Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-631/2023 25.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: işin kassasiya baxışından çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 iyul tarixli, 2-2(103)-659/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra- “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx nömrəli 2018-ci il xx.xx tarixli alqı-satqı müqaviləsinə əsasən 45.250 manat əsas borcun, 4.525 manat dəbbə pulunun, ödənilmiş 200 manat mediasiya xərcinin və 40 manat dövlət rüsumunun, ümumilikdə 50.015 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx nömrəli 2018-ci il xx.xx tarixli alqı-satqı müqaviləsinə əsasən, 40.250 manat əsas borcun, 4.025 manat dəbbə pulunun, ödənilmiş 200 manat mediasiya xərcinin və 40 manat dövlət rüsumunun, ümumilikdə 44.515 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 1 may tarixli, e-2-2(113)-1838/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 40.250 manat məbləğində əsas borc, 2000 manat məbləğində dəbbə pulu və mediasiya xərclərinin əvəzi olaraq 160 manat, dövlət rüsumunun əvəzi olaraq 22 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakimL.Əliyeva). Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək onun “əsas borcun tutulması hissəsində” dəyişdirilməsi və “40.250” rəqəminin “39.250” rəqəmi ilə əvəz edilməsi, qətnamənin qalan hissələrdə ləğv edilməklə iddia tələbinin həmin hissələrdə təmin olunmaması xahiş edilmişdir. Bakı Apellya siya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 iyul tarixli, 22(103)-659/2023 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim A.Hüseyn, hakimlər E.Kazımov və M.Məmmədov). Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması xahiş edilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti, onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qət namənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, kommersiya mübahisələrinə dair işlər üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğu təqdirdə, belə iddialarla bağlı apellyasiya məhkəməsinin qətnaməsi kassasiya qaydasında yoxlanıla bilməz. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə əsasən cavabdehdən 40.250 manat məbləğində əsas borc, 2000 manat məblə ğində dəbbə pulu və mediasiya xərclərinin əvəzi olaraq 160 manat, dövlət rüsumunun əvəzi olaraq 22 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh apellyasiya şikayətində iddiaçıya olan 39250 manat borcun olmasını təsdiq etmişdir. Cavabdehin hazırki kassasiya şikayətində də formal olaraq apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan göründüyü kimi, qətnamə yalnız 1000 manat əsas borc (40250-39250=1000 manat), 2000 manat dəbbə pulu, 160 manat mediasiya xərci, 22 manat dövlət rüumunun cavabdehdən tutulması hissəsində mübahisələndirilmişdir. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində mübahisələndirilən məbləğin 3182 (1000+200 0+160+22) manat təşkil etməsini nəzərə alaraq hesab edir ki, cavabdehin hazırki icraat çərçivəsində məhkəmə qətnaməsini mübahisələndirdiyi hissədə iddianın qiyməti 10.000 manatdan az olduğundan, MPM-nin istinad olunan 402.1-ci maddəsinin tələbləri baxımından həmin qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən məhkəm ə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2023-cü il 11 oktyabr tarixli 2-2(102)-631/2023 nömrəli qərardadı ləğv edilməli, iş kassasiya baxışından çıxarılmaqla, apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası MPM-in 402.1, 417.1.7-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 iyul tarixli 22(103)-659/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2023-cü il 11 oktyabr tarixli 2-2(102)-631/2023 nömrəli qərardadı ləğv edilsin. Kommersiya mübahisəsi üzrə hazırki iş kassasiya baxışından çıxarılsın və son rakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: K.N.Abiyeva İ.A.Dadaşov A.Ə.Abbasov
Məhkəmə qərarları › İş №2-2(102)-631/2023
Ali Məhkəmə Qərar — İş №2-2(102)-631/2023
25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver