Məhkəmə qərarları › İş №2-2(102)-630/2023

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-630/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-630/2023 10.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı "xxxx" MMC-nin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 avqust tarixli, 2-2(103)-195/2023 saylı qərardadından Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra iddiaçı”) Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 38.455,5 manat borcun, 1027,23 manat cərimənin, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 410 manatın, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 1.665 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 28 oktyabr tarixli, e-2-2(113)- 4827/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 38.455,5 manat əsas borc, 384 manat cərimə, 410 manat mediasiya xərci, 1.665 manat hüquqi yardım xərci tutulmuş, iddia qalan hissədə rədd edilmişdir (hakim A.Əliyeva). Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şika yətində qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 22 fevral tarixli 2-2(103)-195/2023 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 28 oktyabr tarixli e-2-2(113)4827/2022 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sərdliik edən-məruzəçi hakim V.Baxışova, hakimlər A.Hüseyn və R.Qurbanov). Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, işə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 may tarix li, 2-2(102)-337/2023 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 22 fevral tarixli 2-2(103)-195/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti ona qaytarılmaq üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 may tarixli 2-2(103)-195/2023 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 22 fevral tarixli 2-2(103)-195/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 2-2(103)195/2023 nömrəli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəmə yə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 avqust tarixli, 2-2(103)-195/2023 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizənin təmin edilməməsi, həmin məhkəmənin 2-2(103)-195/2023 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 22 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır ( sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər M.Tağızadə və R.Qurbanov). Qərardad 2023-cü il 29 avqust tarixində tərəflərin elektron kabinetlərində yerləşdirilmişdir. Həmin qərardaddan 2023-cü il 8 sentyabr tarixində cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasını n 2023cü il 24 avqust tarixli, 2-2(103)-195/2023 saylı qərardadının ləğv edilməsi və ötürülmüş prosessual müddətin bərpası məsələsinə yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Mülki Prosesual Məcəllənin (bundan sonra mətndə MPM) 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmiş, eləcə də MPM-nin 407.1.4-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, MPM-nin 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir. Həmin forma onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Hazırki halda cavabdeh kassasiya şikayətini formal olaraq (cədvəl forması və s.) MPM-nə 3 saylı Əlavədə müəyyən edilən qaydada tərtib etsə də, məzmun baxımdan həmin Əlavədə nəzərdə tutulan tələblərə əməl etməmişdir. Şikayətin apellyasiya instansiyası məhkəməsinin prosessual məsələ (müddətin bərpası) üzrə qərardadından verildiyi nəzə rə alınaraq qeyd olunmalıdır ki, «prosessual hüquq normalarının pozulmasına dair dəlillər» hissəsində yalnız MPM-nin 133.1-ci maddəsinin mətni qeyd olunmuş, həmin normanın pozuntusunun nədən ibarət olması, prosessual müddətin bərpasına əsas verən hansı halların və sübutların həmin maddənin tələbləri baxımından qiymətləndirilməməsinə dair dəlillər qeyd olunmamışdır. Nəzərə alınmalıdır ki, MPM-nin 407.1.4-cü maddəsinin tələbinə əsasən maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması kassasiya şikayətində göstərilməlidir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır (MPM-nin 416.1-ci maddəsi). MPM-in 408.1, 408.1.5-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci mad dələrinin tələblərinə cavab vermirsə, habelə maddi və prosessual hüquq normasının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 avqust tarixli, 2-2(103)-195/2023 saylı qərardadından Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov Z.B.Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar