Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-683/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" MMC-nin Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi ilə və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh1nə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 iyun tarixli, 22(103)-486/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞİN HALLARİ 1. "xxx x" MMC ilə Cavabdeh1 arasında bağlanmış 2018-ci il 23 may tarixli, 180523/08-100 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı ("xxxx" MMC) müqaviləyə qoşmalarda göstərilmiş malları alıcıya (Cavabdeh1) satmağı, alıcı isə həmin malları qoşmalarda göstərilən qiymətə satıcıdan satın almağa razılığını bildirir. Həmin müqavilənin: - 3.3-cü bəndinə əsasən, satıcı malları qoşmada nəzərdə tutulmuş müddətdə alıcıya təhvil verməlidir. Mallar təhvil yerində satıcı tərəfindən alıcının sahibliyinə verildikdə, mallar təhvil verilmiş hesab olunur və tərəflər arasında müvafiq qaydada təhvil-təslim aktı imzalanır. 4.2-ci bəndinə əsasən, müqavilə üzrə ödənişlər müqaviləyə qoşmalarda nəzərdə tutulmuş qaydada satıcının bank hesabına köçürmə yolu ilə həyata keçiriləcək. 7.2-ci bəndinə əsasən, mallar üzəri ndə mülkiyyət hüquqları həmin mallar təhvil-təslim aktı ilə alıcıya təhvil verildikdən sonra alıcıya keçir.
2. Tərəflər arasında bağlanmış 2018-ci il 23 may tarixli, 180523/08-100 saylı müqaviləyə 2018-ci il 24 may tarixli 26/01 saylı əlavənin 1 saylı qoşma sifariş formasında 107.899,20 manat məbləğində malın EXW çatdırılma şərti ilə ilkin ödəniş 30 % olmaqla satılması, 2018-ci il 21 iyun tarixli 26/02 saylı 2 saylı qoşma sifariş formasında 785,60 manat məbləğində malın EXW çatdırılma şərti ilə ilkin ödəniş 30 % olmaqla satılması, 2018-ci il 26 iyul tarixli 26/03 saylı 3 saylı qoşma sifariş formasında 78.470 manat məbləğində malın satıcının anbarına çatdırılma şərti ilə ilkin ödəniş 50 % olmaqla satılması, 2018-ci il 7 sentyabr tarixli 26/04 saylı 4 saylı qoşma sifariş formasında 54.615,12 manat məbləğində malın satıcının anbarına çatdırılma şərti ilə ilkin ödəniş 30 %, qalıq 70 % məhsul istehsal edildikdən sonra satılması (məhsulun təhvili ödənişdən sonra 7 iş günü müddətində), 2018-ci il 24 sentyabr tarixli 26/05 saylı 5 saylı qoşma sifariş formasında 3.582,35 manat məbləğində malın EXW çatdırılma şərti ilə ilkin ödəniş 100 % olmaqla satılması (ödəniş həyata keçirildikdən sonra 5 iş günü ərzində), 2018-ci il 24 sentyabr tarixli 26/06 saylı 6 saylı qoşma sifariş formasında 2.136,43 manat məbləğində malın EXW çatdırılma şərti ilə ilkin ödəniş 100 % olmaqla satılması (ödəniş həyata keçirildikdən sonra 10 iş günü ərzində), 2018-ci il 24 sentyabr tarixli 26/07 saylı 7 saylı qoşma sifariş formasında 1.011,73 manat məbləğində malın EXW çatdırılma şərti ilə ilkin ödəniş 100 % olm aqla satılması (ödəniş həyata keçirildikdən sonra 4 iş günü ərzində) razılaşdırılmış və tərəflərin səlahiyyətli nümayəndələrinin imza və möhürləri ilə təsdiq olunmuşdur. 3. "xxxx" ASC-nin hesabdan çıxarışlarından görünür ki, Cavabdeh1 tərəfindən "xxxx" MMC-nin bank hesabına 2018-ci il 25 may tarixində 30.000 manat, 2018-ci il 22 iyun tarixində 32.105,76 manat, 2018-ci il 27 iyul tarixində 25.000 manat, 2018-ci il 10 sentyabr tarixində 10.000 manat, 2018-ci il 21 sentyabr tarixində 10.000 manat, 2018-ci il 24 sentyabr tarixində 10.000 manat, 2018-ci il 26 sentyabr tarixində 5.703,82 manat, 2018-ci il 2 oktyabr tarixində 16.284 manat, 2018-ci il 4 oktyabr tarixində 1.107 manat, 2018-ci il 15 oktyabr tarixində 3.332 manat, 2018-ci il 24 oktyabr tarixində 733,25 manat, 2018-ci il 26 dekabr tar ixində 1.339,92 manat, 2019-cu il 18 mart tarixində 20.000 manat, cəmi 235.587,72 manat (əsas məbləğ 195.605,75 manat, ƏDV 39.981,97 manat olmaqla) pul köçürülmüşdür. 4. "xxxx" MMC tərəfindən Cavabdeh1nə ünvanlanmış 2019-cu il 14 iyun tarixli 01/133 saylı pretenziya məktubunda MMC Şirkətdən Müqavilə üzrə ödənilməmiş 26.516,34 manat məbləğində borcu 3 iş günü müddətində ödəməyi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
5. Cavabdeh1 həmin pretenziya məktubuna 2019-cu il 11 iyul tarixli, 36 saylı cavab məktubunda sonuncunun müqaviləyə əsasən malların təhvil verilməsinin təhvil-təslim aktı imzalanmaqla həyata keçirildiyini, təhvil və təqdim olunmamış mallara görə "xxxx" MMC tərəfindən 26.516,34 manat məbləğində pulun tələb edilməsinin müqavilənin şərtlərinə zid d olduğunu bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat 6. "xxxx" MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh1nə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 26.516,34 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci il 23 may tarixli, 180523/08-100 saylı müqaviləyə əsasən iddiaçı tərəfindən ümumi dəyəri 262.104,06 manat məbləğində malların satışı həyata keçirilmiş, cavabdeh tərəfindən qeyd olunan müqavilə üzrə cəmi 235.587,72 manat məbləğində ödəniş edilmişdir. Müqavilədə razılaşdırılmış məbləğ üzrə qalan 26.516,34 manat məbləğində pul vəsaiti üzrə pretenziya məktubu göndərilsə də, həmin məbləğ ödənilməmiş qalmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərini vaxtlıvaxtında və lazımi qaydada yerinə yetirsə də, cavabdeh aldığı malların dəyərinin ödənilməsinə dair öhdəliklərini tam icra etməmişdir.
8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə - “MM”) 385.1, 442, 443.1, 445.1, 448.1, 462.1, 464.1, 465.2, 567, 598-ci maddələrinə istinad etmişdir.
9. İddia ərizəsinə cavabdeh tərəfindən etiraz təqdim edilərək göstərilmişdir ki, iddiaçı tərəfindən 2021-ci il 19 may tarixində məhkəməyə ünvanlanan ərizədə MPM-in 150-152-ci maddələrinin tələblərinə əməl olunmamış və iddia ərizəsinin surəti cavabdehə təqdim olunmamışdır. 2018-ci il 23 may tarixində bağlanmış müqaviləyə əsasən 262.104,06 manat məbləğində malın cavabdehə təqdim olunması ərizədə qeyd edilmişdir. Lakin mallar hissə-hissə təqdim olunmuş və təqdim olunan mallara dair təhvil-təslim aktı tərtib olunması şərt kimi müəyyən olunmuşdur. Müqavilənin 3-cü maddəsinə əsasən, mallar iddiaçı tərəfindən cavabdehə verildikdə tərəflər arasında təhvil-təslim aktı imzalanırdı. İddiaçının təhvil verdiyi malların 235.587,72 manat dəyəri ayrı-ayrı vaxtlarda köçürmə qaydasında icra edilmişdir. Lakin cavabdehlə müavilə pozulduğu səbəbindən 2018-ci il 23 may tarixli müqavilədə nəzərdə tutulmuş 262.104,06 manat dəyərində malların 26.516,34 manat hissəsi iddiaçıdan alınmamış, təhvil-təslim aktı imzalanmamışdır.
10. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 12 iyul tarixli, e-2-2(113)2 158/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Ü.Həsənova).
11. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, 2018-ci il 23 may tarixli, 180523/08-100 nömrəli müqaviləyə əsasən, iddiaçıya ödənilməli olan 26.516,34 manat məbləğdə borcun tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı (malların alıcıya təhvil verildiyini təsdiq edən) hər hansı mötəbər sübutlar təqdim edə bilməmişdir. Belə ki, 26.516,34 manat məbləğində pulun hansı elektron qaimə(lər)ə əsasən yarandığını göstərə bilməmiş, bundan əlavə eyni tarixdə, eyni saatda, lakin bir neçə dəqiqə fərqi ilə bir neçə elektron qaimənin sistemə yerləşdirilməsinin səbəbini izah edə bilməmişdir.
12. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 398.1, 399.1, 442, 567, 598.1, 598.2, 600.1, 600.4-cü maddələrinə, “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.3, 5.2, 5.4-cü bəndinə, “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2008-ci il 3 noyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Kons titusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2008-ci il 30 dekabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə, eləcə də MPM-in 14.2, 77.1, 77.3, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
13. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli, 2-2(103)-1001/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi qismən t əmin edilmiş, ərək cavabdehdən iddiaçının xeyrinə 12.912,71 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və C.Yusifov).
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, müqavilə tərəfləri arasındakı mübahisələrin həlli zamanı müqavilə şərtləri hərfi mənada təfsir edilməməli, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış təcrübə, işgüzar adətlər, tərəflərin müqavilə bağladıqdan sonrakı hərəkətləri nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə hüquqi qiymət verərkən nəzərə almamışdır ki, müqavilədə malların satıcı tərəfindən alıcıya təhvil verilməsi zamanı təhvil-təslim aktının tərtib edilməsi nəzərdə tutulsa da, ca vabdeh tərəfindən dəyəri artıq ödənilmiş mallarla bağlı da tərəflər arasında təhvil-təslimlə bağlı aktlar mövcud deyil. Belə olan halda müəyyən olunur ki, tərəflər arasında malların təhvil-təslimi elektron qaimə göndərilməsi ilə rəsmiləşdirilmişdir. “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə” Qaydaların qüvvəyə minməsindən sonra mal və xidmətlərin kağız daşıyıcıda tərtib edilmiş qaimə əsasında təqdim edilməsi qanun pozuntusu hesab edildiyindən elektron qaimələr məhkəmə tərəfindən işin hallarından asılı olaraq mal və xidmətlərin təqdim edildiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilər.
16. Məhkəmə hesab etmişdir ki, müqaviləyə olan qoşmalara əsasən sifariş verilmiş 248.500,43 manat dəyərində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. 248.500,43 manatdan cavabdehin ödədiyi 235.587,72 manat məbləğ çıxıldıqda qalıq borcun 12.912,71 manat məbləğində təşkil etdiyi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən 248.500,43 manatdan artıq məbləğdə malın iddiaçıya sifariş verilməsi barədə işdə sübutlar olmadığından, iddia qalan hissədə əsassız olmuşdur.
17. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş nəzarət buraxılış vərəqələrini, malların və xidmətlərin satışı adlı sənədləri imzalamış şəxslərin cavabdehin səlahiyyətli nümayəndələri olduğu sübut olunmadığından və həmin sənədlərdə qeyd edilmiş məbləğlərə əsasən iddiaçının iddia etdiyi məbləğdə malın cavabdehə təhvil verildiyi təsdiq olunmadığından məhkəmə həmin sübutları iddia ərizəsinin dəlillərini təsdiq edən mötəbər sübut hesab etməmişdir.
18. Məhkəmə işin müəyyən olunmuş faktiki hallarına MM-in 404.1, 404.2, 425.1-ci maddələrinə, “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.3, 5.2, 5.4-cü bəndlərinin tələblərinə istinadla hüquqi qiymət vermişdir.
19. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kasasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul etməsi xahiş edilmişdir. c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 mart tarixli, 2-2(102)-147/2022 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə həmin kassasiya şikayətinə münasibətdə qismən-iddianın təmin edildiyi hissədə ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim – B.Məmmədli, hakimlər B.Qəribov və İ.Dadaşov).
21. Kassasiya instansiyası məhkəməsi qərarında göstərmişdir ki, cavabdehin iddia etdiyi kimi satılmış malların dəyəri razılaşmanın şərtlərinə uyğun olaraq, bütün hallarda əvvəlcədən ödənilmişdirsə, başqa sözlə, tərəflər arasında mal alqısatqısı nisyə qaydada həyata keçirilməmişdirsə, hazırda mübahisə predmeti olan mallar üzrə ilkin ödəniş olmadan, yalnız malların təqdim olunması barədə eqaimələrin göndərilməsi iddiaçının iddia tələbinin əsaslı olduğunu təsdiq edə bilməz. Lakin apellyasiya instansiyası məhkəməsi qətnamədə müqavilənin əlavələrində olan və işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən sözügedə n ödəmə-çatdırma şərtlərini, bununla bağlı cavabdeh tərəfindən faktiki həyata keçirilmiş ödəmələrin tarixlərinin e-qaimələrdən həqiqətən əvvələ təsadüf edib-etməməsini ümumiyyətlə diqqətə almamış, habelə cavabdeh müvafiq dəlillərinə heç bir cavab verməmişdir.
22. İddiaçı tərəfin tələb etdiyi borcun məhz hansı elektron qaimələrə əsasən yarandığı da məlum olmamışdır. Müvafiq vəsaitin cavabdeh tərəfindən bütün hallarda qarşılıqlı razılaşmanın şərtinə uyğun olaraq, əvvəlcə iddiaçının müvafiq hesabına köçürülüb-köçürülməməsi, malların yalnız bundan sonra iddiaçı tərəfindən cavabdehə çatdırılıb-çatdırılmaması, tərəflər arasında nisyə mal alqısatqısının olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmamışdır.
23. İlkin vergi uçot sənədi olan elektron qaimələr mahiyyət etibarilə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq edən düzünə (bilavasitə) sübut olmadığından, işə baxan məhkəmələr hər bir mübahisədə həmin sənədlərə fərdi qaydada (işin hallarına uyğun şəkildə) yanaşmalı və qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib olunaraq göndərilmiş və ləğv olunmamış, yaxud mübahisələndirilməmiş elektron qaimələr işdə başqa mötəbər sübutlar olmadığı halda mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb etsə də, digər hallarda müqavilə şərtləri, tərəflər arasında formalaşmış münasibətlərin xarakteri, işgüzar təcrübə, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla işdəki digər sübutlarla birlikdə (kompleks şəkildə) qiymətləndirilməlidir. Həmçinin, e-qaimələrin mövcud olması ilə yanaşı, işin digər fərdi halları, o cüml ədən müqavilə şərtlərində nəzərdə tutulmuş təhvil-təslim aktlarının tərtib edilib-edilməməsi və ilkin ödənişin bütün hallarda həyata keçirilib- keçirilməməsi mübahisənin düzgün və ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb etmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron vergi hesab fakturaları deyil, elektron qaimələr mövcud olmuşdur.
24. Kasasiya instansiyası məhkəməsi qərarında MM-in 441, 599.1 və 599.2ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli Qərarı, “N.Babayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2011-ci il 25 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsi Plenumun 2011-ci il 28 dekabr tarixli Qərarı, “Kraska İsveçrəyə qarşı”, “Van de Huk Niderlanda qarşı”,“Hiro Balani İspaniyaya qarşı”, Kuznetsov və digərlərinin Rusiyaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarlarına və MPM-in 88 və 217.1-ci maddələrinə istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 iyun tarixli, 2-2(103)-486/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan-iddia tələbinin 12.912,71 manat məbləği rədd olunan-hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim – V.Məmmədov, hakimlər E.Mehdiyev və A.Oruczadə).
26. Apellyasiya instansiyası məhkəməsi göst ərmişdir ki, işin mübahisəsiz hallarına görə, tərəflər arasında 2018-ci il tarixli 23 may tarixli, 180523/08-100 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və cavabdeh tərəfindən müqavilə üzrə iddiaçıya ümumilikdə 235.587,72 manat məbləğdə ödəniş edilmişdir. İddiaçı cavabdehə təhvil verilmiş 26.516,34 manat məbləğdə malların dəyərinin ödənilmədiyini irəli sürür, cavabdeh isə həmin dəyərdə malların ona təhvil verilmədiyini bildirir.
27. İddianın qanuni əsasını təşkil edən Azərbaycan Respublikası MM-nin 385.1, 404.1, 567, 598.2-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndi təşkil edir.
28. İddiaçının apellyasiya şikayətinin yeganə faktik i dəlili ondan ibarətdir ki, malların cavabdehə təqdim edildiyi birinci instansiya məhkəməsinə sübut qismində təqdim edilmiş elektron qaimələrlə təsdiq edilir. Cavabdeh bu dəlillə razılaşmayaraq etiraz edir ki, tərəflər arasında bağlanmış 2018-ci il 23 may tarixli müqaviləyə əsasən alınan malların dəyəri tam şəkildə ödənildikdən sonra onlara təhvil verilmiş, iddia ərizəsinə əlavə edilmiş sifariş formalarında da bu öz əksini tapmışdır. Belə ki, sifariş formalarının əksəriyyətində ilkin ödəniş 100 faiz, digərlərində isə müəyyən hissəsi dərhal, qalan hissəsi isə mal istehsal edildikdən bir neçə gün sonra təhvil verilməsi göstərilmişdir. Həqiqətən də cavabdeh tərəfindən alıcıdan ümumi dəyəri 235,587.72 manat məbləğdə mallar təhvil alınmış, onların da dəyəri tam şəkildə ödənilmişdir. Bundan əla və, müqavilənin tələblərinə əsasən malların alıcıya təhvil verilməsi təhvil-təslim aktı ilə rəsmiləşdirilməlidir, lakin tələb olunan 26,516.34 manat məbləğdə malların təhvil verildiyini təsdiq edən sənəd təqdim edilməmişdir. Bu səbəbdən iddiaçının cavabdehə bir neçə dəqiqə ara ilə göndərdiyi və cavabdeh tərəfindən qəbul edilməyən formal elektron qaimələr ondan tələb olunan borcun sübutu kimi qəbul edilə bilməz.
29. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 30. satıcı malları qoşmada nəzərdə tutulmuş müddətdə alıcıya təhvil verməlidir. Mallar təhvil yerində satıcı tərəfindən alıcının sahibliyinə verildikdə, mallar təhvil verilmiş hesab olunur və tərəflər arasında müvafiq qaydada təhviltəslim aktı imzalanır.
31. Birinci instansiya məhkəməsi də müqavilənin qeyd edilən şərtinə istinad edərək bu qənaətə gəlmişdir ki, malların cavabdehə təhvil verilməsini təsdiq edən təhvil-təslim aktları olmadığından, təqdim edilmiş elektron qaimələr təhvil-təslimi təsdiq edən sübut kimi nəzərə alına bilməz.
32. Məhkəmə göstərmişdir ki, kassasiya instansiyası məhkəməsinin qərarında qeyd olunan göstərişlərinin icrası bağlı həmin göstərişlər tərəflərin nümayəndələrinin iştirakı ilə müzakirə edilmiş və MPM-in 14.2 və 77.1- ci maddələrinin, o cümlədən dispozitivlik prinsipinin tələblərini onlara xatırladaraq, hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları MPM-in 372.2-ci maddəsinin şərtləri nəzərə alınmaqla sübut etməli olduğunu izah etmiş, tərəflər bununla bağlı yazılı izahatlarını Məhkəməyə təqdim etmişlər.
33. Məhkəmə məhz belə b ir araşdırması ilə müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin əlavələrində olan ödəmə-çatdırma şərtləri, bununla bağlı cavabdeh tərəfindən faktiki həyata keçirilmiş ödəmələrin tarixlərinin e- qaimələrdən əvvələ təsadüf edib-etməməsi, həmçinin, tələb edilən borcun məhz hansı elektron qaimələrə əsasən yarandığı, pul vəsaitinin cavabdeh tərəfindən bütün hallarda qarşılıqlı razılaşmanın şərtinə uyğun olaraq, əvvəlcədən iddiaçının hesabına köçürülüb- köçürülmədiyi, malların yalnız bundan sonra iddiaçı tərəfindən cavabdehə çatdırılıb- çatdırılmadığı iddia ərizəsində əsaslandırılmadığı kimi, bu dəlillər apellyasiya şikayətində də yer almamış və müvafiq izah verilməmişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, ilkin vergi uçot sənədi olan elektron qaimələr mah iyyət etibarilə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq edən düzünə (bilavasitə) sübut olmadığından, məhkəmə həmin sənədlərə fərdi qaydada (işin hallarına uyğun şəkildə) yanaşmalıdır. Yəni, qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib olunaraq göndərilmiş və ləğv olunmamış, yaxud mübahisələndirilməmiş elektron qaimələr işdə başqa mötəbər sübutlar olmadığı halda mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb etsə də, digər hallarda müqavilə şərtləri, tərəflər arasında formalaşmış münasibətlərin xarakteri, işgüzar təcrübə, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla işdəki digər sübutlarla birlikdə (kompleks şəkildə) qiymətləndirilməlidir. MPM-in 88-ci maddəsinin tələblərindən biri də ondan ibarətdir ki, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İndiki halda, e-qaimələrin mövcud olması ilə yanaşı, işin digər fərdi halları, o cümlədən müqavilə şərtlərində nəzərdə tutulmuş təhvil-təslim aktlarının tərtib edilib- edilməməsi və ilkin ödənişin bütün hallarda həyata keçirilib-keçirilməməsi mübahisənin düzgün və ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb etsə də, iddiaçı bu hallarla bağlı heç bir mötəbər sübut və əsaslandırma təqdim etməmişdir.
35. İddiaçı tərəfindən təqdim edilmiş nəzarət buraxılış vərəqələrini, malların və xidmətlərin satışı adlı sənədləri imzalamış şəxslərin cavabdehin səlahiyyətli nümayəndələri olduğu sonuncu tərəfindən mübahisə edildiyi və əksi iş materialları ilə sübuta yetmədiyi üçün həmin sənədlərə əsasən iddiaçının irəli sürdüyü məbləğdə malın cavabdehə təhv il verildiyi təsdiq olunmadığından, məhkəmə sözügedən materialları da iddianı təsdiq edən mötəbər sübut hesab etməmişdir.
36. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, apellyasiya şikayəti qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir.
37. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində həmin qətnamənin ləğv edilməsi, kassasiya şikayətinin təmin edilməsi və iddia tələbinin 12.912,71 manat hissəsində təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. MM-in 10, 329, 389, 390-cı maddələrinin tələbləri pozulmuşdur- belə ki, tərəflər arasında yazılı şəkildə alqı-satqı müqaviləsi bağlanmış və işgüzar münasibətlərdən irəli gələrək müəyyən sifarişləri şifahi şəkildə razılaşdırmışlar. Həmin razılaşma əsasında iddiaçı cavabdehə mal və materiallar göndərmişdir. Zaman itkisinin qarşısının alınmasına dair bəzi razılaşmalar şifahi şəkildə aparılmış və tərəflər malların alqı-satqısını normativ hüquqda qeyd olunan işgüzar münasibətlər əsasında həyata keçirmişdirlər.
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.2, 3.3, 3.4-cü bəndlərinin tələbləri pozulmuşdur-əlavə olunmuş Portaldan çıxarışda gönd ərilmiş 21 ədəd elektron qaimənin birbaşa cavabdeh tərəfindən, 3 ədəd qaimənin isə sistem vasitəsi ilə təsdiq olunmuşdur. Cavabdeh tərəfindən sonuncu elektron qaimə 2018-ci il 27 dekabr tarixində təsdiq olunmuşdur. Həmçinin cavabdeh ona öncədən göndərilən elektron qaimələri görmüş və hər hansı düzəliş və ya narazılığını bildirməmişdir.
40. MPM-in 88, 217, 418-ci maddələrinin tələbləri və Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarının göstərişləri pozulmuşdur- apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə mülki prosessual qanunvericliyin tələblərini pozmuş, faktlara və sübutlara iddiaçının təqdim edilmiş hüquqi dəlillərə qətnamə çıxararkən düzgün qiymət verməmiş, qətnamə maddi normalara, tərəflər arasında qarşılıqlı münasibətl ərə diqqət yetirilməmiş və çıxarılan qərar iş üzrə hüquqi hallara uyğun olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Cavabdeh kasasiya şikayətinə qarşı etirazında göstərmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş kassasiya şikayətində maddi hüquq normalarının pozulması, düzgün tətbiq edilməməsinə dair dəlillər şikayətdə göstərilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim olunmuş hər hansı eqaimələr üzrə ödənişlərin icra olunmamasına dair sübutların məhkəməyə təqdim olunması iddiaçıya bildirilmişdir. Məhkəmə iddiaçının nümayəndələrindən malların cavabdehə təhvil-təslim aktı, yaxud hansı formada və qaydada təhvil verilməsinə dair sənədlərin təqdim olunmasını tələb etmiş, lakin iddiaçının nümayəndəsi təqdim olunmuş sənədlərdən əlavə heç bir sənədin mövcud olmadığını bildirmişdir.
42. Tərəflər arasında rəsmiləşdirilmiş müqaviləyə Əlavə qaydasında olaraq Qoşmalar 2018-ci ilin may-iyun, iyul-sentyabr aylarında rəsmiləşdirilmişdir. 2018-ci il 26 iyul tarixdə və növbəti tarixlərdə tərtib olunmuş müqaviləyə (əlavələrdə) qoşmalarda iddiaçı tərəfindən qeyd olunmuş “məhsulun təhvili ödənişdən sonra icra olunsun” faktı sübut etmişdir ki, ödəniş olmadan mal təqdim olunmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi bank ödənişlərindən və cavabdehin təqdim etmiş bank köçürmələri arayışından aydın olmuşdur ki, bank vasitəsi ilə müqavilə əsasında köçürmələr əvvəlcədən, müqaviləyə əsasən 2018-ci il 24 may-22 iyun tarixlərində cavabdeh tərəfindən icra edilmişdir.
43. Tərəflər arasında bağlanmış 7 “müqaviləyə əlavələrdə” ümumi məbləğ 248.504 manat məblə ğində qeyd olunmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi cəmi 24 e-qaimələrin cəm məbləğindən cavabdehdən 262.104 dəyərində ödəniş tələb etmişdir. Cavabdeh malları təhvil almamışdan öncə 2018-ci il 24 may tarixdən 2018-ci il 26 dekabr tarixə qədər icra edilmiş 9 ədəd bank köçürmələri edildikdən sonra iddiaçı öz anbarından malları cavabdehə təqdim etmişdir. Həmçinin, tərəflər arasında nisyə qaydasında mal təqdim etmə faktı olmamış və malların dəyəri öncədən tam ödənilmişdir.
44. Bundan başqa, iddiaçının məhkəməyə təqdim olunmuş müəssisənin daxili sənədi hesab olunan “Nəzarət buraxılış vərəqələri” də elektron qaimələr kimi əsassız olmuş və iddiaçı 2018-ci il 22 iyun tarixdə 6 ədəd e-qaimə və 6 ədəd “Nəzarət buraxılış vərəqələri” tərtib etmişdir. Cavabdeh iddiaçının mübahisələndirdiyi və i stinad etmiş olduğu e-qaimələri təsdiq etməmişdir.
45. Cavabdehin bank hesabı vasitəsi və ƏDV ilə 2018-ci il 24 may tarixdən 2018-ci il 22 iyun tarixə kimi öncədən heç bir e-qaimə olmadan, cəmi 108.684,81 manat pul vəsaiti iddiaçının bank hesabına müqaviləyə əsasən köçürülmüşdür. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
46. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
47. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı, işin yenidən apellyasiya qaydasında baxıldığı hissədə MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.
48. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apel lyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.ə. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcluda n vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir....” “Maddə
399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərt lərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədər ki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgü zar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
441. Öhdəliklərin qarşılıqlı icrası 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin ic rasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. 441.5. Bu Məcəllənin 441.2-441.4-cü maddələrində nəzərdə tutulan qaydalar müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşy anı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur....” “Maddə
599. Alınan əşyaların qabaqcadan ödənilməsi 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 599.2. Alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir....” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı veril miş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....” 50. “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında (2020-ci il 1 dekabr tarixinə kimi) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 2.3. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir.... 5.2. Vergi ödəyicisi (satıcı) malın (işin, xidmətin) alıcısına (sifarişçisinə) elektron vergi hesab-fakturasını Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq mal (iş, xidmət) təqdim edildi kdən sonra 5 gün müddətində verməlidir.... 5.4. Elektron vergi hesab-fakturanın ləğvi fakturanı təqdim edən vergi ödəyicisi (satıcı) tərəfindən aparılır. Elektron vergi hesab-fakturası ləğv edildikdən sonra alıcının equtusuna bu barədə məlumat göndərilir. Məlumat göndərildikdən sonra elektron vergi hesab-fakturası üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi (dəqiqləşdirilmişi) yaradılmalıdır. Belə halda alıcı vergi ödəyicisinə (satıcıya) müraciət edərək, təqdim olunmuş elektron vergi hesab-fakturasının ləğvini xahiş edə bilər və ləğvetmə vergi ödəyicisi (satıcı) tərəfindən həyata keçirilir....” 51. “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli, 89 nömrəli Qərarında (2021-ci il 2 fevral tarixinə kimi) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 3.9. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesabfakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur....” 52. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli Qərarında müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və möt əbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun....
17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər....” 53. “N.Babayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2011-ci il 25 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2011-ci il 28 dekabr tarixli Qərarındagöstərilmişdir ki, “... Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konst itusiya Məhkəməsi Plenumunun 2008-ci il 13 iyun tarixli Qərarı)....” 54. “Hiro Balani İspaniyaya qarşı” İnsan Hüquqları üzrə Məhkəməsinin 1994-cü il 9 dekabr tarixli Qərarında göstərilmişdir ki, Avropa “... Milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir....”
55. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “ Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə
420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi) 57. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını m üəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür. 6 0.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 iyun tarixli, 2-2(103)-486/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: V.T.Həsənov İ.Ə.Şəfiyev