Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-676/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ 01.11.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cəlb olunmaqla) pul tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 iyun tarixli 2-2(107)-49/2022 saylı qətnaməsindən cavabdeh və üçüncü şəxs tərəfindən v erilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ
1. Satıcı "xxxx" MMC ilə alıcı "xxxx" MMC arasında 2018-ci il 1 sentyabr tarixində 2018/09-018 nömrəli “Malların göndərilməsi haqqında” müqavilə bağlanmış və həmin müqaviləyə görə, satıcı müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli Əlavədə göstərilən 111.812,38 manat dəyərində 243.600 litr şərab materiallarını alıcıya satmağı, alıcı isə həmin malları almağı öhdəsinə götürmüşdür. 2. "xxxx" MMC ilə "xxxx" MMC arasında 2018-ci il 3 dekabr tarixində bağlanmış sazişə uyğun olaraq tərəflərin qarşılıqlı razılığına görə, 2018-ci il 1 sentyabr tarixli 2018/09-018 nömrəli “Malların göndərilməsi haqqında” müqavilə ləğv edilmişdir. 3. "xxxx" MMC-nin təqdim etdiyi sənədə (Arayış-2) əsasən, müəssisənin 532.103 manat kred itor borcları vardır. "xxxx" MMC-dən müəssisəyə keçən şərab materialının qiymətləndirilmiş qalığında "xxxx" MMC ilə bağlanmış 2018-ci il 12 dekabr tarixli müqaviləyə əsasən 16,7 min dkl şərab materialları vardır. Bu öhdəlik mühasibatlıqda yalnız müqavilə ilə tanınır, lakin qarşı tərəfdən e-qaimə göndərilmədiyi üçün qarşılıqlı üzləşmə aktı tərtib edilmədi və kreditor kimi tanınmadı. 4. 2019-cu il 6 dekabr tarixində hər iki tərəfin imzaladığı və möhür vurulduğu üzləşmə aktından görünür ki, həmin tarixə "xxxx" MMC-nin "xxxx" MMC-yə 76.811,86 manat borcu mövcud olmuşdur.
5. Tapşıran "xxxx" MMC ilə ticarət agenti "xxxx" MMC arasında 2018-ci il 3 dekabr tarixində 2018/12-018 nömrəli “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi bağlanmış və həmin müqaviləyə görə, “ticarət agenti” həmin müqavilənin tə rkib hissəsi olan 1 nömrəli Əlavədə göstərilən, “tapşıran”a məxsus 243.600 litr hazır şərabın satışını həyata keçirməyi, malın alğı-satqısı üzrə üçüncü şəxslərlə müqavilələr bağlamağı və müqavilələrdən əldə olunan 111.812,38 manat məbləğində pulu “tapşıran”ın bank hesabına köçürməyi öhdəsinə götürmüşdür. 6. 2021-ci il 30 avqust tarixli “Tələb hüquqlarının güzəşti haqqında” müqaviləyə görə, "xxxx" MMC "xxxx" MMC-yə qarşı 2018/09-018 saylı müqaviləyə əsasən özünün 76.812,38 manat məbləğində tələb hüququnu X1 ötürmüşdür. 7. 2021-ci il 15 sentyabr tarixli “Tələb hüquqlarının güzəşti haqqında” müqaviləyə görə, X3 "xxxx" MMC-yə qarşı 2018/09-018 saylı müqaviləyə əsasən özünün 76.812,38 manat məbləğində tələb hüququnu İddiaçı ötürmüşdür. 8. 2021-ci il 6 dekabr tarixli “İlkin mediasiya sessiyasınd a iştirak edilməməsi barədə” arayışdan görünür ki, "xxxx" MMC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən məlumatlandırılmasına baxmayaraq həmin sessiyada iştirak etməmişdir.
9. İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 2022-ci il 31 yanvar tarixli pretenziya məktubundan görünür ki, 76.812,38 borcun 5 iş günü müddətində - 2022-ci il 6 fevral tarixinədək ödənilməsi tələb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı (bundan sonra – “iddiaçı”) 2022-ci il 14 fevral tarixində Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 76.812,38 manat borcun, əldən çıxmış fayda kimi 20.000 manat pulun və 400 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – "xxxx") ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (cavabdehin əvvəlki adı) arasında “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi bağlanmış və müqaviləyə əsasən, tərəflər müqavilənin predmeti olan məhsulların alışı və satışı ilə məşğul olmuşdurlar. Cavabdehin Mərəndi-yə satdığı mallar müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qaimə faktura ilə müəyyən edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq Mərəndi-yə borclu olduğu 76.811,86 manat məbləği ödəməmişdir. Bundan sonra Mərəndi-nin direktoru X2 ilə X3 (bundan sonra – “A.Mehdiyeva”) arasında 2021-ci il 30 avqust tarixində “tələb hüquqlarının güzəşti haq qında müqavilə” bağlanmış və cavabdehin 76.812,38 manat borcu A.Mehdiyevaya ötürülmüşdür. Bundan sonra A.Mehdiyeva ilə iddiaçı arasında 2021ci il 15 sentyabr tarixində “tələb hüquqlarının güzəşti haqqında müqavilə” bağlanmış və cavabdehin Mərəndi-yə olan 76.812,38 manat borcu iddiaçıya ötürülmüşdür. Eyni zamanda, A.Mehdiyevanın 2021-ci il 17 sentyabr tarixində cavabdehin rəhbərliyinə bildiriş göndərməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun qaytarılması ilə bağlı tədbir görülməmişdir. Həmin “Tələb hüquqlarının güzəşti haqqında” müqavilə əsasən, 76.812,38 manat borc pul məbləği cavabdehdən tutulmalıdır. 2019-cu il 6 dekabr tarixli üzləşmə aktı və 2019-cu il 31 dekabr tarixli audit yoxlamasından görünür ki, cavabdehin Mərəndi-yə 76.812,38 manat borcunun olduğu etiraf edilmişdir.
12. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 21.3, 194.1, 194.2, 385.1, 425.1, 442, 443.1, 445.2, 448.1, 1096.1-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.11-ci maddələrinə istinad olunmuşdur. 13. 2021-ci il 8 aprel tarixində cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmçinin iddiaçının əsl iddiaçı olan Mərəndi ilə əvəz olunmasını, Mərəndi ilə ticarət agenti cavabdeh arasında 2018-ci il 3 dekabr tarixində 2018/12-018 nömrəli “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi üzrə edilən bank əməliyyatları ilə bağlı cavabdeh və Mərəndi-yə xidmət göstərən müvafiq banklara sorğu göndərilməsini, həmin müqavilə üzrə Mərəndi-nin təqdim etmi ş olduğu elektron qaimələrlə bağlı Dövlət Vergi Xidmətinə sorğu göndərilməsini və məhkəmə mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmişdir.
14. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. İddia ərizəsində iddiaçı ilə A.Mehdiyeva arasında bağlanmış 2021-ci il 15 sentyabr tarixli “Tələb hüquqlarının güzəşti haqqında” müqaviləyə istinad edilsə də, müqavilə notarial qaydada təsdiq olunmadığından tərəflərin şəxsiyyətini müəyyən etmək mümkün deyildir. Qeyd olunan müqavilənin 1.3-cü bəndinə əsasən, güzəşt edilən tələbin hüquqi əsası kimi 2018/09-018 saylı və 2021-ci il 30 sentyabr tarixli müqaviləyə istinad edilmişdir. Buna baxmayaraq, iddiaçıya tələbi güzəşt edən A.Mehdiyeva qeyd edilən tələbi 2021-ci il 30 avqust tarixli “Tə ləb hüququnun güzəşti haqqında” müqaviləyə əsasən əldə etmişdir. Bununla, iddia edilən tələbin əsası olaraq 2018/09-018 saylı və 2021-ci il 30 sentyabr tarixli müqavilənin sübut olaraq mötəbərliyi şübhə altına alınmışdır. Cavabdehin Mərəndi qarşısında hər hansı borc öhdəliyi mövcud olmadığı üçün öhdəliyin güzəşt edilməsi müzakirə predmeti deyil. İş üzrə iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərlə borc öhdəliyi ilə bağlı tələb hüququnun iddiaçıya aidiyyətinin olması və iddiaçının həmin borc öhdəliyi ilə əlaqədar iddia qaldırmaq üçün subyektiv hüquqa malik olması sübut edilməmişdir. Bu səbəbdən, iddiaçının əsl iddiaçı olan Mərəndi ilə əvəz olunmasına zərurət vardır. İddiaçı Mərəndi-yə məxsus 243.600 litr hazır şərabın cavabdeh tərəfindən təhvil alınmasını, satışını, hansı məbləğdə satışdan gəlir əldə etdiyini və ya Mərəndi-yə hansı məbləğdə ödəniş edib-etmədiyini tam olaraq əsaslandıra bilməmişdir. İddiaçı cavabdehin nə təqsirini, nə də ki hüquqa zidd hərəkətlərini sübuta yetirə bilmişdir. İddiaçı cavabdehdən kompensasiya tələb etməsi üçün qeyd edilən borc tələbinin iddiaçıya aidiyyəti və iddiaçının borc öhdəliyi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmasını sübut etməlidir. İddiaçının mübahisə predmeti olan müqaviləyə münasibətdə hüququ mövcud olmamışdır. İddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olmaması iddianın tamamilə rədd olunmasına kifayət edir. Bununla yanaşı, iddiaçı zərərə məruz qalmasını sübut etməlidir. İddiaçı məhkəməyə zərərə məruz qalmasını və zərərin məbləğini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Əldən çıxmış fay da kimi tələb olunan 20.000 manat məbləğlə əlaqədar iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. İddia ərizəsində cavabdeh tərəfindən ödənilməli olan borc məbləğinin maliyyə əsası olaraq audit rəyinə və üzləşmə aktına istinad olunsa da, qeyd edilən sənədlərin əsli təqdim edilməmişdir, bu onların həqiqiliyini şübhə altına almışdır. Bununla da, tərəflərin maliyyə əməliyyatlarının obyektiv araşdırılması üçün məhkəmə ekspertizasının təyin olunmasına zərurət vardır.
15. Şəki Kommersiya Məhkəməsinin 2022-ci il 11 aprel tarixli e-2-2(117)-183/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 76.811,86 manat pul və 400 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuş, cavabdehdən 320,44 manat dövlət rüsumunun tutulub dövlət büdcə sinə ödənilməsi qət edilmişdir (hakim – M.Hüseynov).
16. Məhkəmə qeyd etmişdir ki, cavabdehin nümayəndəsi və vəkilinin 2022-ci il 8 aprel tarixində məhkəməyə ünvanladığı vəsatətində iddiaçının əsl iddiaçı ilə əvəz olunmasını, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini və ticarət agenti müqaviləsi bağlanan zaman notarial qaydaya riayət edilməməsinə görə iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
17. Qeyd edilən məsələlərə dair vəsatətlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) tələblərinə əsasən, məhkəmə hazırlıq iclasında verilməli idi. Qeyd olunan hallara dair vəsatətlər yalnız o halda məhkəmə baxışında verilə bilər ki, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan sə bəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 184-cü maddəsinin adı “İşdə iştirak edən şəxslərin vəsatətlərinin həlli” adlandırıldığından və qanunvericilikdə qeyd edilən məsələlərlə bağlı vəsatətlərin həllinə dair ayrıca norma müəyyən edilmədiyindən, MPM-in 184.3-cü maddəsinin tələbləri bütün növ vəsatətlərin verilməsinə aid edilir. 18. 2021-ci il 30 avqust tarixində Mərəndi-nin hüquqlarının (76.812,38 AZN məbləğində) A.Mehdiyevaya ötürülməsi barədə, 2021-ci il 15 sentyabr tarixində isə A.Mehdiyevanın hüquqlarının iddiaçıya ötürülməsi barədə “Tələb hüququnun güzəşt edilməsi haqqında” müqavilə bağlanmışdır. Yəni, hazırkı iddiaçı subyektiv hüquqa malikdir. Həmin müqavilənin tərtib edilmə qaydasına riayət edilməməsinə münasibətdə isə bildirilmişdir ki, sadə yazılı və ya notarial form ada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir. Həmin müqavilənin əsaslandığı ilkin alqı-satqı müqaviləsi sadə yazılı formada tərtib edilmişdir. İş materialları ilə iddia tələbi sübut olunduğundan, ekspertiza təyin edilməsi işin baxılmasının yubanmasına gətirib çıxara bilərdi.
19. Cavabdehin direktoru Nümayəndə2 məhkəməyə verdiyi izahatında qeyd etmişdir ki, həmin dövrdə vergi orqanlarının tövsiyəsi ilə ödənişi rəsmiləşdirmək üçün 2018-ci il 3 dekabr tarixində 2018-ci il 1 sentyabr tarixli 2018/09-018 nömrəli müqaviləni ləğv etdirdilər. Lakin həmin müqaviləni ləğv etdirsələr də, elə həmin gün - 2018-ci il 3 dekabr tarixində cavabdeh ilə Mərəndi arasında ticarət nümayəndəsi (agent) müqaviləsini bağlamışlar. Ona görə də sonradan bağlanmış tələbin gü zəşti haqqında müqavilədə münasibətin yaranması əsası kimi tərəflər arasında bağlanmış 2018-ci il 1 sentyabr tarixli müqavilənin nömrəsi qeyd edilmişdir. Bu müqavilə ləğv edilən müqavilənin davamı olmuşdur. Borcla bağlı məsələ isə dəyişməmişdir. Bu isə onu sübut etmişdir ki, müqavilə üzrə öhdəliklər yerinə yetirilmədən tərəflər arasında mövcud olan alqı-satqı müqaviləsinə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilmiş, sadəcə formal baxımından müqavilənin adı dəyişdirilərək “malların göndərilməsi haqqında” müqavilə deyil, “Ticarət nümayəndəsi (agenti) haqqında” müqavilə olaraq dəyişdirilmişdir.
20. Tərəflərin razılığı ilə vaxtından əvvəl müqaviləyə xitam verilmişdir. Əslində isə ilkin müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verilməmişdir. Odur ki, cavabdehin Mərəndi-yə və dola yısı ilə tələb hüququnun güzəşt edilməsi nəticəsində həmin hüququn sonuncu mülkiyyətçisi olan iddiaçıya 76.812,38 manat borcunun olduğu istər iş materialları ilə (2019-cu il 6 dekabr tarixində imzalanmış üzləşmə aktı və 2019-cu il 31 dekabr tarixinə olan auditin nəticələrinə dair akt-məlumat, Arayış-2 haqqında sənəd), istərsə də tərəflərin nümayəndələrinin izahatları ilə təsdiq olunmuşdur. Qeyd edilən aktların cavabdeh hüquqi şəxsin rəhbəri özü tərəfindən imzalanıb möhürləndiyini təsdiq etmişdir. Tələb hüququ mövcud olmuş və mövcud olduğu vəziyyətdə müvafiq olaraq güzəşt edilmiş və hazırkı iddiaçıya belə bir tələblə məhkəmədə çıxış etməyə hüquqi imkan tanımışdır.
21. Cavabdeh ilə Mərəndi arasında 2018-ci il 3 dekabr tarixində bağlanmış ticarət nümayəndəsi (agent) müqaviləsinin bağlanmasınd an 1 il sonra həmin müqavilə tərəflərinin müvafiq qaydada imzalanaraq təsdiq etdiyi 2019-cu il 6 dekabr tarixli üzləşmə aktı və 2019-cu il 31 dekabr tarixinə olan auditin nəticələrinə dair akt-məlumatda cavabdehin Mərəndi-yə 76.811,86 manat məbləğində borcunun olmasını tərəflər təsdiq etmişdir. Qeyd edilən sübutlar onu təsdiq edir ki, tərəflər arasında şərab məhsulunun satıldıqca pulunun ödəniləcəyi barədə razılığa gəlsələr belə, 2019-cu ilin dekabr tarixinədək həmin şərab materialı satılmış, həmin müddətdə 111.812,38 manat məbləğdən 35.000,52 manat ödənilmiş qalan borc məbləği isə 76.811,86 manat olmuşdur. Bu faktlar cavabdeh tərəfin həmin şərab materialının hazırda mövcud olduğu və satılmadığı arqumentini inkar etmişdir.
22. İşdə olan 2019-cu il 6 dekabr tarixli üzləşmə aktının surəti tə qdim edilsə də, həmin aktı imzalamış və möhürləmiş cavabdehin rəhbəri qeyd edilən imza və möhürün onun özü tərəfindən edildiyi və həmin aktın həqiqiliyini təsdiq etmişdir.
23. İddiaçı 20.000 manat məbləğində əldən çıxmış fayda tələb etmiş, bununla bağlı hər hansı bir sübut təqdim etməmiş və iddiaçının nümayəndəsi məhkəmə iclasında həmin hissədə tələbə hüquqi qiymət verilməsini məhkəmənin səlahiyyətinə buraxdığını bildirmişdir. Ona görə də məhkəmə iddia tələbinin 76.811,86 manat hissədə əsaslığını qəbul etmişdir. Mülki prosessual qanunvericiliyin prinsiplərinə görə, ilkin olaraq iddiaçı tələbinin əsasını sübut etməli və bununla bağlı sübutları məhkəməyə təqdim etməlidir. İddiaçının nümayəndəsi isə bu tələblə bağlı ümumiyyətlə hər hansı bir əsaslandırma ilə məhkəmə qarşısında çıxış etməmiş və sübutlar təqdim etməmişdir. Məhkəmə iddia tələbinin qeyd edilən hissədə əsaslılığını qəbul etməmiş, iddianın həmin hissədə təmin edilməməsi nəticəsinə gəlmişdir.
24. Məhkəmə gəldiyi nəticəni MM-in 21.2, 193.1, 193.2, 193.3, 194.1, 194.2, 194.4, 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 567-ci, MPM-in 54.1, 119.1, 184.3, 184.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
25. Cavabdeh 2022-ci il 27 aprel tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin tam ləğv, iddia tələbinin isə tam həcmdə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. Cavabdeh 2022-ci il 10 iyun tarixində vəsatətlə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanın da Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – “üçüncü şəxs”) hazırkı işdə üçüncü şəxs qismində iştirak etməyə cəlb olunmasına dair qərardad qəbul olunmasını xahiş etmiş, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022ci il 14 iyun tarixli 2-2(107)-49/2022 saylı protokol-qərardadı ilə vəsatət təmin olunmuş, ƏMDX iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
27. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 iyun tarixli 2-2(107)-49/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilmişdir (sədrlik edən hakim – G.Cavadova, hakimlər – E.Hüseynov və R.Rəfiyev).
28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mərəndi və cavabdeh arasında 2018-ci il 1 sentyabr və 2018-ci il 3 dekabr tarixli müqavilələrin bağlanması, 2018-ci il 1 sentyabr tarixli müqavilə üzrə şərab materiallarının cavabdehə təhvil verilməsi və həmin müqavilə üzrə cavabdehin 76.811,86 manat məbləğində borcun yaranması faktını iddiaçının səlahiyyətli nümayəndəsi ilə yanaşı, həm də cavabdehin direktoru Nümayəndə2 və nümayəndəsi (vəkili) məhkəmələrə verdikləri izahatlarda təsdiq etmişdirlər.
29. Cavabdeh tərəf Mərəndi qarşısında 2018-ci il 1 sentyabr tarixli 2018/09-018 nömrəli “Malların göndərilməsi haqqında müqavilə” üzrə icra olunmamış öhdəliklərinin olduğunu inkar etməsə də, bildirmişdir ki, həmin müqavilə artıq ləğv olunduğuna görə, bu öhdəliklərin icrası cavabdehdən tələb oluna bilməz. Ləğv olunmuş müqavilə üzrə tələb etmə hüququ da 3-cü şəxsə verilə bilməz. Bu baxımdan hesab olunmalıdır ki, iddiaçının cavabdehə qarşı hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüququ mövcud olmamışdır.
30. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab etmiş və bununla bağlı qeyd etmişdir ki, MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Azərbaycan Respublikasının Konstitusiyasının 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüququnun reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin. əsaslarını və bunun hüquqi nəticələrini və s. halları tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilənin ləğv edilməsinin hüquqi nəticələrini tənzimləyən MM-in 424.3-cü müddəasının mənasına görə, müqavilə ləğv edilərkən, əgər tərəflərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, tərəflərin öhdəliklərinə xitam verilir. Sözügedən norma müqavilə ləğv olunduğu halda tərəflərin müqavilə üzrə öhdəliklərinin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yarana n öhdəliklərin vicdanla yerinə yetirilməsi hüquqi prinsipinə əsaslanır.
31. Mərəndi və cavabdeh arasında bağlanmış 2018-ci il 1 sentyabr tarixli “Malların göndərilməsi haqqında” müqavilənin 12.1.2-ci bəndinə əsasən, tərəflərin qarşılıqlı razılığı əsasında müqaviləyə xitam verilə bilər. Həmin müqavilənin 12.4-cü bəndinə əsasən, tərəflər arasında başqa anlaşma olmadıqda müqavilənin 12.1-ci bəndində əks olunmuş əsaslarla və ya müqavilənin müddətinin bitməsi nəticəsində xətm edilməsi tərəfləri müqavilənin xətm tarixindən öncə yaranmış öhdəliklərdən azad etmir. Göründüyü kimi, Mərəndi və cavabdeh arasında bağlanmış 2018-ci il 1 sentyabr tarixli müqavilədə, onun vaxtından əvvəl ləğv edilməsi halında, tərəflərin öhdəliklərinin qüvvədə olma müddəti barədə şərt nəzərdə tutulmuşdur. Bu şərt, müqavil ənin vaxtından əvvəl ləğv olunduğu təqdirdə, tərəflərin icra olunmamış öhdəliklərinin xitamını istisna edir. Göstərilənlərə əsasən, Mərəndi və cavabdeh arasında bağlanmış “Malların göndərilməsi haqqında” müqavilə tərəflərin qarşılıqlı razılığına əsasən ləğv olunsa da, həmin müqavilə üzrə cavabdehin 76.811,86 manat borcunun qaytarılmasından ibarət icra olunmamış öhdəliyinə xitam verilməmiş, həmin öhdəlik olduğu kimi qalmışdır. 32. 2018-ci il 1 sentyabr tarixli müqavilənin tərəfləri qarşılıqlı razılığa əsasən, 2018-ci il 3 dekabr tarixində müqaviləni ləğv etmiş və elə həmin gün də “Ticarət nümayəndəsi (Agent) müqaviləsi” bağlamışlar. Cavabdehin direktorunun məhkəmələrə bildirdiklərinə görə, müqavilənin ləğvi və yeni müqavilənin bağlanmasında məqsəd vergi orqanlarının məsləhəti ilə ödənişləri n qanuniliyini təmin etmək və rəsmiləşdirmək olmuşdur. 2019-cu il 6 dekabr tarixində tərəflər arasında üzləşmə aparılaraq üzləşdirmə aktı tərtib edilmiş, daha sonra isə audit keçirilərək 2019-ci il 31 dekabr tarixində akt-məlumat tərtib olunmuş, həmin sənədlər Mərəndi-nin nümayəndəsi və cavabdehin direktoru tərəfindən imzalanmış, imzalar hüquqi şəxslərə aid möhürlə təsdiq olunmuşdur. Qeyd olunan sənədlərlə müəyyən edilmişdir ki, cavabdehin Mərəndi qarşısında icra edilməmiş öhdəliyi mövcuddur və bu öhdəlik 76.811,86 manat ödənilməmiş borcdan ibarətdir.
33. Bütün bunlar ona dəlalət etmişdir ki, müqavilə tərəfləri 2018-ci il 1 sentyabr tarixli 2018/09-018 saylı “Malların göndərilməsi haqqında” müqaviləni 2018-ci il 3 dekabr tarixində ləğv etsələr də, onların müqavilə üzrə öhdəliklərinə xitam verilməmiş, müqavilənin icrası ilə bağlı cavabdehin Mərəndi qarşısında 76.811,86 manat məbləğində borcdan ibarət icra olunmamış öhdəliyi qalmışdır.
34. Cavabdehin qanuni təmsilçisi (direktoru) Nümayəndə2 birinci instansiyası məhkəməsində təmsil etdiyi hüquq şəxs tərəfindən müqavilə öhdəliyinin icra olunmamasının səbəbini onunla izah etmişdir ki, cavabdehin Mərəndi-dən aldığı şərab materiallarının bir hissəsi realizə olunmadığından, yəni satılmadığından, həmin materiallar xarab olmuşdur, çünki təbii şərab materialının yararlılıq müddəti ən yaxşı halda 3 ildir.
35. Məhkəmə hesab etmişdir ki, yuxarıda qeyd olunan hal, cavabdehin öhdəliyinin icra olunmamasının üzrlü səbəbdən baş verməsi kimi qəbul olunmamalıdır. Çünki cavabdeh şərabın və şərab materiallarının alğı-satqısı ilə bağlı professiona l fəaliyyət göstərən hüquqi şəxsdir və onun bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən Mərəndidən əldə etdiyi şərab materiallarının saxlama müddətləri və sair hallarla bağlı maliyyə riskləri barədə məlumatsız olması mümkün deyil. Şərab materiallarının alğı-satqısı ilə bağlı Mərəndi ilə cavabdeh arasında bağlanmış müqavilənin 9-cu bəndində fors-major halları konkret olaraq sadalanmışdır. Şərab materiallarının satışının mümkünsüzlüyü və bununla əlaqədar malların yararlıq müddətinin keçməsi həmin fors-major hallarına daxil edilməmişdir. Belə olan vəziyyətdə məhkəmə hesab etmişdir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalıdır.
36. Göstərilənlərə əsasən, işin halları kimi müəyyən edilmişdir ki, Mərəndi və cavabdeh arasında bağlanmış müqavilə münasibətlərindən irəli gələn öhdəliklər cavabdeh tərəfindən lazımınca icra olunmamış, nəticədə onun Mərəndi-yə 76.811,86 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Sonradan Mərəndi mülki qanunvericiliyin ona verdiyi imkandan istifadə edərək, qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə qarşı olan tələb hüququnu A.Mehdiyevaya vermiş, sonuncu isə həmin hüququ iddiaçıya ötürmüşdür.
37. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarət olmuşdur ki, cavabdeh tərəf birinci instansiyası məhkəməsinə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət versə də, vəsatət təmin edilməmişdir. Cavabdeh hesab edir ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyi n olunmalıdır.
38. Cavabdehin apellyasiya şikayətinin bu dəlili də əsasız olmuşdur. Belə ki, hazırkı işə istər birinci instansiya, istərsə də apellyasiya instansiyası məhkəməsində baxılan zaman cavabdeh tərəf 2018-ci il 1 sentyabr tarixli müqavilə üzrə öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində yaranmış borcun məbləğini mübahisələndirməmişdir. Digər tərəfdən, cavabdeh həmin məbləği şübhə altına ala biləcək sübutları (məsələn: adi riyazi hesablamanı) məhkəmələrə təqdim etməmişdir. Odur ki, məhkəmə, apellyasiya şikayətinin sübutla təsdiq olunmayan bu dəlilini əsaslı saymamışdır. Dəlil formal mülahizə xarakteri daşımışdır.
39. İddiaçı, MMC və cavabdeh arasında bağlanmış “Malların göndərilməsi haqqında” 2018-ci il 1 sentyabr tarixli müqaviləyə və “Tələb hüquqlarının güzəşti haqqında” 2 021-ci il 15 sentyabr tarixli müqaviləyə əsaslanaraq 76.811,86 manat məbləğində borcu tələb etməkdə, birinci instansiyası məhkəməsi isə bu tələbi təmin etməkdə haqlı olmuşdur. İddiaçının hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququnun olmaması, cavabdehin Mərəndi qarşısında, dolayısı yolla isə iddiaçı qarşısında öhdəliyinin olmaması barədə apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur.
40. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 193.1, 194.1, 194.2, 194.3, 194.4, 385.1, 390.1, 424.3, 442, 448.1, 567-ci, MPM-in 14.2, 77.1, 217, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
41. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 15 iyul tarixində cavabdehə, 18 iyul tarixində üçüncü şəxsə, 19 iyul tarixində isə iddiaçıya təqdim edilmişdir.
42. Cavabdeh 2022-ci il 9 avqust tarixində kassasiya şikayəti verərək həmin qətnamənin tam ləğv olunmasını, iddianın təmin edilmiş hissədə (cavabdehdən 76.811,86 manat pul və 400 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi) tam rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
43. Üçüncü şəxs 2022-ci il 18 avqust tarixində kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin isə rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Cavabdehin kassasiya şikayətinin dəlilləri
44. MM-in 421.1, 424.2, 198.1 və 198.2-ci maddələri üzrə (1) Mərəndi və cavabdeh arasında hazırda qüvvədə olan hər hansı alqı-satqı müqaviləsi mövcud deyil. Belə ki, Mərəndi ilə cavabdeh arasında bağlanılmış 2018-ci il 1 sentyabr tarixli 2018/09-018 saylı “Malların göndərilməsi haqqında” müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı bu müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə göstərilmiş şərab materiallarının satışını həyata keçirir, alıcı isə həmin malları alır və qəbul edir. Tərəflər arasında bağlanılmış 2018-ci il 3 dekabr tarixli sazişlə 2018-ci il 1 sentyabr tarixli müqavilə 2018-ci il 3 dekabr tarixindən etibarən ləğv edilmişdir. (2) İddiaçının istinad etdiyi 2021-ci il 15 sentyabr tarixli müqavilədə güzəşt edilən tələbin hüquqi əsası kimi həmin müqavilənin 1.3-cü maddəsinə görə 2018/09-018 saylı və 2021-ci il 30 sentyabr tarixli müqavilə qeyd olunmuşdur. Buna baxmayaraq, iddiaçıya tələbi güzəşt edən A.Mehdiyeva qeyd edilən tələbi 2021-ci il 30 avqust tarixli tələb hüququnun güzəşti haqqında müqaviləyə əsasən əldə e tmişdir. (3) Həmçinin iddiaçı ərizəsində A.Mehdiyeva arasında bağlanılan tələb hüquqlarının güzəşti haqqında müqaviləyə istinad etsə də, müqavilə notarial qaydada təsdiq olunmadığından tərəflərin şəxsiyyətini müəyyən etmək mümkün deyildir. (4) Bununla, iddia edilən tələbin əsası kimi 2018/09-018 saylı və 2021-ci il 30 sentyabr tarixli müqavilənin sübut olaraq mötəbərliyini şübhə altına alınır. Buna baxmayaraq, apellyasiya məhkəməsi tələbin güzəştinə dair hər iki müqavilənin hüquqi əsasını obyektiv qiymətləndirməmiş, tələbin güzəştini mötəbər sübut olaraq qəbul etmişdir.
45. MM-in 789.1, 427.5 və 445.5-ci maddələri üzrə (1) Cavabdehin Mərəndi-yə borcu olmadığından, hər hansı tələbin güzəşti qəbul edilə bilməz. İddiaçı tərəfindən istinad edilən 2018-ci 03 dekabr il tarixli 2018/12-018 saylı Ticarət nümayəndəsi (Agent) müqaviləsinin 1.1-ci maddəsinə əsasən, cavabdeh ticarət agenti qismində Mərəndi-yə məxsus 243.600 litr hazır şərabın satışını həyata keçirməyi, malın alqı-satqısı üzrə üçüncü şəxslərlə müqavilələr bağlamağı və satışdan əldə olunan məbləğdən (yəni satıldıqdan sonra) 111.812,38 AZN manat məbləğində pul vəsaitini Mərəndi-yə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci maddəsinə əsasən: “müqavilə üzrə ticarət agentinə təqdim edilmiş satış üçün nəzərdə tutulmuş malların siyahısı tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış təhvil təslim-aktı ilə rəsmiləşdirilir”. Müqavilənin 3.1-ci maddəsinə əsasən: “ticarət agenti müvafiq alqı-satqı müqaviləsi üzrə ödənilmiş məbləğləri ödəniş edilən tarixdən 5 iş günü ərzində tapşıranın bank hesabına köçürür”. Müq avilənin 3.2-ci maddəsinə əsasən: “ticarət agenti tapşırana satılmış mala görə müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan məbləğdə pulu ödəyir”. Bununla da aydın olur ki, tərəflərin razılaşdığı şərtin baş verməsindən, yəni üçüncü şəxslərə bağlanılacaq alqı-satqı müqaviləsi üzrə şərab materiallarının dəyəri ödənildikdən sonra ticarət agentinin ödənişlə bağlı öhdəliyi yaranır. Belə olan halda, ticarət agenti tərəfindən asılı olmayan, alqı-satqı müqaviləsinin bağlanmaması səbəbindən ödəniş öhdəliyi icra olunmadığı təqdirdə öhdəliyin icra müddəti başlamır, nə də gecikmə sayılmır. (2) Buna baxmayaraq, apellyasiya məhkəməsi Mərəndi-yə məxsus 243.600 litr hazır şərabın cavabdeh tərəfindən təhvil alınmasını, satışını, hansı məbləğdə satışdan gəlir əldə etdiyini və ya Mərəndi-yə hansı məbləğdə öd əniş edib-etmədiyini tam olaraq araşdırmamış, sadəcə iddiaçının təqdim etdiyi audit rəyi və üzləşmə aktına əsaslanaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. (3) Cavabdehin qanuni təmsilçisi (direktoru) Nümayəndə2 birinci instansiya məhkəməsində təmsil etdiyi hüquq şəxs tərəfindən ödənişin edilməməsinin səbəbini onunla izah etmişdir ki, cavabdehin Mərəndi-dən aldığı şərab materiallarının bir hissəsi realizə olunmadığından, yəni satılmadığından, həmin materiallar xarab olmuşdur. Çünki təbii şərab materialının yararlılıq müddəti ən yaxşı halda 3 ildir. Məhkəmə isə bu halın forsmajor halı olmadığı üçün üzrlü səbəb olmadığını, cavabdehin maliyyə riski ilə bağlı məlumatsız olmasının mümkünsüz olduğunu bildirmişdir. Buna baxmayaraq, məhkəmə maliyyə riskini sadəcə cavabdehə mü nasibətdə bildirmiş, Mərəndi-nin belə risklə bağlı məlumatlı olub-olmamasını araşdırmamışdır. Belə ki, tərəflər qeyd edilən müqaviləni bağlayarkən Mərəndi cavabdehin materialları satdıqdan sonra ödəniş edəcəyi şərti ilə razılığa gəlmişdir və bununla da materiallar satıla bilməyəcəyi halda yarana biləcək maliyyə riskini özü götürmüşdür. (4) Bundan əlavə, 2018-ci il 3 dekabr tarixli 2018/12-018 saylı Ticarət nümayəndəsi (Agent) müqaviləsinin digər tərəfi olan Mərəndi müqavilənin şərtlərinə görə ödəniş öhdəliyinin materialların satışı ilə bağlı olduğunu məktublarında təsdiqləmişdir. Belə ki, Mərəndi 2020-ci il 25 avqust tarixli məktubunda cavabdehə müraciət edərək onun anbarında realizə edilmədən qalmış 167.346 litr həcmində malın mövcud olduğunu, pandemiya səbəbindən satışda azalmaların ol duğunu və bununla bağlı həll yolu tapılmasını təklif etmişdir. Həmçinin Mərəndi 2020-ci il 29 sentyabr tarixli məktubunda isə anbarda qalmış materialların realizə olunmadığını və dəyərinin ödənilmədiyini qeyd etmişdir. Bu səbəbdən Mərəndi məktubunda öhdəliyin şərtlərinin dəyişdirilməsi və qanunvericiliyə uyğunlaşdırılması (qeyd edək ki, müqavilə qanunvericiliklə hər hansı ziddiyyət təşkil etmir) məqsədi ilə müraciət etdiyini bildirmişdir. Bununla da Mərəndi hazırkı müqavilədə olan ödəniş şərtinin satışdan sonra yarandığını özü də təsdiqləmiş olur. Əks halda, həmin öhdəliyin şərtlərinin dəyişdirilməsi və qanunvericiliyə uyğunlaşdırılması ilə bağlı cavabdehə müraciət etməzdi. Qeyd edək ki, həmin məktublar məhz iddiaçı tərəfindən təqdim edilən 2019-cu il 6 dekabr tarixli audit rəyi və 2019-cu il 31 dekabr tarixli üzləşmə aktından sonra cavabdehə ünvanlanmışdır.
46. MPM-in 54.1-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olmasını obyektiv araşdırmamışdır. (1) İddiaçıya tələbin güzəşti olsa belə, o, bu tələbi qəbul etmək səlahiyyətinə malik deyildir. Belə ki, cavabdehin pul öhdəliyi olmadığına görə, yalnız satılmayan şərab materiallarını geri qaytara bilər, lakin iddiaçı onları qəbul edəcək sahibkarlıq statusuna və tələb olunan lisenziyaya malik deyildir. (2) İddiaçının iddia tələbinin əsası Mərəndi ilə cavabdeh arasında bağlanılan müqavilə olmağına baxmayaraq, apellyasiya məhkəməsi Mərəndi-nin iştirakını təmin etmədən borc tələbinin əsaslı olduğunu qət etmişdir. Belə ki, yuxarıda qeyd edilən səbəblərə uyğun olaraq hazırkı işin oby ektiv araşdırılması üçün əsl iddiaçı olan Mərəndi ilə əvəz olunmasına dair cavabdeh birinci instansiya məhkəməsində müraciət etmişdir. Qeyd edildiyi kimi, cavabdeh tərəfindən şərab materiallarını geri qaytara bilər, lakin iddiaçı onları qəbul edəcək sahibkarlıq statusuna və tələb olunan lisenziyaya malik deyildir. Bu səbəbdən Mərəndi əsl iddiaçı olaraq əvəz olunması iş üçün zəruridir. Bundan əlavə, üçüncü şəxs qismində cəlb olunan üçüncü şəxsin nümayəndəsinin Mərəndi-nin üçüncü şəxs qismində cəlb olunması ilə bağlı vəsatət verməyinə, o cümlədən cavabdehin nümayəndəsinin şifahi olaraq müraciət etməyinə baxmayaraq, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini təsdiqləyərək əsl iddiaçı ilə əvəz olunmasına dair vəsatətdən imtinanı obyektiv araşdırmamış, hətta Mərəndi-nin işə üçüncü şəxs qismində cəlb olunmasını təmin etməmişdir.
47. MPM-in 8.2, 9.1, 9.3, 14.2, 77.1, 80, 88, 89.1-89.3 və 217.4-cü maddələri üzrə(1) Məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipini təmin etmədən həyata keçirmişdir. İddiaçı ərizəsində borcun yaranma əsası olaraq 2018-ci il 3 dekabr tarixli 2018/12-018 saylı Ticarət nümayəndəsi (Agent) müqaviləsini qeyd etməsinə baxmayaraq, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən hüquqi əsas olaraq, 2018-ci il 3 dekabr tarixində xitam olunan 2018-ci il 1 sentyabr tarixli 2018/09-018 saylı “Malların göndərilməsi haqqında” müqaviləyə istinad etmişdir. (2) Məhkəmə iddiaçı tərəfindən təqdim edilən üzləşmə aktını və audit yoxlamasını obyektiv qiymətləndirməyərək mötəbər sübut kimi qəbul etmişdir. Cavabdeh qeyd edir ki, iddiaç ı tərəfindən təqdim edilən hər iki sənəd sadəcə cavabdehin Mərəndi-dən ümumilikdə nə qədər şərab məhsulu tədarük etdiyini təsdiqləyir və əvvəldə qeyd edildiyi kimi, 2018-ci il 3 dekabr tarixli 2018/12-018 saylı “Ticarət nümayəndəsi (Agent)” müqaviləsinə görə, malların tədarük edilməsi ticarət agentinin ödəniş öhdəliyini hələ yaratmır və yalnız satılan mallara görə ödəniş edilir.
48. MPM-in 47.2, 76.2 və 87.2-ci maddələri üzrə - Məhkəmə cavabdehin vəsatətini əsassız rədd edərək prosessual hüququnu pozmuşdur. Cavabdeh bildirir ki, iddiaçı ərizəsində cavabdeh tərəfindən ödənilməli olan borc məbləğinin maliyyə əsası olaraq audit rəyinə və üzləşmə aktına istinad etsə də, Mərəndi ilə cavabdeh arasında olan şərab məhsullarının təhvil-təslimi, maliyyə əməliyyatları tam əks olunmamışdır. Bununla da tərəflərin maliyyə əməliyyatlarının obyektiv araşdırılması üçün məhkəmə ekspertizasının təyin olunmasına zərurət yaranmışdır. Buna baxmayaraq apellyasiya məhkəməsi cavabdeh tərəfindən məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi ilə bağlı müraciətini rədd etmişdir. Məhkəmə vəsatətin rədd olunması ilə bağlı mövqeyini bununla əsaslandırmışdır ki: “...hazırkı işə istər birinci instansiyası məhkəməsində, istərsə də apellyasiya instansiyası məhkəməsində baxılan zaman cavabdeh tərəf 2018-ci il 1 sentyabr tarixli müqavilə üzrə öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində yaranmış borcun məbləğini mübahisələndirməmişdir. Digər tərəfdən, cavabdeh həmin məbləği şübhə altına ala biləcək sübutları (məsələn: adi riyazi hesablamanı) məhkəmələrə təqdim etməmişdir. Odur ki, məhkəmə apellya siya şikayətinin sübuta söykənməyən bu dəlilini əsaslı saymır. Dəlil formal mülahizə xarakteri daşıyır.” Cavabdeh bildirir ki, cavabdehin iddiaçı tərəfindən tələb olunan borcun hansı məbləğdə olmasını əsaslandırmaq, məhkəmənin qeyd etdiyi kimi, “adi riyaziyyat” qaydasında hesablamaq vəzifəsi yoxdur. Buna baxmayaraq cavabdehin iddia tələbi ilə razılaşmadığı halda işin obyektiv araşdırılması üçün ekspertizanın təyin olunmasına dair vəsatət vermək hüququ vardır. 49. “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1 və 12.2-ci maddələri üzrə - Məhkəmə işə baxarkən xarici investorun hüquqlarını nəzərə almamışdır. Belə ki, üçüncü şəxs tərəfindən cavabdehin dövlətə məxsus payının satışı üzrə elan edilən investisiya müsabiqəsinin qalibi Rusiya Federasiyasının "xxxx" PSC Şirkətinin yerli törəmə müəssisəsi olan "xxxx" MMC elan olunmuşdur və 2021-ci il 27 dekabr tarixində üçüncü şəxs və "xxxx" MMC arasında cavabdeh şirkətin satışı üzrə alqısatqı müqaviləsi imzalanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq, "xxxx" MMC dövlət büdcəsinə 1.920.000 manat məbləğində pul vəsaitinin köçürülməsini, müəssisənin inkişafı üçün ümumi həcmi 4.500.000 manata yaxın məbləğdə təşkil edən investisiya proqramının icrasını öhdəliyinə götürmüşdür. "xxxx" MMC üzümçülük rayonlarından olan Şəkidə Premium kateqoriyalı üzüm şərablarının, həmçinin desert şərabların istehsalını planlaşdırır. İnvestisiya müsabiqəsinin qalibi, "xxxx" MMC-nin təsisçisi olan Rusiya Federasiyasının "xxxx" PSC Şirkəti böyük şərabçılıq və biznes təcrübəsinə malik şirkətlər qrupudur və dünyanın 20-dən çox ölkə sinə şərab ixrac edir. Bununla da cavabdeh bildirir ki, hazırda iddiaçı tərəfindən borcun əsası kimi qeyd edilən ticarət nümayəndəsi (agent) müqaviləsi bağlanılan zaman və hazırda cavabdehin payları dövlətin mülkiyyətindədir və investisiya layihələri "xxxx" MMC tərəfindən tam yerinə yetirildikdən sonra paylar onun mülkiyyətinə keçəcəkdir. Buna baxmayaraq, apellyasiya məhkəməsi hüquq və vəzifələrinə təsir edəcəyi halda üçüncü şəxs qismində "xxxx" MMC-ni öz təşəbbüsü ilə iştirakını təmin etməmiş, yuxarıda qeyd edilən investisiya layihələrini nəzərə almamış, sadəcə üçüncü şəxsin nümayəndəsini işə cəlb etməklə kifayətlənmişdir. Bununla da "xxxx" MMC-nin şərabçılıqla bağlı yuxarıda qeyd edilən iri miqyaslı layihələrinin icrasına maneə törədilmişdir. b) Üçüncü şəxsin kassasiya şikayətinin dəli lləri
50. MM-in 789 və 337-ci maddələri üzrə - Birinci instansiya məhkəmə işə baxarkən Mərəndi ilə cavabdeh arasında bağlanılmış 2018-ci il 3 dekabr tarixli 2018/12-018 saylı “Ticarət nümayəndəsi (Agent)” müqaviləsinin mülki hüquq normalarına uyğun olubolmamasını, həmin müqavilənin qanuni əqd olub-olmamasını araşdırmadan əsassız olaraq mülki hüquq normalarına uyğun olmayan həmin əqd üzrə yaranmış tələb hüququnu təmin etmişdir. Belə ki, tərəflər arasında bağlanmış “Malların göndərilməsi haqqında” 2018-ci il 1 sentyabr tarixli 2018/09-018 nömrəli müqavilə 2018-ci il 3 dekabr tarixli sazişə əsasən ləğv edilmişdir. MM-in 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Beləliklə, cavabdeh 2018-ci il 1 sentyabr tarixli müqavilə üzrə Mərənd-dən 111.812,3 8 manat dəyərində 243.600 litr şərab materialını almağı öhdəsinə götürmüşdür ki, həmin müqavilə də 2018-ci il 3 dekabr tarixində ləğv edildiyindən cavabdehin bu öhdəliyinə - Mərəndi-yə satın alınmış mala görə 111.812,38 manat ödəmək öhdəliyinə xitam verilmişdir. 2018-ci il 3 dekabr tarixli müqavilə alqı-satqı müqaviləsi olmamış, ümumiyyətlə həmin müqavilə mülki hüquq normalarına zidd olmaqla etibarsız əqd olmuşdur. Belə ki, həmin müqavilə “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi adlandırılsa da, MM-in 789.1-ci maddəsinə uyğun bağlanmamışdır. Belə ki, ticarət nümayəndəsi haqqında müqavilə ilə ticarət agenti tapşırandan öz vəsaiti hesabına mal satın almır, yalnız tapşıranın adından müqavilə bağlayır. Bunun ziddinə olaraq, tərəflər arasında bağlanılmış 2018-ci il 3 dekabr tarixli 2018/12-018 saylı “Ticarət nümayəndəsi (Agent)” müqaviləsinin 4.3-cü bəndinə əsasən, alıcı malları qəbul etdikdən 30 gün sonra malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Bundan başqa, MM-in 789.2, 791.1.4 və 792.1-ci maddələrinə zidd olaraq cavabdeh nə mütəmadi olaraq ticarət agenti kimi fəaliyyət göstərmiş, nə də ki müqavilədə onun üçün hər hansı muzd nəzərdə tutulmuşdur. Beləliklə, tərəflər arasında bağlanılmış 2018-ci il 3 dekabr tarixli 2018/12-018 saylı müqavilə “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi hesab edilə bilməz. Həmin müqavilə mülki qanunvericiliklə müəyyən edilmiş şərtlər pozulmaqla bağlanıldığından etibarsız əqddir və MM-in 337.4-cü maddəsinə əsasən, hüquqi nəticələrə səbəb ola bilməz. Şəki Apellyasiya Məhkəməsi isə işin qeyd edilən hallarını ətraflı və obyektiv araşdırmadan əsassız qətnamə qəbul etmişdir.
51. MPM-in 372.7-ci maddəsi üzrə - Birinci instansiya məhkəməsi iddiaçının tələbinin hüquqi əsasını təşkil edən 2018-ci il 3 dekabr tarixli 2018/12-018 saylı müqavilənin qanuni əqd olub-olmamasını araşdırmadan iddianı təmin etmiş, apellyasiya instansiyası məhkəməsi də MPM-in 372.7-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlamalı olduğu halda, bunu etməmiş, nəticədə əsassız qətnamə qəbul etmişdir. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
52. Kassasiya şikayətlərinə qarşı tərəflər etiraz təqdim etməmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
53. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu günd ən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
54. Üçüncü şəxs apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
55. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müə yyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
56. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
193. Hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi anlayışı 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir....” “Maddə
194. Tələbin güzəşti 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür.... 194.4. Sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir....” “Maddə
198. Yeni kreditorun tələblərinin sübutu 198.1. Borclu yeni kreditora öhdəliyi tələbin həmin şəxsə keçdiyinə dair sübutlar ona təqdim edilənədək icra etməyə bilər. 198.2. Tələbi başqa şəxsə güzəşt etmiş kreditor ona tələb hüququnu təsdiqləyən sənədləri təqdim etməyə və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatları bildirməyə borcludur.” “Maddə
328. Şərtlə bağlanmış əqdlər 328.1. Əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır.... 328.4. Pozit iv şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə baş verəcəyi şərti ilə bağlanmışdır. Əgər həmin müddət bitmiş və hadisə baş verməmişsə, şərt qüvvədən düşmüş sayılır. Əgər müddət müəyyənləşdirilməyibsə, şərt istənilən vaxt yerinə yetirilə bilər. Hadisənin baş verməsinin mümkünsüzlüyü aydın olduqda şərt qüvvədən düşmüş sayıla bilər....” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, iş güzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri... 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır....”
57. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
57. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər 57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olm alıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
58. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərb aycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iyun tarixli qərarında müəyyən edilmişdir ki: “... tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
59. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini (bax yuxarıda §§ 44-51) iş materialları ilə birgə araş dıraraq hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 iyun tarixli 2-2(107)-49/2022 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə
60. İddiaçının istinad etdiyi tələbin güzəştin haqqında 2021-ci il 15 sentyabr tarixli müqavilədə iddiaçıya tələbi güzəşt edən A.Mehdiyeva qeyd edilən tələbi 2021-ci il 30 avqust tarixli müqaviləyə əsasən əldə etdiyi halda 2021-ci il 30 sentyabr tarixli müqavilənin qeyd olunmasının, hüquqların güzəşti haqqında müqavilə notarial qaydada təsdiq olunmadığından tərəflərin şəxsiyyətini müəyyən etməyin mümkün olmamasının sözügedən müqavilənin mötəbərliyini şübhə altına almasına, lakin məhkəmənin bunu diqqətə almamasına dair dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir.
61. Belə ki, iddiaçının istinad etdiyi tələbin güzəştin haqqında 2021-ci il 15 sentyabr tarixli müqavilədə iddiaçıya tələbi güzəşt edən A.Mehdiyeva qeyd edilən tələbi 2021-ci il 30 avqust tarixli müqaviləyə əsasən əldə etdiyi halda 2021-ci il 30 sentyabr tarixli müqavilənin qeyd olunması ümumi nəticəyə təsir etməyən texniki səhv kimi qiymətləndirilməlidir.
62. Ən azından, ona görə ki, Mərəndi-nin tələb hüququnu 2021-ci il 30 avqust tarixli müqavilə ilə A.Mehdiyevaya güzəşt etməsi işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş təkzibedilməz halını təşkil edir.
63. Cavabdehin özünün də işin bu halını aşağı instansiyalardakı məhkəmə icraatı zamanı mübahisələndirməsi iş materiallarından görünm ür.
64. Hüquqların güzəşti haqqında müqavilənin notarial qaydada təsdiq olunmadığından tərəflərin şəxsiyyətini müəyyən etməyin mümkün olmamasına gəldikdə isə qeyd edilməlidir ki, əvvəla, MM-in 194.4-cü maddəsinin (bax yuxarıda § 56) məzmunundan aydın olur ki, sadə yazılı formada bağlanmış əqd üzrə tələbin mütləq notarial qaydada bağlanmış müqavilə ilə güzəşt edilməsi qanunla tələb olunmur.
65. İkincisi isə, hazırkı halda tələbin əvvəlcə A.Mehdiyevaya, sonra isə iddiaçıya güzəşt edilməsinə dair müqavilələrdə hər iki fiziki şəxsin şəxsiyyət vəsiqələrinin seriya və nömrəsi qeyd olunmuşdur ki, bu da onların şəxsiyyətinin müəyyən edilməsi üçün kifayətdir.
66. O da qeyd olunmalıdır ki, həmin şəxslər haqqında məlumatların, o cümlədən onların şəxsiyyət vəsiqələrinin seriya və nömrələrinin müvafiq sənədlərdə yanlış qeyd edilməsi iş materialları ilə öz təsdiqini tapmır.
67. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi cavabdeh kassatroun sözügedən dəlilləri ilə bağlı hər hansı hüquq pozuntusuna yol verməmişdir.
68. Bundan başqa, cavabdehin pul öhdəliyi olmadığına görə, iddiaçının yalnız satılmayan şərab materiallarını geri qaytara bilməsinə dair, bunun üçün isə iddiaçının şərab materiallarını qəbul edəcək sahibkarlıq statusuna və tələb olunan lisenziyaya malik olmaması səbəbindən güzəşt edilən hazırkı tələbi də qəbul etmək səlahiyyətinə malik olmamasına dair, göstərilən səbəblərdən də iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olmamasına dair cavabdeh kassatorun dəlillərini də məhkəmə kollegiyası əsaslı h esab etmir.
69. Belə ki, hazırkı iddia tələbini şərab məhsullarının qaytarılması deyil, məhz müvafiq tələbin güzəşti faktına əsaslanan pulun ödənilməsi tələbi təşkil edir. Həmin tələbin əsaslı olub-olmaması, o cümlədən iddiaçıya güzəşt edilmiş tələb üzrə cavabdehin pul öhdəliyinin mövcud olub-olmaması isə yalnız hazırkı məhkəmə icraatının sonunda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən ediləcəkdir. Bu baxımdan, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olması hüquqi baxımdan şübhə doğurmur.
70. Cavabdeh kassatorun digər dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi sadəcə üçüncü şəxsin nümayəndəsini işə cəlb etməklə kifayətlənməməli, cavabdehin yeni investoru "xxxx" MMC-ni öz təşəbbüsü ilə iştirakını üçüncü şəxs qismində təmin etməli idi. Çünki qətnamə "xxxx" MMC-nin hüquq və vəzifələrinə təsir edəcəkdir. Məhkəmə həmin müəssisəni cəlb etməməklə şərabçılıqla bağlı irimiqyaslı layihələrinin icrasına maneə törədilməsinə səbəb olmuşdur.
71. Məhkəmə kollegiyası bu dəlili də əsassız hesab edir. Belə ki, MPM-in 57.1-ci maddəsinin (bax yuxarıda § 57) tələblərinə görə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin prosesə cəlb olunmasına təşəbbüs göstərilməsi məhkəmənin vəzifəsi deyil, hüququdur.
72. Lakin elə həmin normaya görə, işdə iştirak edən şəxslər də mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin prosesə cəlb olunmasına dair vəsatət vermək hüququna malikdirlər.
73. Buna baxmayaraq, cavabdeh tərəf apellyasiya icraatında yalnız ƏMDX-nin nümayəndəsinin ü çüncü şəxs kimi cəlb olunmasına dair vəsatət vermiş, məhkəmə də həmin vəsatəti təmin etmişdir.
74. Əgər cavabdeh "xxxx" MMC-nin də prosesə cəlb olunmasına kəskin zərurət duyurdusa, bu barədə məhkəməyə müraciət edə bilərdi. Lakin cavabdeh belə vəsatətlə çıxış etməmişdir.
75. Ümumiyyətlə isə, qeyd olunmalıdır ki, formalaşmış məhkəmə təcrübəsində kommersiya hüquqi şəxslərinin investorları bir qayda olaraq üçüncü şəxs kimi prosesə cəlb olunmur.
76. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, bu məsələlərlə bağlı da apellyasiya instansiyası məhkəməsinin hər hansı hüquq pozuntusuna yol verdiyini söyləmək mümkün deyildir.
77. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə ekspertizasının təyin olunmasına dair cavabdeh tərəfin vəsatətinin məhkəmə tərəfindən səhvən təmin edilməməsinə dair cavabdeh kassatorun mövqeyi şikayətdə kifayət qədər tutarlı dəlillərlə əsaslandırımamışdır.
78. Bununla belə, məhkəmə kollegiyası aşağıdakı məsələlərlə bağlı cavabdeh kassatorun gətirdiyi dəlillərlə razılaşaraq apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni hüquqi baxımdan əsassız hesab edir.
79. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, cavabdehə qarşı olan 76.812,38 manat məbləğində tələb hüququ iddiaçıya Mərəndi ilə cavabdeh arasında bağlanılmış 2018-ci il 1 sentyabr tarixli 2018/09-018 saylı “Malların göndərilməsi haqqında” müqavilə əsasında güzəşt edilmişdir.
80. Halbuki həmin müqavilə Mərəndi ilə cavabdeh arasında bağlanılmış 2018-ci il 3 dekabr tarixli 2018/12-018 saylı “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi ilə 2018-c i il 3 dekabr tarixindən etibarən ləğv edilmişdir.
81. Apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə belə hesab etmişdir ki, 2018ci il 1 sentyabr tarixli 2018/09-018 saylı müqavilə üzrə cavabdehin Mərəndi qarşısında olan pul öhdəliyi icra olunmadığından həmin öhdəliyə xitam verilməmişdir. Belə ki, müqavilənin ləğv edilməsinin hüquqi nəticələrini tənzimləyən MM-in 424.3-cü müddəasının mənasına görə, müqavilə ləğv edilərkən, əgər tərəflərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, tərəflərin öhdəliklərinə xitam verilir. 2018-ci il 1 sentyabr tarixli müqavilədə, onun vaxtından əvvəl ləğv edilməsi halında, tərəflərin öhdəliklərinin qüvvədə olma müddəti barədə şərt nəzərdə tutulmuşdur (müqavilənin 12.4-cü bəndi). Bu şərt, müqavilənin vaxtından əvvəl ləğv olunduğu təqdirdə, tərəflərin icra olunmamış öhdəliklərinin xitamını istisna edir.
82. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə aşağıdakı səbəblərdən razılaşmır.
83. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iyun tarixli qərarı formalaşdırdığı hüquqi mövqeyə (bax yuxarıda § 58) görə, tərəflər hüquq və öhdəliklərini müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hə rtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
84. Belə olan halda, məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun həmin hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, Mərəndi ilə cavabdehin bir-biri qarşısında daşıdıqları öhdəliklərin mahiyyəti, icra vəziyyəti, o cümlədən hazırda həmin müqavilə üzrə hazırda tələb olunan 76.812,38 manat məbləğində borcun həqiqətən mövcud olub-olmaması 2018-ci il 1 sentyabr tarixli 2018/09-018 saylı “Malların göndərilməsi haqqında” müqavilənin və 2018-ci il 3 dekabr tarixli 2018/12-018 saylı “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi üzrə bu müqavilənin müddəaları bir-biri ilə əlaqəli şəkildə təhlil olunmaqla hüquqi baxımdan dəyərləndirilməlidir.
85. Çünki həmin məsələ lərə düzgün hüquqi qiymət verilmədən apellyasiya instansiyası məhkəməsinin kassatorun dəlillərinə qeyd olunan hüquq pozuntularına yol verib-verməməsinin obyektiv şəkildə aydınlaşdırılması qeyri-mümkündür.
86. Məhkəmənin özünün istinad etdiyi MM-in 424.3-cü müddəasının (bax yuxarıda § 56) mənasına görə, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə o zaman xitam verilir ki, tərəflərin razılaşmasından ayrı qayda irəli gəlməsin.
87. Yenə də məhkəmənin istinad etdiyi malların göndərilməsinə dair 2018-ci il 1 sentyabr tarixli müqavilənin 12.4-cü bəndində qeyd olunmuşdur ki: “Tərəflər arasında başqa anlaşma olmadıqda Müqavilənin 12.1 bəndində əks olunmuş əsaslarla və ya Müqavilənin müddətinin bitməsi nəticəsində xətm edilməsi Tərəfləri Müqavilənin xətm tarixindən öncə yaranmış öhdəliklərdən a zad etmir.” 88. 2018-ci il 1 sentyabr tarixli müqaviləyə əsasən cavabdeh MMC-dən aldığı 243.600 litr şərab materiallarının dəyəri olan 111.812,38 manat məbləğində pulu sonuncuya ödəməyi öhdəsinə götürmüşdür.
89. Bundan cəmi 3 ay sonra bağlanmış 2018-ci il 3 dekabr tarixli 2018/12-018 nömrəli “Ticarət nümayəndəsi (Agent)” müqaviləsinin şərtlərinə görə də, cavabdeh 243.600 litr hazır şərabın satışını həyata keçirməyi, malın alğı-satqısı üzrə üçüncü şəxslərlə müqavilələr bağlamağı, müqavilələrdən əldə olunan 111.812,38 manat məbləğində pulu Mərəndi-nin bank hesabına köçürməyi öhdəsinə götürmüş, ilk müqaviləyə isə xitam verilmişdir.
90. Sonuncu müqavilənin digər şərtlərinə görə də: - Tapşıranın (Mərəndi) öhdəlikləri xidmətlərin göstərilməsi üçün tələb olunan mal və sənədləri, hazır material ları müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə Ticarət Agentinə (cavabdeh) təqdim etməkdir (2.1.1 və 2.1.2-ci bəndlər). - Ticarət agentinin öhdəlikləri isə xidmətləri yüksək peşəkarlıq səviyyəsində həyata keçirmək, malın satışından sonra bu müqavilənin şərtlərinə uyğun olaraq Tapşıranın bank hesabına müvafiq vəsaitin köçürülməsidir (2.2.2 və 2.2.3-cü bəndlər). - Ticarət agenti tərəfindən bağlanılan malların alqı-satqı müqaviləsi üzrə hesablaşmalar Ticarət agentinə ödənilir. Ticarət agenti müvafiq alqı-satqı müqaviləsi üzrə ödənilmiş məbləğləri ödəniş edilən tarixdən 5 iş günü ərzində tapşıranın bank hesabına köçürür (3.1-ci bənd). - Ticarət agenti tapşırana satılmış mala görə müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan məbləğdə pulu ödəyir (3.2-ci bənd).
91. Göründüyü kimi, hər iki müqavilənin obyektini Mərəndi-nin cavabdehə təqdim etdiyi eyni həcmdə şərab (243.600 litr) və cavabdehin müvafiq şərtlər (hər müqavilə üzrə fərqli şərtlər) çərçivəsində Mərəndi-yə ödəməli olduğu eyni həcmdə pul məbləği (111.812,38 manat) təşkil edir.
92. Mərəndi tərəfindən cavabdehə ayrı-ayrılıqda iki dəfə, hər birində 243.600 litr şərab olmaqla mal verilməsi işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
93. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünən odur ki, Mərəndi və cavabdeh ilk dəfə malların öz aralarında alqı-satqısı barədə razılaşsalar da, ikinci dəfə müqavilə bağlayarkən eyni malların cavabdeh tərəfindən üçüncü şəxslərə satılaraq əldə olunan vəsaitdən 111.812,38 manat məbləğində pu lun Mərəndi-yə ödənilməsi istiqamətində öz iradələrini ifadə etmiş, nəticə etibarilə öz aralarında olan işgüzar münasibətlərin, o cümlədən öhdəliklərin xarakterini, mahiyyətini dəyişmişlər.
94. Ticarət agenti kimi cavabdehin 2018-ci il 3 dekabr tarixli 2018/12-018 saylı “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi üzrə Mərəndi qarşısında pul öhdəliyi müqavilə müddəalarının əsas dispozisiya şərtinin baş verməsindən, yəni üçüncü şəxslərə bağlanılan alqı-satqı müqaviləsi üzrə şərab materiallarının dəyəri cavabdehə ödənildikdən sonra yaranır. Odur ki, üçüncü şəxslərlə alqı-satqı müqaviləsinin bağlanması mümkün olmamışdırsa, cavabdehin Mərəndi qarşısında hər hansı pul öhdəliyi də yaranmamışdır.
95. Məhkəmə kollegiyasının qənaətinə görə, 2018-ci il 3 dekabr tarixli müqavilənin müddəalarının əlaqəli şəkildə təhlili onu deməyə əsas verir ki, həmin müqavilə mahiyyət etibarilə özündə MM-in 328.1 və 328.4-cü maddələrinə (bax yuxarıda § 56) uyğun olaraq, pozitiv şərtlərlə bağlanmış əqdin əlamətlərini əks etdirir. Gələcəkdə baş verib-verməməsi məlum olmayan həmin pozitiv şərtlər aşağıdakılardan ibarətdir: 1) cavabdeh ilə üçüncü şəxslər arasında şərab materiallarının alqı-satqısına dair müqavilə bağlanılmasının mümkün olması; 2) həmin müqavilələr üzrə satılan malların dəyərinin alıcılar tərəfindən cavabdehə ödənilməsinin mümkün olması. Odur ki, həmin pozitiv şərtlərin hazırda baş verməsi iş materiallarından görünmədiyindən cavabdehin 2018-ci il 3 dekabr tarixli müqavilə üzrə Mərəndi qarşısında pul öhdəliyi də yaranmamışdır.
96. Bunun əksini qəbul etmək isə onunla nəticələnə bilər ki, 2018-ci il 1 sentyabr tarixli müqavilə ləğv edildiyinə baxmayaraq hazırda tələb olunan borc həmin müqavilə üzrə ödənildiyi halda, cavabdeh eyni həcmdə vəsaiti həm də ləğv edilməmiş 2018-ci il 3 dekabr tarixli müqavilə üzrə ödəməli olacaqdır (yuxarıda qeyd olunduğu kimi, həmin müqavilədə qeyd olunan şərtlər baş verdiyi halda). Başqa sözlə, bu halda cavabdeh eyni həcmdə vəsaiti həm 1-ci, həm də 2-ci müqavilə üzrə, yəni 2 dəfə ödəməli olacaqdır. Bu isə nə ədalətə, nə MM-in normalarına, nə də ki, tərəflərin (Mərəndi ilə cavabdehin) iradə ifadəsinə uyğundur.
97. Lakin apellyasiya instansiyası məhkəməsi sübutları düzgün qiymətləndirmədiyindən MM-in 404.1 və 404.2-ci maddələrinin (bax yuxarıda § 56) tələblərini nəzərə almamış, müqavilələrin şərtlərini əlaqəli şəkildə təfsir etməklə tərəflərin iradə if adəsinin həqiqi mənasını, eləcə də MMC və cavabdehin qarşılıqlı münasibətlərinin xarakterini, onların əvvəlki və sonrakı hərəkətlərinin səbəb və nəticələrini düzgün müəyyən etməmiş, beləliklə də maddi hüququn tətbiqində səhvə yol verərək iş üzrə əsassız nəticəyə gəlmişdir.
98. Qeyd etmək lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən üzləşmə aktına istinad etsə də, nəzərə almamışdır ki, cavabdehin ödəniş öhdəliyinin yaranmasının materialların satışı ilə bağlı olduğu nəinki tərəflərin son iradə ifadəsi olan 2018-ci il 3 dekabr tarixli 2018/12-018 saylı Ticarət nümayəndəsi (Agent) müqaviləsindən, eləcə də Mərəndi-nin cavabdehə göndərdiyi məktublardan da aydın şəkildə görünməkdədir.
99. Belə ki, Mərəndi 2020-ci il 24 avqust tarixli məktubunda (İ cild, i/v 209) cavab dehə müraciət edərək 2018-ci il 3 dekabr tarixli 2018/12-018 saylı Ticarət nümayəndəsi (Agent) müqaviləsinə istinadən bildirmişdir ki, 2018 və 2019-cu ilin yanvar ayı ərzində cəmi 76.252 litr şərabın müqavilə üzrə satışı reallaşdırılmış və 167.346 litr şərab cavabdehdə qalmışdır. 2019-cu il ərzində heç bir digər satış reallaşdırılmamış və mövcud şərab qalığı 2020-ci ilə keçmişdir.
100. Həmçinin Mərəndi 2020-ci il 25 avqust tarixli məktubunda (İ cild, i/v 208) cavabdehə müraciət edərək onun anbarında realizə edilmədən qalmış 167.346 litr həcmində malın mövcud olduğunu, pandemiya səbəbindən satışda azalmaların olduğunu və bununla bağlı həll yolu tapılmasını təklif etmişdir.
101. Xüsusilə vurğulanmalıdır ki, həmin məktublar apellyasiya instansiyası məhkəməsinin iş üzrə nəticəyə gələrkən istin ad etdiyi 2019-cu il 6 dekabr tarixli audit rəyi və 2019-cu il 31 dekabr tarixli üzləşmə aktından sonrakı tarixlərdə cavabdehə ünvanlanmışdır.
102. Göründüyü kimi, sözügedən məktublarda Mərəndi nəinki cavabdehin pul öhdəliyinin yalnız Mərəndi-nin malları üçüncü şəxslərə bağlanılan alqı-satqı müqaviləsi üzrə şərab materiallarının dəyəri cavabdehə ödənildikdən sonra yaranmasını təsdiq etmiş, həmçinin cavabdehə üçüncü şəxslərə satılmaq üçün təqdim etdiyi şərab məhsullarından faktiki olaraq 167.346 litr həcmində malın realizə olunmadan cavabdehin anbarında qaldığını vurğulamış, beləliklə cavabdehin pul öhdəliyinin, ən azından, 2020-ci il 25 avqust tarixinədək yaranmadığını məlum üzləşmə aktı bağlandıqdan təqribən 8 ay keçdikdən sonra bir daha qəbul etmişdir.
103. Lakin apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində Mərəndi-nin həmin məktublarına nəinki hüquqi qiymət verməmiş, ümumiyyətlə onlara istinad belə etməmiş, beləliklə işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bu xüsusatlar məhkəmənin diqqətindən kənarda qalmışdır.
104. Ticarət agenti kimi cavabdehin üçüncü şəxslərlə 2020-ci il 25 avqust tarixindən sonra da sözügedən alqı-satqı müqavilələrinin bağlanması və həmin şəxslərdən cavabdehin hesabına satış nəticəsində pul vəsaitinin daxil olması isə iş materiallarından görünmür.
105. Qeyd edilənlər o anlama gəlir ki, cavabdehin 2018-ci il 3 dekabr tarixli 2018/12018 saylı “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi üzrə Mərəndi qarşısında hər hansı pul öhdəliyinin yaranması iş materialları ilə öz təsdiqini tapmır.
106. Bu səbəbdən də Mərəndi-nin həmin müqavilə üzrə cava bdehə qarşı yaranmayan tələb hüququnu başqa şəxsə güzəşt etməsi MM-in 193.1, 194.1 və 198-ci maddələrinin (bax yuxarıda § 56) tələbləri baxımından qeyri-mümkün görünür.
107. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunduğu kimi, 2018-ci il 3 dekabr tarixli 2018/12-018 saylı “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi şərtlərinin mahiyyətinə və icrası vəziyyətinə düzgün hüquqi qiymət verməmiş, nəticədə maddi hüquq pozuntusuna yol verərək iş üzrə yanlış nəticəyə gəlmişdir.
108. Bu mənada, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində cavabdehin Mərəndi-dən aldığı şərab materiallarının bir hissəsinin digər şəxslərə satılmadığından xarab olmasının maliyyə risklərinin cavabdehin üzərinə düşdüyü nəticəsinə gəlsə də, bu zaman Mərənd i-nin hansı maliyyə risklərini daşıdığını və bunun müqavilənin icrası vəziyyətinə necə təsir etdiyini qiymətləndirməmişdir. Halbuki yuxarıda qeyd olunanlardan göründüyü kimi, tərəflər ikinci müqaviləni bağlayarkən Mərəndi cavabdehin onun mallarını üçüncü şəxslərə satdıqdan sonra Mərəndi-yə ödəniş edəcəyi barədə razılığa gəlmiş, bununla da mallar satıla bilməyəcəyi halda yarana biləcək maliyyə risklərini öz üzərinə götürmüşdür.
109. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin öz qətnaməsində istinad etdiyi Mərəndi ilə cavabdeh arasında bağlanmış üzləşmə aktı məhz tərəflərin son iradə ifadəsi olan “Ticarət nümayəndəsi (Agent)” müqaviləsinin şərtləri çərçivəsində dəyərləndirilməlidir.
110. Əvvəla, ona görə ki, həmin akt tarix etibar ilə sözügedən müqavilə imzalandıqdan sonra bağlanmışdır.
111. İkincisi, aktda əks olunmuş borcun məhz 2018-ci il 1 sentyabr tarixli müqavilədən irəli gəldiyi göstərilməmişdir.
112. Üçüncüsü, üzləşdirmə aktında cavabdehin müvafiq həcmdə borcunun olduğunun göstərilməsi həmin borcun yaranma əsasını və tərəflər arasındakı öhdəliklərin xarakterini dəyişə bilməz. Belə ki, tərəflərin son iradə ifadəsi olan “Ticarət nümayəndəsi (Agent)” müqaviləsinin şərtlərinə görə, cavabdehin Mərəndi qarşısında pul öhdəliyi, yuxarıda qeyd olunduğu kimi, üçüncü şəxslərə bağlanılan alqı-satqı müqaviləsi üzrə Mərəndi-nin satılmış şərab materiallarının dəyəri cavabdehə ödənildikdən sonra yaranır. Odur ki, üçüncü şəxslərlə alqı-satqı müqaviləsinin bağlanması mümkün olmamışdırsa, cavabdehin Mərəndi qarşısında hər hans ı pul öhdəliyi yaranmamışdır.
113. Dördüncüsü, Mərəndi-nin üzləşdirmə aktı imzalandıqdan 8 ay sonra cavabdehə göndərdiyi 2020-ci il 24 və 25 avqust tarixli məktublardan aydın olur ki, tərəflərin əsl niyyəti, işgüzar münasibətləri məhz Mərəndi-nin mallarının cavabdeh tərəfindən üçüncü şəxslərə reallaşdırılması və bu əməliyyatlardan cavabdehə daxil olan vəsaitdən müvafiq məbləğin Mərəndi-yə köçürülməsi üzərində qurulmasına yönəlmişdir.
114. Apellyasiya instansiyası məhkəməsi isə üzləşdirmə aktına hüquqi qiymət verərkən yuxarıda qeyd olunan xüsusatları nəzərə almamış, beləliklə də MPM-in 88 və 217.3-cü maddələrinin (bax yuxarıda § 57) tələblərini pozaraq iş üzrə əsassız nəticəyə gəlmişdir.
115. Bundan başqa, məhkəmə kollegiyası Mərəndi-nin üçüncü şəxs qismində cəlb olunması ilə bağlı vəsatəti n məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmsinə dair cavabdeh kassatorun dəlilləri ilə də razılaşır.
116. Belə ki, MPM-in 57.1-ci maddəsinin (bax yuxarıda § 57) tələblərindən aydın olur ki, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs o zaman prosesə cəlb oluna bilər ki, məhkəmə qətnaməsi tərəflərdən birinə münasibətdə üçüncü şəxsin hüquq və vəzifələrinə təsir edə bilsin.
117. Aydındır ki, hazırkı iddia təmin edilməyəcəyi təqdirdə mübahisə predmeti olan borca dair tələbin güzəştinə dair müqavilələrin əsaslılığı da şübhə altına düşmüş olur. Bununla əlaqədar tələb hüququnu əldə etmiş iddiaçının sonradan A.Mehdiyevaya, sonuncunun isə Mərəndi-yə qarşı müvafiq tələblər irəli sürməsi istisna olunmur.
118. Bu mənada, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə n əinki yalnız Mərəndi-nin, hətta öz təşəbbüsü ilə A.Mehdiyevanın da üçüncü şəxs qismində hazırkı prosesə cəlb olunması məsələsini həll etməli idi.
119. İş materiallarında olan apellyasiya instansiya məhkəməsinin 2022-ci il 28 iyun tarixli iclas protokolundan (İ cild, i/v 224) isə görünür ki, məhkəmə məhz hazırkı mübahisənin Mərəndi-nin hüquq və mənafelərinə toxunmamasını əsas gətirərək və bununla bağlı heç bir əsaslandırma aparmadan onun üçüncü şəxs qismində cəlb olunmasına dair vəsatəti təmin etməmiş, yuxarıda göstərilən halları nəzərə almamış, nəticədə MPM-in 57.1-ci maddəsinin tələblərini pozmuşdur. Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri üzrə
120. Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri əsas etibarilə onunla bağlı olmuşdur ki, 2018-ci il 3 dekabr tarixli 2018/12-018 saylı “T icarət nümayəndəsi (Agent) müqaviləsi” mülki hüquq normalarına zidd olmaqla etibarsız əqd olmuşdur, ona görə də hüquqi nəticələrə səbəb ola bilməzdi. Apellyasiya instansiya məhkəməsi isə bunu nəzərə almamışdır.
121. Məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmayaraq bildirir ki, mülki hüquqi əqdlərin etibarsız hesab olunmasının əsasları MM-in 338-349-cu maddələrində konkret müəyyən olunmuşdur.
122. MM ilə müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqdin etibarsızlığı əvvəllər MM-in 338-ci maddəsində nəzərdə tutulmuşdusa da, həmin normalar Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 949-İİQD saylı Qanunu ilə MM-dən çıxarılmışdır.
123. Odur ki, MM-in müvafiq müqavilə növünə dair normalarının tələblərinə uyğun gəlməyən müqavilələrin bağlanması həmin əqdlərin etibarsız hesab edilməsi üçün hüquqi əsas ola bilməz.
124. Müvafiq olaraq hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin həmin dəlil əsasında ləğv edilməsini məhkəmə kollegiyası qeyd olunan səbəbdən qeyri-mümkün hesab edir.
125. Üçüncü şəxsin digər dəlili isə “Malların göndərilməsi haqqında” 2018-ci il 1 sentyabr tarixli 2018/09-018 nömrəli müqavilə ləğv edildiyindən tərəflərin həmin müqavilə üzrə öhdəliklərinə xitam verilməsi ilə bağlıdır.
126. Bununla bağlı məhkəmə kollegiyasının mövqeyi yuxarıda geniş şəkildə əks etdirildiyindən məhkəmə kollegiyası təkrar əsaslandırmaya lüzum görmür.
127. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 57) tələblərini pozaraq işdə olan sübutla rı əlaqəli şəkildə düzgün qiymətləndirməmiş, nəticədə MPM-in 217.1 və 217.3-cü maddələrinə (bax yuxarıda § 57) zidd olaraq əsassız qətnamə qəbul etmişdir. Odur ki, həmin qətnamə ləğv edilməlidir.
128. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
129. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 iyun tarixli 2-2(107)-49/2022 say lı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.