Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-661/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iş üzrə QƏRAR 2-2(102)-661/2024 Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi, sübutetmə yükü \ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçin məruzəsi ilə, Qəribov Bəhman Fərhad oğlundan və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 16 iyul tarixli, 22(103)-672/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Re spublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaya görə 2010-2021-ci illər ərzində "xxxx" MMC tərəfindən Cavabdeh QSCyə polad pəstahları satılmış və 2020-ci il 23 dekabr tarixli akta görə, cavabdehin iddiaçıya borcu 7.021.347,07 ABŞ dolları müəyyən edilmişdir,
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 28 dekabr tarixli hökmünə görə, X1 müəssisənin baş direktoru funksiyalarını yerinə yetirməklə, həmin vəzifənin nizamnamə ilə müəyyən edilmiş vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq təkrar istifadə edərək, onun tərəfi ndən müəssisənin aidiyyəti vəzifəli şəxslərinə verilən tapşırıqlarına əsasən 2011-ci il 1 yanvardan 2021-ci il 28 yanvaradək olan müddət ərzində Cavabdeh MMC-dən həmin müəssisəyə məxsus olan pul vəsaitlərini talamaq məqsədilə özü və ona yaxın digər şəxslər tərəfindən xarici ölkələrin azad iqtisadi zonalarında təsis edilən “TERA General Trading” Ltd, “Cermington Enterprises” Ltd BVİ, "xxxx" LLP, “Steel İmpex SA” və “Azerpayp” şirkətlərinə eyni malların həmin vaxt digər hüquqi və fiziki şəxslərə təqdim olunma qiymətlərindən aşağı qiymətlə satışını həyata keçirmiş və bu qiymət fərqlərindən yaranan Cavabdeh MMC-nin əldə etməli olduğu vəsaitin xüsusilə külli miqdar hesab edilən 34.942.590,62 manat məbləğində hissəsini öz qulluq mövqeyindən istifadə etməklə təkrarən mənimsəmə və israf etmə yolu ilə talamış, bununla da onun bu əməlləri müəssisənin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7.021.347,07 ABŞ dolları borcun, 400 manat mediasiya xərcinin, 6.359 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2010-2021-ci illər ərzində polad pəstahların alqı-satqısı həyata keçirilməsinə dair alqı-satqı müqavilələri və qaimə fakturalar mövcuddur. Bundan başqa, tərəflər arasında borcun müəyyən edilməsinə dair 2020-ci il 23 dekabr tarixli akta görə, cavabdehi n iddiaçıya borcu 7.021.347,07 ABŞ dolları müəyyən edilmişdir. İddiaçı tərəfindən borcun ödənilməsinə dair 2023-cü il 5 dekabr tarixində cavabdehə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən borcun ödənilməsi həyata keçirilməmişdir.
5. Cavabdeh birinci instansiya məhkəməsində iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddianı və iddiaçı tərəfin subyektiv hüququnu təsdiq edən heç bir sənəd və sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəf başqa xarici şirkətlə iddiaçı arasındakı müqaviləni cavabdehin blankına yerləşdirərək məhkəməyə təqdim etmişdir. Digər müqavilə isə cavabdehin polad pəsdaha satışı ilə bağlı iddiaçı arasında bağlanılan müqavilədir və müqavilənin mətninə diqqət yetirdikdə malların göndərilməsi və hesablaşma tarixinin 2018-ci 31 dekabr il tarixində bitd iyi müəyyən olunmuşdur.
6. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 8 aprel tarixli, e-2-2(113)-727/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməmişdir (hakim K.Hüseynov).
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehlə aralarında olan müqavilələrə əsasən 2010-2021-ci illər ərzində polad pəstəhalar satdığını, bu barədə müqavilələr, qaimə fakturalar olduğunu və pulun ödənilmədiyini bildirsə də, həmin halları təsdiq edən və ya hər hansı formada öhdəliyin olması barədə məhkəməyə sübut təqdim edə bilməmişdir.
8. İddiaçının təqdim etdiyi 2016-cı il 8 fevral tarixli müqavilə iddiaçının başqa hüquqi şəxsə satdığı mallara dair müqavilədir, 2017-ci il 16 iyun tarixli müqaviləsi isə cavabdehin iddiaçıya satdığı mallara dair müqavilədir ki, həmin müqaviləyə görə, cavabdeh idd iaçıdan satdığı malların dəyərini tələb edə bilər. Həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 28 dekabr tarixli hökmü ilə cavabdehin keçmiş rəhbəri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, cavabdehə məxsus pul vəsaitlərini talamaq məqsədi ilə malların dəyərindən aşağı qiymətə iddiaçıya və digər xarici hüquqi şəxslərə satmaqla mənimsəmə və israf etmə cinayət əməlini törətdiyi müəyyən olunmuşdur.
9. Bundan başqa, iddiaçı tərəflər arasında 2020-ci il 23 dekabr tarixli razılaşma aktının surətini ilkin olaraq elektron məhkəmə sisteminə daxil etsə də, cavabdeh tərəf həmin sənədin saxta olduğunu, tərəflər arasında belə bir razılaşma aktı imzalanmadığını və imzaların həqiqiliyini mübahisənləndirmiş, iddiaçı tərəf isə həmin sənədin əslini təqdim etmədiyi üçün həmin aktın həqiqiliyi təsdiq olunmadığından sübutlar siyahısından xaric edilmişdir.
10. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsinə münasibətdə bildirmişdir ki, hal-hazırda tərəflər arasında hər hansı müqavilənin olmasını və cavabdehin müqavilə üzrə üzərinə öhdəlik götürməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, öhdəliyin icrası müddətinin başa çatdığı vaxt müəyyənləşdirilmədiyi üçün iddia müddətinin tətbiq edilməsi mümkün deyil, həmçinin öhdəliyin olması sübut edilmədiyi üçün iddia müddətinin tətbiq edilməsinə zərurət yoxdur.
11. Birinci instansiya məhkəməsi gəldiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 377.2, 385.1, 386.1, 427.1, 445.1, 567, 598.1, 600.1 və 600.4-ci maddələrinə; Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadl a əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 16 iyul tarixli, 2-2(103)-672/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim R.Qurbanov, hakimlər V.Baxışova və Z.Şirinov).
14. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərini isə əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı istinad etdiyi halların, yəni 2010-2021-ci illər ərzində iddiaçı tərəfindən cavabdehə polad pəstəhların satılması barədə müqavilələrin bağlanmasını təsdiq edən heç bir sübutu təqdim etməmişdir.
15. Apellyasiya kollegiyası istisna etməmişdir ki, hər hansı səbəbdən yazılı müqavilələrin təqdim edilməsi qeyri-mümkün ola bilər. Lakin, xarici hüquqi şəxs olan iddiaçı həmin müqavilə münasibətlərinin mövcud olmasına istinad edirsə, həmin münasibətlərə aid özü tərəfindən tərtib edilmiş qaimə və invoys, yaxud mənsub olduğu xarici dövlətin müvafiq qurumları tərəfindən tərtib olunmuş gömrük bəyannamələri, öz bank hesabından çıxarış, elektron yazışma və s. sənədləri təqdim etmək imkanına malikdir. İddiaçı isə heç bir sübut təqdim etmədən, məhkəmə qarşısında gömrük orqanı, bank və cinayət işində olan sənədlərin təqdim edilməsi barədə vəsatətlər vermişdir.
16. Apellyasiya məhkəm əsi qeyd etmişdir ki, iddianın əsasına dair heç bir sübut təqdim edə bilməyən iddiaçı tərəfindən verilmiş həmin vəsatətlər təmin edilə bilməz. Əks halda məhkəmə tərəfin üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirmiş olur və bu da, mülki prosesin prinsipləri olan çəkişmə və tərəflərin bərabərlik prinsiplərinə ziddir.
17. Apellyasiya icraatında təqdim edilmiş iddiaçıya məxsus bank hesabından çıxarışlar isə gecikdirilmiş sübut olduğu üçün qəbul edilə bilməz. Belə ki, iddiaçı MPM-in 372.2-ci maddəsinə uyğun olaraq həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Həmin sənədlər sübut kimi qəbul edilsə belə, iddianın əsaslı olması öz təsdiqini tapmır. Əksinə həmin çıxarışlardan görünür ki, iddiaçı t ərəfindən cavabdehin hesabına pul vəsaitləri köçürülmüşdür. Bu isə bir daha təsdiq edir ki, tərəflər arasında olan müqavilə münasibətlərində iddiaçı alıcı, cavabdeh isə satıcı qismində çıxış etmişdir.
18. Sonuncu məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən yeni fakta (cavabdehin satıcı kimi də borcu yarana bilər) istinad edilməsinə dair məhkəmə qeyd etmişdir ki, MPM-in 209.3 və 372.2-ci maddələrinin birgə təfsirinə görə birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara istinad edə bilməzlər. Apellyasiya icraatında isə yeni hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onla rdan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir. Bundan əlavə, iddiaçının nümayəndəsi tərəfindən istinad edilən həmin yeni fakt iddianın əsasına uyğun deyildir.
19. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 567 və 598.3-ci; “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 2.1, 2.2 və 25.1-ci maddələrinə; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 78.2, 88, 89.3, 209.3 və 443.0.7-ci maddələrinə; “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 18 mart tarixli qərarına; “Xarici elementli kommersiya mübahisələrində qan unvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il 14 dekabr tarixli 15/2023 nömrəli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmişdir: 21.1. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri üzrə idxal-ixrac əməliyyatları ilə bağlı çıxarışlara görə, iddiaçı və cavabdeh arasında kommersiya müqavilələri mövcud olmuş və bu müqavilələr əs asında idxal-ixrac əməliyyatları həyata keçirilə bilmişdir. Lakin, məhkəmələr tərəfindən bu hal nəzərə alınmamışdır. 21.2. Mülki Məcəllənin 10.1, 331.2, 385.1, 406.3, 448, 567, 598.1-ci maddələri və Birləşmiş Millətlər Təşkilatının “Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair” Konvensiyasının 1 və 9-cu maddələri üzrə - iddiaçı tərəf özünün əldə edə bilmədiyi sübutların əldə edilməsi ilə bağlı verdiyi vəsatətləri təmin etmədən məhkəmə yalnız tərəfin sübut etmək vəzifəsinin hərfi mənasına söykənərək, ədalətli məhkəmə araşdırma prinsiplərini kobud sürətdə pozaraq qətnamə qət etmişdir. Həmin qətnamə çıxarılmadan öncə cinayət işi üzrə çıxarılmış məhkəmə hökmünün qüvvə mindiyinə görə, iş üzrə əldə edilmiş ekspertiza rəyi, audit yoxalmaları tam öz təsdiqini tapmışdır. A pellyasiya məhkəməsi iddiaçının təqdim etdiyi vəsatətlərə və bank çıxarışlarına ümumiyyətlə tam nəzər yetirməmiş və iddiaçı tərəfindən bank çıxarışları apellyasiya mərhələsində təqdim edilsə də, məhkəmə həmin sübutları gecikdirilmiş sübut olduğu üçün qəbul etməmişdir. 21.3. Mülki Prosessual Məcəllənin 78, 82.4, 88, 184, 217.1, 265, 385.1.1, 386, 387, 417 və 418-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci 11 fevral tarixli Qərarları üzrə - iddiaçının təqdim etdiyi vəsatətlər məhkəmə tərəfindən təmin olunmamış və işin hərtərəfli araşdırılması və çəkişmə prinsiplərini pozmaqla qətnamə qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur, maddi və prosessual hüquq normaları, habelə vahid məhkəmə təcrübəsi düzgün tətbiq edilməmişdir.
22. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
23. Cavabdeh kassasiya şikayətinə etiraz verərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
24. Etiraz belə əsaslandırılmışdır ki, tərəflər arasında normal işgüzar münasibətləri, ticarət əlaqələrini təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəmə baxışı zamanı təqdim edilməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmənin hökmü ilə cavabdehin keçmiş rəhbəri tərəfindən vəzifə səl ahiyyətlərindən sui-istifadə edərək, cavabdehə məxsus pul vəsaitlərini talamaq məqsədi ilə malların dəyərindən aşağı qiymətə iddiaçıya və digər xarici hüquqi şəxslərə satmaqla mənimsəmə və israf etmə cinayət əməlini törətdiyi müəyyən olunmuşdur. Həmin hökmdə də cavabdehin alıcı qismində çıxış etməsi və satıcı kimi iddiaçıya hər hansı məbləğdə borcunun olması müəyyən edilməmişdir. 2023-cü ilin aprel ayında iddiaçı tərəfindən alınmış bank çıxarışının, sonradan üzərində işləyərək, bir hissəsini qaralayaraq 1 il keçdikdən sonra apellyasiya instansiyası məhkəməsində təqdim edilməsi qanuna uğun deyil və təbii ki, sübut kimi qəbul edilə bilməzdi. Kassasiya baxışının hədləri:
25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
26. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxsl ərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsas ən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddianın rədd olunmasının əsası kimi cavabdehin iddiaçıya borcun olmasına dair sübutların təqdim edilməməsi olmuşdur.
30. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıd ır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
31. İşin faktiki hallarını araşdıran apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində iddiaçının təqdim etdiyi sübutları əlaqəli şəkildə qiymətləndirmiş və yekun nəticəyə gəlmişdir. Bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozuntusuna yol verməsi kassasiya araşdırılması zamanı müəyyən olunmamışdır.
32. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusi ya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edil məli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 16 iyul tarixli, 2-2(103)-672/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.