Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-650/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının İddiaçı ASC-nin cavabdeh X1 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: işin kassasiya baxışından çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən və məruzəçi hakim), hakimlər Qəribov Bəhman Fərhad oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdeh X1 qarşı “ pul ” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 iyun tarixli 2(103)-414/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ İddiaç ı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə - “iddiaçı”) cavabdeh X1 ( bundan sonra mətndə- “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci il 18 aprel tarixli, KTAKTT-20/0946 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi”nə əsasən 8782,51 manat əsas borc, 634,07 manat gecikdirilmiş günlərə görə cərimə borcu, o cümlədən 12313,16 manat məbləğində sığorta hadisəsi nəticəsində vurulmuş maddi ziyan, 69552 manat məbləğində lizinq obyektinin itirilmiş dəyəri, 150 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 91461,74 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Komme rsiya Məhkəməsinin 2022-ci il 1 fevral tarixli 2-2(113)-106/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin 2022-ci il 1 fevral tarixli 2-2(113)-106/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər V.Məmmədov və R.Qurbanov) 2022-ci il 1 iyun tarixli, 22(103)-414/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 1 fevral tarixli e-2-2(113)106/2022 saylı qətnaməsinin qismən ləğv edilməsi, iddiaçının iddiasının qismən təmin edilərək cavabdehdən 12 313,16 manat məbləğində sığorta hadisəsi nəticəsində vurulmuş maddi ziyanın, 150 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin, 13 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 1 iyun tarixli 2(103)-414/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2022-ci il 30 avqust tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Ali Məhkəməyə ünvanlanmış 2022-ci il 12 sentyabr tarixli məktubunda hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin 2022-ci il 1 iyun tarixli 2(103)-414/2022 saylı qətna məsindən cavabdeh tərəfindən elektron qaydada kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə verildiyindən işin baxışdan çıxarılaraq həmin məhkəməyə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə görə, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 1 iyun ta rixli 2(103)-414/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilən kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 2022-ci il 30 avqust tarixli qərardadı ləğv edilməli, qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 406-409-cu maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməli, bu səbəbdən də iş kassasiya baxışından çıxarılmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 1 iyun tarixli 2(103)-414/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilən kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 2022-ci il 30 avqust tarixli qərardadı ləğv edilsin. 2(102)-650/2022 saylı kommersiya işi kassasiya baxışından çıxarılsın və Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov V.T.Həsənov
Məhkəmə qərarları › İş №2-2(102)-650/2022
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-650/2022
14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver