Məhkəmə qərarları › İş №2-2(102)-638/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-638/2022

22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-638/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: alqı-satqı müqaviləsi, öhdəliyin icra olunması, borc tələbi, avansın qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Həsənov Vüqar Təvəkkül oğlundan ibarət tərkibdə İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 may tarixli, 2-2(103)-193/2022 saylı qətnaməsindən İddiaçı MMC tərəfi ndən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ

1. Satıcı İddiaçı MMC ilə alıcı "xxxx" arasında 2020-ci il 25 iyun tarixli, ********* nömrəli alqı-satqı müqaviləsi (bundan sonra-“alqı-satqı müqaviləsi”) bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı malları dövlət standartları ilə müəyyən edilmiş normalara uyğun olmaqla alıcıya təhvil verməyi, alıcı isə malı qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.

2. Müqavilənin göstərişlərinə əsasən, bu müqavilə üzrə təqdim edilmiş malların kəmiyyət və keyfiyyətində hər hansı nöqsan və çatışmazlıqlar olduğu təqdirdə və cari müqavilənin 3.4.4-cü bəndi üzrə alıcı satıcını məlumatlandırdıqda, satıcı dərhal 2 gün ərzində həmin malı yeni mal ilə əvəz etməli və ya bu mümkün olmadıqda əvəzini qarşılaşdıra bilmədiyi malın dəyərində alıcıya ödənişi və ya ödənişin qalığını geri ödəməlidir. Bu müqavilənin 3.2.9-ci bəndində nəzərdə tutulan qaydaya satıcı əməl etmədikdə, satıcının həmin nöqsanlı (kəmiyyət va ya keyfiyyət ilə əlaqədar) malın tamamilə və ya qismən dəyərinin ödənilməsindən alıcı imtina edə bilər. Bu müqavilə üzrə satılan mal yüksək keyfiyyət, habelə satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblərə (Azərbaycan Respublikasının dövlət standartlarına və ya Azərbaycan Respublikasının ərazisində rəsmi tanınan beynəlxalq, regional, dövlətlərarası və digər dövlətlərin standartlarına) cavab verməlidir. “Satıcı” “alıcı”ya təhvil verilən mallara bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələri ilə müəyyən edilmiş qaydada malın keyfiyyətinə görə zəmanət verir. “Satıcı” mal “alıcı”ya müqavilən in 8.1-ci maddəsi əsasında təhvil verildikdən sonra malın istifadəsinə və saxlanmasına dair təlimatın “alıcı” tərəfindən pozulması, yaxud üçüncü şəxslərin hərəkətləri, yaxud qarşısıalınmaz qüvvənin təsiri nəticəsində əmələ gəlmiş olmasını sübut etməsə, malın nöqsanlarına görə cavabdehdir (Müqavilənin 3.2.9, 3.3.2, 5.1, 5.2, 5.3-ci bəndləri).

3. Alqı-satqı müqaviləsinə 1 nömrəli əlavəyə əsasən malların çeşidi aşağıdakı kimi müəyyən edilmişdir: Skandinaviya mamırı, 1 kv.m qiyməti 487,6 manat, miqdarı 50 kv.m, cəmi məbləğ 24.380 manat. Həmin əlavədə qeyd olunmuşdur ki, mallar alıcıya təqdim edildiyi andan zəmanət müddəti 5 il. Zəmanət malların rənginə, fiziki vəziyyətinə aiddir. Mallar təhvil verildikdən sonra düzgün saxlanılmazsa, kənar təsirlər olunarsa, zəmanət keçərli olmayacaqdır. Ödəniş şərti 50 % avans, 50 % mallar təhvil verilib, qaimələr imzalandıqdan sonra elektron hesab-fakturanın təqdim edilməsi tarixindən sonrakı 15 gün ərzində satıcının hesabına köçürmə yolu ilə həyata keçirilir.

4. Alqı-satqı müqaviləsinə 2 nömrəli əlavəyə əsasən malların çeşidi aşağıdakı kimi müəyyən edilmişdir: gül buketi-250 yarpaqlı, 1 dəstin qiyməti 4911,5 manat, cəmi məbləğ 4911,5 manat. Həmin əlavədə qeyd olunmuşdur ki, mallar alıcıya təqdim edildiyi andan zəmanət müddəti 5 il, zəmanət malların rənginə, fiziki vəziyyətinə aiddir. Mallar təhvil verildikdən sonra düzgün saxlanılmazsa, kənar təsirlər olunarsa, zəmanət keçərli olmayacaqdır. Ödəniş şərti 50 % avans, 50 % mallar təhvil verilib, qaimələr imzalandıqdan sonra elektron hesab-fakturanın təqdim edilməsi tarixindən sonrakı 15 gün ərzi ndə satıcının hesabına köçürmə yolu ilə həyata keçirilir. 5. 2020-ci il 20 iyul tarixli 103OPXO202020059 nömrəli ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən, 12.190 manat İddiaçı MMC-nin bank hesabına köçürülmüşdür

6. EBAX seriyalı, 543929 saylı, 2021-ci il 16 fevral tarixli elektron qaiməyə əsasən 24.380 manat, EBAX seriyalı, 544184 saylı, 2021-ci il 16 fevral tarixli elektron qaiməyə əsasən 4.911,5 manat, EBAX seriyalı, 552819 saylı, 2021-ci il 16 fevral tarixli elektron qaiməyə əsasən 2.750 manat İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə təqdim edilmişdir. 7. 2021-ci il 16 fevral tarixli görülmüş işlərin təhvil-təslim aktının surətinə əsasən 29.291,5 manat məbləğində görülmüş işlərə dair akt tərtib edilmiş, həmin aktın 3-cü bəndində görülmüş işlərin yekun məbləği 14.645,75 manat müəyyə n edilmiş, və akt birtərəfli qaydada İddiaçı MMC tərəfindən təsdiq olunmuşdur. 8. 2021-ci il 23 yanvar tarixində Elektron ünvan 1 hesabından Aygun.MElektron ünvan 2 elektron poçt ünvanına ünvanlanan məktubda ünvanlayan şəxsin mamırların vəziyyəti ilə tanış olması, mamırların xarab olmaması, rütubətin qapalı məkanlarda normativ səviyyədən aşağı olmasından bərkiməsi, hava şəraitinin normaya gəldiyində mamırın əvvəlki halına qayıdacağı qeyd edilmişdir. Əlavə olaraq, 25 yanvar tarixində Brüsseldən mütəxəssisin gələrək obyektə birlikdə baxış keçirəcəkləri bildirilmiş, 26 yanvar tarixindən etibarən işlərə başlamaları təklif edilmişdir. 9. 2021-ci il 15 fevral tarixində Elektron ünvan 3 elektron ünvanından Ziya Rahbarli, Aygun.MElektron ünvan 2 ünvanlarına göndərilən məktubda qeyd olunur ki, “Qül lə” restoranında baş vermiş problemin həll olunması ilə bağlı arqumentə cavab olaraq ETSNnin hidrometrologiya departamenti tərəfindən ölçülmələrin aparılması və həmin aktların onlara gödərilməsi vurğulanmış, baş vermiş problemin səbəbinin rütubətlə bağlı olmaması, bununla bağlı olaraq 3 gün ərzində qeyd olunan mamırların sökülməsi bildirilmişdir. 10. "xxxx" MMC tərəfindən təqdim edilmiş, “xxx Belçika”nın cavabı başlıqlı məktubun tərcüməsində qeyd olunur ki, sonuncu xahişinizə uyğun olaraq “xxx Belgium” (ana şirkət) olaraq bildirməliyik ki, “Liken” (maral yosunu) 30%-dən aşağı rütubətlilik olan yerdə saxlanıldığı təqdirdə bəzi faizə uyğun olaraq quruya bilər, yəni, müvəqətti quruma baş verə bilər, ancaq ki, əvvəlki vəziyyət - orta rütubətlilik təmin edildikdə bərpa ediləcəkdir. Bununla da, biz təsdiq edirik ki, yosunun bərpa olunması üçün normal otaq temperaturunun olmasına ehtiyac vardır. Eyni zamanda, biz göstərməliyik ki, quruma heç də tam korlanma demək deyildir və əvvəlki cümlədə göstərildiyi kimi əvvəlki fiziki davamlılıq, rəngləri və dözümlülkü də bərpa ediləcəkdir. Sizin şirkət bizim Azərbaycanda şərikimiz olduğundan, bizim ümumi zəmanətimiz Belçikadan kənar bütün şəriklərə tətbiq edilir. Baxmayaraq ki, quruma hadisəsi bizim məhsullarımız arasında baş verməyib, bu zəmanət razılaşması çərçivəsində bizim tərəfimizdən göndərilmiş mallarda quruma hadisəsi baş verdikdə yenisi ilə təmin olunacaqdır. Biz xüsusilə vurğulamalıyıq ki, otağın içərisində rütubətlilik təmin edilmədikdə yosunlar məhv ola bilər. Görünür ki, sizin Azərbaycandakı kontragent şirkət tərəfindən quraşdır ılmış maral yosunu quraşdılma yerində tamamilə qorunmayıb və xidmət edilməyib, çox güman ki, orta səviyyədən yuxan yüksək temperatur, eyni otaqda toplanmış mebellər və bəzi taxta materiallar və bağlı pəncərələr maral yosunun qurumasına səbəb olmuşdur. Son olaraq, biz sizə xatırlatmalıyıq ki, bizim rəsmi nümayəndəmiz Azərbaycana səfər etmişdir. Bu şəxs bizim zəmanətimiz çərçivəsində alınmış bütün malları yoxlamış və təftiş etmişdir. Onun hesabatına görə bütün satılmış məhsullar istifadə üçün tam vəziyyətdə olmuşdur, istənilən halda, biz məhv olmuş məhsulları dəyişməyə hazırıq, o məhsul ilə ki, müvəqqəti qurumadan sonra bərpa olunmamışdır. Mario Loyo. Keyfiyyət yoxlanışı və istehsal prosesi meneceri. 11. 2021-ci il 6 sentyabr tarixində "xxxx" MMC tərəfindən tərcümə edilmiş “Liken” Şimal mara lı yosunu texniki məlumat cədvəlində qeyd olunur ki, Optimal şəraitdə istifadə olunduqda təbii forma, rəng və formasını 3-5 il saxlayır. Yalnız interyerdə istifadə üçün. Birbaşa gün işığı olmaz. Toxunmaq, qatlamaq, əzmək və s. olmaz. Nisbi rütubətlilik- 30% və 80% arasında. 12. "xxxx" MMC-nin idarə heyətinin sədri Nümayəndə tərəfindən İddiaçı MMC-nin direktoru Rövşən Becanova ünvanlanan 022 saylı 2021-ci il 8 fevral tarixli məktubda qeyd olunur ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında “Qüllə Restoranı” layihəsi çərçivəsində bağlanmış № ********* saylı 2020-ci il 25 iyun tarixli alqı-satqı müqaviləsinə, həmin müqaviləninr 9.3-cü bəndinə istinad edərək birtərəfli qaydada xitam verilib. 13. 2021-ci il 5 fevral tarixli satıcı tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqəd ar olaraq tərtib edilmiş qüsur aktında (İ cild, iş.v140) qeyd olunur ki, alıcı "xxxx" MMC-nin “Qüllə Restoran” Layihəsinin rəhbəri Vasif Şükürov, Mühəndislik və Layihələrin İdarəedilməsi Departamentinin rəhbəri Mansuq Quliyev, İdarə Heyətinin sədr v.m.i.e. Nümayəndə və satıcı İddiaçı MMC-nin direktoru Becanov Rövşən bu qüsur aktını aşağıdakı şəkildə tərtib edirik ondan ötrü ki, satıcı İddiaçı MMC “Qüllə Restoran” layihəsində 50 kv.m sahəyə tam keyfiyyətli 5 il müddətinə zəmanət şərtləri ilə Skandinaviya mamırı bitki məhsulunu satmağı və Restoranda layihə üzrə müəyyən edilmiş sahələrdə əkib, quraşdırmağı 2020-ci il 25 iyun tarixli, ********* saylı Alqı-satqı müqaviləsi üzrə öz üzərlərinə götürmüşdülər. Halbuki alınmış bu yaşıllıq məhsulu quraşdırmadan az müddət keçməsinə baxmayaraq, öz xa ssəsini itirməyə başlamış, sərtləşmişdir. Bu bizə təqdim olunan malların qüsurlu, keyfiyyət tələblərinə cavab vermədiyi, zəmanət şərtləri çərçivəsində keyfiyyətini doğrultmadığı təsdiqini tapmışdır. Satıcı bu zaman sahədə normal rütubətin 32-35% olmasına dəlalət etmiş və Satıcı ilə razılaşdırılmış qaydada tam əminlik olması üçün “Qüllə Restoran” layihəsində rütubətliliyin səviyyəsinin ölçülməsi üçün MMC Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə sorğu ilə müraciət etmiş, sonuncu isə 2021-ci il 2 fevral tarixdə 20/140 saylı məktub ilə rəsmi qaydada cavab məktubu ilə qoşmasında sahənin rütubətliliyinə dair Məlumat (surəti əlavə edilir) ilə bizə cavab vermişdir. Həmin məlumatda “Qüllə Restoran” layihəsinin daxilində rütubət səviyy əsi 34,4%-35,2% arasında dəyişdiyi məlum olmuşdur. Bu isə bir daha təsdiq etdi ki, Satıcı keyfiyyət tələblərinə uyğun olmayan qüsurlu malları Alıcıya təqdim etmiş, müqavilə şərtləri pozulmuşdur. Belə ki, satıcı ilə alıcı arasında mövcud alqı-satqı müqaviləsinin 3.4.4.- cü bəndi üzrə malın miqdarı, çeşidi, keyfiyyəti barədə müqavilə şərtləri pozulduqda, alıcı həmin pozuntunu aşkar edildiyi, yaxud malın xarakterinə və təyinatına görə aşkar edilməli olduğu vaxtdan etibarən 7 gün müddətində bu barədə satıcıya məlumat verməlidir. Bu məlumatlar da alıcı tərəfindən vaxtında satıcıya verilmişdir. Həmin müqavilənin 5.2,-ci bəndinə əsasən satıcı alıcıya təhvil verilən mallara bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələri ilə müəyyən edilmiş qaydada malm keyfiyyətinə görə zəmanət verir. Əlavə üzrə zəmanət müddəti “Mallar Alıcıya təqdim edildiyi andan zəmanət müddəti 5 (beş) il zəmanət malların rənginə, fiziki vəziyyətinə aiddir.” Müqavilənin 5.3-cü bəndi üzrə Satıcı malın nöqsanlarına görə cavabdehdir. Bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin müqavilənin 3.2.9-cu bəndinə əsasən Müqavilə üzrə təqdim edilmiş və keyfiyyətində hər hansı nöqsan və çatışmazlıqlar olduğu təqdirdə və cari müüqavilənin 3.4.4-cü maddəsi üzrə Alıcı Satıcını məlumatlandırdıqda, Satıcı dərhal 2 gün ərzində həmin malı yeni mal ilə əvəz etməli və ya bu mümkün olmadıqda ə vəzini qarşılaşdıra bilmədi malın dəyərində Alıcıya ödənişi və ya ödənişin qalığını geri ödəməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, alıcı satıcı arasında bağlanılmış alqı-satıq müqaviləsinə qüsurlu malların təqdim olunması səbəbindən xitam verilməlidir. Müqavilə üzrə dəyərin 50%-i miqdarında, 12.190.00 manat məbləğində avans ödənişi alıcıya müqavilənin 3.2.9-cü bəndinə əsasən geri ödənilməlidir və satıcı qüsurlu malları sahədən söküb, təmizləyib, çıxarmalıdır.

14. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Mili Hidrometeorologiya Xidməti tərəfindən "xxxx" MMC-nin direktorlar şurasının sədri Əli Hüseynova ünvanlanan 2021-ci il 2 fevral tarixli 20/140 nömrəli məktubda qeyd olunur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında M ili Hidrometeorologiya Xidmətinə ünvanladığınız Bakı şəhəri Səbail rayonu Parlament prospekti 2 ünvanında yerləşən Alov qüllələri yaşayış binasınının restoranında rütubətlik dərəcinin ölçülməs ilə əlaqədar müraciətinizlə bağlı bildirilir ki, 2021-ci il 29 yanvar tarixində sözügedən restoranda əməkdaşlarımız tərəfindən ölçmə işləri həyata keçirilmişdir. 2021-ci il 29 yanvar tarixində Alov qüllələri yaşayış binasının 16-cı mərtəbəsində yerləşən restoranında rütubətlik, təzyiq və temperaturun dərəcəsi ilə əlaqədar aparılan ölçmə işləri barədə məlumatda qeyd olunur ki, 2021-ci il 29 yanvar tarixində Bakı şəhəri Səbail rayon Parlament prospekti 2-də yerləşən Alov qüllələri yaşayış binasının 16-cı mərtəbəsində yerləşən restoranında rütubətliliyinin, təzyiq və temperaturun ölçülməsi ilə əlaqəda r VAİSALA PTB 330 TS və Tenmohiqrometr CENTER 311 aparatları vasitəsilə ölçmə işləri apanlmışdır. Alınan ölçmə işlərinin nəticələri barədə məlumatı cədvəl formasında təqdim edilir. Qeyd olunan cədvəldə saat 10:30-11:30 arası rütubət 35.2%, 11:30-12:30 arası rütubət 34.4%, 12:30-13:30 arası rütubət 33.8%, 13:30-14:30 arası rütubət 34.8%, 14:30- 15:30 arası rütubət 34.4% qeyd olunmuşdur.

15. İddiaçı MMC tərəfindən 2021-ci il 18 fevral tarixində "xxxx" MMC-yə pretenziya məktubu göndərilərək 19.099,49 manat borcun 3 iş günü ərzində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir (İ cild, iş.v49). 16. "xxxx" MMC tərəfindən 2021-ci il 19 fevral tarixində İddiaçı MMC-yə pretenziya məktubu göndərilərək avans olaraq ödənilmiş 14.645,75 manat və qüsu rlu malların sökülməsinə görə çəkilmiş xərclərin 3 iş günü müddətində geri ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir (İ cild, iş.v191). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı MMC 2021-ci il 5 mart tarixində cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 19.099,49 manat borcun, nümunə kimi Qüllə Restoranında yerləşdirilmiş 8 qutu Gül buketlərinin dəyərini təşkil edən 5.000 avronun (qaytarılacağı gün Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun Azərbaycan manatı ilə), məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və hüquqi xidmətin göstərilməsinə görə vəkilə ödənilmiş 500 manatın tutularaq iddiaçının xeyrin ə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

18. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilənin 2.1-ci bəndinə əsasən, “bu müqaviləyə görə “Satıcı” malları Dövlət Standartları ilə müəyyən edilmiş normalara uyğun olmaqla, “Alıcı”ya təhvil verir, “Alıcı” isə “Mal”ı qəbul edib dəyərini ödəməyi öhydəsinə götürür”. Müqavilənin 3.1-ci bəndinə əsasən, “Alıcı” malın qiymətini müqavilənin 7-ci bəndi ilə müəyyən olunan şərtlərlə və qaydada “Satıcı”ya ödəməyi öhdəsinə götürür. Müqavilənin 7.4-cü bəndinə əsasən, “Sifarişçi protokolda nəzərdə tutulmuş məbləği “Satıcı”nın müqavilənin 14-cü bəndi ilə təqdim etdiyi hesaba əsasən ödəməlidir. Tərəflər arasında “Qüllə Restoranı” layihəsi çərçivəsində bağlanmış yuxarıda qeyd olu nan müqaviləyə 3 faiz endirim tətbiq edilməklə 2020-ci il 25 iyun tarixli, 1 nömrəli əlavəyə əsasən İddiaçı MMC tərəfindən 1 kv.m-nin qiyməti 487.60 manat olan 50 kv.m, cəmi qiyməti 24.380 manat təşkil edən Skandinaviya Mamırı və müqaviləyə 2020-ci il 25 iyun tarixli, 2 nömrəli əlavəyə əsasən qiyməti 4.911,50 manat təşkil edən 250 yarpaqlı Gül buketi, ümumilikdə 29.291,50 manat məbləğində mal "xxxx" MMC-yə təhvil verilərək quraşdırılmışdır. Bununla yanaşı sifarişdən əlavə, 30 faiz endirim tətbiq edilməklə dəyəri 2.750 manat təşkil edən gül buketli yarpaq quraşdırılmış, lakin cavabdehin təqsiri ucbatından fiksasiya edilməmişdir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş elektron qaimələrdən görünür ki, 2020-ci il 25 iyun tarixli, ********* nömrəli Müqavilə əsasən İddiaçı MMC tərəfindən dəyəri 24380.00 AZN, 4.911.50 manat və 2750 manat təşkil edən sifarişlər yerinə yetirilmişdir. Həmçinin, iş materiallarına əlavə olunmuş görülmüş işlərin təhvil-təslim Aktından görünür ki, satıcı İddiaçı MMC tərəfindən alıcı "xxxx" MMC-nin verdiyi sifariş əsasında Bakı şəhəri, “Alov Qüllələri” kompleksindəki ünvanında yerləşən Qüllə Restoranında cəmi dəyəri 24.380 manat təşkil edən Skandinaviya Mamırı və qiyməti 4.911,50 manat təşkil edən 250 yarpaqlı gül buketi quraşdırılaraq ümumilikdə 29.291,50 manat məbləğində mallar təhvil verilmişdir. Təhviltəslim zamanı cavabdeh "xxxx" MMC tərəfindən təhvil-təslim aktını onlara təqdim etdikdə cavabdeh tərəf əlavə olaraq yuxarıda göstərilən gül buketlərinin quraşdırılmasının zəruri olduğunu və o iş tamamlanandan sonra həmin akta imza edəcəklərini bildirmişd ir. Lakin həmin iş görülməsinə baxmayaraq həmin akta müxtəlif bəhanələrlə imza etməkdən yayınmışdır. Cavabdeh tərəfin aktı imzalamaqdan yayınmasına baxmayaraq, təhvil-təslim zamanı çəkilmiş foto şəkillərdən və video görüntülərdən yaşıllıqların tam olaraq quraşdırıldığı aydın şəkildə görünür. Həmçinin əldə edilmiş şifahi razılaşmaya əsasən, quraşdırılmış yaşıllıqların üzərində loqolarının əks olunması şərti ilə ümumi məbləğə 3 faiz endirim edilməsi nəzərdə tutulmuşdur. Hazırda yaşıllıqların üzərində loqonun əks olunması üçün "xxxx" MMC tərəfindən şərait yaradılmadığından hazırkı borca endirim məbləği tətbiq edilmir. Beləliklə, hazırda İddiaçı MMC tərəfindən quraşdırılmış yaşıllıqların ümumi məbləği 29.291,50 manat və endirim edilmiş 3 faiz (878,74 manat) olmaqla 30.170,24 manat, əlavə ola raq dəyəri 2.750 manat məbləğində olan quraşdırılmış, lakin fiksasiya edilməmiş gül buketi və endirim edilmiş 30 faiz (825.00 manat) olmaqla 3.575 manat, cəmi 33.745,24 manat təşkil edir. Hazırda həmin məbləğdən "xxxx" MMC tərəfindən 14.645,75 manat ödənilmiş və beləliklə İddiaçı MMC-yə olan borc məbləği 19.099,49 manat təşkil edir. Müqaviləyə əsasən yuxarıda adları çəkilən malların satıcı İddiaçı MMC tərəfindən “Alov Qüllələri” kompleksindəki ünvanında yerləşən Qüllə Restoranında quraşdırılaraq təhvil verilməsinə baxmayaraq, alıcı "xxxx" MMC tərəfindən borclu olduğu 19.099,49 manat bu günədək ödənilməmişdir. Hazırda nümunə kimi Qüllə Restoranında 8 qutu Gül buketləri yerləşdirilmişdir ki, həmin qutularda olan malın qiyməti 5000 avro təşkil edir. Restoranda quraşdırılmış mamırların bərkimə si ilə əlaqədar daha əvvəl də, Belçika Krallığının paytaxtı Brüssel şəhərində yerləşən baş ofislə bir neçə dəfə danışdıqlarına baxmayaraq 2021-ci il 21 yanvar tarixdə yerindəcə videozəng vasitəsilə mövcud vəziyyəti göstərmək üçün əlaqə saxlanılmışdır. Vəziyyətin onlara göstərilməsinə baxmayaraq, nəticədə cavab (diaqnoz) eyni olmuşdur – “rütubət səviyyəsinin normativlərdən çox aşagı olması”. Söhbət mamırın xüsusi şərait tələb etməsindən getmir, o xarab olmayıb, sadəcə rütubətin qapalı məkanlarda normativ səviyyəsindən xeyli az olmasından bərkimişdir. Quru hava şəraiti normaya (min.30%) gəldiyində, mamır yenə əvvəlki yumşaq halını alacaqdır. 2021-ci il 23 yanvar tarixdə "xxxx" MMC-nin əməkdaşı Vasif Şükürovun köməyi ilə əməkdaşları obyektdə olmuş və cihazı 30 dəqiqə saxlamaqla ilk göstəricin i əldə etmişdir. Axşama doğru "xxxx" MMC-nin Fuad adlı əməkdaşı ilə şəxsən əlaqə saxlanılmışdır və həmin zaman üçün cihazda olan göstəricilərin şəklini göndərməyini xahiş etmiş, nəticə eyni olmuşdur-10%. Qapalı məkanlarda hava normativlərini əks etdirən cədvəl ayrıca olaraq elektron məktuba əlavədə göstərilmişdir. Həmin cədvəldən də göstərilir ki, 10% rütubətlik səviyyəsi çox aşağı göstərici sayılır. Hətta normal bitkilərin həmin şəraitdə quruma ehtimalı çox böyükdür. Havalar istiləşməyə doğru getdiyində, vəziyyət avtomatik olaraq dəyişəcək və mamır əvvəlki halına qayıdacaqdır. Bu məlumatı ehtimal olaraq deyil, yaşanmış bir çox təcrübədən sonra baş ofisdən bildirmişlər. Əlavə olaraq, mövcud narahatçılıqları (bərkimə və bəzi hissələrin əvəzlənməsi) nəzərə alaraq, obyektdə baxış keçirilməsi üçün Brüsseldən mütəxəssis dəvət edilmiş və onun iştirakı ilə keçirilən baxış zamanı da, havaların nisbətən istiləşməyə doğru getdiyində, vəziyyətin avtomatik olaraq dəyişəcəyi və mamırın əvvəlki halına qayıdacağı qənaətinə gəlinmişdir. Eyni zamanda cavabdeh "xxxx" MMC-nin nümayəndələri ilə görüş zamanı divara quraşdırılmış mamırların normal rütubət səviyyəsi təmin olunduqdan sonra əvvəlki halına qayıdaraq yumşalacağına zəmanət verilmiş və bununla bağlı onlara ayrıca olaraq rəsmi zəmanət verilə biləcəyi bildirilmişdir. Bu günədək "xxxx" MMC tərəfindən həmin məsələ ilə bağlı hər hansı cavab verilməmişdir. Alıcıya bundan əlavə 2 təklif də verilmişdir:

1. Eyni məhsulların quraşdırıldığı başqa ünvanlarda (şirkət, ictimai iaşə obyekti və s.) monitorinqin aparılmasına dəvət. Həmin müştərilərdə r ütubət normativi normal səviyyədə olduğu üçün bərkimə baş verməmişdir.

2. Qüllə restoranında quraşdırılmış bərkimiş hesab etdikləri mamırlardan kiçik bir nümunə götürülürək "xxxx" MMC-nin ofisində qısa müddətlik (3-5 gün) yerləşdirərək onun yumşalacağını izləmək. Bu səbəbdən də, yuxarıda qeyd edildiyi kimi mala dair zəmanət sənədini təqdim etməyə hazırlar. Eyni zamanda, həmin zəmanət sənədində yaşıllıqların quraşdırıldığı məkanda rütubət səviyyəsinin normativlərə cavab verdiyi şəraitdə malın korlanması baş verdiyi təqdirdə heç bir haqq tələb etmədən yaşıllıqların öz hesablarına sökülməsini və "xxxx" MMC tərəfindən ödənilmiş pulun tam olaraq qaytarılmasını öhdələrinə götürdüklərini yazılı şəkildə bildirmişlər. Əlavə olaraq Skandinaviya Mamırı və Buket yarpaqları Brüssel şəhərindən dünyanı n bir çox ölkəsinə ixrac olunmaqla mənşə və keyfiyyət sertifikatları mövcuddur. Bundan başqa, ölkə ərazisində bir çox məntəqələrdə quraşdırılan yaşıllıqların keyfiyyəti barədə bu günədək sifarişçilərlə hər hansı mübahisə yaranmamışdır. Həmçinin “Qüllə Restoranı” layihəsi çərçivəsində bağlanmış yuxarıda qeyd olunan müqaviləyə əsasən İddiaçı MMC tərəfindən quraşdırılmış Skandinaviya Mamırı və Gül buketi yalnız görünüş xarakterlidir və həmin yaşıllıqların sərtləşərək bərkiməyəcəyi barədə İddiaçı MMC tərəfindən üzərinə hər hansı öhdəlik götürülməmişdir. Yaşıllıqların görünüşü-rəngi, təbiiliyi və təravətliliyi isə bu günədək özünün quraşdırıldığı gündə olduğu xassəsini qoruyub saxlamaqdadır.

19. İddiaçı MMC-nin iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 26, 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 386.2, 442-ci maddələrinə istinad olunmuşdur.

20. Həmçinin 2021-ci il 5 aprel tarixində cavabdeh iddiaçıya qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək iddiaçının öz üzərinə götürdüyü öhdəliyi icra etməyərək 14.645,75 manat məbləğində vurduğu maddi ziyanın və 30 manat dövlət rüsumu xərcinin ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (İ cild, iş.v109). 21. "xxxx" MMC-nin iddia tələbi belə əsaslandırılmışdır ki, 2020-ci il 20 iyul tarixində müqavilə təsdiq olunduqdan sonra müqavilənin 50%-i miqdarında, yəni 12.190 manat məbləğində, daha sonra 2020-ci il 27 iyul tarixbydə əlavə avans məbləği olaraq 2.455,75 manat məbləğində "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə avans öd ənişi edilmişdir. Halbuki, İddiaçı MMC tərəfindən təqdim edilmiş və quraşdırılmış malların tərkibi sərtləşərək bərkimişdir, həmin yaşıllıqlar öz elastiklik xassəsini itirmişdir. Bütün çatışmazlıq və nöqsanların səbəbini araşdırmaq üçün ofisdə İddiaçı MMC-nin menecer işçi heyəti ilə görüş təşkil edilmişdir. Görüşdə İddiaçı MMC-nin yeganə istinad etdiyi səbəb sahənin normal 34%-35% rütubətliliyi təmin olunmalı halda sahənin rütubətliliyinin əsassız olaraq 10% olmasının qeyd edilməsi olmuşdur. Həmin görüşdə İddiaçı MMC-yə irad olaraq bildirilmişdir ki, “rütubət” faktoru əsas amil olduğu təqdirdə, hansı səbəbdən onlar bu barədə alıcını məlumatlandırmayıblar. İddiaçı MMC-nin məlumatlandırmama faktını qəbul etmişdir. Nəticə etibarilə razılaşmışlar ki, bitərəf dövlət qurumu olan Azərbaycan Respub likasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən “Qüllə Restoran” layihəsində daxili sahənin rütubətliliyinin ölçmə işləri aparılsın. 2021-ci il 29 yanvar tarixində sözükeçən dövlət qurumu tərəfindən ərazidə VAİSALA PTB 330 TS və CENTER 311 ölçmə aparatları vasitəsilə ölçmə işləri aparılmışdır və araşdırma nəticəsi verilən məlumatda qeyd edilmişdir ki, həmin sahədə rütubətlilik gün ərzində 34,4%-dən 35,2%-dək dəyişir. Rütubətlilik barədə məlumat malların qüsurlu olmasını bir daha təsbit etmiş və "xxxx" MMC tərəfindən öncədən İddiaçı MMC ilə razılaşdırıldığı kimi qüsur aktı tərtib edilmiş və təsdiq olunması üçün xəbərnaməli məktub ilə 2021-ci il 8 fevral tarixdə göndərilmişdir. İddiaçı MMC tərəfindən öncədən razılaşdıqları kimi qüsur aktın ın təsdiq edilməsi əvəzinə göndərdikləri məlumatlar nəzərə alınmadan əsassız pretenziya məktubu tərtib edilmiş, 2021-ci il 18 fevral tarixdə təqdim edilmişdir. Bu pretenziyada mallara normal rütubətliliyin 34-35% olmasının tələb olunması qeyd edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən mallar qüsurlu olduğu üçün, mallar və malların quraşdırması işləri "xxxx" MMC-nin korporativ məqsədlərinə cavab vermədiyi üçün mallar və işlər alıcı kimi onu qane etməmiş və həmin işlər qəbul olunmamış, bu səbəbdən avans olaraq ödənilmiş 14.645,75 manat məbləğin geri ödənilməsini pretenziya qaydasında cavabdehdən tələb etmişdir. Alqı-satqı müqaviləsinin 10.1.-ci maddəsinə əsasən “Bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respubl ikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir”. Eyni zamanda təqdim edilmiş malların fiziki vəziyyətinə dair 5 (beş) il müddətinə zəmanət müddəti müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəsində müəyyən edilmişdir. Nəticə etibarilə İddiaçı MMC tam məsuliyyətlə öhdəlik qəbul etməsinə və keyfiyyətlə işi icra etməsini vəd verməsinə baxmayaraq, yuxarıda qeyd olunan öhdəliyini icra etməmişdir. 22. "xxxx" MMC iddia ərizəsinin maddi hüquqi əsası kimi MM-in 425, 430, 442, 1128.1, 1129.2-ci maddələrinə istinad etmişdir.

23. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 27 may tarixli, e-2-2(113)-2076/2021 saylı qərardadı ilə hər iki iş bir icraatda birləşdirilmişdir (İ cild, iş.v171).

24. Bakı Kommers iya Məhkəməsinin 2021-ci il 14 oktyabr tarixli, e-2-2(113)-1758/2021 saylı qətnaməsi ilə ilk iddia tələbi qismən-cavabdehdən 2.455,75 manat borc, 5 manat ödənilmiş dövlət rüsumu və 200 manat hüquqi yardım xərcinin iddiaçının xeyrinə tutulması hissəsində, qarşılıqlı iddia tələbi qismən -iddiaçıdan 12.190 manat məbləğində maddi ziyan və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehin xeyrinə tutulması hissəsində təmin edilmişdir (hakim A.Əliyeva).

25. Birinci instansiya məhkəməsi işin § 1-14-də qeyd olunan faktiki hallarına istinadla gəldiyi nəticəni belə əsaslandırmışdır ki, alıcı əşyanın qüsurlu olması ilə bağlı qarantiya müddəti ərzində satıcıya məlumat vermiş, satıcı isə bunun qüsur olmadığı, saxlanma şəraiti ilə bağlı olmasını əsas gətirərək malın dəyərinin ödənilməsini tələb etmişdir. Alıcı qeyd edilən qüsurun saxlanma şəraiti ilə bağlı olmadığından və malın keyfiyyətsiz olması səbəbindən vəsaitin ödənilməsindən imtina etmişdir. Satılmış 8 qutu gül buketinin keyfiyyəti barəsində isə tərəflər arasında mübahisə olmamışdır. Eyni zamanda, satıcının malın saxlanma şəraiti ilə bağlı alıcını əvvəlcədən məlumatlandırmadığı müəyyən olunmuşdur.

26. Həmin məhkəmə işin müəyyən edilmiş faktiki hallarına MM-nin 385.1, 425.2, 442, 567, 576, 582.1, 595.1, 598.3-cü maddəsinin tələbləri baxımından qiymət verərək belə qənaətə gəlmişdir ki, İddiaçı MMC-nin iddia tələbi qismən əsaslı olduğundan təmin edilməli, "xxxx" MMC tərəfindən 2.455,75 manat məbləğində ödəniş iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinə 2 nömrəli əlavəyə əsasə n 250 yarpaqlı gül buketi üçün 50 faiz məbləğində avans ödənişi verilməsinə baxmayaraq, daha sonra cavabdeh tərəfindən müqavilə üzrə razılaşdırılmış yerdə qalan məbləğ ödənilməmişdir. Məhkəmə hesab etmişdir ki, ilk iddia tələbi qismən təmin olunduğundan cavabdehdən həmçinin göstərilmiş xidmətə görə vəkilə ödənilmiş 200 manat xidmət haqqı da tutulmalıdır. 27. "xxxx" MMC-nin İddiaçı MMC-yə qarşı iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı əşyanın qüsurlarının saxlanma qaydasının pozulması ilə əmələ gəldiyini bildirsə də, bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, eyni zamanda satılan əşyanın xüsusi şəraitdə saxlanması ilə bağlı alıcı əvvəlcədən məlumatlandırılmamışdır. Bu səbəbdən, məhkəmə "xxxx" MMC-nin ödənilmiş 12.190 manat məbləğində avans ödənişin İddiaçı MMC-dən tutulması, iddianın qalan hissədə təmin edilməməsi nəticəsinə gəlmişdir.

28. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, İddiaçı MMC-nin iddia tələbinin tam təmin edilməsi, "xxxx" MMC-nin iddiasının isə təmin edilməməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

29. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 may tarixli, 2-2(103)-193/2022 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Məmmədov və V.Baxışova).

30. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları aşağıdakı kim i müəyyən edilmişdir; satıcı İddiaçı MMC ilə alıcı "xxxx" arasında 2020-ci il 25 iyun tarixli ********* nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı malları dövlət standartları ilə müəyyən edilmiş normalara uyğun olmaqla alıcıya təhvil verməyi, alıcı isə malı qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür; 31. 25 iyun 2020-ci il tarixli ********* nömrəli alqı-satqı müqaviləsinə 1 №-li əlavəyə əsasən malların çeşidi aşağıdakı kimi müəyyən edilmişdir: Skandinaviya mamırı, 1 kv.m qiyməti 487,6 manat, miqdarı 50 kv.m, cəmi məbləğ 24.380 manat. Həmin əlavədə qeyd olunmuşdur ki, mallar alıcıya təqdim edildiyi andan zəmanət müddəti 5 (beş) il. Zəmanət malların rənginə, fiziki vəziyyətinə aiddir. Mallar təhvil verildikdən sonra düzgün saxlanılmazsa, kənar təsi rlər olunarsa, zəmanət keçərli olmayacaqdır. Ödəniş şərti 50 % avans, 50 % mallar təhvil verilib, qaimələr imzalandıqdan sonra elektron hesab-fakturanın təqdim edilməsi tarixindən sonrakı 15 gün ərzində satıcının hesabına köçürmə yolu ilə həyata keçirilir; 32. 25 iyun 2020-ci il tarixli ********* nömrəli alqı-satqı müqaviləsinə 2 №-li əlavəyə əsasən malların çeşidi aşağıdakı kimi müəyyən edilmişdir: gül buketi-250 yarpaqlı, 1 dəstin qiyməti 4911,5 manat, cəmi məbləğ 4911,5 manat. Həmin əlavədə qeyd olunmuşdur ki, mallar alıcıya təqdim edildiyi andan zəmanət müddəti 5 (beş) il, zəmanət malların rənginə, fiziki vəziyyətinə aiddir. Mallar təhvil verildikdən sonra düzgün saxlanılmazsa, kənar təsirlər olunarsa, zəmanət keçərli olmayacaqdır. Ödəniş şərti 50 % avans, 50 % mallar təhvil verilib, q aimələr imzalandıqdan sonra elektron hesab-fakturanın təqdim edilməsi tarixindən sonrakı 15 gün ərzində satıcının hesabına köçürmə yolu ilə həyata keçirilir; 33. "xxxx" MMC tərəfindən qeyd olunan məbləğlərin 50 faizi, yəni 14645,75 manat İddiaçı MMC-yə ödənilmiş və qeyd olunan mallar "xxxx" MMC- nin verdiyi sifariş əsasında Bakı şəhəri, “Alov Qüllələri” kompleksindəki ünvanında yerləşən Qüllə Restoranında quraşdırılmışdır.

34. Apellyasiya instansiyası məhkəməsi hər iki iddia tələbinə münasibətdə (bax yuxarıda §17-18, 20-21) birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq göstərmişdir ki, xxx MMC-nin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Lakin İddiaçı MMC tərəfindən yuxarıda istinad olunan 1 və 2 saylı əlavələrdə göstərilən mallardan, yəni ümumi dəyəri 24380 manat təşkil edən Skandinaviya mamırı və dəyəri 4911,5 manat təşkil edən 1 dəst gül buketindən əlavə malların cavabdehə təhvil verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə olan halda isə "xxxx" MMC-nin ona təhvil verilməyən mallara görə pul məbləğini ödəmək öhdəliyi yaranmamışdır. Təhvil verilən ümumi dəyəri 24380 manat təşkil edən Skandinaviya mamırının dəyərinin ödənilməsi tələbi isə təmin edilə bilməz. Belə ki, İddiaçı MMC həmin malların dəyərinin ödənilməsi tələbini irəli sürmüş, "xxxx" MMC isə satılan həmin malların qüsurlu olması səbəbind ən ödədiyi avansın geri qaytarılmasını tələb etmişdir.

35. Göründüyü kimi mübahisənin həlli ilk növbədə satılan malların qüsurlu olubolmamasının müəyyən edilməsindən asılıdır.

36. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə görə satıcı alıcıya təhvil verilən mallara bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələri ilə müəyyən edilmiş qaydada malın keyfiyyətinə görə zəmanət verir. Müqaviləyə aid 1 №-li əlavəyə əsasən mallar alıcıya təqdim edildiyi andan zəmanət müddəti 5 (beş) il təşkil edir, zəmanət malların rənginə və fiziki vəziyyətinə aiddir.Hazırki işin də mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş və quraşdırılmış Skandinaviya mamırının tərkibi qısa müddətdə sərtləşərək bərkimiş, öz elastiklik xassəsini itirmişdir. Bu isə satılmış əşyanı n keyfiyyətinə uyğun hesab edilmir.

37. İddiaçı bunun səbəbini rütubət səviyyəsinin normativlərdən çox aşağı olması ilə əlaqələndirir və bildirir ki, məsələ mamırın xüsusi şərait tələb etməsindən ibarət deyil, o xarab olmayıb, sadəcə rütubətin qapalı məkanlarda normativ səviyyəsindən xeyli az olmasından bərkimişdir. Havalar istiləşməyə doğru getdiyində, vəziyyət avtomatik olaraq dəyişəcək və mamır əvvəlki halına qayıdacaqdır. Rütubətlik səviyyəsi minimum 30% olmalı olduğu təqdirdə, cavabdehin məkanında 10% olmuşdur.

38. Cavabdeh həmin dəlilə etiraz edir və bildirir ki, rütubət faktoru əsas amil olduğu təqdirdə, iddiaçı onları bu barədə məlumatlandırmamışdır. Bundan başqa həmin sahədə rütubətlilik 10% deyil, gün ərzində 34-35 % olmuşdur.

39. Tərəflər arasında bağlanmış müqavilənin 5.3-cü bəndinə əsasən satıcı mal alıcıya müqavilənin 8.1-ci maddəsi əsasında təhvil verildikdən sonra malın istifadəsinə və saxlanmasına dair təlimatın alıcı tərəfindən pozulması, yaxud üçüncü şəxslərin hərəkətləri, yaxud qarşısıalınmaz qüvvənin təsiri nəticəsində əmələ gəlmiş olmasını sübut etməsə, malın nöqsanlarına görə cavabdehdir.

40. Məhkəmə hesab etmişdir ki, MM-nin 581.1, 568.2, 588.2-ci maddəsinin tələbləri baxımından ilk növbədə malın istifadəsinə və saxlanmasına dair təlimatın satıcı tərəfindən alıcıya təqdim edilib-edilməməsi, daha sonra malın istifadəsinə və saxlanmasına dair təlimatın alıcı tərəfindən pozulub-pozulmaması halı araşdırılmalıdır. Eyni zamanda mallar keyfiyyət qarantiyası ilə verildiyi üçün bu halları sübutetmə vəzifəsi satıcının, yəni hazırki halda İddiaçı MMC-nin üzər inə düşür. Həmin halları sübut etmədiyi təqdirdə isə malın nöqsanlarına görə İddiaçı MMC cavabdehlik daşıyır.

41. İşin hallarından müəyyən olunmuşdur ki, iddiaçı satılan malların xüsusi şəraitdə saxlanılmalı olması, yəni rütubətlik dərəcəsinin minimum 30% olması ilə bağlı alıcını əvvəlcədən məlumatlandırmamış, ona heç bir təlimat verməmişdir. Çünki o, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Müqaviləyə əlavədə isə “Mallar təhvil verildikdən sonra düzgün saxlanılmazsa” şərti qeyd olunsa da, bunun məhz rütubətlik dərəcəsi ilə bağlı olması hər hansı sübutla təsdiq olunmur.

42. Bundan başqa, məhkəmə hesab etmişdir ki, iddiaçının istinad etdiyi hallar bütövlükdə öz təsdiqini tapmır. Belə ki, tərəflərin nümayəndələrinin izahatları, iddiaçının təqdim etdiyi fotoşəkillər və hər iki tərəfin vəsatəti əsasında dindirilmiş şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, satılan mallarda dəyişikliklərin baş verməsi barədə məlumat aldıqdan sonra iddiaçı tərəfindən açıq satışda olan UNİ-T temperatur və rütubət ölçən cihaz ilə ölçmələr aparılmış və malların saxlanıldığı məkanda rütubətik dərəcəsinin 10% olması müəyyən edilmişdir.

43. Apellyasiya baxışında iddiaçı tərəfindən həmin növ temperatur və rütubət ölçən cihaza dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Milli Hidrometeorologiya Xidməti Texniki Xidmət, Metrologiya və Kalibrlənmə Mərkəzi tərəfindən verilmiş İdarətabeli Yoxlanış haqqında şəhadətnamə də təqdim edilmişdir.

44. Lakin işin materiallarına əsasən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə “Qüllə Restoran” layihəsində daxili sahənin rütubətliliyinin VAİSALA PTB 330 TS və CENTER 311 ölçmə aparatları vasitəsilə ölçmə işləri aparılmış və nəticədə müəyyən olunmuşdur ki, həmin sahədə rütubətlilik gün ərzində 34,4%-dən 35,2%-dək dəyişir.

45. İşin qeyd olunan hallarına hüquqi qiymət verən məhkəmə belə qənaətə gəlmişdir ki, satılan malların saxlanıldığı məkanda rütubətik dərəcəsinin 10% olması faktı qəbul edilsə belə, rütubətlik dərəcəsi normaya, yəni minimum 30 faizə çatdıqdan sonra mallarda müəyyən olunan qüsurun aradan qalxacağı və malın əvvəlki vəziyyətinə qayıdacağı barədə dəlillər öz təsdiqini tapmır. Çünki iddiaçı tərəfindən satılan malların saxlanıldığı məkanda rütubətik dərəcəsi ilə bağlı ölçmələr aparıldıqdan sonra cavabdeh tərəfindən də həmin ölçmələr aparılmış və bu sahədə səlahiyyətli orqan olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən müəyyən olunmuşdur ki, həmin sahədə rütubətlilik gün ərzində 30 faizdən artıq olmuşdur. Bununla yanaşı, satılan mallarda müəyyən olunan qüsurlar aradan qalxmamışdır. Belə ki, "xxxx" MMC tərəfindən 05 fevral 2021-ci il tarixli qüsur aktı tərtib edilmiş və İddiaçı MMCdən avans ödənişinin geri qaytarılması və qüsurlu malların sahədən sökülüb çıxarılmasını xahiş edilmişdir. Həmin qüsur aktı İddiaçı MMC-nin faktiki ünvanına – Bakı şəhəri, N.Rəfiyev küçəsi 14, X1 yaxınlığı ünvanına göndərilmişdir. Həmçinin "xxxx" MMC 3 gün ərzində yaşıllıqların sahədən sökülüb çıxarılması ilə bağlı İddiaç ı MMC-nin elektron poçt ünvanına (mailto:sales@greenmood.azElektron ünvan 4) xəbərdarlıq göndərmişdir.

46. İddiaçı MMC isə bildirir ki, ona heç bir qüsur aktı göndərilməmişdir. Həmçinin "xxxx" MMC-nin istinad etdiyi elektron məktub daxil olmamışdır.

47. Məhkəmə hesab etmişdir ki, İddiaçı MMC-nin həmin dəlilləri əsassızdır. Belə ki, hazırki iş üzrə iş materiallarında olan iddia ərizəsi, o cümlədən İddiaçı MMC-nin adından olan sənədlərdən görünür ki, İddiaçı MMC-nin rəsmi elektron poçt ünvanı kimi “mailto:sales@greenmood.azElektron ünvan 4”, faktiki ünvanı isə “Bakı şəhəri, N.Rəfiyev küçəsi 14, X1 yaxınlığı” ünvanıdır. Bu baxımdan məhkəmə hesab etmişdir ki, İddiaçı MMC-nin qüsur aktından məlumatsız olması ilə bağlı dəlillərə istinad etməsi əsassızdır və o, qüsur barədə kifayət qədər məlumatl ı olduğu halda, tərəflər arasında bağlanmış müqavilənin 3.2.9-cu bəndinə uyğun olaraq 2 gün ərzində həmin malın yeni mal ilə əvəz edilməsi və ya bu mümkün olmadıqda əvəzini qablaşdıra bilmədiyi malın dəyərində alıcıya ödənişin və ya ödənişin qalığını geri ödənilməsi ilə bağlı hər hansı tədbir həyata keçirməmişdir.

48. Göründüyü kimi malların qüsurlu olması tam təsdiq olunur. Eyni zamanda İddiaçı MMC həmin qüsurun malın istifadəsinə və saxlanmasına dair təlimatın "xxxx" MMC tərəfindən pozulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda isə İddiaçı MMC tərəflər arasında bağlanmış müqavilənin 5.3-cü bəndinin şərtlərinə uyğun olaraq malın nöqsanlarına görə cavabdeh şəxsdir.

49. MM-nin 587.2 və 587.2.1-ci maddələrində istinad edən məhkəmə hesab etmişdir ki, "xxxx " MMC qüsurlu mallara görə ödədiyi 50 % avans ödənişin, yəni 12190 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Ona görə də həmin hissədə "xxxx" MMC-nin iddiası əsaslıdır. Eyni zamanda həmin əsaslara görə həmin mallara aid hissədə İddiaçı MMC-nin iddiası təmin edilə bilməz.

50. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən birtərəfli olaraq qüsurlu malların sökməsi hüquqdan sui-istifadə və özbaşınalıq kimi qiymətləndirilə bilməz. Çünki yuxarıda qeyd edildiyi kimi qüsurlu malların sökülməsi ilə bağlı "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə yazılı müraciətlər olunmuş, sonuncu isə hərəkətsizlik edərək həmin müraciətlərə cavab verməmişdir. Bununla bağlı "xxxx" MMC-nin nümayəndəsi də bildirmişdir ki, onlar podratçı kimi həmin sahədə işlər gördüyündən v ə sifarişçi qarşısında öhdəlikləri olduğundan, habelə İddiaçı MMC yazılı müraciətlərə cavab vermədiyindən məcburiyyət qarşısında qalaraq satılmış malları sökmüşlər və bu zaman onlar tam yararsız (toz halında) vəziyyətdə olduğundan qalıqlarını saxlamamışlar.

51. Beləliklə, yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz.

52. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, İddiaçı MMC-nin iddiasının təmin edilməsi barədə qərar qəbul olunması xahi ş edilmişdir. KASSASİYA ŞİKAYƏTİ VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

53. İddiaçı kassasiya şikayətində işin yuxarıda qeyd olunan və məhkəmələr tərəfindən müəyyən edilən faktiki hallarına (bax yuxarıda §1-14, §30-33) istinad edərək, MM-in 385.1, 442-ci maddələrinin tələblərinin pozulduğunu göstərmişdir.

54. MPM-in 77.1, 88, 218.1, 218.3-cü maddələrinin tələbləri pozulmuşdur-məhkəmə proseslərində cavabdehin nümayəndələri sübut kimi “VAİSALA PTB 300 TS” və “Termohiqrometr Center 311” ölçmə cihazları vasitəsi ilə Bakı şəhəri, Parlament prospekti 2-də yerləşən “Qüllə” restoranında rütubətliliyin 35.2-34.4% arasında dəyişdiyini bildirmişdir. İddiaçı tərəfindən məhkəmə proseslərində həmin ölçmə cihazlarının hansı ölkə istehsalı olması, mənşəyi, sertifikatının olub -olmaması barədə suallar verilsə də, suallara dəqiq cavab verilməmiş, həmin cihazların sertifikatının olub-olmaması müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi isə həmin ölçmə cihazları vasitəsi ilə rütubətlilik müəyyən edilərkən iddiaçının işçilərinin iştirak edib-etməməsini, həmin cihazların mənşə ölkəsi, istehsal təyinatı, rütubətliliyi ölçə biləcək qabiliyyətini təsdiq edən sertifikat və ya lisenziyaların olub-olmaması barədə araşdırma aparılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

55. Kassasiya şikayətində hər hansı maddi və prossesual normaların düzgün tətbiq edilməməsi doğru olaraq tövsif edilib, istinad edilməmişdir. Təkrarlamağın bir təsdiqi də odur ki, kassasiya şikayətinin məzmununda apellyasiya məhkəməsinin qətnaməsinə deyil, daima 1-ci instansiya məhkə məsinin aktına istinad edilir, bu isə bir daha onu təsdiq edir ki, iddiaçının məqsədi qüsurlu mallara görə ödənilmiş avans ödənişini geri ödəməkdən yayınmaqdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

56. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

57. Kassasiya şikayətinin məzmununa uyğun olaraq, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından İddiaçı MMC-nin iddiasının təmin olunmaması hissəsində yoxlanılacaqdır.

58. Kassasiya instansiyası məhkəməsi tərə findən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ

59. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq... 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

568. Satıcının əşyanı vermək vəzifəsi... 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.” “Maddə

576. Əşyaya aid ləvazimatı və sənədləri vermək vəzifəsinin icra edilməməsinin nəticələri Əgər satıcı verməli olduğu əşyaya aid ləvazimatı və ya sənədləri alıcıya vermirsə və ya verməkdən imtina edirsə, alıcı bunların verilməsi üçün ona ağlabatan müddət təyin edə bilər. Satıcı əşyaya aid ləvazimatı və ya sənədləri göstərilmiş müddətdə vermədikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyadan imtina edə bilər.” “Maddə

582. Malın keyfiyyəti üçün qarantiya 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır....” “Maddə

587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri... 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin;...” “Maddə

588. Satıcının cavabdeh olduğu qüsurlar... 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.” “Maddə

595. Alğı-satqı müqaviləsinin lazımınca icra edilməməsi haqqında satıcıya bildiriş verilməsi 595.1. Alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir....” “Maddə

598. Alınmış əşyanın ödənilməsi... 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....”

60. Azərbaycan Respublikasnın Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə m əhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxs lərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi) 62. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olu nmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

63. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, şikayətin «maddi hüquq normalarının pozulmasına dair dəlillər» hissəsində yalnız müvafiq maddələr sadalanmaqla, maddələrin mətnləri, işin halları qeyd olunmuş, həmin normaların mübahisəyə aidiyyəti və apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilən pozuntusunun nədən ibarət olması göstərilməmişdir.

64. Şikayətdə həmçinin işin hallarının araşdırılmamasına istinad olunmuşdur ki, MPMnin 407.2-ci maddəsinin tələbləri baxımından kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosess ual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, hər iki tərəfin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır (bax yuxarıda § 34-51). Kollegiya iddiaçının dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

66. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edildiyindən, eləcə də qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən, iş üzrə qəbul edil miş qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

67. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 may tarixli, 2-2(103)-193/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov V.T.Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar