Məhkəmə qərarları › İş №2-2(102)-686/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-686/2022

11.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-686/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun ödənilməsi 11.11.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsil” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 iyul tarixli 2-2(103)333/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddi açı MMC ilə Cavabdeh arasında bağlanmış 2020-ci il 24 avqust tarixli 20/38 saylı alğı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC alıcını mütəmadi olaraq müqavilənin əlavələrində qeyd olunmuş məhsulla təmin etməyi, alıcı Cavabdeh isə həmin malı qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə malın dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 2. 2020-ci il 24 avqust tarixli 125 nömrəli qaimə-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən 21.446,10 manat məbləğində mallar Cavabdeh təhvil verilmişdir. 3. 2020-ci il 24 avqust tarixli 001 saylı X1ndan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh satılan malların qiyməti və miqdarı razılaşdırılaraq 21.446,40 manat məbləğində müəyyən olunmuşdur.

4. İddiaçı MMC tərəfindən Cavabdeh 2021-ci il 14 aprel tarixində ünvanlanmış p retenziya məktubunda İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən yaranmış 21.446,40 manat məbləğində borcun 10 gün ərzində ödənilməsini xahiş edilmiş, əks təqdirdə, tələb olunan məbləğin, hesablanmış cərimənin və məhkəmə xərclərinin tutularaq ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. 5. 2021-ci il 27 avqust tarixli MŞİH-00917 saylı mediasiya arayışından görünür ki, qeyd olunan tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etmədiyinin təsdiq edilməsi üçün arayış verilmişdir. Cavabdeh mediasiya ilə bağlı 5 gün əvvəlcədən poçt və telefon vasitəsi ilə məlumatlandırılmışdır. İddiaçı MMC tərəfindən ilkin mediasiyanın keçirilməsi ilə bağlı 200 manat məbləğində pul vəsaiti ödənilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİ Ş MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı 2021-ci il 3 sentyabr tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci il 24 avqust tarixli 20/38 saylı alğısatqı müqaviləsinə və onun əlavələrinə əsasən, 21.446,40 manat əsas borcun, 6.433,90 manat cərimənin, 1.340,40 manat faizin, 200 manat mediasiya xərclərinin, toplam 29.420,70 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci il 24 avqust tarixində iddiaçı ilə cavabdeh arasında bağlanmış 20/38 saylı alğı-satqı müqaviləsi üzrə satılmış malların dəyəri 21.446,40 manat ol duğu halda cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Müqavilənin 5.3-cü maddəsinə əsasən, ödənişin müqavilədə göstərilən qaydada həyata keçirilməməsi halında satıcı alıcıdan hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0,1% miqdarında cərimə tələb edə bilər. Geçikdirilmiş məbləğ üçün cərimə 6.433,90 manat təşkil etmişdir. Mərkəzi Bankın 2020-ci il 18 dekabr tarixindən etibarən 6,25% uçot faiz dərəcəsi müəyyən etmişdir. Cavabdehin ödəməli olduğu faizin məbləği 1.340,40 manat təşkil etmişdir. Cavabdehin iddiaçıya ödəməli olduğu borc məbləğinin həcmi 29.220,70 manat təşkil etmişdir.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 425.1, 427.3, 427.4, 430.1, 441.1, 441.4, 448.2-ci, Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin (bundan sonra – “MPM”) 107, 119.1, 121.1-ci maddələrinə istinad etmişdir.

9. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim edilməmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 21 oktyabr tarixli e-2-2(113)-4508/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 21.446,40 manat əsas borc, 215 manat cərimə və 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır (hakim – A.Əliyeva).

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış alğısatqı müqaviləsinə əsasən, təhvil verilmiş mallar üzrə cavabdehin iddiaçıya borcu yaranmış, iddiaçı həmin borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur.

12. İddiaçı tərəfindən cavabdehin mübahisəli pul məbləğini gecikdirməyə görə faydalandığı na dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən iddia 1.340,40 manat məbləğində faizin cavabdehdən tutulması hissəsində təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin borcun ödənilməsinin gecikdirilməsinə görə 5 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

13. Cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq qeyd etmişdir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu məbləği 215 manat məbləğində müəyyən edilməlidir. İddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş me diasiya xərci cavabdehə aid edilmişdir.

14. Məhkəmə öz mövqeyini MM-in 385.1, 425.2, 442, 449.1, 462.1, 467, 567, 600.1-ci, MPM-in 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

15. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin tam ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 18 aprel tarixli 2-2(103)-333/2022 saylı qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, (sədrli k edən hakim – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova), ekspertin qarşısında aşağıdakı sual qoyulmuşdur: cavabdehdən məhkəmə kollegiyasının iclasında alınmış imza nümunələri və təqdim etdiyi kassa mədaxil orderinin qəbzi, audit müqaviləsi, kredit və icarə müqavilələrinin əsillərində onun tərəfindən çəkilmiş imzaları əsas götürülüb, həmin imzalarla müqayisə edilməklə, işin 31-ci vərəqində 2020-ci il 24 avqust tarixli alğı-satqı müqaviləsinin “Alıcı” Cavabdeh” hissəsində, 32-ci vərəqində Qiymətlərin razılaşdıırlması protokolunun “Alıcı” Cavabdeh” hissəsində, 33-cü vərəqində qaimə-fakturanın “Təhvil aldı:” hissəsində atılan imzalar cavabdeh tərəfindən icra olunmuşdurmu?

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 7 iyun tarixli 4/700 nömrəli rəyinə əsasən, işin 28-31-ci vərəqlərində olan 2020-ci il 24 avqust tarixli 20/38 nömrəli alğı-satqı müqaviləsinin 4-cü vərəqində ““Alıcı “Cavabdeh”” qrafasından aşağı hissədə yerləşən “Fiziki şəxs:” qrafasındakı imza, 32-ci vərəqində olan 2020-ci il 24 avqust tarixli 001 nömrəli X1nda ““Alıcı “Cavabdeh”” qrafasından aşağı hissədə yerləşən “Fiziki şəxs:” qrafasındakı imza, 33-cü vərəqində olan 2020-ci il 24 avqust tarixli 125 nömrəli qaimə-fakturada “Təhvil aldı:” qrafasındakı imza – cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 iyul tarixli 22(103)-333/2022 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri 138 manatın iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (sədrlik edən hakim – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).

19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tələbin faktiki əsası kimi iddiaçının istinad etdiyi 2020-ci il 24 avqust tarixli alğı-satqı müqaviləsi, o cümlədən eyni tarixli 001 nömrəli X1 və 125 nömrəli qaimə-faktura cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmışdır. İddiaçı iddianı qəbul etməmiş, iddiaçı ilə cavabdeh arasında hazırkı tələblə bağlı hər hansı hüquq münasibətinin yaranmadığını bildirmişdir.

20. Həmçinin tərəflər arasında mülki hüquq və vəzifələri əmələ gətirən əsaslardan biri kimi Mülki Məcəllənin 567-ci maddəsi anlamında alğı-satqı müqaviləsi bağlanmamış, nəticədə cavabdehin id diaçı qarşısında hər hansı öhdəliyi yaranmamış, iddiaçı isə cavabdehə qarşı hazırkı iddianı qaldırmaqla bağlı müvafiq subyektiv hüquqa malik olmamışdır. İddianın alğı-satqı müqaviləsinə və onun əlavələrinə əsasən əsas borcun tutulması tələbi əsassız olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan cərimə və faizin tutulması tələbləri də, belə bir hüquqi zərurət aradan qalxdığı üçün, müzakirəyə lüzum görülmədən rədd edilmişdir.

21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 14.2, 14.2.1, 385.1, 386.1, 567-ci, MPM-in 14.2, 77.1, 107, 115.0, 115.0.1, 119.1, 217.1, 217.3, 218.3, 384.0.2, 385.1, 385.1.3, 389-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali M əhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 iyul tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır.

22. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 8 avqust tarixində tərəflərə göndərilmiş və cavabdehin vəkilinin şəxsi elektron kabinetində yerləşdirilmişdir.

23. İddiaçı 2022-ci il 6 sentyabr tarixində kasasiya şikayəti verməklə həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. KASASİYA ŞİKAYƏTİNİN VƏ ONA QA RŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kasasiya şikayətinin dəlilləri

24. MM-in 570.1.1-ci maddəsi üzrə - Həmin maddə, yəni “satıcının əşyanı alıcıya vermək vəzifəsi əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır” maddəsi iddiaçının öz öhdəliyinin icrası məqamını müəyyən edir.

25. MM-in 600.4-cü maddəsi üzrə - Qanunvericiliyin bu şərtinə əsasən, təhvil verilmiş malın geri qaytarılmasını və ya dəyərinin ödənilməsini tələb etmək hüququmuz vardır.

26. MM-in 570.1.1-ci maddəsi üzrə - Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

27. MM-in 329.3-cü maddəsi üzrə - Apellyasiya instansiyasında məhkəmə-xət şünaslıq ekspertizasının verdiyi rəyə görə, müqavilə, X1 və qaimə-fakturadakı imzalar cavabdehə məxsus deyil. Lakin iddianın əsasını təşkil edən sənədlərin etibarsızlığı ümumi olaraq alğısatqı münasibətlərinin etibarsızlığına və ya bu münasibətlərin mövcud olmamasına dəlalət etmir. Belə ki, mülki qanunvericilik şifahi əqd anlayışını qəbul edir. “Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur” – bu iş üzrə isə cavabdehin malları faktiki olaraq götürməsi alğı-satqı münasibətlərinin və şifahi əqdin mövcudluğunun təsdiqidir.

28. MPM-in 372.2-ci maddəsi üzrə - İş materiallarından da göründüyü kimi, məhkəmə ekspertizasının rəyi yalnız iş apellyasiya məhkəməsinin icraatında olan zaman verilmişdir, bu səbəbdən iş üzrə yeni hallar o rtaya çıxmış və iddia tələblərini təsdiq edəcək yeni sübutlara yalnız apellyasiya instansiyasında ehtiyac yaranmışdır. Bu səbəbdən apellyasiya məhkəməsi yeni sübutların təqdim edilməsindən imtina edə bilməz, imtina etməsi isə prosessual pozuntudur.

29. MPM-in 88-ci maddəsi üzrə - Məhkəmənin şahid ifadəsini yazılı sənəddən aşağı dərəcəli hesab edərək bu sübutun təqdim edilməsi üçün şərait yaratmaması prosessual pozuntudur.

30. MPM-in 47.2-ci maddəsi üzrə - Məhkəmə-xətşünaslıq ekspertizasının rəyi məhkəməyə daxil olduqdan sonra keçirilmiş məhkəmə iclasına malların həqiqətən də cavabdehə təhvil verilməsini təsdiq edən şahidlər (iddiaçı təşkilatın əvvəlki direktoru X4 və satış meneceri X2) dəvət edilmiş və məhkəmə iclası başlanılmazdan öncə hər iki şahid məhkəməyə təqdim edilmişdir. Sədrlik ed ən hakimin tələbi ilə hər iki şəxs şahid olduqları üçün iclas zalından kənara çıxarılmış, lakin sonradan iclas zamanı şahidlərin dinlənilməsi üçün imkan yaratmamışdır. Bu isə iddiaçının prosessual hüquqlarının pozulmasıdır.

31. MPM-in 77.1-ci maddəsi üzrə - Qanunvericiliyin bu bəndindən də göründüyü kimi, iddiaçı tərəf olaraq öz iddia tələblərimizi sübut etmək bizim vəzifəmizdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Cavabdeh kasasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi və ya yazılı alğı-satqı müqaviləsi imzalanmamış və bağlanmamışdır. Belə olan halda şifahi əqdən bağlanması və MM-in 329.3-cü maddəsinin tətbiqi mümkün olmamışdır. İddiaçı alğı-satqı predmetini (malları) cavabdehə təhvil verməmiş və bu hal iddiaçı tərəfind ən məhkəmədə sübut olunmamışdır. Mal cavabdehə təhvil verilmədiyi halda, iddiaçı cavabdehdən malın dəyərinin ödənilməsini tələb etmiş və cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamışdır. İddiaçı iddia tələbinin faktiki əsası kimi istinad etdiyi 2020-ci il 24 avqust tarixli alğı-satqı müqaviləsi, o cümlədən eyni tarixli 001 nömrəli X1 və 125 nömrəli qaimə-faktura cavabdeh tərəfindən deyil, digər şəxs tərəfindən imzalanmışdır.

33. Tərəflər arasında mülki hüquq və vəzifələri əmələ gətirən əsaslardan biri kimi MM-in 567-ci maddəsi əsasında alğı-satqı müqaviləsi bağlanmamış, nəticə etibarı ilə cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamış, iddiaçı isə cavabdehə qarşı hazırkı iddia tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olmamışdır. Tərəflər arasında kommersiy a mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək, birinci instansiya məhkəməsinin qətnaməsini haqlı olaraq ləğv etmiş, cavabdehin apellyasiya şikayətini təmin etmişdir. İİ. KASASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kasasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kasasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

36. Kasasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kasasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutul muş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq... 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya b aşqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödəni lməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışın ın) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir....”

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 iyul tarixli Qərarında qeyd edilmişdir ki: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyek tiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli qərarında qeyd edilmişdir ki: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1- ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xas sələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər.”

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli qərarında qeyd edilmişdir ki: “İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki iş lər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığı nı göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir....”

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.” “Maddə

115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax y uxarıda §§ 24-31) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 iyul tarixli 2-2(103)333/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Kassatorun əsas dəlilləri ondan ibarətdir ki, məhkəmə-xətşünaslıq ekspertizasının rəyi məhkəməyə daxil olduqdan sonra keçirilmiş məhkəmə iclasına malların həqiqətən də cavabdehə təhvil verilməsini təsdiq edən şahidlər (iddiaçı təşkilatın əvvəlki direktoru və satış meneceri) dəvət edilmiş, məhkəmə iclası başlanılmazdan öncə hər iki şahid məhkəməyə təqdim edilmiş, sədrlik edən hakimin tələbi ilə hər iki şəxs şahid olduqları üçün iclas zalından kənara çıxarılmış, lakin sonradan iclas zamanı şahidlərin dinlənilməsi üçün imkan yaradılmamı şdır. Bu isə iddiaçının prosessual hüquqlarının pozulması ilə nəticələnmişdir.

44. Bununla əlaqədar məhkəmə kollegiyası bildirir ki, iddiaçı tərəfin müvafiq şahidlərin cəlb olunması ilə bağlı vəsatət verməsi, yaxud ümumiyyətlə hər hansı fikir, mülahizə bildirməsi iş materialları, o cümlədən apellyasiya instansiyası məhkəməsinin iclaslarının protokolları, habelə video yazıları ilə öz təsdiqini tapmır.

45. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin iddiaçı tərəfin təklif etdiyi şahidləri cəlb etməməklə və ya onları dinləməməklə bağlı hər hansı pozuntuya yol verdiyini söyləmək üçün heç bir hüquqi əsas yoxdur.

46. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, iddia tələbinin faktiki əsası kimi iddiaçının istinad etdiyi 2020-ci il 24 av qust tarixli alqı-satqı müqaviləsi, o cümlədən eyni tarixli 001 nömrəli X1 və 125 nömrəli qaiməfaktura cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmışdır. İddiaçı iddianı qəbul etmir, iddiaçı ilə onun arasında hazırkı tələblə bağlı hər hansı hüquq münasibətinin yaranmadığını bildirir. Belə olan halda, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmamış, nəticədə cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamış, iddiaçı isə cavabdehə qarşı hazırkı iddianı qaldırmaqla bağlı müvafiq subyektiv hüquqa malik olmamışdır.

47. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

48. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşmamaq üçün heç bir hüquqi əsas tapmır.

49. Yuxarıda göstərilə nləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 41) tələblərinə uyğun olaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 41) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

50. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 iyul tarixli 22(103)-333/2022 saylı qətnaməsi həmin kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar