Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-632/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə pul tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 iyun tarixli 2-2(103)-404/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İŞİN HALLARİ
1. İqtisadiyyat Nazirliyi yanı nda Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 2021-ci il 26 yanvar tarixli çıxarışında İddiaçı MMC-nin qeydiyyata alındığı tarix - 2009-cu il 29 aprel, VÖEN - **********, nizamnamə kapitalı - 40 manat, hüquqi ünvanı - ünvan 1uni təmsilçi - X1 qeyd edilmişdir.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin çıxarışına əsasən Cavabdeh MMC-nin VÖEN-ni **********, hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Mikayıl Hüseynov, ev 39 qeyd edilmişdir.
3. İş materiallarında olan 2016-cı il 28 dekabr tarixli №285 ödəniş tapşırığına əsasən Cavabdeh MMC İddiaçı MMC-yə 20.000 manat; 2016-cı il 6 may tarixli №108 ödəniş tapşırığına əsasən – 10.000 manat; 2015-ci il 27 noyabr tarixli №0 83 ödəniş tapşırığına əsasən – 10.000 manat; 2016-cı il 29 dekabr tarixli №287 ödəniş tapşırığına əsasən – 2.000 manat; 2015-ci il 29 iyun tarixli qəbzə əsasən – 290 manat; 2015-ci il 22 iyun tarixli qəbzə əsasən – 19.000 manat pul köçürmüşdür.
4. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilən pretenziya məktubundan görünür ki, 49.103 manat məbləğində pul vəsaitini 15 gün ərzində İddiaçı MMC-yə ödənilməsi tələb edilmiş, əks halda aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
5. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 2021-ci il 10 sentyabr tarixli arayışa əsasən Cavabdeh MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı MMC (bundan sonra – “iddiaçı ”) 2021-ci il 1 oktyabr tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 49.103 manatın və dövlət rüsumu olaraq 30 manat, cəmi 49.133 manatın alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan razılaşmaya əsasən iddiaçı cavabdehə müxtəlif mebel məhsulları satmış və xidmətlər göstərmişdir. Satılmış məhsulları bir qisminin dəyəri ödənilmiş olsa da bugünə qədər 49.103 manat qalmış borc ödənilməmişdir. Bununla bağlı tərəflər arasında dəfələrlə danışıqlar olmuş, lakin bir nəticəsi olmamışdır. Satıcı qismində iştirak edərkən mebel məhsullarını cavabdehə təhvil verilmişdir. Həmin vaxt cavabdehin həmin müəsissənin təsisçi si olan Muhammed Güvən vasitəsi ilə tanımış və qalmış borcun tezliklə ödəniləcəyini qeyd etmişdir. Lakin buna baxmayaraq pul ödənilməmişdir. Tərəflər arasında olan yazışmalar və məhkəmə baxış iclasına dəvət ediləcək şahidlər iddianın sübut edilməsini təmin edəcəkdir. 2021-ci il 4 may tarixli pretenziya məktubları göndərilməklə 15 gün ərzində həmin məbləği ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlığa baxmayaraq indiyə qədər həmin pul ödənilməmişdir.
8. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 448.1-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır. 9. 2021-ci il 2 dekabr tarixində cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, qeyd etmişdir ki, iddiaçın ın cavabdehə qarşı müqavilə münasibətlərindən irəli gələn tələblərinə MM-in tələblərinə uyğun olaraq iddia müddəti tətbiq edilməlidir. Belə ki, tərəflər arasında müqavilə münasibətləri 2015 və 2016-cı illərdə olmuşdur. İddia ərizəsindən göründüyü kimi, eləcə də məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinin və vəkilinin müqavilə münasibətləri zamanı yaranmış fikir ayrılığının konkret nədə ifadə edilməsi, iddia məbləğinin əsaslandığı malların və xidmətlərin siyahısını təqdim etməməsi, müddətin ötməsi səbəbi ilə sübutların əlçatan olmamasına dələlət edir. İddia müddətinin tətbiq edilməsinin əsas legitim məqsədi də məhz tərəflərə sübutlara çatımlığı təmin etməkdədir. Cavabdehin nümayəndəsi MM-in 373.2, 375.2-ci maddələrini rəhbər tutaraq iddia müddətini tətbiq olunmasını xahiş etm işdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 10 yanvar tarixli e-2-2(113)-277/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – A.Əliyeva).
11. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarından və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, tərəflər arasında mülki hüquq münasibətləri 2015-ci ildə yaranmışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, iş üzrə iddia müddəti tətbiq edilməli və iddiaçının tələbi iddia müddəti keçdiyindən təmin edilməməlidir.
12. Məhkəmə öz qətnaməsini MM-in 372.1, 373.2, 375.2, 377.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
13. İddiaçı 2022-ci il 9 mart tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 iyun tarixli 2-2(103)404/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövgeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən ümumi dəyəri 49.103 manat təşkil edən əşyaların cavabdehə verildiyini təsdiq edən birbaşa sübutlar (təhvil-təslim aktı, qaimə, üzləşmə aktı və s.) təqdim edilməmişdir. İddiaçının təqdim etd iyi (i/v 37-39) meyl yazışmalarına dair qeyd olunmuşdur ki, həmin elektron məktublar “mahmut.haziroğElektron ünvan 1” elektron ünvanından “Elektron ünvan 2” və “mailto:Elektron ünvan 2” ünvanlarına göndərilmişdir. Həmin elektron ünvanların iddiaçıya aidiyyatı isə təsdiq olunmur. Həmin elektron məktubların iddiaçıya aidiyyatı qəbul edildiyi halda isə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyü müəyyən edilir.
16. Həmçinin iddiaçı özü bildirir ki, mebel məhsullarının satışı və xidmətlərin göstərilməsi 20152016-cı illərdə həyata keçirilmişdir. Eyni zamanda tərəflər arasında ayrı qaydanın nəzərdə tutulması (ödənişin müddəti ilə bağlı xüsusi razılaşmanın olması) öz təsdiqini tapmır.
17. İddiaçının vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş Muhammed Güvən də öz ifadəsində bildirmişdir ki, tərəflər arasında 2015-ci ildə alqı-satqı münasibətləri olmuşdur. 2015- 2016-cı illərdə cavabdehin açılışı olmuşdur. Həmin vaxta kimi iddiaçı tərəfindən mebel məhsulları quraşdırılmış və təmir işləri bitmişdir. O, 2020-ci ilin fevral ayında cavabdehdən ayrılmışdır. Cavabdehin hazırkı rəhbərləri də borcları olduğunu bilirlər, dəfələrlə möhlət istəmişlər, lakin sonradan ödəməmişlər.
18. Hazırkı iddia ərizəsi isə 2021-ci il 1 oktyabr tarixdə, yəni müqavilə üzrə mallar təhvil alındığı tarixdən hesablandıqda təxminən 5 il keçdikdən sonra verilmişdir.
19. Eyni zamanda iddiaçının təqdim etdiyi elektron məktublar 2018-ci ilin aprel ayında göndərilmişdir. Həmin məktublar MM-in 380.1-ci maddəsinə əsasən cavabdehin borcu etiraf etməsini göstərən hərəkətlər kimi edilərək iddia müddəti nin axımının kəsilməsi kimi qəbul edildiyi halda belə iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Çünki belə olan halda iddia müddəti 2021-ci ilin aprel ayında bitmiş, hazırkı iddia ərizəsi isə 2021-ci il 1 oktyabr tarixdə, yəni həmin tarixdən 5 ay keçdikdən sonra verilmişdir.
20. Apellyasiya məhkəməsi öz qətnaməsini MM-in 373.2, 380.1, 449, 567, 598.1, 598.3-cü, MPM-in 77.1-ci maddələrinə; “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 2 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 28 noyabr tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
21. Qətnamə 2022-ci il 17 iyun tarixində proses iştir akçılarının elektron kabinetlərində yerləşdirilmişdir.
22. İddiaçı 2022-ci il 17 avqust tarixində kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
23. MM-in 567-ci maddəsinin tələbləri pozulmuşdur – İddiaçı öz öhdəliyini yerinə yetirmiş malları təhvil vermiş, cavabdeh tərəfdən istənilən 5 il müdətinə möhləti qəbul etmiş və vəzifələrini icra etmişdir. Lakin, cavabdeh öz öhdəliyini müəyyən qədər yerinə yetirmiş qalan hissədə isə öz vəzifələrini icra etməkdən yayınır.
24. MM-in 427.5-ci maddəsinin tələbləri pozulmuşdur – Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şər tin baş verdiyi gündən icra edilməlidir. Burada da qeyd edildiyi kimi, 2016-cı il tarixdə olmuş alqı-satqı müqaviləsi 5 il sonraya şərtləndirilmişdir. Cavabdeh iddiaçıya olan borcunu və ödənilən dövlət rüsumunu tam şəkildə ödəməlidir.
25. MM-in 569.1-ci maddəsinin tələbləri pozulmuşdur – Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
26. MM-in 377.2, 384.0.4-cü maddələrinin tələbləri pozulmuşdur – Şahid ifadələrindən də aydındır ki, müqavilə müddəti 2018-ci ildə deyil, 2021-ci ildə bitir və müddət məhz bu tarixdən hesablanmalı idi. Lakin, məhkəmə bir çox hallarda olduğu kimi bu məsələni də səthi araşdıraraq q ətnamə çıxarmışdır.
27. MPM-in 76, 77.1, 88-ci maddələrinin tələbləri pozulmuşdur - Cavabdehin birinci instansiya məhkəməsində və iddiaçı tərəfdən verilən pretenziya məktubuna cavabında belə borcun olmamasını ifadə etməsi, daha sonra isə sübutlar təqdim edildiyi təqdirdə iddia müddətinin keçməsi yalanını önə sürməsi halı, onun borclu olduğunu və xoş niyyətli olmadığını, vicdanlı davranmadığını göstərir. Muhammed Güvən cavabdehin ilk təsisçilərindəndir və bu malların sifariş edilməsi, alınması və qəbulu məsələlərində birinci növbədə dayanan şəxs olmuşdur. Apellyasiya Məhkəməsində verdiyi ifadədən də aydın olur ki, həqiqətən cavabdehin bu borcu mövcuddur. Şahid kimi dindirilən şəxsin ifadəsində hər hansı qərəzlilik olmamış və onun verdiyi ifadəyə etiraz edilməmişdir. Bu da şahid ifadəsinin m ötəbər sübut kimi qiymətləndirilməsi üçün əsas yaradır. Lakin, Məhkəmə bu halı nəzərə almadan qətnamə çıxarmışdır. Əvvəlki təsisçi olan şəxsin ifadəsi, sənəd və sübutlar birinci instansiya və apellyasiya məhkəməsinə təqdim etməyimizə baxmayaraq iddiamız təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövl ükdə mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
372. İddia müd dəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir....” “Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir....” “Maddə
380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir....” “Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
598. Alınmış ə şyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.... 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....”
33. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası k imi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” 34. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 2 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 28 noyabr tarixli qərarında göstərilmişdir ki: “...mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etm əsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər...” KASSASİYA İNSTANİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi)
36. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işi n hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunubolunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”, Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
37. İlk növbədə qeyd edilməli dir ki, tərəflər arasında olan münasibətlər müqavilə əsasında yarandığına və tərəflərin öhdəlikləri də müqavilə öhdəlikləri olduğuna görə, hazırki iddia tələbinə Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən olunmuş 3 illik iddia müddəti tətbiq olunmalıdır.
38. İddiaçının kassasiya şikayətinin § 23-24-də göstərilən dəlillərinə münasibətdə qeyd edilməlidir ki, işlə bağlı iddiaçı cavabdeh tərəfindən borcu ödəməklə bağlı 5 il müddətinə möhlət istədiyini və iddiaçı tərəfindən həmin möhlətin qəbul edildiyi bildirilsə də, bu halın təsdiq edildiyini göstərən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.
39. Mülki qanunvericiliyin tələbinə görə hər hansı müddətin, o cümlədən iddia müddətinin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müd dətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Müddətin axımının başlandığı günü müəyyən etmədən, hər hansı bir müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək qeyrimümkündür. Müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır (MM-in 377-ci maddəsi).
40. MPM-in 80, 81, 88-ci maddələrinin tələbləri baxımından məhkəmə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, düzəliş, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir.
41. Azərbaycan Respublikası Konstitu siya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 2 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 28 noyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən, kreditora borcun etirafını nəzərdə tutan məktubun ünvanlanması iddia müddətinin axımını kəsir.
42. Həmin qərarda göstərilmişdir ki, «…mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi və borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcu n qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.)
43. Göründüyü kimi, qanunvericiliyin tələbləri baxımından şahid ifadələri iddia müddətinin axımının kəsilməsinin nəzərdə tutulmasının əsası kimi qəbul edilməmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən apellyasiya instansiyası mərhələsində təqdim edilən şahid ifadələri iddia müddətinin axımını kəsən hərəkət kimi qiymətləndirilə bilməz.
44. Kassasiya şikayətinin §26-da göstərilən dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə cav abdeh 2015-ci il tarixli müqaviləyə əsasən göstərilmiş xidmətlərə görə ödəmələrin aparılmasını davam etdirmiş və iddia müddətinin axımı sonuncu dəfə iddiaçının təqdim etdiyi elektron məktubların göndərilməsi ilə 2021-ci il aprel tarixində kəsilmiş, hazırki iddia isə 2021-ci il 1 oktyabr tarixində qaldırılmışdır ( İş v.37-39).
45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddia müddətinin tətbiqi barədə gəldiyi nəticə MM-nin 380-ci maddəsinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 28 noyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur.
46. Kassasiya şikayətlərinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə (bax yuxarıda §27) qeyd edilməlidir ki, proses sual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 76, 77.1, 88-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar, o cümlədən iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş şahid ifadələri prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
47. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq no rmaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 iyun tarixli 2-2(103)404/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov V.T.Həsənov