Məhkəmə qərarları › İş №2-2(102)-643/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-643/2025

24.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-643/2025 24.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Cavabdeh qarşı və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, satıcının əşyanı vermək vəzifəsi, alıcının əşyanı qəbul etmək vəzifəsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakim X1 məruzəsi ilə, hakimlər Bəhman Fərhad oğlu Qəribov və Bəhram Məmməd oğlu Məmmədlidən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” barədə iddia tələbinə dair iş və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı “pul və müqavilənin ləğvi” barədə iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 13 iyun tarixli 2-2(103)-622/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İşin halları

1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 2021-ci il 1 fevral tarixli 017/21 nömrəli alqı-satqı müqaviləsi ilə satıcı yanacağın alıcıya satışını, alıcı isə göstərilən yanacağın dəyərini qabaqcadan ödəməklə qəbul etməyi öz öhdələrinə götürmüşdür. Həmin müqavilənin: - 2.1-ci bəndinə əsasən, yanacağın satışı əvvəlcədən ödəniş qaydası ilə aparılır, müqavilənin qüvvədə olduğu müddət ərzində məbləğə uyğun yanacağı almaq hüququ əldə edir; - 2.2-ci bəndinə əsasən, alıcının ödəniş etmək istədiyi məblə ğ satıcının hesablaşma hesabına və ya xəzinəsinə daxil olduqdan sonra; - 2.3-cü bəndinə əsasən, yüklənmiş yanacağa mülkiyyət hüququ yanacaq satıcının yanacaqdoldurma məntəqələrində faktiki götürülən andan alıcıya keçir; - 3.1.1-ci bəndinə əsasən, satıcı yanacağı alıcıya mövcud Tarif Şurasının təsdiq etdiyi qiymətlərlə satır. Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən yanacaq qiymətləri artırıldıqda və ya azaldıldıqda alıcıdan razılıq almadan birtərəfli qaydada yanacağın qiymətlərini müvafiq şəkildə dəyişdirir; - 3.2.1-ci bəndinə əsasən, alıcı yanacağın dəyərini satıcı tərəfindən verilən hesabfaktura əsasında əvvəlcədən ödəyir.

2. İddiaçı MMC tərəfindən Cavabdeh 2022-ci il 30 noyabr tarixli EBCK206400 nömrəli 10.076 manat dəyərində qaimə və 2023-cü il 30 yanvar tarixli EBCN968860 nö mrəli 220 manat dəyərində e-qaimə göndərilmişdir.

3. İddiaçı MMC-nin 2024-cü il 15 aprel tarixli maliyyə arayışında Cavabdeh tərəfindən müqavilə üzrə 2022-ci il 30 noyabr tarixli EBCK206400 nömrəli 10076 manat dəyərində olan qaimədən 2.072,20 manat və 2023-cü il 30 yanvar tarixli EBCN968860 nömrəli qaimədən 220 manat ödənilməmiş borc olmaqla, cəmi ƏDV daxil 2.292,20 manat borcu olduğu qeyd edilmişdir.

4. Cavabdeh tərəfindən cəmi 148.322,61 manat dəyərində ödəniş edilmiş, sonuncu ödəniş 2022-ci il 19 avqust tarixində 574,56 manat təşkil etmişdir (İddiaçı MMC-yə məxsus bank hesabından çıxarış).

5. Cavabdeh məxsus "xxxx" QSC-də olan bank hesabından çıxarışdan sonuncu ödənişlərin 2022-ci il 29 dekabr tarixinə təsadüf etdiyi görünür (8,85 manat və 11.067 manat).

6. İddiaçı MMC-nin 2025-ci il 27 yanvar tarixli arayışında qeyd olunmuşdur ki, Cavabdeh tərəfindən (VÖEN:**********) İddiaçı MMC arasında bağlanmış 2021-ci il 1 fevral tarixli 017/21 nömrəli müqaviləyə əsasən ümumi dəyəri 70.132 manat (ƏDV daxil) dəyərində yanacaq alınmışdır. Həmin yanacağın dəyərindən 2021-2022-ci illər ərzində 67.839,80 manat (ƏDV daxil) hissəsi ödənilmiş, lakin 2.292,20 manat (ƏDV daxil) hissəsi isə hələ də ödənilməmişdir. Cavabdeh İddiaçı MMC-yə EBCK 206400 nömrəli elektron qaimə üzrə 2.072,19 manat, EBCN 968860 nömrəli elektron qaimə üzrə 220 manat olmaqla, cəmi 1.942,54 manat əsas, 349,65 manat ƏDV olmaqla 2.292,19 manat borcu vardır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı MMC 2024-cü il 12 avqust tarixində Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciə t edərək, cavabdehdən ödənilməmiş 1.942,54 manat əsas borc, 349,66 manat ƏDV borcu olmaqla, cəmi 2.292,20 manat pulun, həmçinin hüquqi xidmətə görə ödənilmiş 250 manat xidmət haqqı və 46 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh (bundan sonra – Cavabdeh) arasında 2021-ci il 1 aprel tarixli 017/21 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə satıcı yanacağın alıcıya satışını, alıcı isə göstərilən yanacağın dəyərini qabaqcadan ödəməklə qəbul etməyi öz öhdələrinə götürmüşdür. Sözügedən alqı-satqı müqaviləsi və əlavələr tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış, möhürlənmiş, beləliklə qüvvədə olan qanunvericiliyə uy ğun müqavilə bağlanaraq tərəflərin müvafiq öhdəlikləri yaranmışdır. Müqavilənin şərtləri İddiaçı MMC tərəfindən icra edilmiş və razılaşdırılmış həcmdə yanacaq Cavabdeh tərəfindən təhvil alınmışdır. Odur ki, öhdəliyin icrası ilə bağlı Cavabdeh elektron qaimələr təqdim edilmiş, lakin həmin qaimələr əsasında ödəniş tam həyata keçirilməmişdir. Alıcıya təqdim edilmiş elektron/hesab fakturalarda nəzərdə tutulmuş məbləğdən 2024-cü il 24 iyul tarixinədək cəmi ƏDV ilə birlikdə mala görə cəmi 2.292,20 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı MMC tərəfindən Cavabdeh 2022-ci il 30 noyabr tarixli EBCK 206400 nömrəli və EBCN 968860 nömrəli 2023-cü il 31 yanvar tarixli elektron qaimələr göndərilmişdir. Göründüyü kimi, 1.942,54 manat əsas borc, 349,66 manat ƏDV borcu Cavabdeh tutularaq MMC-yə ödənilməli dir. Alqı-satqı müqaviləsi əsasında satılmış malın dəyəri 70132.00 manat (ƏDV daxil) olmuşdur. 2021-2022-ci illər ərzində bu məbləğin 67.839,80 manat (ƏDV daxil) hissəsini ödəmiş, lakin 2.292,20 manat (ƏDV daxil) hissəsi isə hələ də ödəməmişdir (1.942,54 manat əsas, 349,66 manat ƏDV borcu). İddiaçı MMC tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, Cavabdeh satılmış malın dəyəri üzrə, müqaviləyə uyğun olaraq elektron qaimə-fakturalar təqdim edilmişdir. Lakin Cavabdeh satılmış malların pulunu tam ödəməmişdir.

9. Cavabdeh də İddiaçı MMC-yə qarşı iddia ərizəsi, bundan sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2021-ci il 1 fevral tarixli 017/21 nömrəli yanacağın alğı-satqı müqavi ləsinin ləğv edilməsini, 11.075 manat borc, vəkilin göstərdiyi yardıma görə 320 manat xərc və 125 manat dövlət rüsumunun İddiaçı MMC-dən Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Həmin iddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC arasında bağlanmış 2021ci il 1 fevral tarixli yanacağın alğı-satqı müqaviləsi ilə satıcı İddiaçı MMC yanacağın alıcı Cavabdeh satışını, alıcı isə göstərilən yanacağın dəyərini qabaqcadan ödəməklə qəbul etməyi öz öhdələrinə götürmüşlər. Cavabdeh yanacağın dəyəri olan 67.839,80 manat (ƏDV daxil) məbləğində pulu müxtəlif tarixlərdə (2021-2022-ci illər ərzində) müqavilə şərtlərinə uyğun olaraq qabaqcadan satıcı İddiaçı MMC-nin bank hesabına köçürsə də, sonuncu müqavilə ilə üzərinə düşən öhdəliyi qismən icra etmiş, yanacağı alıcı ya qismən təhvil vermişdir. Belə ki, Cavabdeh 2022-ci il 27 iyul tarixində 339,2 manat, 2022-ci il 29 dekabr tarixində isə 11.075,85 manat pulu avans olaraq İddiaçı MMC-nin bank hesabına köçürsə də, həmin məbləğdə yanacaq alıcı Cavabdeh təhvil verilməmişdir. "xxxx" tərəfindən verilmiş bank hesabından çıxarışdan görünür ki, 2021-2022-ci illər ərzində Cavabdeh tərəfindən cəmi 67.839,80 manat (ƏDV daxil) pul İddiaçı MMC-nin bank hesabına köçürülmüşdür. Sonuncu dəfə 2022-ci il 27 iyul tarixində 339,2 manat, 2022-ci il 29 dekabr tarixində isə 11.075,85 manat pul əvvəlcədən İddiaçı MMC-nin bank hesabına köçürülmüş, lakin bunun müqabilində yanacaq Cavabdeh təhvil verilməmişdir.

11. İddiaçı MMC həmin iddiaya etiraz edərək bildirmişdir ki, Cavabdeh tərəfindən 2021-ci il 1 fevral tarixli alğı-satqı müqaviləsinə əsasən 70.131,99 manat məbləğində yanacaq alınmış, həmin məbləğdə də ona elektron qaimələr vurulmuşdur. Cavabdeh tərəfindən isə 70.131,99 manat puldan yalnız 67.839,8 manat ödəniş edilmişdir. EBCK 206400 nömrəli qaimə üzrə 2.072,19 manat, EBCN 968860 nömrəli qaimə üzrə 220 manat olmaqla, ümumi olaraq 2.292,19 manat məbləğində ödəniş edilməmiş olaraq qalmışdır. Qeyd edilənlər bank hesabından çıxarışlarla təsdiq edilir. Bunun nəticəsidir ki, İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC, həm də "xxxx" MMC-nin direktoru X2 ilə Cavabdeh arasında uzun illər işgüzar münasibətlər olmuşdur. Qeyd olunan iki şirkətlə Cavabdeh arasında, həmçinin sonuncunun arvadı Sevil Quliyeva və qızı Nərmin Quliyeva ilə müvafiq müqavilələr imzalanmışdır. Cavabd eh həm qızının, həm də arvadının adına açdığı VÖEN ilə cəmiyyətlərdən yanacaq və digər mallar (sürtkü yağları, ehtiyyat hissələri və sair) almış, xidmətlər göstərilmişdir. Hər üçünün şirkətlərdən aldığı mallara görə borcu qaldığı üçün onlara qarşı iddia qaldırılmışdır. Cavabdeh ərizəsində göstərmişdir ki, “müqavilədə qeyd olunan görə, ona ödəniş etdikdən sonra yanacaq verməli idi”. Tərəflər arasında uzun müddətli işgüzar münasibətlər və onların xahişi əsasında yanacaq onlara ödəniş etməzdən əvvəl göndərilmişdir. Belə ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqavilə üzrə bütün elektron qaimələr və ödəniş tapşırıqları qarşılaşdırıldıqda, Cavabdeh iddiasının əsassız olduğu, əksinə onun borcu olduğu müəyyən olunur. Sonuncunun bildirdikləri həqiqəti əks etdirmir, əksinə təqdim olunmuş s übutlar - elektron qaimə, bank hesabından çıxarışlarla təkzib edilir.

12. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 17 yanvar tarixli e-2-2(113)1405/2025 nömrəli qərardadı ilə Cavabdeh İddiaçı MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair e-2-2(113)-1405/2025 nömrəli iş, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair e-2-2(113)-386/2025 nömrəli işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.

13. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 5 mart tarixli e-2-2(113)-386/2025 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin iddiası təmin edilmiş, Cavabdeh alqı-satqı müqaviləsi üzrə ödənilməmiş ƏDV daxil 2.292,20 manat borc, hüquqi xidmət xərcinin əvəzi olaraq 250 manat və dövlət rüsumunun əvəzi olaraq 46 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edil miş, Cavabdeh İddiaçı MMC-yə qarşı "11.075 manat pul" tələbinə dair birləşdirilmiş iş üzrə iddiası rədd olunmuş, həmin iddia verilərkən ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilmişdir (hakim – G.Namazova).

14. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında 2021-ci il 1 fevral tarixli 017/21 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh yanacaq satılmışdır. Sonuncu alınmış yanacağa dair müəyyən qədər ödəniş etsə də, 2.292,20 manat ödənilməmiş borcu qalmışdır.

15. Cavabdeh isə etirazının və iddia ərizəsinin arqumentləri tam əsassız olmuş və sadəcə borcun ödənişindən yayınmasına xidmət etmişdir. Əvvəla, Cavabdeh tərəf bildirmişdir ki, “tərəflər arasında yanacağın satışına dair təhvil-təslim aktı olmalıdır, təhviltəslim aktı mövcud olmadığı üç ün yanacaq verilməmişdir və dəyəri də İddiaçı MMC tərəfindən tələb edilə bilməz”. Lakin Cavabdeh məhkəmənin “əvvəllər satılmış və tərəfindən dəyəri artıq ödənilmiş yanacağa dair təhvil-təslim aktları mövcud olubmu” sualına və mövcud olubsa, məhkəməyə təqdim edilməsi təklif olunsa da, Cavabdeh öz arqumentini təsdiq edəcək hər-hansı sübutu (tərəflər arasında işgüzar münasibətin məhz təhvil-təslim aktları əsasında formalaşmasını) məhkəməyə təqdim edə bilməmişdir.

16. İkincisi, Cavabdeh bildirmişdir ki, İddiaçı MMC-yə son olaraq 2022-ci il 29 dekabr tarixində 11.075,85 manat ödəniş edilmiş, lakin həmin ödənişin müqabilində yanacaq təhvil verilməmişdir”. İş materiallarından görünür ki, son ödənişdən sonra İddiaçı MMC tərəfindən Cavabdeh bir (2023-cü il 31 yanvar tarixli) e-qaimə göndərilmiş, hə min qaiməyə etiraz edilməmiş, ümumiyyətlə bütün qaimələr təsdiq olunmuşdur. Əgər həqiqətən də Cavabdeh bildirdiyi kimi – “qabaqcadan ödəniş olunurdu, sonra yanacaq verilirdi və son ödənişə dair İddiaçı MMC tərəfindən 11.075,85 manatlıq yanacaq verilməmişdirsə”, Cavabdeh iki ildən artıq müddət ərzində İddiaçı MMC-yə bununla bağlı hər-hansı tələbin (yanacağın verilməsi və ya pulun geri qaytarılması) göndərilməməsi və yalnız sonuncu tərəfindən məhkəməyə 2024-cü il 12 avqust tarixində (2.292,20 manat borcun tutulması barədə barədə) iddia ilə müraciət edildiyi tarixindən dörd ay sonra (2024-cü il 18 dekabr tarixində) 11.075,85 manat pulun qaytarılması ilə bağlı iddia qaldırılması bir daha da Cavabdeh bu cür arqumentinin tam əsasız olduğunu göstərmişdir. Beləliklə, Cavabdeh öz arqumentlərinin əsaslı olmasına dair hər-hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazın və iddia ərizəsinin arqumentlərinin əsaslı olmasına dair məhkəmədə daxili inamı yarada bilməmişdir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 425, 443.1, 568, 579.1, 600.1 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 14 aprel tarixli e-2-2(113)-386/2025 nömrəli əlavə qətnaməsi ilə Cavabdeh iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 2021-ci il 1 fevral tarixli 017/21 nömrəli yanacağın alqısatqı müqaviləsi 2025-ci il 7 yanvar tarixindən ləğv edilmiş hesab olunmuşdur (hakim – G.Namazova).

19. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh iddiası üzrə tərəflər arasında bağlanmış müqavilənin ləğvi xahiş olunsa da, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən həmin məsələ həll edilməmiş, alqı-satqı müqaviləsinin ləğvi tələbinə münasibət bildirilməmişdir.

20. İşdən göründüyü kimi, İddiaçı MMC tərəfindən Cavabdeh 2024-cü il 3 dekabr tarixli xəbərdarlıq məktubu göndərilərək tərəflər arasında bağlanmış 2021-ci il 1 fevral tarixli müqavilənin ləğv edilməsi və yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, məktub elektron qaydada 2024-cü il 7 dekabr tarixində elektron qaydada MMC-yə çatdırılmışdır.

21. Mülki qanunvericiliyin müddəalarının təhlili göstərir ki, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə, müqavilənin ləğv olunmuş sayılması və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə üç şərtdən biri mövcud olduqda ləğv oluna bilər: 1. tərəflərdən biri müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; 2. məcəllədə və ya 3. müqavilədə nəzərdə tutulduqda.

22. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 6.4-cü maddəsində razılaşdırılmışdır, tərəflər bir birlərini 1 ay əvvəlcədən yazılı şəkildə xəbərdarlıq etməklə müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdirlər. İşdə olan Cavabdeh tərəfindən İddiaçı MMC-yə göndərilən 2024-cü il 3 dekabr tarixli (2024-ci il 7 dekabr tarixində cavabdehə elektron qaydada çatdırılıb) xəbərdarlıq məktubundan görünür ki, 2021-ci il 1 fevral tarixli müqavilənin ləğv edilməsi və yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb edilmişdir. Buna görə də məhkəmə, müqavilədə nəzərdə tutulmuş “1 ay əvvəlcədən yazılı şəkildə xəbərdarlıq müddəti” (xəbərdarlığın İddiaçı MMC-yə çatdırıldığı 2024-ci il 7 dekabr tarixindən hesablanmaqla) nəzərə alaraq, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 2021-ci il 1 fevral tarixli yanacağın alqı-satqısı müqaviləsinin 2025-ci il 7 yanvar tarixindən ləğv olunmuş hesab edilməsi qənaətinə gəlmişdir.

23. Məhkəmə gəldiyi MM-in 385.1, 399.1, 421.1-421.3 və 442-ci maddələrinə, MPMin 229-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

24. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmaqla, onun iddiasının təmin edilməsi, İddiaçı MMC-nin iddiasının isə rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. Bakı Apellya siya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 13 iyun tarixli 2-2(103)-622/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – L.Əliyeva, hakimlər – Z.Şirinov və T.Mahmudova).

26. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı MMC-nin iddianın qanuni əsasını MM-in 567 və 597.1-ci maddələri, Cavabdeh iddiasının qanuni əsasını isə MM-in 599.3-cü maddəsi təşkil etmişdir. Məhkəmə tərəfindən araşdırılmalı olan mübahisəli alqısatqı müqaviləsi üzrə təqdim edilən yanacağın həcmi və dəyəri ilə bağlı olmuşdur.

27. Əvvəla, İddiaçı MMC tərəfindən Cavabdeh ƏDV daxil 70.132 manat məbləğində malların təqdim edilməsinə dair elektron qaimələr göndərilmiş, Cavabdeh tərəfindən isə onun üçün vergi öhdəlikləri yaradan həmin qaimələr düzəliş üçün qaytarılmamış və həmin qaimələrə başqa formada etiraz edilməmişdir.

28. İkincisi, “mallara dair təhvil-təslim aktlarının təqdim edilməməsi” barədə Cavabdeh arqumentlərinə münasibətdə kollegiya qeyd etmişdir ki, sonuncu cəmi 11.075 manat məbləğində ödənişin müqabilində cavabdeh tərəfindən yanacağın verilməsini inkar etsə də, yəni mübahisəli müqavilə üzrə tərəfindən edilmiş 67.839,8 manat məbləğində ümumi ödənişdən qalan 56.764,8 (67.839,8 - 11.075) manatının müqabilində yanacağın təqdim edilməsi faktını mübahisələndirməsə də, təqdim olunmasını qəbul etdiyi 56.764,8 manat məbləğində yanacaqla bağlı təhvil-təslim aktlarını məhkəməyə təqdim etməmişdir. Göstərilən hal isə ona dəlalət etmişdir ki, tərəflər arasında malların təqdim edilməsini n təhvil-təslim aktları imzalanmadan elektron qaimələr göndərilməklə rəsmiləşdirilməsi barədə işgüzar münasibət formalaşmışdır. 29. “Müqavilənin şərtlərinə əsasən mallara görə qabaqcadan ödəniş edilməli olması” barədə dəlillərə gəldikdə qeyd olunmuşdur ki, iş materiallarında olan elektron qaimələri və ödənişləri müqayisə etdikdə müqavilə üzrə ödənişlərin əksər hallarda elektron qaimələr göndərildikdən, yəni mallar təqdim olunduqdan sonra edildiyi müəyyən olunmuşdur. Digər tərəfdən hesabdan çıxarışdan görünür ki, Cavabdeh istinad etdiyi cəmi 11.075 manat məbləğində son iki ödənişin təyinatında avans olduğu qeyd olunmamışdır.

30. Bununla yanaşı, 11.075 manat məbləğində ödəniş edildiyi tarixə Cavabdeh İddiaçı MMC-yə elektron qaimələr üzrə həmin məbləğdən daha artıq məbləğdə borcu mövcud olmuş dur. Odur ki, təqdim edilmiş elektron qaimələr üzrə borc mövcud olduğu halda, məhkəmə Cavabdeh 11.075 manat pulu avans olaraq ödəməsini ağlabatan hesab etməmişdir.

31. Hazırkı iş üzrə müqavilədə qabaqcadan ödəniş barədə şərtin mövcudluğu 11.075 manat məbləğində ödənişin avans olması barədə qənaətə gəlmək üçün yetərli əsas hesab edilə bilməz.

32. Beləliklə, işin materiallarında olan sübutların məcmusu ilə (elektron qaimələr, həmin qaimələr üzrə qismən ödənişlər) İddiaçı MMC tərəfindən Cavabdeh ƏDV daxil 70.132 manat məbləğində yanacaq təqdim edilməsi öz təsdiqini tapmışdır. Belə olan halda, həmin yanacağın müqabilində Cavabdeh tərəfindən cəmi 67.839,80 manat ödəniş edildiyini nəzərə alan kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

33. Apellyasiya məhkəməsi gə ldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 567, 598.1, 599.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarına, MPM-in 77.1 maddələrinə istinad etməklə əsaslandırmışdır.

34. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmaqla, onun iddiasının təmin edilməsi, İddiaçı MMC-nin iddiasının isə rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. Kassatorun şikayətində göstərdiyi dəlillər o nun apellyasiya şikayətinin dəlilləri ilə tam eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. II. Kassasiya baxışının hədləri

37. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. Tətbiq edilən hüquq

39. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün on un iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil ald ıqdan sonra ödəməlidir....” “Maddə

599. Alınan əşyaların qabaqcadan ödənilməsi... 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər....”

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndiril məmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir....”

41. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etira zlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şika yətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. Kassasiya instansiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Cavabdeh kassasiya şikayətinin maddi hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlillərini təşkil etmişdir. Məhkəmə kollegiyası iddia tələbi və şikayətin həmin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır, həmin qiymətləndirmənin təkrarən qeyd edilməsinə zərurət görmür.

43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mübahisəli hüquq münasibətinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. 44. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti n əticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

46. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 13 iyun tarixli 2-2(103)-622/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar