Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-693/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, ziyanın ödənilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiası; Cavabdeh "xxxx" ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, ödənilmiş məbləğin geri qaytarılması və ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsin in Kommersiya Kollegiyasının 2022-ci il 22 fevral tarixli 2-2(103)-127/2022 saylı qətnaməsindən "xxxx" ASC və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ
1. Lizinq verən İddiaçı ASC (bundan sonra – “ASC”) ilə lizinq alan Cavabdeh (bundan sonra – “Cavabdeh”) arasında bağlanmış 2020-ci il 8 may tarixli KTA-KTT-20/1145 saylı Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən daxili maliyyə lizinqi müqaviləsinin (bundan sonra – “Müqavilə”) 1.1-ci bəndinə əsasən Lizinq verən Lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını (bundan sonra – “Lizinq obyekti”) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadə yə verməyi, Lizinq alan isə lizinq obyektini bu Lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. 2. 2021-ci il 29 aprel tarixli PLM-21/0079-3 saylı maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh ASC-nin qarşısında Müqaviləyə əsasən 2021-ci il 29 aprel tarixə qədər 9.908,59 manat əsas borc, 1.327,74 manat gecikdirilmiş günlərə görə cərimə borcu, həmçinin 26.262,52 kombayn təmiri üçün xərclənən vəsait nəzərə alınmaqla, ümumulikdə 37.495,85 manat öhdəliyi vardır. 3. 2021-ci il 12 may tarixli 01 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən ASC-nin AZ40AİİB******************** nömrəli hesabına 35.800 manat məbləğində vəsait ödənilmişdir. 4. 2021-ci il 12 may tarixli 02 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh ASCnin AZ40AİİB**************** **** nömrəli hesabına 6.739,80 manat məbləğində vəsait ödənilmişdir. 5. 2021-ci il 12 may tarixli 03 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən ASC-nin AZ40AİİB******************** nömrəli hesabına 2.500 manat məbləğində vəsait ödənilmişdir.
6. CPMİ seriyalı, 00328-20 nömrəli Sığorta şəhadətnaməsinə əsasən ASC-nin mülkiyyətində olan “CLAAS DOMİNATOR 130” markalı kombayn 2020-ci il 12 may tarixdən 2021-ci il 12 may tarixədək dövr üzrə sığortalanmış, 1.181,40 manat məbləğində sığorta haqqı ödənişi və 2.685 manat hər bir itki və zərər üzrə şərtsiz azadolma nəzərdə tutulmuşdur. 7. 2020-ci il 27 iyun tarixli, 000540 nömrəli təmir aktında, mühərrikin yüksək dövriyyələrdə qeyri-stabil işlədiyi, 2020-ci il 29 iyun tarixli, 000551 nömrəli təmir aktında isə texnikaya baxış zamanı y anacaq sisteminə su düşdüyü, aşağı su ayrıcı filterini açdıqda, filterin yarısından su ilə dolu olduğu, bunun da filterin suyu yanacaq nasosuna buraxmasına səbəb olduğu qeyd olunmuşdur 8. 2020-ci il 11 iyul tarixli, 000560 nömrəli təmir aktında qeyd olunmuşdur ki, yanacaq sisteminə su düşdüyü üçün forsunka və nasos sıradan çıxmışdır. Elektrik bölməsində əsas magistral kabel qısa qapanmada əsas kabel və relelər sıradan çıxmışdır. Bütün elektrik göstəriciləri işləmir. Ötürücü kameranın sol yastığında səs var. Qarğıdalı başlığına qoşulan kardanın qoruyucusunun üstündə sınıq var. Başlığın içərisində də zədə var. Biçici çinlərin bir neçəsi (iki ədəd) dəyişilmişdir. Pilləkən aşağısı dəyişilmişdir. Salonun içərisinə əlavə çexol çəkilimişdir. Elektrik sistemi nasaz olduğu üçün elektrik işıqları yo xlanılmamışdır. Bazada təkrar olaraq yoxlanılacaqdır. 9. 2021-ci il 11 iyul tarixli aktda qeyd olunmuşdur ki, Qobustan rayon İHB-nın Xilmilli kənd İƏD üzrə nümayəndəsi A.Bayramov, Qobustan rayon Xilmilli kənd sakini X3, Qobustan rayon Xilmilli kənd sakini X6, Qobustan rayon Xilmilli kənd sakini X2 və Claas Dominator 130 kombayn sürücüsü X4 bu aktı ondan ötəri tərtib etmişlər ki, Qobustan rayon Xilmilli kənd ərazisində X1 məxsus torpaq sahəsində əkilmiş 4.00 ha buğdanı biçən zaman 2020-ci il 11 iyul tarixində Claas Dominator 130 kombayn qəflətən alışmış, sürücüsü X4 və kənd sakinləri X6, X3, X2 tərəfindən kombaynda olan yanğınsöndürən balonla söndürülmüşdür. 10. "xxxx" MMC tərəfindən ASC-yə ünvanlanmış hesab fakturaya əsasən, 000981 nömrəli təmir aktı əsasında servis xidməti 26.262,52 man at (22.256,37 əsas+4.006,15 manat ƏDV) məbləğində müəyyən edilmişdir.
11. ASC 2021-ci il 12 mart tarixli pretenziya qaydasında məktubla Cavabdeh müraciət edərək, müqavilə üzrə yaranmış 9.615,56 manat məbləğində gecikdirilmiş borcun ödənilməsini xahiş etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək zərurəti yaranacağını bildirmişdir.
12. Cavabdeh 2021-ci il 12 iyul tarixli pretenziya qaydasında məktubla ASC-yə müraciət edərək, ilkin ödəniş olaraq ödədiyi pulların qaytarılması və eləcə də, ona dəymiş ziyanın ödənilməsi və ya ona tam yararlı təmir olunmuş kombaynın və ya yeni kombaynın verilməsini xahiş etmiş, əks halda məhkəməyə müraciət etmək zərurəti yaranacağını bildirmişdir. 13. 2020-ci il 8 may tarixli KTA-KTT-20/1145 saylı daxili Maliyyə Lizinqi müqaviləsinin bi rtərəfli qaydada ləğv edilməsi barədə 2021-ci il 2 avqust tarixli 008 nömrəli əmrdə ASC ilə Cavabdeh arasında bağlanan Müqavilənin 14.2-ci bəndinə əsasən həmin müqavilənin bir tərəfli qaydada ləğv edilməsi, lizinq obyekti olan “Class Dominator 130” markalı kombaynın mövcud bazar dəyərinə uyğun şəkildə təkrar lizinqinin həyata keçirilməsi və müqavilənin ləğvi barədə Cavabdeh məlumat verilməsi qərara alınmışdır. 14. "xxxx" ASC tərəfindən ASC-yə ünvanlanmış məktubun surətində qeyd olunmuşdur ki, CPMİ 00328-20 saylı Podratçıya məxsus olan qurğu və avadanlıqların sığortası növü üzrə "xxxx" ASC-də sığortalanmış Cavabdeh məxsus “Claas Dominator 130” markalı kombaynda bildirilən yanğın hadisəsi üzrə "xxxx" ASC-yə ilkin şifahi məlumat ASC-nin əməkdaşı Zaur Adıgözəlov tərəfindən yalnız 2020-ci il 21 avqust tarixində verilmişdir. Hadisə barəsində "xxxx" ASC-yə 2020-ci il 21 avqust tarixində ASC-nin əməkdaşı Zaur Adıgözəlov tərəfindən məlumat verilən zaman yanğın hadisənin bundan 2 ay əvvəl baş verdiyini və texnikanın artıq servis işçiləri tərəfindən servisə aparıldığını bildirmişdir. Həmçinin hadisə haqqında daha dəqiq məlumatı əldə etmək üçün zərər dəymiş texnikanın istifadəçisi Cavabdeh mobil nömrəsini "xxxx" ASC-nin əməkdaşına verərək əlaqə saxlanılmasını bildirmişdir. "xxxx" ASCnin əməkdaşı tərəfindən Cavabdeh ilə telefon danşığından məlum olmuşdur ki, istifadəsində olan “Claas Dominator 130” markalı kombaynı may ayında almış və aldığdan təxmini 1 ay sonra, yəni iyun ayında sahədə işləyərəkən yanğın hadisəsi baş vermişdir. Qeyd edilənlərə əsasən bildirirlər ki, məktubda qeyd edilə n hadisənin 2020-ci il 11 iyul tarixində deyil, iyun ayında baş verdiyi, həmçinin hadisə barədə məlumatın "xxxx" ASC-yə dərhal və vətəndaş tərəfindən deyil, yalnız 2 ay sonra ASC-nin əməkdaşı tərəfindən bildirildiyi aydın olmuşdur. Danışıqlar zamanı o da müəyyən olunmuşdur ki, hadisə barəsində səlahiyyətli dövlət orqanlarına məlumat verilməmişdir. Hadisənin baş verməsi barədə "xxxx" ASC-yə və ya səlahiyyətli dövlət orqanlarına vaxtında məlumat verilmədiyindən sığorta araşdırmasını həyata keçirmək və hadisənin sığorta hadisəsi olub-olmadığını müəyyənləşdirmək təəssüf ki mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
15. ASC Cavabdeh qarşı 2021-ci il 1 iyun tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Müqaviləy ə əsasən 9.908,59 manat əsas borc, 1.327,74 manat gecikdirilmiş günlərə görə cərimə, həmçinin 26.262,52 manat kombaynın təmiri üçün xərclənən vəsait nəzərə alınmaqla, ümumilikdə 37.495,85 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddia tələbi onula əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış Müqaviləyə əsasən 1 ədəd “CLAAS DOMİNATOR 130” markalı kombayn Cavabdeh 60 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan avadanlıq 2020-ci il 8 may tarixli Lizinq obyektinin təhvil- təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 179.000 manat təşkil etmiş, həmin məbləğin 69.094,65 manat hissəsi Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən qarşılanmışdır. Lizinq müqaviləsinin şərtlərinə əsasən Cavabdeh tərəfindən 35.800 manat məbləğində ilkin ödəniş, 5.370 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası ASC-yə ödənilmişdir. Eyni zamanda, Cavabdeh ödəniş qrafikinə əsasən ödənişləri tam şəkildə həyata keçirməmişdir. Belə ki, lizinq müqaviləsinin predmetini təşkil edən kombayn Cavabdeh təhvil verildikdən sonra, onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmişdir və nəticədə 2021-ci il 29 aprel tarixə Cavabdeh lizinq müqaviləsi üzrə 9.908,59 manat əsas borcu yaranmışdır. Müqavilənin 11.3-cü bəndinə görə Lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, Lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesabla maq hüququna malikdir. Bu şərtə əsasən Cavabdeh 2021-ci il 29 aprel tarixinə qədər 1.327,74 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə, tərəflərindən 2021-ci il 12 mart tarixli PLM-21/0049 nömrəli pretenziya məktubu ilə Cavabdeh rəsmi müraciət olunsa da, Cavabdeh göstərilən məbləğdən heç bir ödəniş aparmamışdır. Bundan başqa, Cavabdeh idarə etdiyi “Claas Dominator 130” markalı kombayna 2020-ci il 11 iyul tarixdə Qobustan rayonu Yekəxana kəndi ərazisində zərər dəymişdir. "xxxx" MMC şirkəti tərəfindən tərtib olunan yekun qüsur aktına əsasən kombayna 26.262,52 manat məbləğində ziyan dəymişdir. Beləliklə, Cavabdeh ASC qarşısında Müqaviləyə əsasən 2021-ci il 29 aprel tarixə qədər 9.908,59 manat əsas borc, 1.327,74 manat gecikdirilmiş günlərə görə cərimə borcu, hə mçinin 26.262,52 manat kombaynın təmiri üçün xərclənən vəsait nəzərə alınmaqla, ümumilikdə 37.495,85 manat öhdəliyi vardır.
17. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 427.3, 445.2.1, 748-1.5, 748-1.11, 748-1.12.4, 748-2.3-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "xxxx") 36.11-ci maddəsinə istinad edilmişdir.
18. Cavabdeh ASC-yə qarşı 2021-ci il 12 iyul tarixində qarşılıqlı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Müqavilənin etibarsız hesab edilməsi və ilkin olaraq ödədiyi 45.039,8 manat pul və ona dəymiş 13.000 manat ziyan olmaqla, cəmi 58.039,8 manat pulun ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə bağlanmış Müqavilənin şərtlərinə tam əməl edərək, ümumilikdə ASC-yə 45.039,8 manat məbləğində pul ödəmişdir. 2020-ci il 21 may tarixli 036 saylı aktla “Claas Dominator 130” markalı kombaynı təhvil almışdır. Təhvil aldıqdan az sonra, kombayn taxıl sahəsində taxıl biçdiyi zaman yanmış və tərəflərindən yanğınsöndürən balon vasitəsilə söndürülsə də, kombayn yararsız vəziyyətə düşmüşdür. Hadisə barədə Cavabdeh dərhal lizinq şirkətinə məlumat vermişdir və 2020-ci il 11 iyul tarixli aktla yararsız vəziyyətə düşmüş kombaynı ASC-yə qaytarmışdır. Sığorta müqaviləsini ASC bağladığı üçün Cavabdeh yanğın barədə ASC-yə dərhal xəbər vermişdir. Yuxarıda göstərdiyi kimi, kombaynı təhvil aldıqdan az sonra kombayn tam gücü ilə işləyə bilməmişdir. O, bu barədə ASC-yə m əlumat vermiş və onların göstərdiyi təmir işi ilə məşğul olan "xxxx" MMC müəssisəsinə, bir saatına görə 50 manat pul ödəməklə, kombaynı təmir etdirsə də, yenə kombayn tam yararlı vəziyyətə düşməmişdir. Ona görə də sezon vaxtı o, kombaynı lazımı qaydada işlədə bilməmişdir. Bu göstərilənlərə baxmayaraq, ASC-nin təqsiri ucbatından kombaynı istismar etmədiyi halda ondan əsassız olaraq aylıq lizinq müqaviləsinə görə pul tələb edirlər. Cavabdeh mülkiyyətində olan bütün mal-qarasını dəyər-dəyməzinə satmış, eləcə də tanıdığı adamlardan borc alaraq, ilkin ödəniş kimi sığorta pulu və sair ödənişlərə görə 45.039,8 manat pul ödəyərək kombaynı almışdır ki, gəlir əldə etsin. Lakin ASC-nin təqsiri ucbatından ziyana düşmüşdür. Əgər 45.039,8 manat pul Cavabdeh istifadəsində olsa idi və ya ASC kombaynı tam yaralı vəziyyətdə onun istifadasinə versə idi, o, ən azı 13.000 manat gəlir əldə edə bilərdi. ASC-nin təqsiri ucbatından iddiaçının 13.000 manat gəliri əldən çıxmışdır.
20. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 13 sentyabr tarixli e-2-2(113)-2895/2021 saylı qətnaməsi ilə ilkin iddianın rədd edilməsi; qarşılıqlı iddia qismən təmin edilərək, ASC- dən 35.800 manat məbləğində pul tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir (hakim – Z.Axundova).
21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış Müqavilə şərtlərinə əsasən Cavabdeh tərəfindən ASC-yə 35.800 manat məbləğində ilkin ödəniş və müqavilənin rəsmiləşdirilməsi komissiyası, lizinq obyektinin qeydiyyat xərcləri, sığorta haqqı, GPS xərcləri daxil olmaqla, müqavilənin bağlanması ilə bağlı ümumilikdə 6.739,8 manat məbləğində ödəniş edilmişdir. 2020-ci il 21 may tarixli 036 saylı akt əsasında Cavabdeh ASC-dən “Class Dominator 130” markalı kombaynı təhvil almışdır. Cavabdeh kombaynı təhvil aldığı tarixdən 2.500 manat lizinq ödənişini həyata keçirmişdir. Lakin 2021-ci il 11 iyul tarixdə kombayn qəflətən alışmış, bu barədə 2021-ci il 11 iyul tarixli akt tərtib olunmuş və kombayn Cavabdeh tərəfindən ASC-yə qaytarılmışdır. Kombayn təmir olunduqdan sonra ASC-yə verilmişdir. Həmçinin lizinq obyekti 2020-ci il 12 may tarixdən 2021-ci il 12 may tarixədək dövr üzrə sığorta şirkətində sığortalanmışdır. ASCnin əməkdaşları hadisə ilə əlaqədar sığorta şirkətinə müraciət etsələr də, sığorta şirkəti tərəfindən baş vermiş hadisə barədə məlumatın onlara gec verilməsi səbəbindən sığorta ödənişi etməkdən imtina etmişlər. Tərəflər arasında müqavilə lizinq verən tərəfindən 2021-ci il 2 avqust tarixli birtərəfli qaydada ləğv edilərək, lizinq obyekti olan “Class Dominator 130” markalı kombaynın mövcud bazar dəyərinə uyğun şəkildə təkrar lizinqinin həyata keçirilməsi qərara alınmışdır.
22. Məhkəmə maddi hüquq normalarının tələblərini, müqavilə şərtlərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edərək hesab etmişdir ki, Cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapmadığından, ilk iddia tələbi təmin edilməməlidir. Çünki Cavabdeh lizinq müqaviləsi ilə əlaqədar öhdəliklərini icra etmiş, iyul ayında kombaynla bağlı yanğın hadisəsi baş verdikdən sonra kombaynı ASC-yə təhvil vermiş və həmin müddətdən sonra lizinq obyekti üzərində sahiblik və istifadə hüququnu həyata keçirə bilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, kombaynın lizinq alanın istifadəsində qısa müddətdə (2020-ci il 21 may - 2020-ci il 11 iyul) istifadəsində olmasına baxmayaraq, yanğın hadisəsi baş verənə qədər də kombayn onda olan nasazlıqlara görə iki dəfə təmirə aparılmış və nasazlıqlar aşkar olunmuşdur. Cavabdeh ASCyə müraciətlər edərək, lizinq obyektinin başqası ilə əvəz olunmasını təklif etmişdir. Lizinq alan lizinq obyektindən qısa müddət ərzində istifadə edə bilmiş, onda da kombayn iki dəfə təmirə getmiş, sonra qeyd olunan hadisə baş vermişdir. Daha sonra kombayn təmirdə, sonra isə lizinq verənin sərəncamında olmuşdur. Göründüyü kimi, lizinq alan lizinq obyekti üzərində sahiblik və istifadə hüququnu həyata keçirə bilməmişdir. Lizinq ala n lizinq obyektinin onun istifadəsində olduğu dövr üçün isə lizinq haqqını ödəmişdir. Lizinq obyektinin təhvil alandan az müddət sonra iki dəfə təmirə getməsi, sonra isə alışıb yanmasının lizinq alanın təqsiri ucbatından baş verməsi öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, ilk iddia əsassız olduğundan təmin olunmamalıdır.
23. Həmçinin məhkəmə qeyd etmişdir ki, ASC tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab olunması tələbini irəli sürsə də, həmin tələbini əsaslandırmamışdır. Ona görə də, həmin iddia tələbi təmin olunmamalıdır.
24. Məhkəmə qarşılıqlı iddia tələbinin - Cavabdeh ilkin olaraq ödədiyi 45.039,8 manat pulun ASC-dən alınaraq ona ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi bu hissədə qismən, yəni Cavabdeh ilkin olaraq ödədiyi 35.800 manat məbləği hissəsində təmin edilməli, qalan hissədə (müqavilənin bağlanması ilə bağlı ümumilikdə 67.39,8 manat məbləğində ödəniş və aylıq ödədiyi lizinq ödənişi ) isə təmin olunmamalıdır.
25. Qarşılıqlı iddia tələbinin digər hissəsini isə - Cavabdeh dəymiş 13.000 manat ziyanın ASC-dən alınaraq ona ödənilməsi təşkil edir. Bununla bağlı məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, qanunvericilik tələblərinə əsasən Cavabdeh tərəfindən ziyanın vurulması sübuta yetirilmədiyindən, qarşılıqlı iddia tələbi bu hissədə təmin edilməməlidir.
26. Məhkəmə mövqeyini MM-in 21, 337.1-337.3, 354.1, 354.2, 385.1, 390.1, 747.1, 748-1.12.4, 748-11-ci; MPM-in 14.2, 76.1, 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
27. ASC 2021-ci il 14 oktyabr tarixində apellyasiya şikayəti verərək qətnaməni dəyişdirərək, qarşılıqlı iddianın rədd edilməsinə, ilkin iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
28. Cavabdeh 2021-ci il 5 noyabr tarixində apellyasiya şikayəti verərək qətnaməni qismən ləğv edib, qarşılıqlı iddianın tam təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
29. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 fevral tarixli 2-2(103)-127/2022 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, ASC-nin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi – ilk iddianın rədd edildiyi hissədə qismən ləğv edilmiş, Cavabdeh ASC-nin xeyrinə lizinqə verilmiş kombaynın təmirinə çə kilmiş xərcə görə 26.262,52 manat pulun tutulması qət edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin 2021-ci il 29 aprel tarixə müqavilə üzrə hesablanmış 9.908,59 manat əsas borcun, 1.327,74 manat cərimənin Cavabdeh tutulmasına dair ilk iddia tələbinin rədd edildiyi hissədə qanuni və əsaslı hesab etmişdir.
31. İşdə olan 2020-ci il 11 iyul tarixli təmir aktından görünür ki, yanğından sonra kombayn təmir olunması üçün "xxxx" MMC-yə təhvil verilmişdir. Həmin tarixdən sonra kombaynın lizinqalana qaytarıldığı barədə işdə sübut yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, kombayn qısa müddət ərzində (2020-ci il 21 may - 2020-ci il 11 iyul) lizinqalanın istifadəsində olduğundan lizinq predmetindən istifadə etmədiyi 8 ay üçün lizinqalandan lizinq ödənişi tələb edilməsinə dair tələb əsassızdır.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin - ilk iddia tələbinin 26.262,52 manat təmir xərci ilə bağlı hissədə rədd edildiyinə dair hissədə gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə ilk iddianı bu hissədə rədd edərkən tərəflər arasında bağlanmış Müqavilənin 12.5.1-ci bəndinin tələbini nəzərə almamış, kombaynın yanmasında lizinq alanın təqsiri olmadığına istinad edərək ilk iddianı tam rədd etmişdir. Halbuki hazırkı halda sığorta hadisəsinin baş verməsində lizinq alanın təqsirli olub-olmadığı qeyd edilən tələbə hüquqi qiymət verilməsi üçün əhəmiyyətli deyildi. Məhkəmənin araşdırmalı və hüquqi qiymət verməli olduğu hal sığorta ödə nişinin həyata keçirilməməsində lizinq alanın təqsirli olub-olmaması, lizinq alan tərəfindən lizinq müqaviləsinin şərtinin pozulub-pozulmadığı, müqavilə şərtinin pozulması nəticəsində ilk iddia üzrə iddiaçıya ziyan dəyib-dəyməməsi idi.
33. Yuxarıda qeyd edilən sübutlarla (bax yuxarıda §§ 6,10,11,15) təsdiq olunur ki, sığorta hadisəsi nəticəsində vaxtında məlumat verilmədiyindən lizinq şirkəti sığorta ödənişini ala bilməmiş, nəticədə yanğın hadisəsi nəticəsində zərər dəymiş kombaynı öz vəsaiti hesabına təmir etdirmiş, buna 26.262,52 manat vəsait xərcləmişdir.
34. İşə apellyasiya qaydasında baxılarkən Cavabdeh və nümayəndəsi təsdiq etmişlər ki, sığorta hadisəsi baş verdikdən sonra Cavabdeh sığorta şirkətinə və səlahiyyətli dövlət orqanlarına məlumat verməmiş, yalnız mobil telefonla lizinq şi rkətinə məlumat verilmiş, yanğının baş vermə səbəbləri ilə bağlı araşdırma aparılmamışdır.
35. Belə olan halda, lizinq alan öz öhdəliyini icra etməyərək sığorta hadisəsi nəticəsində sığorta şirkətinə vaxtında məlumat vermədiyindən ilk iddia üzrə iddiaçının sığorta hadisəsi nəticəsində dəymiş ziyanı öz vəsaiti hesabına aradan qaldırılmasına çəkilmiş xərc ona dəymiş real ziyan kimi qiymətləndirilməli, mübahisələndirilən qətnamə qismən ləğv edilməli, Cavabdeh ASC-nin xeyrinə lizinqə verilmiş kombaynın təmirinə çəkilmiş xərcə görə 26.262,52 manat pulun tutulması hissəsində təmin edilməlidir.
36. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbi ilə bağlı hissədə birinci instansiya məhkəməsinin mövgeyi ilə razılaşaraq hesab etmişdir ki, mübahisənin maddi və prosessual hüquqi əsasları d üzgün müəyyən edilmiş, məhkəmə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Beləliklə, məhkəmənin qətnaməsi həmin hissədə qanuni və əsaslıdır.
37. Məhkəmə mövqeyini MM-in 424.4, 442, 443.1, 443.2,-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
38. Qətnamə 2022-ci il 16 mart tarixində proses iştirakçılarının elektron kabinetlərində yerləşdirilmişdir.
39. Cavabdeh 2022-ci il 6 may tarixində kassasiya şikayəti verməklə qətnamənin hissəvi ləğv olunması və ilkin iddia üzrə iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
40. ASC 2022-ci il 14 iyul tarixində kassasiya şikayəti verməklə qətnaməni ləğv edərək, Cavabdeh iddia tələbinin rədd edilməsi, tərəflər arasında bağlanmış Müqaviləyə əsasən 9.908,59 manat əsas borcun,1.327,74 manat gecikdirilmiş günlərə görə cərimə borcu, həmçinin 26.262,52 manat kombaynın təmiri üçün xərclənən vəsait nəzərə alınmaqla ümumilikdə 37.495,85 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ASC-yə ödənilməsi tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) ASC-nin kassasiya şikayətinin dəlilləri
41. MM-in 5.3, 385.1, 445.1, 747-1.1-ci maddələrinin tələbləri pozulmuşdur – Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 22 fevral tarixli 2-2(103)-127/2022 saylı qərarına əsasən 2021-ci il 29 aprel tarixə müqavilə üzrə hesablanmış 9.908,59 manat əsas borcun, 1.327,74 manat cərimənin Cavabdeh tutulmasına dair ilk iddia tələbinin rədd edildiyi hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilir. “Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, kombayn qısa müddət ərzində lizinqalanın istifadəsində olduğundan lizinq predmetindən istifadə etmədiyi 8 ay üçün lizinqalandan lizinq ödənişi tələb edilməsinə dair tələb əsassızdır." Hesab edirik ki, məhkəmənin qərarı bu hissədə əsassızdır. Belə ki, Lizinq müqaviləsinin 11.1-ci bəndinə əsasən Lizinq obyektinin sahiblik və istifadəyə verilməsinə görə, Lizinq alan lizinq müqaviləsi və Lizinq ödənişlərinin qrafiki ilə müəyyən edilmiş qaydada və müddətlərdə Lizinq verənə lizinq və digər ödənişləri ödəməlidir. Həmçinin müqavilənin 8.2.1-ci bəndinə əsasən Lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, Lizinq verən tərəfindən hesab təq dim edilmədən lizinq ödənişlərini qrafik ilə müəyyən edilmiş vaxtda və həcmdə həyata keçirmək Lizinq alanın vəzifəsi kimi təsbit edilmişdir. İcranın lizinq alan tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində lizinq verənə zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətlərindən irəli gələrək pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir.
42. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin qərarında cavabdehin qarşılıqlı iddia tələbi barədə qeyd edilir ki, “Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 14.5-ci bəndinə əsasən əgər lizinq obyektinin dəyəri satıcıya ödənilməmişdən əvvəl və lizinqverənə avans verildikdən sonra lizinqverən və ya lizinqalan birtərəfli qaydada lizinq müqaviləsini ləğv edərlərsə, lizinqverən avansı lizinqalana qaytarmalıdır.Müqavilənin qeyd edilən bəndinə əsasən tərəflər arasında müqavilə ləğv edildikdən sonra lizinq alanın 35.800 manat avans ödənişinin geri qaytarılmasına dair tələbi əsaslıdır". Hesab edirik ki, məhkəmənin qərarı bu hissədədə əsassızdır. Tərəflər arasında bağlanmış müqavilənin 14.5-ci bəndi lizinq obyektinin satıcısına lizinq obyektinin dəyəri ödənildikdən sonra qüvvədən düşür. Lizinq obyektinin dəyəri 010AZ**********2 nömrəli bank əməliyyatı ilə 2020-ci il 19 may tarixdə ASC tərəfindən icra edilmişdir. Bildirməliyik ki, cavabdehin qarşılıqlı iddia ərizəsində, məhkəmə çıxışlarında müqavilənin qeyd edilən madddəsinə heç bir istinad yoxdur. Məhkəmənin öz təşəbbüsü ilə müqavilənin qüvvədən düşmüş həmin maddəsinə əsaslanması yekunda ədalətsiz qərar qəbul edilməsinə səbəb olmuşdur.
43. MPM-in 88 və 217-ci maddələrinin tələbləri pozulmuşdur - Apellyasiya məhkəməsi qətnaməsində tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gələn şərtləri nəzərə almamışdır.
44. MPM-in 386-cı maddəsinin tələbləri pozulmuşdur – Məhkəmə qərar qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə düzgün olmayan qərar çıxarmışdır. b) Cavabdeh kassasiya şikayətinin dəlilləri
45. MM-in 21, 337, 442, 443.1, 443.2, 748-1.1-ci maddələrinin tələbləri pozulmuşdur – Sığotaçı "xxxx" ASC ilə bağlanan, ilkin iddia üzrə Cavabdeh lizinq obyekti olan 1 ədəd CLAAS Dominator 130 markalı kombaynın sığortası barədə olan, KT-CPMİ nömrəli 00099/20 saylı “Sığorta müqaviləsi bağlanmsı öhdəliyi barədə ilkin müqavilə”nin 2.13.1-ci bəndində göstərilir ki, sığorta hadisəsi barədə məlumatlandırma sığorta qanunvericiliyi ilə “Podratçıya məxsusu olan qurğu və avadanlıqların sığortası” qaydalarına və sığorta müqaviləsinə uyğun xüsusi olaraq həyata keçirilir. Həmin qaydaların 11.1-ci bəndində göstərilir ki, sığorta hadisəsi əlamətlərinə malik hadisələrin baş verməsi barədə sığortalı hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində Sığortaçıya və ya onun nümayəndəsinə yazılı sığorta tələbini göndərməklə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə dərhal xəbər verməlidir. Həmin müqavilədə sığortalı ilkin iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətidir. İlkin iddia üzrə Cavabdeh lizinq obyekti olan 1 ədəd CLAAS Dominato r 130 markalı kombaynın CPMİ seriyalı, 00328-20 nömrəli sığorta şəhadətnaməsindən də görünür ki, sığortalı "xxxx" Açıq Səhmdar Cəmiyyətidir və sığorta hadisəsi baş verdikdə sığortalı olduqca tez bir zamanda sığotaçıya 050 *** ** ** mobil nömrəsinə və sığorta hadisəsinin xarekterindən asılı olaraq müvafiq Dövlət orqanlarına xəbərdarlıq etməli idi.
46. Bu göstərilənlərlə ASC-nin tələbinin qanunsuz olmasının müəyyən olunmasına baxmayaraq, Kollegiya ilkin iddianı qismən təmin olunması barədə qətnamə çıxararaq, Cavabdeh ASC-nin xeyrinə lizinqə verilmiş kombaynın təmirinə çəkilmiş xərcə görə 26.262,52 manat pul tutulmasını qət etmişdir. Bununla da Kollegiya MM-in qeyd olunan maddələrini düzgün tətbiq etməmişdir.
47. Birinci instansiya məhkəməsi ilk iddianı bu hissədə rədd edərkən tərəflər arasın da bağlanmış lizinq müqaviləsinin 12.5.1-ci bəndinin tələbini nəzərə almamış, kombaynın yanmasında lizinq alanın təqsiri olmadığına istinad edərək ilk iddianı tam rədd etmişdir. Halbuki hazırkı halda sığorta hadisəsinin baş verməsində lizinq alanın təqsirli olub-olmadığı qeyd edilən tələbə hüquqi qiymət verilməsi üçün əhəmiyyətli deyildi. Məhkəmənin araşdırmalı və hüquqi qiymət verməli olduğu hal sığorta ödənişinin həyata keçirilməməsində lizinq alanın təqsirli olub-olmaması, lizinq alan tərəfindən lizinq müqaviləsinin şərtinin pozulubpozulmadığı, müqavilə şərtinin pozulması nəticəsində ilk iddia üzrə iddiaçıya ziyan dəyibdəyməməsi idi.
48. MM-in 337, 748-1.4-cü maddələrinin tələbləri pozulmuşdur – Qarşılıqlı iddiaçı Cavabdeh 45.039,8 manat pulun ödəyib, kombayn almağının məqsədi gəlir əld ə etmək olmuşdur. Məhkəmə araşdırılmasından da görünür ki, qarşılıqlı iddia üzrə cavabdehin təqsiri ucbatından qarşılıqlı iddiaçı gəlir əldə etmək əvəzinə, az müddətdə kombaynı iki dəfə təmir etdirmiş və kombaynın onun istifadəsində olmamasına görə ödədiyi pullara görə heç bir gəlir əldə edə bilməmişdir. Qarşılıqlı iddiaçının heyvanları satıb ödədəiyi pullar özündə olsaydı, həmin pullarla gəlir əldə edə bilməsinin sübut olmasına ehtiyac yoxdur.
49. Qətmamədə göstərilir ki, qarşılıqlı iddia ərizəsində lizinq müqaviləsinin etibarsız hesab edilməsi barədə tələb irəli sürülsə də, əqdin etibarsız hesab edilməsi üçün, o cümlədən müqavilə rəsmiləşdirilərkən ödənilmiş komissiya xərcləri, qeydiyyat xərcləri, sığorta xərcləri,GPS xərcləri, ümumilikdə 6739,8 manat xərcin lizinq alana geri qaytarılmas ı barədə tələbin qanuni əsası göstərilməmişdir.
50. MPM-in 385.1.1, 386, 418.1-ci maddələrinin tələbləri pozulmuşdur - Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün heç bir maddi və prosesual hüquq normalarının pozulmadığı halda kollegiya yuxarıda göstərilən qətnaməni ləğv edib, yeni qətnamə qəbul etmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
51. Kassasiya şikayətlərinə qarşı tərəflər etiraz təqdim etməmişlər. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
52. Cavabdeh kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab e dilmişdir.
53. ASC-nin kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət (MPM-in 405.0.2-ci maddəsi) apellyasiya instansiyası məhkəməsi tərəfindən bərpa edilməklə verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
54. Tərəflər apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
55. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzər ə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərə r), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tər əfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir....” “Maddə
354. Etibarsız əqdlər üzrə müddətlər 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılm anın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə
424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri... 424.4. Əgər bu Məcəllə ilə və ya tərə flərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir....” “Maddə
747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri... 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə....” “Maddə 748-11. Lizinq ödənişlərinin ümumi məbləği 748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 748-11.1.1. lizinq obyektinin amorti zasiya ödənişləri; 748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 748-11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; 748-11.1.4. lizinq verənin mükafatının məbləği; 748-11.1.5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; 748-11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı; 748-11.1.7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. 748-11.2. Lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır.” Maddə
883. Sığorta və təkrarsığorta müqaviləsi 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya r azılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
58. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 fevral tarixli 2-2(103)-127/2022 saylı qətnaməsi qismən – Cavabdeh ASC-nin xeyrinə lizinqə verilmiş kombaynın təmirinə çəkilmiş xərcə görə 26.262,52 manat pulun tutulması hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməs inə qaytarılmalı, Cavabdeh kassasiya şikayəti qismən təmin edilməli, ASC-nin kassasiya şikayəti isə təmin edilməməlidir.
59. İddiaçının kassasiya şikayəttinin dəlilləri ilə əlaqədar qeyd edilməlidir ki, Cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapmamış, o, lizinq müqaviləsi ilə əlaqədar öhdəliklərini icra etmiş, iyun ayında kombaynda yanğın hadisəsi baş verdikdən sonra kombaynı ASC-yə təhvil vermiş və həmin müddətdən sonra lizinq obyekti üzərində sahiblik və istifadə hüququnu həyata keçirə bilməmiş, kombaynın qısa müddətdə (2020-ci il 21 may - 2020-ci il 11 iyun) lizinq alanın istifadəsində olmasına baxmayaraq, yanğın hadisəsi baş verənə qədər də kombayn onda olan nasazlıqlara görə iki dəfə təmirə aparılmış və nasazlıqlar aşkar olunm uş, sonra qeyd olunan hadisə baş vermiş, kombayn təmirdə, sonradan isə lizinq verənin sərəncamında olmuşdur. Beləliklə, lizinq alan lizinq obyekti üzərində sahiblik və istifadə hüququnu həyata keçirə bilməmiş, lizinq obyektinin onun istifadəsində olduğu dövr üçün isə lizinq haqqını ödəmişdir. İş materialları ilə həmçinin lizinq obyektinin təhvil alındıqdan az müddət sonra iki dəfə təmirə getməsi, sonra isə alışıb yanmasının məhz lizinq alanın təqsiri ucbatından baş verməsi öz təsdiqini tapmamışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd olunanlara əsasən iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. 60. ilk iddia tələbini 26.262,52 manat təmir xərci ilə bağlı hissədə təmin edən apellyasiya məhkəməsi ona istinad etmişdir ki, sığorta hadisəsi nəticəsində v axtında məlumat verilmədiyindən lizinq şirkəti sığorta ödənişini ala bilməmiş, nəticədə yanğın hadisəsi nəticəsində zərər dəymiş kombaynı öz vəsaiti hesabına təmir etdirmiş, buna 26.262,52 manat vəsait xərcləmişdir. İşə apellyasiya qaydasında baxılarkən Cavabdeh və nümayəndəsi təsdiq etmişlər ki, sığorta hadisəsi baş verdikdən sonra Cavabdeh sığorta şirkətinə və səlahiyyətli dövlət orqanlarına məlumat verməmiş, yalnız mobil telefonla lizinq şirkətinə məlumat verilmiş, yanğının baş vermə səbəbləri ilə bağlı araşdırma aparılmamışdır. Belə olan halda, lizinq alan öz öhdəliyini icra etməyərək sığorta hadisəsi nəticəsində sığorta şirkətinə vaxtında məlumat vermədiyindən ilk iddia üzrə iddiaçının sığorta hadisəsi nəticəsində dəymiş ziyanı öz vəsaiti hesabına aradan qaldırılmasına çəkilmiş xərc o na dəymiş real ziyan kimi qiymətləndirilməli, Cavabdeh ASC-nin xeyrinə lizinqə verilmiş kombaynın təmirinə çəkilmiş xərcə görə 26.262,52 manat pulun tutulması hissəsində təmin edilməlidir.
61. Bununla əlaqədar ilkin olaraq qeyd edilməlidir ki, iş materiallarındakı 2020-ci il 12 may tarixli, “Sığortaçı” "xxxx" ASC ilə “Sığortalı” "xxxx" ASC arasında bağlanmış CPMİ 00328-20 saylı sığorta Şəhadətnaməsinin sonuncu bəndinə əsasən sığorta hadisəsi baş vedikdə Sığortalı (yəni "xxxx" ASC) olduqca tez bir zamanda (7/24) Sığortaçıya 050 253 55 22 və sığorta hadisəsinin xarakterindən asılı olaraq müvafiq Dövlət Orqanlarına xəbərdarlıq etməlidir. Beləliklə, həmin Şəhadənamə ilə sığorta müqaviləsinin tərəfləri sığorta hadisəsi barədə sığortaçıya məlumat verilməsini faydalanan şəxs olaraq Cavabdeh deyil, məhz “Sığortalı” "xxxx" ASC-nin vəzifəsi olaraq müəyən etmişlər. Məhkəmələr tərəfindən müəyyən edilmiş hal isə ondan ibarətdir ki, Cavabdeh yanğın hadisəsi barədə dərhal lizinq şirkətinə sığortalıya məlumat vermişdir.
62. Cavabdeh kassasiya şikayətində bununla əlaqədar qeyd olunmuşdur ki, "xxxx" ASC ilə bağlanan müqaviləyə əsasən, sığorta hadisəsi barədə məlumatlandırma sığorta qanunvericiliyi ilə “Podratçıya məxsus olan qurğu və avadanlıqların sığortası” qaydalarına və sığorta müqaviləsinə uyğun xüsusi olaraq həyata keçirilir. Həmin qaydaların 11.1-ci bəndində göstərilir ki, sığorta hadisəsi əlamətlərinə malik hadisələrin baş verməsi barədə sığortalı hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində Sığortaçıya və ya onun nümayəndəsinə yazılı sığorta tələbi ni göndərməklə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə dərhal xəbər verməlidir. Həmin müqavilədə sığortalı ASC-dir və sığorta hadisəsi baş verdikdə sığortalı olduqca tez bir zamanda sığotaçıya və müvafiq Dövlət orqanlarına xəbərdarlıq etməli idi.
63. Məhkəmə kollegiyası kassatorun bu dəlili ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən Sığorta Şəhadətnaməsinin qeyd edilən bəndi nəzərə alınmamış, Sığortalının vəzifəsi olaraq müəyyən edilmiş hadisə barədə xəbər vermə əsassız olaraq Cavabdeh öhdəliyi kimi müəyyən edilmiş, bu isə öz növbəsində düzgün olmayan məhkəmə qərarının qəbul edilməsi ilə nəticələnmişdir.
64. Beləliklə, işə kassasiya qaydasında baxan mə hkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tətbiqində və sübutların qiymətləndirilməsində səhvə yol verildiyindən, Cavabdeh kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 fevral tarixli 2-2(103)-127/2022 saylı qətnaməsi qismən – Cavabdeh ASC-nin xeyrinə lizinqə verilmiş kombaynın təmirinə çəkilmiş xərcə görə 26.262,52 manat pulun tutulması hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmaqla, "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməməlidir.
65. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegi yası QƏRARA ALDİ:
66. İlk iddia tələbi üzrə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İlk iddia tələbi üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 22 fevral tarixli 22(103)-127/2022 saylı qətnaməsi qismən – Cavabdeh ASC-nin xeyrinə lizinqə verilmiş kombaynın təmirinə çəkilmiş xərcə görə 26.262,52 manat pulun tutulması hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.