Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-65/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı “xxxx” MMC-in Cavabdeh MMC-ə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş 26.491,71 avro məbləğində zərərin ödənilməsinə dair iş üzrə QƏRAR Açar sözlər: zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlundan və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Nəcəfzadə Nigar Zəfər qızının, İddiaçı “xxxx” MMC-in vəkili xxx oğlunun, Cavabdeh MMC-in vəkili Vəkil1 iştirakı ilə, Cavabdeh MMC tərəfindən Şəki Apellyasiya Məhkəmə sinin Kommersiya Kollegiyasının 2020-ci il 10 sentyabr tarixli 2-2(107)-29/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. “xxxx” MMC tərəfindən xxx şirkətindən alınmış malların İtaliyadan Azərbaycan Respublikasına gətirilməsi məqsədilə sifarişçi “xxxx” MMC ilə ekspeditor Cavabdeh MMC arasında beynəlxalq nəqliyyat yük daşımasının təşkili haqqında 2016-cı il xxx tarixli SİS/xxxx xxx nömrəli müqavilə bağlanmışdır.
2. Müqavilənin 2.1.11-ci bəndinə əsasən yükün itirilməsi və ya məhv olunması halında onun dəyərini (real zərər), habelə sifarişçinin hüququnun pozulmadığı və ekspeditorun öz öhdəliklərini yerinə yetirdiyi halda sifarişçinin əldə edəcəyi gəlirləri (əldən çıxmış fayda), habelə bu gecikmə nəticəsində üçüncü şəxslərin sifar işçiyə tam həcmdə və 30 gün müddətində ödəmək, 2.1.13-cü bəndinə əsasən xidmətin göstərilməsi zamanı, habelə bu müqavilədən və ona əlavələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi zamanı sifarişçiyə vurduğu ziyanı tam ödəmək ekspeditorun vəzifəsidir.
3. Müqavilənin 4.2-ci bəndinə əsasən hazırki müqavilənin şərtlərinin lazımi qaydada yerinə yetirilməməsi nəticəsində tərəflərin hər hansı birinin ucbatından dəyən ziyanı digər tərəf, vurulmuş ziyanın müəyyən olunmuş miqdarında tam həcmdə və vaxtında ödəməlidir; həmin zərər üçüncü şəxslərin ucbatından yaranarsa, həmin şəxslə əlaqəsi olan tərəf ziyanın bu şəxs tərəfindən ödənilməsini təmin etməlidir. 4. 2016-cı il xxx tarixli SİS/xxxx xxx nömrəli beynəlxalq nəqliyyat yük daşımasının təşkili haqqında müqaviləyə 2016-cı il xxx tarixli əlavə də qeyd olunan və ümumi 26.287,42 avro invoys dəyəri olan mallar ekspeditor tərəfindən daşınan zaman oğurlanmış və sonuncu beynəlxalq nəqliyyat xidmətlərinin yerinə yetirilməsi zamanı yükün itirilməsi haqqında 2017-ci il xxx tarixli məlumatla sifarişçiyə müraciət edərək bildirmişdir ki, maddi məsuliyyət Cavabdeh MMC-in üzərinə düşməklə, malın invoys dəyəri OAO “xxx” sığorta şirkəti tərəfindən ödənilməsi gözlənilən sığorta məbləği hesabına ödəniləcəkdir.
5. İcraçı Cavabdeh MMC tərəfindən İtaliyadan gətirilib sifarişçi “xxxx” MMC-ə təhvil veriləcək ümumi dəyəri 26.287.42 avro olan (hər birinin dəyəri 63,75 avro olan 135 ədəd perlite for defender (11,34 kq), hər birinin dəyəri 650,25 avro olan 25 ədəd detergent for defender, dəyəri 646,80 avro olan fotomet case md 200 3 in 1, dəyəri 238 avro olan 1 ədəd SD PH 2-14 Ph* 194800, hər birinin dəyəri 26,6 avro olan 8 ədəd Fotom DPDİ 100 tablets, hər birinin 29,89 avro olan 8 ədəd R108-F100 PC. Pack. DPD 3 Photom.SP.P və hər birinin dəyəri 44,10 avro olan 2 ədəd R 175.500 PC. Pack Red PH Photom SP.P) malların 2016-cı il xxx tarixində naməlum səbəblərdən oğurlanması, habelə sifarişçi tərəfindən ödənilən malların alınması üçün 26.287,42 avro, bank xərcləri üçün 204,29 avro olmaqla ümumilikdə 26.491,71 avro vəsaitin gələcəkdə sifarişçi tərəfindən icraçıya təqdim olunacaq rəsmi iddia məbləği olacağı barədə tərəflər razılığa gəlmiş, 2017-ci il xxx tarixli akt tərtib edilərək tərəflərin imza və möhürləri ilə təsdiq olunmuşdur.
6. İddiaçı malların itirilməsi ilə bağlı ona dəymiş 26.491,71 avro məbləğində zərərin ödənilməsi ilə bağlı cavabde hə müraciət etmiş, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək zərəri ödəmədiyindən tərəflər arasında hazırki məhkəmə mübahisəsi yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı “xxxx” MMC Cavabdeh MMC-ə qarşı 2016-cı il xxx tarixli SİS/xxxx xxx nömrəli müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin, cəmi 26.491,71 avro məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir.
8. İddiaçı 2020-ci il 19 fevral tarixində elektron kabinet vasitəsilə iş üzrə iddianı təmin etmə tədbiri görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-in Bank ASC-də olan AZxxx nömrəli hesabında olan 26.491,71 avro məbləğin də pul vəsaitinin (və ya bu məbləğdə olan AZN və ya ABŞ dolları ) üzərinə həbs qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
9. Şəki Kommersiya Məhkəməsinin 2020-ci il 19 fevral tarixli, 2-2(117)-23/2020 saylı qərardadı ilə iddiaçı “xxxx” MMC-in Cavabdeh MMC-ə qarşı “2016-cı il xxx tarixli SİS/xxxxxxx nömrəli müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin, cəmi 26.491,71 avro məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş üzrə iddianın təmin etmə tədbirinin görülməsi barədə iddiaçı “xxxx” MMC-in ərizəsi rədd olunmuşdur.
10. Şəki Kommersiya Məhkəməsinin 2020-ci il 10 mart tarixli, 2-2(117)-23/2020 saylı qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin 2020-ci il 19 fevral tarixli e-2-2(117)-23/2020 nömrəli qərardadı ləğv olunmuş, iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Cavabdeh MMC-in Bank ASC-də AZxxx nömrəli hesabında olan 26.491,71 avro həcmində pul vəsaitinin üzərinə həbs qoyulmuşdur.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə İtaliyanın xxx şirkəti arasında 2016-cı il xxx tarixində xxx nömrəli və 2016-cı il xxx tarixində xxx nömrəli müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən şirkətin istifadəsi üçün lazım olan məhsul və avadanlıqların alqı-satqısı razılaşdırılmışdır. Bu məhsulların ümumi dəyəri 26.287,42 avro təşkil etmişdir. Belə ki, 2016-cı il xxx tarixində avans olaraq “Bank” vasitəsilə (xaricə ödəniş 341) 24.862,50 avro, bank xidməti haqqı 106,18 manat, 2016-cı il 3 noyabr tarixində isə qalan məbləğ 1.424,92 avro, 64,15 manat bank xidməti haqqı ödənilmişdir. Bu məhsulların İtaliyadan satıcı şirkət olan xxx-ın anbarından Azərbaycana gətirilməsi üçün Cavabdeh MMC ilə “xxxx” MMC arasında 2016-cı il xxx tarixli SİS/xxxx xxx nömrəli müqavilə bağlanmışdır. Lakin 2017-ci il xxx tarixində Cavabdeh MMC “xxxx” MMC-ə Beynəlxalq nəqliyyat xidmətinin yerinə yetirilməsi zamanı yükün itirilməsi haqqında məlumat verərək cəmiyyətə məxsus olan yükün itirilməsi haqqında məlumat verərək cəmiyyətə məxsus olan yükün oğurlanmasını bildirmişdir. Beləliklə, “xxxx” MMC ilə Cavabdeh MMC arasında bağlanmış müqavilənin öhdəlikləri Cavabdeh MMC tərəfindən pozularaq yerinə yetirilməmişdir və “xxxx” MMC sifariş etmiş olduğu məhsullardan təqsiri olmadan məhrum olmuşdur. Eyni zamanda, Cavabdeh MMC-in müqavilədən irəli gələn öhdəlikləri icra etməməsi səbəbindən “xxxx” MMC maddi ziyana məruz qalmışdır. Məlumat məktubuna cavab olaraq 2017-ci il xxx tarixində xxx nömrəli iddia məktubu ilə cəmiyyət tərəfindən Cavabdeh MMC-ə müraciət olunmuşdur. İddia məktubuna əsasən Cavabdeh MMC-dən dəymiş ziyanın ödənilməsi ilə bağlı qarşılıqlı akt tərtib olunması tələb edilmiş, tələbdə “xxxx”na dəymiş ziyanın 26.287,42 avro, bank xərcləri üçün ödənilən 204,29 avro aktla qarşılıqlı olaraq təsdiqlənməsi və ən geci 3 ay müddətində Cavabdeh MMC tərəfindən “xxxx”na ödənilməsi göstərilmişdir. 2017-ci il 26 yanvar tarixində “xxxx” MMC ilə Cavabdeh MMC arasında 2016-cı il xxx tarixli SİS/xxxx xxx nömrəli müqavilənin şərtlərinin pozulması və maddi ziyanın ödənilməsi haqqında qarşılıqlı akt imzalanmışdır. Bu akta əsasən razılaşdırılmışdır ki, “xxxx” MMC cəmi 26.491,71 avro məbləğində ziy ana məruz qalmışdır. Cavabdeh MMC bu məbləğin gələcəkdə rəsmi iddia məbləği olacağını aktdakı imzası ilə təsdiq etmişdir. “xxxx” MMC ilə Cavabdeh MMC arasında bağlanmış müqaviləyə uyğun olaraq Cavabdeh MMC yük daşıyıcısı fəaliyyət göstərir. Cavabdeh MMC iddia tələbini qəbul etmiş, lakin “xxxx” MMC-ə 2017-ci il xxx tarixli məktub ünvanlayaraq, yükün invoys dəyərinin OAO “xxxx” Sığorta Şirkəti tərəfindən ödənilməsi gözlənilən sığorta məbləği hesabına ödəniləcəyini göstərmişdir. Buna baxmayaraq, bu vaxta qədər həmin məbləğin ödənilməməsini görüb, cəmiyyət tərəfindən cavabdehə təkrarən müraciət olunmuş və cavabdeh bu dəfə də 2019-cu il xxx tarixli xxx saylı məktubla iddianı etiraf edərək, cəmiyyətə ödənilməli olan məbləği yalnız 36 ay müddətinə ödənilməsinin mümkün olmasını bildirmişdir. Yəni, cavabdehin borcu etiraf etməsini göstərən hərəkətləri ilə artıq iddia müddətinin axımı kəsilmişdir. Cəmiyyətə məxsus mal Cavabdeh MMC tərəfindən sığorta olunmuş və daşınan malın itirilməsindən sonra cavabdeh sığorta şirkətini məhkəməyə verərək, malın itirilməsinə görə sığorta ödənişini almışdır. Buna baxmayaraq, cavabdeh onlara dəymiş zərəri ödəməmiş, almış olduğu sığorta məbləğini də mənimsəmişdir. Beləliklə də, 2016-cı il xxx tarixli SİS/xxxx xxx nömrəli müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən daşınan malın itirilməsində məsuliyyət daşıyıcı olaraq Cavabdeh MMC-in üzərinə düşdüyünə görə Cavabdeh MMC itirilmiş malın dəyərini tam ödəməlidir. Yəni, cavabdeh tərəfindən daşınan malın dəyəri olan 26.491,71 avro məbləğində pul vəsaiti Cavabdeh MMC-dən alınaraq, “xxxx” MMC-ə ödənilməlidir.
12. Şəki Kommersiya Məhkəməsinin 2020-ci il 19 may tarixli, 2-2(117)-23/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MMC-dən 26.491,71 avro pul məbləği ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun Azərbaycan manatı ilə tutularaq “xxxx” MMC-ə ödənilmişdir (hakim-Rüfət Məcidov).
13. Məhkəmə hesab etmişdir ki, iddiaçı ona məxsus malların itirilməsindən ekspeditor Cavabdeh MMC-in 2017-ci il xxx tarixli məktubu ilə məlumatlanmış və iddia müddətini ötürmədən 2017-ci il 7 avqust tarixində və 2019-cu il 25 iyun tarixində iddia ərizələri ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və tərəflər arasında 2017-ci il xxx, 2018-ci il xxx və 2019-cu il xxx tarixlərində baş tutmuş yazışmalar borcun etirafı olaraq iddia müddətinin axımını kəsmişdir. Azərbaycan Re spublikasının Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 380-cı maddəsinin tələblərinə əsasən iddia müddəti ötürülmədiyindən iddia müddəti cavabdehin ərizəsi əsasında tətbiq oluna bilməz.
14. Bu məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçı “xxxx” MMC məhkəməyə müraciət etməzdən əvvəl 2019-cu il xxx tarixli xxx nömrəli pretenziya məktubu ilə cavabdehin qeydiyyat ünvanı üzrə müraciət etmiş və sonuncunun ünvanı üzrə 2019-cu il xxx tarixində pretenziya məktubu alınmışdır. Buradan isə görünür ki, iddiaçı məhkəməyə müraciət etmədən əvvəl pretenziya qaydasına riayət etmiş və bu səbəbdən də iddianın baxılmamış saxlanılması üçün əsas yoxdur. Cavabdehin qeydiyyat ünvanı üzrə isə yazışmaları alan şəxs tərəfindən cavabdehin rəhbərliyinin məlumatlandırılmamasına görə isə məhz cavabdehin özü məsuli yyət daşıyır.
15. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 377.1, 380.1, 380.2, 861.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
16. Cavabdeh 2020-ci il 23 iyun tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat
17. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 sentyabr tarixli e-2-2(107)-29/2020 saylı qətnaməsi ilə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Kommersiya Məhkəməsinin 2020-ci il 19 may tarixli, 2-2(117)23/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – G.Abbasov, hakimlər – M.Hüseynov və E.Hüseynov).
18. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır (bax yuxarıda §§13-15).
19. Məhkəmənin qətnaməsi tərəflərə 2020-ci il 15 sentyabr tarixində göndərilmiş və Cavabdeh MMC-in kassasiya şikayəti 2020-ci il 18 sentyabr tarixində Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur.
20. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin tamamilə ləğv olunmasını və iddiaçının iddiasının təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
21. Mübahisə predmeti olan yükün itməsi 2016-cı ilin dekabr ında onlardan asılı olmayan səbəblər, üçüncü şəxslərin cinayətkar əməlləri ilə yükün oğurlanması nəticəsində baş vermişdir.
22. Buna görə də burada onların təqsiri olmadığı və daşıyıcını seçərkən tam vicdanlılıq nümayiş etdirdikləri üçün itmiş yükə görə məsuliyyət daşımalı deyillər.
23. Daşıyıcının məsuliyyətinin Rusiyanın aparıcı sığorta şirkətlərindən olan OAO “xxx” tərəfindən sığorta olunması, yükün itməsindən sonra iddiaçının deyil, məhz onların Rusiyanın hüquq mühafizə orqanlarına müraciətləri, ərizələri əsasında fakt üzrə Rusiyada cinayət işinin açılmasını göstərmək olar.
24. İddiaçı isə yükün sahibi olaraq yükün itməsindən sonra 4 il ərzində yükün axtarılmasında heç bir tədbir görməmiş, Rusiyada açılmış cinayət işi üzrə zərərçəkmiş kimi işə qoşulmamışdır.
25. İddiaçıya məxsus yükün olduğu avtomobildə digər şəxslərə məxsus yüklər də olmuş və onlar da oğurlanmışdır.
26. Lakin həmin yük sahiblərindən fərqli olaraq, iddiaçı nədənsə öz yükünün tapılmasında maraqlı olmamış, o cümlədən, yükün tapılması, sığorta ödənişi ilə bağlı məhkəmə proseslərinə onların çəkdiyi xərclərdə iştirak etməmişdir.
27. Halbuki, iddiaçı onların çəkdiyi bütün xərcləri ödəməlidir.
28. Şəki Apellyasiya Məhkəməsi əsassız və qanunsuz olaraq iddiaçının 2017-ci il 7 avqust tarixli və 2019-cu il 25 iyun tarixli iddia ərizələri ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciətlərinə və tərəflərin 2017-ci il 22 sentyabr, 2018-ci il 2 may və 2019-cu il 25 mart tarixlərdə baş tutmuş yazışmalarına əsaslanaraq iddia müddətinin ötürülmədiyini hesab etmişdir.
29. İddiaçının 2017-ci il 7 avqust və 2019-cu il 25 iy un tarixlərdə iddia ərizələri ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciətləri iddia müddətinin axımını dayandıra bilməz, çünki həmin iddia ərizələri geri qaytarılmış və məhkəmə icraatı başlanılmamışdır.
30. Cavabdeh MMC-in 2019-cu il xxx tarixli məktubu borcun etirafı kimi qəbul olunaraq iddia müddətinin axımının kəsilməsinə səbəb ola bilməz.
31. Çünki həmin məktub iddia müddəti qurtardıqdan sonra göndərilmiş, borcun etirafı barədə hərəkətlər isə yalnız iddia müddəti daxilində baş verdikdə iddia müddətinin axımının kəsilməsinə səbəb olur.
32. İddia müddətinin başlanğıcının 2017-ci il mart ayında başlandığı nəzərə alınsa, iddia müddətinin də 2018-ci ilin martında qurtardığı müəyyən olunur, hazırki iş üzrə iddia 2019-cu ilin noyabr ayında verilmişdir. b) kassasiya şikayətinə qarşı etir azın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. Cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prose ssual hüquq normalarını düzgün tətbiq edib- etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir....”. Maddə
380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətl ər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə
852. Ekspeditor. Nəqliyyat komisyonçusu 852.1. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. 852.2. Daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. 852.3. Ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. Əgər bir neçə yük göndərinin əşyalarının aralıq və son təyinat yerləri eynidirsə, ekspeditor bu əşyaları qrupl aşdıraraq yığma nəqliyyat təşkil edə bilər. Bütün hallarda o, yük göndərənin mənafelərini qorumalı və göstərişlərinə əməl etməlidir. O, qarşıya çıxan bütün çətinliklər barəsində yük göndərənə məlumat verməlidir. 852.4. Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: 852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu); 852.4.2. və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd. 852.5. Ekspeditor yük göndərənin göstərişlərindən bütün kənaraçıxmalar üçün onun qarşısında məsuliyyət daşıyır. Ekspeditor daşıyıcıların təqsiri üçün də məsuliyyət daşıyır, amma daşıyıcıları seçər kən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirdiyi hallar istisna təşkil edir. Maddə
861. Yüklərin daşınması zamanı iddia müddətləri... 861.2. Ekspeditora qarşı yaranan tələblər üzrə iddia müddəti iddia qaldırmaq hüququ yarandığı andan bir il təşkil edir. Ekspeditora qarşı iddia qaldırılmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi məcburidir. Pretenziya iddia müddəti ərzində verilə bilər. Ekspeditor pretenziyanı rədd etdikdə və ya qismən qəbul etdikdə, yaxud 30 gün müddətində pretenziyaya cavab vermədikdə, ona qarşı məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....”. İ V. Ali MƏHKƏMƏNİN MÖVQEYİ
36. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
38. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araş dıraraq, məruzəçini, izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
39. Məhkəmə kollegiyası cavabdehin iddia müddətinin ötürülməsi dəlili ilə bağlı vurğulayır ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır.
40. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almaya n cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.
41. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
42. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.
43. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır.
44. İddiaçı “xxxx” MMC 2019-cu il 25 noyabr tarixində iddia ərizəsi ilə Şəki Kommersiya Məh kəməsinə müraciət etmişdir.
45. Cavabdeh isə 2017-ci il 22 sentyabr tarixində və 2018-ci il 2 may tarixində ərizə ilə müraciət etmiş, borcunu etiraf edərək sığorta şirkətindən borcun alınması ilə bağlı məhkəmə araşdırmalarının davam etdiyini, 2019-cu il 25 mart tarixli məktubla müraciət edərək borcun hissə-hissə hər ay 730,20 avro məbləğində ödənilməsinə razılıq verilməsini xahiş etmişdir.
46. İşin hallarından göründüyü kimi, tərəflər arasında 2017-ci il xxx, 2018-ci il xxx və 2019-cu il xxx tarixlərində baş tutmuş yazışmalar borcun etirafı olaraq iddia müddətinin axımını kəsmişdir.
47. Buradan belə nəticəyə gəlmək olar ki, cavabdehin kassasiya şikayətində qeyd olunan dəlil əsassızdır.
48. Məhkəmə kollegiyası cavabdehin daşıyıcını seçərkən lazımi vicdanlılıq göstərməsi dəlili ilə bağlı qey d edir ki, mülki qanunvericiliyə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Ekspeditor yük göndərənin göstərişlərindən bütün kənaraçıxmalar üçün onun qarşısında məsuliyyət daşıyır. Ekspeditor daşıyıcıların təqsiri üçün də məsuliyyət daşıyır, amma daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirdiyi hallar istisna təşkil edir.
49. Hazırki iş üzrə ekspeditorun daşıyıcını seçərkən vicdanlılıq göstərməsi barədə sübutlar nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim olunmamışdır.
50. Bundan əlavə, ekspeditor tərəfindən sifarişçiyə göndərilmiş məlumatda ekspeditor malların itirilməsi ilə bağlı məsuliyyəti öz üzər inə götürmüş və rəsmi qaydada bildirmişdir ki, OAO “xxx” sığorta şirkəti tərəfindən ödənilməsi gözlənilən sığorta məbləği hesabına malların dəyəri ödəniləcəkdir.
51. Lakin sığorta şirkəti tərəfindən cavabdehə ödənilmiş malların sığortalanmasına görə pul vəsaitindən sonuncu malların sahibinə ödəniş etməmişdir ki, bu da cavabdehin hərəkətlərinin əsassızlığına dəlalət edir.
52. Belə ki, itirilmiş malların sığorta pulu cavabdeh olan ekspeditora deyil, məhz malların sahibinə ödənilməlidir.
53. Demək ki, cavabdehin iddianın baxılmamış saxlanılması barədə dəlili əsassızdır və heç bir hüquqi əsasa söykənmir.
54. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən d igər dəlillər Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 sentyabr tarixli, 2-2(107)-29/2020 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
55. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 sentyabr tarixli, 2-2(107)-29/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.