Məhkəmə qərarları › İş №2-2(102)-699/2023

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-699/2023

08.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-699/2023 08.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “İddiaçı”in Kayman Adalarının “X1” Şirkətinə qarşı iş üzrə Q Ə R A Rİ İş № 2-2(102)-699/2023 Bakı şəhəri Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı “İddiaçı” Şirkətinin cavabdeh Kayman Adalarının “X1” Şirkətinə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 sentyabr tarixli 2-2(103)-585/2023 nömrəli qətnaməsindən id diaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı “İddiaçı” Şirkəti (bundan sonra – “iddiaçı”) Cavabdeha (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Azərbaycan Respublikasındakı Filialından 2019-cu il 16 avqust tarixli PO ********* saylı Spesifikasiya üzrə 5.197,96 ABŞ dolları həcmində əsas borc və 259,89 ABŞ dolları həcmində cərimə məbləğinin cəmi 5.457,85 ABŞ dolları məbləğinin, 2019-cu il 10 oktyabr tarixli PO ********* saylı spesifikasiya üzrə 5.127,67 əsas borc məbləği və 256.38 ABŞ dolları həcmində cərimə məbləği olmaqla cəmi 5.384,12 ABŞ dolları məbləğinin, beləliklə, hər iki spesifikasiya üzrə yek un məbləği təşkil edən 10.841,97 ABŞ dolları məbləğinin, o cümlədən, 1.000 AZN həcmində göstərilmiş hüquqi xidmətə görə və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 21 aprel tarixli e-2-2(113)-186/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – A.Əliyeva).

3. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 21 aprel tarixli e-2-2(113)-186/2022 nömrəli qətnaməsini ləğv edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 sentyabr tarixli 2-2(103)-704/2022 nömrəli qətnaməsi ilə id diaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 21 aprel tarixli e-2-2(113)186/2022 nömrəli qətnaməsi ləğv iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 5.197,96 ABŞ dolları məbləğində əsas borc və 50 ABŞ dolları məbləğində cərimə tutulması qət edilmişdir (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Baxışova və V.Məmmədov).

5. Cavabdeh kassasiya şikayəti verməklə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 sentyabr tarixli 2-2(103)-704/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 aprel tarixli 2-2(102)-135/2023 nömrəli qərarı ilə üçün cü şəxs Kayman Adalarının Cavabdehı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 sentyabr tarixli 2-2(103)-704/2022 saylı qətnaməsi qismən – iddia tələbinin təmin edildiyi hissədə ləğv edilərək, həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən hakim – B.Qəribov, hakimlər – A.Abbasov və B.Məmmədli).

7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 sentyabr tarixli 2-2(103)-585/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 21 aprel tarixli e-2-2(113)-186/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – X.Mərdanova, hakimlər – E.Həsənov və S.Bəh ramzadə).

8. İddiaçı 2023-cü il 6 noyabr tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 sentyabr tarixli 2-2(103)-585/2023 nömrəli qətnaməsini ləğv edilərək, yeni qərar qəbul olunmasını xahiş etmişdir. I. TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: "Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dai r qərardad qəbul edilir. 404-1.3. kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad işdə iştirak edən şəxslərə göndərilənə kimi şikayəti verən şəxsdən onun geri qaytarılması barədə ərizə daxil olduqda kassasiya instansiyası məhkəməsi şikayətin geri qaytarılması barədə qərardad qəbul edir. "Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:... 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsi ni sübut edən sənəd əlavə olunur. "Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1.1.kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;...” II. Ali Məhkəmənin Mövqeyi

10. Aşağıda göstərilənlərə əsasən, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbulundan imtina edilməlidir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə o nun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

12. Həmin məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə geri qaytarılır.

13. İş materiallarına əsasən, iddiaçının nümayəndəsinə verilmiş etibarnamənin müddəti 2023-cü il 2 avqust tarixində bitmiş, 2023-cü il 6 noyabr tarixində verilmiş kassasiya şikayəti isə elektron qaydada yalnız vəkil tərəfindən imzalanmış, onun nümayəndəlik səlahiyyətlərini təsdiq edən yeni etibarnamə elektron kabinetə əlavə edilməmişdir. Qeyd olunanlara əsasən kassasiya şikayəti qeyri-mümkün hesab edilərək, onun icraata qəbulundan imtina edilməlidir.

14. Şərh olunanları nəzərə alaraq və MPM-in 407.1, 407.3 və 408.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023cü il 5 sentyabr tarixli 2-2(103)-585/2023 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və onun icraata qəbul edilməsindən imtina olunsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar