Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-660/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsi üzrə borcun ödənilməsi, lizinq obyektinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 iyun tarixli, 2-2( 103)405/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (əvvəlki adı “X2” QSC ) ilə Cavabdeh1 arasında 2013-cü il 9 dekabr tarixdə X1 müqaviləsi bağlanmış və 1 ədəd KOMATSU PC34ONLC-7EO markalı tırtıllı ekskovator 2013-cü il 16 dekabr tarixdə təhvil-təslim aktına əsasən Cavabdeh1 təhvil verilmişdir.
2. İddia ərizəsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən, cavabdeh tərəfindən 2016-cı il 17 dekabr tarixədək iddiaçıya 30.000 manat avans ödənişi çıxılmaqla 90.000 əmlakın dəyəri, 32.210 lizinq mükafatı, 2.820 manat sığorta haqqı da daxil olmaqla cəmi 125.030 manat ödəniş edilməli idi.
3. Maliyyə arayışına əsasən, cavabdeh tərəfindən iddiaçıya 2014-cü il 19 mart tarixdən sonra ümu milikdə 61.932 manat ödəniş edilmişdir, sonuncu ödəniş 2019-cu il 10 dekabr tarixdə 2.500 manat olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – “cavabdehlər”) qarşı 2021-ci il 23 iyul tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2013-cü il 9 dekabr tarixli, 5xx/xx/2013 saylı X1 Müqaviləsi üzrə yaranmış 71.912,47 manat əsas borcun, 72.648,26 manat hesablanmış faiz borcunun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın, ümumilikdə 144.590,73 manat pul vəsaitinin, cavabdehlərdən birgə tutularaq iddiaçının xeyrinə ödənilməsi, 1 ədəd KOMATSU PC34ONLC-7EO markalı tırtıllı ekskovatorun cavabdehdən işlək vəziyyətdə alınaraq id diaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (əvvəlki adı “X2” QSC ) ilə Lizinq alan cavabdeh arasında bağlanılmış 2013-cü il 9 dekabr tarixli, 5xx/xx/2013 saylı X1 Müqaviləsinə əsasən, 1 ədəd KOMATSU PC34ONLC-7EO markalı tırtıllı ekskovator cavabdehə lizinqə təhvil verilmiş və cavabdeh lizinq müqaviləsi üzrə lizinq haqqının ödənilməsini öz öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə ödəliklərini tam icra etsə də, cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş və bundan qərəzli olaraq boyun qaçırmışdır. (sonuncu ödəniş 2.500 manat olmaqla cavabdeh tərəfindən 2019-cu il 26 dekabr tarixində edilmişdir). Həmçinin, 577 saylı, 2013-cü il 9 dekabr tarixli Zaminlik Müqaviləsi üzrə digər cavabdeh lizinq m üqaviləsi üzrə borcların ödənilməsi üçün cavabdehin zamini qismində birgə məsuliyyət daşıdığına dair öhdəlik götürmüşdür. Lizinq müqaviləsi üzrə yaranmış lizinq borcunun ödənilməsi ilə bağlı cavabdehlərə dəfələrlə şifahi müraciətlər edilmiş, müvafiq Pretenziya göndərilmişdir. Lakin cavabdehlər borcun müəyyən hissəsini ödəsələr də qalıq borcu hələ də ödəməmişdilər və dövlət büdcəsinin vəsaiti hesabına alınmış lizinq obyektini geri qaytarmamışdılar. Cavabdehlərin 2021-ci il 22 iyun tarixinədək 2013-cü il 9 dekabr tarixli, 5xx/xx/2013 saylı X1 Müqaviləsi üzrə yaranmış əsas borcu 71.912,47 manat, faiz borcu 72.648,26 manat, ümumilikdə borcu 144.560,73 manat təşkil etmişdir.
6. Tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 425, 470.1, 472.1, 472.2, 747.1, 748-1.12.4-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 216, 220ci maddələrinə istinad edilmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 1 noyabr tarixli, e-2-2(113)-3848/2021 saylı qərardadı ilə lizinq müqaviləsi üzrə borcun ödənilməsi barədə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir (hakim-K.Hüseynov).
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2021ci il 22 dekabr tarixli, 9/8053 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, maliyyə arayışı məlumatları və 2013-cü il 9 dekabr tarixli, 5xx/xx/2013 saylı müqaviləsinin şərtlərinə əsasən, cavabdehin iddiaçıya 2016-cı il 9 dekabr tarixə olan əsas borc üzrə 73.430,41 manat, mükafat borcu üzrə 9.063,97 manat, 2021-ci il 6 avqust t arixinə 73.430,41 manat, mükafat borcu 75.516,63 manat təşkil etmişdir.
9. Cavabdeh 2022-ci il 3 fevral tarixində Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edərək iddia müddətini tətbiq etməklə iddiadan imtina olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Ərizə belə əsaslandırılmışdır ki, 2013-cü il 9 dekabr tarixli, 5xx/xx/2013 saylı lizinq müqaviləsi tərəflər arasında 7 il öncədən bağlanmışdır. 2015-ci ildən iddiaçı cavabdehi narahat etməmişdir. Son bir il ərzində iddiaçı tərəfindən cavabdehə yeni qrafiklə aylıq 200 manat ödəniş etməyi təklif etmişdir. Hazırda 7 il keçdikdən sonra iddiaçı iddia müddətini ötürməklə cavabdehə qarşı şişirdilmiş faiz borcu ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddia müddətinin axımını bərpa etmək məqsədi ilə iddiaçı tərəfində n cavabdehə yeni qrafiklə ödəniş təklif olunmuşdur.
11. Ərizənin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarına; MM-in 354.2, 373.2, 375.2, 377.2ci maddələrinə; MPM-in 4, 13, 47-ci maddələrinə istinad edilmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 7 fevral tarixli, e-2-2(113)-214/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 71.912,47 manat əsas borc üzrə, 9.063,97 manat mükafat borcu olmaqla cəmi 80.976,44 (səksən min doqquz yüz yetmiş altı) 44 (qırx dörd) qəpik məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və 1 Ədəd “Komatsu” PC340NLC-7EO markalı tırtıllı ekskovatorun işlək vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya qaytarılması qət olunmuşdur (hakim-K.Hüseynov).
13. Məhkəmə qeyd etmişdir k i, tərəflər arasında bağlanmış müqavilənin müddəti 2016cı il 16 dekabr tarixində bitmişdir. Sonuncu ödəniş isə 2019-cu il 10 dekabr tarixində 2.500 manat məbləğində edilmişdir. Qeyd edilən intervalda iddia müddəti ötməmişdir. Cavabdeh isə 2019-cu il 10 dekabr tarixində edilmiş ödənişin onun tərəfindən deyil, iddiaçı tərəfindən iddia müddətinin keçməməsi üçün ödənildiyini bildirmişdir.
14. Məhkəmə hesab etmişdir ki, iddia borcun, yəni 71.912,47 manat əsas borcun və 9063,97 manat mükafat borcunun cavabdehdən tutulması hissəsində, eyni zamanda lizinq müqaviləsi üzrə verilmiş 1 ədəd “KOMATSU” PC34ONLC-7EO markalı tırtıllı ekskovatorun tələb edilməsi hissəsində əsaslıdır.
15. Həmçinin iddia ərizəsinin məzmununda zaminlik müqaviləsinə istinad edilsə də, 577 saylı, 2013-cü il 9 dekabr tarixli zam inlik müqaviləsi iş materiallarına əlavə edilməmişdir. Hətta müqavilə işə əlavə olunmuşdursa belə, müqavilənin müddətinin 2016-cı il 16 dekabr tarixində bitməsini nəzərə alaraq ona qarşı ola biləcək iddia 2017-ci il 16 dekabr tarixinədək irəli sürülməli idi. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmişdir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən MM-in 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb ol unmur. Belə olan halda cavabdehə (zamin) münasibətdə iddia rədd edilməlidir.
16. Məhkəmə öz mövqeyini MM-in 372.1, 372.2, 373.2, 375.2, 380.1, 380.2, 470, 477.0.4, 747.1, 748-1.12, 748-1.12.4-cü; MPM-in 185.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Cavabdeh 2022-ci il 9 mart tarixində apellyasiya şikayəti verərək ərizə əsasında iddia müddətini tətbiq etməklə iddiadan imtina edilməsini Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 7 fevral tarixli, e2-2(102)214/2022 saylı qətnaməni – 80.976,44 (səksən min doqquz yüz yetmiş altı) 44 (qırx dörd) qəpik məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və 1 Ədəd Komatsu PC340NLC-7EO markalı tırtıllı ekskovatorun işlək vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsində ləğv edərək iddianın həmin hissədə rədd edi lməsi barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 iyun tarixli, e-2-2(103)-405/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv, cavabdehdən iddiaçının xeyrinə 17.878 manat pulun tutulması və lizinq predmeti olan 1 ədəd “Komatsu” PC340NLC-7EO markalı tırtıllı ekskovatorun işlək vəziyyətdə iddiaçıya qaytarılması hissəsində iddia rədd edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan lizinq borcunun məbləği müəyyənləşdirilərkən məhkəmə iş materiallarında olan sübutları düzgün qiy mətləndirməmişdir.
20. İş üzrə cavabdehin öhdəliyin icra müddəti bitdiyi tarixə iddiaçıya ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği, o cümlədən ödənilmiş vəsaitin məbləği barədə iddiaçının maliyyə arayışı olduğundan, cavabdeh tərəfindən ödənişlə bağlı sübutlar təqdim edilmədiyindən qalıq borcun adi riyazi hesablama ilə hesablanması mümkün olduğu üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsinə hər hansı zərurət yox idi.
21. Bundan əlavə, ekspert rəyinin tədqiqat hissəsində görünmüşdür ki, hesablama yalnız iş materiallarına kağız daşıyıcıda əlavə edilmiş sənədlər və iddiaçının təqdim etdiyi maliyyə arayışı məlumatları əsasında aparıldığından, lizinq müqaviləsi üzrə elektron iş materiallarında olan ödəniş cədvəli çap olunaraq kağız daşıyıcıda iş materiallarına əlavə ed ilmədiyindən ekspert iddiaçıya müqavilə üzrə ödənilməli olan məbləğin ümumilikdə 120.406,47 manat olması barədə qənaətə gəlmişdir. Halbuki, ödəniş cədvəlinə əsasən, bu məbləğ 125.030 manat təşkil edirdi. Ekspert rəyində, maliyyə arayışı məlumatlarına əsasən, 2021-ci il 6 avqust tarixinədək cavabdeh tərəfindən iddiaçıya cəmi 57.792 manat vəsait ödənildiyi qeyd edilmiş, halbuki maliyyə arayışında iddiaçı özü həmin tarixədək həyata keçirilmiş ödənişlərin cəmi 61.932 manat təşkil etdiyini, 4.140 manat məbləğin sığorta haqqı olaraq silindiyini qeyd etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin borcu müəyyənləşdirilərkən ekspert rəyinin əsas götürülə bilinməməsi qənaətinə gəlmişdir.
22. Həmçinin, ödəniş cədvəlinə əsasən, cavabdeh iddiaçıya cəmi 2.820 manat sığorta haqqı ödəməli olduğundan ödənilmiş məbləğin 4.140 manatının hansı səbəbdən sığorta haqqı borcu üzrə silinməsi iddiaçı tərəfindən əsaslandırılmamışdır, iddiaçının nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən sığorta haqqı borcuna səhvən faiz hesablandığını göstərmişdir.
23. Ödəniş cədvəlinə əsasən, cavabdehin lizinq müqaviləsi üzrə ödəməli olduğu ümumi məbləğin 125.030 manat (sığorta haqqı ilə birlikdə) təşkil etdiyi, qrafik üzrə cəmi 61.932 manat ödəniş edildiyi nəzərə alınarsa, qalıq borcun lizinq mükafatı ilə birgə 63.098 manat olduğu müəyyən olunmuşdur.
24. Belə ki, qətnamə borcun tutulması ilə bağlı hissədə qismən ləğv edilərək cavabdehdən iddiaçının xeyrinə 17.878 manat (80976- 63098=17878) pulun tutulması hissəsində iddia rədd edilməlidir.
25. Eyni zamanda məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi lizinq obyektinin cavabdehdən alınaraq iddiaçıya geri qaytarılmasına dair hissədə də əsassızdır. Lizinq müqaviləsinin 5.3-cü bəndinə əsasən, müqavilə müddəti lizinq alanın öhdəlikləri yerinə yetirməməyinə əsasən vaxtından əvvəl bitmiş hesab olunarsa, lizinq alan lizinq obyektini 3 iş günü ərzində lizinq verənə təhvil verməyə borcludur.
26. Həm müqavilə şərtindən, həm də MM-nin istinad edilən normasının məzmunundan aydın olmuşdur ki, lizinq alanın lizinq ödənişlərini icra etmədiyi halda lizinq müqaviləsi lizinq alan tərəfindən vaxtından əvvəl, yəni öhdəliyin icra müddəti başa çatmadan ləğv edilərsə, lizinq verən müqavilənin ləğv edildiyi tarixədək yaranmış borcu tələb etməklə yanaşı, eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququna malik olur. Tərəflə r arasında bağlanmış lizinq müqaviləsinin 1.6-cı bəndində qeyd edilmişdir ki, lizinq alan bütün ödəniş və öhdəlikləri yerinə yetirdikdən sonra lizinq obyektinə olan mülkiyyət və sərəncam hüququnu əldə edir. Müqavilənin qeyd edilən şərtinə əsasən, lizinq ödənişləri tam həyata keçirildikdən sonra lizinq verənin lizinq obyekti üzərində mülkiyyət hüququnu lizinq alana ötürmək öhdəliyi yaranır. İddiaçı lizinq müqaviləsinə vaxtından əvvəl xitam vermədiyindən və hazırkı iddia ərizəsi ilə cavabdehdən lizinq müqaviləsi üzrə bütün ödənişlərin tam həyata keçirilməsini (öhdəliyin tam icrasını) tələb etdiyindən məhkəmə kollegiyası qənaətə qəlmişdir ki, lizinq alan eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququna malik deyildir.
27. Odur ki, birinci instansiya məhkəməsi iddiaçın ın bu tələbini təmin edərkən qeyd edilənləri nəzərə almamışdır, qeyd edilən hissədə tələbin qanuni əsası kimi, MM-in 7481.12.4-cü maddəsinə istinad etməklə maddi hüquq normasını mübahisə üzrə düzgün tətbiq etməmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 372.1, 372.2, 373.2, 377.2, 375.2, 380.1, 380.2, 431.1, 747.1, 748-1.12, 748-1.12.4-ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 2 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2018-ci il 28 noyabr tarixli Plenumunun qərarına; MPM-in 14.2, 77.1, 88, 97.1, 103.1, 103.2, 327.6, 372.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
29. Həmin q ətnamə 2022-ci il 20 iyun tarixində proses iştirakçılarının elektron kabinetlərində yerləşdirilmişdir.
30. İddiaçı 2022-ci il 2 iyul tarixində kassasiya şikayəti verərək həmin qətnaməni 17.878 manat pulun tutulması və lizinq predmeti olan 1 ədəd Komatsu PC340NLC-7EO markalı tırtıllı ekskovatorun işlək vəziyyətdə iddiaçıya qaytarılması barədə iddianın rədd olunduğu hissəsində ləğv edərək yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. a) Kassasiya şikayətinin dəlilləri
31. MM-in 462.1, 467, 748-ci maddələrinin tələbləri pozulmuşdur – Bakı Apellyasiya Məhkəməsi işə tamamilə qanuni və əsaslı iddia tələbi üzrə heç bir araşdırma aparmadan, iş materiallarına əlavə edilmiş sübutlara qiymət vermədən formal olaraq öz mülah izəsi əsasında sanki cavabdehin müdafiəçisi qismində çıxış edərək səhv nəticələrə gəlməklə işin baxılmasında olan maraq və qərəzliliyini aşkar şəkildə sübut etmişdir. Konstitusion hüququndan istifadə edərək iddiaçı ilə sərbəst müqavilə bağlayan cavabdeh könüllü olaraq öhdəlik qəbul etdiyi halda öhdəliyini icra etməyərək hüquq pozuntusu törətmiş və dövlət büdcəsinin vəsaiti hesabına alınmış lizinq obyektini hələ də qanunsuz istismar edərək gəlir əldə etməkdədir. MM-in 462.1 və 467-ci maddələrinin tələblərində əks edilməsinə baxmayaraq Bakı Apellyasiya Məhkəməsi nəticədə digər pozuntularla yanaşı 17.878 manat pul hissəsində də səhv nəticəyə gələrək qənaətinin məhz hansı hüquq normasına uyğun olmasını elan etdiyi qətnamədə əks etdirməməklə daha ciddi hüquq pozuntusuna yol vermişdir.
32. MM-in 425-ci maddəsinin tələbləri pozulmuşdur – Bakı Apellyasiya Məhkəməsi maddənin nəzərdə tutulan öhdəliklə əlaqəli münasibətdə də tamamilə səhv nəticəyə gəlməklə hüquq pozuntusunu təkrarlamışdır. Həmçinin məhkəmə Qanunla cavabdehin öhdəlik əsasında ödəyəcəyini vəzifə olaraq qəbul etdiyi, ödənilməsi tələb edilən borcunu ləğv etmiş, amma bu qənaət üçün məhz hansı Qanunvericiliyin tələblərinə istinad etməsinə dair əsası qətnamədə əks etdirməmişdir.
33. MM-in 747.1-ci maddəsinin tələbləri pozulmuşdur – Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-405/2022 saylı, 2022-ci il 7 iyun tаriхli qətnaməsi çıxarılarkən maddi hüquq normaları pozulmuşdur: cavabdehin apellyasiya şikayətini qismən təmin edərək Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 7 fevral tarixli, e-2-2(113)-214/2022 sa ylı qətnaməsini qismən ləğv etməklə və iddianı “cavabdehdən iddiaçının xeyrinə 17.878 manat pulun tutulması və lizinq predmeti olan 1 ədəd Komatsu PC340NLC-7EO markalı tırtıllı ekskovatorun işlək vəziyyətdə iddiaçıya qaytarılması hissəsində rədd etməklə” səhv hüquqi nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsi əsassız qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsini iddianın “cavabdehdən iddiaçının xeyrinə 17.878 manat pulun tutulması və lizinq predmeti olan 1 ədəd Komatsu PC340NLC-7EO markalı tırtıllı ekskovatorun işlək vəziyyətdə iddiaçıya qaytarılması hissəsini ləğv edərkən maddi hüquq normalarına əməl etməmişdir və MM-in 747.1-ci maddəsinin tələblərinə zidd qərara gəlmişdir.
34. MPM-in 14-ci maddəsinin tələbləri pozulmuşdur – Apellyasiya Məhkəməsi tərəfindən MPM-in normaları nın pozulması, həmçinin bəzi normaların düzgün tətbiq edilməməsi nəticədə apellyasiya instansiya məhkəməsinin düzgün olmayan qətnamə qəbul etməsinə gətirib çıxarmışdır.
35. MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur – Apellyasiya instansiyası məhkəməsi müəyyən edilmiş hallara və toplanmış sübutlara MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməyərək və mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməyərək verilmiş apellyasiya şikayətini qismən təmin etməklə səhv nəticəyə gəlmişdir. Göründüyü kimi, аpеllyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən MPM-in tələbləri yеrinə yеtirilməmişdir ki, bununlа dа işə bахаn hаkimlər tərəfindən prоsеssuаl hüquq nоrmаlаrı pоzulmuşdur, bu isə iddiaçının tam əsaslı iddia tələbinin qismən təm in edilməsi ilə nəticələnmişdir.
36. MPM-in 217.1, 217.2 və 217.3-cü maddələrinin tələbləri pozulmuşdur – Məhkəmə tərəfindən qətnamədə MPM-in maddələrində nəzərdə tutulmuş normalara lazımi hüquqi qiymət verilməmişdir. Bakı Apellyasiya Məhkəməsi İ instansiya məhkəməsinin 2022-ci il 7 fevral tarixli, e-2-2(113)-214/2022 saylı qətnaməsini qüvvədə saxlamaq əvəzinə maddi hüquq normalarının ziddinə olaraq əsassız şəkildə apellyasiya şikayətini qərəzli olaraq qismən adı altında təmin etməklə öz qərəzliliyini və iş üzrə maraqlı olmasını aşkar olaraq sübuta yetirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
38. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
39. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası mə hkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur...” Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri … 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır... 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə....”
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 2 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2018-ci il 28 noyabr tarixli Plenumunun qərarına: “Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə t utan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər”.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və vi deo yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir...” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilmə “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri [556] 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri [557] 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsin in qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər “Maddə
419. Kassasiya instansiyası məhkəməsinin qərarı 419.1. Kassasiya şikayətinə baxılması nəticəsində bütün hakimlər tərəfindən imzalanmış qərar qəbul edilir. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
44. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kas sasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
46. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
47. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi qətnamə qəbul edən zaman sübutları düzgün qiymətləndirməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini 17.878 manat məbləğində pulun tutulması hissəsində ləğv etmə əsasını qətnaməsində göstərməmişdir.
48. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını bildirir.
49. MPM-in tə ləblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).
50. Maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi m əlumatlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s. aiddir.
51. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
52. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara ə sasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
53. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən dəlili ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə 71.912,47 manat əsas borc, 9.063,97 manat mükafat borcunun tutulması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə tərəflər arasında bağlanmış müqavilənin əlavəsi olan ödəniş cədvəlinə istinadən belə qənaətə gəlmişdir ki, cavabdehin lizinq müqaviləsi üzrə ödəməli olduğu ümumi məbləğ 125.030 manat (sığorta haqqı ilə birlikdə) olduğu və qrafik üzrə cəmi 61.932 manat ödəniş edildiyi nəzərə alındıqda, qalıq borc lizinq mükafatı ilə birgə 63.098 manat təşkil edir. Buna görə də, qətnamə borcun tut ulması ilə bağlı hissədə qismən ləğv edilərək iddia cavabdehdən iddiaçının xeyrinə 17.878 manat (80976-63098=17878) pulun tutulması hissəsində rədd edilməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və həmçinin qeyd edir ki, MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yəni, məhkəmə yalnız tərəfin irəli sürdüyü tələb üzrə qiymətləndirməsini aparmalı və bu tələblərin çərçivəsindən kənara çıxmamalıdır. Müqavilənin 3.5-ci bəndində ödənişlərin gecikməsinə görə hər gecikdirilmiş gün üçün 0,01% cərimə faizi ödənişi nəzərdə tutulsa da, iddiaçı tərəfindən tələb edilən faizlərin cərimə olduğu iddia ərizəsinin məzmununda, o cümlədən maliyyə arayışında qeyd edilməmişdir. Odur ki, lizinq müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən lizinq şirkətinin gəliri və sığorta haqqı ilə birlikdə lizinq ödənişlərinin ümumi məbləğinin 125.030 manat müəyyən edildiyini, cavabdeh tərəfindən isə cəmi 61.932 manat ödəniş olunmasını nəzərə alan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehdən 17.878 manat pulun tutulması hissəsində ləğv etməkdə haqlı olmuşdur.
54. Bundan başqa, kassasiya şikayətinin digər dəlili iddia tələbiin lizinq predmeti olan 1 ədəd “Komatsu” PC340NLC-7EO markalı tırtıllı ekskavatorun işlək vəziyyətdə iddiaçıya qaytarılması hissəsində rədd edilməsinin əsassızlığı ilə bağlı olmuşdur.
55. Məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlilinə münasibətdə ape llyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
56. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Qanunvericiliyin göstərilən normasına uyğun müddəa tərəflər arasında bağlanmış müqavilədə də öz əksini tapmışdır.
57. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinin “b” yarımbəndinə əsasən, lizinq alanın lizinq ödənişlərini icra etmədiyi halda lizinq müqaviləsi lizinqalan tərəfindən vaxtından əvvəl, yəni öhdəliyin icra müddəti başa ç atmadan ləğv edilərsə lizinqverən müqavilənin ləğv edildiyi tarixədək yaranmış borcu tələb etməklə yanaşı, eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququna malik olur.
58. Hazırkı halda, iddiaçı lizinq müqaviləsinə vaxtından əvvəl xitam vermədiyindən və iddia ərizəsi ilə cavabdehdən lizinq müqaviləsi üzrə bütün ödənişlərin tam həyata keçirilməsini (öhdəliyin tam icrasını) tələb etdiyindən Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinin tətbiqi imkanı aradan qalxmışdır.
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası tərəfindən işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmaqla, hüquqi qiymət verildiyindən və qanunvericiliyin yuxarıda əks olunmuş müddəaları işin hallarına münasibətdə düzgün tətbiq edildiyində n, cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri də əsaslı hesab oluna bilməz.
60. Beləliklə, məhkəmə kollegiyası hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 iyun tarixli, 2-2(103)-405/2022 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
61. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
62. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmas ın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 iyun tarixli, 22(103)-405/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.