Məhkəmə qərarları › İş №2-2(102)-670/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-670/2024

14.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-670/2024 14.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Qəribov Bəhman Fərhad oğlundan və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 27 sentyabr tarixli, 2-2(106)-87/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasi ya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 13 fevral tarixli, e-2-2(121)129/2024 nömrəli qətnaməsi ilə (hakim E.Abdullayev) iddiaçı “X1 Kompleksi” MMC-nin iddiası qismən təmin olunaraq, Cavabdeh 80.703 manat borc, 810 manat cərimə borcu və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 380,53 manat olmaqla, ümumilikdə 81.893,53 manat pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın 15.330,60 manat cərimə borcunun cavabdehdən tutulması hissəsində təmin edilməməsi qət edilmişdir.

2. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 16 iyul tarixli, 2-2(106)-87/2024 qətnaməsi ilə (sədrlik edən P.Əhmədov, hakimlər C.İmanov və S.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

3. Cavabdeh kassasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 27 sentyabr tarixli 2-2(106)-87/2024 qərardadı ilə (sədrlik edən hakim P.Əhmədov, hakimlər T.Kərimov və C.İmanov) kassasiya şikayəti geri qaytarılmışdır.

4. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin kassasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun verilməmiş, qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Qətnamə cavabdehin elektron kabinetinə 2024-cü il 22 iyul tarixində rəsmi qaydada yerləşdirilsə də, cavabdehin nümayəndə - vəkili Vəkil qətnaməd ən kassasiya şikayətini 2024-cü il 25 sentyabr tarixində vermiş, bununla da şikayətin verilməsi üçün nəzərdə tutulan qanunla müəyyən edilən müddət ötürülmüşdür.

5. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3, 405.0.1, 408.1.4, 408.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

6. Cavabdeh kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 27 sentyabr tarixli, 2-2(106)-87/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

7. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən: Mülki Məcəllənin 6.1.8-ci maddəsi üzrə - mübahisələndirilən qərardadla cavabdehin mülki hüquqlarının məhkəmədə müdafiəsi pri nsipi pozulmuşdur. Mülki Prosessual Məcəllənin 77.1, 366.3-cü maddələri və Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı işi üzrə” 2008-ci il 6 mart tarixli qərarı üzrə Qətnamədən kassasiya şikayəti verilərkən digər sənədlərlə yanaşı, 2024-cü il 25 iyul tarixli zərf də kassasiya şikayətinə əlavə edilərək elektron məhkəmə informasiya sistemi vasitəsilə apellyasiya məhkəməsinə göndərilmişdir. Qeyd olunan zərflə cavabdehin həmin qətnaməni 2024-cü il 25 iyul tarixində aldığı öz təsdiqini tapır. Cavabdeh qətnaməni sözügedən tarixdə poçt vasitəsilə əldə etmiş və 2024-cü il 25 iyul tarixindən etibarən qanunla nəzərdə tutulmuş iki ay müddətində elektron məhkəmə informasiya sistemi vasitəsi ilə kassasiya şikayəti verilmişdir. Kassator 70 yaşlı şəxsdir, elektron məhkəmə informasiya sistemindən istifadə qaydaları ona tanış deyil və istifadə edə bilmir. Apellyasiya məhkəməsi qeyd olunan halları nəzərə almamaqla, nəticə etibarı ilə şəxsin konstitusion hüququ olan - hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat hüququnu pozmuşdur.

8. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

9. Kassasiya şikayətinə etiraz verilməmişdir. Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəm ə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.5-ci maddəsinə əs asən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 402.2.3-cü maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin verilməsi müddətinin bərpa sından imtina edilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. 405.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə mü ddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

11. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

12. Məhkəmə koll egiyası hesab edir ki, apellyasiya məhkəməsi cavabdehin kassasiya şikayətini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir.

13. Belə ki, iş materiallarından müəyyən olunur ki, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 16 iyul tarixli qətnaməsinin əsaslandırılmış surəti 2024-cü il 22 iyul tarixdə cavabdehin “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş, eyni zamanda xəbərnaməli poçt vasitəsi ilə cavabdehin ünvanına göndərilmişdir.

14. Cavabdehin nümayəndəsi, Vəkil cavabdehin kassasiya şikayətini 2024-cü il 25 sentyabr tarixdə “Elektron Məhkəmə” İnformasiya Sisteminə yerləşdirmişdir.

15. Beləliklə, müəyyən olunur ki, Mülki Prosessual Məcəlləsinin 10-1.3, 135.5 və 135.6-cı maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsini n qətnaməsi cavabdehə 2024-cü il 22 iyul tarixdə verilmiş hesab olunur və həmin qətnamədən kassasiya şikayəti verilməsi üçün prosessual müddət məhz qeyd olunan tarixdən hesablanmalıdır. Cavabdeh tərəfindən isə kassasiya şikayəti 2024-cü il 25 sentyabr tarixdə verilməklə, Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsi ilə müəyyən edilmiş müddət buraxılmış, buraxılmış müddətin bərpasına dair vəsatət verilməmişdir.

16. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin poçt vasitəsi ilə cavabdehə sonrakı tarixdə təqdim edilməsi əhəmiyyət kəsb etmir.

17. Belə ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatının, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Ele ktron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olması Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinin imperativ tələbidir.

18. Həmçinin, cavabdehin yaşlı olduğu üçün elektron kabinetdən istifadə edə bilməməsi qərardadın ləğvi üçün əsas ola bilməz. Belə ki, qanunvericiliyin tələbinə əsasən kassasiya şikayəti vəkil tərəfindən tərtib olunmalıdır ki, sonuncu hüquqlarını müdafiə etdiyi tərəfə o cümlədən prosessual müddətlərin hesablanmasında köməklik etməlidir.

19. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin geri qaytarılmasına dair apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilən hallar qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya ins tansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 27 sentyabr tarixli, 2-2(106)-87/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar