Məhkəmə qərarları › İş №2-2(102)-661/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-661/2023

20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-661/2023 20.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı1 QSC-nin cavabdeh “D.X2” MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: şifahi müqavilə üzrə borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı1 QSC-nin cavabdeh “D.X2” MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 avqust tarixli 2-2(105)-88/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Satıcı "xxxx" QSC (bundan sonra – “QSC”) ilə alıcı "D.X2" MMC (bundan sonra – “MMC”) olaraq tərtib olunmuş 2020-ci il 14 iyul tarixli 1/20- 118AZ nömrəli “X1 satışına dair” Müqavilə QSC tərəfindən imzalanıb-möhürlənsə də, həmin Müqavilə MMC tərəfindən imzalanmamışdır.

2. QSC tərəfindən MMC-yə  2018-ci il 24 aprel tarixli EAAİ 621133 nömrəli Elektron Qaimə üzrə 20.868 manat dəyərində,  2018-ci il 31 may tarixli EAAJ 500254 nömrəli Elektron Qaimə üzrə 29.927,04 manat dəyərində,  2019-cu il 11 iyul tarixli EAAX 021277 nömrəli Elektron Qaimə üzrə 4.236 manat dəyərində,  2019-cu il 19 noyabr tarixli EBAC 600224 nömrəli Elektron Qaimə üzrə 69.165,40 manat dəyərində,  2020-ci il 31 mart tarixli EBAİ 230133 nömrəli Elektron Qaimə üzrə 65.608,05 manat dəyərində,  2020-ci il 12 may tarixli EBAJ 776390 nömrəli Elektron Qaimə üzrə 19.384,40 manat dəyərində,  2020-ci il 29 may tarixli EBAK 447830 nömrəli Elektron Qaimə üzrə 13.441,50 manat dəyərində,  2020-ci il 1 iyun tarixli EBAK 563457 nömrəli Elektron Qaimə üzrə 14.570,40 manat dəyərində,  2020-ci il 9 iyun tarixli EBAK 923871 nömrəli Elektron Qaimə üzrə 5.263,36 manat dəyərində,  2020-ci il 19 iyun tarixli EBAL 347226 nömrəli Elektron Qaimə üzrə 35.337,68 manat dəyərində,  2020-ci il 15 iyul tarixli EBAM 395161 nömrəli Elektron Qaimə üzrə 8.220,60 manat dəyərində,  2020-ci il 22 iyul tarixli EBAM 689728 nömrəli Elektron Qaimə üzrə 15.152,40 manat dəyərində,  2020-ci il 24 iyul tarixli EBAM 777089 nömrəli Elektron Qaimə üzrə 1.383,96 manat dəyərində,  2020-ci il 25 avqust tarixli EBAP 09764 0 nömrəli Elektron Qaimə üzrə 229.728,13 manat dəyərində,  2020-ci il 26 noyabr tarixli EBAT 114265 nömrəli Elektron Qaimə üzrə 131.961,47 manat dəyərində olmaqla, ümumilikdə cəmi 664.248,39 manat dəyərində müxtəlif dərman preparatlarının (X1) satılması ilə əlaqədar yuxarıda qeyd olunan elektron qaimələr təqdim olunmuşdur.

3. MMC tərəfindən satıcı QSC-yə göndərilmiş və təyinatı "malların qismən geri qaytarılması qaiməsi" kimi qeyd olunmuş 2021-ci il 25 fevral tarixli EBAX 927353 nömrəli Elektron Qaimədən görünür ki, MMC tərəfindən QSC-yə 756,30 manat dəyərində malın geri qaytarılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur.

4. QSC və MMC tərəfindən imzalanaraq möhürlənmiş 2021-ci il 25 fevral tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Aktda göstərilir ki, tərəflər arasında olan alqısatqı üzrə alıcı MMC-nin 2021-ci il 25 fevral tarixinə satıcı QSC-yə cəmi 524.748,46 manat məbləğində borcu vardır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 5. "xxxx" QSC (bundan sonra – “iddiaçı”) 2022-ci il 6 yanvar tarixində "D.X2" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehdən 524.748,46 manat əsas borc və 50.000 manat zərər olmaqla, ümumilikdə 574.748,46 manat məbləğində borcun, iş üzrə ödənilmiş 400 manat mediasiya xidməti xərcinin və vəkilə ödənilmiş 360 manat xidmət haqqının iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1996-cı il 21 iyun tarixindən kənd təsərrüfatı sahəsində dərman preparatlarının satışı ilə məşğul olmaqla, sahibkarlıq fəyaliyyətini həyata keçirir və o, kənd təsərrüfatı sahəsində istifadə olunan dərman preparatlarını xarici dövlətlərdən alaraq Azərbaycan Respublikasına gətirir və onların satışını həyata keçirir (İddiaçı1 MMC 2020-ci il 4 iyun tarixində təşkilatı-hüquqi formasını dəyişərək İddiaçı1 QSC olmuşdur). İddiaçı tərəfindən cavabdehə 2018-ci ildən 2020-ci il ilin sonlarınadək müxtəlif vaxtlarda kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün dəyərinin sonradan ödənilməsi şərtilə dərman preparatları satılmışdır. Lakin, cavabdeh iddiaçıdan aldığı preparatların dəyəri olan 524.748,46 manat pulu bu günə qədər ödəməmişdir. Cavabdeh ilə iddiaçı arasında 2021-ci il 25 fevral tarixində “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Akt tərtib olunmuş və hər iki tərəf həmin ak tı imzalamaqla möhürləmiş və təsdiqləmişlər. Bu Akt tərib edildikdən sonra da dəfələrlə iddiaçıya olan 524.748,46 manat borcun ödənilməsi tələb olunsa da, cavadeh hər dəfə müxtəlif bəhanələr gətirməklə borcu ödəməkdən yayınmışdır. 2021-ci il 25 oktyabr tarixində rəsmi qaydada cavabdehə həmin borcun 10 gün müddətinə ödənilməsi barədə yazılı təklif verilsə də, bu günədək həmin yazılı məktuba hər hansı bir münasibət bildirilməmiş və iddiaçıya olan borc ödənməmişdir. Borcun alınması ilə əlaqədar “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, iddiaçı tərəfindən müvafiq qaydada cavabdehə və Mediasiya Şurasına müraciət edilmiş olsa da, cavabdehin nümayəndəsi gəlmədiyinə görə bu mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi də mümkün olmamışdır. Bundan əlavə, rəs mi qaydada cavabdehə həm pretenziya, həm də iddia ərizəsi çatdırılmışdır. Eyni zamanda, cavabdeh 524.748,46 manat pulu qanunsuz olaraq özündə saxlamaqla, iddiaçıya zərər də vurmuşdur. İddiaçı tərəf bu zərəri 50.000 manat olaraq dəyərləndirir və həmin zərərin də tutulmasını tələb edir.

7. Cavabdehin nümayəndəsi tərəfindən 2022-ci il 28 fevral tarixində iddia tələbinə qarşı etiraz təqdim edilərək, iddia tələbinin rədd edilməsi xahiş olunmuş və həmin etiraz onunla əsaslandırılmışdır ki, “Elektron məhkəmə” portalı vasitəsi ilə iş materialları ilə tanış olarkən hazırkı məhkəmə mübahisəsi üçün əhəmiyyət kəsb edəcək bir sıra sənədlər, o cümlədən də, mübahisənin əsası kimi çıxış edən müqavilə aşkar edilməmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, “iddiaçı tərəfindən cavabdehə 2020-ci ilin sonlar ınadək, müxtəlif vaxtlarda kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün dərman preparatları verilmiş, cavabdeh isə onların dəyərini ödəməmişdir”. Lakin, iddiaçı qeyd edilən malların hansı müqavilə və yaxud digər hüquqi əsasla verildiyini qeyd etməmişdir. İş materiallarında da bu cür müqaviləyə rast gəlinmir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2021-ci il 25 fevral tarixində “Qarşılıqlı borcların üzləşdirilməsi” barədə Akt tərtib olunmuş və hər iki tərəf həmin Aktı imzalamaqla möhürləmiş və təsdiqləmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş həmin Akt cavabdehin adından imzalanıb möhürlənsə də, onu kimin və hansı vəzifəli şəxsin imzaladığı əks olunmamışdır. İddia ərizəsinə malların, işlərin və xidmətlərin təqdim edilməsinə dair elektron qa imə-fakturalar əlavə olunmuşdur. Lakin, onların heç biri nə iddiaçı, nə də ki cavabdeh tərəfindən imzalanmamışdır.

8. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 2 noyabr tarixli 9/5541 nömrəli ekspert rəyinə əsasən, QSC-nin MMC-dən tələb etdiyi 524.748,46 manat məbləğində borcun olmasını, ümumiyyətlə X1 təhvil verilməsini, nəticədə 2021-ci il 25 fevral tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə" Aktdakı göstəricilərin doğru olmasını məhkəmə-mühasibat ekspertizası ilə müəyyən etmək mümkün olmamışdır.

9. QSC həmin ekspert rəyi ilə razılaşmayaraq, təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmiş və iş üzrə təkrar eksp ertiza keçirilmişdir. Təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 2023-cü il 13 yanvar tarixli 9/8603 nömrəli ekspert rəyində göstərilmişdir ki, təqdim edilmiş iş materiallarında 138.743,65 manat məbləğində ödəniş edilməsi öz əksini tapmışdır. O cümlədən, Bank ödənişləri "Access Bank": cəmi 61.372,88 manat; "Kapital Bank": cəmi 27.816 manat; "Azər-Türk Bank": cəmi 39.127,65 manat; "Kapital Bank": 2020-ci il 11 aprel – 2.800 (İsaməddin Dəmirov tərəfindən aparılan ödəniş - qəbzə əsasən); 2021-ci il 25 fevral tarixli AKT-da olan cədvələ əsasən ƏDV depozit hesabı üzrə ödəniş 2020-ci il 23 yanvar – 1.525,42 manat, 2020-ci il 26 sentyabr – 6.101,70 manat. Qeyd edilən ödənişlərin əksər hissəsinə dair elektron qaimələr üzrə məlumatlar təqdim edilmiş iş materiallarında olan bank çıxarışlarında öz ə ksini tapmışdır.

10. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 9 mart tarixli e-2-2(119)-8/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 524.748,46 manat məbləğində əsas borcun iddiaçıya ödənilməsi, iddianın qalan hissələrdə rədd edilməsi qət edilmişdir (hakim – Z.Sadiqov).

11. Birinci instansiya məhkəməsi işin hallarını və ekspertiza rəyini nəzərə alaraq gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, hazırkı iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır. Lakin, cavabdehdən 50.000 manat məbləğində zərərin tutulması hissəsində isə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 329.2, 329.3, 385.1, 425.1, 425.2, 427.3, 442, 443.1, 44 5.1, 448, 567, 600.1, 600.4-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 103.1, 106.1, 106.3, 119.1, 119.2, 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 avqust tarixli 2-2(105)-88/2023 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır (sədrlik edən – A.Süleymanova, hakimlər – Z.Məmmədov və A.Mahmudov).

15. Apellyasiya instansiyas ı məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında yazılı müqavilə bağlanılmamışdır. Lakin yazılı müqavilənin bağlanılmaması tərəflər arasında şifahi razılaşmaya əsaslanan müqavilə münasibətlərinin olmasını inkar edən hal kimi qiymətlədirilə bilməz. Araşdırılan mübahisədən göründüyü kimi tərəflər arasında nisyə alğısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri olmuşdur.

16. Həmçinin, cavabdeh tərəf dərman preparatlarının alqı-satqısına dair verilmiş elektron qaimələri qəbul etmiş, ödənişlər etmiş, “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Aktı səlahiyyətli nümayəndəsi imza etməklə tərəflər arasında müqavilə münasibətlərinin yarandığını göstərən aşkar hərəkətlər etmişdir. Qarşılıqlı borcların razılaşdırılması barədə akt və elektron qaimələrin mövcudluğu tərəflər arasında şifa hi razılaşma əsasında faktiki müqavilə münasibətlərinin mövcudluğuna dəlalət edən və inkar olunmayan haldır.

17. Apellyasiya şikayətinin dəlilində “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Aktın müqavilə olmadan cavabdehin öhdəlik daşımasının əsası olaraq qəbul edilməsinin meyarı kimi bu sənədin cavabdeh hüquqi şəxsi təmsil etmək səlahiyyəti olan şəxs tərəfindən və yaxud onun tərəfindən səlahiyyət verilmiş digər şəxs tərəfindən imzalanması zəruriliyini mübahisələndirmişdir.

18. Apellyasiya araşdırması zamanı mübahisələndirilən həmin hala aydınlıq gətirilməsi üçün məhkəmə iclasına çağrılaraq dindirilmiş cavabdehin direktoru və qanuni təmsilçisi X3 izahatında bildirmişdir ki, 2021-ci il 25 fevral tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Aktı onun tərəfindən imzalanmış və möh urlə təsdiq edilmişdir. Göstərilən borc məbləği doğru yazılmışdır. Aktın tərtib edildiyi tarixə qeyd olunan məbləğdə borc olmuşdur. Hazırkı vaxtadək həmin borcun yarısı ödənilmişdir, təxminən iddiaçıya 200-250 min manat verilməmiş borc qalmışdır. Həmçinin bildirmişdir ki, Aktdakı imzanın və möhurun həqiqiliyini mübahisələndirmir. Möhurun üçüncü şəxslərin əlinə keçməsi, oğurlanması, itirilməsi və s. bu kimi hallar olmamışdır.

19. Məhkəmə kollegiyası cavabdehin qanuni təmsilçisinin izahatında verdiyi məlumatları sübut növü olaraq qiymətləndirir və birinci instansiya məhkəməsi tərəfindən iddianın qeyd olunan hissədə təmin edilməsinin əsaslığını təsdiq edən xüsusat olaraq nəzərə alır.

20. Beləliklə, məhkəmə kоllegiyаsı belə qənаətə gəlmişdir ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni işin fаk tiki hаllаrınа uyğun, iş üzrə tоplаnmış sübutlаrа fаktlаr nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, mаddi və prоsessuаl hüquq nоrmаlаrını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Аpellyаsiyа şikаyətinin dəlilləri iş mаteriаllаrı ilə təsdiq оlunmur və şikаyətin təmin edilməsi üçün qаnundа nəzərdə tutulmuş əsаslаr yоxdur. Bunа görə аpellyаsiyа şikаyəti təmin edilməməli, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 329.2, 329.3, 329.4, 425.1, 425.2, 427.3, 442, 443.1, 445.1, 448.1, 448.2, 567, 600.1, 600.4-cü, MPM-in 217.1, 217.3, 372.1, 372.2, 372.6, 372.7, 384.0.1, 402.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

22. Cavabdeh 2023-cü il 23 oktyabr tari xində həmin qətnamədən kassasiya şikayəti verməklə, qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. MM-in 331.1, 386, 407.2-ci maddələri üzrə - İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün dərman pereparatları verilmiş, cavabdeh isə onların dəyərini ödəməmişdir. Lakin, iddiaçı qeyd edilən malların hansı müqavilə və yaxud digər hüquqi əsasla verildiyini qeyd etməmişdir.

24. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən MM-in 386.1-ci maddəsinin “öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında m üqavilə olmalıdır” kimi birmənalı göstərişi ümumiyyətlə müzakirə olunmamışdır. Əvəzində iddia tələbinin əsası kimi iş materiallarına əlavə edilmiş, heç bir hüquqi əhəmiyyəti olmayan 2020-ci il 14 iyul tarixli Müqaviləyə əsaslanmaqla tərtib edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarında dəyişiklik edilməsi barədə 2021ci il 2 fevral tarixli Qərarının 1.2-ci bəndi ilə müəyyən olunmuş elektron qaimə-fakturanın tərtibatına dair tələblərə cavab verməyən elektron qaimələrdə göstərilən rəqəmlər əsasında formalaşdırılmış 2021-ci il 25 fevral tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə Akt” əsas sübut qismində qəbul edilmişdir. Halbuki, bu zaman nəzərə alınmamışdır ki, həmin Aktda nə 2020-ci il 14 iyul tarixli Müqaviləyə, nə də digər h ər hansı real müqaviləyə heç bir istinad mövcud deyildir, əksinə, ilk sütunda “D-T” adlı hissədə ifadə olunmuş, 16.667,39 manatlıq iddia olunan borc məbləği iddiaçının vəkilinin məhkəmə iclasında bilavasitə özünün şəxsən göstərdiyi 2018-ci il tarixli digər müqaviləyə əsaslanır. Başqa sözlə, faktiki olaraq həmin Akt heç bir müqavilənin tərkib hissəsi kimi çıxış etməyən və müstəqil hüquqi qüvvəsi olmayan bir kağız parçasıdır.

25. MM-in 49.2-ci maddəsi üzrə - Məhkəmə öz qətnaməsini iddiaçı tərəfindən cavabdehə göndərilmiş heç bir hüquqi əsası olmayan və qanunvericiliklə hər hansı bir öhdəlik yaratmayan elektron qaimələrin mövcudluğu ilə əsaslandırmağa çalışmışdır. Qeyd edilən elektron qaimələr tərəflərin heç biri tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş elektron qaimələrd ə 2020-ci il 14 iyul tarixli 1/20-118AZ nömrəli “X1 satışına dair” Müqaviləyə istinad olunmuşdur. Halbuki, həmin “müqavilənin” heç bir hüquqi əsası yoxdur və tərəflərə hər hansı öhdəlik yaratmır, başqa sözlə, göstərilən elektron qaimələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun tərtib edilməmişdir və bu səbəbdən, mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermədiyi üçün mötəbər sübut kimi qəbul edilib qiymətləndirilə bilməz.

26. MPM-in 220.4-cü maddəsi üzrə - Məhkəmənin qərarında, tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğunu təsdiq edən heç bir tutarlı sənədə istinad edilməmişdir.

27. MPM-in 88-ci maddəsi üzrə - İş üzrə birinci instansiya məhkəməsində üç dəfə hüquqi ekspertizanın aparılmasına və 2023-cü il 13 yanvar tarixli, 9/8603 nömrəli ekspert rəyində ekspertizanın 2021-ci il 25 fevral tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə Akt”dakı göstəricilərin doğru olmasının məhkəmə-mühasibat ekspertizası ilə müəyyənləşdirilməsinin mümkün olmadığı və iş materiallarına əlavə olunan sənədlərlə iddia olunan borc məbləği faktının mövcudluğunun təsdiq edilmədiyi nəticəsinə gəldiyi konkret qeyd edilsə də, məhkəmə tərkibi iş üzrə ən əhəmiyyətli bu sübuta heç bir hüquqi qiymət verməmiş və münasibət bildirməmişdir. Nəticə etibarilə, məhkəmə özünün əsassız və heç bir mötəbər sübutla əsaslandırılmayan mülahizələrinə əsaslanmaqla, apellyasiya şikayətini təmin etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliy inin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş birinci (2022-ci il 2 noyabr tarixli 9/5541) ekspertizanın nəticələrinə dair rəyə görə, iddia olunan borcun mövcudluğunu, ümumiyyətlə X1 təhvil verilməsini, nəticədə 2021-ci il 25 fevral tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə" Aktdakı göstəricilərin doğru olmasını məhkəmə-mühasibatlıq ekspertizası ilə müəyyən etmək mümkün deyildir. Həmin Mərkəz tərəfindən keçirilmiş 2023-cü il 13 yanvar tarixli 9/8603 nömrəli təkrar ekspertizanın nəticələrinə dair rəydə də borcun olmasını təsdiq edən heç bir müddəa əks etdirilməmişdir. Sonuncu, üçüncü təkrar mühasibatlıq ekspertizası zamanı isə ümumiyyətlə, cavabdeh tərəfindən iddiaçıya 138,743.65 AZN məbləğində ödəniş olunması faktı müəyyən olunmuşdur. Lakin təəssüf ki, məhkəmə bu vacib fa kta ümumiyyətlə düzgün hüquqi qiymət verməmiş, iddia olunan məbləğin heç olmazsa, göstərilən həddə azaldılması qənaətinə gəlməmişdir (məhkəmə həmin məbləği iddia tələbinə heç bir aidiyyəti olmayan hansısa 664.248,39 manatdan çıxmışdır). Bir sözlə, məhkəmə, iş materiallarında olan ekspert rəyləri və digər sənədləri (iddianı əsasını sübut etməyən sənədləri) obyektiv və düzgün qiymətləndirməmişdir. Belə ki, iş materiallarında borc faktını təsdiq edən mötəbər sübutlar olmadığı halda, məhkəmə öz mülahizəsinə əsaslanaraq iddianı qismən təmin etmişdir.

28. Bundan başqa, kassator qeyd etmişdir ki, məhkəmənin 31 iyul tarixində keçirilmiş iclasında cavabdehin direktoru F.M.Yaqubov izahat verərək Aktı imzaladığını təsdiq etsə də, eyni zamanda, onun hazırkı mübahisə predmetinə heç bir aidiyyətinin olm adığını və ümumiyyətlə, düzgün tərtib edilmədiyini və iddia tələbini qəbul etmədiyini bildirmişdir. Lakin, məhkəmə tərkibi onun bu mövqeyini iddianın qəbul edilməsi və borcun etirafı faktı kimi qəbul edərək, vəkilin israrlarından sonra yalnız birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş naməlum, haradan əldə edildiyi bilinməyən 664.248,39 manatın yaranma əsasının araşdırılması üçün məhkəmə baxışını başqa tarixə təxirə salmışdır. Bu faktın özü məhkəmə tərkibinin işə nə qədər səthi, formal və ümumi yanaşmasının bariz göstəricisi kimi qəbul olunmalıdır. Həmin vaxt məhkəmə araşdırması üçün müəyyən olunmuş prosessual müddətlər bitmək üzrə olsa da, məhkəmə hələ də apellyasiya şikayətinin verilməsinin əsası kimi çıxış edən birinci instansiya məhkəməsinin qətnaməsi ilə təmin edilmiş bo rc məbləğinin yaranma əsasını müəyyənləşdirməmişdi. Hesab edirik ki, yalnız bu məqamın özü belə məhkəmənin işə olan qərəzli və subyektiv münasibətinin bariz göstəricisi kimi qəbul edilə bilər.

29. Həmçinin kassator MPM-in 76, 97.1, 387.1-ci maddələrinin tələblərinin pozulduğunu bildirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

31. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

329. Əqdlərin formaları... 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 329.4. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayı lır.” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edi lməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu g ecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilm iş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışını n prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmal ıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 avqust tarixli 2-2(105)-88/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

36. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, 2020-ci il 14 iyul tarixində “X1 Satışına dair” müqaviləsi cavabdeh tərəfindən im zalanmasa da, iddiaçı tərəfindən həmin müqavilə üzrə yaranmış öhdəliklərə əsasən qarşı tərəfə müvafiq dərman məhsulları və bunlara dair elektron qaimələr göndərilmişdir. Belə ki, 2018-2020-ci illər ərzində cavabdehə elektron qaimələr göndərilmiş və həmin qaimələr cavabdeh tərəfindən qəbul edilmişdir. Eyni zamanda cavabdeh tərəfindən iddiaçıya 756,30 manat dəyərində malın geri qaytarılması ilə əlaqədar 2021-ci il 25 fevral tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” akt tərtib edərək, həmin tarixli elektron qaiməni təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi bununla əlaqədar düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında yazılı müqavilə bağlanılmamışdır. Lakin yazılı müqavilənin bağlanılmaması tərəflər arasında şifahi razılaşmaya əsaslanan müqavilə münasibətlərinin olmas ını inkar edən hal kimi qiymətlədirilə bilməz. Araşdırılan mübahisədən göründüyü kimi tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri olmuşdur.

37. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı tərəfindən göndərilən qaimələr cavabdeh tərəfindən qəbul olunmuşdur. Belə ki, qüvvədə olmuş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarının 3.9-cu bəndində (2021-ci il 2 fevral tarixədək qüvvədə olan redaksiya) göstərilmişdir ki, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-faktur aya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

38. Həmin elektron qaimələr cavabdeh tərəfindən qəbul edilmiş və cavabdeh iddiaçıdan həmin elektron qaimələrin ləğv olunmasını xahiş etməmişdir. “Elektron qaiməfakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarının 3.6-cı bəndində qeyd olunmuşdur ki, Elektron qaimə-fakturanın ləğv edilməsi barədə məlumat göndərildikdən sonra elektron qaimə-faktura üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi yaradılmalıdır. Belə halda alıcı vergi ödəyicisinə (satıcıya) mü raciət edərək, təqdim olunmuş elektron qaimə-fakturanın ləğvini xahiş edə bilər və ləğvetmə vergi ödəyicisi (satıcı) tərəfindən həyata keçirilir.

39. Kassasiya şikayətinin digər dəlilləri ilə bağlı (§§ 26-29) qeyd olunmalıdır ki, ekspertiza tərəfindən verilmiş rəydə qeyd olunur ki, 2021-ci il 25 fevral tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” aktdakı göstəricilərin doğru olmasını məhkəmə mühasibat ekspertizası ilə müəyyən etmək mümkün olmamış, lakin, yuxarıda da qeyd olunduğu kimi tərəflər arasında bitkilərin satışına dair elektron – qaimələr mövcud olmuş və bu bir daha təsdiq edir ki, cavabdeh tərəfindən alıcıya müəyyən məbləğdə ödəniş olmuşdur. İş materiallarında olan elektron – qaimələrə (15 ədəd) əsasən, ümumilikdə cavabdeh tərəfindən iddiaçıya 131.961,47 manat məbləğində p ul vəsaiti ödənilmişdir ki, bu da cəmi 664.248,39 manat dəyərində müxtəlif dərman preparatlarının (X1) satılması ilə əlaqədar olmuşdur.

40. Bundan başqa məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan borcun mövcudluğu cavabdeh tərəfindən təsdiq olunmuşdur. Belə ki, apellyasiya məhkəməsinin 2023-cü il 31 iyul tarixli məhkəmə iclas protokolundan (i/v 79, 2-ci cild) görünür ki, “D.X2” MMC-nin qanuni təmsilçisi X3 izahat verərək, 2021-ci il 25 fevral tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” aktın məhz onun tərəfindən imzalanıb möhürlənməsini, göstərilən borc məbləğinin doğru yazıldığını və aktın tərtib edildiyi tarixə qeyd olunan məbləğdə borcun olmasını təsdiq etmişdir. Həmçinin cavabdeh tərəfindən ödənişlər nağd şəklində ödənilmiş və həmin yaranmış borcun yarı hiss əsi ödənilərək 200250 min manat məbləğində borcun olmasını bildirmişdir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdehin kassasiya şikayətində göstərilən dəlillər isə apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olmaqla, onlara müfəssəl hüquqi qiymət verildiyindən, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

42. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətl əndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 avqust tarixli 2-2(105)-88/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar