Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-654/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin cavabdeh İB-yə və iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun silinməsi və zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 iyun tarixli, 2-2(103)-408/2022 saylı qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN H ALLARİ 1. 25 yanvar 2018-ci il tarixli, Akx-2/559 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqaviləyə görə, Cavabdeh İB İddiaçı MMC-ni keyfiyyətli qazla təmin etməyi, İddiaçı MMC isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq ödəməyi öhdələrinə götürmüşlər.
2. Abonent saldosuna görə, İddiaçı MMC-nin 2020-ci il 5 iyun tarixinə olan borcu 262.359,47 manat təşkil edir.
3. Bakı Regional Qazın Satışı Departamentinin İddiaçı MMC-yə ünvanladığı 2018-ci il 12 iyun tarixli bildirişində 15 gün müddətində sayğacdan əvvəl quraşdırılmış qaz tənzimləyicisinin sayğacdan sonra quraşdırılmasının tərəflərindən təmin olunması, əks təqdirdə müəssisənin qaz təchizatının dayandırılacağı qeyd olunmuşdur.
4. Qaz təsərrüfatın da həyata keçirilən texniki baxışın nəticələrinə dair 2018-ci il 11 oktyabr tarixli, 000263 saylı akta əsasən Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən Zirə istixanasında "xxxx" QSC tərəfindən 2018-ci il 10 oktyabr tarixindən texniki baxış keçirilmiş və qaz tənzimləmə qurğularının sazlanmasının yerinə yetirildiyi qeyd olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı MMC (bundan sonra mətndə – “iddiaçı”) Cavabdeh İB-yə (bundan sonra mətndə - “cavabdeh”)qarşı “borcun silinməsi, vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən artıq hesablanmış 303.000 manat vəsaitin, qazın dayandırılması nəticəsində iddiaçıya dəymiş 418.200 manat maddi zərərin, qazın dayandırılması səbəbindən məhs uldarlığın azalması nəticəsində 402.993 manat əldən çıxmış faydanın, qazın dayandırıldığı müddətdə alternativ yanacaq vasitəsi kimi istifadə olunmuş dizelin dəyəri olan 30.000 manatın, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərə görə 1.000.000 manatın, ümumilikdə 2.154.193 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı kənd təsərrüfatı məhsulları yetişdirmək və saxlamaq üçün istixana fəaliyyəti ilə məşğul olur. İstixanaya qazın verilişini təmin edən borunun üzərində G1600- lik qaz sayğacı quraşdırılmışdır. Həmin sayğacdan bir qədər qabaqda isə qaz tənzimləyici qurğu yerləşdirilmişdir. Qazın alqı-satqısı barədə tərəflər arasında 2018-ci il 25 yanvar tarixində Axx-2/559 nömrəli müqavilə bağlanmışdır. Müqavilə üzrə iddiaçı bütün öhdəliklərini vaxtı-vaxtında qüsursuz yerinə yetirmişdir. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən 2018-ci il 12 iyun tarixində iddiaçıya ünvanlanmış 9 nömrəli bildirişdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası NK-nin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.3.6-cı bəndinin tələblərinə əsasən istehlakçı, əsas və köməkçi qaz qurğularının, nəzarət ölçü cihazlarının və avtomatik idarəetmə vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təmin etməlidir. Lakin həmin bəndin tələblərinə uyğun olaraq istehlakçı tərəfindən vaxtında lazımi tədbirlər görülmür. Qeyd olunanları nəzərə alaraq, 5 iş günü müddətində sayğacdan əvvəl quraş dırılmış qaz tənzimləyicisinin sayğacdan sonra quraşdırılması məqsədi ilə LSS-də dəyişiklik edilməsi üçün Cavabdeh Layihə İnşaat QSCyə müraciət olunmalıdır. Əks təqdirdə müəssisənin qaz təchizatı əlavə xəbərdarlıq edilmədən dayandırılacaqdır. Sözügedən bildirişlə bağlı tərəflərindən Azərbaycan Respublikasının Energetika Nazirliyinə yazılı müraciət edilmiş, iddiaçıya Nazirlik tərəfindən verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, “Qazdan istifadə Qaydaları”nın 3.3.6-cı yarımbəndinə istinad edilməklə, 5 iş günü müddətində sayğacdan əvvəl quraşdırılmış qaz tənzimləyicisinin sayğacdan sonra quraşdırılması məqsədi ilə LSS-də dəyişiklik edilməsi üçün Cavabdeh Layihə İnşaat QSC-yə müraciət olunması, əks təqdirdə müəssisənin qaz təchizatının əlavə xəbərdarlıq edilmədən dayandırılacağı barədə” cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin tələbi (bildirişi) tamamilə qanunsuz və əsassız olduğuna görə istehlakçılar üçün heç bir hüquqi nəticə yarada bilməz və eyni zamanda qeyd olunan əsaslarla müəssisələrə qazın verilməsi dayandırıla bilməz. MMC olaraq qaz tənzimləmə qurğularına daima nəzarət edilməsi və saz vəziyyətdə saxlanılması üçün "xxxx" QSC ilə aralarında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, "xxxx" QSC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus qaz tənzimləmə qurğularına daima baxış keçirərək yaranmış və ya yaranacaq problemləri dərhal aradan qaldırılırdı. Sonuncu dəfə 2018-ci il 11 oktyabr tarixində QSC-nin əməkdaşları onlara məxsus qaz tənzimləmə qurğularını texniki baxışdan keçirərək qaz tənzimləmə qurğularının sazlanması barədə akt tərtib etmişdir. İdd iaçıya məxsus qaz tənzimləmə qurğularının saz vəziyyətdə olması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın 3.3.6-cı bəndinin tələbləri iddiaçı tərəfdən yerinə yetirilmişdir və həmin tələblərin pozulması halları olmamışdır. Digər tərəfdən isə xəttdə olan qaz sayğacının üzərində «qaz tənzimləyici qurğunun sayğacdan sonra quraşdırılması böyük fəsadlara səbəb ola bilər» deyə qeyd yazılmışdır. Qazdan istifadə qaydalarının tələblərinin iddiaçı tərəfindən yerinə yetirməsinə baxmayaraq, iddiaçı qaz təchizatı ilə hələ də təmin olunmamışdır. İddiaçının qaz təchizatı ilə təmin edilməməsi ona külli miqdarda ziyan vermişdir. Yeni mövsümün başlaması ilə əlaqədar olaraq iddiaçı bu günə kimi yalnızca toxuma 23.562 manat, kokabitə 175.100 manat ödəmişdir. Cavabdeh müəssisəyə qazın verilməsini dayandırması təsərrüfata külli miqdarda ziyan vurmuşdur ki, bu da öz növbəsində dövlətdən götürülən krediti qaytarmağa, müəssisədə çalışan işçilərin işsiz qalmasına, istehsal edilən yerli məhsulları satdığı xarici bazarda nüfuzdan düşməyinə səbəb olur. İddiaçının cavabdehə borcunun olmadığı və bütün normativ aktların müddəalarını yerinə yetirməsinə baxmayaraq, iddiaçıya məxsus istixana qaz təchizatı ilə təmin olunmamışdır. Cavabdeh tərəfindən iddiaçıya xəbərdarlıq edilmiş, bundan sonra iddiaçı şirkət ilə qaz sayğaclarını dəyişdirilməsi və təmiri, həmçinin bununla bağlı xidmətlər göstərilməsi ilə bağlı müqavilə imzalamış, baxış nəticəsində qaz sayğaclarında heç bir nasazlıq olmamışdır. Qeyd olunanları nəzərə alaraq iddiaçının heç bir borcu olmadığı, qaz alışına görə ödənilməli olan pul vəsaitini vaxtı- vaxtında ödədiyi, istehlakçı kimi üzərinə düşən öhdəlikləri tam məsuliyyəti ilə yerinə yetirdiyi halda cavabdehin hər hansı bir səbəb olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan, bu məşğuliyyətlə təkcə özünə deyil, həm dövlətə, həm də elə cavabdehin özünə illik kifayət qədər gəlir gətirən, xarici ölkələrlə əlaqəli şəkildə respublikanın sahibkarlıq fəaliyyətində xidmət göstərən iddiaçıya qazın verilişinin süni şəkildə dayandırılmasına dair cavabdehin hərəkətləri qanunsuz hesab edilməlidir. Bundan başqa, həmin hərəkətlər nəticəsində iddiaçı işinin əsas hissəsini təşkil edən, istilikxanalarda şitillərin yetişdirilməsi üçün zəruri olan qazdan məhrum edilməklə həm kifayət qədər yüksək məbləğdə pul verib aldığı toxumun vaxtında yetişməməsi, cücərmiş şitillərin donması, bununla da planlaşdırdı ğı çəkidə məhsulu əldə etmək imkanından və ələ edəcəyi faydadan məhrum olmaqla əlavə olaraq maddi zərər çəkmişdir ki, bu məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır, iddiaçının işgüzar nüfuzuna cavabdeh tərəfindən külli miqdarda vurulmuş zərər 1.000.000 manat məbləğində qiymətləndirilmişdir.
7. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının cavabdehə qarşı ilk iddiasının rədd edilməsi, cavabdehin iddiaçıya qarşı təbii qazdan istifadəyə görə yaranmış 262.359,47 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq cavabdehin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2018-ci il 25 yanvar tarixli, Akx-2/559 saylı müqavilə əsasında iddiaç ını təbii qazla təchiz etmişdir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq, müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmiş, nəticədə 2020-ci il 5 iyun tarixə 262.359,47 manat borcu yaranmışdır. Tərəflər arasında imzalanmış 2018-ci il 15 yanvar tarixli, Akx-2/559 saylı qazın alqı-satqı müqaviləsinin 3.4cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində İstehlakçı tərəfindən istehlak olunmuş tə bii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir.
9. İşə birinci instansiya məhkəməsində baxılarkən həmin məhkəmənin 2-2(113)359/20 saylı 2020-ci il 13 oktyabr tarixli qərardadına əsasən iş üzrə məhkəmə mühəndistexniki ekspertizası təyin edilmişdir.
10. Həmin qərardadın icrası qaydasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2021-ci il 10 fevral tarixli, 10/3359 saylı rəyinə görə, “Qaz təchizatı layihələndirmə normaları” 2.12-1 AzDTN-nin 7.14 bəndinin tələblərinə və Cavabdeh tərəfindən İddiaçı MMC-yə məxsus istixanaya qaz təchizatı üçün verilmiş texniki şərtə və işçi layihəsinin cizgilərinə əsasən, qaz tənzimləyicisinin qaz sayğacından əvvəl quraşdırılmalı olduğu, həmin qaz tənzimləyicinin qaz sayğacından so nra quraşdırılması qeyd olunan layihələndirmə normalara və işçi layihəsinə uyğun olmadığı, “İton, TZ/FLUXİ trubin qaz sayğacı, Quraşdırma və istismar təlimatı”nda göstərilən tələbləri nəzərə aldıqda, qaz kəmərlərində qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılmaması, həmin sayğacların sonradan artıq xətalarla işləməsi, yəni qazın sərfiyyatının düzgün hesablanmamasına gətirə biləcəyi qeyd olunmuşdur. İddiaçı MMC-yə məxsus istixanada quraşdırılmış “Kubuş” markalı qazanların maksimal saatlıq qaz sərfiyyatlarını və işləmə rejimini nəzərə aldıqda, həmin markalı 4 ədəd suqızdırıcı qazanların bir ayda istifadə edilə bilən maksimal qaz sərfiyyatı 262.500 kub.m. təşkil edir. İddiaçı MMC abonentin saldosundan görünür ki, 2018-ci ilin yanvar ayı üçün qazın sərfi 357.372 kub.m., (artıq hesablanmı ş sərfiyyat 65.938 kub.m.), 2018-ci ilin noyabr ayı üçün qazın sərfi 367.588 kub.m. (artıq hesablanmış sərfiyyat 105.088 kub.m.), 2018-ci ilin dekabr ayı üçün qazın sərfi 577.892 kub.m. (artıq hesablanmış sərfiyyat 315.392 kub.m.), 2019-cu ilin yanvar ayı üçün qazın sərfi 397.477 kub.m. (artıq hesablanmış sərfiyyat 134977 kub.m.), 219-cu ilin fevral ayı üçün qazın sərfi 416.391 kub.m. (artıq hesablanmış sərfiyyat 153.891 kub.m.), 2019-cu ilin mart ayı üçün qazın sərfi 417.784 kub.m. (artıq hesablanmış sərfiyyat 155.284 kub.m.), 2019-cu ilin aprel ayı üçün qazın sərfi 322.613 kub.m. (artıq hesablanmış sərfiyyat 60.113 kub.m.), 2019-cu ilin noyabr ayı üçün qazın sərfi 519.268 kub.m. (artıq hesablanmış sərfiyyat 256.768 kub.m.), 2019-cu ilin dekabr ayı üçün qazın sərfi 351.894 kub.m. (artıq h esablanmış sərfiyyat 89.394 kub.m.), 2020-ci ilin yanvar ayı üçün qazın sərfi 363.528 kub.m. (artıq hesablanmış sərfiyyat 101.028 kub.m.), 2020-ci ilin fevral ayı üçün qazın sərfi 340.748 kub.m. (artıq hesablanmış sərfiyyat 78.248 kub.m.) hesablanmışdır. Göstərilən tarixlər üçün İddiaçı MMC-yə məxsus istixanada quraşdırılmış 4 ədəd “Kubuş” markalı qazanların bir ayda istifadə edilə bilən maksimal qaz sərfiyyatından (262.500 kub.m.) MMC-nin saldosundan 2018-ci ilin yanvar ayından 2020-ci ilin fevral ayına qədər qış mövsümlərinin soyuq ayları üçün göstərilmiş sərfiyyatlardan 1.516.121 kub.m. məbləğdə qaz sərfiyyatı artıq hesablanmışdır.
11. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 27 aprel tarixli, 2-2(113)-18/2021 saylı qətnaməsi ilə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin ed ilməsi, 262359,47 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi, mühəndis-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim F.Qasımov).
12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ilkin iddianın borcun silinməsi hissəsinin əsasını məhz qaz tənzimləyicinin yerinin düzgün olmaması səbəbindən artıq borc hesablanması təşkil edir. Buna görə də ekspert qarşısında da bu xüsusatla bağlı suallar qoyulmuşdur. Ekspert qarşısında qoyulan 1-ci sual ekspert tərəfindən cavablandırılmış, qaz tənzimləyicinin qaz sayğacından sonra quraşdırılmasının layihələndirmə normalara və işçi layihəsinə uyğun olma dığı qeyd edilmişdir. Lakin 2-ci sualda tənzimləyicinin qaz sayğacından sonra qoyulması səbəbindən sayğaca istehlak olunan təzyiqdən artıq təzyiqdə qazın daxil olmasına, qaz sərfiyyatının real ölçüdən artıq göstərilməsinə səbəb ola bilməsi, səbəb olursa artıq hesablanmış sərfiyyatın nə qədər təşkil etməsi soruşulsa da, ekspert bu suala “... qaz kəmərlərində qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılmaması, həmin sayğacların sonradan artıq xətalarla işləməsi, yəni qazın sərfiyyatının düzgün hesablanmamasına gətirə bilər” məzmunlu qeyri-müəyyən cavab vermişdir.
13. Bundan sonra ekspert tənzimləyicinin qaz sayğacından sonra qoyulması səbəbindən sayğaca istehlak olunan təzyiqdən daha artıq təzyiqdə qazın daxil olması nəticəsində artıq hesablanmış vəsaitin hesablanması istiqamətində araşd ırma aparmamış, hesablamalarını su qızdırıcı qazanların aylıq maksimal qaz sərfiyyatı ilə əsaslandırmışdır. Halbuki, hazırkı mübahisənin mahiyyətini məhz qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılmaması nəticəsində artıq hesablamanın aparılması təşkil etmişdir.
14. Ekspert rəyinin təsviri hissəsində istilikxanada 7 ədəd su qızdırıcı qazanın olması göstərilsə də, hesablama 4 ədəd qazanın maksimal aylıq sərfiyyatı hesablanaraq artıq qaz sərfiyyatının olduğu qeyd olunmuşdur. Ekspert hesablamaların 7 deyil, 4 qazana görə aparılmasını “baxışda iştirak etmiş Natiq Zaxarzadənin deməsinə görə» ilə əsaslandırmışdır.
15. Məhkəmə göstərilənlərə əsasən hesab etmişdir ki, ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilə bilməz.
16. Məhkəmə həmçinin hesab etmişdir ki, dəymiş zərərin ödənilməsinin t əmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
17. İddianın məzmununa görə, qazın dayandırılması nəticəsində dəymiş 418.200 manat maddi zərər, qazın dayandırıldığı müddətdə alternativ yanacaq vasitəsi kimi istifadə olunmuş dizelin dəyəri olan 30.000 manat real zərər kimi, qazın dayandırılması səbəbindən məhsuldarlığın azalması nəticəsində 402.993 manat əldən çıxmış fayda isə əldən çıxmış fayda kimi əsaslandırılmış, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərə görə 1.000.000 manat məbləğində pul tələb olunmuşdur.
18. Məhkəmə ilkin iddia tələbi üzrə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə-"MM”) 21.1, 21.2, 23.1, 1096.1, 1099.1 və 1099.2-ci maddələrinin tələbləri baxımından qiymət verərək qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə real zərər kimi qiymətləndirdiyi məbləğin xərcləndiyini və ya xərclənməli olduğunu təsdiq edən rəsmi sənədlər, əldən çıxmış fayda kimi tələb etdiyi məbləğlə bağlı adi mülki dövriyyə şəraitində əvvəlki dövrlərdə nə qədər gəlir əldə etməsi, məhz cavabdehin təqsiri üzündən bu gəlirləri əldə edə bilməməsi ilə bağlı sübutlar təqdim olunmalı idi. Lakin qeyd olunan xüsusatlarla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. 1
9. Məhkəmə iş üzrə nəticəyə gələrkən həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2, 5.5-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə-"MPM”) 14.2, 77.1, 78.1, 103.1, 103.2 və 217.4-cü maddələrinə istinad etmişdir.
20. İddiaçı tərəfindən həmin qətnamədən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
21. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 sentyabr tarixli, 2-2(103)-800/2021 saylı qətnaməsi ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən-məruzəçi), R.Ə.Qurbanov və V.M.Məmmə dov) iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 27 aprel tarixli, 2-2(113)-18/2021 saylı qətnaməsi qismən-qarşılıqlı iddianın təmin edildiyi və borcun silinməsi barədə ilk iddia tələbinin rədd edildiyi hissədə ləğv edilmiş, ilk iddia borcun silinməsi hissəsində qismən təmin edilərək, 262.359,47 manat qalıq borc silinmiş, qarşılıqlı iddia rədd edilmiş, qətnamə ilk iddianın rədd edildiyi qalan hissədə dəyişdirilmədən saxlanılmış, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərə aid edilmiş, cavabdehdən Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə 200 manat ekspertiza xərcinin tutulması qət edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, ilk iddia üzrə iddia ərizəsinə əlavədə “iddiaçı artıq hesablanmış 303.000 manat borcun silinməsi barədə tələb irəli sürsə də, abonent saldosundan görünür ki, cavabdehin iddiaçıya 2020-ci il 5 iyun tarixinə olan qalıq borcu 262.359,47 manat təşkil etmişdir.
23. İddiaçı iddia edir ki, texniki şərtə əsasən qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılması nəzərdə tutulsa da, cavabdeh tərəfindən 2018-ci ilin noyabr ayında qaz tənzimləyicisinin yeri onların razılığı olmadan dəyişdirilərək sayğacdan sonra quraşdırılmış, 2020-ci ili yanvar ayında isə yenidən öz yerinə qaytarılmış, nəticədə həmin dövr üçün qaz sayğacı sərfiyyatı faktiki istehlak edildiyi həcmdən artıq qeyd etmişdir.
24. İddiaçı tərəfindən sübut qismində təqdim edilmiş Bakı Regional Qazın Satışı Departamentinin ona ünvanladığı 2018-ci il 12 iyun tarixli bildirişdən görünür ki, 15 gün müddətində sayğa cdan əvvəl quraşdırılmış qaz tənzimləyicisinin sayğacdan sonra quraşdırılmasının tərəflərindən təmin olunması tələb edilmiş, əks təqdirdə müəssisənin qaz təchizatının dayandırılacağı qeyd olunmuşdur (1-ci cild, 24-cü vərəq).
25. Cavabdehin nümayəndələri məhkəmə iclaslarında iddiaçıya məxsus qaz sayğacının qaz tənzimləyicisinin yerinin 2018-ci ilin noyabr ayında dəyişdirildiyini qəbul etməmiş, bu barədə iddiaçı tərəfindən hər hansı sübutun təqdim edilmədiyini, sərfiyyatdakı artımın bu faktı sübut etmədiyini, tələb edilən borcun qaz sayğacının göstəricisinə əsasən hesablandığını, yəni faktiki istehlak edilmiş qazın dəyəri olduğunu göstərmişlər.
26. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən verilmiş müvafiq ekspert rəyində (bax yuxarıda §10) məhkəmə tərəfindən qoyulmuş sualın cavabının aydın qeyd edilməməsini iddia edilən halın sübut edilməməsi kimi qiymətləndirmək və bu əsasla iddianı rədd etmək düzgün deyildir.
27. Ekspert rəyi ilə məhkəmə tərəfindən qoyulmuş suala verilən cavab tam aydın olmadıqda işə baxan hakim və ya məhkəmə iş üzrə əlavə ekspertiza təyin etməklə və yaxud rəy vermiş ekspertləri məhkəmə iclasına dəvət etməklə kifayət qədər aydın olmayan cavabın izah edilməsini təmin edə bilər.
28. İşə apellyasiya qaydasında baxılarkən apelyasiya şikayətinin dəlillərinin araşdırılması üçün iş üzrə rəy vermiş ekspertlər məhkəmə iclasına dəvət edilmiş, ekspert X1 verdiyi rəylə bağlı izahat verərək bildirmişdir ki, “Qaz təchizatı layihələndirmə normaları”na əsasən, qaz tənzimləyici bütün avadanlıqlardan əvvəl quraşdırılmalıdır. Rəydə cavab ona g örə “tənzimləyicinin yerinin dəyişdirilməsi qaz sərfiyyatın artımına təsir edə bilər” kimi qeyd edilmişdir ki, tənzimləyici sayğacdan sonra quraşdırıldığı hər bir halda deyil, yalnız qazın təzyiqinin çox olduğu, yəni sürətlə gəldiyi hallarda sayğacın göstəricisinin daha çox fırlanması nəticəsindən xətalar baş verməsi daha sərfiyyatın daha artıq qeyd edilməsinə səbəb olur. İddiaçıya məxsus obyektdə mövcud olan qaz işlədicilərinin üzərində 1 saatda maksimal qaz sərfinin 437,5 kub metr qeyd edildiyindən 4 ədəd suqızdırıcı qazanın aylıq maksimal qaz sərfiyyatının 262500 kub metr təşkil etdiyi müəyyən edilmişdir.
29. İddiaçıya verilmiş texniki şərtdə də qazlaşdırılması nəzərdə tutulan obyektə hər birinin saatlıq qaz sərfi 437,5 kub metr olan 4 ədəd qazan quraşdırılması nəzərdə tutulmuş, cavab deh tərəfindən iddiaçıya məxsus obyektdə qazla işləyən qazanların sayının dörddən artıq olması barədə hər hansı sübut təqdim edilməmişdir.
30. Ekspert rəyinə görə, iddiaçıya məxsus obyektin sayğacı Cavabdeh İB-nin Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin Zirə-3 saylı X2raşdırıldığından, iddiaçının sayğacın yerləşdiyi stansiyaya giriş-çıxış imkanı məhdud olduğundan, sayğacın qaz tənzimləyicisinin yerinin dəyişdirilməli olduğuna dair cavabdeh tərəfindən 2018-ci il 12 iyun tarixli bildiriş göndərildikdən sonra tənzimləyicinin yerinin dəyişdirildiyini iddiaçı yalnız dolayı sübutla, yəni qaz sərfiyyatında artımın baş verməsi ilə sübut edə bilərdi.
31. İddiaçının abonent saldosuna görə, mübahisələndirilən dövrlə əvvəlki ilin eyni ayları müqayisə edildikdə qaz sərfiyyatında artım müşahidə edilir. Belə ki, 2017-ci ilin noyabr ayı üzrə iddiaçının qaz sərfiyyatının məbləği 52.330,40 manat, 2018-ci ilin noyabr ayında isə 73.517,60 manat, 2017-ci ilin dekabr ayında 65.687,60 manat, 2018-ci ilin dekabr ayında isə 115.578,40 manat, 2018-ci ilin yanvar ayında 71.474,40 manat, 2019-cu ilin yanvar ayında 79.495,40 manat, 2018-ci ilin fevral ayında 40.123 manat 2019-cu ilin fevral ayında isə 83.278,20 manat, 2018-ci ilin mart ayında 52.481,80 manat, 2019-cu ilin mart ayında 83.556,80 manat, 2018-ci ilin aprel ayında 35.876 manat, 2019-cu ilin aprel ayında isə 64.522,60 manat, 2018-ci ilin oktyabr ayında 4.008 manat, 2019-cu ilin oktyabr ayında 23.063,20 manat olmuşdur.
32. Cavabdeh tərəfindən verilmiş texniki şərtdə iddiaçıya məxsus obyektin qaz tənzimləyicisinin sayğac dan əvvəl quraşdırılması nəzərdə tutulduğu halda, texniki şərtdə dəyişiklik edilmədən istehlakçıdan qaz tənzimləyicisinin sayğacdan sonra quraşdırılmasının tələb edilməsi, əks halda qaz təchizatının dayandırılacağına dair cavabdeh tərəfindən göndərilmiş xəbərdarlıq, o cümlədən sərfiyyatda artım dolayısı ilə təsdiq edir ki, qaz tənzimləyicisinin yeri cavabdeh tərəfindən dəyişdirilmişdir.
33. Mübahisəli dövr üzrə (2018-ci ilin noyabr ayından 2020-ci ilin fevral ayınadək) ilk iddia üzrə iddiaçıya məxsus obyektdə sayğacın qaz tənzimləyicisinin yerinin dəyişdirilməsi ilə əlaqədar qaz sayğacı faktiki istehlak edilmiş sərfiyyatdan daha artıq sərfiyyat qeydə aldığından, hər ay 262500 kub metrdən artıq qeydə alınmış, cəmi ******* kub.metr qaz sərfi ilə əlaqədar hesablanmış 274.387 manat (1371935/10 00x200 manat) əlavə borc silinməlidir. 34. 2021-ci il 10 fevral tarixli, 10/3359 saylı ekspert rəyində ekspert qaz tənzimləyicinin yerinin dəyişdirilməsi ilə əlaqədar mübahisəli olmayan dövr- 2018-ci ilin yanvar ayı və 2020-ci ilin fevral ayı üçün də artıq sərfiyyat hesablayaraq, iddiaçıya artıq hesablanmış sərfiyyatın ümumilikdə 1.516.121 kub metr olduğunu qeyd etdiyindən, mübahisəli olmayan aylar üçün ekspert tərəfindən hesablanmış sərfiyyat (65938 m3+78248m3) nəzərə alınmamalıdır.
35. İddiaçıya artıq hesablanmış sərfiyyatın məbləği məhkəmə tərəfindən 274.387 manat müəyyən edilsə də, iddiaçının 05 iyun 2020-ci il tarixə olan qalıq borcunun məbləği cəmi 262.359,47 manat təşkil edir.
36. Dəymiş ziyan tələbi ilə bağlı “iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçıya məxsus istixana kompleksində 2020-ci ilin noyabr ayından etibarən qeyri-müntəzəm istilik göstəricisinin olması səbəbindən pomidor məhsuldarlığı əvvəlki illərlə müqayisədə azaldığından əldən çıxmış fayda 402.993 manat, sahədə 82 ton məhsulun yetişdirilməsi nəzərdə tutulduğundan, dəymiş ziyan 418.200 manat, ümumilikdə 821.193 manat müəyyən edilir.
37. İddia ərizəsində qeyd edilənlərdən və nümayəndənin verdiyi izahatlardan görünür ki, iddiaçıya məxsus istixanada yerləşən qızdırıcı qazanlardan üçü dizellə işləmiş, qaz təchizatının dayandırıldığı dövrdə alternativ yanacaq vasitəsi kimi daha bahalı olan dizel yanacağından istifadə edildiyi üçün hüquqi şəxsə 30.000 manat ziyan dəymişdir.
38. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus istixananın borcla əlaqədar və ya hər hansı digər səbəbdən qaz təchizatı dayandırılmış olsa belə, istixana dizel yanacağından istifadə olunmaqla qızdırıldığından, əkilmiş pomidor şitillərinin müəyyən hissəsinin sıradan çıxması və məhsuldarlığın azalması ilə qaz təchizatının dayandırılması arasında səbəbli əlaqə müəyyən olunmur.
39. İşin materiallarında istixananın qaz təchizatının dayandırıldığı günlərin dəqiq sayı və bununla əlaqədar iddiaçının 30.000 manat artıq dizel yanacağı sərf etməsi barədə mötəbər sübut olmadığından, ilk iddianın qeyd edilən hissələrdə təmin edilməməsi qanuni və əsaslıdır.
40. Məhkəmə gəldiyi nəticəni MM-in 1096.1, 1097.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
41. İddiaçı tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmiş, qətnamənin qismən ləğv edilməsi, mübahisələn dirilən qətnamənin qazın dayandırılması nəticəsində dəymiş 418.200 manat maddi zərərin, qazın dayandırılması səbəbindən məhsuldarlığın azalması nəticəsində 402.993 manat əldən çıxmış faydanın, qazın dayandırıldığı müddətdə alternativ yanacaq vasitəsi kimi istifadə olunmuş dizelin dəyəri olan 30.000 manatın, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərə görə 1.000.000 manat ziyanın tutulması barədə ilk iddia tələblərinin təmin edilmədiyi hissədə ləğv edilərək, ilk iddia tələbinin həmin hissədə təmin edilməsi ilə bağlı yeni qərar qəbul edilməsi xahiş edilmişdir.
42. Cavabdeh tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmiş, qətnamənin qismən -qarşılıqlı iddianın təmin edildiyi və borcun silinməsi barədə ilk iddia tələbinin rədd edildiyi hissəd ə ləğv edilməsi, ilk iddia borcun silinməsi hissəsində qismən təmin edilərək, 262.359,47 manat qalıq borcun silinməsi, 262.359,47 manat borcun tutulması barədə qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
43. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 9 fevral tarixli, 2-2(102)-74/2022 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 sentyabr tarixli, 2-2(103)-800/2021 saylı qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır ( sədrlik edən-məruzəçi hakim İ.Dadaşov, hakimlər B.Qəribov və B.Məmmədli).
44. Kassa siya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, məhkəmənin istinad etdiyi ekspert rəyində 2020-ci il 2 dekabr tarixində ekspert, tərəflərin iştirakları ilə iddiaçıya məxsus istixanada quraşdırılmış qaz cihazlarına baxış keçirilərkən istixananın içərisindəki qazanxanada 4 ədəd yox, məhz 7 ədəd “Kubuş” markalı TSSKG tipli qazanların quraşdırıldığı müəyyən edilmiş, qazanların odluqlarının 4 ədədinin həm qazla, həm də dizel yanacaqla işləməsi, 3 ədədinin isə yalnız qazla işləməsi nəzərdə tutulmuş, baxış zamanı 4 ədəd qazanın dizel yanacaqla işlədiyi, 3 ədəd qazanın isə odluqlara çəkilmiş qaz xətlərinin flans birləşmələrindən ayrılmış, yəni işlək vəziyyətdə olduğu müəyyən edilmişdir (İİ cild səh. 17). Beləliklə, yerində baxış zamanı da iddiaçıya mə xsus istixanada məhz 7 ədəd “Kubuş” markalı TSSKG tipli qazanların qutaşdırıldığı və onların işlək vəziyyətdə olduğu müəyyən edilmiş, 3 ədəd qazanın isə odluqlara çəkilmiş qaz xətlərinin flans birləşmələrindən ayrılmış vəziyyətdə olması həmin qazanlardan ümumiyyətlə istifadə edilməməsi nəticəsinə gəlmək üçün əsas verə bilməz. Bu halın ekspert, tərəflərin iştirakları ilə yerində baxış zamanı müəyyən edilməsi isə cavabdeh tərəfindən iddiaçıya məxsus obyektdə qazla işləyən qazanların sayının dörddən artıq olması barədə hər hansı sübut təqdim edilmədiyi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticənin əsassızlığına dəlalət etmişdir.
45. Bundan əlavə iddiaçıya məxsus istixanada 7 ədəd “Kubuş” markalı TSSKG tipli qazanların quraşdırıldığı və qaz xətlərinə birləşdirildiyi, sadəcə qaz xəttindən mü vəqqəti ayrılmış olması məhkəməyə yalnız 4 qazanın istehlak gücünə uyğun sərfiyyat hesablanmağa əsas verməmişdir və məhkəmə bütün digər sübutlara olduğu kimi işin həqiqi hallarını əks etdirməyən ekspert rəyinə ehtiyatla yanaşmalı idi, Digər tərəfdən, həmin ekspert rəyində qaz təzyiq tənzimləyicisinin qaz sayğacından əvvəl deyil, sonra quraşdırılmasının bütün hallarda deyil, yalnız qazın təzyiqinin həddindən artıq çox olduğu hallarda sərfiyyata təsir edə biləcəyi qeyd edilsə də, məhkəmə tənzimləyicinin sayğacdan sonra quraşdırıldığı iddia edilən bütün aylar üzrə riyazi hesablama apararaq, 2018-ci ilin noyabr ayından 2020-ci ilin fevral ayınadək olan dövr üzrə qaz tənzimləyicisinin yerinin dəyişdirilməsi ilə əlaqədar qaz sayğacının faktiki istehlak edilmiş sərfiyyatdan daha artıq sərfiyyat qeydə aldığı nəticəsinə gələrək, hər ay 262.500 kub metrdən artıq qeydə alınmış, cəmi 1.371.935 kub.metr qaz sərfi ilə əlaqədar hesablanmış 274.387 manat əlavə borcun silinməli olduğu barədə iş materialları ilə təsdiq edilməyən nəticəyə gəlmiş və bu nəticə ekspertin ehtimallarına əsaslandığından işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apelyasiya məhkəməsinin bu hissədə mövqeyi ilə razılaşmamış, Qaz tənzimləyicisinin yerinin cavabdeh tərəfindən dəyişdirilməsi barədə məhkəmənin gəldiyi nəticə də konket faktlara deyil, məhkəmənin (texniki şərtdə dəyişiklik edilmədən istehlakçıdan qaz tənzimləyicisinin sayğacdan sonra quraşdırılmasının tələb edilməsi, əks halda qaz təchizatının dayandırılacağına dair cavabdeh tərəfindən göndərilmiş xəbərdarlıq, o cümlədən sərfiyyatda artım) ehtimal larına əsaslandığını hesab etmişdir.
46. Apellyasiya məhkəməsi həmçinin dəymiş ziyan tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçıya məxsus istixananın borcla əlaqədar və ya hər hansı digər səbəbdən qaz təchizatı dayandırılmış olsa belə, istixana dizel yanacağından istifadə olunmaqla qızdırıldığından, əkilmiş pomidor ştillərinin müəyyən hissəsinin sıradan çıxması və məhsuldarlığın azalması ilə qaz təchizatının dayandırılması arasında səbəbli əlaqə müəyyən olunmur. İş materiallarında istixananın qaz təchizatının dayandırıldığı günlərin dəqiq sayı və bununla əlaqədar iddiaçının 30.000 manat artıq dizel yanacağı sərf etməsi barədə mötəbər sübut olmadığından, ilk iddianın qeyd edilən hissələrdə təmin edilməməsi qanuni və əsaslıdır, ilk iddia üzrə iddia ərizəsinə əlavədə “iddiaçı artıq hesablanmış 303.000 manat borcun silinməsi barədə tələb irəli sürsə də, abonent saldosundan görünür ki, cavabdehin iddiaçıya 2020-ci il 5 iyun tarixinə olan qalıq borcu 262.359,47 manat təşkil etmişdir.
47. Qeyd edilmişdir ki, işə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, iddiaçının qaz sərfiyyatında müşahidə edilmiş artımın iddiaçıya məxsus istixananın qazanxanasında, ona verilmiş texniki şərtdə 4 ədəd qazan quraşdırılması nəzərdə tutulduğu halda, 7 ədəd “Kubuş” markalı TSSKG tipli qazanların quraşdırılması ilə əlaqədar olub-olmadığı, qaz tənzimləyicisinin yerinin cavabdeh tərəfindən dəyişdirilibdəyişdirilmədiyi, bu dəyişdirmə baş verdiyi təqdirdə qaz sərfiyyatına təsiri dəqiq müəyyən edilməli, bu sərfiyyatın qaz sayğacının göstəricisi olduğu barədə cavabdehin şikayətinin dəlillə ri qiymətləndirilməli, nəticəsindən asılı olaraq mübahisənin qanuni həlli təmin edilməlidir.
48. İşə kassasiya qaydasında baxan məhkəmə hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna iş üzrə sübutların qiymətləndirilməsində səhvə yol verildiyindən, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 sentyabr tarixli, 22(103)-800/2021 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalı, iddiaçı və cavabdehin kassasiya şikayətləri qismən təmin edilməlidir..
49. Məhkəmə qərarında “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Kons titusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarına, N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli Qərarına istinad etmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
50. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 iyun tarixli, 2-2(103)-408/2022 saylı qətnaməsi ilə iddiaçının apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 27 aprel tarixli e-2-2(113)- 1685/2021 nömrəli qətnaməsinin qismən-qarşılıqlı iddianın təmin edildiyi və borcun silinməsi barədə ilk iddia tələbinin rədd edildiyi hissədə ləğv edilməsi, ilk iddianın borcun silinməsi hissəsində qismən təmin edilərək 262.359,47 manat (iki yüz altmış iki min üç yüz əlli doqquz manat qırx yeddi qəpik) qalıq borcun silinməsi, cavabdehin iddiaçıya qarşı 262.359,47 (iki yüz altmış iki min üç yüz əlli doqquz manat qırx yeddi qəpik) manat borcun tutulması barədə qarşılıqlı iddiasının rədd edilməsi, qətnamənin ilk iddianın rədd edildiyi qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə ödənilmiş dövlət rüsumlarının tərəflərə aid edilməsi, cavabdehdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə 200 (iki yüz) manat ekspertiza xərci tutulması qət edilmişdir.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək göstərmişdir ki, birinci instansiya məhkəməsi borcun silinməsi hissəsində ilkin iddianın rədd edilməsi nəticəsinə gələrkən yanız ekspert rəyinə əs aslanmış və qeyd etmişdir ki, “... ekspert tənzimləyicinin qaz sayğacından sonra qoyulması səbəbindən sayğaca istehlak olunan təzyiqdən daha artıq təzyiqdə qazın daxil olmasına, qaz sərfiyyatının real ölçüdən artıq göstərilməsinə səbəb ola bilməsi sualına qeyri-müəyyən cavab vermişdir. Bundan sonra ekspert tənzimləyicinin qaz sayğacından sonra qoyulması səbəbindən sayğaca istehlak olunan təzyiqdən daha artıq təzyiqdə qazın daxil olması nəticəsində artıq hesablanmış vəsaitin hesablanması istiqamətində araşdırma aparmamış, hesablamalarını su qızdırıcı qazanların aylıq maksimal qaz sərfiyyatı ilə əsaslandırmışdır. Halbuki, hazırkı mübahisənin mahiyyətini məhz qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılmaması nəticəsində artıq hesablamanın aparılması təşkil edir. Bundan başqa, ekspert rəy inin təsviri hissəsində istilikxanada 7 ədəd su qızdırıcı qazanın olması göstərilsə də, hesablama 4 ədəd qazanın maksimal aylıq sərfiyyatı hesablanaraq artıq qaz sərfiyyatının olduğu qeyd olunmuşdur. Ekspert hesablamaların 7 deyil, 4 qazana görə aparılmasını “baxışda iştirak etmiş Natiq Zaxarzadənin deməsinə görə” fikri ilə əsaslandırmışdır.”
52. Apellyasiya instansiyası məhkəməsi MPM-nin 102.1 və 174.2-ci maddələrinə istinadla qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin hallarına münasibət bildirilərkən yalnız müvafiq ekspert rəyinin qeyri-müəyyənliyini və ziddiyyətli halları sadalanmış, “formal həqiqət” prinsipinə uyğun olaraq işin materiallarında olan və tərəflərin təqdim etdiyi sübutlar üzrə qiymətləndirmə aparılmamış, həmin sübutlar əsasında məhkəmənin mövqey i əsaslandırılmadan ilkin iddianın təmin edilməməsi nəticəsinə gəlinmişdir. İşdən aydın olduğu kimi, hazırki kommersiya mübahisəsi üzrə ilkin iddiaçı tərəfindən qaz sərfiyyatı ilə bağlı artıq borcun hesablanmasına əsas kimi qaz tənzimləyicisinin yerinin cavabdeh orqan tərəfindən dəyişdirilmiş olması göstərilir. Belə olan halda, iş üzrə ədalətli nəticənin əldə edilməsi üçün ilk öncə qaz tənzimləyicisinin yerinin cavabdeh tərəfindən dəyişdirilib-dəyişdirilmədiyi, bu dəyişdirmə baş verdiyi təqdirdə qaz sərfiyyatına təsiri dəqiq müəyyən edilməlidir.
53. Qeyd edilən ziddiyyətli hala münasibətdə məhkəmə aşağıdakıları qeyd etmişdir; Ekspert rəyindən görünür ki, iddiaçıya məxsus obyektin sayğacı cavabdehin Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin Zirə-3 saylı X2raşdırılmışdır. Belə olan halda, iddiaçının sayğacın yerləşdiyi stansiyaya giriş-çıxış imkanı məhdud olduğundan sayğacın qaz tənzimləyicisinin yerinin dəyişdirilməli olduğuna dair cavabdeh tərəfindən 2018-ci il 12 iyun tarixli bildiriş göndərildikdən sonra tənzimləyicinin yerinin dəyişdirildiyini iddiaçı yalnız dolayı sübutla, yəni qaz sərfiyyatında artımın baş verməsi ilə sübut edə bilərdi.
54. Belə ki, iddiaçıya məxsus abonent saldosundan müəyyən edilmişdir ki, mübahisələndirilən dövrlə əvvəlki ilin eyni ayları müqayisə edildikdə qaz sərfiyyatında artım müşahidə edilir. 2017-ci ilin noyabr ayı üzrə iddiaçının qaz sərfiyyatının məbləği 52.330,40 manat, 2018-ci ilin noyabr ayında isə 73.517,60 manat, 2017-ci ilin dekabr ayında 65.687,60 manat, 2018-ci ilin dekabr ayında isə 115.578,40 manat, 2018-ci ili n yanvar ayında 71.474,40 manat, 2019-cu ilin yanvar ayında 79.495,40 manat, 2018-ci ilin fevral ayında 40.123 manat 2019-cu ilin fevral ayında isə 83.278,20 manat, 2018-ci ilin mart ayında 52.481,80 manat, 2019-cu ilin mart ayında 83.556,80 manat, 2018-ci ilin aprel ayında 35.876 manat, 2019-cu ilin aprel ayında isə 64.522,60 manat, 2018-ci ilin oktyabr ayında 4.008 manat, 2019-cu ilin oktyabr ayında 23.063,20 manat olmuşdur.
55. İşin hallarından və müvafiq ekspert rəyindən müəyyən edilmişdir ki, hazırki mübahisənin faktiki halları nəzərə alınan zaman iddiaçıya məxsus müəssissənin qaz sərfiyyatındakı artımın tənzimləyicinin yerinin dəyişdirilməsi ilə bağlı olması, dəyişdirildiyi halda qaz sərfiyyatına hansı həcmdə təsir göstərməsini müəyyən etmək qeyri-mümkündür. Belə ki, ekspert rəyind ə tənzimləyicinin sayğacdan sonra yerləşdirilməsinin qazın təzyiqinin həddən artıq çox olduğu təqdirdə sayğac üzrə aparılan sərfiyyatın hesablanmasında yalnışlığa səbəb ola bilmə ehtimalı qeyd edilmişdir. Bu səbəbdən qeyd edilən sualların cavablandırılması cari zamanda deyil, yalnız mübahisələndirilən dövr üzrə yerində baxış keçirilməsi ilə mümkün ola bilərdi. İşin cari halları üzrə bu sual üzrə dəqiq cavabın əldə edilməsi mümkün görünmür. Belə olan halda, sadalananları nəzərə alan məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən verilmiş texniki şərtdə iddiaçıya məxsus obyektin qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılması nəzərdə tutulduğu halda texniki şərtdə dəyişiklik edilmədən istehlakçıdan qaz tənzimləyicisinin sayğacdan sonra quraşdırılmasının tələb edilməsi, əks halda qaz təc hizatının dayandırılacağına dair cavabdeh tərəfindən göndərilmiş xəbərdarlıq, o cümlədən qaz sərfiyyatında müşahidə olunan kəskin artım və işin digər müəyyən edilmiş halları qaz tənzimləyicisinin yerinin cavabdeh tərəfindən dəyişdirilmiş olmasına dəlalət edir.
56. Bundan başqa işin materiallarından və ekspert rəyindən müəyyən edilmişdir ki, iddiaçıya məxsus istixanada quraşdırılmış qaz cihazlarına baxış keçirilərkən istixananın içərisindəki qazanxanada 4 ədəd yox, məhz 7 ədəd “Kubuş” markalı TSSKG tipli qazanların quraşdırıldığı məlum olmuşdur. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçının qaz sərfiyyatında müşahidə edilmiş artımın iddiaçıya məxsus istixananın qazanxanasında, ona verilmiş texniki şərtdə 4 ədəd qazan quraşdırılması nəzərdə tutulduğu halda, 7 ədəd “Kubuş” markalı TSSKG t ipli qazanların quraşdırılması ilə əlaqədar olub-olmadığı da müəyyən edilməlidir.
57. Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən məhkəməyə iddiaçıya məxsus istixananın qazlaşdırılmasına dair işçi layihə, müəssisədə quraşdırılmış qazanlara aid fotoşəkillər və vidoe görüntü təqdim edilmişdir. Qeyd edilən dəlillərin araşdırılması zamanı, həmçinin MMC-nin nümayəndəsinin izahatından müəyyən olmuşdur ki, müəssisədə quraşdırılan qazanlardan 4-ü işlək vəziyyətdə olmaqla, həm qaz həm də dizellə işləmək imkanına malik qazanlardır. Digər 3 qazan isə işlək vəziyyətdə olmamaqla, ehtiyat məqsədli saxlanılıb, yalnız dizellə işləyən avadanlıqlardır. Belə ki, həmin qazanların işlək vəziyyətdə olması üçün onlara müvqafiq qurğular əlavə edilməlidir. Göründüyü kimi, mübahisəli dövr üzrə qeydə alınan qaz sər fiyyatı borcunun yalnız işlək vəziyyətdə olan 4 ədəd qazanın sərfiyyatı üzrə hesablanmış olması iş materialları ilə müəyyən edilir.
58. Həmin məhkəmə işin qeyd edilən hallarını, iş üzrə verilmiş ekspert rəyinə əsasən iddiaçının qaz işlədicilərinin aylıq maksimal sərfiyyatının 262500 kub metr olduğunu nəzərə alaraq müəyyən etmişdir ki, mübahisəli dövr üzrə (2018-ci ilin noyabr ayından 2020-ci ilin fevral ayınadək) ilk iddia üzrə iddiaçıya məxsus obyektdə sayğacın qaz tənzimləyicisinin yerinin dəyişdirilməsi ilə əlaqədar qaz sayğacı faktiki istehlak edilmiş sərfiyyatdan daha artıq sərfiyyat qeydə aldığından hər ay 262500 kub metrdən artıq qeydə alınmış, cəmi ******* kub.metr qaz sərfi ilə əlaqədar hesablanmış 274.387 manat (1371935/1000x200 manat) əlavə borc silinməlidir.
59. Məhkəmə mühəndi s-texniki ekspertizasının 2021-ci il 10 fevral tarixli, 10/3359 saylı rəyində ekspert qaz tənzimləyicinin yerinin dəyişdirilməsi ilə əlaqədar mübahisəli olmayan dövr - 2018-ci ilin yanvar ayı və 2020-ci ilin fevral ayı üçün də artıq sərfiyyat hesablayaraq iddiaçıya artıq hesablanmış sərfiyyatın ümumilikdə 1.516.121 kub metr olduğunu qeyd etdiyindən məhkəmə hesab etmişdir ki, mübahisəli olmayan aylar üçün ekspert tərəfindən hesablanmış sərfiyyat (65938 m3+78248m3 ) nəzərə alınmamalıdır. İddiaçıya artıq hesablanmış sərfiyyatın məbləği məhkəmə tərəfindən ekspert rəyi əsas götürülməklə, 274387 manat müəyyən edilsə də, abonent saldosuna əsasən, iddiaçının 05 iyun 2020-ci il tarixə olan qalıq borcunun məbləği cəmi 262359,47 manat təşkil etdiyindən məhkəmə hesab etmişdir ki, mübahisələndirilən qətnamə qismən ləğv edilərək ilk iddia 262.359,47 manat məbləğində borcun silinməsi hissəsində təmin edilməli, qalan hissədə borcun silinməsi tələbi rədd edilməli, o cümlədən işin faktiki halları əsas götürülməklə, qeyd edilən məbləğdə borcun iddiaçıdan tutulması hissəsində qarşılıqlı iddia rədd edilməlidir.
60. İlkin iddia tələbinin “qazın dayandırılması nəticəsində dəymiş 418200 manat maddi zərərin, qazın dayandırılması səbəbindən məhsuldarlığın azalması nəticəsində 402993 manat əldən çıxmış faydanın, qazın dayandırıldığı müddətdə alternativ yanacaq vasitəsi kimi istifadə olunmuş dizelin dəyəri olan 30000 manatın, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərə görə 1000 000 manat ziyanın tutulması” hissəsinə münasibətdə isə birinci instansiya məhk əməsi haqlı olaraq qeyd etmişdir ki, “... iddiaçı tərəfindən məhkəməyə real zərər kimi qiymətləndirdiyi məbləğin xərcləndiyini və ya xərclənməli olduğunu təsdiq edən rəsmi sənədlər, əldən çıxmış fayda kimi tələb etdiyi məbləğlə bağlı adi mülki dövriyyə şəraitində əvvəlki dövrlərdə nə qədər gəlir əldə etməsi, məhz cavabdehin təqsiri üzündən bu gəlirləri əldə edə bilməməsi ilə bağlı sübutlar təqdim olunmalı idi. Lakin qeyd olunan xüsusatlarla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır və buna görə də məhkəmə hesab etmişdir ki, iddia həmin hissələrdə də rədd edilməlidir.”
61. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus istixananın qaz təchizatı dayandırıldığından qazın əvəzinə dizeldən istifadə olunması bildirilsə də, həmin dizel sərfiyyatını təsdiq edən sənədlər təkrar apellyasiya bax ışı zamanı məhkəməyə təqdim edilməmiş, şikayətə əlavə edilməmişdir. Həmçinin, istixana qaz əvəzinə dizel yanacağından istifadə olunmaqla qızdırıldığından əkilmiş pomidor ştillərinin müəyyən hissəsinin sıradan çıxması və məhsuldarlığın azalması ilə qaz təchizatının dayandırılması arasında səbəbli əlaqə müəyyən olunmadığından, müəssisənin işgüzar nüfuzunun zədələnməsi halı da məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır.
62. Məhkəmə gəldiyi nəticəni MM-in 1096, MPM-in 14.2, 77.1, 88, 102.1, 103.1,174.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
63. Həmin qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, qətnamənin ilkin iddianın qismən təmin edildiyi və qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi xa hiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
64. MM-in 385.1-ci maddəsinin tələbləri pozulmuşdur-iddiaçı müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə tam əməl etmədiyinə görə 262.359,47 manat borcu yaranmış və həmin borcun ödənilməsini tələb etmək Birliyin hüququdur və bu barədə qarşılıqlı iddia əsaslı və qanuni olduğu üçün təmin olunmalıdır.
65. MM-in 442, 443.1, 448.1-ci maddələrinin tələbləri pozulmuşdur-iddiaçı 25 yanvar 2018-ci il tarixdə Axx-2/559 nömrəli nömrəli müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, yaranmış borcunu vaxtında ödəməmişdir. İddiaçı öhdəliyini icra edilmədiyi, aldığı qazın məbləğini ödəmədiyi üçün cavabdehdir.
66. MM-in 567-ci maddəsinin tələbləri pozulmuşdur-iddiaçı qazın alqı-satqısına da ir müqaviləyə əsasən almış olduğu qazın müəyyənləşdirilmiş pul məbləğini (qiymətini) ödəməmişdir.
67. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 saylı Qərarıilə təsdiq edilmiş « Q a z d a n istifadə Qaydaları»nın 5.2, 5.5-ci bəndlərinin tələbləri pozulmuşdur-iddiaçıdan qarşılıqlı iddia ərizəsi ilə tələb edilən məbləğ sayğac göstəricilərinə əsasən hesablanmış məbləğdir. O, borcunu müəyyən edilmiş müddətdə ödəməmişdir. 68. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 28 fevral tarixli qərarının tələbləri pozulmuşdur-apellyasiya instansiyası məhkəməsi işlə bağlı kassasiya instansyiası məhkəməsinin 2022-ci il 9 fevral tarixli 22(102)-74/2022 s aylı Qərarında qeyd edilmiş nöqsanları aradan qaldırmamış, yeni baxış zamanı təkrar ekspertiza təyin edilməmiş, mütəxəssis rəyi alınmamış, müəssisənin dövriyyəsinin dinamikasını müəyyən etmək üçün Dövlət Vergi Xidmətinə, ixrac səviyyəsinin dinamikası barədə Gömrük Komitəsinə və Statistika Komitəsinə, istixanaların və su qızdırıcı qazanların iş rejimi və xüsusiyyətləri, gündəlik maksimal iş saatı ilə bağlı Kənd Təssərrüfatı Nazirliyinə, mübahisəli dövrdə qış aylarının temperatur göstəricilərində müşahidə olunan vəziyyət barədə Milli Hidrometeorologiya Departamentinə müvafiq sorğular verilməmişdir. İlkin iddiaçının iddia tələbinin əsasını təşkil edən hallara dair mötəbər sübut qismində yenə də heç bir sənədlə təsdiqini tapmayan tərəfin izahatı qəbul edilmişdir. İş üzrə sübutlar əlaqələndiril məmiş, nəticədə mübahisənin qanuni həlli təmin edilməmişdir. Qaz tənzimləyicisinin yerinin cavabdeh tərəfindən dəyişdirilibdəyişdirilmədiyi, bu dəyişdirmə baş verdiyi təqdirdə qaz sərfiyyatına təsiri də dəqiq müəyyən edilməmiş qalmışdır.
69. MPM-in 101.7-ci maddəsinin tələbləri pozulmuşdur-ekspertin rəyi məhkəmədə kifayət qədər tədqiq olunmamış və digər sübutlarla (saldo, müqavilə, layihə və texniki şərt göstəriciləri) yanaşı qiymətləndirilməmişdir.
70. MPM-in 103.1-ci maddəsinin tələbləri pozulmuşdur-ekspert tənzimləyicinin qaz sayğacından sonra qoyulması səbəbindən sayğaca istehlak olunan təzyiqdən daha artıq təzyiqdə qazın daxil olmasına, qaz sərfiyyatının real ölçüdən artıq göstərilməsinə səbəb ola bilməsi sualına qeyri-müəyyən cavab vermişdir. Bundan sonra ekspert tənzimləyicinin qaz sayğacından sonra qoyulması səbəbindən sayğaca istehlak olunan təzyiqdən daha artıq təzyiqdə qazın daxil olması nəticəsində artıq hesablanmış vəsaitin hesablanması istiqamətində araşdırma aparmamış, hesablamalarını su qızdırıcı qazanların aylıq maksimal qaz sərfiyyatı ilə əsaslandırmışdır. Halbuki, hazırkı mübahisənin mahiyyətini məhz qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılmaması nəticəsində artıq hesablaması güman edilən qaz sərfiyyatının mövcud olub-olmaması təşkil edir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Buna baxmayaraq məhkəmə kollegiyası MPM-nin 88-ci maddəsinin tələblərini pozaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadan qiymət vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
71. Kassasiya şikayətinə qarşı etira z təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTLƏRİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
72. Kassasiya şikayəti vaxtında verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
73. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qətnaməsini ilkin iddianın qismən təmin edildiyi və qarşılıqlı iddianın rədd edildiyi hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
74. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsəl ələrin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
75. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” «Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1 096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)....» «Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....»
76. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışın ın prinsipləri.... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. “ Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”. “Maddə
102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər”. “Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilm əsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır”. İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
77. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 78. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, ape llyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir ( Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
79. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissəsində kassasiya şikayətinin §64-67-də göstərilən maddi hüquq normalarının pozulmasına dair dəlillərdə cavabdeh maddi hüquq normalarının mətnlərinə istinadla, qarşılıqlı iddia ilə tələb olunan borcun tərəflər arasında bağlanmış müqaviləyə əsasən, təbii qazdan istifadəyə görə yaranmış borc olmasını, iddiaçının həmin borcu ödəməməsini qeyd etmişdir.
80. Məhkəmə kollegiyası maddi hüquq normalarının pozulmasına dair cavabdehin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, cavabdeh işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına münasibətdə §64-67-də göstərilən maddi hüquq normalarının yol verilən pozuntusunun konkret olaraq nədən ibarət olmasını kassasiya şikayətində göstərməmişdir. Nəzərə alınm alıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.
81. İddia olunan borcun təbii qazdan istifadəyə görə yaranmış borc olmasına dair şikayətdə qeyd olunanlara gəldikdə, işin qeyd olunan faktiki halları işə yenidən apellyasiya qaydasında baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, hər iki tərəfin dəlillərinə hüquqi qiymət verilmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin işin faktiki hallarına verdiyi həmin hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 51-59). 82.Məhkəmə kollegiyası § 68-də göstərilən dəlillərlə bağlı qeyd edir ki, MPM-ə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, ö z qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1).
83. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Tərəflərin çəkişməli prosesdə iştirak dərəcəsi onların öz irad ələrindən asılıdır.
84. Baxılan işin materiallarından göründüyü kimi, işə yenidən apellyasiya qaydasında baxılarkən, cavabdeh tərəfindən çəkişmə prinsipinin tələblərinə uyğun olaraq, hazırda kassasiya şikayətində göstərilən məsələlərlə bağlı müvafiq sorğuların verilməsi üçün apellyasiya instansiyası məhkəməsinə müraciət olunmamış, prosessual qanunvericiliyin verdiyi və məhkəmə tərəfindən yaradılmış imkanlardan istifadə edərək, qarşılıqlı tələbini təsdiq edən mötəbər sübutları və vəsatətləri məhkəməyə təqdim etməmişdir.
85. Məhkəmə kollegiyası hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər nəzərə alınaraq, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin t ələblərinə uyğun olaraq ətraflı araşdırılmış, hüquqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır (bax yuxarıda §51-59).
86. Kassasiya şikayətinin iş üzrə ekspert rəyi ilə bağlı (bax yuxarıda § 69-70) dəlilinə münasibətdə qeyd edilməlidir ki, müvafiq ekspert rəyi işə birinci instansiya məhkəməsində baxılarkən təqdim olunmuş və işə mahiyyəti üzrə baxılarkən tərəflərin nümayəndələrinin iştirakı ilə tədqiq olunmuşdur. Lakin işin materiallarından, cavabdeh tərəfindən sözügedən ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirilməməsi ilə bağlı əsaslandırılmış vəsatət təqdim edilməsi müəyyən edilmir.
87. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hü quq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 88.Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 iyun tarixli, 2-2(103)-408/2022 saylı qətnaməsi cavabdehin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: V.T.Həsənov İ.Ə.Şəfiyev