Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-634/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, X2 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 iyul tarixli, 2-2(105)-91/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra mətndə-“iddiaçı”) Cavabdeh (bundan sonra mətndə“cavabdeh”) qarşı pul tələbinə dair iddia ərizəsi və iddia tələbinin d əqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı ilə bağladığı 2019-cu il 5 aprel tarixli alqı-satqı müqaviləsinə və həmin müqaviləyə edilmiş 13 nömrəli 2020-ci il 13 may tarixli, 14 nömrəli 2020-ci il 8 iyun tarixli, 15 nömrəli 2020-ci il 2 iyul tarixli, 16 nömrəli 2020-ci il 10 iyul tarixli və 17 nömrəli 2020-ci il 6 avqust tarixli əlavələrə əsasən tərtib edilmiş elektron qaimələr əsasında cavabdehə təhvil verilmiş malların dəyəri olan 55543,78 manat pul vəsaiti, həmin vəsaitin ödənilməsinin gecikdirilməsinə görə 5000 manat cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 400 manat məbləğində mediasiya xərci və hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat xidmət haqqı olmaqla, ümumilikdə 61.243,78 (altmış bir min iki yüz qırx üç manat 78 qəpik) manat pul vəsaitin in iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 3 mart tarixli e-2-2(119)-6/2023 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 27.890,4 (iyirmi yeddi min səkkiz yüz doxsan manat 40 qəpik) manat məbləğində əsas borc, 500 (beş yüz) manat məbləğində cərimə, hüquqi yardımla əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və 400 (dörd yüz) manat məbləğində mediasiya xərci olmaqla cəmi 29.090,4 (iyirmi doqquz min doxsan manat 40 qəpik) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdehdən dövlət nəfinə 175,17 (yüz yetmiş beş manat 17 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzr ə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 276 (iki yüz yetmiş altı) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq X1 ödənilməsi qət edilmişdir (hakim H.Alıyeva). İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin dəyişdirilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin qismən-iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 iyul tarixli, 2-2(105)-91/2023 saylı qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsi, Sumqayıt Kommersiya Məhkəm əsinin 2023-cü il 3 mart tarixli e-2-2(119)-6/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir ( sədrlik edən-məruzəçi hakim Z.Məmmədov, hakimlər A.Süleymanova və F.Məmmədov). İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin qismən-iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, kassasiy a şikayəti Mülki Prosesual Məcəllənin (bundan sonra mətndə MPM) 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmiş, eləcə də MPM-nin 407.1.4-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, MPM-nin 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir. Həmin forma onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında isə düzg ün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Hazırki halda iddiaçı kassasiya şikayətini formal olaraq (cədvəl forması və s.) MPMnə 3 saylı Əlavədə müəyyən edilən qaydada tərtib etsə də, məzmun baxımdan həmin Əlavədə nəzərdə tutulan tələblərə əməl etməmişdir. Şikayətin «maddi və ya prosessual hüquq normalarının pozulmasına dair dəlillər» hissəsində Azərbaycan Respublikası Mülki Məcəlləsi və Mülki Prosessual Məcəlləsinin müvafiq maddələri sadalanmaqla, mətnləri qeyd olunmuş, həmin normaların mübahisəyə aidiyyəti, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilən pozuntunun nədən ibarət olmasına dair dəlillər qeyd olunmamışdır. Nəzərə alınmalıdır ki, MPM-nin 407.1.4-cü maddəsinin tələbinə əsasən maddi və yaxud prosessual hüquq no rmalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması kassasiya şikayətində göstərilməlidir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır (MPM-nin 416.1-ci maddəsi). MPM-in 408.1, 408.1.5-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, habelə maddi və prosessual hüquq normasının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Su mqayıt Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 iyul tarixli, 2-2(105)-91/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.M.Məmmədli V.M.Məmmədov
Məhkəmə qərarları › İş №2-2(102)-634/2023
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-634/2023
18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver