Məhkəmə qərarları › İş №2-2(102)-683/2021

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-683/2021

22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-683/2021 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi 22.12.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 aprel tarixli 2-2(103)-200/2021 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi: I. İŞİN HALLARİ

1. İddiaçı ASC (bundan sonra – “ASC”) iddia ərizəsi ilə 2020-ci il 18 fevral tarixində və tələbin dəqiqləşdirilməsi barə də ərizə ilə 2020-ci il 14 oktyabr tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC (bundan sonra – "xxxx") ilə ASC arasında bağlanılmış MQ-014/19 saylı alqı-satqı və podrat müqaviləsinin ləğv edilərək, MMC-dən ödənilmiş 23.340 manat məbləğin, MQ-014/19 saylı alqı-satqı müqaviləsi üzrə hər gecikdirilmiş gün üçün 1.173,59 manat miqdarında dəbbə pulunun və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 manat dövlət rüsumunun ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 15 oktyabr tarixli 2-2(113)-843/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 2019-cu il 2 may tarixli MQ-014/ 19 saylı alqı-satqı və podrat müqavilələrinin ləğv edilməsi, MMC-dən ödənilmiş 23.340 manat, gecikdirilmiş günlərə görə 60 manat dəbbə (cərimə), cəmi 23.400 manat və dövlət rüsumu kimi ödənilmiş 28,63 manat məbləğində pulun tutularaq ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir (hakim – E.Əliyev).

3. MMC 2020-ci il 23 dekabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 15 aprel tarixli 2-2(103)-200/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 15 oktyabr tarixli 2-2(113)-843/2020 saylı qətnaməsi dəyişdir ilmədən saxlanılmışdır (sədrlik edən – Vəkil1, hakimlər – R.Qurbanov və V.Baxışova).

5. MMC 2021-ci il 29 oktyabr tarixində həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi, işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. TƏTBİQ EDİLƏN HÜQUQ

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prose ssual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:...” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərarda d çıxarılır....” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

7. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.

8. Hazırkı iş üzrə MPM-in 404-1.1-ci maddəsinə (bax yuxarıda § 6) uyğun olaraq kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, MMC tərəfindən 2021-ci il 29 oktyabr tarixində verilmiş kassasiya şikayəti MPM ilə müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmişdir.

9. MPM-in 407.1-ci maddəsində (bax yuxarıda § 6) kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir.

10. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi MPM-in 408.1 və 408.1.1-ci maddələrinin (bax yuxarıda § 6) tələblərinə uyğun olaraq, kassasiya şikayə tini geri qaytarmaq əvəzinə, baxılması üçün işlə birlikdə Ali Məhkəməyə göndərmişdir.

11. Göstərilənlərə əsasən MMC tərəfindən verilmiş kassasiya şikayəti MPM-in 404-1.2ci maddəsinə (bax yuxarıda § 6) uyğun olaraq, qeyri-mümkün hesab edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

12. Şərh olunanları nəzərə alaraq və MPM-in 404-1, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar