Məhkəmə qərarları › İş №2-2(102)-697/2023

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-697/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-697/2023 30.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 avqust tarixli, 2-2(104)-204/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə-“iddiaçı”) Cavabdehnə qar şı (bundan sonra mətndə- “cavabdeh”) pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.000 manat məbləğin, 400 manat mediasiya xərci məbləğinin, ümumilikdə 10400 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehdən 19.169 manat məbləğin, 400 manat mediasiya xərci məbləğinin, ümumilikdə 19569 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 13 iyun tarixli 2-2(115)-487/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim K.Vəliyev). Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, iddia tələ binin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 avqust tarixli, 2-2(104)-204/2023 nömrəli qətnaməsi ilə Gəncə Kommersiya Məhkəməsinin 2023cü il 13 iyun tarixli, 2-2(115)-487/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim A.Hüseynzadə, hakimlər Ş.Rzaquliyev və Ə.Məmmədov). Qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki kassasiy a şikayətində MPM-nin 407.4-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, MPM-nin 407.4-cü maddəsinin tələbinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Hazırki hal da iddia qiyməti 19.569 manat təşkil etdiyindən, istinad olunan normaların tələbləri baxımından iddiaçı tərəfindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 74,35 manat təşkil etməlidir. Lakin kassasiya şikayəti verilərkən, cəmi 60 manat məbləğində dövlət rüsumu ödənilmiş, bununla da qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməmişdir. MPM-in 408.1, 408.1.3-cü maddələrinə əsasən, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 avqust tarixli, 2-2(104)-204/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov A.Q.Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar