Məhkəmə qərarları › İş №2-2(102)-674/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-674/2022

27.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-674/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" MMC-nin (əvvəlki adı İddiaçı MMC) cavabdeh "xxxx" MMC-yə qarşı iddiasına dair iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx"xxxx"xxxx"xxxx"xxxx" MMC-nin "xxxx" MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddia tələbləri üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 iyun tarixli, 2-2(103)-476/2022 saylı qətnaməsindən ilkin iddia üz rə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İŞİN HALLARİ 1. "xxxx" MMC ilə İddiaçı MMC arasında 2020-ci il 4 fevral tarixində bağlanmış, tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş 02 saylı müqavilədən görünür ki, bu müqaviləyə əsasən, satıcı müqavilənin 1.2-ci bəndində göstərilən əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib dəyərini satıcıya ödəməyi öhdəsinə götütür (1.1-ci bənd). Həmin müqavilənin:  1.2 və 3.1-ci bəndlərinə görə, bu müqavilə üzrə satılan malların miqdarı, adı, qiyməti əlavələrdə qeyd ediləcəkdir;  3.2-ci bəndinə görə, malın dəyəri 30 gün ərzində ödəniləcəkdir;  4.1-ci bəndinə görə, bu müqavilə 2020-ci il 4 fevraldan 2020-ci il 31 dekabr tarixinədək qüvvədədir.  5.1-ci bəndinə görə bu müqavilə ilə öz və zifəsini icra etməyən və ya lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. 2. 02 saylı müqavilənin əlavəsindən görünür ki, həmin müqavilə üzrə ümumilikdə 21.762,19 manat dəyərində malların (2 ton limon duzu, 1 ton bicarbonat, 34 ton kalsium karbonat, 0.660 ton perchloretylene, 0.108 ton acetic acid, 0.050 ton ammoniumchloride, 4.77 ton xlorid turşusu, 0.832 ton defomer) satılması nəzərdə tututlmuşdur. 3. "xxxx" MMC ilə İddiaçı MMC arasında 2020-ci il 27 fevral tarixində bağlanmış, tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş PİCxx/xx/2020 saylı müqavilədən (bundan sonra – “PİCxx/xx/2020 saylı müqavilə”) gö rünür ki, bu müqaviləyə əsasən, satıcı kalsium bromid məhlulunu (CaBr2 Liquid), “İnkoterms-2010”-a əsasən DDP Bakı şərti ilə alıcının ünvanına çatdırmağı, alıcı isə bu müqavilənin şərtləri əsasında malları qəbul edərək onların əvəzini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyəri ƏDV daxil 3.495.455 manat təşkil edir (1.1 və 2.1-ci bəndlər). Həmin müqavilənin:  3.1-ci bəndinə görə, mallar təchizat müddətlərinə müvafıq olaraq, satıcı tərəfindən müqavilənin qüvvəyə minmə anından 120 gün müddətinə təchiz edilməlidir. Malların hissə-hissə təchiz edilməsi mümkündür;  3.2-ci bəndinə görə, satıcı müqavilənin şərtlərində göstərilmiş malları alıcıya təchiz etməlidir;  3.3-cü bəndinə görə, alıcı müqavilədə göstərilmiş qiyməti satıcıya ödəməli, müqavilədə göstəriimiş ünvana çatdırıldıqda malları qəbul etməli və bu andan mallarla bağlı bütün risklər alıcıya ötürülmüş olur;  4.1-ci bəndinə görə, alıcı satıcı tərəfindən verilmiş hesaba uyğun olaraq, satıcının hesablaşma hesabına köçürmə vasitəsilə malın dəyərini hər təhvil verilmiş partiya üçün DDP Bakı şərti ilə çatdırddıqdan sonra 30 gün ərzində ödəməyi öhdəsinə götürür;  10.1-ci bəndinə görə, malların müqavilədə müəyyən edildiyi müddətdən çöx gecikdirildiyi hallarda satıcı ilk dörd həftə ərzində hər ləngidilmiş təqvim həftəsi üçün vaxtında təchiz edilməmiş malın dəyərinin 0,5%-i miqdarında, sonrakı hər tam həftə üçün isə vaxtında təchiz edilməmiş malın dəyərinin 1,0%-i miqdarında cərimə ödəməlidir. Lakin cərimənin ümumi məbləği vaxtında təchiz edilməmiş malın dəyərinin 5%-dən çox ola bilməz.

4. PİCxx/xx/2020 saylı müqavi ləyə tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş 1 saylı qoşmadan görünür ki, 500 m3 məhsulun dəyəri ƏDV daxil 3.495.455 manat təşkil edir.

5. İddiaçı MMC ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra – “ARDNŞ”) “Azneft” İstehsalat Birliyi arasında 2020-ci il 3 mart tarixində bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş 141/SAM/2020 saylı SOCARSS-004.2011 ARDNŞ-in standartlaşma sistemli malların alqı-satqı müqaviləsindən (bundan sonra – “141/SAM/2020 saylı”) görünür ki, bu müqaviləyə əsasən satıcı kalsium bromid məhlulunu “İnkoterms-2010”-a əsasən DDP Bakı şərti ilə alıcının ünvanına çatdıracaq, alıcı isə bu müqavilənin şərtləri əsasında malları qəbul edərək onun əvəzini ödəyəcək. Müqavilənin ümumi dəyəri ƏDV daxil 4.714.100 manat təşkil edir (1.1 və 2. 1-ci bəndlər). Həmin müqavilənin:  3.1-ci bəndinə görə, mallar təchizat müddətlərinə müvafiq olaraq, satıcı tərəfindən müqavilənin qüvvəyə minmə anından 120 gün müddətinə təchiz edilməlidir;  4.1-ci bəndinə görə, alıcı, satıcı tərəfindən verilmiş hesaba uyğun olaraq, satıcının hesablaşma hesabına köçürmə vasitəsilə malın dəyərini hər təhvil verilmiş partiya üçün rəsmiləşdirilmiş qaimənin yazıldığı tarixdən 60 gün ərzində ödəməyi öhdəsinə götürür;  10.1-ci bəndinə görə, malların Müqavilədə müəyyən edildiyi müddətdən çox gecikdirildiyi hallarda satıcı ilk dörd həftə ərzində hər ləngidilmiş təqvim həftəsi üçün vaxtında təchiz edilməmiş malın dəyərinin 0,5%-i miqdarında, sonrakı hər tam həftə üçün isə vaxtında təchiz edilməmiş malın dəyərinin 1,0%-i miqdarında cərimə ödəməlidir. Lakin cər imənin ümumi məbləği vaxtında təchiz edilməmiş malın dəyərinin 8%-dən çox ola bilməz. 6. 141/SAM/2020 saylı müqaviləyə 1 saylı, tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş qoşmadan görünür ki, 500 m3 məhsulun dəyəri ƏDV daxil 4.714.100 manat təşkil edir.

7. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göndərilmiş 2020-ci il 12 iyun tarixli məktubdan görünür ki, həmin məktubla malın çatdırılma tarixi haqqında məlumat verilməsi xahiş edilmişdir. 8. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə göndərilmiş 2020-ci il 16 iyun tarixli məktubdan görünür ki, həmin məktubla 2020-ci il 12 iyun tarixli məktuba cavab olaraq dünyada baş verən pandemiya ilə əlaqədar olaraq məhsulun çatdırılmasında bir sıra problemlər yarandığı, məhsulun bir hissəsinin (200 m3) 2020-ci il 23 iyun tarixində Azərbaycan Gömrük sərhəd bu raxılışından sonra təhvil veriləcəyi bildirilmişdir. 9. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə göndərilmiş 2020-ci il 23 iyun tarixli məktubdan görünür ki, həmin məktubla müqavilə üzrə 200 m3 kalsium bromid məhsulunu növbəti həftə təchiz etməyə hazır olduqları bildirilmişdir.

10. Cənubi Afrika Respublikasının Durban şəhərində yerləşən “BH Company LTD” tərəfindən həmin vaxt "xxxx" MMC-nin direktoru olmuş Sevda Yusubovaya göndərilmiş 2020-ci il 3 iyul tarixli 63 saylı məktubda bildirilmişdir ki, “Covid 19” pandemiyasına görə ölkədəki müəssisələrin fəaliyyətindəki məhdudiyyətlər və nəqliyyat problemlərinə görə şirkət fəaliyyətini qeyri-müəyyən müəddətə dayandırmağa məcburdur. Bu səbəbdən 190 ton Kalsium Bromid məhsulunu yükləyə bilməyəcəklər. 11. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə göndərilmiş 2020-ci il 9 iyul tarixli məktubda bildirilmişdir ki, təklif edilmiş məhsulu istehsal edən olkə - Cənubi Afrika Respublikasında 2020-ci il 20 may tarixindən müəssisənin fəaliyyəti dayandırılmışdır. Buna baxmayararaq digər istehsalçı ölkələrə də müraciət edilmiş, lakin pandemiya ilə əlaqədar olaraq konkret heç bir təklif almamışlar. Göstərilən səbəbləri nəzərə alaraq məhsulu müqavilənin 3.1-ci bəndinə əsasən 120 gün müddətinə təmin edə bilməmiş, buna görə də müqavilənin 11.3-ci bəndini nəzərə alaraq qarşılıqlı razılaşma əsasında ya ikitərəfli, ya da birtərəfli xitam verilməsinə qərar verilmiş, qərara qarşılıqlı olaraq anlayış göstərilməsi xahiş edilmişdir.

12. İddiaçı MMC-yə tərəfindən "xxxx" MMC-yə göndərilmiş 2020-ci il 27 iyul tarixli 21/20 saylı məktubda bildirilmişdir ki, "xxxx" MM-ni n 2020-ci il 9 iyul tarixində göndərdiyi məktubda gecikmənin fors-major halı ilə əlaqədar olması iddiası və müqaviləyə birtərəfli xitam verilməsi əsassız və qəbuledilməzdir. Əvvəlki məktubda qeyd edilmiş bütün hallar şirkətin müştəri qarşısında öhdəliyini yerinə yetirə bilməməyinə, reputasiya və ciddi maddi risklərə səbəb olur. Odur ki, ən qısa zamanda öhdəlik yerinə yetirilmədiyi təqdirdə müvafiq addımlar atılacaqdır.

13. İddiaçı MMC-yə tərəfindən "xxxx" MMC-yə göndərilmiş 2020-ci il 8 oktyabr tarixli pretenziya məktubundan görünür ki, həmin məktubla 3 gün müddətində PİC/xx/xx/2020 saylı müqaviləni icra etmədiyinə görə həmin müqavilənin ləğv edilməsi, öhdəliyin icrasının gecikdirilməsi nəticəsində hesablanmış 174.772,75 manat məbləğində cərimənin, 1.218.645 manat və 225.000 manat məbləğin də əldən çıxmış faydanın, 500.000 manat məbləğində işgüzar nüfuza vurulmuş ziyanın və hüquqi xidmətlərin göstərilməsinə görə 1.000 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmiş, həmin məbləğ ödənilməyəcəyi halda, müqavilənin ləğvi və pul tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

14. ARDNŞ-in Satınalmalar Komitəsinin iclasının 2020-ci il 24 sentyabr tarixli 47 saylı protokolundan çıxarışa əsasən müəyyən edilir ki, kalsium bromid məhlulunun Azneft tərəfindən satın alınması məqsədi ilə keçirilmiş 11022AM-20 saylı açıq müsabiqənin nəticələrinə uyğun olaraq 141/SAM/2020 saylı müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi nəzərə alınaraq, PA-nın bu qərar qanuni qüvvəyə mindiyi tarixdən etibarən 1 il müddətində ARDNŞ-da təşkil olunacaq bütün satınalma əməliyyatlarında iştirakı qadağan edilmişdir.

15. Azneft tərəfindən İddiaçı MMC-yə göndərilmiş 2020-ci il 2 noyabr tarixli məktubdan görünür ki, həmin məktubla İddiaçı MMC tərəfindən 141/SAM/2020 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilmədiyi nəzərə alınaraq, həmin müqavilənin 13.2-ci bəndinə müvafiq olaraq, müqaviləyə birtərəfli qaydada xitam verildiyi bildirilmişdir. 16. "xxxx" MMC tərəfindən PA-ya 4.764,25 manat dəyərində malın göndərilməsinə dair 2020-ci il 5 fevral tarixli, **********8 saylı hesab-faktura təqdim edilmiş və həmin hesab-faktura əsasında 2020-ci il 5 fevral tarixli, EBAF seriyalı, 947001 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. 17. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 4.212,60 manat dəyərində malın göndərilməsinə dair 2020-ci il 27 fevral tarixli, **********5 saylı hesab faktura təqdim edilmiş və həmin hesabfaktura əsasında 2020-ci il 27 fevral tarixli, EBAG seriyalı, 930505 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. 18. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 7.293,50 manat dəyərində malın göndərilməsinə dair 2020-ci il 17 aprel tarixli, **********4 saylı hesab-faktura təqdim edilmiş və həmin hesabfaktura əsasında 2020-ci il 17 mart tarixli, EBAH seriyalı, 795221 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir. 19. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 1.033,86 manat dəyərində malın göndərilməsinə dair 2020-ci il 6 may tarixli, **********3 saylı hesab-faktura təqdim edilmiş və həmin hesab-faktura əsasında 2020-ci il 8 may tarixli, EBAJ seriyalı, 680204 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçı MMC-yə göndərilmişdir.

20. İşin materiallarında olan gömrük bəyannaməsindən müəyyən edilir ki, 2020-ci il 2 iyul tarixində "xxxx" MMC-yə ünvanlanmış 17.000,00 kq kalsium bromid məhlulu Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilmişdir. 21. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə göndərilmiş 2020-ci il 7 dekabr tarixli məktubdan görünür ki, həmin məktubla 02 saylı müqavilə üzrə 17.304,21 manat məbləğində borcun 3 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.

22. İddiaçı MMC-nin təsisçilərin 2020-ci il 17 dekabr tarixli qərarına əsasən İddiaçı MMC-nin adının dəyişdirilərək "xxxx" MMC (bundan sonra – "xxxx") kimi müəyyən edilməsi, cəmiyyətin adının dəyişməsi və təsisçi payının dəyişikliyi ilə əlaqədar cəmiyyətin nizamnaməsində dəyişiklik edilməsi və 4-cü redaksiyada nizamnamənin təsdiq edilməsi qərara alınmışdır.

23. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 2020-ci il 22 dekabr tarixli **********456000 saylı çıxarışından müəyyən edilir ki, Proxima MMC-nin əvvəlki adı İddiaçı MMC olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

24. İlkin iddia üzrə İddiaçı MMC (bundan sonra-“iddiaçı”) cavabdeh "xxxx" MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə 2020-ci il 28 oktyabr tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, PİC/xx/xx/2020 saylı müqaviləsi əsasında öhdəliyin ic rasının gecikdirilməsi nəticəsində hesablanmış 174.772,75 manat məbləğində cərimənin, 1.218.645 manat və 225.000 manat məbləğində əldən çıxmış faydanın, işgüzar nüfuza vurulmuş ziyana görə 500.000 manat məbləğində pul vəsaitinin və hüquqi xidmətlərin göstərilməsinə görə 1.000 manat məbləğində xidmət haqqının və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən müqavilə (bax yuxarıda §§ 3-5) üzrə öhdəliklər icra edilməmiş, müqavilə şərtləri kobud şəkildə pozulmuşdur. Belə olan halda, müqavilənin 10-cu bəndinə əsasən, icranı gecikdirən cavabdeh tərəfindən mallarının dəyəri olan 3.495.455 manat məbləğin 5%-i, yəni 174.772,75 manat məbləğində cərimə ö dənilməlidir.

26. Belə ki, 141/SAM/2020 saylı müqavilə əsasında, cavabdeh tərəfindən təhvil veriləcək “Kalsium Bromid” məhlulunun iddiaçı tərəfindən Azneft İB-yə təhvil verilməsi, sonuncu tərəfindən isə 4.714.100 manat məbləğində pulun ödənilməsi razılaşdırılmışdır. 141/SAM/2020 saylı müqavilənin qarantiyası kimi "xxxx" ASC tərəfindən 60.000 manat həcmində verilmiş 2020-ci il 27 yanvar tarixli M/17-595 saylı bank qarantiyası da Azneft İB-yə təqdim edilmişdir. Lakin cavabdeh malları iddiaçıya təhvil vermədiyinə görə o, Azneft İB qarşısında öhdəliklərini yerinə yetirə bilməmişdir.

27. Əgər cavabdeh malları vaxtında təhvil versəydi, iddiaçı həmin malları Azneft İB-yə verib külli miqdarda gəlir əldə edəcəkdi. Cavabdehin təqsiri üzündən həm gəlirini itirmiş, həm Azneft İB-yə ziyan ödəməli olm uş, həm də onunla bağlanmış müqavilələrə blok qoyulmuşdur. Azneft İB vurulmuş zərəri tələb edir. Sözügedən müqavilə əsasında Azneft İB tərəfindən 4.714.100 manat məbləğində pul ödənildiyi təqdirdə, onun əldə edəcəyi xalis gəlir, mənfəət 1.218.645 manat təşkil edəcəkdi. Buna görə də cavabdehin təqsiri ucbatından iddiaçının məhrum olduğu 1.218.645 manat məbləğində xalis mənfəət və əldən çıxmış fayda da cavabdeh tərəfindən ödənilməlidir.

28. Bundan əlavə, Azneft İB və ARDNŞ-in tabeliyində olan digər bütün idarələrlə 2021-ci il üçün bağlanmalı olan müqavilələrdən də məhrum olmuşdur. Belə ki, iddiaçı ARDNŞ-ın idarələri ilə orta hesabla hər il 1.500.000 manat dəyərində müqavilələr imzalayır. 2020-ci ildə “Azərikimya” ilə 91.542,39 manat, “Heydər Əliyev adına X1” ilə 736.573,31 manat, "xxxx" MMC ilə 435.559,70 manat məbləğlərində müqavilələr bağlanmışdır. İddiaçı həmin müqavilə üzrə məbləğlərin 15%-i, yəni təxminən 225.000 manat məbləğində xalis gəlir əldə edəcəkdi. Lakin cavabdehin təqsiri ucbatından iddiaçı, Azneft İB-nin müqaviləsi üzrə öz öhdəliklərini icra edə bilmədiyinə görə ARDNŞ-ın bütün strukturlarında qara siyahıya salınmış, 2021-ci il üçün tenderdə iştirak etmək hüququndan, o cümlədən əldə edəcəyi 225.000 manat məbləğində gəlirlərindən məhrum edilmişdir. Buna görə də 225.000 manat məbləğində əldən çıxmış fayda da cavabdehdən tutulmalıdır.

29. Bundan əlavə, öz öhdəliyini icra etmədiyinə, icranı gecikdirdiyinə görə, Azneft İB tərəfindən iddiaçı qara siyahıya salınmış və tenderdə iştirak etmək hüququ məhdudlaşdırılmışdır. Bununla da, onun işgüzar nüfuzuna ziyan vurulmuşdu r. Onun nüfuzunun ARDNŞ-ın digər bütün şirkətləri, həmçinin digər müəssisələr və işgüzar aləmdə imicinin sarsılmasına səbəb olmuşdur. Bu əsasla da iddiaçının işgüzar nüfuzuna vurulmuş ziyanın əvəzi olaraq 500.000 manat məbləğində ödəniş də cavabdeh tərəfindən ödənilməlidir.

30. Bundan əlavə, cavabdehdən borcun məcburi qaydada alınması üçün hüquqi xidmət müqaviləsi əsasında hüquq şirkətinə 1.000 manat məbləğində xidmət haqqı ödənilmişdir. Həmin ödəniş də cavabdeh tərəfindən ödənilməlidir.

31. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 21.3, 23.1, 23.4, 385.1, 386.1, 421, 425.1, 442, 443.1, 443.4, 445.1, 445.2, 448.1, 464.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 35.2-ci maddələrinə istinadla əsaslan dırılmışdır. 32. 2021-ci il 4 mart tarixində cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini, iddiaçıdan 02 saylı müqavilə üzrə ödənilməmiş qalan 17.304,21 manat pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 02 saylı müqaviləyə əsasən, xammallar üzrə hesab-fakturalar alıcıya təqdim edilmiş, elektron qaimələr göndərilmişdir. Ümumi məbləği 21.762,19 manat təşkil edən xammallara görə alıcı tərəfindən 4.457,98 manat məbləğində pul ödənilmiş (2020-ci il 16 mart tarixli faktura üzrə), digər hesab-fakturalar üzrə qalıq qalan 17.304,21 manat pul isə hazıradək ödənilməmişdir. Al ıcıya pretenziya qaydasında bildiriş göndərsələr də, həmin məbləğ ödənilməmişdir.

34. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 25 may tarixli e-2-2(113)-397/2021 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, cavabdhdən PİC/xx/xx/2020 saylı müqavilə üzrə öhdəliyinin icra edilməsinin gecikdirilməsinə görə 30.000 manat məbləğində dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, qarşılıqlı iddia üzrə iddiaçıdan 2020-ci il 1 fevral tarixli 02 nömrəli alqı-satqı müqaviləsi üzrə 17.304,21 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin tutularaq cavabdehə (qarşılıqlı iddiaçıya) ödənilm əsi qət edilmişdir (hakim L.Əliyeva).

35. Birinci instansiya məhkəməsi ilkin iddia tələbi ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, tərəflər arasında PİC/xx/xx/2020 saylı müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən cavabdeh 3.495.455 manat dəyərində kalsium bromid məhlulunu müqavilə qüvvəyə minmə anından 120 gün müddətində (yəni 2020-ci il 27 iyun tarixinədək) iddiaçıya çatdırmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdehin müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etmədiyini əsas göstərərək sonuncudan müqavilədə nəzərdə tutulmuş cərimənin, eləcə də əldən çıxmış faydanın və işgüzar nüfuza vurulmuş ziyanın ödənilməsini tələb edir.

36. Həmin məhkəmə qeyd etmişdir ki, cavabdehin həmin müqavilənin şərtlərinə uyğun olaraq müqavil ənin predmeti olan 3.495.455 manat dəyərində olan malı müqavilədə göstərilən müddətdə - 2020-ci il 27 iyun tarixinədək iddiaçya təchiz etməməsi, bununla da, öhdəliklərin lazımi qaydada icra etməməsi işin mübahisəsiz halını təşkil edir.

37. Cavabdeh ilkin iddia tələbinə etirazın əsası kimi, iki hala- birincisi, müqavilə üzrə öhdəliklərini iradəsindən asılı olmayan hallara görə (Sovid-19 pandemiyası ilə əlaqədar malın Azərbaycan Respublikasına gətirilməsinin mümkün olmaması) lazımi qaydada icra edə bilməməsinə, belə olan halda isə MM-in tələblərinə əsasən öhdəliyin lazımi qaydada icra edilməməsinə görə məsuliyyət daşımalı olmamasına, ikincisi, müqavilə üzrə təchiz etməli olduğu malın bir hissəsini 2020-ci il 30 iyun tarixində Azərbaycan Respublikasına gətirsə də, iddiaçının həmin malı qəbul etməkdən imtina etməsinə istinad etmişdir.

38. Birinci hala münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsinin onun iradəsindən asılı olmayan hallardan baş verməsi barədə dəlillərini sübuta yetirmək üçün Cənubi Afrika Respublikasında yerləşən “HB Company LTD” şirkətinin ona ünvanladığı pandemiya ilə əlaqədar kalsium bromid məhsulunun 190 ton hissəsini təchiz edə bilməməsi barədə 2020-ci il 3 iyul tarixli məktubuna istinad etmişdir.

39. Halbuki, məktubun məzmunundan da göründüyü kimi, həmin məktub yalnız 2020-ci il 3 iyul tarixindən etibarən “HB Company LTD” şirkətinin kalsium bromid məhsulunun göndərilməsini həyata keçirə bilmədiyini təsdiq etməklə, həmin tarixədək Cənubi Afrika Respublikasından malın göndərilməsində çə tinliklərin mövcud olması barədə məlumatları əks etdirmir. Belə olan halda həmin məktuba əsasən cavabdehin mübahisəli müqavilə üzrə öhdəliklərinin icrasını məhz Cənubi Afrika Respublikasından məhsulunun göndərilməsinin mümkün olmaması səbəbindən gecikdirdiyini müəyyən etmək və cavabdehin müqavilə öhdəliklərini iradəsindən asılı olmayan hallara görə icra edə bilməməsi barədə əsaslı nəticəyə gəlmək mümkün deyil.

40. Məhkəmə MM-nin 448.4-cü maddəsinə istinadla göstərmişdir ki, pozuntunun borclunun cavabdeh olmadığı haldan irəli gəlməsinin müəyyən edilməsi borclunun öhdəliyinin pozulmasına görə məsuliyyətdən azad edilməsi üçün kifayət etmir, göstərilən halla yanaşı, məhkəmə tərəfindən müqavilə bağlanarkən borclunun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığı, eləcə də borclunun vicdanlı davranması, yəni xəbərdar olduğu maneə barədə kreditora dərhal məlumat verməsi kimi hallar da müəyyən edilməlidir.

41. Bundan əlavə, PİC/xx/xx/2020 saylı müqavilənin 11.2-ci bəndində də müəyyən edilmişdir ki, fors-major vəziyyətinə məruz qalmış tərəf həmin şəraitin başlaması və qurtarması haqda, onların baş verməsi günündən ən geci 10 gün ərzində digər tərəfi yazılı şəkildə dərhal xəbərdar etməlidir. Fors-majorun baş verməsini müvafiq qurum tərəfindən verilmiş elan və ya bildiriş təsdiqləməlidir.

42. Hazırkı halda cavabdeh malın təchiz edilməsində pandemiya ilə əlaqədar çətinliklərin yaranması barədə yalnız 2020-ci il 16 iyun tarixində, yəni müqavilədə müəyyən edilmiş öhdəliyin icrası müddətinin ba şa çatmasına 10 gün qalmış iddiaçıya məlumat vermişdir. Cavabdehin iddia etdiyi kimi, məhsulun Cənubi Afrika Respublikasından gətiriləcəyini nəzərə aldıqda aydın olur ki, cavabdeh malın vaxtında təchiz edilməyəcəyi barədə həmin tarixdən xeyli əvvəl məlumatlı olmalı idi.

43. Bununla yanaşı, cavabdeh iddiaçıya ünvanlanmış 2020-ci il 9 iyul tarixli məktubunda Cənubi Afrika Respublikasından məhsulun gətirilməsinin mümkün olmaması barədə məlumatı aldıqdan sonra məhsulun əldə edilməsi üçün digər istehsalçı ölkələrə də müraciət etdiyini, lakin müraciətlərinin nəticə vermədiyini bildirsə də, məhsulun digər təchizatçılardan əldə etməsi üçün hər hansı bir tədbir görülməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

44. Belə olan halda məhkəmə cavabdehin vicdanlılıq prinsipinin tələb etdiy i tərzdə davranmayaraq öhdəliyinin icrasında yaranmış maneələr barədə vaxtında məlumat vermədiyini, eləcə də öhdəliyin pozulmasının qarşısının alınması üçün zəruri tədbirlər görmədiyini (məsələn, digər təchizatçılardan malın alınmasına cəhd etməklə) nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı halda öhdəliyin icrasının gecikdirilməsinin cavabdehin iradəsindən asılı olmayan hallardan baş verməsi ehtimal edilsə belə, göstərilən hal cavabdehi öhdəliyin pozulmasına görə məsuliyyətdən azad etmir.

45. Mübahisəli alqı-satqı müqaviləsi üzrə təchiz etməli olduğu malın bir hissəsini 2020-ci il 30 iyun tarixində Bakıya çatdırsa da, iddiaççının həmin malı qəbul etməməsi barədə cavabdehin istinad etdiyi dəlilə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehin malın bir hissəsini Bakıya gətirdiyi barədə iddiaçıya məlumat verdiyini və həmin məhsulun təhvil alınmasını iddiaçıya təklif etdiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

46. Belə ki, göstərilən dəlillərini təsdiq etmək üçün cavabdehin məhkəməyə təqdim etdiyi iddiaçının əməkdaşı Şahid ilə aparılmış whatsapp yazışmalarının həqiqiliyi iddiaçı tərəfindən qəbul edilməmişdir.

47. İkincisi, gətirilmiş malın iddiaçı tərəfindən qəbul edilməməsi barədə cavabdehin istinad etdiyi dəlillər onun tərəfindən iddiaçıya göndərilmiş 2020-ci il 9 iyul tarixli məktubla da təkzib edilir. Belə ki, həmin məktubda cavabdeh mübahisəli müqavilə üzrə alqı-satqı predmeti olan məhsulu müqavilədə göstərilən müddət ərzində təchiz edə bilmədiyini təsdiq etmiş və fors-major halı ilə əlaqədar müqaviləyə xitam verildiyini bildirmişdir.

48. Digər tərəfdən, qeyd edilməlidir ki, cavabdehin alqı-satqı müqaviləsi üzrə gətirilməli olan məhsulun bir hissəsinin Bakıya gətirilməsi, lakin iddiaçı tərəfindən qəbul edilməməsi barədə dəlillərinin əsaslı olması ehtimal edilsə belə, göstərilən hal cavabdehin müqavilə öhdəliklərinin pozuntusuna yol verməməsi barədə nəticəyə gəlmək üçün əsas vermir. Belə ki, birincisi, mübahisəli alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, müqavilədə nəzərdə tutulmuş mal 2020-ci il 27 iyun tarixinədək tam şəkildə alıcıya təqdim edilməli olduğu halda, cavabdeh malın bir hissəsini öhdəliyin son icra tarixindən bir neçə gün sonra - 2020-ci il 30 iyun tarixində Azərbaycan Respublikasına gətirmişdir. İkincisi, gömrük bəyannaməsindən də göründüyü kimi 2020-ci il 30 iyun tarixində cavabdehin adına Azərbaycan Respublikas ına gətirilmiş kalsium bromid məhsulunun gömrük dəyəri 57.222 manat olmaqla həmin məhsul mübahisəli alqı-satqı müqaviləsi üzrə təchiz edilməli olan məhsulun cüzi hissəsini təşkil edir.

49. Beləliklə, cavabdehin PİC/xx/xx/2020 saylı müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapdığından, eləcə də cavabdehin öhdəliyin pozulmasına görə məsuliyyətdən azad edilməsi üçün qanunda nəzərdə tutulmuş halların mövcud olması müəyyən edilmədiyindən, iddiaçı müqavilənin 10.1-ci bəndinə əsasən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

50. Hazırkı halda məhkəmə, dəbbə pulunun məbləğini müəyyən edilərkən kreditorun və borclunun əsaslı mənafeyi ilə yanaşı, «COVİD-19» pandemiyası əlaqədar 2020-ci il mart ayından başlayaraq dünyada tətbiq ed ilmiş məhdudiyyət tədbirlərinin dövlətlərarası mal göndərmələrin həyata keçirilməsində yaratdığı çətinlikləri işin diqqətəlayiq hal kimi nəzərə almış və belə qənaətə gəlmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, həmin məbləğ azaldılaraq 30.000 manat məbləğində müəyyən edilməlidir.

51. İlkin iddianın əldən çıxmış faydaya görə pulun ödənilməsi hissəsinə gəldikdə məhkəmə qeyd etmişdir ki, həmin hissədə iddia tələbinin qanuni əsasını MM-nin 21 və 443-cü maddələri təşkil edir. Həmin maddənin tələbləri baxımından maddi zərərin formalarından biri olan əldən çıxmış faydanın tutulması barədə işlərə baxılarkən digər əhəmiyyət kəsb edən hallarla yanaşı cavabdehin əməlləri ilə iddiaçıya əldən çıxmış fayda formasında vurulmuş maddi zərər arasında səbə bli əlaqənin mövcudluğu müəyyən edilməlidir.

52. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Azneft İB tərəfindən kimyəvi reagentlərə açıq satınalma müsabiqəsi 2019-cu il 25 dekabr tarixində elan edilmiş, həmin müsabiqə üzrə təklif zərfləri isə 2020-ci il 28 yanvar tarixində açılaraq iddiaçı müsabiqədə qalib gəlmişdir. Müsabiqənin nəticələrinə əsasən Azneft İB ilə iddiaçı arasında 2020-ci il 3 mart tarixində kalsium bromid məhlulunun satınalınmasına dair müqavilə bağlanmışdır.

53. Beləliklə, tərəflər arasında 2020-ci il 27 fevral tarixli mübahisəli alqı-satqı müqaviləsi kalsium bromid məhsulunun satınalınmasına dair Azneft İB tərəfindən açıq müsabiqə keçirildikdən və iddiaçı həmin müsabiqədə qalib elan edildikdən sonra bağlanmışdır. Belə olan halda isə açıq-aşkardır ki, idd iaçı sözügedən müsabiqə üzrə təklif irəli sürərkən, eləcə də həmin müsabiqədə iştirak edərkən cavabdehin mübahisəli müqaviləyə əsasən üzərinə götürdüyü kalsium-bromid məhlulunun təqdim edilməsinə dair öhdəliyinə əsaslanmamışdır.

54. Bununla yanaşı, cavabdehin 2020-ci il 27 fevral tarixli müqavilədə nəzərdə tutulmuş öhdəlikləri vaxtında icra edə bilməyəcəyi iddiaçıya 2020-ci il 16 iyun tarixində, öhdəlikləri ümumiyyətlə icra edə bilməyəcəyi isə 2020-ci il 9 iyul tarixində məlum olmuşdur.

55. Həmçinin, müqavilə öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar iddiaçının ARDNŞ-ın satınalma əməliyyatlarında iştirakının qadağan edilməsi barədə ARDNŞ-ın Satınalmalar Komitəsinin qərarı 2020-ci il 24 sentyabr tarixində qəbul edilmiş, eyni zamanda Azneft İB tərəfindən iddiaçı ilə aralarında bağlanmış 2020-ci il 3 mart tarixli müqaviləyə 2020-ci il 2 noyabr tarixində birtərəfli qaydada xitam verilmişdir.

56. Cavabdehin kalsium-bromid məhsulunu təqdim edə bilməyəcəyi barədə iddiaçının xəbərdar olduğu vaxtdan, ARDNŞ-ın iddiaçıya qarşı 2020-ci il 3 mart tarixli müqavilə üzrə öhdəliyin icra edilməməsi ilə əlaqədar tədbirlər görməyə başladığı vaxtadək iki aydan artıq müddət keçmişdir. Lakin həmin müddət ərzində iddiaçının Azneft İB ilə aralarında bağlanmış müqavilənin icrasını təmin etmək istiqamətində hər hansı tədbir görülməsi (malın digər təchizatçılardan alınmasına cəhd edilməsi və s.) işin materiallarına əsasən müəyyən edilmir.

57. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin 2020-ci il 27 fevral tarixli mübahisəli alqı-satqı müqaviləsi üzrə öhdəliklərini icra etm əməsi ilə iddiaçnın Azneft İB ilə aralarında bağlanmış müqavilə üzrə əldə edəcəyi 1.218.645 manat məbləğində mənfəətdən məhrum olması arasında birbaşa səbəbli əlaqə mövcud olmadığından həmin mənfəətin əldə edilməməsinə görə məsuliyyətin cavabdehin üzərinə qoyulması üçün əsasların mövcudluğu müəyyən edilmir.

58. İlkin iddianın 225.000 manat məbləğində əldən çıxmış faydadan tutulması hissəsinə münasibətdə isə qeyd edilmişdir ki, iddiaçı həmin hissədə iddiasının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün 2019-cu ildə ARDNŞ-ın müxtəlif idarələri ilə bağlandığı müqavilələri məhkəməyə təqdim etsə də, həmin müqavilələr üzrə əldə etdiyi mənfəətin məbləğini sübuta yetirə bilməmişdir. İkincisi, iddiaçının 2019-cu ildə ARDNŞ-ın idarələri ilə bağladığı müqavilələrdən 225.000 manat mənfəət əld ə etməsi təsdiq edilmiş olsa belə, həmin hal satış qadağası olmadığı təqdirdə 2020-ci ildə də eyni məbləğdə mənfəət əldə edə biləcəyi barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir. Bundan əlavə, 2020-ci ildə «COVİD-19» pandemiyası ilə əlaqədar iqtisadiyyatın bir çox sahələrində müşahidə olunan durğunluq nəzərə alınarsa, belə bir mənfəətin əldə ediləcəyi heç inandırıcı da görünmür. Əldən çıxmış faydaya görə pulun tutulması hissəsində ilkin iddia əsassız olduğundan rədd edilməlidir.

59. Hazırkı işin hallarından görünür ki, iddiaçı nə cavabdehin hüquqazidd, təqsirli əməlləri nəticəsində onun işgüzar nüfuzunun ləkələndiyini, nə də həmin əməllər nəticəsində ona maddi zərər (real zərər və ya əldən çıxmış fayda formasında) dəyməsini sübuta yetirə bilmişdir. Belə olan halda isə işgüzar nüfuza d əymiş zərərin ödənilməsi tələbinə dair hissədə də ilkin iddia əsassız olduğundan təmin edilməməlidir.

60. Bundan əlavə, vəkil xidmətlərinə görə 1.000 manat məbləğində pulun cavabdehdən tutulması ilə bağlı göstərilmişdir ki, iddiaçı vəkil xidmətlərinə görə 1.000 manat məbləğində haqq ödəməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

61. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 02 saylı müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətlər yaranmışdır. Cavabdeh həmin müqavilə üzrə iddiaçıya 17.304,21 manat məbləğində mal təqdim etsə də, sonuncu həmin malların dəyərini ödəməmiş, bununla müqavilə üzrə öhdəliyini pozmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmədə verdiyi izahatında id diaçının 02 saylı müqavilə üzrə cavabdehə 17.304,21 manat məbləğində borcunun olduğunu təsdiq etmişdir. Belə olan halda məhkəmə iddiaçının müqaviləyə əsasən verilmiş malların dəyərini-17.304,21 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə cavabdehin göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab etmişdir ki, həmin hissədə iddia təmin edilməli, iddiaçıdan 17.304,21 manat məbləğində pul tutularaq cavabdehə ödənilməlidir.

62. Məhkəmə gəldiyi nəticəni MM-in 21.1, 21.2, 385.1, 425.1, 442, 443.1, 443.4, 448.1, 448.4, 1097.1, MPM-in 14.2, 77.1, 89.2, 107, 115.0.6, 119.1, 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

63. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətind, qətnamənin qismən-ilki n iddianın təmin edilməmiş hissəsində ləğv olunmasını və ilkin iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

64. Həmçinin, cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin qismən- ilkin iddia tələbinin təmin edilmiş hissəsində ləğv olunmasını, iddia tələbinin tamamilə təmin edilməməsi və qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

65. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 oktyabr tarixli 22(103)-924/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Məm mədov və V.Baxışova).

66. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarına və hüquq normalarına istinad etməklə hesab etmişdir ki, işin halları, həmçinin maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Cavabdeh təərfindən verilmiş kassasiya şikayətində həmin qətnamənin qismən-ilkin iddia tələbinin qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsi və ilkin iddia tələbinin tamamilə təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.

68. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiay şikayətində qətnamənin qismənilkin iddianın təmin edilməmiş hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsi və iddiaçının cavabdehə qarşı ilkin iddia tələblərinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat

69. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 mart tarixli 2-2(102)-137/2022 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, ca vabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi qismən – ilkin iddia tələbinin qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir (sədrlik edən-məruzəçi hakim B.Məmmədli, hakimlər İ.Dadaşov və B.Qəribov).

70. Kassasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin nəticələrinin qanunsuzluğunu və əsassızlığını təsdiq edən tutarlı dəlillər gətirə bilməmişdir.

71. Cavabdehin kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, kassatorun da hesab etdiyi kimi, apellyasiya instansiya məhkəməsi cavabdehin ölkəyə qismən idxal etdiyi məhsulun hansı səbəbdən iddiaçı tərəfindən qəbul edilməməsinə öz qətnaməsində münasibət bildirməmişdir. Halbuki, qətnamədə qeyd olunmuşdur ki, cavabdeh malın bir hissəsini Bakıya gətirdiyi barədə iddiaçıya məlumat verdiyini və həmin məhsulun təhvil alınmasını təklif etdiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Kassator həmçinin qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi 2020-ci il 27 fevral tarixli müqavilə üzrə cavabdeh tərəfindən məhsulun çatdırılmasında bütün dünyada baş verən «Covid-19» virusunun yaratdığı pandemiya səbəbindən çətinlik yaratdığını qəbul edir, amma digər tərəfdən, cavabdehin məsul olmadığı, ondan asılı olmayan səbəblərdən irəli gələn və müqavilə bağlayarkən onun həmin halın nəzərə alınmasının mümkünsüz olduğu bir öhdəliyin pozulmasına görə məsuliyyət daşıdığı barədə əsassız nəticəyə gəlir.

72. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin kassasiya şikayətinin həmin dəlili ilə razılaşır. Belə ki, apellyasiya instansiya məhkəməsi bir tərəfdən qeyd edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini iradəsindən asılı olmayan hallara görə (Sovid-19 pandemiyası ilə əlaqədar malın Azərbaycan Respublikasına gətirilməsinin mümkün olmaması) lazımi qaydada icra edə bilməməsinə, belə olan halda isə MM-in tələblərinə əsasən öhdəliyin lazımi qaydada icra edilməməsinə görə məsuliyyət daşımalı olmamasına istinad etmişdir. Bunu sübuta yetirmək üçün cavabdeh Cənubi Afrika Respublikasında yerləşən “HB Company LTD” şirkətinin ona ünvanlandığı pandemiya ilə əlaqədar kalsium bromid məhsulunun 190 ton hissəsini tə chiz edə bilməməsi barədə 2020-ci il 3 iyul tarixli məktubuna istinad etmişdir. Halbuki, məktubun məzmunundan da göründüyü kimi, həmin məktub yalnız 2020-ci il 3 iyul tarixindən etibarən “X” şirkətinin kalsium bromid məhsulunun göndərilməsini həyata keçirə bilmədiyini təsdiq etməklə, həmin tarixədək Cənubi Afrika Respublikasından malın göndərilməsində çətinliklərin mövcud olması barədə məlumatları əks etdirmir. Belə olan halda, həmin məktuba əsasən cavabdehin mübahisəli müqavilə üzrə öhdəliklərinin icrasını məhz CAR-dan məhsulun göndərilməsinin mümkün olmaması səbəbindən gecikdirdiyini müəyyən etmək və cavabdehin müqavilə öhdəliklərini iradəsindən asılı olmayan hallara görə icra edə bilməməsi barədə əsaslı nəticəyə gəlmək mümkün deyil.

73. Həmçinin, apellyasiya instansiya məhkəməsinin qətn aməsində o da qeyd olunur ki, cavabdeh malın təchiz edilməsində pandemiya ilə əlaqədar çətinliklərin yaranması barədə yalnız 2020-ci il 16 iyun tarixində, yəni müqavilədə müəyyən edilmiş öhdəliyin icrası müddətinin başa çatmasına 10 gün qalmış iddiaçıya məlumat vermişdir. Cavabdehin iddia etdiyi kimi, məhsulun Cənubi Afrika Respublikasından gətiriləcəyini nəzərə aldıqda aydın olur ki, cavabdeh malın vaxtında təchiz edilməyəcəyi barədə həmin tarixdən xeyli əvvəl məlumatlı olmalı idi. Bununla yanaşı, cavabdeh iddiaçıya ünvanlanmış 2020-ci il 9 iyul tarixli məktubunda CAR-dan məhsulun gətirilməsinin mümkün olmaması barədə məlumatı aldıqdan sonra məhsulun əldə edilməsi üçün digər istehsalçı ölkələrə də müraciət etdiyini, lakin müraciətlərinin nəticə vermədiyini bildirsə də, məhsulun digər təch izatçılardan əldə etməsi üçün hər hansı bir tədbir görülməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

74. Digər tərəfdən isə, apellyasiya instansiya məhkəməsi həmin qətnamədə ŞKŞB-yə münasibətdə MM-in 467-ci maddəsini tətbiq edərək tənasübsüz surətdə yüksək hesab etdiyi dəbbə pulunu azaldarkən kreditorun və borclunun əsaslı mənafeyi ilə yanaşı, məhz COVİD-19 pandemiyası əlaqədar 2020-ci il mart ayından başlayaraq dünyada tətbiq edilmiş məhdudiyyət tədbirlərinin dövlətlərarası mal göndərmələrin həyata keçirilməsində yaratdığı çətinlikləri nəzərə almışdır.

160. Beləliklə, hazırkı vəziyyətdə qətnamədən 2020-ci il 27 fevral tarixli müqavilə üzrə öhdəliklərin ŞKŞB tərəfindən icrası vəziyyətini qiymətləndirərkən dünyada baş verən COVİD-19 pandemiyasının nəzərə alınmalı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün deyildir.

75. Göründüyü kimi, dünyada baş verən COVİD-19 pandemiyasının cavabdehin 2020-ci il 27 fevral tarixli müqavilə üzrə öhdəliklərin icrasına təsir edib-etməməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi bir-birini təkzib edən ikili (ziddiyyətli) mövqe tutmuş, nəticədə cavabdehə tətbiq olunan dəbbə pulu ilə bağlı MPM-in 217.1-ci maddəsinə uyğun gəlməyən əsassız qətnamə qəbul etmişdir.

76. Yeni apellyasiya baxışında məhkəmə yuxarıda göstərilənləri nəzərə almaqla dünyada baş verən COVİD-19 pandemiyasının cavabdehin 2020-ci il 27 fevral tarixli müqavilə üzrə öhdəliklərin icrasına təsir edib-etməməsi, bununla əlaqədar cavabdehə dəbbə pulunun tətbiq edilib-edilməməsi, tətbiq edilməlidirsə, onun həcmi barədə qanuni, əsaslı və birmənalı nəticəyə gə lməlidir.

77. Məhkəmə gəldiyi nəticəni MM-in 443.7, 448.1, 448.2 və 448.4 və MPM-in 82.1, 217.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

78. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 iyun tarixli 22(103)-476/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilməsi, cavabdehdən 2020-ci il 27 fevral tarixli PİC/xx/xx/2020 nömrəli alqı-satqı müqaviləsi üzrə öhdəliyinin icra edilməsinin gecikdirilməsinə görə 17.400 manat məbləğində dəbbə pulunun tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır (sədrlik edən-məruzəçi hakim A.Hüseyn, hakimlər A.Hüseynov və S.Bəktaşi).

79. İşə a pellyasiya instansiyası məhkəməsi işin §1-23-də qeyd olunan hallarına istinad etmiş və kassasiya instansiyası məhkəməsinin, Dünyada baş verən «COVİD-19» pandemiyasının cavabdehin 2020-ci il 27 fevral tarixli müqavilə üzrə öhdəliklərinin icrasına təsir edib-etməməsinə dair göstərişlərinə münasibətdə qeyd etmişdir ki, işin bu halı sübuta ehtiyacı olmayan hal olaraq qiymətləndirilməlidir. Belə ki, hamıya bəlli olan haldır ki, 2019-cu ilin sonları, 2020-ci ilin əvvəllərindən dünyada «COVİD-19» pandemiyası yayılmağa başlanmış, bununla əlaqədar, dünya ölkələri məcburi qapanmalara keçməyə başlamışlar və bir sıra məhdudiyyətlər (sərhədlərin bağlanması, mülki uçuşların dayandırılması və s.) tətbiq etmişlər. 2020-ci il 14 mart tarixindən isə Azərbaycan Respublikasında pandemiya qaydaları tətbiq olun mağa başlanmış və hökumət sərt məhdudiyyətlərin tətbiqinə məcbur qalmışdır. Bu məcburiyyət tətbirlərinin sərt dövrü tətbiqi isə hazırkı iş üzrə mübahisəli vəziyyətin yarandığı dövrlə üst- üstə düşmüşdür.

80. İşin materiallarında olan Cənubi Afrika Respublikasının Durban şəhərində yerləşən “BH Company LTD” tərəfindən həmin vaxt ŞKŞB-nin direktoru olmuş Sevda Yusubovaya göndərilmiş 2020-ci il 3 iyul tarixli 63 saylı məktubda bildirilmişdir ki, Covid 19 pandemiyasına görə ölkədəki müəssisələrin fəaliyyətindəki məhdudiyyətlər və nəqliyyat problemlərinə görə şirkət fəaliyyətini qeyri-müəyyən müəddətə dayandırmağa məcburdur. Bu səbəbdən 190 ton Kalsium Bromid məhsulunu yükləyə bilməyəcəklər.

81. Məktub yalnız 2020-ci il 3 iyul tarixdən etibarən “HB Company LTD” şirkətinin kalsium bromid məhsulun un göndərilməsini həyata keçirə bilmədiyini təsdiq etməklə, həmin tarixədək Cənubi Afrika Respublikasından malın göndərilməsində çətinliklərin mövcud olması barədə məlumatları əks etdirməsə də, həmin məktubda qeyd edilən hal, yəni COVİD 19 pandemiyasına görə dünya səviyyəsində ölkələrin qapanmalara getmələri, müəssisələrin fəaliyyətlərində məhdudiyyətlərin tətbiqi, nəqliyyat problemlərinin mövcudluğu mübahisəli müqavilə üzrə öhdəliklərinin icrasının pandemiya qaydalarının tətbiqinə görə gecikdirildiyini müəyyən etmək qənaətinə gəlmək üçün məhkəməyə əsas verir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, Dünyada baş verən COVİD-19 pandemiyasının cavabdehin 2020-ci il 27 fevral tarixli müqavilə üzrə öhdəliklərinin icrasına təsir etmiş və işin bu halına Azərbaycan Respublikası Mülki Prosessua l Məcəlləsinin 82.1- ci maddəsi tətbiq edilməlidir. Qeyd edilən normanın tələblərinə görə, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

82. Dünyada baş verən COVİD-19 pandemiyasının cavabdehin 2020-ci il 27 fevral tarixli müqavilə üzrə öhdəliklərinin icrasına təsir etməsi ilə əlaqədar cavabdehə dəbbə pulunun tətbiq edilib-edilməməsi (2ci göstəriş) məsələsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, belə bir şərt (pandemiya) fors-major hal kimi müqavilənin 11.1-ci bəndində nəzərdə tutulmamışdır. Müqavilənin qüvvədə olduğu dövrdə cavabdeh iddiaçıya heç vaxt pandemiya ilə əlaqədar müqaviləni icra etməkdə çətinlik çəkdiyini bəyan etməmiş, əksinə müqavilənin icrası istiqamətində ölkəyə müqavilədə nəzərdə tutulan malın bir qismini idxal etmişdir. 8

3. Belə olan halda, pandemiya fors-major hal kimi qeyd edilmiş olsa idi belə, həmin hal cavabdehi müqavilə şərtlərini vaxtında icra etmək öhdəliyindən o zaman azad edə bilərdi ki, pandemiyaya görə müqaviləni vaxtında icra edə bilməyəcəyi ilə bağlı xəbərdarlığını pandemiya qaydalarının ölkə ərazisində tətbiqinə başlanıldığı 2020-ci ilin 14 mart tarixində etmiş ola idi. İşin materialları ilə müəyyən edilir ki, cavabdeh bu barədə xəbərdarlığı ilk dəfə 2020-ci il 16 iyun tarixli məktubla etmişdir. Bu isə pandemiya qaydalarının tətbiq edilməsindən 3 ay sonra, müqavilə müddətinin bitməsinə 10 gün qalmış deməkdir.

84. İşin materiallarında olan cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 2020-ci il 9 iyul tarixli məktubda bildirilmişdir ki, təklif edilmiş məhsulu istehsal edən olkə - Cənubi Afrika R espublikasında 2020ci il 20 may tarixindən müəssisənin fəaliyyəti dayandırılmışdır. Buna baxmayararaq digər istehsalçı ölkələrə də müraciət edilmiş, lakin pandemiya ilə əlaqədar olaraq konkret heç bir təklif almamışlar. Göstərilən səbəbləri nəzərə alaraq məhsulu müqavilənin 3.1-ci bəndinə əsasən 120 gün müddətinə təmin edə bilməmiş, buna görə də müqavilənin 11.3-ci bəndini nəzərə alaraq qarşılıqlı razılaşma əsasında ya ikitərəfli, ya da birtərəfli xitam verilməsinə qərar verilmiş, qərara qarşılıqlı olaraq anlayış göstərilməsi xahiş edilmişdir.

85. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, dünyada baş verən COVİD-19 pandemiyasının cavabdehin 2020-ci il 27 fevral tarixli müqavilə üzrə öhdəliklərinin icrasına təsir etdiyi halda, bununla əlaqədar, iddiaçı əvvəlcədən xəbərdar edilmədiyindən, cavabdehə dəbbə pulu tətbiq edilməlidir.

86. Məhkəmə hesab etmişdir ki, dəbbə pulunun tutulması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsası bir-birinə zidd olan iki mövqe ilə əsaslandırıldığından, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırılması mübahisələndirilən hissədə dəyişdirməlidir.

87. Tətbiq edilməli olduğu halda dəbbə pulunun həcmi barədə qanuni, əsaslı və birmənalı nəticə verilməli olması (3-cü göstəriş) barədə kassasiya instansiyası məhkəməsinn hazırki iş üzrə qərarındakı göstəriş üzrə məhkəmə qeyd etmişdir ki, həmin məbləğin həcmi gecikdirilmiş dörd günə görə bir həftə üçün müəyyən edilməlidir. Belə ki, cavabdeh özü həm apellyasiya, həm də kassasiya şikayətində (bax Ali Məhkəmənin qərarının 98-ci paraqrafına) q əbul edir ki, gecikmə dörd gün çəkmiş və hesab edir ki, ən yaxşı halda məhkəmə yalnız bir həftə üçün məhsulun ümumi dəyərin 0.5 % miqdarında cəriməni tuta bilərdi. məhkəmə hesab etmişdir ki, həmin qaydada hesablamanın əsasını müqavilənin 10.1-ci bəndi təşkil etdiyindən, iddia göstərilən həddə dəbbə pulunun tutulması hissəsində təmin edilməlidir.

88. İşin materiallarında olan tərəflər arasında 2020-ci il 27 fevral tarixində bağlanmış, tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş PİCxx/xx/2020 saylı müqavilənin 10.1-ci bəndinə görə, malların müqavilədə müəyyən edildiyi müddətdən çox gecikdirildiyi hallarda satıcı ilk dörd həftə ərzində hər ləngidilmiş təqvim həftəsi üçün vaxtında təchiz edilməmiş malın dəyərinin 0,5%-i miqdarında, sonrakı hər tam həftə üçün isə vaxtında təchiz edilməmiş ma lın dəyərinin 1,0%-i miqdarında cərimə ödəməlidir. Lakin cərimənin ümumi məbləği vaxtında təchiz edilməmiş malın dəyərinin 5%-dən çox ola bilməz.

89. Məhkəmə MM-nin 462.1, 462.3-cü maddələrinə istinadla göstərmişdir ki, dəbbə pulu öhdəliyin icra edilməməsinə və ya lazımi qaydada icra edilməməsinə görə borcluya tətbiq edilən məsuliyyət tədbiridir. Kreditorun müqavilədə nəzərdə tutulmuş dəbbə pulunun ödənilməsini tələb etmək hüququ müqavilə öhdəliyinin borclu tərəfindən icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda yaranır. Hazırki halda, ilkin iddia üzrə cavabdeh xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq müqavilə predmeti olan malı müqavilədə göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixədək iddiaçıya təhvil verməli olduğu halda, bunu hissəvi olmaqla 30 iyun 20 20-ci ildə etməklə öhdəliyini 4 gün gecdirmişdir. Bu isə bir həftədən çox olmayan dövr olmaqla müqavilənin 10.1-ci bəndindəki ilk 4 həftə ərzində hər gecikdirilmiş həftə üçün müqavilə dəyərinin 0.5%-i həddində dəbbə pulunun tutulması üçün əsasdır.

90. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, ilkin iddia üzrə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilkin iddia tələbinin qismən təmin edilməsi hissəsində dəyişdirilməli, cavabdehdən 2020-ci il 27 fevral tarixli PİC/xx/xx/2020 nömrəli alqı-satqı müqaviləsi üzrə öhdəliyinin icra edilməsinin gecikdirilməsinə görə 17.400 manat (on yeddi min dörd yüz manat) məbləğində dəbbə pulu tutularaq iddiaçı "xxxx" MMCyə ödənilməlidir.

91. İddiaçı tərəf indən verilmiş kassasiya şikayətində həmin qətnamənin qismən - cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın qismən edilməsi hissəsində dəyişdirilməsi, cavabdehdən 2020-ci il 27 fevral tarixli PİC/xx/xx/2020 nömrəli alqı-satqı müqaviləsi üzrə öhdəliyinin icra edilməsinin gecikdirilməsinə görə 17.400 manat məbləğində dəbbə pulunun tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilməsi və ilkin iddia tələblərinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

92. MM-in 21-ci maddəsinin tələbləri pozulmuşdur-cavabdehin təqsirinə görə iddiaçının məhrum olduğu 1.218.645,0 manat məbləğində xalis mənfəət və əldən çıxmış fayda cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Qeyd olunmalıdır ki, iki müqavilə arasında birbaşa səbəbli əlaqə vardır. Məhkəməyə iclas zalında izahat verərək bildirilmişdir ki, həm cavabdeh, həm də SOCAR “Azneft” İB ilə bağlanmış müqavilələrin predmeti eyni həcmli kalsium bromid məhsulu təşkil edir. Cavabdehdən alınacaq məhsulun satışına dair SOCAR “Azneft” İB ilə müqavilə bağlamışdır. Ümumiyyətlə istənilən irihəcmli müqavilə bağlanmamışdan öncə bir neçə ay müddətində müzakirə edilir, ilkin razılaşmalar əldə edilir və yalnız bundan sonra əsas müqavilə bağlanaraq təsdiq edilir. Məhz cavabdeh ilə aparılmış çoxsaylı müzakirələrə, şifahi danışıqlara və vədlərə, razılaşmalara güvənərək iddiaçı SOCAR “Azneft” İB-nin tender müsabiqəsinə qoşulmuşdur və bundan sonra 2 020-ci il 27 fevral tarixli müqavilə bağlanmışdır. Lakin cavabdehin öz öhdəliyini icra etməməsi səbəbindən, iddiaçı təqsiri olmadan öz öhdəliyini icra edə bilməmişdir. Bununla da iddiaçıya külli miqdarda ziyan vurulmuşdur. Odur ki, iddiaçıya vurulmuş ziyan cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir.

93. Qətnamə 225.000 manat əldən çıxmış faydanın təmin edilməməsi hissəsində də ləğv edilməli, həmin 225.000 manat əldən çıxmış fayda da cavabdehdən tutulmalıdır. Belə ki, məhkəmə qətnamə çıxararkən iddiaçının 2021-ci il 20 may tarixli 06/21 saylı arayışına hüquqi qiymət verməmişdir. Əldən çıxmış faydanın 225.000 manat hissəsi ilə bağlı bildirilmişdir ki, iddiaçı həmçinin SOCAR “Azneft” İB və SOCAR-ın tabeliyində olan digər bütün idarələrlə 2021-ci il üçün bağlanmalı olan müqavilələrdən cavabd ehin təqsiri üzündən məhrum olmuşdur. Belə ki, iddiaçı SOCAR-ın idarələri ilə orta hesabla hər il 1.500.000 manat dəyərində müqavilələr imzalayır. 2020-ci ildə SOCAR “Azərikimya” ilə 91.542,39 AZN, SOCAR “Heydər Əliyev adına X1” ilə 736.573,31 AZN, "xxxx" MMC ilə 435.559,70 AZN məbləğlərində müqavilələr bağlanmışdır. İddiaçı həmin müqavilə üzrə məbləğlərin 15%-i, yəni təxminən 225.000 manat məbləğində xalis gəlir əldə edəcəkdi. Lakin cavabdehin təqsiri ucbatından iddiaçı, SOCAR-ın “AZNEFT” İB-nin müqaviləsi üzrə öz öhdəliklərini icra edə bilmədiyinə görə SOCAR-ın bütün strukturlarında qara siyahıya salınmış, gələn 2021-ci il üçün tenderdə iştirak etmək hüququndan, o cümlədən əldə edəcəyi 225.000 manat məbləğində gəlirlərindən məhrum edilmişdir.

94. MM-in 464.1-ci maddəsinin tələbi pozulmuş dur-dəbbə pulunun məbləğinin 17.400 manat tutulması hissəsində qətnamə ləğv edilməlidir, ilkin iddia tələbi 174.772,75 manat dəbbə pulu hissəsində tam təmin edilməlidir. Tərəflər arasında bağlanmış 2020-ci il 27 fevral tarixli müqavilənin 10.1-ci bəndinə görə, malların müqavilədə müəyyən edildiyi müddətdən çox gecikdirildiyi hallarda satıcı ilk dörd həftə ərzində hər ləngidilmiş təqdim həftəsi üçün vaxtında təchiz edilməmiş malın dəyərinin 0,5%-i miqdarında, sonrakı hər tam həftə üçün isə vaxtında təchiz edilməmiş malın dəyərinin 1,0%-i miqdarında cərimə ödəməlidir. Lakin cərimənin ümumi məbləği vaxtında təchiz edilməmiş malın dəyərinin 5%-dən çox ola bilməz. Həmin müqavilənin 10.2-ci bəndinə görə, malın təchizi iki aydan çox gecikdirildikdə, satıcı ona ödənilmiş pul vəsaitini tam geri qay tarır və alıcı müqaviləni ləğv etmək, yaxud onun şərtlərinə yenidən baxmaq hüququnu özündə saxlayırlar. Həmin müqavilənin 5.1-ci bəndinə görə bu müqavilə ilə öz vəzifəsini icra etməyən və ya lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir.

95. MM-in 467-ci maddəsinin tələbi pozulmuşdur-qanunvericilik məhz kreditorun (iddiaçının) hüquqlarını qoruyur və dəbbə pulunun tutulmasını tələb edir. Məhkəmə isə dəbbə pulunu azaltmaqla cavabdehin, borclunun mənafelərini nəzərə almaqla səhv hüquqi nəticəyə gəlmişdir. Dəbbə pulu müqavilə tərəfini intizamlı və vicdanlı olmağa yönəldən, məsuliyyətli olmasını tələb edən normad ır. Məhkəmə dəbbə pulunun 174.772,75 manatdan birinci instansiya məhkəməsinin qərarına əsasən 30.000 manata, apellyasiya istansiyası məhkəməsinin qərarına əsasən 17.400 manata azaltmaqla hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə nəzərə almamışdır ki, bu müqaviləni cavabdeh icra etməmiş, onlara külli miqdarda ziyan vurmuş və cavabdehin məsuliyyətsizliyi nəticəsində “Socar” şirkəti ilə bütün münasibətlər pozulmuşdur.

96. MM-in 23.4-cü maddəsinin tələbi pozulmuşdur-işgüzar nüfuza vurulmuş ziyanla bağlı məhkəmə nəticəyə gələrkən qüvvədə olan qanunvericilik maddələrini və tərəflər arasındakı razılaşmanı nəzərə almamışdır. Belə ki, cavabdeh öz öhdəliyini icra etmədiyinə, icranı gecikdirdiyinə görə, “Azneft” İB tərəfindən iddiaçı qara siyahıya salınmış və tenderdə iştirak etmək hüququ məhdudla şdırılmışdır. Bununla da, iddiaçının işgüzar nüfuzuna ziyan vurulmuş, onun nüfuzunun SOCAR-ın digər bütün şirkətləri, həmçinin digər müəssisələr və işgüzar aləmdə imicinin sarsılmasına səbəb olmuşdur. Bu əsasla da iddiaçının işgüzar nüfuzuna vurulmuş ziyanın əvəzi olaraq 500.000 manat cavabdehdən tutulmalıdır.

97. MPM-in 14.1, 77.1, 217.1-ci maddələrinin tələbləri pozulmuşdur-işə baxan apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən iş üzrə heç bir mötəbər sübut verilmədiyi halda, əksinə iddiaçı tərəfindən bütün sübutlar təqdim edildiyi halda, ilkin iddianı əsassız olaraq təmin etməmiş, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilkin iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilmiş, cavabdehin öhdəliyin icra edilməsinin gecikdirilməsinə görə birinici istansiya məhkə məsinin əsasız olaraq təyin etdiyi 30.000 manat dəbbə pulunun miqdarı yenə əsassız olaraq azaldılaraq 17.400 manat məbləğində dəbbə pulunun tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

98. Cavabdehin kassasiya şikayətinə qarşı etirazında qeyd edilmişdir ki, hazırkı kassasiya şikayətinin dəlilləri ilə əvvəlki kassasiya şikayətinin dəlilləri tamamilə eynidir və Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2022-ci il 9 mart tarixli qərarında həmin dəlillərə artıq münasibət bildirilmiş, hüquqi qiymət verilmişdir.

99. Kassasiya şikayətində iddiaçı məhkəmənin onun ilkin iddia tələbini əsassız olaraq rədd etməsini göstərsə də, son apellyasiya baxışının predmeti yalnız cavabdehin “ilkin iddia tələbinin dəbbə pulunun tutulması hissəsində qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi” barədə apellyasiya şikayətində göstərilən dəlillər olmuşdur. İddiaçının iddia tələbinin rədd edilmiş hissələrinə artıq baxılıb qiymət verilmiş, bununla bağlı qərar qanuni qüvvəyə minmişdir. Apellyasiya instansiya məhkəməsi iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinə baxmamışdır, ümumiyyətlə baxa da bilməzdi.

100. Eyni zamanda, cavabdehin 17.400 manat dəbbə pulunun tutulması barədə iddia tələbi üzrə sübutlarını təqdim etməməsi barədə iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillər tamamilə əsassızdır və qəbuledilməzdi r. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

101. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

102. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən ilkin iddia tələbinin dəbbə pulunun tutulması hissəsində yoxlanılacaqdır.

103. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndiril məsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ

104. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, bel ə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.... 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu mə qsədlə apardığı hazırlıq işləri nəzərə alınır....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.... 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tə nasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”

105. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir....” “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgü n həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

89. Yazılı sübutlar... 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyə n etmək mümkün olsun....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

106. Məhkəmə kollegiyası ilkin iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 107. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsini n qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

108. Məhkəmə kollegiyası ilk növbədə qeyd edilməsini zəruri hesab edir ki, kassatorun § 92-93 və 96-da qeyd olunan, eləcə də cavabdehdən 174.772,75 manat məbləğində dəbbə pulunun tutulmalı olmasına dair dəlilləri əvvəlki kassasiya şikayətinin dəlillərini təşkil etmiş və həmin dəlillərin əsassız olmasına kassasiya instansiyası məhkəməsində birinci icraat zamanı qəbul edilmiş 2022-ci il 9 mart tarixli, 2-2(102)-137/22 saylı qərarında artıq hüquqi qiymət verilmişdir. Odur ki, baxılan iş üzrə artıq kassasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilərək, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılan hissəsinin yenidən mübahisələndirilməsi hüquqi müəyyənlik və məhkəmə aktlarının stabilliyi prinsipinə zidd olmaqla, yolverilməzdir.

109. Məhkəmə kollegiyası ilkin iddiaçının kassasiya şikayətinin § 94-95-də göstərilən dəlillərini apellyasiya instans iyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, işin yeni apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər nəzərə alınaraq, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, hüquqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır (bax yuxarıda §79-90).

110. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə cərimə məbləğini müəyyən edərkən, düzgün olaraq tərəflər arasında bağlanmış müqavilənin 10.1-ci bəndinə (bax yuxarıda § 3) və Azərbaycan Respublikası MPM-in 467-ci maddəsinə istinad etmişdir. MM-nin həmin norması məhkəməyə işin h allarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq hüququ vermişdir. Tənasüb müəyyənləşdirilərkən isə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır (bax yuxarıda § 104).

111. İlkin iddiaçının kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki (bax yuxarıda § 97), prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Baxılan iş üzrə qətnamənin ləğv edilməsinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməsi müəyyən edilmir.

112. Göstərilənlərə əsasən məhkəmə kollegiyası be lə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

113. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 10 iyun tarixli, 22(103)-476/2022 nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: K.N.Abiyeva V.T.Həsənov İ.Ə.Şəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar