Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-631/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X2 qarşı “lizinq müqaviləsi üzrə borc” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməs inin Kommersiya Kollegiyasının 2022-ci il 3 iyun tarixli, 22(103)-463/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İŞİN HALLARİ
1. Lizinq verən qismində "xxxx" ASC ilə lizinq alan qismində X3 arasında "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə 2018-ci il 10 dekabr tarixli, 1309GL/18 nömrəli lizinq müqavilə (güzəşt) bağlanmışdır.
2. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, lizinq verən ümumi məbləği 29.100 manat olan və aşağıda göstərilən (2 ədəd-Traktor Belarus-1221 və 1 ədəd-Kotan 5 gövdəli AG-14-5) kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti i lə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (1 nömrəli Əlavə) müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. 3. "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 2014-cü il 8 aprel tarixli aktda qeyd olunmuşdur ki, 3 adda qeyd edilən (Traktor Belarus-1221, Traktor Belarus-1221 və Kotan 5 gövdəli AG-14-5) texnikalar "xxxx" ASC-nin 2014-cü il 28 mart tarixli, 603/ü saylı əmri əsasında saz, nizamlanmış və komplekt halda bazadan lizinq alana təhvil verilmişdir.
4. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC tərəfindən verilmiş 2018-ci il 10 dekabr tarixli, 6058/ü nömrəli əmrdə qeyd olunmuşdur ki, 1) "xxxx" ASC ilə X3 arasında bağlanmış 2014-cü il 28 mart tarixli, 417-L/14 saylı və 2014-cü il 28 mar t tarixli, 603/ü saylı lizinq müqavilə(s/lər)inə xitam verilsin və əmr(lər) qüvvədən düşmüş hesab olunsun. "xxxx" ASC ilə X3 arasında bağlanmış 2018-ci il 10 dekabr tarixli, 1309-GL/18 nömrəli lizinq müqaviləsinə əsasən 3 adda qeyd olunmuş kənd təsərrüfatı texnikaları "xxxx" ASC tərəfindən cavabdehin istifadəsinə verilsin. 5. 2021-ci il 26 avqust tarixli maliyyə arayışından görünür ki, lizinq alan X1 1309-GL/18 saylı müqavilə üzrə gecikdirilmiş əsas borcu 17.844 manat, hesablanmış cəriməyə görə 9.117,11 manat olmaqla, ümumilikdə 26.961,11 manat məbləğində təşkil edir. Ödənilib: 0.0 manat 6. "xxxx" ASC tərəfindən verilmiş 000İPX121362097E nömrəli, 2021-ci il 28 dekabr tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Xırdalan şəhər Vəkil Bürosunun AZ46AİİB**********0420151123 n ömrəli hesabına 350 manat məbləğində ödəniş edilmişdir.
7. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən X2 ünvanlanmış pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək əsas borcun və cərimənin ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra -“iddiaçı”) cavabdeh X2 (bundan sonra- “cavabdeh”) qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 2021-ci il 26 avqust tarixinə 1309GL/18 nömrəli, 2018-ci il 10 dekabr tarixli müqavilə (bundan sonra-“1309-GL/18 n ömrəli müqavilə”) üzrə 17.844 (on yeddi min səkkiz yüz qırx dörd) manat gecikdirilmiş əsas borc və 9.117,11 (doqquz min yüz on yeddi manat on bir qəpik) manat cərimə, hüquqi yardımla bağlı ödənilmiş 350 manat olmaqla, cəmi 27.311,11 manat (iyirmi yeddi min üç yüz on bir manat, 11 qəpik) məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) (bundan sonra-“ASC”) ilə cavabdeh arasında bağlanılmış 1309-GL/18 saylı müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü ö hdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 2021-ci il 26 avqust tarixinə müqavilə üzrə 17.844 manat gecikdirilmiş əsas borcu və 9.117,11 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə ilkin mediasiya sessiyasından sonra prosedurun davam etdirilə bilməməsi barədə mediatorun 2021-ci il 19 oktyabr tarixli 2021-004964 saylı arayışı təqdim edilmişdir.
10. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 427.3, 445. 2.1, 465.2, 748-1.12.4-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 40.1-ci maddələrinə istinad edilmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 27 yanvar tarixli, e-2-2(113)-464/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 17.844 manat əsas borc, 1.000 manat cərimə, hüquqi yardıma görə ödənilmiş 350 manat olmaqla, cəmi 19.194 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Z.Axundova).
12. Birinci instansiya məhkəməsi işin § 1-7-də qeyd olunan hallarına istinadla müəyyən etmişdir ki, "xxxx" ASC (bundan sonra mətndə ASC) ilə cavabdeh arasında 1309-GL/18 saylı lizinq müqaviləsi bağlanmışdır. Li zinq verən tərəfindən lizinq predmetləri cavabdehə təhvil verilmiş, sonuncu tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafiklərinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilələr üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı əsas borc və cərimə borclarının ödənilməsi ilə bağlı tələb hüququ yaranmışdır. ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq va öhdəlikləri iddiaçıya-Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir.
13. İddia tələbinin bir hissəsini 13 09-GL/18 saylı müqavilə üzrə 17.844 manat gecikdirilmiş borcun cavabdehdən tutulması təşkil edir. Məhkəmə MM-nin 385.1, 442, 448.1 və 747.1-ci maddələrinin tələblərini, müqavilə şərtlərini mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edərək belə qənaətə gəlmişdir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi işin materialları ilə də öz təsdiqini tapdığından, iddia tələbi 17.844 manat əsas borcun cavabdehdən tutulması hissəsində tam təmin edilməlidir. İddia tələbinin digər hissəsini cavabdehdən iddiaçının xeyrinə hesablanmış 9.117,11 manat cərimə borcunun tutulması təşkil edir.
14. İddia tələbinin digər hissəsini cavabdehdən iddiaçının xeyrinə hesablanmış 9.117,11 manat cərimə borcunun tutulması təşkil edir.
15. Həmin tələbə münasibətdə məhkəmə qeyd etmişdir ki, t ərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir.
16. Məhkəmə müqavilənin istinad olunan bəndinin şərtlərini, eləcə də MM-nin 462.1-ci maddəsinin tələblərini əsas götürərək belə qənaətə gəlmişdir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
17. Digər tə rəfdən MM-nin 467-i maddəsinin tələbləri baxımından, tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbəti, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeləri nəzərə alınaraq, hər iki müqavilə üzrə tutulması tələb olunan dəbbə pulu azaldılaraq ümumilikdə 1000 manat məbləğində müəyyən edilmişdir.
18. İddiaçı vəkilə ödənilmiş 350 manat məbləğin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 107, 115.0.6 və 121.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, göstərilmiş hüquqi yardıma görə cavabdehdən 350 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
19. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində iş üzrə qəbul edilmiş qətnamənin ləğv edilməsi, lizinq müqaviləsi üzrə təhvil-təslim aktı əsasında cavabdehə ötürülən portfelin dəyəri nəzərə alınmaqla iddianın həmin hissədə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 3 iyun tarixli, 22(103)-463/2022 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Məmmədov, hakimlər R.Qurbanov və C.Yusifov).
21. Apellyasiya instansiya məhkəməsinin işin yuxarıda qeyd olunan, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad edərək, həmin məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır. Eyni zamanda işin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qi ymət verən məhkəmə kollegiyası hesab edir ki, lizinq müqaviləsinin şərtlərinə və təyinatına uyğun vəziyyətdə ona təhvil verilən lizinq obyekti əmlakdan istifadəyə görə müqavilə ilə müəyyənləşdirilmiş dövriliklə muzd ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir. Belə ki, cavabdeh mübahisəli borcun əsasını təşkil edən müqaviləni, lizinq avadanlığının ona təhvil verilməsini və ödəniş cədvəlinə əsasən heç bir ödəniş aparmadığı borcun məbləğini mübahisə etmir.
22. Bu mənada məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış və göstərmişdir ki, şikayətin borc məbləğinin düzgün hesa blanmaması barədə dəlili konkret heç bir fakt, hesablamaya istinad etmir. Bunun üçün cavabdeh əvvəlcə səhvin nədə ifadə olunduğuna, miqdarına dair öz variantını irəli sürməli idi ki, məhz bundan sonra məhkəmə həmin gümanın doğru yaxud yanlış olması haqqında hüquqi mühakimə yürüdə bilsin.
23. Şikayətin ASC ilə cavabdeh arasında bağlanmış lizinq müqaviləsi üzrə tələblərin iddiaçıya ötürülməsini təsdiqləyən sənəd (təhvil-təslim aktının) təqdim edilməməsi barədə dəlili də əsassızdır. Belə ki, həmin dəlilin özündə cavabdeh Azərbaycan Respublikası Prezidentinin ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2020-ci il 17 avqust tarixli, 1137 saylı Fərmanına istinad edir, sözügedən Fərman isə bilavasitə ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklərinin iddiaçıya keçdiyini və lizinq ödənişləri üzrə borcların iddiaçı tərəfdən yığılmalı olduğunu tənzimləyir.
24. Beləliklə, apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir.
25. Məhkəmə qətnaməsi MM-in 5.3, 386.1, 399.1, 427.3, 442, 448.1, 448.2, 747.1, 748-1.1, 748-2.1, 748-10.1-ci, MPM-in 14.2, 77.1, 217.1, 217.3, 384.0.1- ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Mülki Məcəllənin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 12 yanvar tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” 2021-ci il 4 iyun tarixli qərardadının 12ci bəndinə, Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2020-ci il 17 avqust tarixli, 1137 saylı Fərmanının 1, 2, 4-cü bəndl ərinə istinadla əsaslandırılmışdır.
26. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
27. MPM-in 14.1-ci maddəsinin tələbi pozulmuşdur- qeyd olunan maddədə məhkəmə baxışının prinsiplərindən danışılsa da, apellyasiya instansyası məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli tam, obyektiv araşdırılmasına lazımi şərait yaratmamışdır. İşə birtərəfli yanaşılmış, işin faktiki halları müəyyən edilməmişdir.
28. MPM-in 77.1-ci maddəsinin tələbi pozulmuşdur- hazırki iş üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddiaçı qismində çıxış etsə də, iddiaçı tərəfindən məhkəməyə ASC ilə cavabdeh arasında bağlanmış lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etmək hüququnun olması barədə heç bir sübut təqdim etməmişdir. “ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli Fərmanı ilə ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri iddiaçıya keçməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçı Bakı Kommersiya Məhkəməsinə ASC ilə cavabdeh arasında bağlanmış lizinq müqaviləsi üzrə tələblərin ona ötürülməsini t əsdiqləyən təhvil-təslim aktı təqdim etməmişdir.
29. MPM-in 217.3-cü maddəsinin tələbi pozulmuşdur-Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli Fərmanı ilə ASC-nin və iddiaçının sərəncamındakı əmlakın qiymətləndirilməsinin təşkil edilməsi üçün kənar audit təşkilatının cəlb edilməsi qərara alınmışdır. Sözügedən Fərmana əsasən mövcud qalıq portfelinin cavabdeh ilə bağlanmış lizinq müqavilələri üzrə hüquq və öhdəliklərinin iddiaçıya ötürülməsi zamanı iddiaçının hesabında ASC-də kənar auditorun və aidiyyatı dövlət orqanlarının (qurumlarının) apardığı yoxlamaların nəticələri nəzərə alınmalıdır. Göründüyü kimi mövcud qalıq portfelinin ötürülməsi zamanı auditorun rəyi və aidiyyatı dövlət orqanlarının apardığı yoxlamaların nəticələri nəzərə alınmalı idi. Lakin hazırda iddiaçı nın hüquqlarının həcmi müəyyənləşdirilmədiyindən iddiaçının sözügedən lizinq müqaviləsi üzrə lizinq ödənişlərini hansı həcmdə tələb etmək hüququnun olması məsələsi qeyri-müəyyəndir. İddiaçı tərəfindən Məhkəməyə təqdim edilmiş sənədlər siyahısında nə cavabdeh ilə bağlanmış lizinq müqaviləsi üzrə hüquq və öhdəliklərin iddiaçıya təhvili haqqında sənəd, nə də auditorun rəyi yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. İddiaçının kassasiya şikayətinə qarşı tərəf etirazında göstərilmişdir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araş dırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunmalıdır. İşin təkrar apellyasiya baxışına göndərilməsi üçün əsaslar yoxdur.
31. Şikayətin ASC ilə cavabdeh arasında bağlanmış lizinq müqaviləsi üzrə tələblərin iddiaçıya ötürülməsini təsdiqləyən sənədin (təhvil-təslim aktının) təqdim edilməməsi barədə dəlili də əsassızdır. Kassasiya şikayətində də təkrarlanmış bu dəlilə münasibətdə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2020-ci il 17 avqust tarixli, 1137 saylı Fərmanına istinad etmiş, sözügedən Fərman isə bilavasitə ASC-nin kənd təsərrüfatı texni kasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklərinin iddiaçıya keçdiyini və lizinq ödənişləri üzrə borcların iddiaçı tərəfdən yığılmalı olduğunu tənzimləyir.
32. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddə sinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. Kassasiya şikayətində formal olaraq iş üzrə qətnamənin ləğv edilməsi xahiş edilsə də, kassasiya şikayətinin məzmunundan göründüyü kimi, qətnamə iddianın qismən təmin edilməsi hissəsində mübahisələndirilmişdir. Bu baxımdan hazırkı icraat çərçivəsində MPM-in 403 və 416cı maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır.
35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridi r. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları i stisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənas üb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Maddə
747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir....” “Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir....” “Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir....”
37. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.
1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 12 yanvar tarixli Qərarında göstərilmişdir ki:... Maliyyə lizinqində avadanlığın uzun müddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu avadanlığ ın müqavilədə əvvəlcədən müəyyənləşdirilmiş qaydada lizinq alanın mülkiyyətinə keçməsi nəzərdə tutulur. Bu lizinq növündə müqavilələrin müddəti adətən avadanlıqların amortizasiya müddətləri ilə eyni olur. Maliyyə lizinqində avadanlıqları əsasən müştəri (lizinq alan) seçir və lizinq şirkətinə bu avadanlığın alınması üçün sifariş verir. Maliyyə lizinqində avadanlığın cari və əsaslı təmiri lizinq alan tərəfindən öz vəsaiti hesabına həyata keçirilir. Maliyyə lizinqi daha çox bir maliyyələşdirmə növüdür və müştəri tərəfindən seçilən avadanlığın lizinq şirkəti tərəfindən yalnız satın alınmasından ibarətdir....”
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üz rə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” 2021-ci il 4 iyun tarixli qərardadında göstərilmişdir ki: “Lizinq mühüm iqtisadi-hüquqi hadisə olub, iqtisadiyyata investisiya qoyma forması, istehsalı maliyyələşdirmə üsuludur. Lizinq dünya kommersiya təcrübəsinə bəlli olan elə bir vasitədir ki, onun köməyi ilə sahibkar sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün lazım olan yeni əmlakı müvəqqəti istifadə üçün əldə edir, istifadə müddəti başa çatdıqda isə o, həmin əmlakı ya sahibinə qaytarır, ya istifadə müddətini uzadır, ya da mülkiyyət hüququ ilə əldə edir. Nə alqı-satqı, nə icarə, nə də kredit müqavilələrinin bu kimi kompleks məsələni ayrı-ayrılıqda həll etmək qabiliyyəti və imkanı vardır. Odur ki, lizinq, qeyd olunan müqavilələrin hər biri ilə müqayisədə əlverişli, sərfəli v ə münasib vasitədir. Bu səbəbdən, lizinqdən istifadə edilməsi böyük üstünlüyə malikdir. Belə ki, istehsalı təşkil etmək və ya istehsalı yenidən qurmaq üçün az olmayan məbləğdə investisiya lazımdır. Əgər sahibkar lizinq vasitəsi ilə avadanlıq əldə edirsə, onda investisiyaya ehtiyac qalmır. Lizinqin üstünlüyü də məhz bundan ibarətdir....”
40. Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanında göstərilmişdir ki: “1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılsın.
2. Cəmiyyət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satıl ması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir (2.1); "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçir (2.2) 4-cü bəndi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə tapşırılmışdır ki, bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Agentliyin həyata keçirməsi ilə bağlı aşağıdakı tədbirlərin görülməsini təmin etsin (4.3): mövcud qalıq portfelinin və qüvvədə olan lizinq müqavilələri üzrə əmlakın idarə edilməsini (4.3.1); lizinq ödənişləri üzrə borcların yığılmasını (4.3.2).” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır (MPM-nin 416.1-ci maddəsi). 42. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunubolunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir ( Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
43. Kassasiya şikayətində maddi hüquq normalarının pozulmasına dair hər hansı dəlil irəli sürülməmişdir. Prosessual hüquq normalarının pozulmasına dair dəlillər, həm də apellyasiya şikayətinin dəlillərini təşkil etmişdir. Həmin dəlillər işə apellyasiya qaydasında baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış və hüquqi qiymət verilmişdir. Kollegiya həmin qiymətləndirmənin təkrarlanmasına zərurət görmür. Apellyasiya instansiyası məhkəməsinin işin faktiki hallarına verdiyi həmin hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 21-25).
44. Cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlilləri il ə bağlı həmçinin qeyd edilməsini zəruri hesab edir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosess ual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
46. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 3 iyun tarixli, 2-2(103)463/2022 saylı qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: V.T.Həsənov K.N.Abiyeva B.F.Qəribov