Məhkəmə qərarları › İş №2-2(102)-634/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-634/2025

29.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Liz
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-634/2025 29.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Kərimov Səyyad Əli oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət qarışıq tərkibdə İddiaçı MMC Cavabdeh qarşı lizinq haqqının və dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Qəbələ Rayon Məhkəməsindəki icraat

1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı lizinq haqqının və dəymiş maddi zər ərin ödənilməsi tələbi barədə iddia qaldıraraq 2024-cü 19 fevral tarixli MAS-6197 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinqə verilmiş “Khazar LX” minik markalı, 90- PY-528 dövlət nömrə nişanlı avtomobilin müvəqqəti sahiblik və istifadəsinə görə 2025-ci il 16 yanvar tarixə hesablanmış 250,46 manat əsas borc, 150,67 manat mükafat və 390,13 manat dəbbə pulu və lizinq obyekti olan avtomobilin nasazlığı ilə əlaqədar yaranmış 1337,58 manat məbləğində maddi zərər, cəmi 2168,84 manat və 41,69 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Qəbələ Rayon Məhkəməsinin 2025-ci il 17 iyun tarixli e-2(025)-864/2025 saylı qərardadı ilə iş aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Ü.Qənbərov).

3. Cav abdeh göstərmişdir ki, 2024-cü 19 fevral tarixli MAS-6197 saylı “Daxili lizinq” müqaviləsinə əsasən iddiaçıdan “Khazar LX” minik markalı, 90- PY-528 dövlət nömrə nişanlı avtomobili lizinqə götürmüş və “Bolt” taksi şirkəti vasitəsilə sərnişindaşıma fəaliyyətini həyata keçirtmişdir. Həmin müqavilə üzrə ümumilikdə 10.000 manat lizinq haqqı ödəməsinə baxmayaraq 1 dəfə gecikməyə görə avtomobil geri alınmışdır.

4. Məhkəmə qeyd etmişdir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan göründüyü kimi hər iki tərəfin VÖEN hesabı mövcuddur. Göründüyü kimi tərəflər sahibkar kimi fəaliyyət göstərən şəxslərdir, mübahisənin predmeti lizinqə götürülmüş avtomobilin sahibkarlıq fəaliyyəti üçün istifadəsidir, tərəflərin VÖEN statusu vardır və tərəflərin hüquqi münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır.

5. Məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı “lizinq haqqının və dəymiş maddi zərərin ödənilməsi” barədə tələbi birgə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə bağlı müqavilə münasibətlərindən yaranan tələblərə aid olduğundan mahiyyət etibarı ilə iqtisadi məzmunludur.

6. Məhkəmə gəldiyi nəticəni “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının (bundan sonra – “Plenum Qərarı”) 12, 13-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan so nra – “MPM”) 31.1, 32.3, 32.4, 32.5, 32.6, 403-1.3, 407.1-407.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Şəki Kommersiya Məhkəməsindəki icraat

7. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il 14 avqust tarixli, 2-2(117)-944/2025 nömrəli qərardadı ilə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – M.Hüseynov).

8. Məhkəmə bildirmişdir ki, qeyd edilən müqavilənin predmeti lizinq verən lizinq alanın sifariş etdiyi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsi, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərin ödəməyi öhdəsinə götürmüşdür.

9. Hazırkı mübahisənin məzmunu lizinq predmeti olan minik avto mobilinin alınması və müvafiq borcun ödənilməməsi ilə bağlıdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən məlumata əsasən tərəflərin VÖEN hesabı mövcuddur. Lakin bu hal cavabdehin qeyd edilən minik avtomobilini özünün sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı aldığını güman etməyə imkan vermir.

10. Belə ki, minik avtomobili sahibkarlıq fəaliyyətindən əvvəl, şəxsi istehlak məqsədi ilə daha çox istifadə edilir və həmin avtomobilin təyinatı da bu istiqamətdə yönəlmişdir.

11. Cavabdehin qeyd edilən avtomobili həm taksi fəaliyyətində istifadəsi ilə bağlı izahatını əsas tutaraq mübahisənin sahibkarlıq fəaliyyətindən yaranmasını təsdiq etmək qanuni və əsaslı deyildir. Belə ki, lizinq predmeti olan tikintidə, kənd təsərrüfatında, sərnişin daşımada istifadə edilən texnikal ar, avtobuslar və digər avtomaşınlar olarsa, bu halda qeyd edilən avtonəqliyyat vasitələrinin təyinatının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğunu birmənalı bildirmək mümkündür.

12. Hazırkı lizinq münasibətində isə qeyd edilən lizinq predmetinin məhz sahibkarlıq fəaliyyəti ilə bağlı istifadə edilməsi yalnız mülahizə və fikirlərə əsaslanır, tərəflər arasında belə bir rəsmi razılaşma mövcud deyildir.

13. Məhkəmə gəldiyi nəticəni Plenum Qərarının 11, 27-ci bəndlərinə, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə, MPM-in 24.1, 24.2, 26.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Tətbiq edilən hüquq 14. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyy ən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 11.O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənl əşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq s ubyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

27. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlı q fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati- hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qan uni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır....” 15. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəli r) götürülməsi olan fəaliyyətdir”

16. Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar... 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:... 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir....”

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilə n hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” Ali məhkəmənin mövqeyi

18. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini işin materi alları ilə birgə araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir.

19. Kommersiya məhkəmələrinin baxmalı olduğu işlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax § 17) tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin olubolmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.

20. Məhkəmə kollegiyası vurğulayır ki, iş materiallarına əsasən, tərəflər arasındakı münasibət borc öhdəliyinin ötürülməsindən yaranmışdır. Borc öhdəliyinin ötürülməsi ilə bağlı müqavilə ilkin müqaviləyə (2024-cü 19 fevral tarixli MAS-6197 nömrəli müqavilə) əsaslanır və müqavilədən aydın görünür ki, hər iki tərəf müqavilə imzalanarkən öz VÖEN-lərini göstərmişdir. Bu hal lizinq predmetinin sahibkarlıq fəaliyyəti məqsədilə əldə olunmasına dəlalət edir.

21. Hazırkı işdə öhdəliklərin ötürülməsi ilə bağlı müqavilədə göstərilməsə də iş materiallarından məlum olur ki, cavabdehin VÖEN-i mövcuddur. Bununla belə, ilkin görünüşdən tərəflər arasında lizinq münasibətinin yaranmasına səbəb olan müqavilənin məzmunundan birbaşa lizinq predmetinin fərdi və ya sahibkarlıq məqsədləri ilə götürülməsi müəyyən edilmir. Belə olan təqdirdə onun cavabdeh tərəfindən məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməklə bağlı olmaması ehtimalı yaranır. Lakin həm rayon həm də kommersiya məhkəməsində cavabdehin izahatın dan görünür ki, lizinq predmeti olan avtomobilin məhz onun VÖEN-də əsas fəaliyyət istiqaməti kimi göstərilən taksi fəaliyyətinin həyata keçirilməsi və bununla bağlı əldə olunan gəlirlərdən lizinq ödənişlərinin yerinə yetirilməsi olmuşdur.

22. Beləliklə tərəflər arasında yuxarıda göstərilən lizinq münasibəti məhz sahibkarlıq fəaliyyəti ilə bağlı olmuşdur. Bu baxımdan iş üzrə münasibətlərin hüquqi mahiyyəti və tərəflərin faktiki münasibətləri aydın şəkildə müəyyən edilir.

23. O da qeyd olunmalıdır ki, Plenum Qərarının 11-ci bəndində formalaşdırılmış hüquqi mövqelərə görə (bax § 14), MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istin ad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyild ir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

24. Bundan başqa, iddiaçının cavabdehə qarşı irəli sürdüyü “lizinq haqqının və dəymiş maddi zərərin ödənilməsi” tələbi sahibkarlıq fəaliyyəti ilə bağlı müqavilə münasibətlərindən irəli gəldiyi üçün mahiyyətcə iqtisadi xarakter daşıyır.

25. Odur ki, qarışıq məhkəmə tərkibi hesab edir ki, hazırkı mübahisənin subyektiv tərkibi baxımından ona kommersiya məhkəməsində baxılm alıdır.

26. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 32.7, 403-1.6, 403-1.7 və 4031.9.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı MMC Cavabdeh qarşı lizinq haqqının və dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar