Məhkəmə qərarları › İş №2-2(102)-631/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-631/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-631/2024 20.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, alınmış əşyanın ödənilməsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə yaranmış borcun və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 iyul tarixli 2-2(103)-729/2 024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 2022-ci il 28 iyul tarixli 55/22 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilənin: - 1-ci bəndinə əsasən, satıcı pərakəndə satış üçün nəzərdə tutulmuş "xxxx" (Azərbaycan) ASC-nin istehsalı olan sementi (Optimal, Special, Sprint, Unikal və İnşaatçı) alıcıya satmağı və alıcının pərakəndə satış məntəqələrinə çatdırmağı, alıcı isə öz növbəsində hazırkı müqavilədə göstərilən müddət və şərtlər əsasında məhsulun dəyərini ödəməyi və məhsulu qəbul etməyi öz öhdəsinə götürür. - 2.4-cü bəndinə əsasən, ödənişlə bağlı şərt, alıcı satıcının "xxxx" ASC-nin AZ64PAHA40060AZNHC********** nömrəli bank hesabına əvvəlcədən və ya 20 i ş günü ərzində ödəniş etməlidir. - 2.5-ci bəndinə əsasən, alıcının satıcıya qalıq borcu ən gec 2022-ci il 20 dekabr tarixində ödənilməlidir.

2. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2022-ci il 28 iyul tarixli EBBX406676 nömrəli e-qaimədə 5.328,01 manat dəyərində, EBBX156075 nömrəli e-qaimədə 4.824,03 manat dəyərində, eyni tarixli EBBX406603 nömrəli e-qaimədə 5.328,01 manat dəyərində, eyni tarixli EBBX722490 nömrəli e-qaimədə 5.615,86 manat və eyni tarixli EBBS812747 nömrəli e-qaimədə 5.328,01 manat dəyərində mal göndərildiyi qeyd olunmuş və göstərilən bütün qaimələr 10 saylı Ərazi Vergilər İdarəsinin 2023-cü il 18 dekabr tarixli **********638900 nömrəli kameral vergi yoxlaması haqqında məlumatına əsasən sistem tərəfindən deyil, cavabdeh hüquqi şəxsin özü tərəfindən təsdiq edilmişdir. İş ü zrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçıMMC (bundan sonra- “iddiaçı) 2024-cü il 18 yanvar tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.423,97 manat əsas borc, Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli qərarına əsasən əldən çıxmış fayda olaraq borcun əsas borc məbləğinin 5 faizi olan 1.321 manat pul, 5.000 manat əldən çıxmış fayda, 200 manat mediasiya xərci və 500 manat vəkilə ödənilmiş haqq olmaqla, ümumilikdə 33.444,97 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fəaliyyətinin əsas istiqaməti sement satışı olan hüquqi şəxsdir. Belə ki, iddiaçı sement zavodları i lə bağlanmış müqaviləyə əsasən aldığı sementləri müxtəlif vaxtlarda cavabdehə satmış, sonuncunun iddiaçıya 26.423,97 manat borcu qalmışdır. Həmin müqavilə 2022-ci il 31 dekabr tarixinədək qüvvədə olsa da, cavabdeh ötən bir il ərzində də borcunu qaytarmamaqla iddiaçıya ziyan vurmuşdur. Belə ki, pulun qaytarılmadığına görə onu dövriyyədə istifadə etmək mümkün olmamış, beləliklə iddiaçıya ziyan dəymişdir.

5. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 25 aprel tarixli e-2-2(113)-1150/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən 26.423,92 manat əsas borc, 1.321 manat faiz məbləği, mediasiya xərcinin əvəzi olaraq 200 manat və hüquqi yardımla bağlı çəkilmiş xərcin əvəzi olaraq 500 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – G.Namazova).

6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı şirkət müqavilə üzrə öhdəliklərini yerinə yetirdikləri, buna dair sübutları təqdim etdikləri halda, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişlər. Malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə, hətta əksinə, cavabdeh şirkətin beş gün keçmədən belə ödənişlərin edilməsi tələb olunan bütün e-qaimələri şəxsən təsdiq etməsi cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi mənasına gəlmişdir. Cavabdehin nümayəndəsi həmin e-qaimələrin onlar tərəfindən ləğv olunmasını bildirsə də, bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqd im etməmişdir. Buna görə də, iddiaçının tələbinin əsaslı olması təqdim olunmuş sübutlarla təsdiqini tapdığı üçün iddiaçı hazırkı tələbi ilə məhkəməyə müraciət etməkdə və tərəfindən satılmış mallara görə cavabdeh tərəfindən ödənilməli olduğu halda bugünə kimi ödənilməmiş pulun ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

7. Bundan başqa, iddiaçı əsas borcun gecikdirilməsinə görə cavabdehə illik beş faiz olmaqla bir illik 1.321 manat borc hesablanmışdır. Məhkəmə iddia tələbini bu hissədə də əsaslı hesab edərək bildirmişdir ki, 1 illik gecikdirmə üçün 1.321 manat pulun cavabdehdən tələb etməsində iddiaçı haqlı olmuşdur.

8. İddiaçı 5.000 manat əldən çıxmış faydanın cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə iddia tələbini bu hissədə əsassız hesab edərək bildirmişdir ki, əldən çıx mış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldən çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldən çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir. Göstərilən müddəaların məzmunundan da göründüyü kimi, əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış fayda nın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır. İddiaçı hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmiş və buna dair dəlil sübut təqdim etməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.2, 425, 443.1, 443.4, 445.7, 567, 568.1, 579.1 və 599.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 №li qərarı ilə təsdiq olunmuş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının 1.2, 3.1, 3.2, 3.3 və 3.4-cü maddələrinə, A zərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3 maddələrinə istinad etməklə əsaslandırmışdır.

10. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 iyul tarixli 2-2(103)-729/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, b irinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – R.Qurbanov və V.Baxışova).

12. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirdikləri və buna dair sübutları təqdim etdikləri halda, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir.

13. Cavabdeh şikayətində qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli qərarına əsaslanmaqla “e-qaimənin göndərilməsini malın təhvil verilməsini təsdiq edən sübut kimi qəbul olunmasını mümkünsüz” hesab etmişdir. Məhkəmə qeyd etmişdir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən olunmuş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə, hətta əksinə, cavabdeh şirkətin beş gün keçmədən belə ödənişlərin edilməsi tələb olunan bütün e-qaimələri şəxsən təsdiq etməsi cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi mənasına gəlmişdir. Cavabdehin nümayəndəsi həmin e-qaimələrin onlar tərəfindən ləğv olunmasını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

14. Bundan başqa, iddiaçı əsas borcun gecikdirilməsinə görə cavabdehə illik beş faiz olmaqla bir illik 1.321 manat borc əsaslı olaraq hesablanmışdır. Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli qərarında elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını ümumiyyətlə təsdiq etməməsi deyil, birbaşa təsdiq etməməsi barədə mövqe bildirilmişdir. Eyni zamanda digər sübutlarla əlaqəli şəkildə hüquqi qiymət verilməsi göstərilmişdir. Göründüyü kimi, məhkəmə qeyd edilən Plenum qərarındakı hüquqi mövqeyi nəzərə almış və e-qaimələrə düzgün hüquqi qiymət vermişdir.

15. Məhkəmə qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 26.423,92 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq, iddianın qismən təmin edilməsi, cavabdehdən 26.423,92 manat əsas borc və 1321 manat faiz borcu üzrə pulun tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.

16. Apellyasiya şikayətində istinad olunan hallara dair sübut təqdim olun mamış, iddiaçı isə istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə sübutetmə vəzifəsi cavabdehin üzərində olmuş, cavabdehin şikayətdə göstərdiyi məsələlər üzrə sübut təqdim edilməmişdir. Şikayətdə qeyd olunan dəlillər üzrə xüsusatlar öz təsdiqini tapmadığından, məhkəmə onların əsassız hesab etmişdir.

17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 443.1, 448.1, 567, 568.1 və 579.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarix li Qərarına, MPM-in 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

18. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. MM-in 385.1-ci maddəsi üzrə - Qətnamə maddi və prosessual hüquq normalarına ziddir. Apellyasiya məhkəməsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin 2024-cü il 20 aprel tarixli məktubu təqdim edilmiş və iclasın təxirə salınması cavabdeh tərəfindən xahiş olunmuşdur. Mayıl Hacıyev adlı şəxs dələduzluq edərək iddiaçıya maddi ziyan vurmuşdur. Bununla əlaqədar Baş İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanmış, Mayıl Hac ıyev təqsirləndirilən şəxs, iddiaçı isə zərər çəkmiş şəxs qismində cəlb olunmuşdur. İstintaqla müəyyən edilmişdir ki, Mayıl Hacıyev özünü cavabdehin işçisi kimi təqdim edərək təxminən 79.000 manat məbləğində sement məhsullarını etibardan sui-istifadə edərək ələ keçirmiş və başqa şəxslərə dəyərindən ucuz qiymətə satmışdır. Mayıl Hacıyevin barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Cavabdeh apellyasiya məhkəməsinə ərizə ilə müraciət edərək, işin mahiyyəti üzrə araşdırılmasının davam etdirilməsini və məktubu nəzərə almağı xahiş etsə də, hakimin məzuniyyətə getməsi ilə əlaqədar cavabdeh iclasın təxirə salınmasına nail ola bilməmişdir. Buna görə də, kommersiya mübahisəsinin tam, hərtərəfli və obyektiv araşdırılması, sonradan başlanmış cinayət işinin həll edici materiallarının yoxlanılması və hüquqi qiymət verilməsi üçün qətnamə ləğv edilməli, mübahisə baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır.

20. MPM-in 217.1-ci maddəsi üzrə - Hazırki kommersiya mübahisəsinin predmetini təşkil edən elektron qaimələr üzrə təqdim olunmuş malların müqavilə tərəfinə təqdim edilməməsi, əvəzinə cavabdehə aidiyyəti olmayan X1 dələduzluq etməsi, bu əməlini istintaqa verdiyi ifadələrində etiraf etməsi, törətdiyi əmələ İstintaq və Təhqiqat Baş İdarəsi tərəfindən ilkin hüquqi qiymət verilməklə cinayət işinin başlanması, həmin şəxsin təqsirləndirilən şəxs qismində işə cəlb olunması, məhkəmə qərarı ilə onun barəsində "həbs" qismində qətimkan tədbirinin seçilməsi, məhkəməyə araşdırmanın aparılması barədə məktubun təqdim edilməsi və iclasın təxirə salınması barədə müraciət olunması halları mövcuddur. Belə olan halda, qətnamə qanuni və əsaslı sayıla bilməz. Həqiqətə nail olmaq, eyni zamanda kommersiya mübahisəsinə yeni təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılması üçün yeni apellyasiya baxışının keçirilməsi zəruridir. Mübahisənin predmetini təşkil edən öhdəlik reallıqda mövcud olmamış və bunu təsdiqləyən sübutlar işə mahiyyəti üzrə baxılarkən mövcud olmamışdır. Hazırda isə bu mötəbər sübutlar mövcuddur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

22. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanıla caqdır.

23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əg ər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur....” “Maddə

579. Əşyaların çeşidi 579.1. Əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur....”

25. Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “Lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsm iləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

26. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilmə sinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri... 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinc i instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə

376. İşdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməmələrinin nəticələri... 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası mə hkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 iyul tarixli 2-2(103)-729/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

28. Məhkəmə kol legiyası bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki iş üzrə irəli sürülmüş iddia tələbinin təmin olun hissədə qanuni əsası müəyyən edilmiş və faktiki hallar qanunvericiliyin müvafiq normalarındakı dispozisiya şərtləri ilə uzlaşmış, habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmamışdır.

29. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh tələb edilən borc məbləğinin təmin olunan hissədə əsassız olmasına dair hər hansı əsaslı arqument irəli sürə bilməmişdir. Belə ki, MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

30. Məhkəmə kollegiyası iş üzrə apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq qeyd edir ki, apellyasiya instansiyası iddiaçının müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi və buna dair sübutları təqdim etdiyi halda, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməsi qənaətinə gələrkən, kassasiya şikayətində istinad edilən hüquq normaları üzrə hər hansı pozuntusuna yol verməmişdir.

31. Apellyasiya məhkəməsi qanunvericilik normalarını, eləcə də cavab dehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 26.423,92 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə almaqla, haqlı olaraq cavabdehdən 26.423,92 manat əsas borc və 1.321 manat faiz borcu üzrə pulun tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.

32. Məhkəmə kollegiyası bildirir ki, apellyasiya şikayətində istinad olunan hallara dair mötəbər sübutlar aşağı instansiya məhkəmələrinə təqdim olunmamış, iddiaçı isə istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə sübutetmə vəzifəsi cavabdehin üzərində olmuş, cavabdehin şikayətdə göstərdiyi məsələlər üzrə sübut təqdim edilməmişdir. Şikayətdə qeyd olunan dəlillər üzrə xüsu satlar öz təsdiqini tapmadığından, apellyasiya məhkəməsi onları əsassız hesab etmişdir.

33. Kassasiya şikayətindəki “cavabdehin təqdim etdiyi 2024-cü il 20 aprel tarixli özündə yalnız Mayıl Hacıyev barəsində araşdırma aparılması ilə bağlı məlumatı əks etdirən Baş İstintaq və Təhqiqat İdarəsinin məktubunun nəzərə alınmaması” ilə bağlı dəlillərə gəldikdə, kollegiya bildirir ki, iş üzrə sübutları qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi həmin məktubu nəzərə almamaqda hər hansı hüquq pozuntusuna yol verməmiş, kassatorun isə şikayətində bununla bağlı bildirdiyi mülahizələr formal xarakterli olmaqla, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olmamışdır.

34. Digər tərəfdən, məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının K onstitusiyasının 6-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.

35. Həmçinin, işin hallarından görünür ki, 55/22 nömrəli alqı-satqı müqaviləsi 2022-ci il 28 iyul tarixində bağlanmış, iddiaçı tərəfindən cavabdehə həmin tarixdə elektron qaimələr göndərilmişdir. Həmin elektron qaimələrdə onların 55/22 nömrəli müqavilə əsasında olduğu qeyd edilmişdir. Bununla yanaşı, 2023-cü il 18 dekabr tarixli **********638900 nömrəli “kameral vergi yoxlaması haqqında məlumat”a əsasən, sözügedən qaimələrin hər hansı digər şəxs və ya sistem tərəfindən deyil, məhz cavab deh hüquqi şəxsin özü tərəfindən təsdiq edildiyi müəyyən olunmuşdur (bax yuxarıda §2).

36. Digər tərəfdən, mülki prosessual qanunvericiliyə görə, işdə iştirak edən şəxslərə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdən sonra onların iştirakı olmadıqda işin təxirə salınıb-salınmaması məhkəmənin vəzifəsi kimi deyil, hüququ kimi müəyyən edilmişdir. Belə ki, apellyasiya məhkəməsi işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər (MPM 376.2 – bax § 26). Hazırki iş üzrə də apellyasiya məhkəməsi hər hansı üzrlü halın olmaması qənaətinə gələrək işə baxılmasını davam etdirmiş, bununla da hər hansı hüquq pozuntusuna yol verməmişdir. İş materiallarından da görünür ki, cavabdeh ərizədə səhhət pozuntuları ilə bağlı qeydl ər etsə də, bununla bağlı təsdiqedici hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

37. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassatorun bildirdiyi hallar öz təsdiqini tapmadığından, həmin halların mövcudluğunu təsdiq edəcək mötəbər sübutlar aşağı instansiya məhkəmələrinə təqdim olunmadığından, irəli sürülmüş iddia tələbinin isə təmin olunan hissədə qanuni əsası müəyyən edildiyindən, faktiki hallar qanunvericiliyin müvafiq normalarındakı dispozisiya şərtləri ilə uzlaşdığından, apellyasiya məhkəməsi iddianın mübahisəli hissədə əsaslı olması qənaətinə gəlməkdə haqlı olmuşdur.

38. MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnı z özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

39. Digər tərəfdən, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunu r ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar olunması müəyyən edilmir.

40. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 iyul tarixli 2-2(103)-729/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 iyul tarixli 2-2(103)-729/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar