Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-679/2025 11.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 8 iyul tarixli 22(103)-700/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Tərəflər arasınd a 2023-cü il 19 dekabr tarixli, 63/23 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən Bu müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırma protokoluna uyğun olaraq, “Alıcı” malın dəyərini ödəməyi, “Satıcı” isə “Alıcı" ya əlavədə göstərilən malların zəmanətli və tam işlək təhvil verməsini öhdələrinə götürürlər. - 2.1-ci bəndinə əsasən Müqavilənin dəyəri bu müqavilənin ayrılmaz hissəsi olan X3 ilə tənzimlənir və köçürmə yolu ilə “Alıcı” tərəfindən “Satıcı” ya ödənilir. - 2.2-ci bəndinə əsasən malın qiyməti bu müqaviləyə ediləcək əlavələrdə göstəriləcək qiymət razılaşdırma protokolu ilə müəyyənləşdirlir. - 2.3-cü bəndinə əsasən müqavilə üzrə qiymətlər xarici valyutanın Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən müqavilənin tarixinə müəyyən olunmuş məzənnəsi əsasında hesablanmışdır və ödəniş AZN ilə ediləcəkdir. Rəsmi məzənnə bu müqavilənin tarixi məzənnəsinə nisbətdə 5% (beş faiz)-dən çox artdığı təqdirdə müqavilənin qalıq dəyəri həmin artıma mütənasib olaraq artır. - 3.1-ci bəndinə əsasən bu Müqavilə üzrə malların adı, miqdarı və qiyməti “Satıcı” tərəfindən tərtib və təqdim olunan Qaimə-Faktura və HesabFakturada göstərilir. - 3.3-cü bəndinə əsasən Bu Müqavilə ilə müəyyən olunan şərtlər çərçivəsində “Satıcı” Qaimə-Fakturada göstərilən mallarla “Alıcı"nı təchiz etməyi öz öhdəsinə götürür, “Alıcı” isə ona təhvil verilmiş malların dəyərini ödəməyi qəbul edir. - 3.4-cü bəndinə əsasən “Alıcı” Qaimə-faktura üzrə göndərilmiş malların təxirəsalınmadan (aşkar olunan qüsurların “Satıcı” tərəfindən aradan qaldırılmasını nəzərə almaqla ) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. - 3.5-ci bəndinə əsasən mallar, təqdim olunmuş Qaimə-Fakturaya uyğun olaraq, “Alıcı”nın ünvanına çatdırıldıqdan sonra “Satıcı” tərəfindən təhvil verilmiş, "Alıcı" tərəfindən isə qəbul edilmiş hesab olunur. - 7.1-ci bəndinə əsasən Bu Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 2024-cü il 31 dekabr tarixədək öz hüquqi qüvvəsini saxlayır. 2. 2023-cü il 19 dekabr tarixli 1 nömrəli X2 görə, 1.043,12 manat məbləğində, 2024cü il 16 yanvar tarixli 2 nömrəli X2 əsasən, 260,78 manat məbləğində, 2024-cü il 22 fevral tarixli 4 nömrəli X2 uyğun olaraq 601,8 manat məbləğində, 2024-cü il 1 mart tarixli 4 nömrəli X1 qeyd olunduğu kimi, 902,7 manat məbləğində, 2024-cü il 1 mart tarixli 5 nömrəli X2 müvafiq olaraq 43.329 manat məblə ğində malların verilməsi razılaşdırılmışdır. Qeyd edilən protokollarda həmçinin göstərilmişdir ki, ödəniş 100% əvvəlcədən alıcı tərəfindən satıcının bank hesabına köçürülmə yolu ilə həyata keçirilir. 3. 2024-cü il 5 mart tarixli **********0 saylı malların təhvil-qəbul aktına əsasən iddiaçı tərəfindən cavabdehə 42.126 manat dəyərində, 2024-cü il 18 mart tarixli 25 saylı akta əsasən, 601,80 manat dəyərində və 2024-cü il 10 sentyabr tarixli **********6 saylı akta görə, 1.203,60 manat dəyərində malların təhvil verilməsi hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.
4. İddiaçı tərəfindən müqavilə üzrə cavabdehə 34.904,40 manatlıq mal satışına dair 2024-cü il 29 mart tarixli EBEB087289 saylı e-qaimə, 902,70 manatlıq mal satışına dair eyni tarixli EBEB089191 saylı e-qaimə və 1.203,6 manatlıq ma l satışına dair 2024-cü il 26 oktyabr tarixli, MT**********95 saylı e-qaimə tərtib edilərək göndərilmişdir. 5. 2025-ci il 15 yanvar tarixli ödəniş tapşırığına görə, Cavabdeh MMC tərəfindən 2.630 manat məbləğində, 2025-ci il 24 yanvar tarixli ödəniş tapşırığına əsasən 1.500 manat məbləğində ödəniş edilmişdir. 6. 2025-ci il 15 yanvar tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən cavabdeh tərəfindən 473.4 manat məbləğində, 2025-ci il 24 yanvar tarixli bildirişə əsasən 270 manat məbləğində ƏDV ödənişləri edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.508.80 manat ƏDV daxil (ƏDV 4.348 manat) borcun və 163 manat məbləğində dövlət rüsumunun və hüquqi yardıma görə öd ənilmiş 1.000 manatın Cavabdeh MMC-dən (bundan sonra – “cavabdeh”) alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, alqı-satqı müqaviləsinin prеdmеti olmuş avadanlıqlar 2024-cü il 22 fevral tarixli **********7 saylı, 2023-cü il 5 mart tarixli **********0 saylı, 2024-cü il 18 mart tarixli 025 saylı və 2024-cü il 10 sentyabr tarixli **********6 saylı malların təhvilqəbul aktı əsasında cavabdehə təhvil vеrilmiş və onun tərəfindən müqavilənin şərtlərinə uyğun ilkin olaraq 14.940.00 manat məbləğ iddiaçıya ödənilmişdir. Cavabdеhin bu günə iddiaçıya olan borcu ƏDV daxil 28.508.80 manat təşkil etmişdir (ƏDV-siz 24.160.00 manat) və sonuncu tərəfindən ödənilməli olan 28.508.80 manat borc iddiaçıya bugünədək ödənilməmişdir. İddiaçı tərəfindən prеtеnziya məktubu ilə cavabdehə müraciət olunmuş, lakin naməlum səbəblərdən ödənişlər həyata keçirilməmişdir. Cavabdеh avadanlıqları qəbul еtsə də, avadanlıqların dəyərini ödəməməklə müqavilə öhdəliyini pozmuşdur.
9. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək 23.635.4 manat ƏDV daxil borcun və 163 manat məbləğində dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 1.000 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 17 aprel tarixli, e-2-2(113)-1762/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən ƏDV daxil 23.635,4 manat borc məbləği, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat və dövlət rüsumunun əvəzi olaraq 163 manat tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – G.Namazova).
11. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən Bu müqavilənin ayrılmaz hissəsi olan qiymətlərin razılaşdırma protokoluna uyğun olaraq, “Alıcı” malın dəyərini ödəməyi, “Satıcı” isə “Alıcı" ya əlavədə göstərilən malların zəmanətli və tam işlək təhvil verməsini öhdələrinə götürürlər. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər icra edilsə də, cavabdehin aldığı mallara görə ödənilməmiş borcu qalmışdır.
12. İşdən göründüyü kimi tərəflər arasında beton alqı-satqı müqaviləsi bağlanmış, mallar cavabdehə təhvil verilmiş və e-qaimələr göndərilmişdir. Həmin e-qaimələr cavabdeh tərəfindən ləğv edilməmiş, düzəliş üçün iddiaçıya qa ytarılmamışdır. Lakin, cavabdeh müqaviləyə əsasən yaranmış borcunu ödəməmişdir.
13. Odur ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimə, təhvil-təslim aktları və qismi ödənişlər ilə təsdiq olunduğu üçün 23.635,4 manat borc məbləği tutularaq iddiaçıya ödənilməlidir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 425, 443.1, 567, 568.1, 579.1, 600.1, 600.4-cü, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 119.1 və 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
15. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 8 iyul tarixli 2-2(103)-700/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim – E.Həsənov, hakimlər – T.Mahmudova və L.Əliyeva).
17. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı, cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlilləri isə əsassız hesab edərək qeyd etmişdir ki, cavabdeh malların qüsurlu olduğunu irəli sürsə də, konkret olaraq nəyə əsasən və hansı malların qüsurlu olması, qüsur nəticəsində dəymiş zərərlə bağlı hər hansı dəlil təqdim etməmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində üzrlü səbəblərlə bağlı iştirak etmədiklərini qeyd etsə də, nə həmin üzrlü səbəblərlə bağlı sübutları, nə də müvafiq sübutların özünü təqdim etməmişdir. Yeni sübutlar isə apellyasiya instansiyası məhkəməsi tərəfindən, tərəf yalnız onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı halda qəbul oluna bilər.
18. Həmçinin cavabdeh bu halda iddiaçıdan qüsurun aradan qaldırılmasını və ya əşyanın əvəz edilməsini tələb edə bilərdi, hansı ki, tərəflər bunu xüsusi olaraq müqavilədə nəzərdə tutmuşlar.
19. Müqavilədə xüsusi olaraq göstərilmişdir ki, cavabdeh qaimə-faktura üzrə göndərilmiş malların təxirə salınmadan (aşkar olunan qüsurların iddiaçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür.
20. Başqa sözlə, cavabdeh qüsuru aşkar etdikdən sonra iddiaçı tərəfindən təqdim edilən qaimələrə etirazını bildirə və qüsurların aradan qaldırılmasını tələb edə bilərdi. Buna görə də cavabdehin məhz iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra bu hala istinad etməsi ağlabatan olmamaqla, vicdanlılıq prinsipinə də ziddir.
21. Eyni zamanda cavabdeh, mövcudluğunu iddia etdiyi qüsurlarla bağlı dəymiş zərə rin yekun borcdan çıxıldığını bildirsə də, bununla bağlı iddiaçı ilə bağladığı hər hansı razılaşma təqdim etməmişdir. Halbuki, öhdəliyin əvəzləşdirilməsi qarşılıqlı xarakter daşıyır və yalnız qanunvericilikdə müəyyən edilmiş hallarda birtərəfli qaydada baş verir.
22. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 398.1, 399.1, 425.1, 442, 445.2.1, 527.1, 527.2, 567, 581.1, 587.1, 587.1.1, 587.1.2, 587.1.3, 587.2, 587.3, 598.1 və 599.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarının 1.2, 3.1, 3.2, 3.3 və 3.4-cü bəndlərinə, MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
23. Cavabdeh həmin qətnamədən kassasi ya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. MM-in 442, 567, 568.1, 579.1, 587.1, 587.1.1, 587.1.2 və 587.1.3-cü maddələri üzrə - Alınan mallar arasında bir sıra qüsurlu mallar olduğundan cavabdeh tərəfindən digər şirkətlə bağlanmış müqavilənin icrasında gecikmələr və problemlər olmuşdur. Bu barədə iddiaçıya məlumat verilmiş və iddiaçı qüsurları ortadan qaldırılmasının təmin ediləcəyini bildirsə də, təmin edə bilməmişdir. Nəticədə cavabdeh öz vəsaiti hesabına həmin qüsurları ortadan qaldırmışdır. Tərəflər qalıq borcun qeyd edilən qüsurlarla əvəzləşdirilməsi barədə razılaşmışlar. Qeyd edilən müqavilənin üzərindən bir ildən çox vaxt keçməsinə baxmayaraq iddiaçı vəsaiti tələb etmirdi. Səbəb tərəflər arasındakı razılaşma idi, lakin cavabdehə hər hansı bir müraciət olmadan, bu barədə rəhbərlik səviyyəsində hər hansı bir danışıqlar olmadan iddiaçı tərəfindən iddia qaldırılmışdır. Məhkəmə işi araşdırmadan borcun tutulması barədə qətnamə qəbul etmişdir. Apellyasiya instansiya məhkəməsi isə həmin qətnaməni qüvvədə saxlamışdır. Kassator hesab etmişdir ki, tərəflərin işgüzar münasibətlərinin olması və onlar arasında verilmiş malların dəyərinin qalan hissəsinin istifadə edilməsi mümkün olmayan qüsurlu malların əvəzi olaraq ödənilməyəcəyi barədə razılaşmaları olduğundan cavabdeh iddiaçıya qarşı qüsurların aradan qaldırılması və ya dəymiş zərərin ödənilməsi tələbi ilə çıxış etməmişdir. Apellyasiya məhkəməsi tərəflər arasında kı işgüzar münasibətləri araşdırmadan, malların qüsurları barədə iddiaçının mövqeyi öyrənilmədən, tərəflər arasında razılaşmanın olub-olmamasına qiymət vermədən yalnış nəticəyə gəlmişdir. Cavabdehin iddiaçıya hər hansı bir borcu mövcud deyil.
25. MPM-in 185.1, 185.3 və 185.6-cı maddələri üzrə - Apellyasiya instansiyası məhkəməsi 2-2(103)-700/2025 nömrəli iş üzrə 2025-ci il 8 iyul tarixində saat 09:20-ə iclas təyin edib. Kassatorun vəkili, hüquqlarını müdafiə etdiyi X4 ilə bağlı aparılan 1(004)118/2025 nömrəli cinayət işi üzrə şahidlə üzləşdirilmə istintaq hərəkətinə görə həmin tarixdə, 09:00-da təyin olunmuş istintaq prosesində məcburi iştirak edəcəyi üçün məhkəmə iclasına qatılmayacağını bildirərək ərizə ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, iştirakının təmin edilməməsi prosessual p ozuntu sayılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçının nümayəndəsi-vəkili kassasiya şikayətinə etiraz ünvanlayaraq, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri
27. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəl iyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir....” “Maddə
399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tə ləblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;...” “Maddə
527. Öhdəliklərə xitam verilməsi əsasları 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqav ilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 527.2. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Maddə
581. Əşyaların keyfiyyəti 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. “Maddə
587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri ol ub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər....” “Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. …” “Maddə
599. Alınan əşyaların qabaqcadan ödənilməsi 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hal larda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir....”
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: 1.Ümumi müddəalar... 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir....”
3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaiməfakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaiməfakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir....”
31. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmal ı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam bax dıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri müvafiq 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, ape llyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Kassasiya şikayətnin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə qeyd olunan məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına və eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
34. Kollegiya, həmçinin bildirir ki, sübutları ara şdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
35. Əlavə olaraq Kollegiya qeyd edir ki, cavabdeh malların bir qisminin qüsurlu olması və qalıq borcun qeyd edilən qüsurlarla əvəzləşdirilməsi barədə iddiaçı ilə razılaşdığını iddia etmişdir. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərin özü tərəfindən sübut edilməsini ehtiva edir. Cavabdeh nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı malların qüsurlu olmasına dair sübut təqdim etməmiş, nə də ki əgər göstərdiyi ki mi malların bir qismi qüsurlu olmuşdursa bunun borcla əvəzləşdirilməsinə dair iddiaçı ilə razılaşdıqlarını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. İddiaçı tərəfdən də belə bir razılaşmanın olduğu bildirilməmişdir. 36. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndiril ən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
37. Kassasiya şikayətinin Qərarın §25-də göstərilən dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, Mülki prosessual qanunvericiliyin tələbinə görə işdə iştirak edən şəxslər yalnız üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Bu isə səlahiyyət olaraq müəyyən edilmişdir, yəni imperativ qaydada məhkəmənin üzərinə vəzifə olaraq qoyulmamışdır. Hazırki iş üzrə isə cavabdehin vəkili ərizədə göstərdiyi halla bağlı hər hansı sübut təqdim etməmiş, apellyasiya məhkəməsi isə şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyünü nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxmışdır. Hər hansı prosessual pozuntu baş verməmişdir.
38. Həmçinin məhkəmə kollegiyasının hazırkı mövqeyi iddiaçı tərəfdən verilmiş kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.
39. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdehin kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apel lyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 8 iyul tarixli 22(103)-700/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.