edilmişdir. Lakin işin 6263-cü vərəqində olan həmin müqavilədən görünmüşdür ki, həmin müqavilə yalnız iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və iddiaçıya məxsus möhürlə təsdiq edilmişdir. Yəni həmin müqavilə cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamış və cavabdehə aid möhürlə təsdiq edilməmişdir. Həmin müqavilənin 8-ci bəndinə görə isə bu müqavilə hər iki «tərəf»in səlahiyyətli nümayəndələri tərəfindən i mzalandığı və möhürləndiyi tarixdən qüvvəyə minir və «tərəf»lərin öhdəliklərinin tam şəkildə yerinə yetirdiyi ana qədər qüvvədə sayılır.
26. Qeyd olunanlardan göründüyü kimi iddiaçının iddia tələbi həmin müqaviləyə əsasən cavabdeh üçün mülki hüquq və vəzifələr yaratmadığından qeyd olunan müqavilə üzrə əsassızdır.
27. Məhkəmə kollegiyası tərəflərin faktiki münasibətləri üzrə müqavilənin şifahi formada bağlanıb-bağlanılmamasına hüquqi qiymət verilməsi ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı iddia ərizəsində kənd təsərrüfatı sahəsində dərman preparatlarını, yəni «bitki mühafizə vasitələrini» cavabdehə satdığını qeyd etmişdir. Belə ki, həmin dərman preparatlarının yararlılıq müddətləri, hansı texniki şərtlər, texniki təqdimat əsasında, nə cür qablaşdırma qaydasında təhvil veril məsi, «mal»ın saxlanma qaydasına əməl olunması, onlardan istifadə üzrə insanların səhhətinin təhlükəsizliyinə hansı qaydada təminat verilməsi və s. şərtlərin razılaşdırılması hər iki tərəfin mənafeyinə uyğundur. Bu kimi şərtlərin razılaşdırılması isə yalnız yazılı müqavilə əsasında mümkündür.
28. Lakin iddiaçı onun tərəfindən bitki mühafizə vasitələrinin iddia tələbində göstərilən dəyərdə iddiaçıya satıldığını qeyd etmişdir. Bununla əlaqədar iddiaçı birinci instansiya məhkəməsinə hansı çeşiddə və məbləğdə dərman preparatlarının verilməsinə dair işin 6466-cı vərəqlərində olan «əlavə 1», «əlavə 2» və «əlavə 3» başlığı yazılmaqla siyahı təqdim etmiş, həmin əlavələrdə göstərilənlər iddiaçının möhürü və səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq olunsa da, həmin əlavələr üzrə müxtəlif vaxtla rda malların alınması cavabdehin səlahiyyətli nümayəndəsinin adının yazılmasına baxmayaraq onun tərəfindən imzalanmayaraq təsdiq olunmamışdır.
29. İddiaçı dərman preparatlarının cavabdehə təhvil verilməsi və bunun müqabilində cavabdehin borcunun olmasına dair əsas sübutu kimi birinci instansiya məhkəməsinə 2021-ci il 23 fevral tarixli «qarşılıqlı borcların üzləşdirilməsi barədə» akt təqdim etmişdir. Həmin aktda 14.678,33 manat məbləğində borcun olduğu göstərilmişdir. Lakin birinci instansiya məhkəməsinin araşdırması zamanı həmin 2021-ci il 23 fevral tarixli «Qarşılıqlı borcların üzləşdirilməsi barədə» aktın aşağı sağ hissəsində «Direktor» sözünün qarşısında çəkilmiş imzanın cavabdehin direktoru, yəni qanuni təmsilçisi X2 aid olmadığı müəyyən olunmuşdur.
30. Belə ki, cavabdeh tərəfin vəsatə ti əsasında keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 2022-ci il 19 may tarixli 4/661 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 2021-ci il 23 fevral tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” aktın cavabdehə aid hissəsinin “Direktor” qrafasındakı imza X4 (direktor-qanuni təmsilçi) tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
31. Buna baxmayaraq birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 2021-ci il 23 fevral tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” akt cavabdehin direktoru, yəni qanuni təmsilçisi X4 tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanaraq cavabdehə məxsus möhürlə möhürləndiyinə görə 2020-ci il 22 aprel tarixli EBAJ 048635 nömrəli, 2020-ci il 14 iyul tarixli EBAM 371768 nömrəli və 2020-ci il 22 sentyabr tarixli EBAQ 306401 nömrəli elektron qaimələrdə qeyd olunan ümumilikdə cəmi 14.678,33 manat dəyərində müxtəlif bitki mühafizə vasitələrinin satıcı iddiaçı tərəfindən alıcı cavabdehə satıldığı təsdiq olunmuşdur.
32. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan nəticəyə gələrkən bunu birbaşa əsaslandıran maddi hüquq normasına istinad etməmişdir. Halbuki, MM-in 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifəl ər götürə bilər.
33. Bundan əlavə, məhkəmə kollegiyasının araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi 2021-ci il 23 fevral tarixli «Qarşılıqlı borcların üzləşdirilməsi barədə» akt məhz «üzləşdirmə şəraitində» tərtib olunmamışdır. Belə ki, iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında üzləşdirmə aktının həmin akta imza etmiş şəxslərin birgə iştirakı şəraitində tərtib olunmadığını təsdiq edərək bildirmişdir ki, əvvəl üzləşdirmə aktı onlar tərəfindən tərtib olunaraq cavabdehə göndərilmiş, həmin üzləşdirmə aktı imzalandıqdan sonra isə cavabdeh geri qaytarmışdır. Həmçinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında Sabunçu Rayon Prokurorluğunun 2022-ci il 29 sentyabr tarixli qərarında da qeyd olunmuşdur ki, araşdırma z amanı 2021-ci il 23 fevral tarixli «qarşılıqlı borcların üzləşdirilməsi barədə» aktın cavabdehə aid hissəsinin «Direktor» qrafasındakı imza və 2021-ci il 25 fevral tarixli «qarşılıqlı borcların üzləşdirilməsi barədə» aktın cavabdehə aid hissəsinin «Direktor» qrafasındakı imzanın kim tərəfindən icra olunması müəyyən olunmamışdır. Şərh olunanlara əsasən, məhz iddiaçı qeyd olunan «Qarşılıqlı borcların üzləşdirilməsi barədə» aktın «Direktor» qrafasındakı imzanın kim tərəfindən imzalanmasına aid hər hansı sübut təqdim edə bilməmişdir.
34. Qeyd olunan işin faktiki halları isə istinad olunan MM-in 49.1, 49.2, 405-407-ci maddələrinin tələbləri baxımından tərəflər üçün mülki hüquq və vəzifələr yaratmamışdır. Həmçinin cavabdehin nümayəndəsi dərman preparatlarının satılmasına dair tərəflər arasında e lektron qaydada mövcud yazışmaların olduğunu, növbəti məhkəmə iclasında isə əksinə, aparılmış araşdırma nəticəsində qeyd etdiyi yazışmaların ümumiyyətlə cavabdehə aid olmadığını bildirmişdir.
35. Məhkəmə kollegiyasının araşdırması nəticəsində qeyd olunan dərman preparatlarının hansı şəraitdə və necə təqdim olunması barədə cavabdehin nümayəndəsi verilmiş suala cavab olaraq işin həmin halının ona məlum olmadığını bildirmiş, sonuncu məhkəmə iclasında isə həmin dərman preparatlarının cavabdeh tərəfindən göndərilmiş nəqliyyat vasitələrinin sürücülərinə imzalanmaqla təhvil verilməsinə dair 2020-ci il 13 mart tarixli 23636 nömrəli və 2020-ci il 9 iyul tarixli 25564 nömrəli satış qəbzləri təqdim etmişdir. Lakin bununla belə iddiaçı qeyd olunan dərman preparatlarının cavabdehin rəsmi «ixtiyarlı şəx sinə» təqdim olunmasına dair heç bir sübut təqdim etməmişdir.
36. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, aparılmış məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri olaraq 124 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 49.1, 49.2, 49.3, 405.1, 405.2, 406.1, 406.2, 406.3, 407.1, 407.2, 433.1, 433.2, 433.3,; MPM-in 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
38. Həmin qətnamə 2022-ci il 4 noyabr tarixində proses iştirakçılarının elektron kabinetlərində yerləşdirilmişdir.
39. İddiaçı 2 022-ci il 6 dekabr tarixində kassasiya şikayəti verərək həmin qətnaməni – ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
40. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin tələbləri pozulmuşdur – təqdim edilmiş sübutlar, işdə iştirak edən şəxslərin izahatları əlaqəli şəkildə şərh edilməklə, məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalı olduğu halda, məhkəmə müdafiəsi hüququnu pozaraq ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmişdir.
41. İddiaçı satılmış malların elektron qaimələr əsasında və tərəflər arasında bağlanmış üzləşmə aktına əsasən cavabdehdən pul tə təb etmişdir. Cavabdeh isə iddiaçı tərəfindən onlara malların satılmadığını, onlar tərəfindən üzləşmə aktının imzalanmadığını bildirmişdir. Cavabdeh nə birinci instansiya məhkəməsində, nə də ki apellyasiya instansiya məhkəməsində möhürü mübahisələndirməmişdir. Məhkəmənin istinad etdiyi Sabunçu rayon prokurorluğunun cinayət işinin rədd edilməsi barədə qərarda, cavabdehin direktorunun izahatında möhürün əsl olduğu bildirilməsinə baxmayaraq, məhkəmə öz qətnaməsində isə həmin hallara qiymət verməmişdir.
42. Apellyasiya instansiya məhkəməsi tərəflər arasında münasibətin yaranması əsasını iş materialları və izahatlar əsasında müəyyənləşdirsə də, həmin xüsusatın reallığı əks etdirib-etdirməməsini aydınlaşdırmaqdan ötrü məsələnin zahiri tərəfini deyil, reallığı aydınlaşdırmalı olduğu halda, ədalət li məhkəmə araşdırılması hüququnu təmin edən məhkəmə tərəfindən bu hal aydınlaşdırılmamış və nəticədə işin faktiki halları ilə məhkəmənin müəyyən etdiyi hal arasında ziddiyyətin yaranmasını qaçılmaz etmişdir. Bununla da ədalətli məhkəmə araşdırılması təmin edilməyərək məhkəmə müdafiəsi hüququ pozulmuşdur. Məhkəmə müdafiəsi hüququnu özündə ehtiva edən ədalətli məhkəmə araşdırılmasının nəticəsinə dair məhkəmə aktı ziddiyyətli və sual doğuracaq halların olmamasını, həmin halların aradan qaldırılmalı olmasını ehtiva etməklə qəbul edilməsini zəruri etməsinə baxmayaraq, gəldiyi nəticə üzrə məhkəmə müdafiəsi hüququnun pozulmasını qaçılmaz etmişdir.
43. MPM-in 14.2, 88, 217.1-ci maddəsinin tələbləri pozulmuşdur. Apellyasiya instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar üzrə tam, hərtərəfli araşdırma aparmayaraq, ədalətli məhkəmə araşdırılmasını təmin etməyərək, işin faktiki hallarını düzgün müəyyənləşdirməyərək, işin həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmayan, nəticədə iddiaçının məhkəmə müdafiəsi hüququnu pozan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək onun təmin olunmamasını və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
45. Cavabdeh həmçinin 2023-cü il 17 fevral tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə izahat təqdim etmiş, izahatda onun kassasiya şikayətinə qarşı verdiyi etirazda göstərilən mövqeyi öz əksini tapmışdır. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
46. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
47. Apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
48. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
49. Hüquqi şəxsin orqanları 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. 49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamna mə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir....” “Maddə
405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. “Maddə
406. Müqavilənin for ması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. [357] 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. “Maddə
407. Müqavilənin bağlanması anı 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini ald ığı anda bağlanmış sayılır. 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır...” “Maddə
433. Tələbin ixtiyarlı şəxsə icra edilməsi 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 433.2. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.
50. Azərbaycan Respublikası Mülki Prosessu al Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya i nstansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. “İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
51. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
52. İddiaçının kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, tərəflər arasında tərtib olunmuş üzləşmə aktı cavabdeh müəssisənin möhürü ilə təsdiq olunmuş və möhürün həqiqiliyi aşağı instansiya məhkəmələrində mübahisələndirilməmişdir.
53. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iş materiallarında olan “bitki mühafizə vasitələrinin satışına dair” 1/20-069 AZ saylı müqavilə və müqaviləyə 1, 2 və 3 saylı Əlavələr cavabdeh tərəfindən imza və möhürlə təsdiq olunmamışdır.
54. Bununla belə, tərəflər arasında “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” 2021-ci il 23 fevral tarixli akt tərtib olunmuş, həmin aktın sonunda həm iddiaçı həm cavabdeh hissələrində “direktor” və “baş mühasib” qrafalarının qarşısında imzalar və müəssisəl ərin möhürləri əks edilmişdir.
55. Aktda cavabdehə aid hissədə “direktor” qrafasında əks olunmuş imzaya münasibətdə qeyd olunmalıdır ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfin vəsatəti əsasında keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 2022-ci il 19 may tarixli, 4/661 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 23 fevral 2021-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Aktın Cavabdehnə aid hissəsinin “Direktor” qrafasındakı imza X4 (direktor-qanuni təmsilçi) tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
56. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən MM-in 49.2-ci maddəsinə istinad etmiş və cavabdehin müəssisənin borcların qarşılıqlı üzləşdirilməsi barədə akt onun direktoru tərəfindən imzalanmadığından müəssisə ü çün hər hansı öhdəlik və vəzifə yaratmaması nəticəsinə gəlmişdir.
57. Məhkəmə kollegiyası göstərilən mövqeyə münasibətdə aşağıdakıları qeyd edir.
58. MM-in 49.2-ci maddəsinə görə, hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Bu baxımdan üzrədinə imza və tərəflərin möhürləri olan yuxarıda göstərilmiş akt qiymətləndirilməlidir. İş materiallarında olan həmin müqavilə Mülki Məcəllənin 331.1, 386.1, 389.1-ci maddələrinə müvafiq olaraq tərəflərin qarşılıqlı razılaşmasını əks etdirən və həmin Məcəllənin 49.2-ci maddəsinin tələblərinə cavab verən əqd kimi qeyri-mümkün hesab edir.
59. O da nəzərə alınmalıdır ki, qarşılıqlı borcların üzləşdirilməsi barədə 2021-ci il 23 fevral tarixli aktda cavabdehin möhürü də vu rulmuş, möhürün həqiqiliyi cavabdeh tərəfindən mübahisələndirilməmiş, iş materiallarında olan Sabunçu rayon Prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 2022-ci il 29 sentyabr tarixli Qərarda cavabdehin qanuni təmsilçisinin izahatında aktdakı möhürün Cavabdeh MMC-nin möhürünə bənzədiyi qeyd olunmuş (iş.v 176), işə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin qanuni təmsilçisi 2022-ci il 13 aprel tarixli məhkəmə iclasında müəssisənin 1 ədəd möhürünün olmasını və onun itirilmədiyini bildirmişdir (iş.v74). Lakin, cavabdehin qanuni təmsilçisi həmçinin 2022-ci il 26 sentyabr tarixli məhkəmə iclasında möhürün istənilən mətbəədə texniki baxımdan saxtalaşdırılmasının və surətinin çıxarılmasının mümkün olduğunu da bildirməklə əvvəklə məhkəmə iclasında verdiyi izaha tla ziddiyyətli mövqe nümayiş etdirmişdir ki, bu da ən azından həmin möhürün həqiqiliyinin dəqiq müəyyənləşdirilməsi zərurəti yaratmış, lakin buna baxmayaraq göstərilən hal ümumiyyətlə qiymətləndirilmişdir.
60. Qanunverici möhürdən istifadəni MM-də nəzərdə tutulan hallar istisna olmaqla əqdin forması ilə bağlı əlavə tələblərin müəyyənləşdirilməsi və buna riayət edilmədiyi halda doğurduğu nəticələri tərəflərin iradəsindən asılı etmişdir. Belə ki, MM-in 331.2-ci maddəsinə əsasən, tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər.
61. Məhkəmə kollegiyası vurğulayır ki, mülki qanunvericilikdə müəssisənin adın dan tərtib olunan sənədlərdə onun mühürünün əks olunmasının zəruriliyi ilə bağlı bir sıra imperativ qaydalar da nəzərdə tutulmuşdur (MM-in 107-6.1, 362.5-ci maddələri və.s).
62. Bundan başqa, sənədlərin təsdiq olunması zamanı möhürün əhəmiyyəti həmçinin özündə hüquqi şəxslərin ləğvinə dair qaydaları özündə əks etdirən MM-in 61-ci və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.4-1 və 16.1-1.3-cü maddələrində göstərilmişdir. Belə ki, həmin maddi hüquq normalarında hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin adının dəyişdirilməsi faktının dövlət qeydiyyatına alınması zamanı həmin təşkilatların möhürlərinin müvafiq icra hakimiyyəti orqanına təhvil verməli olması, möhür müvafiq icra hakimiyyəti orqanına təqdim e dilməyənədək təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliklərinin dövlət qeydiyyatına alınmasını təsdiq edən sənədlərin verilmədiyi, möhür itirildiyi halda isə bu barədə mətbuatda dərc edilmiş elan və onun tapılmaması haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış təqdim edilməli olduğu nəzərdə tutulur.
63. Məhkəmə kollegiyası vurğulayır ki, mülki qanunvericiliyin tələbləri baxımından mülki hüquq subyekti olan fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və r ekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Belə ki, bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətini həyata keçirən şəxs olur. Qeyd olunan hal öz möhürü ilə təsdiq edilmiş sənədi mübahisələndirən hüquqi şəxsin üzərinə sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildiyi və ya m əsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə halları sübuta yetirmək vəzifəsi qoyur. Bu baxımdan hazırkı halda, hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş sənədlərdəki imzanın həmin hüquqi şəxsin qanuni və ya müvafiq səlahiyyət verilmiş təmsilçisi tərəfindən icra edilməməsi belə sənədlərin etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin sənədlər imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə bu o anlama gəlir ki, hüquqi şəxsin təmsilçisi MM-in 360.2-ci maddəsinə əsasən əqdi, bunun əksi sübut edilməyənədək bəyənməsini ehtiva edir. Hüquqi şəxsin adından tərtib olunmuş sənədlərin və ya bağlanmış müqavilələrin onların möhürlə təsdiqlənmə halında möhürlə bağlı xüsusiyyətini tam araşdırmadan mö təbərlik baxımından qiymətləndirilməsi zamanı sənədi imzalamış şəxsin səlahiyyətli şəxs olmadığının müəyyən edilməsi həmin sənədin (müqavilənin) birmənalı qeyri-mötəbər kimi sübut qiymətləndirilməsinə əsas ola bilməz.
64. Bundan başqa, qarşılıqlı borcların üzləşdirilməsi barədə yuxarıda göstərilən aktda cavabdehə aid olan hissədə “baş mühasib” qrafasında imzanın mövcudluğuna da apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi hüquqi qiymət verilməmişdir. Belə ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunun 2.1.17. Baş mühasib vəzifəsinə təyin edilən, habelə bu vəzifələri icra edən şəxs (bundan sonra - baş mühasib) – mühasibat uçotu subyektində mühasibat uçotunun aparılmasını təmin edən, mühasibat uçotuna əsasən maliyyə, vergi və digər hesabatların tərtib edilməsinə, habe lə uçotun formalaşdırılmasına və mühasibat uçotu sənədlərinin saxlanılmasına cavabdeh olan vəzifəli şəxsdir.
65. Həmçinin, iş materiallarından göründüyü kimi tərəflər arasında qarşılıqlı borcların üzləşdirilməsi barədə akt tərtib olunmazdan əvvəl iddiaçı tərəfindən cavabdehə ardıcıl olaraq elektron qaimə-fakturalar göndərilmiş (bax §1)(iş.v38-40), həmin elektron qaimə-fakturalar cavabdehin mühasibatlığı tərəfindən 5 gün ərzində etiraz olunmayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na (bundan sonra – “Qaydalar”) uyğun olaraq qəbul edilmiş, həmin qaimələrdə yuxarıda göstərilən müqavilənin tarixi və nömrəsi göstərilmiş olsa da, qaimələrin seriya və nömr ələri qarşılıqlı borcların üzləşdirilməsi barədə aktda öz əksini tapmış və qaimələrdəki rəqəmlərin cəmi aktda əks olunan borc məbləği ilə üst-üstə düşmüşdür. İş materiallarında isə bu qaimələrə etiraz və ya düzəliş edilməsi ilə bağlı cavabdeh tərəfindən təqdim edilmiş hər hansı sübut mövcud deyildir.
66. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qarşılıqlı borcların razılaşdırılması barədə aktın və göstərilən elektron qaimələrin mövcudluğu tərəflər arasında şifahi razılaşma əsasında yaranmış faktiki münasibətlərin mövcudluğuna dəlalət edir.
67. Mübahisələndirilən qətnamədə sonuncu məhkəmə iclasında dərman preparatlarının cavabdeh tərəfindən göndərilmiş nəqliyyat vasitələrinin sürücülərinə imzalanmaqla təhvil verilməsinə dair 2020-ci il 13 mart tarixli 23636 nömrəli və 2020-ci il 9 iyul ta rixli 25564 nömrəli satış qəbzlərinin təqdim olunduğu göstərilməklə iddiaçının qeyd olunan dərman preparatlarının cavabdehin rəsmi ixtiyarlı şəxsinə təqdim olunmasına dair sübutların təqdim olunmadığını qeyd etmişdir. Halbuki, məhkəmənin sadaladığı satış qəbzləri iş materiallarında aşkar olunmamışdır.
68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli, 2018-ci il 11 iyun tarixli qərarlarında sübutların qiymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifa yətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. “Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.”
69. Göründüyü kimi sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin ləğv olunması üçün əsasdır.
70. MPM-in 76-cı maddəsinin tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).
71. Həmçinin, kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
72. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələ blərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
73. MPM-in 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Həmin Məcəllənin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır.
74. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfli v ə obyektiv araşdırma aparmamış, sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliklə məhkəmələrə verilmiş səlahiyyətlərindən lazımi həcmdə istifadə etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sözügedən nöqsanları aradan qaldırmalı, cavabdehin tərəflər arasında tərtib olunmuş borcların qarşılıqlı üzləşmə aktında cavabdehin cavabdehin baş mühasibi hissəsində imzanın mövcudluğunda münasibətdə onun tərəfindən imzalanmasının müəssisənin direktoru tərəfindən sonradan bəyənilib-bəyənilmədiyini, cavabdehin qanuni təmsilçisi möhürün onda olmasını etiraf etdiyi, möhürün itməsi, oğurlanması və onun iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçməsini təsdiq edən sübutlar olmadığı halda, möhürün qarşılıqlı borcların üzləşdirilməsi aktında mövcudluğunun nec ə mümkün olmasını və buna baxmayaraq hansı səbəbdən onun məhkəmə tərəfindən inkar və ya qəbul edilməsini iş materiallarında olan digər sübutlarla əlaqəli surətdə tam, obyektiv və hərtərəfli araşdırmaqla düzgün hüquqi nəticəyə gəlməlidir.
75. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
76. MPM-nin 417.1.3-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
77. Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Kom mersiya Kollegiyasının 2021-ci il 14 sentyabr tarixli, 22(106)-189/2021 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır
78. Şərh olunanları və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunsun. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 31 oktyabr tarixli, 2-2(105)-99/2022 saylı qətnaməsi ləğv olunsun. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın.