Məhkəmə qərarları › İş №2-2(102)-645/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-645/2024

11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-645/2024 11.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı ilkin və qarşılıqlı iddialara dair iş üzrə QƏRARİ Açar sözlər: Lizinq müqaviləsi, lizinq ödənişləri, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, ilk iddiaçının cavabdehə qarşı “borcun ödənilməsi” tələbinə dair ilk iddiası, qarşılıqlı iddiaçının cavabdehə qarşı “ödənilmiş pulun geri qaytarılması” tələbinə dair qarşılıqlı iddiasına dair iş üzrə Bakı Apellyas iya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 iyul tarixli 2-2(103)-563/2024 nömrəli qətnaməsindən ilk iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh ASC arasında 2010-cu il 17 may tarixli 04LA/10 nömrəli və 2014-cü il 7 iyul tarixli 09-LA/14 nömrəli lizinq müqavilələri bağlanmışdır. 2. 2010-cü il 17 may tarixli 04-LA/10 nömrəli müqavilənin 1.1-ci bəndi ilə lizinq verən qiyməti 1.162.500 manat olan bu müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən, tutumu 2.000 ton olan soyuducu kameranı dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanin mülkiyyətinə verilməsi şərti ilə 9 il müddətinə lizinqə verməyi öhdəsinə götürmüşdür. 3. 2014-cü il 7 iyul tarixli 09-LA/14 nömrəli müqavilənin 1.1-ci bəndi ilə lizinq verən qiyməti 73.100 manat olan bu müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən, tutumu 2.000 ton olan soyuducu kamera üçün əlavə avadanlıqların dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanin mülkiyyətinə verilməsi şərti ilə 9 il müddətinə lizinqə verməyi öhdəsinə götürmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 2023-cü il 4 dekabr tarixində cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - 2010-cu il 17 may tarixli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 2023-cü il 31 iyul tarixinə hesablanmış 1.036.400 manat gecik dirilmiş borc və hesablanmış 3.229.750,50 manat cərimə borcunun; - 2014-cü il 7 iyul tarixli müqavilə üzrə maliyyə arayışının tərtib olunduğu 2023-cü il 31 iyul tarixinə hesablanmış 65.790 manat gecikdirilmiş borcun və hesablanmış 93.932,10 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat, 400 manat mediasiyaya dair xərc olmaqla, cəmi 4.426.772,60 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanmış 2010-cu il 17 may və 2014-cü il 7 iyul tarixli müqavilələrə əsasən borclu (lizinq alan) lizinq obyektlərini lizinqə götürmüş, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tər tib edildiyi 2023-cü il 31 iyul tarixinə 2010-cu il 17 may tarixli müqavilə üzrə 1.036.400,00 manat gecikdirilmiş borcu və 3.229.750,50 manat cərimə borcu, 2014-cü il 7 iyul tarixli müqavilə üzrə isə 65.790 manat gecikdirilmiş borcu və hesablanmış 93.932,10 manat cərimə borcu yaranmışdır

6. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 127.310,00 manat pul və ödənilmiş 417,00 manat dövlət rüsumu olmaqla, ümumilikdə 127.727,00 manat pulun iddiaçıdan tutularaq cavabdehin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Eyni zamanda, cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək, 2010-cu il 17 may tarixli müqavilə üzrə iddia müddətinin keçdiyini bildirmiş və həmin müqavilə üzrə iddianın rədd olunmasını xahi ş etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 18 mart tarixli e-2-2(113)-654/2024 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, 2014-cü il 7 iyul tarixli müqaviləyə əsasən əsas borc üzrə 65.790 manat, cərimə borcu üzrə 3.300 manat olmaqla, cəmi 69.090 manat pul, mediasiya xərcinin əvəzi olaraq 400 manat və hüquqi yardımın göstərilməsinə görə çəkilmiş xərcin əvəzi olaraq 500 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, ilk iddia qalan hissədə təmin olunmamış, qarşılıqlı iddia rədd edilmişdir (hakim – K.Hüseynov).

9. Məhkəmə ilk iddianın 2010-cu il 17 may tarixli müqavilə üzrə hesablanmış 1.036.400 manat gecikdirilmiş borc və hesablanmış 3.229.750,50 manat cərimə borcunun tələb olunması hissəsi ilə bağlı qeyd etmişdir ki, 2010-cu il 21 may tarixli t əhvil-təslim aktından 2010-cu il 17 may tarixli lizinq müqaviləsinə uyğun olaraq Qazax şəhərində yerləşən, həcmi 2.000 ton olan soyuducu kameranın cavabdehə təhvil verildiyi müəyyən olunmuşdur. 2023-cü il 31 iyul tarixli maliyyə arayışı və hesabdan çıxarışdan görünür ki, 2010-cu il 17 may tarixli müqavilə üzrə cavabdeh tərəfindən cəmi 126.100 manat ödəniş edilmiş və əsas borc üzrə 1.036.400 manat borcu qalmışdır.

10. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq, 2010-cu il 17 may tarixli müqavilənin müddətinin 2019-cu il 17 may tarixində bitdiyini, iddia müddətinin keçdiyini bildirmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 2010-cu il 17 may tarixli müqavilənin ödəniş qrafikindən (əlavə 2) görünür ki, qeyd edilən müqavilənin müddəti 2020-ci ilin yanvar ayında artıq bitmişdir. Ona görə də həmin tarixdən iddia müddətinin axımı başlamışdır. Belə olan halda, iddiaçı tərəf qeyd olunan müqavilə üzrə borcun ödənilməsi tələbi üzrə məhkəməyə 2023-cü ilin yanvar ayınadək müraciət etməli idi. İlkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, mediasiya tətbiqi barədə təklifin tarixi 2023-cü il 10 oktyabr tarixinə aiddir. Göründüyü kimi, qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti 10 aydan da, çox ötürülmüşdür.

12. İddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 373-cü maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə MM-in 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımı nın dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim olunmadığını və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq, məhkəmə iddia müddətinin keçməsi səbəbindən ilkin iddianın 2010-cu il 17 may tarixli müqavilə üzrə 1.036.400 manat, gecikdirilmiş borcun və hesablanmış 3.229.750,50 manat cərimə borcunun tələb olunması hissəsində rədd edilməsi qənaətinə gəlmişdir.

13. Məhkəmə ilk iddianın 2014-cü il 7 iyul tarixli müqavilə üzrə 65.790 manat gecikdirilmiş borcun və hesablanmış 93.932,10 manat cərimə borcunun tələb olunması ilə bağlı qeyd etmişdir ki, “X1 L.L.P” şirkətinin (təhvil verən) nümayəndəsinin imzası, Aqrolizinq” ASC-nin mütəxəssisinin, cavabdehin (təhvil alan) nümayəndəsinin imzaları və hüquqi şəxslərin möhürü ilə təsdiq edilmiş 2013-cü il 2 noyabr tarixli təhvil-təslim aktına əsasən, Qazax rayonunda cavabdehə məxsus ərazidə quraşdırılmış tutumu 2.000 ton olan soyuducu kamera üçün "xxxx" ASC-nin “X1 L.L.P” şirkəti ilə bağlamış olduğu 2013-cü il 8 iyul tarixli 38/13 nömrəli müqavilə əsasında gətirilmiş əlavə avadanlıq hissələri cavabdehə məxsus ərazidə tutumu 2.000 ton olan soyuducu kameralara quraşıdırılaraq tam komplekt vəziyyətdə çatdırılmışdır.

14. Məhkəmə 2014-cü il 7 iyul tarixli müqavilə üzrə lizinq obyektinin dəyərinin 73.100 manat, cavabdeh tərəfindən 7.310 manat məbləğində əvvəlcədən ödəniş edildiyini nəzərə alaraq və iş materiallarına əlavə olunmuş ödəniş qrafiki, maliyyə arayışı, hesabdan çıxarışı müqayisəli şəkildə tədqiq edərək, cavabdehin 65.790 manat ödənilməmiş borcu qaldığı və həmin borcun cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir. 15. 2014-cü il 7 iyul tarixli müqavilə üzrə dəbbə pulu tələbi ilə bağlı məhkəmə 65.790 manat əsas borca münasibətdə 3.300 manat dəbbə pulunun daha ağlabatan və ədalətli olması qənaətinə gəlmişdir.

16. Məhkəmə qarşılıqlı iddiaçının 127.310 manat pulun geri qaytarılması tələbini əsassız hesab etmişdir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 372, 373.3, 375.2, 425, 462.1, 467, 747.1, 748-1.12 və 748-1.12.4-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun q ismən – “2010-cu il 17 may tarixli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 2023-cü il 31 iyul tarixinə hesablanmış 1.036.400 manat gecikdirilmiş borc və hesablanmış 3.229.750,50 manat cərimə borcunun təmin olunmayan” hissəsində ləğv edilməsi və həmin hissədə iddianın tam təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 iyul tarixli 2-2(103)-563/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – Z.Şirinov və V.Baxışova).

20. Məhkəmə aktını qismən – 2010-cu il 17 may tarixli müqavilə üzrə iddianın rədd edilmiş hissəsində yoxlayan apellyasiya məhkəməsi b irinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, cavabdehin 2010-cu il 17 may tarixli lizinq müqaviləsi üzrə iddiaçıya 1.036.400 manat ödənilməmiş borcunun qaldığı və bu mənada iddia tələbinin əsaslı hesab edilməsi qənaətinə gəlmişdir.

21. Həmçinin kollegiya birinci instansiya məhkəməsinin sözügedən müqavilə üzrə iddia müddətinin ötməsinə dair mövqeyi (bax §§ 10-12) ilə də razılaşmış və əlavə olaraq göstərmişdir ki, tərəflər arasında iki ayrı-ayrı müqavilələr bağlanmış, müqavilələrin predmetini müxtəlif əmlaklar təşkil etmiş, hər bir müqavilə üzrə öhdəliklər və icra müddətləri müəyyən olunmuşdur. Mülki qanunvericilikdə də təsbit edilmişdir ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Ona görə də, həmin müqavilələrin bir m üqavilə kimi qiymətləndirilməsi və iddia müddətinin 2014-cü il 7 iyul tarixli müqaviləyə əsasən hesablanması barədə dəlillər əsasız olması qənaətinə gəlmişdir. Kollegiya iş üzrə 6 illik iddia müddətinin tətbiq edilməsi barədə dəlillərin də əsasız olması qənaətinə gəlmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Lizinq obyekti olan soyuducu kamera daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayıb və daşınmaz əmlak hesab edilmir. Həmçinin tərəflər arasında müqavilə münasibətləri olduğuna görə və hazırkı mübahisənin predmeti lizinq obyektinin geri qaytarılması deyil, müqavilə üzrə pulun ödənilməsi təşkil etdiyinə görə iddiaçı tərəfindən “mülkiyyətçinin hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə iddia müddətinin tətbiq olunmaması”na istinad edilməsi əsassız olmuşdur. Belə ki, həmin məsələni tənzimləyən MM-in 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələblərə deyil, əşya hüququndan irəli gələn tələblərə aiddir.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 139.1, 372, 373.2, 375.2, 377.2, 380.1, 384.0, 384.0.4 və 747.1-ci, MPM-in 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, onun ləğv olunmaqla, ilk iddianın təmin edilməsi və ya işin yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. MM-in 384.0.4-cü maddəsi üzrə - Hazırkı münasibətlərə iddia müddətləri tətbiq oluna bilməz. Lizinq müqavilələrinin predmeti olan lizinq obyekti - soyuducu kamera və soyuducu kamera üçün nəzərdə tutulmuş və quraşdırılmış əlavə avadanlıqlar iddiaçının mülkiyyətindədir. İddia tələbi iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın istifadəsinə görə yaranmış öhdəliklərin əsasında cavabdehdən pulun tutularaq iddiaçıya ödənilməsi ilə bağlıdır. Bu halda isə iddia müddətləri tətbiq edilməməlidir.

25. MM-in 135.9 və 377.2-ci maddələri üzrə - İddia tələbindən də göründüyü kimi, cavabdehlə iddiaçı arasınd a lizinq münasibətləri 2 müqavilə - 2010-cu il 17 may və 2014cü il 7 iyul tarixli müqavilələr əsasında yaranmışdır. 2010-cu il 17 may tarixli müqaviləyə əsasən cavabdehə soyuducu kamera, 2014-cü il 7 iyul tarixli müqaviləyə əsasən isə həmin soyuducu kamera üçün nəzərdə tutulmuş və quraşdırılmış əlavə avadanlıqlar lizinqə verilmişdir. Birinci müqavilə ilə verilmiş soyuducu ilə ikinci müqavilə əsasında verilmiş əlavə avadanlıqlar birlikdə vahid mürəkkəb daşınmaz əmlakı təşkil edir. Buna görə də iddiaçı ilə cavabdeh arasında olan münasibətlərə hər 2 müqavilənin kontekstində baxılmalıdır. İddiaçı ilə cavabdeh arasında sözügedən münasibət 2010-cu il 17 may tarixli müqavilənin bağlanması ilə başlasa da, 2014-cü il 7 iyul tarixli müqavilə ilə tamamlanmışdır. Bu səbəbdən, iddia müddətinin axımı 20 14-cü il 7 iyul tarixli müqavilənin əsasında hesablanmalı idi. Məhkəmə iddia müddətini hesablayarkən, tərəflər arasında lizinq münasibətlərinin mərhələli şəkildə yaranmasını və lizinqə verilmiş əşyaların ayrıayrılıqda istifadəyə yararlı olmadığını, yalnız birlikdə faydalanmaq mümkün olduğunu nəzərə almamışdır.

26. MM-in 135.4 və 373.2-ci maddələri üzrə - 2010-cu il 17 may və 2014-cü il 7 iyul tarixli müqavilələr üzrə cavabdehə lizinqə verilmiş soyuducu kamera və soyuducu kamera üçün nəzərdə tutulmuş və quraşdırılmış əlavə avadanlıqlar birlikdə vahid tam təşkil etməklə, təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan daşınmaz əşyadır. Bu səbəbdən, məhkəmə əgər iddia müddəti tətbiq etməli idisə də, üç illik deyil, altı illik iddia müddətini tətbiq etməli idi.

27. Tərəflər arasında bağlanmış 2010-cu il 17 may və 2014-cü il 7 iyul tarixli müqavilələrin 9-cu bəndi üzrə - Sözügedən müqavilələrin 9-cu bəndində göstərilir ki, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. Məhkəmələr tərəfindən işə baxılarkən, iddia müddətinin hesablanması zamanı sözügedən bəndin də tələbləri nəzərə alınmamışdır.

28. MPM-in 77.1-ci maddələri üzrə - İddiaçı tərəfindən 2023-cü il 31 iyul tarixinə 2010-cu il 17 may tarixli müqavilə üzrə 1.036.400,00 manat gecikdirilmiş borc və 3.229.750,50 manat cərimə borcu, 2014-cü il 7 iyul tarixli müqavilə üzrə isə 65.790 manat gecikdirilmiş borc və 93.932,10 manat cərimə borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməli olması tam sübuta yetirilm iş, lakin cavabdeh tərəfindən iddia müddətinin keçməsinin qanuni əsası ola biləcək hallar məhkəməyə təqdim edilməmiş və sübuta yetirilməmişdir. Buna baxmayaraq, məhkəmə əsassız olaraq, iddia müddətinin keçməsi ilə əlaqədar olaraq, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəmə aktını qismən yoxlamış, hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, s ervitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır....” “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.” “Maddə

375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia mü ddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

377. İddia müddətinin başlanması... 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə

380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir....” “Maddə

384. İddia müddətinin şamil edilmədiyi tələblər 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir:... 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə;...” “Maddə

747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....”

33. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlar a obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədləri ndən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

35. Lizinq müqaviləsinin müqavilə üzrə öhdəliklər tam yerinə yetirilənədək qüvvədə olmasına (müqavilələrin 9-cu bəndi) dair dəlillə əlaqədar qeyd olunur ki, MM-in 377.2-ci maddəsinin (bax § 32) tələbinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından isə məlum olur ki, 2010-cu il 17 may tarixli 04-LA/10 nömrəli müqavilənin müddəti 2020-ci ilin yanvar ayında artıq bitmiş, həmin müddətdən sonra cavabdeh tərəfindən hər hansı ödəniş edilməmiş, borcu etiraf e dən məktub göndərilməmiş və ya üzləşmə aktı tərtib edilməmişdir. Ona görə də 2020-ci ilin yanvar ayından iddia müddətinin axımı başlamışdır. İddiaçı isə mediasiya tətbiqi barədə təklifini 2023-cü il 10 oktyabr tarixində verdiyindən müqavilə tələbləri üzrə 3 illik iddia müddəti 10 aydan da çox ötürülmüşdür.

36. Məhkəmə kollegiyası MM-in 377.2-ci maddəsinə istinadən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur.

37. Cavabdeh tərəfindən iddia müddətinin keçməsinin qanuni əsası ola biləcək halların məhkəməyə təqdim edilməməsinə və sübuta yetirilməməsinə dair dəlillə bağlı qeyd olunur ki, iş materiallarında olan cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsində (i/v 110-111) cavabdeh tərəfin iddia müddətinin ötməsi ilə bağlı öz dəlillərini əsaslandır dığı görünür. İddiaçı isə iddia müddətinin ötürülməsinə dair məhkəmənin gəldiyi nəticənin qanunsuz və əsassız olduğunu əsaslandıra bilməmişdir.

38. Kassasiya şikayətində göstərilən digər dəlillərlə məzmun etibarilə oxşar olan dəlillər iş materiallarından görünür ki, apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.

39. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

40. Məhkəmə kollegiyası həmin nəticə ilə və məhkəmənin əsaslandırması ilə razılaşdığından kassasiya şikayətinin digər dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 33) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 33) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

41. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 iyul tarixli 2-2(103)-563/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İlk iddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü i l 11 iyul tarixli 22(103)-563/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar