Məhkəmə qərarları › İş №2-2(102)-665/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-665/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tap
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-665/2024 25.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh İstehsalat Ticarət Firmasına qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh İstehsalat Ticarət Firmasına qarşı pul tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 iyul tarix li 2-2(104)-130/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2021-ci il 28 aprel tarixli 5 nömrəli müqavilə ilə Cavabdeh İstehsalat Ticarət Firmasının sifarişinə əsasən “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin 576 mənzilin mətbəx mebelinin hazırlanıb quraşdırılması, 100 nəfərlik uşaq bağçasının mebellərinin quraşdırılması, inzibati binasının mebellərinin quraşdırılması” bu müqaviləyə əlavə olunmuş və müqavilənin ayrılmaz hissəsi hesab olunan cədvəldə adları, miqdarları və dəyərləri göstərilən mebel və avadanlıqların alınaraq təchiz edilməsi "xxxx" MMC-yə həvalə olunmuşdur. Alınacaq avadanlıq və materialların ümumi dəyəri ƏDV daxil olmaqla 253.159,21 manat təşkil etmişdir.

2. Cədvəldə ayrı-ayrılıqd a adları, miqdarları və dəyərləri göstərilən malların ümumi dəyəri 214.541,70 manat (38.617,51 manat 18% ƏDV daxil olmaqla cəmi 253.159,21 manat) təşkil etmişdir (həmin müqaviləyə əlavə edilmiş 2021-ci il 28 aprel tarixli 01 nömrəli spesifikasiya). 3. 441 mənzilin mətbəx mebelinin artırılması üçün 15.999,48 manat (2.879,91 manat 18% ƏDV daxil olmaqla cəmi 18.879,39 manat) məbləğ barədə razılıq əldə edilmişdir (həmin müqaviləyə əlavə olunmuş 02/05 nömrəli spesifikasiya). 4. 2021-ci il 20 may tarixli 7 nömrəli müqavilə ilə Cavabdeh İstehsalat Ticarət Firmasının sifarişinə əsasən “Zabrat qəsəbəsində 350 nəfərlik qadınlar üçün cəzaçəkmə və 150 nəfərlik yetkinlik yaşına çatmayan şəxslər üçün təlim tərbiyə müəssisəsinə” bu müqaviləyə əlavə olunmuş və müqavilənin ayrılmaz hissəsi hesab olunan cəd vəldə adları, miqdarı və dəyərləri göstərilən mebel və avadanlıqların alınaraq təchiz edilməsi "xxxx" MMC-yə həvalə olunmuşdur.

5. Cədvəldə ayrı-ayrılıqda adları, miqdarları və dəyərləri göstərilən malların ümumi dəyəri 8.725 manat (1.570,5 manat 18 % ƏDV daxil olmaqla cəmi 10.295,50 manat) təşkil etmişdir (həmin müqaviləyə əlavə edilmiş 01/07 nömrəli spesifikasiya).

6. Tərəflər arasında bağlanılmış 2021-ci il 28 aprel tarixli 5 nömrəli və 2021-ci il 20 may tarixli 7 nömrəli müqavilələrin 1.2-ci bəndlərinə əsasən, hər iki müqavilə bir il müddətinə bağlanmış, 17.616,46 manat, 20.063,19 manat, 7.345,5 manat, 59.001,06 manat, 3.425,42 manat, 59.210,87 manat, 23.488,61 manat, 35.232,91 manat olmaqla, ümumilikdə 191.003,4 manat ƏDV xaric, 225.384,02 manat ƏDV daxil məbləğində işlər görülmüşdür. 7. 2023-cü il 8 mart tarixli elektron qaiməyə əsasən 35.146,65 manat (malların qiyməti 29.785,3 manat və ödənilməli olan ƏDV məbləği 5.361,35 manat), 2023-cü il 9 mart tarixli elektron qaiməyə əsasən 18.879,39 manat (15.999,48 + 2.879,91 manat), 2023-cü il 31 mart tarixli elektron qaiməyə əsasən 2.950 manat (2.500 + 450 manat) məbləğində (ümumilikdə 48.284,78 manat ƏDV xaric, 56.976,04 manat ƏDV ilə) mal təhvil verilmiş və işlər görülmüşdür.

8. Cavabdeh İstehsalat Ticarət Firması tərəfindən 2021-ci il 18 may tarixində 20.000 manat, 20 may tarixində-30.000 manat, 12 iyul tarixində-10.000 və 6.225 manat, 12 avqust tarixində-25.000 manat, 16 sentyabr tarixində-35.085,20 manat, 13 oktyabr tarixində-17.002,70 manat, 26 oktyabr tarixində-2.902,90 manat, 29 dekabr tarixində29.858,40 manat, 2022- ci il 25 yanvar tarixində-14.929,20 manat olmaqla; cəmi 191.003,4 manat "xxxx" MMC-nin bank hesabına ödənilmişdir (ödəniş cədvəlləri).

9. Əl yazısı ilə tərtib edilmiş 2021-ci il 4 iyun tarixli qəbzdə "xxxx" MMC-nin direktoru X4 2021-ci il 20 may tarixli 7 nömrəli müqavilə üzrə 8.725 manat məbləğdən 2.500 manatı aldığını, qalıq borcun 6.225 manat olduğu qeyd edilmişdir.

10. Əl yazısı ilə tərtib edilmiş 2021-ci il 14 aprel tarixli qəbzdə "xxxx" MMC-nin direktoru X4 2021-ci il 14 aprel tarixində 20.000 manat aldığını qeyd etmişdir. 11. 2020-ci il 20 may tarixli 3 nömrəli müqavilə ilə sifarişçi "xxxx" MMC-nin sifarişinə əsasən “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin 576 mənzilin mətbəx mebelinin qaz peçi və aspirator ilə quraşdırılması, 100 nəfərlik uşaq bağçasının mebel və digər a vadanlıqların, inzibati binasının mebellərinin yığılması” bu müqaviləyə əlavə olunmuş və müqavilənin ayrılmaz hissəsi hesab olunan cədvəldə adları, miqdarları və dəyərləri göstərilən avadanlıqların istehsal olunaraq təchiz edilməsi Cavabdeh İstehsalat Ticarət Firmasına həvalə olunmuşdur. Həmin Müqavilənin 6.2-ci bəndinə görə, müqavilə üzrə qəbul edilmiş öhdəliklər icraçı tərəfindən üçüncü tərəfə tapşırılırsa, müqavilənin yerinə yetirilməsi üçün məsuliyyət icraçının üzərinə düşür.

12. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil sorğusuna əsasən "xxxx" MMCnin direktoru Musa Musayevin 2023-cü il 14 mart tarixli 109/23 nömrəli məktubunda göstərilmişdir ki, tərəflər arasında § 11-də qeyd olunan müqavilə bağlanmış və həmin müqavilə üzrə öhdəliklər Cavabdeh İstehsalat Ticarət Firması tərəfi ndən tam icra olunaraq mal və avadanlıqlar tələb olunan keyfiyyətdə və qüsursuz şəkildə təchiz edilərək quraşdırılmış və müqavilə üzrə dəyəri "xxxx" MMC tərəfindən tam olaraq Cavabdeh İstehsalat Ticarət Firmasına ödənilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

13. İddiaçı "xxxx" MMC (bundan sonra-«iddiaçı”) Cavabdeh İstehsalat Ticarət Firmasına (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 48.262,78 manat pul və ödənilmiş 235 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında Bakı şəhəri, Maştağa qəsəbəsinin 576 mənzilin mətbəx mebelinin hazırlanıb quraşdırılması, 100 nəfərlik bağçanın mebellərinin q uraşdırılması, inzibati binanın mebellərinin quraşdırılması, müqaviləyə əlavə olunmuş və müqavilənin ayrılmaz hissəsi hesab olunan cədvəldə adları, miqdarı və dəyərləri göstərilən mebel və avadanlıqların alınaraq təchiz edilməsi üçün 2021-ci il 28 aprel tarixli müqavilə bağlanmışdır. Müqavilənin ayrılmaz hissəsi olan 2021-ci il 28 aprel tarixli spesifikasiya 1 və 02/05 nömrəyə uyğun olaraq siyahıda göstərilən bütün avadanlıqlar vaxtlı-vaxtında keyfiyyətli şəkildə quraşdırılmışdır. İşlər görüldüyü zaman mətbəx mebellərinin rəflərinin artırılması barədə sifarişçi tərəfindən yenidən sifariş verilmiş və spesifikasiya 02/05 əlavə edilərək ümumi məbləğdən əlavə olaraq 15.999,48 manat da ödəməli olduğuna dair razılaşmışlar. Lakin sifarişçi tərəfindən ödənilməli olan məbləğ tam olaraq ödənilməmiş və borcu qalmışdır. Belə ki, 2021-ci il 18 may tarixində 20.000 manat, 20 may tarixində-30.000 manat, 12 iyul tarixində-10.000 manat, 12 avqust tarixində25.000 manat, 16 sentyabr tarixində-35.085,20 manat, 13 oktyabr tarixində-17.002,70 manat, 26 oktyabr tarixində-2.902,90 manat, 29 dekabr tarixində-29.858,40 manat və 2022-ci il 25 yanvar tarixində-14.929,20 manat ödənilmişdir. Quraşdırılan və yerləşdirilən mebellərin ümumi dəyəri 214.541,70 manat, əlavə rəflərin quraşdırılmasına (spesifikasiya 02/05) 15.999,48 manat, ümumilikdə 230.541,18 manat təşkil etdiyi halda, bu günədək cəmi 184.778,40 manat ödənilmiş, qalıq qalan 45.762,78 manat məbləği isə bu günə kimi ödənilməmişdir. Hər dəfə müxtəlif bəhanələrlə borc ödənilməmişdir. Bundan başqa tərəflər arasında 2021-ci il 20 may tarixli müqavi ləyə əlavə olunmuş və müqavilənin ayrılmaz tərkibi olan cədvəldə (spesifikasiya nömrə 01/07) adları, miqdarları və dəyərləri göstərilən mebel və avadanlıqların alınaraq təchiz edilməsi barədə müqavilə bağlanmışdır. Spesifikasiyaya uyğun olaraq mallar göstərilən ünvanda vaxtlı-vaxtında keyfiyyətli şəkildə yerləşdirilərək quraşdırılmışdır. Quraşdırılmış mebellərin ümumi dəyərinin 8.725 manat məbləğinə razılaşdırılmasına baxmayaraq, 2021-ci il 12 iyul tarixində 6.225 manat məbləğində ödənilmiş, qalıq 2.500 manat isə bu günədək ödənilməmiş, cavabdehin iddiaçıya ümumilikdə 48.262,78 manat borcu qalmışdır.

15. Cavabdehin nümayəndəsi M.Məmmədov məhkəmə iclasında iddiaya etiraz edərək bildirmişdir ki, görülən işlərin pulu, yəni 225.384 manat ƏDV daxil olmaqla ödənilmişdir. İddiaçı işlərini tam baş a çatdırmamışdır. Əgər tam olaraq təhvil vermişdirsə, təhvil vermə barədə sənəd təqdim etməli idi. O, bəzi avadanlıqları başqa şirkətdən alaraq işi "xxxx" MMC-yə tam təhvil vermişdir. İddiaçı işləri tam təhvil vermədiyini bildiyindən məhkəmədə iddia qaldırdıqdan sonra 2023-cü ilin mart ayında əlavə elektron qaimələr yükləmişdir.

16. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 24 may tarixli e-2-2(115)-348/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim K.Vəliyev).

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, mübahisənin vəziyyətindən məlum olunduğu kimi, iddiaçı müqavilə üzrə öz öhdəliyini tam icra etdiyini, cavabdeh isə bunun əksinə olaraq iddiaçı tərəfindən icranın qismən yerinə yetirildiyini, görülən iş həddində pul ödədiyini bildirmişdir. Belə olan vəziyyətdə iddiaçı müqavilə üzrə öhdəliyini tam şəkildə icra etməsi barədə sübut təqdim etməli, görmüş olduğu işlərin dəyərinin cavabdehin ödəmiş olduğu puldan artıq olduğunu sübut etməlidir.

18. Qanunvericilikdə və tərəflər arasında olan müqavilələrdə müəyyən edilmiş qaydalara görə icraçı (iddiaçı) sifariş olunmuş materialların, avadanlıqların vaxtında obyektə çatdırılmasını və təhvil verilməsini təmin etməli və yaxud təhvil almaq üçün sifarişçiyə müddət təklif etməlidir. Həmin müddət ərzində sifarişçi işləri qəbul etmədikdə icraçı işi təhvil vermiş sayılır. Sifarişçi qəbul edilən və ya podratçının müəyyənləşdirdiyi müddətdə qəbul olunmadığına görə qəbul edilmiş sayılan işlərə görə muzd ödənilməlidir. İşlərin sifarişçi tərəfindən qəbul olunmasını və ya hazır olmuş işin qəbul edilməsi barə də icraçının müddət müəyyən edən təklifinin sifarişçiyə çatdırılmasını, həmçinin işlərin podratçının müəyyənləşdirdiyi müddətdə qəbul edilməməsini təsdiq edən sübutlar təqdim olunmamışdır.

19. İddiaçının sübut kimi təqdim etdiyi "xxxx" MMC-nin 2023-cü il 14 mart tarixli 109/23 nömrəli məktubundan göründüyü kimi (bax yuxarıda §12), müqavilə üzrə öhdəliklərin iddiaçı tərəfindən tam olaraq yerinə yetirilməsini bildirən söz və ya ifadə mövcud olmamışdır.

20. İddiaçının istinad etdiyi və sübut kimi məhkəməyə təqdim etdiyi elektron qaimələr və elektron vergi-hesab fakturaları malların məxaricini bildirən uçot sənədidir. Elektron qaimələrin tətbiqi vergi nəzarəti mexanizminin daha səmərəli təşkilinə xidmət edir.

21. Üç sayda elektron qaimə 2023-cü ilin fevral-mart aylarında tərtib edilərək göndər ilmişdir ki, həmin elektron qaimə fakturalarda göstərilən borc məbləği iddia tələbində göstərilən borcu əhatə etmişdir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq olunmuş “elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının tələbindən göründüyü kimi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə elektron qaimə-fakturalar işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində təqdim edilməlidir. Mövcud qaydalara əsasən icraçı (iddiaçı) işlərin görüldüyü tarixdən sonra 5 gün ərzində elektron qaiməni sifarişçiyə təqdim etməli, işlər qəbul edildiyi və pul ödənilmədiyi halda onu borcludan tələb etməli, pretenziya və mediasiya mərhələlərində mübahisə həll edilmədiyi vəziyyətdə son olara q məhkəmədə iddia qaldırmalı olduğu halda, iddiaçı bu ardıcıllığın əksinə olaraq işlərin tam başa çatdırdığını bildirərək 48.262,78 manat borcla bağlı cavabdehə yazılı müraciət göndərmiş, sonra mediasiya təşkilatına müraciət etmiş, 2022-ci il 25 oktyabr tarixində mediasiya keçirilmişdir. İddiaçı 2023-cü il 8 fevral tarixində məhkəmədə iddia qaldırdıqdan sonra işlərin görülməsi barədə elektron qaimələri tərtib edərək cavabdehə göndərmiş və bu qaimələri sübut kimi məhkəməyə təqdim etmişdir. Qeyd olunanlara əsasən məhkəmə elektron qaimələrin müqavilə üzrə işlərin təhvil verilməsini təsdiq edən sübut kimi qiymətləndirilməməsi qənaətinə gəlmişdir.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386.1, 389.1, 442, 425.1, 448.2, 752.1 və 770-c i maddələrinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 71-1-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” qaydalarının 1.2-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” qaydalarının 1.2 və 3.7-ci bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1, 78.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

24. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması xahiş edil mişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

25. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 sentyabr tarixli 2-2(104)-197/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 45.762,78 manat pul və ödənilmiş 228,50 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim Ş.Rzaquliyev, hakimlər R.Muradov və A.Hüseynzadə).

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında podrat münasibətləri yaranmış, tərəflər arasında 2021-ci il 28 aprel tarixində müqavilə bağlanmış, iddiaçı mətbəx mebelinin hazırlanıb quraşdırılmasını, 100 nəfərlik uşaq bağçasının mebellərinin quraşdırılmasını, inzibati binasının mebellərinin quraşdırılmasını öhdəsinə götürmüşdür. Tərəflər arasında həmin müqaviləyə əlavə edilmiş, eyni tarixli 1 və 02/05 nömrəli spesifikasiyalara əsasən avadanlıqların ümumi dəyəri 230.541,18 manat müəyyən olunmuşdur. İşdə olan elektron qaimələrdən də göründüyü kimi, iddiaçı tərəfindən spesifikasiyalarda qeyd olunan adları, miqdarları və dəyərləri göstərilən avadanlıqlar sonuncu tərəfindən müqavilədə nəzərdə tutulan qaydada quraşdırılmış, öhdəlik tam şəkildə icra edilmişdir. Ödəniş cədvəllərinə əsasən, cavabdeh isə 230.541,18 manat ödəməli olduğu halda cəmi olaraq 184.778,40 manat ödəniş etmiş, ödənilməmiş 45.762,78 manat borcu qalmışdır.

27. Cavabdeh tərəfindən iddiaçı MMC-nin direktoruna nağd şəkildə 20. 000 manat ödənilməsi barədə əl yazısı ilə tərtib olunmuş 2021-ci il 14 aprel tarixli qəbzdən göründüyü kimi, həmin ödəniş hazırkı müqavilə bağlanmazdan əvvəl verilmiş və həmin ödənişin bu müqaviləyə aidiyyəti olmamışdır.

28. Cavabdehin direktoru Mirdamət Məmmədov həqiqətən də iddiaçının tələb etdiyi məbləği ödəmədiyini göstərmiş, bunun səbəbini isə iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan işləri tam şəkildə icra etməməsi ilə izah etmiş, həmin malların məhkəməyə təqdim etdiyi sənədlərin içərisində olan 2021-ci il 28 aprel tarixli 1 nömrəli spesifikasiyada işarələdiyini bildirmiş, həmçinin göstərilən natamamlıqların başqa şəxslər və şirkətlər tərəfindən yerinə yetirildiyini qeyd etmişdir.

29. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmamış və bildirmişdir ki, əvvəla cavabdehin direktoru n atamamlıqların başqa şəxslər və şirkətlər tərəfindən yerinə yetirilməsi barədə məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. İkincisi isə cavabdehin təklifinə əsasən məhkəmə iclasına şahid kimi çağırılaraq dindirilmiş X1 cavabdehin direktorunun qeyd etdiklərini təkzib etmişdir. İlk sifarişçi olan "xxxx" MMC tərəfindən verilmiş məktubda isə tərəflərindən sifariş edilmiş işlərin cavabdeh tərəfindən tam şəkildə icra olunduğu göstərilmişdir. Ona görə də məhkəmə iddiaçının iddia və apellyasiya tələbində irəli sürdüyü dəlilin bu hissədə əsaslı olması, yəni 2021-ci il 28 aprel tarixli müqaviləyə əsasən ödənilməmiş qalan 45.762,78 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir.

30. Tərəflər arasında 2021-ci il 20 may tarixində bağlanmış müqaviləyə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, həmin razılığa əsasən, Zabrat qəsəbəsində 350 nəfərlik qadınlar üçün cəza çəkmə və 150 nəfərlik yetkinlik yaşına çatmayan şəxslər üçün təlim tərbiyə müəssisəsinin mebel və avadanlıqlarla təchiz edilməsi iddiaçıya tapşırılmış, həmin müqavilə üzrə malların ümumi dəyəri 8.725 manat təşkil etmişdir. Ödəniş cədvəlindən göründüyü kimi, cavabdeh tərəfindən 6.225 manat iddiaçının bank hesabına köçürülmüşdür. Həmin müqavilə üzrə yerdə qalan 2.500 manat isə əl yazısı ilə tərtib olunmuş 2021-ci il 4 iyun tarixli qəbzə əsasən iddiaçının direktoru X3 nağd şəkildə verilmişdir. Qeyd olunan halı məhkəmə iclasında iddiaçının direktoru X4, onun nümayəndəsi və vəkili Vəkil da təsdiq etmişlər. Odur ki, məhkəmə iddia tələbinin həmin hissədə təmin edilməli olmaması qənaətinə gəlmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-nin 385.1, 386.1, 442, 752.1, 753.1, 753.2 və 755-ci maddələrinə, MPM-nin 14.2, 77.1, 88 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

32. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

33. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 mart tarixli 2-2(102)-117/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, apellyasiya məhkəməsinin mübahisələndirilən qətnaməsi qismən-iddia tələbinin təmin olunduğu hissədə ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya mə hkəməsinə göndərilməsi qərara alınmışdır (məruzəçi hakim İ.Dadaşov, hakimlər B.Qəribov və E.Şamayev).

34. Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin maddi və prosessual hüquq normalarının pozulması, sübutların düzgün qiymətləndirilməməsi ilə gəldiyi nəticəni qanunsuz və əsassız hesab edərək ilkin olaraq göstərmişdir ki, apellyasiya məhkəməsinin 2023-cü ilin 8 mart, 9 mart və 31 mart tarixlərində 3 ədəd elektron qaiməni işlərin həqiqətən iddiaçı tərəfindən görülməsini təsdiq edən sübut kimi qəbul etməsi tərəflər arasında həmin elektron qaimələr üzrə işlərin təhvil-təsliminin və digər təsdiqedici sənədlərin olmaması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektron qaimə-fakturalarının forması, tətbiqi, uçotu və istif adəsi” qaydalarının tələblərinə riayət edilmədiyi üçün əsaslı hesab oluna bilməz. Belə ki, həmin qaydaların 3.7-ci bəndinə əsasən, elektron qaimə-faktura malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt; əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə elektron qaimə-fakturalar işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində təqdim edilməlidir.

35. İşin materiallarına əsasən, işlər iddiaçı tərəfindən 2021-ci il 4 noyabr tarixində təhvil verilmiş, sonuncu 3 qaimə isə artıq iddia ərizəsi 2022-ci il 9 fevral tarixində Gəncə Kommersiya Məhkəməsinin icraatına qəbul ediləndən də sonra 8-31 mart tarixləri aralığında, 1 il 4 aydan sonra tərtib olunmuşdur.

36. İddiaçının, tərəflərindən işlərin tam həcmdə görüldüyünü təsdiq etmək üçün təqdim etdiyi "xxxx" MMC-nin 2023-cü il 14 mart tarixli 109/23 nömrəli məktubunda müqavilə üzrə öhdəliklərin məhz iddiaçı tərəfindən tam olaraq yerinə yetirilməsini bildirən konkret məlumat və işdə bu halı təsdiq edən digər sübutlar olmadığı halda, apellyasiya məhkəməsi sübutların qiymətləndirilməsi meyarlarını nəzərdə tutan MPM-in 88-ci maddəsinin tələblərini pozaraq, bu işlərin tam formada iddiaçı tərəfindən icra edildiyi nəticəsinə gəlmişdir. Halbuki, həmin məktubda bu işlərin cavabdeh tərəfindən tam şəkildə icra edildiyi bildirilmişdir.

37. İddiaçının istinad etdiyi və sübut kimi məhkəməyə təqdim etdiyi elektron qaimələr və elektron vergi-hesab fakturaları malların məx aricini bildirən ilkin uçot sənədləri olmaqla, elektron qaimələrin tətbiqi vergi nəzarəti mexanizminin daha səmərəli təşkilinə xidmət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” qaydalarının tələblərinə əsasən, “icraçı (iddiaçı) işlərin görüldüyü tarixdən sonra 5 gün ərzində elektron qaiməni sifarişçiyə təqdim etməli idi”. Elektron qaimələr digər sübutlar olmadığı halda, müqavilə üzrə işlərin görülməsini və təhvil verilməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.

38. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinəm əsasən,həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, i şləri görən və xidmətləri göstərən şəxs onlara işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində elektron qaimə faktura verir.

39. Beləliklə, istər Nazirlər Kabinetinin istinad olunan qərarı, istərsə də vergi qanunvericiliyi ilə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində vergi ödəyicisi bu barədə fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs olaraq onlara elektron qaimə-faktura verməlidir. İş materiallarından da göründüyü kimi, iddiaçı qanunvericiliyin istinad olunan normalarına uyğun davranmamış, gördüyü, təhvil verdiyi işlərə görə vaxtında-5 gün müddətində elektron qaimə-faktura verməmiş, apellyasiya məhkəməsi isə iddiaçının bu davr anışına ehtiyatla yanaşmalı olduğu halda, iddianı qismən təmin edərkən məhz həmin elektron qaimələrə istinad etməklə, həmçinin qeyd edilən normaların tələblərini də pozmuşdur. İddiaçı isə elektron qaimə fakturaların niyə vaxtında deyil, işlər təhvil verildikdən 1 il 4 ay sonra, iş artıq Gəncə Kommersiya Məhkəməsinin icraatında olarkən tərtib və təqdim edilməsi səbəblərini ağlabatan formada izah edə bilməmişdir.

40. Tərəflər arasında bağlanmış 2021-ci il 28 aprel tarixli müqavilənin 3-cü bəndində cavabdehin iddiaçıya avans olaraq 30 faiz ödəməli olduğu razılaşdırılmışdır. Cavabdehin izahatına əsasən sonuncu tərəfindən iddiaçı MMC-nin direktoruna müqavilə bağlanmamışdan əvvəl 20.000 manat pulu nağd qaydada vermiş, buna dair 2021-ci il 14 aprel tarixli əlyazması ilə qəbz tərtib edilmişdir. İd diaçı tərəfindən bu hal təkzib edilməsə də, kollegiya zəruri və hərtərəfli araşdırma aparmadan həmin ödənişin bu müqaviləyə aidiyyəti olmadığını qeyd etməklə kifayətlənmişdir. İş materiallarında tərəflər arasında digər müqavilələr olmadığı üçün həmin əlyazmanın hazırkı müqaviləyə aidiyyətinin olubolmaması, müqavilənin 3-cü bəndinə əsasən ödənilən avans məbləği, yaxud digər ödəniş olduğu, müqavilə bağlanmazdan əvvəl verilməsinin səbəbləri müəyyən olunmamış, bu ödənişin hansı məqsədlə edildiyinə aydınlıq gətirilməmişdir.

41. İddiaçı müqavilə üzrə ona 230.541.18 manat ödənilməli olduğu halda, cavabdehin ona yalnız 184.778,40 manat ödəniş etdiyini, 45.762,78 manat borclu qaldığını bildirir, cavabdeh isə vaxtaşırı göndərilmiş elektron qaimələrə əsasən Unibank və Beynəlxalq Bank vasitəsi ilə 225.384,02 manat pulu iddiaçının bank hesabına köçürdüyünü bildirmişdir. Tərəflərin göstərdikləri məbləğlər arasında böyük fərqlər olsa da, bu məsələ də məhkəmə araşdırmalarından kənarda qalmış, apellyasiya məhkəməsi iddiaçının hesablamasına əsasən cavabdehin ona 45.762, 78 manat məbləğində borclu olduğunu müəyyən etmiş, cavabdehin apardığı ödənişlərlə bağlı dəlillərini isə hər hansı konkret sübutla təkzib etməmişdir. Yeni apellyasiya baxışı zamanı bu məsələ də hərtərəfli məhkəmə araşdırmasının predmeti olmalıdır.

42. Kollegiyanın qənaətinə görə, işə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırıldıqdan sonra tərtib olunmuş elektron qaimə fakturalara istinad edilən maddi hüquq normalarının, MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməli, bilavasitə tərəflər arasında işlərin təhvil təsliminə dair müvafiq sənədləşmənin olub-olmaması, iddiaçının direktoruna nağd şəkildə 20.000 manat ödənilməsi barədə əllə yazılmış qeydin hazırda mübahisəsi gedən müqavilənin 3-cü bəndinə əsasən ödənilən avans məbləği, yaxud digər ödəniş olduğu, həmçinin cavabdeh tərəfindən Unibank və Beynəlxalq Bank vasitəsi ilə iddiaçının bank hesablarına apardığı ödənişlərin məbləğləri dəqiq müəyyən edilməlidir.

43. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-nin 385.1, 386.1, 442, 752.1, 753.1, 753.2 və 755-ci maddələrinə, VM-nin 71-1.1.3-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və ist ifadəsi” qaydaların 3.7.13.7.3-cü bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli və 2022-ci il 20 aprel tarixli Qərarlarına, MPM-nin 14.2, 77.1, 88 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

44. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 iyul tarixli 2-2(104)-130/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim R.Mamedov, hakimlər A.İsgəndərova və A.Bayramov).

45. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə apellyasiyanın hədləri ilə bağlı qeyd etmişdir ki, kassasiya məhkəməsinin qərarına əsasən hazırki məhkəmə araşdırmasının pred metini iddia tələbinin təmin olunduğu hissə təşkil edir.

46. İşə yenidən apellyasiya qaydasında baxan məhkəmə gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilələr hüquqi mahiyyətinə görə və məzmun baxımından podrat müqaviləsinin ünsürlərini əhatə edir. Müqavilələrin məzmunundan göründüyü kimi hazırkı iş üzrə iddiaçı müqavilə üzrə icraçı (podratçı), cavabdeh isə sifarişçi olmuşdur.

47. İşin hallarından göründüyü kimi iddiaçı müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyini tam icra etdiyini, cavabdeh isə bunun əksinə olaraq iddiaçı tərəfindən üzərinə düşən öhdəliyin qismən icra edildiyini və görülən iş həddində pul ödədiyini bildirir.

48. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən işbölgüsünə gətirib çıxarır: tərəflər işin faktik i hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Belə olan halda iddiaçı iddia tələbində göstərdiyi hallar barədə sübut təqdim etməli və öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Müqaviləyə əlavə edilmiş 2021-ci il 28 aprel tarixli 01 nömrəli spesifikasiyadan görünür ki, cədvəldə ayrı-ayrılıqda adları, miqdarları və dəyərləri göstərilən malların ümümi dəyəri 214.541,70 manat (38.617,51 manat 18% ƏDV daxil olmaq la cəmi 253.159,21 manat) təşkil edir. Həmin müqaviləyə əlavə olunmuş 02/05 nömrəli spesifikasiyaya əsasən 441 mənzilin mətbəx mebelinin artırılması üçün 15.999,48 manat (2.879,91 manat 18% ƏDV daxil olmaqla cəmi 18.879,39 manat) məbləğ barədə razılıq əldə edilmişdir.

50. Qanunvericilikdə və tərəflər arasında olan müqavilələrdə müəyyən edilmiş qaydalara görə icraçı "xxxx" MMC sifariş olunmuş materialların, avadanlıqların vaxtında obyektə çatdırılmasını və təhvil verilməsini təmin etməli və yaxud təhvil almaq üçün sifarişçiyə müddət təklif etməlidir. Həmin müddət ərzində sifarişçi işləri qəbul etmədikdə icraçı işi təhvil vermiş sayılır. Sifarişçi qəbul edilən və ya podratçının müəyyənləşdirdiyi müddətdə qəbul edilmədiyinə görə qəbul edilmiş sayılan işlərə görə muzd ödənilməlidir.

51. İddiaç ı tərəfindən işlərin sifarişçi tərəfindən qəbul edilməsini və ya hazır olmuş işin qəbul edilməsi barədə icraçının müddət müəyyən edən təklifinin sifarişçiyə çatdırılmasını, həmçinin işlərin podratçının müəyyənləşdirdiyi müddətdə qəbul edilməməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. İddiaçının, tərəflərindən işlərin tam həcmdə görüldüyünü təsdiq etmək üçün təqdim etdiyi "xxxx" MMC-nin 2023-cü il 14 mart tarixli 109/23 nömrəli məktubunda müqavilə üzrə öhdəliklərin məhz iddiaçı tərəfindən tam olaraq yerinə yetirilməsini bildirən konkret məlumat və işdə bu halı təsdiq edən digər sübutlar olmamışdır. Həmçinin həmin məktubda bu işlərin cavabdeh tərəfindən tam şəkildə icra edildiyi bildirilmişdir.

52. Hazırki işə dair kassasiya instansiya məhkəməsinin müvafiq qərarında qeyd edilən mövqeyin dən göründüyü kimi 2023-cü ilin 8 mart, 9 mart və 31 mart tarixlərində 3 ədəd elektron qaimənin işlərin həqiqətən iddiaçı tərəfindən görülməsini təsdiq edən sübut kimi qəbul edilməsi tərəflər arasında həmin elektron qaimələr üzrə işlərin təhvil-təsliminin və digər təsdiqedici sənədlərin olmaması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturalarının forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının tələblərinə riayət edilmədiyi üçün əsaslı hesab edilə bilməz.

53. Belə ki, həmin qaydaların 3.7-ci bəndinə əsasən, elektron qaimə-faktura malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt (3.7.1); əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə malların təhvil verilməsini təsdiq e dən sənədin verildiyi tarixdən 5 gün müddətində (3.7.2); işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə elektron qaiməfakturalar işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində (3.7.3) təqdim edilməlidir. İşin hallarından görünür ki, işlər iddiaçı tərəfindən 2021-ci il 4 noyabr tarixində təhvil verilmiş, sonuncu 3 qaimə isə artıq iddia ərizəsi 2022-ci il 9 fevral tarixində Gəncə Kommersiya Məhkəməsinin icraatına qəbul ediləndən də sonra 8-31 mart tarixləri aralığında, bir il 4 aydan sonra tərtib edilmişdir.

54. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçının istinad etdiyi və sübut kimi məhkəməyə təqdim etdiyi elektron qaimələr və elektron vergi-hesab fakturaları malların məxaricini bildirən ilkin uçot sənədləri olmaqla, Elektron qaimələrin tətbiqi vergi nəzarəti me xanizminin daha səmərəli təşkilinə xidmət edir.

55. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 №-li qərarı ilə təsdiq edilmiş “elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” “Qaydaları”nın tələblərinə əsasən isə icraçı (iddiaçı) işlərin görüldüyü tarixdən sonra 5 gün ərzində elektron qaiməni sifarişçiyə təqdim etməli idi.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında qeyd edilmişdir ki, “Bu baxımdan, lazımi qaydada tər tib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

57. Məhkəmə qeyd olunanlara və VM-nin 71-1-ci maddəsinə istinadla göstərmişdir ki, iddiaçı qanunvericiliyin tələblərinə uyğun davranmamış və gördüyü, təhvil verdiyi işlərə görə vaxtında - 5 gün müddətində elektron qaimə-faktura verməmişdir.Buna görə də sonradan tərtib edilmiş elektron qaimələr iddianın sübut olunması üçün mötəbər dəlillər kimi qiymətləndirilə bilməz.

58. Bundan əlavə məhkəmə müqavilə bağlanmamışdan əvvəl, 14 aprel tarixində 20.000 manat pulun nağd qaydada verilməsi halına münasibətdə qeyd etmişdir ki, ki, tərəflər arasında bağlanmış 2021-ci il 28 aprel tarixli müqavilənin 3-cü bəndində cavabdehin iddiaçıya avans olaraq 30 faiz ödəməli olduğu razılaşdırılmışdır. 20.000 manatın verilməsinə dair 2021-ci il 14 aprel tarixli əlyazması ilə qəbz tərtib edilmişdir, iddiaçı tərəfindən bu hal təkzib edilməsə də həmin ödənişin bu müqaviləyə aidiyyəti olmadığı bildirilmişdir.

59. Məhkəmə bununla əlaqədar qeyd etmişdir ki, “Hüquq ədəbiyyatına görə avans gələcəkdə alınacaq mal və ya göstəriləcək xidmətlərin dəyərinin əvvəlcədən qismən pul şəklində ödənilmiş məbləğidir. MM-in “Öhdəliklərin icrasının təmin edilməsi” adlanan XXİV fəslində yer alan 491-ci maddəsinə görə müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. MM avansla bağlı konkret nizamlama müəyyən etmədiyindən, bu barədə razılaşmanın formasına da məhdudiyyət qoymamışdır. Bununla belə, nəzərə alınmalıdır ki, Məcəllənin 491.3-cü maddəsi ümumi normadır və onun tətbiqi zamanı konkret müqavilənin xüsusiyyəti nəzərə alınmalıdır”

60. İddiaçı işin materiallarına əsasən bu pulun ona nə üçün,hansı məqsədlə ödənildiyini məhkəmədə izah edə bilməmiş, həmin məbləğin müqavilə üzrə ödənilmədiyini bildirsə də, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Bundan əlavə iddiaçı həmin 20.000 manatın 2021-ci il 28 aprel tarixli müqaviləyə aidiyyatı olmadığını bildirsə də, onun hansı səbəblə ödənildiyini ağlabatan formada izah edə bilməmişdir.

61. Beləliklə məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı tələbində cavabdehin ona 45.762,78 manat borclu qaldığını bildirsə də, işin materiallarında olan sənədlərlə bunu sübuta yetirə bilməmişdir.

62. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-nin 385.1, 386.1, 425, 442, 491, 752.1, 753.1, 753.2 və 755-ci maddələrinə, VM-in 71-1.1.3-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” qaydaların 3.7.1-3.7.3-cü bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarına, MPM-nin 14.2, 77.1, 88 və 217.3-cü istinad etməklə əsaslandırmışdır.

63. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

64. MM-nin 442-ci maddəsi üzrə - İlk olaraq iddiaçının mallarının “paqon metrə”sinin az olmasını və quraşdırılmış malların keyfiyyətsiz olmasını əsas gətirən cavabdeh, iddiaçı tərəfindən verilmiş sorğuya cavabdan sonra sözünü dəyişərək malların verilməməsini və guya başqa bir MMC ilə müqavilə bağlayaraq quraşdırılmasını bildirmişdir. Bu halı i sə məhkəmədə sübut edə bilməsə də, məhkəmə işə düzgün qiymət verməmişdir. Bundan başqa, cavabdeh tərəfin elektron sistemə əlavə etdiyi təhvil verilməli olan malların siyahısını nəzərdə tutan müqavilədə “-” işarəsi ilə işarələdiyi malları iddiaçı tərəfindən quraşdıran fəhlə bundan əvvəl apellyasiya məhkəməsinə dəvət edilmiş və həmin malları quraşdırdığını cavabdeh şəxsin üzünə bildirmişdir. Lakin yenidən bu halları sübut etmək üçün iddiaçı tərəfindən şahidlərin dindirilməsi barədə vəsatət verilməsinə baxmayaraq, vəsatətə münasibət bildirilməmiş və iddiaçının iştirakı olmadan qətnamə qəbul olunmuşdur.

65. MM-nin 443.1-ci maddəsi üzrə- apellyasiya instansiyası Ali Məhkəmənin göstərdiyi göstərişləri yerinə yetirməmiş və müqavilədən öncə verilmiş 20.000 manat pulun əvvəl yaranmış borcun əvəzinə ödənilməsinə düzgün qiymət verməmişdir. Halbuki, cavabdeh şəxs özü də etiraf etmişdir ki, borca görə iddiaçı tərəfindən Baş Mütəşəkkil Cinayətlər Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə şikayət olunmuş, lakin məsələ mülki qaydada həll olunması onlara izah edilmişdir. Bu hal birbaşa sübut edir ki, cavabdehlə iddiaçı bu müqavilələrdən öncə bir-biriləri ilə işləmişlər və borc münasibətinə görə iddiaçı qeyd edilən orqana pulun alınmasına dair şikayət etmişdir. Bundan başqa, cavabdeh tərəf əvvəllər də müqavilə bağlayaraq işlədiklərini apellyasiya məhkəməsində etiraf etmişdir.

66. MM-nin 420-ci maddəsi üzrə-kassasiya məhkəməsinin qərarında qeyd etdiyi göstərişlərindəki halları işə yenidən baxan apellyasiya məhkəməsi araşdırmamış, formal xarakterli mülahizələrə əsaslanmışdır. Məhkəmədə cavabdeh tərəfindən yenə də, görülmüş işlərin “paqon metrə”sinin az olmasına istinad edilərək ödənişin az ödənilməsini bildirməsi hallarına qiymət verilməmişdir. Digər tərəfdən, cavabdeh guya müqavilədə qeyd olunmuş malların başqa bir MMC-yə və ya şəxsə düzəltdirməsini bildirsə də, buna dair sübut təqdim edə bilməmişdir. İddiaçı tərəfindən bütün malların quraşdırılmasını sübut edə biləcək şahidin dindirilməsi barədə vəsatət təmin olunmamışdır.

67. İddiaçı "xxxx" MMC-yə müqavilə şərtlərinə uyğun olaraq malları quraşdırmış, malların quraşdırılmamasına dair hər hansı irad bildirilməmişdir. Bundan başqa, "xxxx" MMC-yə mallar quraşdırıldıqdan sonra ödənişlər olunurdu. Cavabdeh ona ödəniş olunduğu zaman iddiaçıya bildirmişdir ki, “elektron qaiməni sistemə yerləşdir, pul ödəyim”. Qalıq qalan 45.762,78 ( ƏDV daxil 54.000) manat məbləğin isə cavabdehin bildirdiyinə əsasən "xxxx" MMC tərəfindən verilməmiş, bu səbəbdən də elektron sistemə iddiaçı tərəfindən yerləşdirilməsi baş verməmişdir. Həmin qaimələr sistemə "xxxx" MMC tərəfindən iddiaçının sorğusuna cavab verildikdən, yəni pulun tam olaraq cavabdeh MMCyə verilməsini bildikdən, pulun alınması məlum olandan sonra yerləşdirilmişdir.

68. Kassasiya instansiyası məhkəməsinin göstərişlərindən biri də ödənişlərin nə qədər olmasından ibarətdir. Lakin ödənişlərin hansı məbləğdə olması apellyasiya məhkəməsi tərəfindən düzgün araşdırılmamışdır. Məhkəmə 184.778,40 manat məbləğin ƏDV-siz, lakin ödənilən məbləğlərin isə ƏDV daxil 225.384,02 manat olmasına diqqət yetirməmişdir. Halbuki, cavabdeh tərəfindən məhkəməyə elektron qaydada ödədiyi məbləğlərin cədvəlini göndərmişdir. Belə ki, həmin məbləğ 191.003,40 manat (ƏDV daxil 225.384,012) təşkil edir. Müqavilə şərtlərinə görə ödəməli məbləğ isə ümumilikdə 214.541,70 (ƏDV 18% daxil olmaqla 253.159,21) +15.999,48 (ƏDV 18% daxil 18.879,39) +8.725,00 (ƏDV daxil 10.295) =239.266,18 (ƏDV daxil 282.334.09) manat təşkil edir. 45.762,78 (ƏDV daxil 54.000) manat borc qalmışdır ((239.266,18 (ƏDV daxil 282.334,09) - 191.003,40 (ƏDV daxil 225.384,012) = 48.262,78 (56.950,0804) manat – 2.500 manat (nağd şəkildə verilən ödəniş) = 45.762,78 (ƏDV daxil 54.000) manat)). Lakin apellyasiya məhkəməsi hesabatı düzgün apara bilməmişdir.

69. MPM-nin 77.1-ci maddəsi üzrə-iddiaçı tərəfindən mebellərin tam olaraq quraşdırılması və keyfiyyətli quraşdırılması "xxxx" MMC-nin iddiaçının sorğusuna vermiş olduğu cavabda əksini tapmışdır. Lakin cavabdeh tərəf istinad etdiyi halları məhkəmədə sübut edə bilməmiş, nəticə olaraq məhkəmə bu hala düzgün qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

70. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

71. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

72. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istina d olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

73. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticə sində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərək ətlərdən çəkinməlidirlər.” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

491. Beh anlayışı 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz ə mlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir (2022-ci il 9 noyabr tarixli 651-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 491.2-ci maddəyə yeni məzmunda ikinci və üçüncü cümlələr əlavə edilmişdir). 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yen i qiymət razılaşdırılmalıdır....” “Maddə

755. İşi şəxsən yerinə yetirmək vəzifəsi Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur.”

74. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Vergi Məcəlləsinin müvafiq müddəalarında “Maddə 71-1. Elektron qaimə-fakturaları 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir (2021-ci il 3 dekabr tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 711.1-ci maddənin birinci hissəsi yeni redaksiyada verilm işdir. əvvəlki redaksiyada deyilirdi: 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir): 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində;...”

75. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1.3-cü maddəsinə, Azərbaycan Respublikası Naz irlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” qaydalarında aşağıdakılar nəzərdə tutulur: “3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi... 3.7. Elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir: 3.7.1. malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt; 3.7.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 (beş) gün müddətində; 3.7.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində;...”

76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əli yevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “Lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özü özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətlən dirilməlidir.”

77. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hall ara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” Kassasiya instansiya məhkəməsinin mövqeyi

78. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

79. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamen tal prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

80. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. İşə ikinci dəfə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmiş, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

81. Məhkəmə kollegiyası kassaiya şikayətinin bu qərarın 68-ci bəndində göstərilən dəlilləri ilə bağlı əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarına görə, iddiaçı tələb etdiyi 45.762,78 manat dəyərində işin yerinə yetirilərək cavabdehə təhvil verməsini təsdiq edən sübutları işə mahiyyəti üz rə baxılarkən təqdim edə bilməmiş, yerinə yetirməsini iddia etdiyi işlərə dair qanunvericiliyin tələb etdiyi qaydada 5 gün müddətində deyil, iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra elektron vergi hesab fakturasını təqdim etməsinin səbəblərinə aydınlıq gətirə bilməmişdir. Bu baxımdan Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə MPM-nin 14.2 və 77.1-ci maddələrinin tələblərinə uyğun olmuşdur.

82. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

83. MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikay əti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(104)-130/2024 nömrəli 2024-cü il 4 iyul tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar