Məhkəmə qərarları › İş №2-2(102)-69/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-69/2020

27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-69/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: cavabdehin öhdəliklərə əməl etməməsi 27.02.2020 giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X1, vəkili X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra cavabdeh) qarşı “qabaqcadan həyata keçirilmiş ödənişlər üzrə qalıqların qaytarılması və cərimələrin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-756/2019 saylı, x xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsi (Sifarişçi) ilə cavabdeh (İcraçı) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 09 nömrəli satınalma müqaviləsindən görünür ki, “Sifarişçi” cədvəldə göstərilən malların satın alınması üçün “İcraçı”nın 4.450.000 manat məbləğində təklifini qəbul etmişdir. “İcraçı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “Sifarişçi”yə satın alınan malların təhvil verilməsini, müqavilə şərtlərinin vaxtında yerinə yetirilməsini öhdəsinə götürür. “Sifarişçi” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların “İcraçı”dan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqaviləyə əsasən “İcraçı” malların göndərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları, bu Müqavilənin ayrılmaz hissəsi hesab olunan daşınma qrafikinə uyğun “Sifarişçi”nin müəyyən etdiyi yerə (Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarı və X9 bölmələri) daşımalı və boşaltmalıdır (bənd 5.1); “İcraçı” müqaviləyə əlavə olunmuş daşıma qrafikinə uyğun malların göndərilməsini təmin etməlidir (bənd 17.1);“İcraçı” müqavilədə göstərilən malları daşıma qrafikinə uyğun göndərməkdən imtina edərsə və yaxud vaxtında təhvil verməzsə, “Sifarişçi” qrafik üzrə təhvil ver ilməyən, həmçinin təhvil verilməsi üçün gətirilmiş mallar keyfiyyətsiz olarsa, həmin miqdarda malların dəyərinin 10 faizi məbləğində “İcraçı”ya cərimə tətbiq edir. Bu hal təkrarlandıqda “Sifarişçi” müqaviləni birtərəfli qaydada ləğv edir və “İcraçı”ya müqavilə üzrə təhvil verilməyən malların ümumi miqdarının 10 faizi məbləğində cərimə tətbiq edir (bənd 17.2); Ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına xx.xx.2018-ci il tarixdə 3.115.000 manat və xx.xx.2018-ci il tarixdə 285.000 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2018-ci il tarixli, 8/909 nömrəli; xx.xx.2018-ci il tarixli, 8/1474 nömrəli; xx.xx.2018-ci il tarixli 8/1830 nömrəli və xx.xx.2018-ci il tarixli 8/1958 nömrəli məktublardan görünür ki, Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli, 09 nömrəli satınalma müqaviləsi üzrə hesablaşma hesabına ödənilmiş avans məbləğinin bağlanması və müqavilə şərtlərinin yerinə yetirilməsi tələb edilmiş, tələblərin yerinə yetirmədiyi halda isə müqavilənin məhkəmə qaydasında ləğv edilməsinə və dəymiş maddi ziyanın ödənilməsinə dair tələbləri ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh xəbərdar olunmuşdur. Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsi tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2018-ci il tarixli məhkəməyə qədər nizamlama (pretenziya) məktubundan görünür ki, müqavilə şərtlərinin yerinə yetirilməsi üçün müəssisənin hesablaşma hesabına xx.xx.2018-ci il tarixdə 3.115.000 manat və xx.xx.2018-ci il tarixdə 285.000 manat, cəmi 3.400.000 manat məbləğində qabaqcadan ödəniş həyata keçirilmişdir. Qarşılıqlı maraqların qorunması üçün danışıqların və yazışmaların aparılmasına baxmayaraq cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində heç bir tədbir görməmişdir. xx.xx.2018-ci il tarixədək xx.xx.2018-ci il tarixli, 09 nömrəli satınalma müqaviləsi üzrə hesablaşma hesabına ödənilmiş 3.400.000 manat avans məbləğinin qaytarılması və ya müqavilə şərtlərinin tam həcmdə yerinə yetirilməsi üzrə müvafiq tədbirlərin görülməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2018-ci il tarixli, 09 nömrəli satınalma müqaviləsinin icrası üçün hesablaşma hesabına qabaqcadan ödənilmiş məbləğin qalığının-3.069.480, 70 manat və müqavilə üzrə vaxtında təhvil verilməmiş mallar üçün hesablanmış cərimə məbləğinin – 445.000 manat, cəmi 3.514.480,70 manat pul vəsaitinin iddiaçının hesablaşma hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsi ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış və ümumi dəyəri 4.450.000 manat məbləğində olan 09 nömrəli satınalma müqaviləsinin şərtlərinə əsasən cavabdeh təsdiq olunmuş daşınma qrafikinə uyğun vaxtlı-vaxtında 2018-ci il ərzində Azərbaycan Ordusunun şəxsi heyətini 500.000 kq 1-ci dərəcəli dondurulmuş mal əti ilə təmin etməli idi. Müqavilə şərtlərinin yerinə yetirilməsi üçün müəssisənin hesablaşma hesabına xx.xx.2018-ci il tarixdə 3.115.000 manat və xx.xx.2018-ci il tarixdə 285.000 manat, cəmi 3.400.000 manat məbləğində qabaqcadan ödəniş həyata keçirilmişdir. Müqavilə üzrə icra müddətinin bitməsinə baxmayaraq cavabdeh tərəfindən qabaqcadan həyata keçirilmiş 3.400.000 manat məbləğində avansı bağlanmamış, müqavilə ilə nəzərdə tutulmuş mal təhvil verilməmişdir. Müqavilənin şərtlərin vaxtında yerinə yetirilmədiyindən Azərbaycan Ordusunun şəxsi heyətinin təminatında və normaya uyğun ət məhsullarının verilməsində ciddi çətinliklər yaranmış, şəxsi heyətə verilən ərzaq məhsullarının çeşidliyi azalmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 09 nömrəli satınalma müqaviləsinə əsasən “İcraçı” müqavilədə göstərilən malları daşıma qrafikinə uyğun göndərməkdən imtina edərsə və yaxud vaxtında təhvil verməzsə, “Sifarişçi” qrafik üzrə təhv il verilməyən, həmçinin təhvil verilməsi üçün gətirilmiş mallar keyfiyyətsiz olarsa, həmin miqdarda malların dəyərinin 10 faizi məbləğində “İcraçı”ya cərimə tətbiq edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-2(81)-751/2019 saylı iş) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən xx.xx.2018ci il tarixli, 09 nömrəli satınalma müqaviləsinin icrası üçün hesablaşma hesabına qabaqcadan ödənilmiş məbləğin qalığı kimi 3.069.480 manat 70 qəpik əsas borc, 30.000 manat cərimə məbləği, cəmi 3.099.480 manat 70 qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X7məruzəçi, X5 və X6, 2-2(103)-756/2019 saylı iş) x xxxxxx 2019-cu il tarixli qətnaməs i ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının x xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsi tərəfindən qət edilən iddiaçının xeyrinə 30.000 manat cərimə məbləği cavabdehin hal-hazırda ağır olan maliyyə vəziyyətini daha da ağırlaşdırır. Göstərilən hal apellyasiya şikayətində qeyd olunsa da, məhkəmə tərəfindən nəzərə alınmamışdır. İddiaçı ilə cavabdeh arasında mübahisənin yaranmasına səbəb xx xxxxxx 2018-ci il tarixli müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilə bilməməsi olmuşdur. Buna səbəb cavabdehin iddiaçıya təhvil verməli olduğu malları təmin etməli olan müəssisənin malları gecikdirməsi olmuşdur. Nəticədə hazırki mübahisə yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. tərəflərin izahatı: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. əsaslandırıcı hissə: Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsi (Sifarişçi) ilə Cavabdeh MMC (İcraçı) arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 09 nömrəli satınalma müqaviləsinə əsasən “Sifarişçi” cədvəldə göstərilən malların satın alınması üçün “İcraçı”nın 4.450.000 manat məbləğində təklifini qəbul etmişdir. “İcraçı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “Sifarişçi”yə satın alınan malların təhvil verilməsini, müqavilə şərtlərinin vaxtında yerinə yetirilməsini öhdəsinə götürür. “Sifarişçi” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların “İcraçı”dan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. xx xxxxxx 2018-c i il tarixli, 09 nömrəli satınalma müqaviləsinin şərtlərinə görə tərəflər razılaşmışlar ki, “İcraçı” malların göndərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları, bu müqavilənin ayrılmaz hissəsi hesab olunan daşınma qrafikinə uyğun “Sifarişçi”nin müəyyən etdiyi yerə (Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarı və X9 bölmələri) daşımalı və boşaltmalıdır (5.1-ci bənd); “İcraçı” müqaviləyə əlavə olunmuş daşıma qrafikinə uyğun malların göndərilməsini təmin etməlidir (17.1-ci bənd); İddiaçı tərəfindən cavabdehin hesabına xx.xx.2018-ci il tarixdə 3.115.000 manat və xx.xx.2018-ci il tarixdə 285.000 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh iddiaçının ona bu məbləğdə ödəniş etməsi ilə bağlı mübahisə açmamış, ödəniş edilməsini təsdiq etmişdir. Bundan sonra cavabdeh xx.x x.2019-cu il tarixdə 177.733 manat dəyərində 19.970 kq, xx.xx.2019-cu il tarixdə 152.786 manat 30 qəpik dəyərində 17.167 kq 1-ci dərəcəli dondurulmuş mal ətini iddiaçıya təhvil vermiş, 3.069.480,70 manat əsas, 445.000 manat cərimə borcu olmaqla cəmi 3.514.480 manat 70 qəpik borcu yaranmışdır. Mülki Məcəllənin tələblərinə əsasən: öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1-ci maddə); öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlmə si üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1-ci maddə); öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1-ci maddə); əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (448.1-ci maddə); alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567-ci); alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1-ci maddə). İddiaçı ilə cavabdeh arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsi barədə müqavilə münasibətləri mövcud olmuş, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərə əməl etmiş, cavabdeh isə öhdəliyi qismən icra etmiş, nəticədə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmuşdur. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi hallar üçün cavabdeh olduğundan müqavilədə müəyyənləşdirilmiş malı ödəmədiyindən onun dəyərini qaytarmaq öhdəliyi daşımışdır. Odur ki, əsas borc məbləğinin tutulması hissəsində apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Tərəflər arasında imzalan mış müqavilənin 17.2-ci bəndində qeyd edilmişdir ki, “İcraçı” müqavilədə göstərilən malları daşıma qrafikinə uyğun göndərməkdən imtina edərsə və yaxud vaxtında təhvil verməzsə, “Sifarişçi” qrafik üzrə təhvil verilməyən, həmçinin təhvil verilməsi üçün gətirilmiş mallar keyfiyyətsiz olarsa, həmin miqdarda malların dəyərinin 10 faizi məbləğində “İcraçı”ya cərimə tətbiq edir. Bu hal təkrarlandıqda “Sifarişçi” müqaviləni birtərəfli qaydada ləğv edir və “İcraçı”ya müqavilə üzrə təhvil verilməyən malların ümumi miqdarının 10 faizi məbləğində cərimə tətbiq edir. İddia tələbi cərimə hissəsində 30.000 manat hissədə təmin edilmişdir. Cavabdeh kassasiya şikayətində Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəbbə pulu hissəsində mübahisələndirmiş, həmçinin apellyasiya məhkəməsinin ondan cərimənin məbləğinin azaldılması barədə apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmədiyini göstərmişdir. İlk öncə məhkəmə kollegiyası onu vurğulayır ki, apellyasiya məhkəməsi qəbul etdiyi qətnamədə cavabdehin şikayətinin dəlillərinə, o cümlədən cərimənin azaldılması barədə dəlilinə hüquqi qiymət vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azaldıla bilər. Mülki Məcəllənin 467-ci madd əsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsiplərinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2014-cü il tarixli qərarı). Qanunverici tərəflər müqavilə bağlayarkən onlara iradə sərbəstliyi (Mülki Məcəllənin 6.1.2-ci maddəsi) vermiş, azad surətdə müqavilə bağlamaqla onun məzmununu müəyyənləşdirməyi (Mülki Məcəllənin 390.1-ci maddəsi) tərəflərin öhdəsinə buraxmışdır. Müqavilə icra olunmadığı h alda dəbbə pulu ödənilməsini və dəbbə pulunun məbləğini də tərəflər müqavilə şərtlərində göstərmişlər. Cavabdehin dəbbə pulu ödəməli olması qanundan və müqavilədən irəli gəlməklə, dəbbə pulunun məbləği kifayət qədər azaldılmış və bu zaman cavabdehin əmlak və bütün əsaslı mənafeləri nəzərə alınmışdır. Bəhs olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini haqlı sayaraq qeyd edir ki, cavabdehin şikayətində göstərdiyi dəlillər təsdiqini tapmadığından, şikayət əsaslı sayıla bilməz. MPM-in 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. MPM-in 418.2-ci maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən h allarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. MPM-in 418.3-cü maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. MPM-in 386-cı maddəsində qeyd edilir ki, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə olunan hissədə işə baxılan zaman maddi hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məh kəmə işdə olan sübutlara MPM-in 88-ci maddəsinə uyğun olaraq tətbiq olunan hüquq normalarına müvafiq olaraq qiymət vermişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-756/2019 saylı, x xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar