Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-685/2023 20.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi, müqavilənin ləğvi və zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilk və müqavilənin ləğvi və zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 avqust tar ixli 2-2(106)- 59/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçı "xxxx" MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 2019-cu il 21 dekabr tarixli xx-xx-2019 saylı müqaviləyə əsasən “Satıcı” malı “İnkoterms 2010” qaydalarına müvafiq olaraq hazırkı müqaviləyə Spesifikasiyalarda qeyd edilən FCAUkrayna, Dnepr şəhəri, İvan Ezau küçəsi 15 şərtlərində satır, “Alıcı” isə onu qəbul edir və onun üçün ödənişi həyata keçirir, "xxxx" MMC 6 saylı Spesifikasiyaya uyğun olaraq 52.332,5 ABŞ dolları dəyərində, 7 saylı Spesifikasiyaya uyğun olaraq 27.102 ABŞ dolları dəyərində malları "xxxx" MMC-yə satmışdır. 2. "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə borcunun ödənilməsi ilə bağlı 2022-ci il 12 sentyabr tarixdə pret enziya məktubu göndərilmişdir. 3. "xxxx" MMC-nin 2022-ci il 3 sentyabr tarixli, “Malların defekt olması səbəbindən geri qaytarılması və dəymiş ziyanın ödənilməsi barədə” iclasının 1 saylı protokolunun surətindən görünür ki, Sifarişçi tərəfindən irəli sürülən iddia tələbin qəbul olunması, Sifarişçiyə dəymiş 29.105 manat məbləğində ziyanın (gömrük rüsumu, nəqliyyat xərcləri, malların boşaldılıb yığılması xərcləri) "xxxx" MMC tərəfindən ödənilməsi, defekt malların "xxxx" MMC-nin öz hesabına gömrük rüsumu, nəqliyyat xərcləri, malların yığılıb boşaldılması xərclərini ödəməklə geri qaytarılması, “Senator” plastik boru kompozit d 25 mm malların defekt və istifadəyə yararsız olması ilə əlaqədar "xxxx" MMC-yə dəymiş ziyanın ilkin məbləğinin 29.105 manat təsdiq olunması, “Senator” markası altında ti carət fəaliyyəti göstərən "xxxx" MMC-nin etiket nüfuzuna dəymiş mənəvi ziyanın miqdarının müəyyənləşdirilməsi, 2022-ci il 3 sentyabr tarixli iclasın 1 saylı protokolundan irəli gələn tədbirlərin həyata keçirilməsi qərara alınmışdır.
4. OX1 saylı 2022-ci il 1 fevral tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" MMC "xxxx" MMC-yə 12.672,50 ABŞ dolları məbləğində pul vəsaiti köçürmüş, Lakin, "xxxx" MMC-nin nümayəndəsi isə məhkəmə iclasında qeyd edilən tarixdə köçürmənin həyata keçirilməsinin mümkün olmadığını bildirmişdir. 5. "xxxx" MMC ilə X7 arasında bağlanmış 2022-ci il 18 fevral tarixli A-3-22 saylı Müqaviləyə əsasən “Satıcı” malı “İnkoterms 2010” qaydalarına müvafiq olaraq hazırkı müqaviləyə Spesifikasiyalarda qeyd edilən CPT satır. “Alıcı” isə onu Azərbaycan, Bakı şəhərində qəbul edir və onun üçün ödənişi həyata keçirir, 1 saylı Spesifikasiyanın surətindən görünür ki, "xxxx" MMC 1 saylı Spesifikasiyaya uyğun olaraq 39.774,50 ABŞ dolları dəyərində malları X1.
6. X7 2022-ci il 15 mart tarixdə 5.000 ABŞ dolları, 2022-ci il 21 aprel tarixdə 5.800 ABŞ dolları və 2022-ci il 11 iyul tarixdə 1.872,5 ABŞ dolları olmaqla cəmi 12.672,5 ABŞ dolları məbləğində pul vəsaitini "xxxx" MMC-yə ödəmişdir. 7. "xxxx" MMC-nin direktoru A.İ.Qruzin ilə "xxxx" MMC-nin direktoru Ç.A.Teymurov 2019-cu ilin dekabr ayından 2022-ci ilin fevral ayına kimi olan dövr üçün qarşılıqlı hesablaşmalar apararaq barışıq aktı tərtib etmişlər.
8. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2022-ci il 6 yanvar, 2022-ci il 7 yanvar və 2022-ci il 31 yan var tarixli “Vergi ödəyicisinin qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarları ilə "xxxx" MMC vergi məsuliyyətinə cəlb edilmişdir.
9. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2023-cü il 10 fevral tarixli 333/2 002433/2023 saylı məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 2019cu il 1 dekabr tarixdən 2022-ci il 31 dekabr tarixə qədər olan dövr ərzində ixracatçı "xxxx" MMC tərəfindən idxalatçı "xxxx" MMC-nin ünvanına göndərilən mallara dair sənədlərin surəti təqdim olunmuş, 2022-ci il 1 fevral tarixdən 2022-ci il 31 dekabr tarixədək olan dövr ərzində X3 "xxxx" MMC-dən mal idxal etməsi barədə Dövlət Gömrük Komitəsinin X2 Sistemində məlumat qeydə alınmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki ic raat
10. İddiaçı "xxxx" MMC (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu il 21 dekabr tarixli xx-xx/2019 saylı müqaviləyə əsasən cavabdehdən ümumilikdə 39.774,5 ABŞ dolları məbləğində əsas borcun (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) iddiaçının xeyrinə tutulması, 2019-cu il 21 dekabr tarixli xx-xx/2019 saylı müqaviləyə, 6 saylı Spesifikasiya görə 2021-ci il 25 avqust tarixdən 12.672,5 ABŞ dolları və 7 saylı Spesifikasiya görə 2021-ci il 27 sentyabr tarixdən 27.102 ABŞ dolları ödənilməmiş borca görə gecikdirilmiş vaxt üçün məhkəmə qətnaməsi qəbul olunan tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsini əsas götürməklə məhkəmə tərəfindən faiz məbləğinin (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) hesablanaraq iddiaçının xeyrinə tutulması, iddiaçı tərəfindən mediasiyaya çəkilmiş 400 manat rüsum və hüquqi xidmətin göstərilməsinə görə vəkilə ödənilmiş 850 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu il 21 dekabr tarixli xx-xx/2019 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, “satıcı” malı “İnkoterms 2010” qaydalarına müvafiq olaraq hazırkı müqaviləyə spesifikasiyalarda qeyd edilən FCA-Ukrayna, Dnepr şəhəri, İva Ezau küçəsi 15 şərtlərində satır, “alıcı” isə onu qəbul edir və onun ü çün ödənişi həyata keçirir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, “satıcı” malları bu müqavilənin ayrılmaz hissəsi olan (müqavilənin 2.1-ci bəndi) Spesifikasiyalarında göstərilən çeşiddə, miqdarda və qiymətlərlə tədarük edir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, göndərmə məntəqəsində - Dnepr şəhərində malın gömrük bəyannaməsinin rəsmiləşdirildiyi tarix tədarük tarixi hesab olunur. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən, müqavilənin məbləği 500.000 ABŞ dollarıdır. İddiaçı müqavilənin şərtlərini yerinə yetirərək, 2019-cu il 21 dekabr tarixdən 2022-ci il 20 iyun tarixədək cavabdehə ümumi dəyəri 184.364,5 ABŞ dolları dəyərində malları tədarük etmişdir. Bu günə qədər təhvil verilən mallara görə ödənilməmiş malların ümumi məbləği 39.774,5 ABŞ dolları təşkil edir. Belə ki, 2021-ci il 25 a vqust tarixli 6 nömrəli Spesifikasiyaya uyğun olaraq mallara görə qismən 39.660 ABŞ dolları məbləği ödənilmişdir. Belə ki, 6 nömrəli Spesifikasiyaya görə borc 12.672,5 ABŞ dollar və 7 saylı Spesifikasiyaya üzrə borc 27.102 ABŞ dollar təşkil edir. 2022-ci il 20 iyun tarixdə tərəflər 2019-cu il 1 dekabr tarixdən 2022-ci il 20 iyun tarixə qədər olan müddətə qarşılıqlı hesablaşma aktı imzalayaraq, 2022-ci il 20 iyun tarixinə borcun ödənilməsi barədə razılığa gəlmişlər. Cavabdeh tərəfindən iddiaçının xeyrinə 39.774,5 ABŞ dolları borc məbləği ödənilməlidir. Belə ki, qeyd olunan maddəyə əsasən, 2019-cu il 21 dekabr tarixli xx-xx/2019 saylı müqaviləyə, 6 saylı Spesifikasiya əsasən 2021-ci il 25 avqust tarixdən və 7 saylı Spesifikasiya əsasən 2021-ci il 27 sentyabr tarixdən hesablanmaqla müqavilə ü zrə ödənilməmiş borcun (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) gecikdirilmiş vaxt üçün məhkəmə qətnaməsi qəbul olunan tarixə olan Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsini əsas götürməklə məhkəmə tərəfindən hesablanaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi məqsədə müvafiqdir. 2022-ci il 10 noyabr tarixə Azərbaycan Respublikası Mərkəzi Bankı bank uçot dərəcəsini 8% müəyyən etmişdir. 2022-ci il 29 iyul tarixdə və 2022-ci il 12 sentyabr tarixdə pretenziya poçt və cavabdehin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində olan elektron kabinetinə göndərilmişdir. İddiaçı bu tələblə bağlı 2022-ci il 20 sentyabr tarixdə mediasiya prose sinin tətbiqi barədə təklifi poçt və cavabdehin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində olan elektron kabinetinə göndərmişdir. 2022-ci il 3 oktyabr tarixdə məcburi mediasiya sessiyasının keçirilməsi məqsədilə Mediasiya Şurasına müraciət edilmiş, mediator Tural Şahbazov tərəfindən 2022-ci il 24 oktyabr tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” MŞB/6-6269 nömrəli arayış qəbul edilmişdir. Buna görə də, məhkəməyə müraciət edilməsi qərarına gəlinmişdir.
12. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra – “MM”) 14.1, 14.2.1, 385.1, 389.1, 425.1, 442, 567, 597, 598.1, 598.3, 449.1, 449.2, 449.3, 449.4-cü maddələrinə, “Me diasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.1, 26.1, 107, 119.1-ci maddələrinə istinad etmişdir.
13. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, etirazını “6 saylı Spesifikasiya üzrə tələb olunan 12.672,50 ABŞ dolları məbləğində pul vəsaitinin tam şəkildə ödənilməsi, vergi orqanı tərəfindən cavabdehdə yoxlamalar aparılması, 2022-ci il 2 fevral tarixdən 2022-ci il 16 sentyabr tarixədək bank hesabına sərəncam qoyulması, qeyd olunan məbləğin göndərilməsinin yalnız bank hesabı üzərindən mümkün olacağından, cavabdehin əvvəllər işçisi olmuş X5 qeyd olunan şirkətlə müqavilə bağlamasını xahiş etməsi, Xəqani Teymurovla müqavilənin bağlanmasına səbəbin cavabdeh tərəfindən iddiaçıya ö dənilməyən 12.672,50 ABŞ dollarının ödənilməsini təmin etmək olması, iddiaçı ilə X7 arasında 2022-ci il 18 fevral tarixdə A-3-22 saylı müqavilə bağlanması, müqavilə bağlandıqdan sonra Xəqani Teymurov tərəfindən iddiaçıya 2022-ci il 22 mart tarixdə 5.000 ABŞ dolları, 2022-ci il 20 aprel tarixdə 5.800 ABŞ dolları, 2022-ci il 8 iyul tarixdə 1.872,50 ABŞ dolları məbləğində pul ödənilməsi, cavabdehin müqavilə üzrə və 6 nömrəli spesifikasiya üzrə ödənilməyən 12.672,50 ABŞ dollarını özü ödəyə bilməsə də, məhz Xəqani Teymurovun bank hesabı vasitəsilə hissə-hissə ödəməsi, əgər belə olmasaydı, o zaman iddiaçı qəbul etdiyi avans üzrə Xəqani Teymurova müqavilədə qeyd olunan malları göndərərdi, lakin iddiaçı tərəfindən Xəqani Teymurova hər hansı mal göndərilməməsi, 6 saylı Spesifikasiya üzrə tələb olun an 12.672,50 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdeh tərəfindən tam şəkildə ödənilməsi” ilə əsaslandırmışdır.
14. Bundan başqa, cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, “7 saylı Spesifikasiya üzrə iddiaçı tərəfindən cavabdehə 27.102 ABŞ dolları məbləğində mal göndərilmişdir. Eyni zamanda, 7 saylı Spesifikasiya üzrə iddiaçının göstərişinə əsasən onun göndərdiyi Qruzin Olenaya məxsus olan pasporta əsasən onun adına 2022-ci il 1 avqust tarixdə X4 tərəfindən 1.000 ABŞ dolları, 2022-ci il 1 avqust tarixdə X8 tərəfindən 1.000 ABŞ dolları, 2022-ci il 5 avqust tarixdə X11 tərəfindən 500 ABŞ dolları və 2022-ci il 5 avqust tarixdə X9 tərəfindən 1.000 ABŞ dolları olaraq ümumilikdə 3.500 ABŞ dolları göndərmişdir. 7 saylı Spesifikasiya üzrə 27.102 ABŞ dollarından 3.500 ABŞ d olları məbləğində pul ödənilmişdir. Qalıq borc 23.602 ABŞ dolları qalmışdır. Göndərilmiş malın 20.000 metri, yəni 14.000 ABŞ dolları dəyərində olan mal qüsurlu olmuşdur. Malın qüsurlu olmasını cavabdeh bildikdən sonra, bu barədə tərəflər arasında yazışmalar olmuş, müqavilə şərtlərinə əsasən hətta cavabdeh Ukrayna Respublikasına getmiş və ziyanın yarı hissədə bölünməsinə razılıqları olsa da, sonradan həmin mal cavabdeh tərəfindən idxal olunduqda ona təkrarən ziyan dəymiş və məcburi şəkildə 14.000 dollarlıq maldan 11.000 ABŞ dollarının ödənilməsini və ya silinməsini qarşı tərəfdən tələb etmişdir. Qarşı tərəf isə öz növbəsində danışıqlar yolu ilə razılığa gəlsə də, mail yazışmasında ödənilən 3.500 ABŞ dollarını və 11.000 ABŞ dolları ziyanı dolayı yolla qəbul etmiş, lakin cavabdehin borcu ödən ildikdən sonra həmin hissəyə münasibət bildirəcəyini yazmışdır. Qeyd etmişdir ki, əgər o, malın qüsurlu olduğunu qəbul etsə, onun barəsində cinayət işi qaldırılar və vergi onu cərimə edər. Odur ki, bu hissəni aralarında tənzimlənməsini xahiş etmişdir. Qüsurlu maldan 6.000 metr satılmamışdır. Qüsurlu mal X6 dəyərindən daha aşağı məbləğə satılsa da, boru tam keyfiyyətsiz olduğundan Eldar Məmişov tərəfindən qəbul edilməmiş, cavabdeh təkrarən ziyana düşmüşdür. Tərəflərin arasında mail yazışmaları və WhatsApp vasitəsi ilə danışıqlar aparılmışdır. Cavabdeh öz növbəsində qüsurlu malla əlaqədar Eldar Məmişova idxal etdiyi malları geri qaytarmamışdır. Eldar Məmişova satılan mal üzrə 29.105 manatın ABŞ dollarına ekvivalenti 17.120 ABŞ dolları etmişdir. Göründüyü kimi cavabdeh özü burada qazanc əld ə etmək əvəzinə çox böyük məbləğdə ziyanla üzləşmişdir. Həmin qəbul etdiyi yarasız mal üçün 8.659,01 manat dollara ekvivalenti 5.093,54 ABŞ dolları məbləğində gömrük bəyannaməsinə əsasən pul ödənilmişdir. Lakin həmin malın satışını həyata keçirə bilmir. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Qüsurlu malın 6.000 metri isə satılması və geri qaytarılması mümkün olmadığından cavabdehin anbarında qalmışdır. Göründüyü kimi cavabdeh özü maddi ziyana düşmüşdür. Cavabdeh tərəfindən idxal olunan mal qüsurlu olduğundan o, 17.120 ABŞ dolları məbləğində yəni 29.105 manat məbləğində pulu Eldar Məmişova geri qaytarmışdır. Hətta qüsurlu mal satdığına görə işgüzar nüfuzu bazar subyektləri arasında aşağı düşmüş və alıcılıq qabiliyyəti də zəifləmişdir. Odur ki, cavabdeh hazırkı spesifikasiya üz rə müqavilə şərtlərinə əsasən şifahi danışıqlara əsasən öz aralarında bu mübahisəni həll etdiklərini nəzərə aldığından və qüsurlu mala görə kifayət qədər ziyana düşdüyündən, iddia tələbi həmin hissədə də təmin edilməməlidir.
15. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında 2019-cu il 21 dekabr tarixdə 21-12\2019 saylı bağlanmış müqavilənin ləğv edilməsi və dəymiş zərər üçün 20.000 manat məbləğində pulun iddiaçıdan tutularaq, cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2019-cu il 21 dekabr tarixdə bağlanmış 21-12\2019 saylı müqaviləyə əsasən iddiaçı “cavabdeh ilə alqısatqı müqaviləsi bağlayaraq satıcı malı “İnkoterms 2010” qaydal arına əsasən hazırkı müqaviləyə Spesifikasiyalarda qeyd edilmiş FCA-Ukrayna, Dnepr şəhəri, İvan Ezao küçəsi 15 şərtlərində satır, alıcı isə onu qəbul edir və onun üçün ödənişi həyata keçirir. Tərəflər arasında bağlanmış müqavilənin 9-cu maddəsinin 5-ci bəndinə əsasən alıcının tələbinə əsasən satıcı su təchizatı və isitmə sistemləri üçün çox təbəqəli metal plastik borular “SENATOR PEX-AL-PEX” 16x2.o, “VİP SENATOR PEX- AL-PEX 16x2, “SENATOR PEX EVOH” 16x2, çox təbəqəli polimetr boruları digər alıcılara “SENATOR” adı ilə tədarük edə bilməz. İddiaçının 6 nömrəli “Spesifikasiya” üzrə ödənilməyən 12.672,5 ABŞ dolları məbləğində pulun X7 tərəfindən ödənildiyini qeyd etmişdilər. X7 ilə iddiaçı arasında 2022ci il 18 fevral tarixdə A-3-22 saylı müqavilə bağlanmışdır. Müqavilənin predmeti satıcı malı “İnkoterms 2010” qaydalarına müvafiq olaraq, hazırkı müqaviləyə Spesifikasiyalarda qeyd edilən CPT satır, alıcı isə onu Azərbaycan, Bakı şəhərində qəbul edir və onun üçün ödənişləri həyata keçirir. Müqavilənin 2.2-ci bəndinə əsasən satıcı iddiaçı tərəfindən istehsal edilmiş qüvvədə olan standartlara müvafiq malı tədarük edir və malın keyfiyyətini uyğunluq sertifikatına uyğun təsdiq edir. İddiaçı ilə X7 arasında bağlanmış 2022-ci il 18 fevral tarixdə A-3-22 saylı müqavilənin 9-cu maddəsinin 5-ci bəndinə əsasən alıcının tələbinə əsasən satıcı su təchizatı və isitmə sistemləri üçün çox təbəqəli metal plastik borular “SENATOR PEX-AL-PEX” 16x2.o, “VİP SENATOR PEX-AL-PEX” 16x2, “SENATOR PEX EVOH” 16x2, çox təbəqəli polimetr boruları digər alıcılara “SENATOR” adı ilə tədarük edə bilməz. Göründüy ü kimi, iddiaçı və cavabdehin arasında bağlanmış müqavilənin 9.5-ci maddəsinə əsasən o, “SENATOR PEX-AL-PEX” 16x2.o, “VİP SENATOR PEX-AL-PEX” 16x2, “SENATOR PEX EVOH” 16x2, çox təbəqəli polimetr boruları digər alıcılara “SENATOR” adı ilə tədarük edə bilməyəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq, o, müqavilə şərtlərini yerinə yetirməyərək, X5 da məhz həmin marka adı altında olan məhsulları idxal edəcəyi ilə bağlı öhdəlik götürmüşdür. Bununla da, iddiaçı cavabdeh ilə bağlanmış müqavilə üzrə yerinə yetirilməli olduğu öhdəliyi pozmuşdur. Eyni markanı başqa alıcıya satmaması barədə öhdəlik götürsə də, onu yerinə yetirməmiş, müqavilə üzrə yerinə yetirilməli olan öhdəlik pozulduğundan, müqavilə ləğv edilməli və iddiaçı tərəfindən cavabdehə vurduğu zərəri ödəməlidir.
17. Şirvan Kommersiya Məhk əməsinin 2023-cü il 14 mart tarixli e-2-2(121)-98/2023 nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, 2019-cu il 21 dekabr tarixli xxxx/2019 saylı müqaviləyə əsasən 6 saylı Spesifikasiya üzrə ödəniş gününə qüvvədə olan məzənnə ilə 12.672,50 ABŞ dolları məbləğində və 7 saylı Spesifikasiya üzrə ödəniş gününə qüvvədə olan məzənnə ilə 27.102 ABŞ dolları məbləğində, cəmi 39.774,50 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, 300 manat məbləğində mediasiyaya dair xərcin və 500 manat məbləğində hüquqi xidmətin göstərilməsinə görə vəkilə ödənilmiş xərcin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdehin iddiaçıya qarşı müqavilənin ləğv edilməsi və zərərin ödənilməsi barəsində qarşılıqlı idd iasının rədd edilməsi, 200 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim – N.Misirzadə).
18. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2019-cu il 21 dekabr tarixli xx-xx-2019 saylı müqaviləyə əsasən 6 saylı Spesifikasiyaya uyğun olaraq 52.332,5 ABŞ dolları dəyərində, 7 saylı Spesifikasiyaya uyğun olaraq 27.102 ABŞ dolları dəyərində mallar iddiaçı tərəfindən cavabdehə göndərilmiş, 6 saylı Spesifikasiya üzrə 39.660 ABŞ dolları məbləğində cavabdeh tərəfindən ödəniş edilmişdir. Hazırda cavabdehin iddiaçıya 6 saylı Spesifikasiya üzrə 12.672,50 ABŞ dolları məbləğində, 7 saylı Spesifikasiya üzrə isə 27.102 ABŞ dolları məbləğində borcu qalmışdır.
19. Həmçinin işin mübahisəsiz hallarına əsa sən müəyyən edilmişdir ki, 6 saylı Spesifikasiyaya uyğun olaraq 52.332,5 ABŞ dolları dəyərində, 7 saylı Spesifikasiyaya uyğun olaraq 27.102 ABŞ dolları dəyərində mallar iddiaçı tərəfindən cavabdehə göndərilmiş və həmin mallar cavabdehə təhvil verilmiş, tərəflər arasında göndərmə müqaviləsi bağlanmış, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında mal(lar) almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstəril ən müqavilənin şərtlərinin icrasını və qeyd edilən borcun ödənilməsini tələb etməkdə haqlıdır.
20. Məhkəmə, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq, hesab etmişdir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri xarici valyuta ilə yaranmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir.
21. Məhkəmə həmçinin ilkin iddianın “ödənilməmiş borca görə gecikdirilmiş vaxt üçün məhkəmə qətnaməsi qəbul olunan tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsini əsas götürməklə məhkəmə tərəfindən fai z məbləğinin hesablanaraq tutulması”na dair hissəsini araşdıraraq hesab etmişdir ki, ilkin iddianın həmin hissəsi əsassızdır.
22. MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.
23. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması işin materialları ilə sübuta yetirilmədiyindən, ilkin iddia göstərilən hissədə rədd edilməlidir.
24. Məhkəmə həmçinin ilkin iddianın 400 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab etmişdir ki, ilk in iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh(lər) iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilə(lər)dən irəli gələn vəzifələrini icra etməmə(lər)si nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar mediasiya xərcini ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının mediasiya xərcini ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdeh(lər)dən alınaraq iddiaçıya ödənilməlidir.
25. Məhkəmə hesab etmişdir ki, ilkin iddia qismən təmin edilməli olduğundan, ilkin iddia tələbi bu hissədə də qismən təmin edilərək cavabdeh(lər)dən 300 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir.
26. Məhkəmə eyni zamanda iddia tələbinin “hüquqi yardımla bağlı çəkdiyi 850 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab etmişdi r ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, ilkin iddia isə qismən təmin edilməli olduğundan, göstərilən məbləğ ağlabatan məbləğdə, yəni 500 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
27. Məhkəmə cavabdehin ilkin iddiaya etirazının dəlillərini araşdıraraq, hesab etmişdir ki, cavabdehin göstərilən dəlilləri əsassızdır. Belə ki, iddiaçı ilə X7 ayrıca şəkildə müqavilə bağlanmış və tərəflər biri-digəri qarşısında müqavilədən irəli gələn öhdəliklər götürmüşlər. Buna görə də, Xəqani Teymurovla bağlanmış müqavilə üzrə ödənilmiş pul vəsaitinin məhz hazırkı iş üzrə cavabdehin borcuna görə ödənilmiş məbləğ kimi qiymətləndirilə bilm əz. Digər tərəfdən, X7 ilə iddiaçı arasında bağlanmış 2022-ci il 18 fevral tarixli müqavilə üzrə Xəqani Teymurovun (və ya iddiaçının) tələb(lər) irəli sürmək hüququ vardır.
28. Beləliklə, cavabdeh ilkin iddiaya etirazını üçüncü şəxslər tərəfindən başqa şəxsə (iddiaçıya deyil) ödənilmiş pul vəsaitləri ilə əsaslandırmış, cavabdeh etirazında həmçinin, mal(lar)ın qüsurlu olmasına istinad etsə də, buna dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, yalnız cavabdehin özü tərəfindən tərtib edilmiş 2022-ci il 3 sentyabr tarixli (Malların defekt olması səbəbindən geri qaytarılması və dəymiş ziyanın ödənilməsi barədə) iclasın 1 saylı protokoluna istinad etmişdir.
29. Bundan əlavə, cavabdehin nümayəndəsi məhkəmə iclasında barışıq aktının surətini məhkəməyə təqdim edərək, iddiaçı ilə cavabdeh arasında 2019-cu ilin dekabr ayından 2022-ci ilin fevral ayına kimi olan dövr üçün qarşılıqlı hesablaşmalar aparılaraq barışıq aktı tərtib edilməsinə, həmin aktda “X7”nun da adının qeyd olunmasına istinad etmişdir.
30. Halbuki, iddiaçı ilə cavabdeh tərtib edilmiş barışıq aktında X7”nun adı deyil, başqa şəxs, yəni “Ç.A.Teymurov” göstərilmişdir. Həm də barışıq aktında Ç.A.Teymurov cavabdehin direktoru kimi qeyd edildiyindən, cavabdehin göstərilən dəlilləri də əsassızdır.
31. Məhkəmə qarşılıqlı iddianın dəlillərini araşdıraraq, hesab etmişdir ki, qarşılıqlı iddia əsassızdır.
32. Belə ki, məhkəmə araşdırılması zamanı qeyd edilən müqavilənin qanunvericilikdə nəzərdə tutulmuş ləğvinin əsasları müəyyən edilmədi. Belə olan halda, cavabdehin mövcud qarşılıqlı iddia tələbi “müqavilənin ləğv edilməs i” hissəsində əsassızdır, göstərilən müqavilənin ləğv edilməsinin əsasları məhkəmə iclasında müəyyən edilmədiyindən, cavabdehin qarşılıqlı iddia tələbi “müqavilənin ləğv edilməsi” hissəsində əsassızdır. Buna görə də, qarşılıqlı iddia həmin hissədə rədd edilməlidir.
33. Məhkəmə qarşılıqlı iddianın “dəymiş zərərin ödənilməsi”nə dair hissəsini araşdıraraq, hesab etmişdir ki, qarşılıqlı iddia göstərilən hissədə də əsassızdır.
34. Belə ki, cavabdeh qarşılıqlı iddia tələbini ona zərər dəyməsi ilə əsaslandırmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh ona zərər dəyməsi, dəymiş zərərin 20.000 manat olması barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, ziyanın ödənilməsinə dair qarşılıqlı iddia tələbi əsassızdır. Odur ki, qarşılıqlı iddia rədd edilməlidir.
35. Məhkəmə həmçinin hesab etmişdir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, ilkin iddia qismən təmin, qarşılıqlı iddia isə rədd edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumunun 200 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
36. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə, MM-in 21, 385.1, 404, 421.1, 421.2, 423.1, 423.2, 439.1, 439.2, 442, 443.1, 449.1, 449.2, 627.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan R espublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 9.1-1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 5.1, 14.2, 77.1, 107, 115.0.5, 115.0.6, 119.1, 119.2, 121.1, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
37. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 14 mart tarixli e-2-2(121)-98/2023 saylı qətnaməsinin lə ğv edilməsini, işə yenidən baxılaraq ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
38. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 avqust tarixli 2-2(106)-59/2023 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 14 mart tarixli e-22(121)-98/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – P.Əhmədov, hakimlər – T.Kərimov və C.İmanov).
39. Məhkəmə kollegiyası hazırkı mülki işin hallarına apellyasiya şikayətinin dəlillərinə uyğun hüquqi qiymət verərək bildirmişdir ki, istənilən iddia üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılma sından və məhkəmədə müəyyən edilmiş faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırkı halda apellyasiya şikayətinin təmin edilərək, hazırkı qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün heç bir əsas yoxdur, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir.
40. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində vergi tərəfindən qoyulmuş məhdudiyyətə görə pulun ödənilməsi mümkün olmadığından X7 vasitəsi ilə ödənişlərin hissə-hissə ödənilməsi, müqavilə şərtlərinin pozularaq X5 da məhz həmin marka adı altında olan məhsulların idxal edəcəyi ilə bağlı öhdəlik götürülməsi, idxal edilmiş malın qüsurlu olması, təqdim olunan barışıq aktı kimi qeyd olunan sənədin qarşı tərəfin dilinə uyğun olaraq Ukrayna dilində tərtib olunması və orada “X” hərfinin “Ç” hərfi kimi qeyd olunmasının cavabdehin səhvi ucbatından baş verməməsi barədə dəlillərini formal mülahizə xarakterli dəlillər hesab etmişdir.
41. Məhkəmə kollegiyası, əlavə olaraq qeyd etmişdir ki, tərəflər arasında 2022-ci il 20 iyun tarixli Üzləşmə Aktına əsasən cavabdehin iddiaçıya borcu 39.774,50 ABŞ dolları məbləğ təşkil edir. Habelə cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Ukrayna dilində olan akt daha əvvəlki tarixə olduğu üçün (2022-ci il 14 iyun) sonrakı tarixdə - 2022ci il 20 iyun tarixdə aparılmış Üzləşmə Aktı daha mötəbər sü but sayılmalıdır.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə dair bildirmişdir ki, tərəflər arasında mövcud münasibətlərin yaranması əsasları işdəki sübutlarla təsdiqini tapır və onlar arasında işgüzar münasibətlərin real iradə ifadəsi əsasında baş tutması işin mübahisəsiz halıdır.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin heç bir mötəbər sübutla öz təsdiqini tapmayan dəlillərini formal mülahizə hesab etmişdir. Belə ki, apellyasiya şikayətinin dəlilləri qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla hazırkı məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdı rılmış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin həqiqi hallarına uyğun gəlir.
44. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə, MM-in 6.1.2, 21.1, 21.2, 385.1, 386.1, 404.1, 404.2, 425.1, 567, 600.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 20 may tarixli Qərarına, MPM-in 9.3, 217.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
45. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2 023-cü il 4 aprel tarixli 22(106)-59/2023 saylı qətnaməsinin ilkin iddia tələbi hissəsində ləğv edilməsini, qarşılıqlı iddia tələbinə aid hissədə təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
46. MM-in 385.1, 386.1, 424.5, 587.2.1, 589.2-ci maddələrinin tələbləri pozulmuşdur. İddiaçı ilə cavabdeh arasında 2019-cu il 21 dekabr tarixdə bağlanmış 21-12\2019 saylı müqavilədə qeyd olunan öhdəlik qarşı tərəfdən pozulmuşdur. Şirvan Apellyasiya Məhkəməsi isə həmin öhdəliyin pozulmasına əhəmiyyət verməyərək qətnamə qəbul etmişdir. Ümumiyyətlə müqavilə alqı-satqı müqaviləsi olsa da, məhkəmə ona göndərmə müqaviləsi adı vermişdir. Bundan başqa iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilən in 9.5-ci maddəsinə əsasən o, “SENATOR PEX-AL-PEX” 16x2.o, “VİP SENATOR PEX-AL-PEX 16x2, “SENATOR PEX EVOH” 16x2, çox təbəqəli polimetr boruları digər alıcılara “SENATOR” adı ilə tədarük edə bilməyəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq, o müqavilə şərtlərini yerinə yetirməyərək, X5 da məhz həmin marka adı altında olan məhsulları idxal edəcəyi ilə bağlı öhdəlik götürmüşdür. Bununla da, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə yerinə yetirilməli olduğu öhdəliyi pozmuşdur. X.Teymurovla iddiaçı arasında bağlanmış müqaviləni məhkəmə əsaslı hesab etdiyindən, cavabdehin müqavilənin 9.5-ci bəndinə riayət edilmədiyindən, iddiaçı tərəfindən müqavilə şərti kobud şəkildə pozulmuşdur. İddiaçı tərəf eyni markanı başqa alıcıya satmaması barədə götürdüyü öhdəliyi yerinə yetirməməsi məhkə mə tərəfindən araşdırılmamışdır. Qarşı tərəf müqavilə üzrə yerinə yetirilməli olan öhdəliyi pozduğundan, öhdəliyini yerinə yetirmədiyindən, onlar arasında bağlanmış müqavilə ləğv edilməlidir.
47. İddiaçı tərəfin 6 nömrəli spesifikasiya üzrə tələb olunan 12.672,50 ABŞ dolları məbləğində pul cavabdeh tərəfindən tamamilə ödənilmişdir və 6 spesifikasiya üzrə ödənilməyən heç bir məbləğ qalmamışdır. Bundan başqa 7 nömrəli 2021-ci il 27 sentyabr tarixli spesifikasiya üzrə iddiaçı tərəfindən cavabdehə 27.102 ABŞ dolları məbləğində mal göndərilmişdir. Eyni zamanda 7 nömrəli spesifikasiya üzrə iddiaçının göstərişinə əsasən onun göndərdiyi Qruzin Olenaya məxsus olan pasporta əsasən onun adına 2022-ci il 1 avqust tarixdə X4 tərəfindən 1.000 ABŞ dolları, 2022-ci il 1 avqust tarixdə X8 tərəfindən 1.000 ABŞ dolları, 2022-ci il 5 avqust tarixdə X11 tərəfindən 500 ABŞ dolları və 2022-ci il 5 avqust tarixdə X9 tərəfindən 1.000 ABŞ dolları olaraq ümumilikdə 3.500 ABŞ dolları göndərmişdir. Qeyd edilir ki, 7 nömrəli spesifikasiya üzrə 27.102 ABŞ dollarından 3.500 ABŞ dolları məbləğində pul ödənilmişdir. Qalıq borc 23.602 ABŞ dolları qalmışdır. Göndərilmiş malın 20.000 metri yəni 14.000 ABŞ dollar dəyərində olan mal qüsurlu olmuşdur. Malın qüsurlu olmasını cavabdeh bildikdən sonra, bu barədə tərəflər arasında yazışmalar olmuş, müqavilə şərtlərinə əsasən hətta cavabdeh Ukrayna Respublikasına getmiş və ziyanın yarı hissədə bölünməsinə razılıqları olsa da, sonradan həmin mal cavabdeh tərəfindən idxal olunduqda ona təkrarən ziyan dəymiş və məcburi şəkildə 14.000 dollarlıq maldan 11.000 ABŞ dollarını n ödənilməsini və ya silinməsini qarşı tərəfdən tələb etmişdir. Qarşı tərəf isə öz növbəsində danışıqlar yolu ilə razılığa gəlsə də, mail yazışmasında ödənilən 3.500 ABŞ dollarını və 11.000 ABŞ dolları ziyanı dolayı yolla qəbul etmiş, lakin cavabdehin borcu ödənildikdən sonra həmin hissəyə münasibət bildirəcəyini öncə yazmışdır. Qeyd etmişdir ki, əgər o malın qüsurlu olduğu qəbul etsə onun barəsində cinayət işi qaldırılar və vergi onu cərimə edər. Odur ki, bu hissəni aralarında tənzimlənməsini xahiş etmişdir. Əlavə olaraq qeyd edilir ki, qüsurlu maldan 6.000 metr satılmamışdır. Qüsurlu mal X6 dəyərindən daha aşağı məbləğə satılsa da, boru tam keyfiyyətsiz olduğundan E.Məmişov tərəfindən qəbul edilməmiş, cavabdeh təkrarən ziyana düşmüşdür. Tərəflərin arasında mail yazışmaları və WhatsApp vasitəsi ilə danışıqlar aparılmış və iş materialına əlavə edilmişdir. Həmin mal 7 nömrəli spesifikasiyaya əsasən 2021-ci il 27 sentyabr tarixdə göndərilmişdir. O müddətdən malın yarasız olduğunu bildirilmişdir. Cavabdeh öz növbəsində qüsurlu malla əlaqədar E.Məmişova idxal etdiyi malları geri qaytarmamışdır. E.Məmişova satılan mal üzrə 29.105 manatın ABŞ dollarına ekvivalenti 17.120 ABŞ dolları etmişdir. Göründüyü kimi cavabdeh özü burada qazanc əldə etmək əvəzinə çox böyük məbləğdə ziyanla üzləşmişdir. Həmin qəbul etdiyi yararsız mal üçün 8.659,01 manat dollara ekvivalenti 5.093,54 ABŞ dolları məbləğində gömrük bəyannaməsinə əsasən pul ödənilmişdir. Lakin həmin malın satışını həyata keçirə bilmir. Hətta qüsurlu mal satdığına görə işgüzar nüfuzu bazar subyektləri arasında aşağı düşmüş və a lıcılıq qabiliyyəti də zəifləmişdir. Cavabdeh tərəfindən mötəbər sübut kimi malların defekti olması ilə bağlı protokol tərtib edilmiş və məhkəməyə təqdim olunmuş və malın qüsurlu olması ilə bağlı tərəflər arasında olan mail yazışmaları təqdim olunmuş iddiaçının özünün malın qüsurlu olması ilə bağlı yazışmaları da məhkəmə tərəfindən mötəbər sübut hesab olunmasa da ona əsaslanılmışdır.
48. MPM-in 14.1, 80, 218.1-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya instansiya məhkəməsi tərəfindən MPM-in 218.1-ci maddəsinin tələbləri pozulmuşdur. İşə baxan məhkəmə tərəfindən iş materiallarında olan sübutlar araşdırılmadan, tərəflərin izahatları nəzərə alınmadan əsassız qətnamə qəbul edilmişdir. Məhkəməyə təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməyib.
49. Məhkəmə tərəfindən iş üzrə möt əbər sübut olmadan, qalan malın xarab olubolmamasını aydınlaşdırmadan, sənədlərin əslini tələb etmədən, əsassız qətnamə qəbul etmişdir. Həmçinin məhkəmənin əsaslandığı barışıq aktı kimi qeyd olunan sənəddə Teymurov Ç.A Ukrayna dilində X hərfinin Ç olub olmaması da yalnız mütəxəssis tərəfindən bilinə bilərdi. Mütəxəssis olaraq hakim özü buna qiymət vermişdir və əgər həmin sənədi mötəbər sübut hesab etmirdisə təqdim olunan sənədlərin hər birisi yalnız surət olmuşdur. Əsaslandığı digər aktda da qeyd olunan imzalar da ümumiyyətlə araşdırılmayıb və faksmil olduğu müəyyən olunmuşdur. Cavabdeh sübut olaraq şahidi gətirib bildirir ki, bu şahidlə məhz müqavilə bağlanıbdır ki, sərəncam olduğuna görə pul ödəyə bilmir. Orada araşdırılmalı hissə bundan ibarət idi ki, X.Teymurov öz pulu və ya S.Şükürovd an aldığı pul əsasında ödəniş etmişdir. Yəni məhkəmə sübuta birtərəfli qaydada yanaşaraq qətnamə qəbul etmişdir. Bir tərəfdən sənədlərin əslini tələb etsə də digər tərəfdən qətnaməni təqdim olunan kserosurətə əsasən qəbul edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
50. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
51. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin aktı cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsasında MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.
52. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətlə ndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
53. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulub: “Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siy asi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.”
54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
6. Mülki qanunvericiliyin prinsipləri 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır:... 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi;...” “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çə kməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları ara sında müqavilə olmalıdır....” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir....”
55. Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş proses sual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 avqust tarixli 2-2(106)-59/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
57. Apellyasiya məhkəməsi düzgün olaraq o nəticəyə gəlmişdir ki, cavabdehin, vergi tərəfindən qoyulmuş məhdudiyyətə görə pulun ödənilməsi mümkün olmadığından X7 vasitəsi ilə ödənişlərin hissə-hissə ödənilməsi, müqavilə şərtlərinin pozularaq X5 da məhz həmin marka adı altında olan məhsulların idxal ediləcəyi ilə bağlı öhdəlik götürülməsi, idxal edilmiş malın qüsurlu olması, təqdim olunan barışıq aktı kimi qeyd olunan sənədin qarşı tərəfin dilinə uyğun olaraq Ukrayna dilində tərtib olunması və orada “X” hərfinin “Ç” hərfi kimi qeyd olunmasının cavabdehin səhvi ucbatından baş verməməsi barədə dəlilləri formal mülahizə xarakterli dəlillər hesab edilməlidir.
58. Cavabdeh kassasiya şikayətində barışıq aktının surətini məhkəməyə təqdim edərək, "xxxx" MMC ilə "xxxx" MMC arasında 2019-cu ilin dekabr ayından 2022-ci ilin fevral ayına kimi olan dövr üçün qarşılıqlı hesablaşmalar aparılaraq barışıq aktı tərtib edilməsinə, həmin aktda “X7”nun da adının qeyd olunmasına istinad etmişdir. Cavabdehin kassasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edilməlidir ki, "xxxx" MMC ilə "xxxx" MMC tərtib edilmiş barışıq aktında X7”nun adı deyil, başqa şəxs, yəni “Ç.A.Teymurov” göstərilmiş, həm də barışıq aktında Ç.A.Teymurov "xxxx" MMC-nin direktoru kimi qeyd edildiyindən, cavabdehin göstərilən dəlilləri də əsassızdır.
59. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuş, cavabdeh isə göstərilən müqavilə əsasında mallar almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərin i ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyi üçün iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır.
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlar əsasında hüquqi qiymətləndirməni düzgün aparmış, cavabdeh istinad etdiyi halları sübuta yetirə bilməmiş, kassasiya şikayətinin dəlilləri isə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
61. Həmçinin, cavabdeh kassasiya şikayətində malların qüsurlu olmasına istinad etsə də, buna dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, yalnız cavabdehin özü tərəfindən tərtib edilmiş 2022-ci il 3 sentyabr tarixli (Malların defekt olması səbəbindən geri qaytarılması və dəymiş ziyanın ödənilməsi barədə) iclasın 1 saylı protokoluna istinad et mişdir.
62. Bundan başqa, cavabdeh, ona zərər dəyməsi, dəymiş zərərin 20.000 manat olması barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, məhkəmələr haqlı olaraq qarşılıqlı iddia tələbini əsassız hesab edərək onun təmin olunmaması barədə qanuni nəticəyə gəlmişlər. 63. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
64. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəyə düzgün tətbiq etmişdir.
65. Kass asiya şikayətlərinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88, 217-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
66. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 avqust tarixli 2-2(106)-59/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
67. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 avqust tarixli 2-2(106)-59/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul