Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-658/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu, Əhmədov Əhməd Abbas oğlu ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 iyun tarixli, 2- 2(103)-246/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. "Azə riqaz” İstehsalat Birliyi ilə "istehlakçı” İddiaçı arasında bağlanmış "Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı” barədə 2017-ci il 2 oktyabr tarixli AKX 2947-10-17 nömrəli müqaviləyə əsasən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində, Təzə sahə ünvanında yerləşən istilikxana kompleksi maye qazla təchiz edilmiş və həmin ünvana **********00000 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır.
2. İddiaçı adına olan **********00000 saylı abonent kodu üzrə tərtib edilmiş abonentin saldosundan görünür ki, abonentin 2020-ci ilin dekabr ayının sonuna olan borcu 260.838,80 manat təşkil etmişdir. İddiaçı 2020-ci ilin oktyabr ayı ərzində 27.518,80 manat məbləğində qaz sərf etmiş, ödəniş etməmiş, noyabr ayı ərzində 84.444 manat məb ləğində qaz sərf etmiş, 50.000 manat ödəniş etmiş, dekabr ayı ərzində 45.688 manat məbləğində qaz sərf etmiş, 60.194,8 manat ödəniş etmişdir. 3. 228 nömrəli hesab fakturaya əsasən, İddiaçı 2020-ci il 31 oktyabr tarixinə borcu 240.899,60 manat təşkil etmişdir. 4. 150 nömrəli hesab-fakturaya əsasən, İddiaçı təbii qazdan istifadəya görə noyabr ayına olan borcu 84.446 manat, ümumilikdə 2020-ci il 30 noyabr tarixə borcu 275.345 manat təşkil etmişdir. 5. "Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2020-ci il 16 dekabr tarixdə EBAT seriyalı, 970091 saylı elektron qaimə tərtib edilərək İddiaçı 84.446 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. 6. 238 nömrəli hesab fakturaya əsasən, İddiaçı 2020-ci il 31 dekabr tarixinə borcu 260.838,80 manat təşkil etmişdir.
7. Bakı Kommersiya Məhkəm əsinin 2020-ci il 24 sentyabr tarixli 2-2(113)-1127/2020 saylı qərardadı ilə İddiaçı ərizəsi qismən təmin edilmiş, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Təzə sahə ünvanında yerləşən istixanaya (abonent kodu **********00000) 213.380,80 manat borcun ödənilməməsinə görə qaz təchizatının dayandırılması "Azəriqaz” İstehsalat Birliyinə qadağan olunmuşdur.
8. İddiaçı tərəfindən "Azəriqaz” İstehsalat Birliyinə: - 2020-ci il 2 dekabr tarixli 1020PXO203370399 nömrəli ödəniş tapşırığı üzrə AZ17AİİB******************** nömrəli hesaba 23.321,02 manat; - eyni tarixli 102FTRQ203370857 nömrəli ödəniş tapşırığı üzrə AZ48CTRE******************** nömrəli hesaba 4.197,78 manat; - 2020-ci il 22 dekabr tarixli 96 nömrəli ödəniş tapşırığı üzrə AZ17AİİB******************** nömrəli hesaba 2.000 ma nat; - eyni tarixli 102OPXO203570476 nömrəli ödəniş tapşırığı üzrə AZ48CTRE******************** nömrəli hesaba 4.984,47 manat; - eyni tarixli 102FTRQ203570870 nömrəli ödəniş tapşırığı üzrə AZ17AİİB********** ********** nömrəli hesaba 25.691,53 manat məbləğində ödəniş edilmişdir. 9. "Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı ünvanlanmış 2021-ci il 6 yanvar tarixli məktubda qeyd olunmuşdur ki, Bakı Regional Qazın Satışı Departamenti ilə məhkəmə mübahisəsinin məhkəmədən kənar qaydada və qaşırlıqlı razılıq əsasında həll edilməsi məqsədilə 2020-ci il 18 noyabr tarixdə barışıq sazişi imzalanmışdır. Sazişin şərtlərinə əsasən, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-1127/2020 saylı iş üzrə iddia tələbindən tam olaraq imtin a edir, eyni zamanda qarşılıqlı idda tələbini qəbul edərək Xəzər rayonu Zirə qəsəbəsində yerləşən istixanada təbii qazdan istifadəyə görə yaranmış 213.380,80 manat məbləğində borcunu etiraf edir. Həmin borcun 50.000 manat hissəsini saziş imzalanadək qalan 163.380,80 manat hissəsini isə 5 ay müddətində hər ayın 20-dək ayda 32.676,16 manat olmaqla ödəməyi öhdəsinə götürür. Sözügedən sazişin 3-cü bəndinin tələbi (cavabdeh sazişin şərtlərinə və qazın alğı-satqısı haqqında müqavilənin tələbinə uyğun üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam icra etmədikdə istixanaya qazın verilməsinin dayandırılmasını qəbul edir) pozulmuş, 32.676,16 manat ödəniş 2020-ci il 20 dekabr tarixədək ödənilməmişdir. Bununla əlaqədar istixananın təbii qaz təchizatı dayandırılmışdır.
10. Azərbaycan Respublikası X1 2021-ci il 19 fevral tarixli, 78 saylı ekspert rəyində qeyd olunur ki, hazırki ekspertiza tədqiqatı ilə istixanalarda pomidor məhsulu yetişdirilməsinin mövcud aqrotexniki qaydalarına, eləcə də internet saytlarında qeyd edilən məlumatlara müvafiq aparılmış şərti və nəzəri hesablama yolu ilə 2020-ci il 25 dekabr tarixdə qaz nəqlinin dayandırlması nəticəsində Abşeron rayonu, Zirə tərəvəzçilik və südçlük sovxozu ərazisində yerləşən istixana kompleksinin 1,2, 3 və 4 nömrəli cəmi 71.793,6 kv.m faydalı sahələrində "Coco Peat” sistemi ilə əkilmiş 195.000 ədəd pomidor ştilindən alınması ehtimal edilən 309.195,85 kq məhsulun itirilməsindən, yəni əldən çıxmış faydadan dəymiş ziyanın məbləği təxminən 508.439,66 manat müəyyən edilir.
11. İddiaçı tərəfindən 2021-ci il 29 mart tarixdə, 1664 saylı pretenz iya qaydasında xəbərdarlıqla "Azəriqaz” İstehsalat Birliyinə müraciət edilərək dəymiş zərərin ödənilməsi xahiş olunmuş, zərər ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı (bundan sonra – “iddiaçı”) "Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra “cavabdeh”) qarşı 2021-ci il 21 aprel tarixində Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 508.439,66 manat maddi ziyanın, dövlət rüsumu kimi ödənilmiş 30,40 manat, vəkilə ödənilmiş 2.085 manat xidmət haqqı, mənəvi ziyan kimi 10.000 manat və ekspertiza xərci üçün 5.000 manat olmaqla ümumilikdə 525.555,06 manat vəsaitin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi ba rədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən artıq hesablanmış borcun silinməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 24 sentyabr tarixli e-2-2(113)-1127/2020 saylı qərardadı ilə iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən istilikxanaya 213.380,80 manat borcun ödənilməməsinə görə qaz təchizatnın dayandırılması cavabdehə qadağan edilmişdir. Cavabdeh həmin qərardaddan şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 10 noyabr tarixli 2-2(103)-626/2020 saylı qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
14. Qeyd edilən məhkəmə çəkişməsi zamanı tərəflərin Bakı Regional Qazın Satışı Departamenti arasında 2020-ci il 18 noyabr tarixində barışıq sazişi imzalansa da, həmin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməmiş və iş üzrə icraat başa çatmamışdır. Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilmədiyi və iş üzrə icraata xitam verilmədiyi üçün hüquqi əhəmiyyət kəsb etməmişdir. Lakin cavabdehin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən istilikxanaya təbii qazın verilməsi 2020-ci il 22 dekabr tarixində səhər saatlarında heç bir xəbərdarlıq edilmədən və hər hansı akt tərtib edilmədən dayandırılmışdır. İstilikxanaya təbii qazın verilməsi həmin gün 32.676,16 manat vəsaitin ödənilməsindən sonra bərpa edilmişdir. Halbuki iş üzrə məhkəmə mübahisəsi davam etdiyi müddətdə istilikxanaya qazın verilməsinin dayandırılması məhkəmə qərardadı ilə cavabdehə qadağan edilmişdir.
15. Daha sonra, 2020-ci ilin noyabr ayı üzrə 84.446 manat məbləğində qazdan istifadəyə görə cavabdeh tərəfindən 2020-ci il 16 dekabr tarixində EBAT seriyalı, 970091 nömrəli elektron qaimə təqdim edilmiş, 2020-ci il 25 dekabr tarixində isə isilikxanaya qazın verilməsi heç bir xəbərdarlıq edilmədən və qazın verilməsinin dayandırılması ilə bağlı hər hansı akt tərtib edilmədən əsassız və qanunsuz olaraq dayandırılmışdır. İddiaçı 2020-ci il 25 dekabr tarixində istilikxanaya qazın verilməsi dayandırıldığı üçün cavabdehə və onun Bakı Regional Qazın Satışı Departamentinə dəfələrlə zəng edilərək qazın verilməsinin dayandırılmasının səbəbini öyrənməyə çalışsa da, bir nəticə əldə edə bilmədiyindən 2020ci il 28 dekabr tarixində cava bdehə və onun Bakı Regional Qazın Satışı Departamentinə rəsmi ərizə ilə müraciət edərək istilikxanaya qazın verilməsinin dərhal bərpa edilməsini tələb etmiş, həmçinin qazın verilməsinin bərpa edilməyəcəyi təqdirdə dəyəcək zərərin əvəzinin tutulması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyini bildirmişdir. İddiaçı hesab etmişdir ki, məhkəmə qərardadı ilə iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək mübahisəli məbləğin iddiaçıdan tələb edilməsi və həmin borca görə təbii qazın verilməsinin dayandırılması ümumiyyətlə cavabdehə qadağan edilmişdir. Tərəflər arasında bağlanmış maye qazın alğı-satqısına dair müqavilənin tələblərinə görə, hesab-faktura istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən 1 ay sonra bank və ya poçt şöbələri tərəfindən qazın dəyəri tam ödənilməlid ir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş "X4”na (bundan sonra – “Qaydalar”) əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində tam ödənilməlidir. Qaydalarda paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən sonra bir ay müddətinə tam ödənilmədiyi halda, qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməli olması qaz paylayıcısının vəzifəsi kimi qeyd edilmişdir.
17. Həmçinin qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdə n sonra 1 ay müddətində tam ödənilmədikdə, qazın verilməsinin dayandırıla biləcəyi qeyd edilmiş, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Belə olan halda, istilikxana kompleksinə qazın verilməsinin 2021-ci il 11 yanvar tarixindən əvvəl dayandırılması qanunvericiliyin tələblərinə zidd olmuşdur.
18. Qazın verilməsinin özbaşına dayandırılması isə istilikxananın fəaliyyətini dayandırmasına səbəb olmuşdur. Belə ki, fəaliyyət göstərdiyi ərazidə yerləşən 1 saylı istilikxanadan 15 yanvara qədər 31.000 kq, 2 nömrəli istilikxanadan 37.000 kq, 3 nömrəli istilikxanadan 30.000 kq, 4 nömrəli istilikxandan isə iyul ayına qədər 500.000 kq pomidor məhs ulu əldə edilməsi üçün xərc çəkilmiş, həmin pomidor məhsulunun yetişdirilməsi üçün istilikxanalarda işləmək üçün işçilər cəlb edilərək, əmək haqları ödənilmiş və digər zəruri xərclər çəkilmişdir. Qış fəslinin olması, hava şəraitinin soyuq olması istilikxanada pomidor məhsulunun qaz olmadan yetişdirilməsini mümkünsüz etmiş, iddiaçı digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəlikləri icra edə bilməmiş və nəticədə ona külli miqdarda ziyan dəymişdir. Müstəqil Məhkəmə Ekspertizasının 2021-ci il 19 mart tarixli 78 saylı ekspert rəyi ilə sübut olunur ki, 2020-ci il 25 dekabr tarixində qaz nəqlinin dayandırılması nəticəsində istixanada əkilmiş 195.500 ədəd pomidor ştilindən alınması ehtimal edilən 309.195,85 kq məhsulun itirilməsi nəticəsində cavabdeh tərəfindən vurulan maddi zərərin məbləği 50 8.439,66 manat həcmində müəyyən edilmişdir.
19. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 24 iyun tarixli e-2-2(113)-2273/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim – Z.Axundova).
20. Məhkəmə iddia tələbinin əsası kimi təqdim olunmuş X1 2021-ci il 19 fevral tarixli 78 saylı ekspert rəyini mötəbər sübut kimi qiymətləndirməmişdir. Belə ki, həmin rəy, eləcə də məhkəməyə təqdim olunan baxış aktları birtərəfli qaydada, cavabdehin iştirakı təmin olunmadan tərtib edilmişdir. Bundan başqa, iddia olunan ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olması və məhsulun itirilmə səbəbləri barədə məhkəməyə mötəbər sübutlar təqdim olunmamışdır. 21. 2020-ci ilin oktyabr, noyabr və dekabr aylarında "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış müqavilələr, tərtib edilmiş təhvil-təslim a ktları və "xxxx" MMC-yə göndərilən eqaimələr isə iddia tələbinin əsaslılığını təsdiq edən sübutlar deyildir.
22. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “MM”) 21-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2, 76.1, 77-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
23. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat
24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 sentyabr tarixli 2-2(103)-978/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsini qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Məmmədo v, hakimlər R.Qurbanov və A.Hüseyn).
25. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş əsaslar birinci instansiya məhkəməsinin mövqeyi ilə üst-üstə düşmüş və məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
26. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 noyabr tarixli 2-2(102)-585/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır (sədrlik edən hakim – B.Qəribov, hakimlər – İ.Dadaşov və E.Şamayev).
28. M əhkəmə kollegiyası bildirmişdir ki, istehlakçı tərəfindən istifadə olunmuş qazın sayğacla müəyyənləşdirilmiş hesabı ona təqdim olunduğu tarixdən 1 ay ərzində ödənilməlidir, sayğacla müəyyənləşdirilmiş hesab 1 ay müddətində ödənilmədikdə isə qaz paylayıcısı yalnız bu barədə 5 gün əvvəl xəbərdarlıq etməklə qazın verilməsini dayandıra bilər. Bundan başqa, qaz paylayıcısı qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya bununla bağlı bildirişi də göndərməlidir. Qaydalar qaz paylayıcısı tərəfindən qazın dayandırılmasının bir sıra hallarını nəzərdə tutmuşdur ki, istehlakçı tərəfindən istifadə olunmuş qazın dəyərinin qaz sayğacı ilə müəyyənləşdirilən hesabın ona təqdim olunduğu tarixdən bir ay ərzində ödəməməsi də bu hallara daxildir. Lakin istehlakçı tərəfindən istifadə olunmuş qazın dəyər i müəyyən olunmuş müddət ərzində ödənilmədikdə belə, Qaydalar qazın verilməsinin dayandırılması ilə bağlı onun xəbərdar edilməsi və müvafiq bildirişin göndərilməli olması şərtini müəyyən etmişdir. İşin materiallarında isə xəbərdarlığın edilməsi və müvafiq bildirişin göndərilməsi müəyyən olunmur.
29. Həmçinin, qazın verilməsinin dayandırılması zamanı qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə akt tərtib olunmalı, qazın dayandırılması rəsmiləşdirilməli və həmin aktın bir nüsxəsi də istehlakçıya verilməlidir. Hazırki halda isə, işin materiallarından cavabdeh tərəfindən qazın verilməsinin dayandırılması zamanı Qaydaların göstərilən şərtinə əməl olunaraq aktın tərtib olunması və bir nüsxəsinin iddiaçıya təqdim olunması, habelə aşağı instansiya məhkəmələri tərəfindən cavabdehin Qaydal arın tələblərinə riayət edib-etmədiyinin yoxlanılması müəyyən olunmur.
30. Bundan başqa, məhkəmə iş materiallarında olan müstəqil ekspertiza rəyini iddiaçıya dəymiş zərərin həcminin müəyyənləşdirilməsi üçün mötəbər sübut kimi qəbul etmədiyi təqdirdə, iddiaçıya zərərin dəyməsinin cavabdehin hərəkətləri ilə səbəbli əlaqəsinin mövcudluğunu müəyyən etdikdən sonra həmin zərərin həcminin müəyyən olunması üçün öz təşəbbüsü ilə məhkəmə ekspertizası təyin edə bilərdi.
31. Məhkəmə kollegiyası gəldiyi nəticəni “X4”nın 3.1.4, 3.1.5, 5.5, 6.1, 6.2, 6.7, MPM-in 76.1, 77.3, 88, 97.1, 162.1, 162.3, 162.4, 191.2, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
32. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 iyun tari xli, 2-2(102)-246/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə vurulmuş maddi ziyana görə 458.823,45 manat, ekspertiza xərci üçün ödənilmiş 4400 manat və 26 manat dövlət rüsumunun tutulması qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
33. İddiaçının qaz təchizatının iddia ərizəsində qeyd edilən tarixlərdə dayandırıldığı və hazıradək bərpa edilmədiyi cavabdeh tərəfindən mübahisələndirilmir. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh tərəfindən təqdim edilmiş abonent saldosundan da görünür ki, 2021-ci ilin yanvar ayından 2022-ci ilin iyun ayınadək iddiaçının qaz sərfiyyatı “0” qeyd edilir.
34. Hazırkı halda iddiaçıya məxsus obyektin istixana kimi fəaliyyət göstərdiyi işdəki sübutlarla təsdiq olunduğundan və istixanaların qış aylarında süni isitmə mənbəyi ilə qızdırıldığı hamıya bəlli olan hal olduğundan müəyyən edilir ki, iddiaçıya məxsus istixanada əkilən pomidor bitkisinin ştillərinin yararsız hala düşməsi və iddiaçının sahədən məhsul əldə edə bilməməsi qaz təchizatının dayandırılması ilə əlaqədardır. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə almışdır ki, iddiaçıya məxsus istixananın qazla işləməyən digər qurğularla qızdırılması barədə iş materilallarında hər hansı sübut mövcud deyil.
35. Birinci instansiya məhkəməsi dəymiş ziyanın məbləği ilə bağlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş X1 2021-ci il 19 fevral tarixli 78 saylı rəyini cavabdehin iştirakı olmadan tərtib edilmiş baxış aktları əsasında – bi rtərəfli qaydada tərtib edildiyindən mötəbər sübut kimi qəbul etməmişdir.
36. İşə apellyasiya qaydasında yenidən baxılarkən qaz təchizatının dayandırılması nəticəsində iddiaçıya dəymiş maddi ziyan məbləğinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 17 may tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertiza tədqiqatı X1 2021-ci il 19 fevral tarixli 78 saylı rəyindəki məlumatlar, işdəki elektron qaimə-fakturalar nəzərə alınmaqla həyata keçirilmiş, 2020-ci il 25 dekabr tarixindən qaz təchizatının dayandırılması nəticəsində 195.500 ədəd pomidor ştilindən əldə ediləcək məhsulun itirilməsinə görə dəymiş ziyan təxminən 458.823,45 manat məbləğində müəyyən olunmuşdur.
37. Həm X1, həm də Azərb aycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin rəylərində “Qeyd” olaraq göstərilmişdir ki, Abşeron rayonu ərazisində yerləşən “Coco Peat” üsulu ilə əkilən pomidor istixanalarında mövcud olan ştillərin sıxlığından, məhsuldarlıqdan aqrotexniki qulluğun səviyyəsindən, toxumun növündən, ixrac və respublika daxili bazarlarında mövcud olan qiymətlərdən, respublikadan kənar pomidor ixracının məhdudlaşmasından, pomidorun ixrac qiymətlərindən və sair qiymətə təsir edən amillərdən asılı olaraq müəyyən edilmiş nəticədə qismən dəyişiklik olması istisna edilmir.
38. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş, iddiaçı ilə alıcı "xxxx" MMC arasında bağlanmış 2020-ci il 1 oktyabr tarixli alqı-satqı müqaviləsi, qiymət razılaşma protokolları, təhvil-təslim aktları və iddiaçı tərəfind ən alıcı "xxxx" MMC-yə göndərilmiş elektron qaimələrdən görünür ki, iddiaçı qeyd edilən alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-yə müqavilənin qüvvədə olduğu 2021-ci il 31 iyul tarixinədək kanka növündə 860.587,37 manat dəyərində (1 kq oktyabr ayında 1,33 manatdan, noyabr ayında 1,67 manatdan) pomidor məhsulu satmağı öhdəsinə götürmüş, 2020-ci il ərzində alıcıya 190.239,7 manat məbləğində məhsul satılmışdır. Qeyd edilən alqı-satqı müqaviləsinin 4-cü bəndində öhdəliyi icra etməyən tərəfin digər tərəfə dəymiş ziyana görə məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd edilən sübutlarla təsdiq olunur ki, iddiaçıya məxsus istixananın qaz təchizatının 2021-ci ilin yanvar ayından cavabdeh tərəfindən dayandırılması nəticəsində iddiaçı "xxxx" MMC qarşısında öz öhdəliyini icra edə bilməmiş, alqı-satqı müqa viləsi üzrə əldə edəcəyi gəlirdən məhrum olmuşdur. Birinci instansiya məhkəməsi isə müvafiq əsaslandırma olmadan qeyd edilən sənədləri iddianın əsaslılığını təsdiq edən sübut kimi qəbul etməmişdir.
39. Cavabdeh tərəfindən 84.446 manat borcun ödənilməsinə dair 2020-ci il 16 dekabr tarixində EBAT seriyalı, 970091 saylı elektron qaimə və hesab faktura iddiaçıya 2020-ci il 17 dekabr tarixində təqdim olunduğundan, cavabdeh iddiaçıya qazın verilməsini yalnız iddiaçı tərəfindən həmin faktura əsasında borc 1 ay müddətində ödənilmədiyi təqdirdə, yəni 2021-ci il 16 yanvar tarixində və Qaydaların tələblərinə uyğun olaraq müvafiq bildirişi təqdim etməklə və 5 gün əvvəlcədən xəbərdar etməklə dayandıra bilərdi.
40. Ali Məhkəmənin iş üzrə qəbul edilmiş qərarında işə yenidən baxılması zamanı cavabdeh tə rəfindən tərəflər arasında bağlanmış müqavilənin, Qaydaların və qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının aydınlaşdırılması barədə göstəriş verilmiş, cavabdeh tərəf məhkəməyə Qaydaların yuxarıda istinad edilən tələblərinə və müqavilə şərtlərinə əməl edildiyini təsdiq edən sübutlar təqdim edə bilməmişdir.
41. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının qaz təchizatı 2020-ci ilin dekabr ayından Qaydaların tələblərinə əməl olunmadan və sonuncu qaimə üzrə tələb edilmiş borcun ödənilməsi üçün bir aylıq müddət başa çatmadan qanunsuz dayandırıldığından, bunun nəticəsində iddiaçıya maddi ziyan dəydiyi və Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 17 may tarixli rəyinə əsasən iddiaçıya dəymiş maddi ziyanın məbləği təxmini hesablama ilə 458. 823,45 manat müəyyən edildiyindən, birinci instansiya məhkəməsi təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət vermədiyi üçün mübahisələndirilən qətnamə ləğv edilməli, maddi ziyan tələbi ilə bağlı hissədə iddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 458.823,45 manat tutulmalı, maddi ziyan tələbi qalan hissədə rədd edilməlidir.
42. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfindən qaz təchizatının Qaydaların tələblərinə əməl edilmədən dayandırılması nəticəsində ona məxsus istixanadakı ştillərin yararsız vəziyyətə düşməsi fərdi sahibkar olan iddiaçının dərin mənəvi sarsıntı keçirməsinə səbəb olan hərəkət kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində onun üçün mənəvi dəyəri olan hər hansı əmlakından deyil, maddi gəlirindən məhrum olmuşdu r. Buna görə də mənəvi ziyanın əvəzi olaraq 10.000 manat pulun tutulması barədə tələb məhkəmə tərəfindən əsassız hesab edilir. Birinci instansiya məhkəməsi iddianı mənəvi ziyanın əvəzinin ödənilməsi ilə bağlı hissədə rədd etsə də, prosessual normaların tələblərini pozaraq qətnamədə tələbin hansı əsasla rədd edildiyini qeyd etməmişdir.
43. Buna görə də, qətnamə MPM-nin 385.1.1-ci maddəsinə əsasən mənəvi ziyan tələbinin rədd edildiyi hissədə də ləğv edilməli, həmin tələblə bağlı hissədə yeni qətnamə qəbul edilərək mənəvi ziyanla bağlı tələb yuxarıda qeyd edilən əsaslara görə rədd edilməlidir.
44. İşdəki elektron qaimədən və 2021-ci il 12 fevral tarixli **********/192766161 nömrəli, 2021-ci il 19 mart tarixli **********/206264826 nömrəli ödəniş tapşırıqlarına əsasən, iddiaçı tərəfindən “X3” M MC-nin hesabına hazırkı iş üzrə verilmiş rəyə görə 5.000 manat məbləğində ödəniş edilmişdir.
45. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilmiş hissəsinə (88 %) mütənasib olaraq ekspertiza xərci olaraq iddiaçı tərəfindən “X3” MMC-yə ödənilmiş məbləğin 4.400 manatı və ödənilmiş 30 manat dövlət rüsumunun 26 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 17 may tarixli rəyinə əsasən, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Qeyd edilən məbləğ MPM-nin 119.3-cü maddəsinə əsasən cavabdehdən Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır.
46. İddiaçı tərəfindən hüquqi xidmətə görə vəkilə 2.085 manat xidmət haqqı ödənilməli olması barədə hesab təqdim edilmədiyindən həmin məbləğin cavabdehdən tutulması barədə tələb təmin edilməmişdir.
47. Qətnamə 2022-ci il 23 iyun tarixdə iş üzrə tərəflərə məxsus şəxsi elektron kabinetlərində yerləşdirilmişdir.
48. Cavabdeh 2022-ci il 19 avqust tarixində kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
49. Qaydaların 1.3-cü bəndi üzrə - Cavabdeh istehlakçını təbii qazla təmin etmiş və abonentin qaz təminatı hətta əvvəlki dövrləri əhatə edən borcu olmasına baxmayaraq dayandırılmamışdır (sonuncu dayandırılma halı istisna olmaqla).
50. Qaydaların 4.1-ci bəndi üzrə - Kommersiya işinin materiallarına nəzər yetirdikdə cavabdeh tərəfindən istehl akçıya hesab faktura göndərilərkən “təbii qazdan istifadəyə görə yaranmış borcunu 1 ay ərzində ödəməyəcəyi təqdirdə qazın verilməsinin dayandırılacğı” barədə məlumatı özündə əks etdirən qeydi görərik. Qeyd olunan hesab fakturanın qeyd hissəsində yazılmış məlumat özlüyündə bildiriş anlayışını ehtiva edir. Hesab fakturanın qeyd hissəsində olan məlumat birbaşa istehlakçıya qazdan istifadəyə görə yaranmış borcunu ödəməyəcəyi təqdirdə qaz təchizatının dayandırılacağı barədə informasiyanı verir.
51. Qaydaların 5.2-ci bəndi üzrə - İş materiallarından görünür ki, iddiaçının borcu təbii qazdan istifadəyə görə sayğac göstəricisinə əsasən yaranmış borcdur.
52. MPM-in 77 və 88-ci maddələri üzrə - Məhkəmə Ekspertiza Mərkəzi iddia tələbinin əsası kimi X1 2021-ci il 19 fevral tarixli 78 saylı ekspert rəy inə istinad etmişdir. Bu halı qanunsuz hesab edirik. Ekspert tərəfindən aparılmış tədqiqatın əsasını məhz X1 verdiyi rəy təşkil edir. Bununla bağlı hesab edirik ki, sözügedən rəy ekspert tərəfindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, həmin rəy, eləcə də məhkəməyə təqdim olunan baxış aktları birtərəfli qaydada, cavabdehin iştirakı təmin edilmədən tərtib edilmişdir. Apellyasiya instansiya məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq rəyinə istinad edərkən bu halı nəzərə almamışdır. Məhkəmə kollegiyası ekspert tərəfindən rəy verilərkən istixananın ərazisinə cavabdehin əməkdaşları ilə bir yerdə baxış keçirilməməsini, ümumiyyətlə iddiaçının iddia etdiyi kimi, qaz təchizatı dayandırılan vaxt istixanada nə qədər məhsul olduğu faktlarının araşdırılmadığına diqqət yetirməmişdir. Bu ba rədə apellyasiya instansiya məhkəməsində şifahi məhkəmə icraatı qaydasında aparılan proseslərdə tərəfimizdən şifahi etirazımız bildirilmişdir. Məhkəmə kollegiyası tərəfindən yalnız Məhkəmə Ekspertiza Mərkəzi ekspertinin natamam araşdırmasının nəticəsi olan rəyə əsaslanması onun düzgün olmayan hüquqi nəticəyə gəlməsinə səbəb olmuşdur.
53. MPM-in 217 və 220.4-cü maddələri üzrə - Apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə iddia ərizəsinin təmin olunmasına səbəb olan hallar ətraflı araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir.
54. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi və iddiaçının iddia ərizəsi ilə tanış olduqda sanki iddiaçının qaz təchizatının 2020-ci ilin noyabr ayında yaranmış borca görə kəsildiyi təəssüratı yaranır. Lakin iddiaçının qaz təchizatı daya ndırılan vaxta olan ümumi borcu 260.838,80 manat olmuşdur. Buradan görünən odur ki, iddiaçı məhkəmənin diqqətini 2020-ci ilin noyabr ayına görə qaz təchizatının dayandırıldığına cəlb etmək istəmişdir. İddiaçı özü də əvvəlki aylarda təbii qazdan istifadəyə görə qaz təchizatının dayandırılacağını ona əvvəlki aylar üzrə tərəfimizdən təqdim edilən hesab fakturada qeyd olunan bildirişlərdən bilmişdir. İddiaçı bu gün ona dəymiş ziyana görə cavabdehi ittiham etməklə özünün də dediyi kimi, 2020-ci ilin oktyabr ayından borcu ola-ola əkin işlərinə başlanmasının riskini də qaz paylayıcısının üzərinə qoymuş olur. İddiaçı onun təbii qazdan istifadə əsasında yaranmış borca görə qaz təchizatının dayandırılmayacağını bilmədiyini məhkəmədə əsaslandırmamış, məhkəmə isə bu hala qiymət verməmişdir. İddia ərizə sindən də görünür ki, 2020-ci il 22 dekabr tarixində cavabdeh tərəfindən qaz təchizatı 1 günlük dayandırılmış, yalnız 32.676,16 manat ödənildikdən sonra istilikxanaya qazın verilməsi təmin olunmuşdur. Bu isə özlüyündə iddiaçı tərəfindən istixanada əkin işləri həyata keçirilərkən bu risklərin nəzərə alındığının göstəricisidir.
55. Həmçinin apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən məhsulun digər imkanlardan istifadə etməklə qurtarılması ehtimallarını, eyni zamanda məhsulun tam məhv olmasına məhz qaz təchizatının dayandırılmasının səbəb olması məsələsini araşdırmamışdır. İddiaçıya dəymiş ziyanın bütünlüklə cavabdehin hərəkətlərinin nəticəsi kimi qiymətləndirilməsini ədalətsiz hesab edirik. Bu cür hallarda məhkəmə qarşı tərəfin hərəkətsizliyinin səbəblərini və ya hərəkət imkanlarını n məhdudluğu hallarını da araşdırmalı idi. Söhbət kifayət qədər yüksək məbləğdən getdiyi üçün iddiaçının həyata keçirmək istədiyi və ya keçirə bilmədiyi hallar da araşdırılmalı idi.
56. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci il 18 noyabr tarixli Barışıq sazişində qeyd olunmuşdur ki: 1) iddiaçı e-2-2(113)-1127/2020 saylı iş üzrə iddia tələbindən tam olaraq imtina edir, eyni zamanda qarşılıqlı iddia tələbini qəbul edərək təbii qazdan istifadəyə görə yaranmış 213.380,80 manat məbləğdə borcunu etiraf edir, həmin borcun 50.000 manat hissəsini Saziş imzalananadək, 163.380,80 manat hissəsini isə 5 ay müddətə, hər növbəti ayın 20-dək, ayda 32.676,16 manat olmaqla ödəməyi öhdəsinə götürür, 2) hər ay ərzində cari istifadə olunmuş təbii qaza görə yaranmış borc Qaydalarıın 5.5-ci və Qazın alq ı-satqısı müqaviləsinin 3.4-cü bəndinə uyğun olaraq ödəniləcək, 3) iddiaçı Sazişin şərtlərinə və Qazın alqı-satqısı haqqında müqavilənin tələbinə uyğun üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam icra etmədikdə istixanaya qazın verilməsinin dayandırılmasını qəbul edir. Yəni belə nəticəyə gəlmək olar ki, iddiaçı istifadə edilmiş təbii qaza görə borcun ödənilməyəcəyi təqdirdə qazın verilməsinin dayandırılmasını razılaşdırmışdır. Düzdür, hüquqi nöqteyi nəzərdən Barışıq sazişi Məhkəmə tərəfindən təsdiq edilmədiyi üçün qüvvəyə minməmiş ola bilər, lakin orada öz əksini tapmış müddəaların iddiaçının iradə ifadəsi olmadığını qəbul etmək mümkün deyildir. Çünki qeyd olunan barışıq sazişi iddiaçının özü tərəfindən imzalanmışdır. Bu, cavabdeh tərəfindən iddiaçının ziyan çəkməməsi üçün bütün mümkün vasi tələrdən istifadə edərək hər iki tərəf üçün uyğun imkanlar yaratdığının göstəricisidir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
57. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
58. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
59. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual h üquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
60. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulm uş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin n ormalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.” 61. “Azərbaycan Respublikası Nazirlər K abinetinin 2011-ci il 12 may tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X4”nın müvafiq müddəalarında nəzərdə tutulur: “...
3. Qaz paylayıcısının qazdan istifadə edən istehlakçıların, mənzil mülkiyyətçilərinin və yaşayış binalarını idarə edən təşkilatların vəzifələri 3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3. qazpayl ayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı; 3.1.4. qaz paylayıcısının illik iş planında göstərilən müddətlərdə təmirprofilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etməli; 3.1.5. istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli;...
5. Qazın d əyərinin ödəmə şərtləri... 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir....
6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları 6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.2. İstehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərd i qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 3.1.5-ci yarımbəndində nəzərdə tutulmuş hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir....”
62. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulur: “Maddə
14. İş ü zrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tə ləblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.... 97.3. İşdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar....” “Maddə
191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi... 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖ VQEYİ
63. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 49-56) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 iyun tarixli 2-2(103)246/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
64. Kassatorun dəlillərinin əsas hissəsi mahiyyət etibarilə mübahisə predmeti olan obyektə verilən qaz təchizatının qanunvericiliyə əsasən mövcud borca görə dayandırılmasının, qaz təchizatının dayandırılacağandıan istehlakçının əvvəlcədən məlumatlı olmasının məhkəmə tərəfindən nəzərə almamasından ibarətdir.
65. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X4” Qaydaların 5.5, 3.1.4, 3.1.5 və 6.1-ci bəndlərin ( bax yuxarıda § 61) tələblərindən göründüyü kimi, istehlakçı tərəfindən istifadə olunmuş qazın sayğacla müəyyənləşdirilmiş hesabı ona təqdim olunduğu tarixdən 1 ay ərzində ödənilməlidir, əks halda qaz paylayıcısı yalnız bu barədə 5 gün əvvəl xəbərdarlıq etməklə və qazın verilməsinin dayandırılacağı barədə bildiriş göndərilməklə qazın verilməsi dayandıra bilər.
66. Tərəflər arasında bağlanmış qazın alğı-satqı müqaviləsinin 2-ci bəndində də tərəflər üçün Qaydaların tələblərindən irəli gələn hüquq və öhdəliklər müəyyən edilmiş, bu vəzifələrə əməl etməməyə görə məsuliyyət nəzərdə tutulmuşdur.
67. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, cavabdeh tərəfindən 84.446 manat borcun ödənilməsinə dair 2020-ci il 16 dekabr tarixində EBAT seriyalı, 970 091 saylı elektron qaimə və hesab faktura iddiaçıya 2020-ci il 17 dekabr tarixində təqdim olunduğundan, cavabdeh iddiaçıya qazın verilməsini yalnız iddiaçı tərəfindən həmin faktura əsasında borc 1 ay müddətində ödənilmədiyi təqdirdə, yəni 2021-ci il 16 yanvar tarixində və Qaydaların tələblərinə uyğun olaraq müvafiq bildirişi təqdim etməklə və 5 gün əvvəlcədən xəbərdar etməklə dayandıra bilərdi.
68. Lakin işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından o da məlum olur ki, iddia ərizəsində qeyd edildiyi kimi, qaz təchizatını ilk dəfə artıq 2020-ci il 22 dekabr, son dəfə isə 25 dekabr tarixində dayandıran və hazıradək bərpa etməyən cavabdeh (belə ki, qaz təchizatının həmin tarixdən dayandırıldığı cavabdeh tərəfindən mübahisələndirməmişdir və cavabdehin təqdim etdiyi abonent saldosundan da görünür) sözügedən Qaydalarda müəyyən edilmiş həmin imperativ prosedura əməl etməmiş, nə qaz təchizatını dayandırmamışdan 5 gün əvvəl iddiaçıya bu barədə rəsmi xəbərdarlıq etmiş, nə də ona müvafiq bildiriş göndərmiş, beləliklə də qanunvericiliyin tələblərini pozmuşdur.
69. Kassatorun mövqeyinə görə, cavabdeh tərəfindən istehlakçıya göndərilən hesab fakturanın üzərindəki “təbii qazdan istifadəyə görə yaranmış borcunu 1 ay ərzində ödəməyəcəyi təqdirdə qazın verilməsinin dayandırılacğı” barədə məlumatı özündə əks etdirən qeyd bildiriş anlayışını ehtiva edir.
70. Məhkəmə kollegiyası kassatyorun həmin dəlili ilə də razılaşmır. Belə ki, əvvəla, “X4” Qaydaların 3.1.5-ci bəndinin məzmunundan aydın olur ki, qazın verilməsinin dayandırılacağı barədə bildiriş paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi halda (bundan əvvəl yox) istehlakçıya göndərilir. İkincisi isə, kassatorun istinad etdiyi hesab fakturanın üzərindəki qeyd qaz təchizatını dayandırmamışdan 5 gün əvvəl bu barədə iddiaçıya xəbərdarlıq edilməsinə dair normativ tələbin də yerinə yetirilməsini ehtiva etmir.
71. Bir sözlə, həmin hesab fakturanın istehlakçıya göndərilməsi istənilən halda “X4” Qaydalarda nəzərdə tutulmuş onun tələb edilən müddətdə və qaydada rəsmi qaydada xəbərdar edilməsi və məlumatlandırılması prosedurlarının yerinə yetirilməsi kimi qiymətləndirilə bilməz.
72. Bundan başqa, hazırkı halda “X4” Qaydaların 6.7-ci bəndinə (bax yuxarıda § 61) görə, qazın verilməsinin d ayandırılması cavabdeh tərəfindən iddiaçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi ona təqdim edilmə idi.
73. Lakin işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, cavabdeh həmin imperativ prosedura da əməl etməmişdir.
74. İstixanaların qış aylarında süni isitmə mənbəyi ilə qızdırıldığının hamıya bəlli olan hal olmasına, iddiaçıya məxsus istixananın qazla işləməyən digər qurğularla qızdırılması barədə iş materilallarında hər hansı sübut mövcud olmamasına istinad edən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçıya məxsus istixanada əkilən pomidor bitkisinin şitillərinin yararsız hala düşməsi və iddiaçının sahədən məhsul əldə edə bilməməsi qaz təchizatının dayandırılması ilə əlaqədar olmuşdur.
75. Kas sator həmin nəticəni tutarlı dəlillərlə təkzib edə bilmədiyindən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu qənaəti ilə razılaşmamaq üçün bir əsas görmür.
76. Barışıq sazişi bağlı dəlilə gəldikdə, kassatorun özünün də etiraf etdiyi kimi, sözügedən saziş hüquqi qüvvəyə minmədiyindən məhkəmə kollegiyası hesab edir ki, həmin dəlilə dair hüquqi əsaslandırma aparmağa lüzum yoxdur.
77. Ekspert tərəfindən rəy verilərkən istixananın ərazisinə cavabdehin əməkdaşları ilə bir yerdə baxış keçirilməməsinə, qaz təchizatı dayandırılan vaxt istixanada nə qədər məhsul olduğu faktlarının araşdırılmamasına, məhkəmə tərəfindən ekspert rəyinin düzgün qiymətləndirilməməsinə dair dəlillərlə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları bildirməyi vacib hesab edir.
78. İş materiallarında olan X2 rə yi 2021-ci ilin 19 mart tarixində verilmiş, iddiaçı bundan sonra 2021-ci il 21 aprel tarixində hazırkı iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bir ildən artıq müddət keçdikdən sonra – 2022-ci il 17 may tarixində isə Məhkəmə Ekspertiza Mərkəzinin rəyi alınmışdır.
79. Göründüyü kimi, birinci və ikinci ekspert rəyləri arasında bir ildən çox vaxt ötmüşdür. Belə olan halda, istixananın ərazisinə baxış keçirilməklə qaz təchizatı dayandırılan vaxt istixanada nə qədər məhsul olduğu faktının aşkar olunması praktiki baxımdan qeyrimümkündür.
80. Odur ki, ikinci ekspert tədqiqatı keçirilərkən ilk ekspert rəyinin müvafiq məlumatlarından istifadə olunması ağlabatan olmuşdur.
81. Bundan başqa, iş materiallarından görünür ki, ekspert məhkəmə tərəfindən tədqiqat qarşısında qoyulmuş suala uyğu n olaraq araşdırmanı X2 rəyində qeyd edilmiş məlumatlara əsasən hesablamalar aparmaqla keçirmişdir.
82. Lakin ekspertiza təyin olunarkən apellyasiya instansiyası məhkəməsinin müvafiq iclasında iştirak edən cavabdeh tərəfin MPM-in 97.3-cü maddəsinə (bax yuxarıda § 62) uyğun olaraq ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməsi iş materiallarından görünmür.
83. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 62) tələblərinə uyğun olaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 62) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
84. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehn kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 iyun tarixli 22(103)-246/2022 saylı qətnaməsi həmin kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.