Məhkəmə qərarları › İş №2-2(102)-7/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-7/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-7/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiasına dair iş üzrə QƏRAR (Açar sözlər: podrat müqaviləsi, müqavilədən irəli gələn borcun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Hüseynova Sevda Əziz qızı və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, iddiaçı Şirkətin nümayəndəsi X10 və vəkili Vəkil2 Ağaməmməd oğlunun, cavabdeh Nazirliyin nümayəndəsi X4 və vəkili X5, 3-cü şəxs Palatanın nümayəndələri X2, X3 və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və 3-cü şəxslər Azərbaycan Respublikası Maraqlı şəxs1nə və Maraqlı şəxs2na qarşı podrat müqaviləsindən irəli gələn borcun ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-2(103)-659/2019 saylı qətnaməsindən cavabdeh Nazirlik və 3-cü şəxs Palata tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İşin materiallarında olan Sifarişçi - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əsaslı Tikinti şöbəsi ilə İcraçı - İddiaçı arasında bağlanmış 09 saylı xx xxxxxxxx 2015-ci il tarixli müqavilənin surətinə əsasən, tərəflər təsdiq edirlər ki, “S ifarişçi” Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Heydər Əliyev adına Ali Hərbi Məktəbin ərazisində 3.000 yerlik müdavim yeməkxanası binasının (qazanxana ilə birlikdə) tikintisi işlərinin davam etdirilməsi üçün “İcraçı”nın ƏDV ilə 6.549.481,90 manat məbləğində təklifini qəbul etmişdir.

2. Həmin müqaviləyə dair imzalanmış xx.xx.2016-cı il tarixli Əlavə Razılaşmanın surətinə müvafiq olaraq Müqavilənin 2.1 yarımbəndi aşağıdakı mətndə oxunsun: 2.1 Tərəflər təsdiq edirlər ki, “Sifarişçi” Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Heydər Əliyev adına Ali Hərbi Məktəbin ərazisində 3.000 yerlik müdavim yeməkxanası binasının (qazanxana ilə birlikdə) tikintisi işlərinin davam etdirilməsi üçün “İcraçı”nın 6.549.481,90 manat məbləğində təklifini qəbul etmişdir. Bundan sonra yerinə yetirilmiş ti kinti işlərinin həcminə uyğun olaraq müqavilənin ilkin dəyərinin 479 455,05 manat məbləğində azaldılaraq müqavilənin ümumi dəyərinin ƏDV ilə birlikdə cəmi 6.070.026,85 manat təşkil etməsinə razılaşmışlar. İlkin müqavilənin bəndlərində nəzərdə tutulmuş bütün digər şərtlər əlavə razılaşdırmanın şərtləri kimi qəbul olunur.

3. Tərəflər arasında tərtib edilmiş xx.xx.2017-ci il tarixli üzləşmə aktının surətinə görə, 2015-ci ilin sentyabr ayından 2017-ci ilin may ayına qədər olan dövrdə Podratçı - İddiaçı UİKŞ tərəfindən 6.070.026,85 manat dəyərində tikinti işləri yerinə yetirilmişdir. Bu günə qədər Sifarişçi Müdafiə Nazirliyinin Əsaslı Tikinti şöbəsi tərəfindən Podratçı İddiaçı UİKŞ-nə 5.131.349,87 manat maliyyə vəsaiti ödənilmişdir. Yerinə yetirilmiş işlər üzrə təqdim olunmuş sənədlərə əsasən, Müdafiə Nazirliyinin Əsaslı Tikinti şöbəsi tərəfindən İddiaçı UİKŞ-nə ƏDV ilə birlikdə cəmi 938.676,98 manat həcmində borc öhdəliyi yaranmışdır. Akt tərəflərin imza və möhürləri ilə təsdiq olunmuşdur.

4. İddiaçı” X1 Şirkəti tərəfindən Müdafiə Nazirliyinin Əsaslı Tikinti Şöbəsinə ödəniş üçün təqdim olunmuş “Yerinə yetirilmiş podrat işlərinin və xərclərinin müqavilə qiyməti ilə dəyərinə aid” Arayışların (Forma № 3) surətlərinə əsasən, İicraçı tərəfindən 09 saylı xx xxxxxxxx 2015-ci il tarixli müqavilə üzrə görülən işlərin dəyəri 2015-ci ilin oktyabr ayı üçün 1.045.461,41 manat; 2015-ci ilin noyabr ayı üçün 146.916,63 manat; 2015-ci ilin dekabr ayı üçün 500.000,17 manat; 2016-cı ilin yanvar ayı üçün 832.694,50 manat; 2016-cı ilin fevral ayı üçün 363.021,43 manat; 2016-cı ilin mart ayı üçün 56 6.270,44 manat; 2016-cı ilin aprel ayı üçün 686.488,69 manat; 2016-cı ilin may üçün 595.137,38 manat; 2016-cı ilin iyun-iyul ayları üzrə 1.081.278,58 manat və 2016-cı ilin sentyabr ayı üçün 252.757,62 manat təşkil edir.

5. İşin materiallarında olan, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əsaslı Tikinti şöbəsinə ünvanladığı xx.xx.2018-ci il tarixli pretenziya məktubunda cavabdeh Nazirliyin ƏDV ilə birlikdə cəmi 938 676,98 manat borc məbləğindən 638 676,98 manat hissəsinin hesaba ödənilməsini və yerdə qalan 300.000 manat məbləğin isə “Dövlət qəbul Aktı”ndan sonra Şirkətin hesabına ödənilməsini xahiş etmişdir.

6. İşin materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əsaslı Tikinti Şöbəsi tərəfindən İddiaçınə ünvanlandığı xx.xx.2018-ci il tarixli 305 nömrəli m əktubun surətində qeyd olunur ki, Maraqlı şəxs2 audit qrupu tərəfindən H.Əliyev adına Ali Hərbi məktəbin ərazisində müdavim yeməkxanası və qazanxana binasının tikintisi obyektində keçirilmiş yoxlama zamanı aşkar olunmuş qüsurlar audit qrupunun, Əsaslı Tikinti şöbəsinin məsul işçilərinin, İddiaçı Şirkətinin təsisçisi və TİŞ rəisinin iştirakı ilə müzakirə olunmuşdur. Aparılan müzakirələr zamanı Hesablama Palatasının audit qrupu, şirkət tərəfindən qaldırılmış bütün suallar cavablandırılmış və azaldılmış məbləğ barədə açıqlama verilmişdir. Bununla bağlı 103 nömrəli xx.xx.2018-ci il tarixli məktub göndərilmişdir. Eyni zamanda, məktubda ödənilməsi tələb olunan vəsaitdən 694.000,0 manatın ödənilməsi Hesablama Palatası tərəfindən saxlanılmışdır. Qalan 244.676,98 məbləğinin isə Fövqəladə Hallar Naz irliyi tərəfindən verilən “Obyektin istismara hazırlıq aktı” və Müdafiə Nazirliyinin “Əsaslı tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında Komissiyanın aktı” təqdim olunduqdan sonra ödənilməsi həyata keçirilə bilər.

7. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əsaslı Tikinti şöbəsinə ünvanladığı xx.xx.2018-ci il tarixli pretenziya məktubunda cavabdeh Nazirliyin ƏDV ilə birlikdə cəmi 938.676,98 manat borcun Şirkətə ödənilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nazirlikdən 938 676,98 manat vəsaitin, ilk əvvəl 638.676,98 manat həcmində hissəsinin tutulması və qalan 300.000 manat məb ləğ hissəsinin isə “Dövlət qəbul Aktı”ndan sonra iddiaçı Şirkətin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 2015-ci il tarixdə sifarişçi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əsaslı Tikinti Şöbəsi ilə icraçı – İddiaçı arasında 09 saylı Müqavilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2013cü il tarixli sərəncamı əsasında bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, icraçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Heydər Əliyev adına Ali Hərbi Məktəbinin ərazisində 3.000 yerlik müdavim yeməkxanası binasının (qazanxanailə birlikdə) tikinti işlərinin davam etdirilməsi üçün ƏDV-si ilə birlikdə 6.549 481,90 manat məbləğində təklifini qəbul etmişdir. Tərəflər razılaşırlar ki, işlə r xx xxx 2016-cı il tarixə qədər görüləcəkdir.

10. Sonradan tərəflər həmin müqaviləyə xx xxxxxxx 2016-cı il tarixdə əlavə razılaşma imzalamaqla razılığa gəlmişlər ki, müqavilənin 2.1 yarımbəndi aşağıdakı mətndə oxunsun: “2.1 Tərəflər təsdiq edirlər ki “Sifarişçi” Azərbaycan Respublikası Müdafiə Nazirliyinin H.Əliyev adına Ali Hərbi Məktəbin ərazisində 3.000 yerlik müdavim yeməkxansı binasının (qazanxan ilə birlikdə) tikintisi işlərinin həyata keçirilməsi üçün “İcraçı” nın 6.549.481.90 manat məbləğində təklifini qəbul etmişdir. Bundan sonra yerinə yetirilmiş tikinti işlərinin həcminə uyğun olaraq müqavilənin ikin dəyərinin 479.455,05 manat məbləğində azaldılaraq müqavilənin ümumi dəyərinin ƏDV ilə birlikdə 6.070.026,85 manat təşkil etməsinə razılaşmışlar. İlkin müqavilənin bəndlərində nəzər də tutulmuş bütün digər şərtlər əlavə razılaşdırmanın şərtləri kimi qəbul olunur”.

11. İddiaçı Şirkət müqavilədən irəli gələn öhdəliklərini icra etməsinə baxmayaraq cavabdeh Nazirlik hazırkı vaxta borclu qaldığı 938.676,98 manat məbləği ona ödəməmişdir. Eyni zamanda iddiaçı Şirkətin cavabdeh Nazirliyə ünvanlandığı pretenziya məktubunda borc məbləğinin 638.676,98 manat hissəsinin Şirkətin bank hesabına ödəməklə, yerdə qalan 300.000 manat hissəsinin isə “Dövlət qəbul Aktından” sonra hesaba ödənilməsi Nazirlikdən xahiş olunmasına baxmayaraq, hazırkı vaxta qədər real hərəkət yoxdur.

12. Eyni zamanda tərəflər arasında xx xxx 2017-ci il tarixdə rəsmiləşdirilmiş üzləşmə aktında tərəflər borc məbləğinin mövcudluğunu etiraf etməklə, cavabdeh Nazirliyin hazırkı vaxta iddiaçı Şirkətə 938.676,98 manat borc öhdəliyinin yarandığını qeyd etmişlər. 13. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Hüseyn, iş No 2-2(81)947/2018) iddia tələbinin təmin edilməsi; cavabdehdən 938 676,98 manat vəsaitin, ilk əvvəl 638.676,98 manat həcmində hissəsinin tutulması və qalan 300.000 manat məbləğ hissəsinin isə “Dövlət qəbul Aktı”ndan sonra iddiaçının hesabına ödənilməsi; 30 manat ödənimiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. 14. 1-ci instansiya məhkəməsinin qətnaməsində qeyd edilənlərə görə, tərəflər arasında imzalanmış xx xxxxxxxx 2015-ci il tarixli 09 saylı müqaviləyə əsasən “Sifarişçi” Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Heydər Əliyev adına Ali Hərbi Məktəbin ərazisində 3.000 yerlik müdavim yeməkxana binasının (qazanxana ilə birlikdə) tikintisi işlərinin davam etdirilməsi üçün “İcraçı”nın ƏDV ilə birlikdə 6.549.481,90 manat məbləğində təklifini qəbul etmişdir. Tərəflər arasında imzalanmış müqaviləyə xx.xx.2016-cı il tarixli əlavə razılaşmaya əsasən, müqavilənin ümumi dəyərinin ƏDV ilə birlikdə cəmi 6.070.026,85 manat təşkil etməsi barədə razılaşmışlar.

15. Tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli “Üzləşmə aktı”na əsasən tikinti işlərinin yerinə yetirdiyi, Müdafiə Nazirliyinin Əsaslı Tikinti Şöbəsinin 938.676,98 manat həcmində borc öhdəliyinin yarandığı müəyyən edilmişdir. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət edilməsinə baxmayaraq borc ödənilmədiyindən məhkəməyə müraciət etmişdir.

16. Cavabdeh etirazının əsası kimi, Azərbaycan Respubli kasının Hesablama Palatasının audit qrupu tərəfindən obyektdə tikinti işlərinin sənədli yoxlamasının aparıldığını, Palatanın xx xxxxxx 2018-ci il tarixli 04mq nömrəli Kollegiya qərarının 3.3-cü bəndinə əsasən “H.Əliyev adına Ali Hərbi məktəbin ərazisində 3.000 yerlik müdavim yeməkxanası binasının (qazanxana ilə birlikdə) tikintisi“obyekti üzrə satın alınan malların müəyyən olunan ehtimal qiymətindən artıq məbləğdə podratçı təşkilatla satınalma müqaviləsinin bağlanması səbəbindən artıq hesablanmış 694.000 manat məbləğində vəsaitin azaldılaraq obyektin ehtimal olunan müqavilə qiymətinə uyğunlaşdırılması” barədə göstərişə istinad olunmuşdur. 17. 25.10.2018-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi kollegiyanın qeyd olunan məxfi qərarını məhkəməyə təqdim etmiş və məhkəmə həmin qərarla tanış olmuşdur.

18. İlk növbədə qeyd olunmalıdır ki, tərəflər arasında müvafiq podrat müqaviləsi bağlanmaqla cavabdeh Nazirlik Heydər Əliyev adına Ali Hərbi Məktəbin ərazisində 3.000 yerlik müdavim yeməkxanası binasının (qazanxana ilə birlikdə) tikintisi işlərinin davam etdirilməsi üçün iddiaçı Şirkətin ƏDV ilə birlikdə 6.549.481,90 manat məbləğində təklifini qəbul etmişdir. Müqavilənin 2.2-ci bəndində layihə smeta sənədləri hazırlandıqdan sonra müqavilə qiymətində dəyişiklik edilə biləcəyi müəyyən edilmişdir ki, tərəflər arasında imzalanmış xx.xx.2016-cı il tarixli əlavə razılaşmaya əsasən, müqavilənin ümumi dəyərinin azaldılaraq 6.070.026,85 manat təşkil etməsi razılaşdırılmışdır.

19. Müqavilə və müqaviləyə əlavədən də görünür ki, tərəflər arasında münasibətlər hər hansı d övlət orqanı tərəfindən müəyyən edilən qaydalar əsasında deyil, müqavilə münasibətlərindən irəli gələn şərtlər əsasında yaranmışdır.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində qeyd olunur ki,ifiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

21. Mülki Məcəllənin qeyd olunan normasından da göründüyü kimi, hazırda tərəflər arasında müqavilə münasibətləri mövcuddur və hər iki tərəf də müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməklə mükəlləfdirlər. Azərbaycan Respublikası Hesablama Palatasının qərarı müqavilə ilə müəyyən edilən və görülmuş işlərin dəyərini təşkil edən məbləğin azaldılaraq - ehtimal otunan müqavflə qiymətinə uyğunlaşdırılması barədə göstərişinin iddiaçının yerinə yetirilib təhvil verilmiş işlərə görə müqavilədə nəzərdə tutulmuş məbləğin tələb edilməsinə hər hansı maneə yarada bilməz.

22. Müqavilə, müqaviləyə əlavə və “Yerinə yetirilmiş podrat işlərinin və xərclərinin müqavilə qiyməti ilə dəyərinə aid” arayışlardan da görünür ki, cavabdeh mütəmadi olaraq işlərin yerinə yetirilməsinə nəzarət etmək imkanına malik olmuş, müqavilə üzrə görülmüş islərin dəyəri cavabdeh tərəfindən mübahisələndirilməmiş, ödənilməli plan məbləğin böyük bir hissəsi ödənilmiş və yalnız Hesablama Palatasının qərarından sonra "Əsaslı tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında Qəbul Komissiyasının aktı” onl ara təqdim edildikdən 244.676,98 manat vəsaiti ödəyə biləcəklərini bildirmişlər.

23. Həmin qətnamədən narazı qalan cavabdeh Nazirlik ondan apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik E.Nağıyeva, hakimlər V.Baxışova və H.Həmidov; iş No 22(103)-58/2019) cavabdeh Nazirlik tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

25. Apellyasiya instans iyası məhkəməsinin qətnaməsində qeyd edilənlərə görə, tərəflər arasında müqavilə bağlanmaqla, Heydər Əliyev adına Ali Hərbi Məktəbin ərazisində 3.000 yerlik müdavim yeməkxanası binasının (qazanxana ilə birlikdə ) tikintisi işlərinin davam etdirilməsi üçün iddiaçının ƏDV ilə birlikdə 6.549.481,90 manat məbləğində təklifi qəbul edilmişdir. Müqavilənin 2.2-ci bəndində layihə smeta sənədləri hazırlandıqdan sonra müqavilə qiymətində dəyişiklik edilə biləcəyi müəyyən edilmişdir ki, tərəflər arasında imzalanmış xx.xx.2016-cı il tarixli əlavə razılaşmaya əsasən, müqavilənin ümumi dəyərinin azaİdılaraq 6.070.026,85 manat təşkil etməsi razılaşdırılmışdır.

26. Müqavilə və müqaviləyə Əlavədən də görünür ki, tərəflər arasında münasibətlər hər hannsı dövlət orqanı tərəfindən müəyyən edilən qaydalar əsas ında deyil, müqavilə münasibətlərindən irəli gələn şərtlər əsasında yaranmışdır.Hazırda tərəflər arasında müqavilə münasibətləri mövcuddur və hər iki tərəf də müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməklə mükəlləfdirlər.

27. Maraqlı şəxs2 qərarı müqavilə ilə müəyyən edilən və görülmüş işlərin dəyərini təşkil edən məbləğin azaldılaraq ehtimal olunan müqavilə qiymətinə uyğunlaşdırılınası barədə göstərişinin iddiaçının yerinə yetirilib təhvil verilmiş işlərə görə müqavilədə nəzərdə tutulmuş məbləğin tələb edilməsinə hər hansı maneə yarada bilməz.

28. Müqavilə, müqaviləyə əlavə və "Yerinə yetirilmiş podrat işlərinin və xərclərinin müqavilə qiyməti ilə dəyərinə aid” arayışlardan da görünür ki, cavabdeh mütəmadi olaraq işlərin yerinə yetirilməsinə nəzarət etmək imkanına malik olmuş, mü qavilə üzrə görülmüş işlərin dəyəri cavabdeh tərəfindən mübahisələndirilməmiş, ödənilməli olan məbləğin böyük bir hissəsi ödənilmiş və yalnız Hesablama Palatasının qərarından sonra “Əsaslı tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında Qəbul Komissiyasının aktı” onlara təqdim edildikdən 244.676,98 manat vəsaiti ödəyə biləcəklərini bildirmişlər.

29. Həmin qətnamədən narazı qalan cavabdeh Nazirlik ondan kassasiya şikayəti verərək, qətnaməni ləğv edib işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini kassasiya instansiya məhkəməsindən xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli saylı qərarı il ə (sədrlik edən K.Bədəlov; hakimlər İ.Dadaşov və Q.Allahverdiyev; iş No 2-2(102)297/2019) cavabdeh Nazirlik tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin təkrar baxılması üçün həmn məhkəməyə göndərilməsi qərara alınmışdır.

31. Kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilənlərə görə, qanuna uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Heydər Əliyev adına Ali Hərbi məktəbin ərazisində müdavim yeməkxanası və qazanxana binasının tikintisi ilə əlaqədar Müdafiə Nazirliyinin Əsaslı Tikinti şöbəsi ilə “İddiaçı" X1 şirkəti arasında xx.xx.2015-ci il tarixdə 6.549.481,9 manat məbləğində 09 nömrəli müqavilə bağlanmışdır. xx.xx.2016-cı il tarixdə yerinə yetirilmiş tikinti işlərinin həcminə uyğun olaraq müqavilənin ilkin dəyəri 479.455,05 manat məbləğində azaldılaraq müqavilənin ümumi dəyərinin 6.070.026,85 manat təşkil etməsi barədə əlavə razılaşma imzalanmışdır.

33. İş ü zrə müəyyən edilir ki, 2017-ci ilin sentyabr - oktyabr aylarında Azərbaycan Respublikasının Hesablama Palatasının audit qrupu tərəfindən obyektdə tikinti işlərinin sənədli yoxlaması aparılmışdır. Yoxlamanın nəticələrinə əsasən tikinti iş həcmlərinin və dəyərin hesablanmasında qüsurlar aşkar olunmuşdur. Belə ki, yoxlama zamanı “H.Əliyev adına Ali Hərbi məktəbin ərazisində 3000 yerlik müdavim yeməkxanası binasının (qazanxana ilə birlikdə) tikintisi“ obyekti üzrə satın alınan malların müəyyən olunan ehtimal qiymətindən artıq məbləğdə podratçı təşkilatla satınalma müqaviləsinin bağlanması səbəbindən müqavilə üzrə 694.000,0 manat artıq vəsaitin hesablanması müəyyən edilmişdir.

34. Eyni zamanda kassasiya şikayətində qeyd edilir ki, audit yoxlaması zamanı aşkar edilənlərlə bağlı audit qrupunun, Ə saslı Tikinti şöbəsinin məsul işçilərinin, İddiaçı UİK Şirkətinin təsisçisinin və TİŞ rəisinin iştirakı ilə bu məsələ müzakirə olunmuşdur. Aparılan müzakirələr zamanı Hesablama Palatasının audit qrupunun üzvləri İddiaçı UİK Şirkəti tərəfindən qaldırılmış bütün sualları cavablandırmış və azaldılmış məbləğ barədə açıqlama verilmişdir. Şirkət nümayəndələri bu azalma ilə razılaşmış və heç bir etiraz bildirməmişlər.

35. Maraqlı şəxs2 xx xxxxxx 2018-ci il tarixli 04mq nömrəli Kollegiya qərarının 3.3-cü bəndi (“H.Əliyev adına Ali Hərbi məktəbin ərazisində 3000 yerlik müdavim yeməkxanası binasının (qazanxana ilə birlikdə) tikintisi“obyekti üzrə satın alınan malların müəyyən olunan ehtimal qiymətindən artıq məbləğdə podratçı təşkilatla satınalma müqaviləsinin bağlanması səbəbindən artıq hesablanmış 694,0 min manat məbləğində vəsait azaldılaraq obyektin ehtimal olunan müqavilə qiymətinə uyğunlaşdırılsın.) Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən icra olunmuş, podratçıya olan borc 694.000,0 manat azaldılmışdır.

36. Cavabdeh kassasiya şikayətində qeyd etdiyi bu dəlilləri eyni ilə apelyasiya instansiya məhkəməsində də təqdim etmiş, lakin apelyasiya instansiya məhkəməsi heç bir qanuni əsas gətirmədən cavabdehin mövqeyini əsassız hesab etmişdir.

37. İddiaçı kassasiya şikayətinə verdiyi etirazda da gördüyü işlərdə qüsurların olduğunu etiraf etmişdir. Lakin buna baxmayaraq işə baxan məhkəmələr işlərin qüsurla icra edilməsinə dair audit rəyinə sübut kimi qiymət verməmiş, cavabdeh apelyasiya instansiya məhkəməsində Maraqlı şəxs2 işə cəlb edilməsi üçün vəsatət versə də məhkəmə həmin vəsatət barədə heç bir araşdırma aparmamışdır.

38. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuşdur ki, layihə smeta sənədləri hazırlandıqdan sonra müqavilə qiymətində dəyişiklik edilə bilər. Yerinə yetirilmiş işlər bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, “İcraçı” aşkar olunan qüsurların müqavilənin şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat

39. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.Nuriyeva, hakimlər V.Ağayev və C.Yusifov; iş No 2-2(103)659/2019) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi; 1 saylı Bakı İnzibat i-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin qismən – cavabdehdən 938.676,98 manat məbləğində vəsaitin, ilk əvvəl 638.676,98 manat həcmində tutulması hissəsində ləğv edilməsi;“həmin hissədə iddia tələbinin qismən təmin edilməsi; cavabdeh - Azərbaycan Respublukası Müdafiə Nazirliyindən iddiaçı - İddiaçı xeyrinə 469.338 manat vəsaitin, ilk əvvəl 169.338,49 manat həcmində tutulması; qətnamənin "qalan 300.000 manat məbləğin isə "Dövlət qəbul Aktı"ndan sonra iddiaçının hesabına ödənilməsi, 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi" hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir..

40. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilənlərə görə, tərəflər arasında imzalanmış xx xxxxxxxx 2015-ci il tarixli 09 saylı müqa viləyə əsasən “Sifarişçi” Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Heydər Əliyev adına Ali Hərbi Məktəbin ərazisində 3.000 yerlik müdavim yeməkxana binasının (qazanxana ilə birlikdə) tikintisi işlərinin davam etdirilməsi üçün “İcraçı”nın ƏDV ilə 6.549.481,90 manat məbləğində təklifini qəbul etmişdir. Tərəflər arasında imzalanmış müqaviləyə xx.xx.2016-cı il tarixli əlavə razılaşmaya əsasən müqavilənin ümumi dəyərinin ƏDV ilə birlikdə cəmi 6.070.026,85 manat təşkil etməsi barədə razılaşmışlar. Tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli “Üzləşmə aktı”na əsasən tikinti işlərinin yerinə yetirildiyi, Müdafiə Nazirliyinin Əsaslı Tikinti Şöbəsinin 938.676,98 manat həcmində borc öhdəliyinin yarandığı müəyyən edilmişdir. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə müraciə t edilməsinə baxmayaraq borc ödənilmədiyindən məhkəməyə müraciət etmişdir.

41. Cavabdeh etirazının əsası kimi Azərbaycan Respublikasının Hesablama Palatasının audit qrupu tərəfindən obyektdə tikinti işlərinin sənədli yoxlamasının aparıldığını, Palatanın xx xxxxxx 2018-ci il tarixli 04mq nömrəli Kollegiya qərarının 3.3-cü bəndinə əsasən “H.Əliyev adına Ali Hərbi məktəbin ərazisində 3.000 yerlik müdavim yeməkxanası binasının (qazanxana ilə birlikdə) tikintisi” obyekti üzrə satın alınan malların müəyyən olunan ehtimal qiymətindən artıq məbləğdə podratçı təşkilatla satınalma müqaviləsinin bağlanması səbəbindən artıq hesablanmış 694.000 manat məbləğində vəsaitin azaldılaraq obyektin ehtimal olunan müqavilə qiymətinə uyğunlaşdırılması” barədə göstərişə istinad olunmuşdur. 42. 25.10.2018-ci il ta rixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi kollegiyanın qeyd olunan məxfi qərarını məhkəməyə təqdim etmiş və məhkəmə həmin qərarla tanış olmuşdur. 43. 1-ci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında müqavilə bağlanmaqla, Heydər Əliyev adına Ali Hərbi Məktəbin ərazisində 3000 yerlik müdavim yeməkxanası binasının (qazanxana ilə birlikdə) tikintisi işlərinin davam etdirilməsi üçün iddiaçının ƏDV ilə birlikdə 6.549.481,90 manat məbləğində təklifi qəbul edilmişdir. Müqavilənin 2.2-ci bəndində layihə smeta sənədləri hazırlandıqdan sonra müqavilə qiymətində dəyişiklik edilə biləcəyi müəyyən edilmişdir ki, tərəflər arasında imzalanmış xx.xx.2016-cı il tarixli əlavə razılaşmaya əsasən müqavilənin ümumi dəyərinin azaldılaraq 6.070.026,85 manat təşkil etməsi razılaşdırılm ışdır.

44. Müqavilə və müqaviləyə əlavədən də görünür ki, tərəflər arasında münasibətlər hər hansı dövlət orqanı tərəfindən müəyyən edilən qaydalar əsasında deyil, müqavilə münasibətlərindən irəli gələn şərtlər əsasında yaranmışdır.

45. Qanuna görə, hazırda tərəflər arasında müqavilə münasibətləri mövcuddur və hər iki tərəf də müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməklə mükəlləfdirlər. 1-ci instansiya məhkəməsinin qənaətinə görə Maraqlı şəxs2 qərarı müqavilə ilə müəyyən edilən və görülmüş işlərin dəyərini təşkil edən məbləğin azaldılaraq ehtimal olunan müqavilə qiymətinə uyğunlaşdırılması barədə göstərişinin iddiaçının yerinə yetirilib təhvil verilmiş işlərə görə müqavilədə nəzərdə tutulmuş məbləğin tələb edilməsinə hər hansı maneə yarada bilməz.

46. Müqavilə, müqaviləyə əlavə və “Yerinə yetirilmiş podrat işlərinin və xərclərinin müqavilə qiyməti ilə dəyərinə aid” arayışlardan da görünür ki, cavabdeh mütəmadi olaraq işlərin yerinə yetirilməsinə nəzarət etmək imkanına malik olmuş, müqavilənin üzrə görülmüş işlərin dəyəri cavabdeh tərəfindən mübahisələndirilməmiş, ödənilməli olan məbləğin böyük bir hissəsi ödənilmiş və yalnız Hesablama Palatasının qərarından sonra “Əsaslı tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında Qəbul Komissiyasının aktı” onlara təqdim edildikdən 244.676,98 manat vəsaiti ödəyə biləcəklərini bildirmişlər.

47. Qeyd olunanlara və göstərilən qanunvericilik normalarına əsaslanaraq 1-ci instansiya“ məhkəməsi“ hesab etmişdir ki, cavabdehdən 938 676,98 manat vəsaitin, ilk əvvəl 638 676,98 manat“həcmində hissəsinin tutulması və qa lan 300.000 manat məbləğ hissəsinin isə “Dövlət qəbul Aktı”ndan sonra iddiaçının hesabına ödənilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.

48. Apellyasiya instansiyası məhkəməsi 1-ci instansiya məhkəməsinin iddia tələbinin cavabdehdən 938.676,98 manat vəsaitin, ilk əvvəl 638.676,98 manat həcmində tutulması hissəsi ilə qismən razılaşmamışdır. 49. 1-ci instansiya məhkəməsinin tərəflər arasında münasibətlər hər hansı dövlət orqanı tərəfindən müəyyən edilən qaydalar əsasında deyil, müqavilə münasibətlərindən irəli gələn şərtlər əsasında yarandığını, hər iki tərəfin də müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməklə mükəlləf olduğunu, Maraqlı şəxs2 qərarı müqavilə ilə müəyyən edilən və görülmüş işlərin dəyərini təşkil edən məbləğin azaldılaraq ehtimal olunan müqavilə qiymə tinə uyğunlaşdırılması barədə göstərişinin iddiaçının yerinə yetirilib təhvil verilmiş işlərə görə müqavilədə nəzərdə tutulmuş məbləğin tələb edilməsinə hər hansı maneə yarada bilmədiyini qeyd etmişdir.

50. Lakin 1-ci instansiya məhkəməsi nəzərə almamışdır ki, H.Əliyev adına Hərbi Məktəbin tikintisinə ayrılan vəsait dövlət büdcəsindən ayrılan vəsaitdir. Maraqlı şəxs2 ali audit orqanı olmaqla kənar dövlət maliyyə nəzarəti funksiyasının həyata keçirən dövlət qurumudur.

51. İş üzrə müəyyən edilir ki, Maraqlı şəxs2 qərarına əsasən dövlət büdcəsindən sosial təyinatlı layihələrin tikintisi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ayrılan vəsaitlərdən istifadənin auditi kecirilmiş və“ müəyyən edilmişdir ki, “H.Əliyev adına Hərbi Məktəbin ərazisində 3.000 yerlik müdavim yeməkxana binasının (qazanxana ilə birlikdə) tikintisi” obyektinin layihə-smeta sənədlərinin hazırlanması podratçı təşkilata həvalə edilmiş, işlərin yerinə yetirilməsi üçün qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 4 sentyabr tarixli 200 nömrəli və 2008-ci il 5 dekabr tarixli 272 nömrəli qərarlarının tələblərinə əməl edilməyərək, obyektin ehtimal olunan müqavilə dəyəri müəyyən edilmədən“ satınalma müqaviləsi bağlanmışdır. Binanın tikintisi “üzrə satın alınan malların (işlərin və xidmətlərin) müəyyən olunan ehtimal olunan qiymətindən artıq məbləğdə podratçı təşkilatlarla satınalma müqaviləsinin bağlanılması səbəbindən 694.000 manat“ vəsaitin artıq hesablanmışdır.

52. Bununla bağlı "İddiaçı" UİK Şirkətinə xx.xx.2018-ci il tarixli, 103 saylı; xx.xx.2018-ci il tarixli, 305 saylı; xx.xx.2018-ci il tarixli, 343 saylı məktubları ilə məlumat verilmişdir.

53. Həmin məktublarla iddiaçı Şirkətə bildirilmişdir ki, tikinti obyektində keçirilmiş yoxlama zamanı aşkar olunmuş qusurlar iddiaçının müraciətindən sonra audit qrupunun, Əsaslı Tikinti şöbəsinin məsul şəxslərinin, İddiaçı Şirkətinin təsisçisi və TİŞ rəisinin iştirakı ilə birlikdə müzakirə olunmuşdur. Aparılan müzakirələr zamanı Hesablama Palatasının audit qrupu şirkət tərəfindən qaldırılmış bütün suallar cavablandırılmış və azaldılmış məbləğ baradə açıqlanma verilmişdir. Eyni zamanda iddiaçı Şirkətin ödənilməsini tələb etdiyi vəsaitindən 694.000 manatın ödənilməsi Hesablama Palatası tərəfindən saxlanıldığı, qalan 244.676,98 manat məbləğinin isə Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən “Obyektin istismara hazırlıq Akt ı” və Müdafiə Nazirliyinin “Əsaslı tikinti başa çatmış obyektin istismara qəbul edilməsi haqqında Komissiyasının aktı” təqdim olunduqdan sonra ödənilməsi həyata keçirilməsi barədə bildirilmişdir.

54. Tərəflər arasında xx.xx.2015-ci il tarixdə müqavilə bağlanan zaman qüvvədə olan “Tikintidə müqavilə qiymətlərinin hesablanmasında bazis-əmsal üsulunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 200 nömrəli Qərarının (xx.xx.2017-ci ildən ləğv edilmiş) 4-cü bəndində Azərbaycan Respublikası Maraqlı şəxs1nə, maliyyələşdirici banklara, sifarişçi nazirlik, komitə, şirkət və təşkilatlara tapşırılmışdır ki, tikintisi respublika büdcəsi hesabına aparılan obyektlər üzrə (Nazirlər Kabinetinin müəyyən etdiyi siyahıya uyğun) yerinə yetirilmiş işlərin də yərini ancaq Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin müəyyən etdiyi““ əmsallar əsasında“ hesablanmış məbləğlərdə ödəsinlər.

55. Tərəflər arasında xx.xx.2015-ci il tarixdə müqavilə bağlanan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 272 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələrlə həyata keçirilməsi Qaydaları”nın (xx.xx.2017-ci ildən ləğv edilmiş) 3.4-cü bəndinə əsasən, dövlət büdcəsi vəsaiti hesabına tikinti işlərinin aparılması üzrə smeta dəyərinin müəyyənləşdirilməsində: 3.4.1. tikintinin bazis qiymətləri səviyyəsindəki dəyəri qüvvədə olan smeta norma və qiymətlərindən istifadə etməklə müəyyən edilir; 3.4.2. tikinti nin bazis sənədlərinin düzgünlüyü barədə Dövlət Ekspertiza İdarəsinin müsbət rəyi alındıqdan sonra cari qiymətlər səviyyəsində ehtimal olunan dəyərinin düzgünlüyü Agentliyin Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən müəyyən edilir.

56. Apellyasiya instansiyası məhkəməsi Palatanın rəyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, öhdəliyin lazımınca icra edilməməsı hər 2 tərəfin təqsiri üzündən baş verdiyindən, borclunun məsuliyyətinin ölçüsü“ 50% azaldılmalıdır. Yəni cavabdehin iddiaçıya 938.676,98 manat olan“ borc azaldılaraq 469.338,49 manat məbləğində müəyyən edilməlidir.

57. Həmçinin, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 1-ci instansiya məhkəməsi iddia tələbini "qalan 300.000 manat məbləğin isə "Dövlət qəbul Aktı"ndan sonra iddiaçının hesabına ödənilməsi” hissəsini təmin edərək haqlı olmuşdur.

58. Apellyasiya instansiyası məhkəməsinin bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 458.1, 458.2, 752.1; "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 1, 6.0.1, 7.0.3, 21.12–ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

59. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı Şirkətə xx.xx.2019-cu il tarixdə, digər tərəflərə isə xx.xx.2019-cu il tarixdə təqdim edilmişdir.

60. Həmin qətnamədən narazı qalan cavabdeh Nazirlik ondan kassasiya şikayəti verərək, qətnamənin qismən, yəni 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsində 300.000 manat hissəsinin dəyişdirilmədən saxlanılmasına dair hissəsinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

61. Həmin qətnamədən nar azı qalan 3-cü şəxs Palata ondan kassasiya şikayəti verərək, Palatanın xx xxxxxx 2018-ci il tarixli 04mq nömrəli kollegiya qərarı (694.000 manat məbləğində vəsaitin azaldılaraq obyektin ehtimal olunan müqavilə qiymətinə uyğunlaşdırılması hissəsində) tam nəzərə alınmaqla, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il qətnaməsinin ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kassasiya şikayətinin dəlilləri

62. Cavabdeh Nazirliyin kassasiya şikayətində qeyd edilənlərə görə, tərəflər arasında xx.xx.2015-ci il tarixdə 6.549.481,9 manat məbləğində 09 nömrəli müqaqvilə bağlanmışdır.xx.xx.2016-cı il tarixdə yerinə yetir ilmiş tikinti işlərinin həcminə uyğun olaraq müqavilənin ilkin dəyəri 479.455,05 manat məbləğində azaldılaraq müqavilənin ümumi dəyərinin 6.070.026,85 manat təşkil etməsi barədə əlavə razılaşma imzalanmışdır. 63. 2017-ci ilin sentyabr, oktyabr aylarında Maraqlı şəxs2 audit qrupu tərəfindən obyektdə tikinti işlərinin sənədli yoxlaması aparılmışdır.

64. Yoxlamanın nəticələrinə əsasən, tikinti iş həcmlərinin və dəyərin hesablanmasında qüsurlar aşkar olunmuş və müqavilə üzrə 694.000,0 manat artıq vəsaitin hesablanması müəyyən edilmişdir. Bununla bağlı audit qrupunun, Əsaslı Tikinti şöbəsinin məsul işçilərinin, İddiaçı UİK şirkətinin təsisçisi və TİŞ rəisinin iştirakı ilə müzakirə olunmuşdur. Aparılan müzakirələr zamanı Hesablama Palatasının audit qrupunun üzvləri İddiaçı UİK şirkəti tərəfind ən qaldırılmış bütün suallar cavablandırmış və azaldılmış məbləğ barədə açıqlama verilmişdir. Şirkət nümayəndələri bu azalma ilə razılaşmış və heç bir etiraz bildirməmişdilər

65. Qeyd olunanlarla bağlı əlavə olaraq İddiaçı UİK şirkətinə xx.xx.2018-ci il tarixli 103 nömrəli, xx.xx.2018-ci il tarixli 305 nömrəli və xx.xx.2018-ci il tarixli 343 nömrəli məktublarla məlumat verilmişdir.

66. Maraqlı şəxs2 xx xxxxxx 2018-ci il tarixli 04mq ‘nömrəli Kollegiya qərarının 3.3 bəndi (“H.Əliyev adına Ali Hərbi məktəbin ərazisində 3000 yerlik müdavim yeməkxanası binasının (qazanxana ilə birlikdə) tikintisi“obyekti üzrə satın alınan malların müəyyən olunan ehtimal qiymətindən artıq məbləğdə podratçı təşkilatla satınalma müqaviləsinin bağlanması səbəbindən artıq hesablanmış 694,0 min manat məbləğində vəsa it azaldılaraq obyektin ehtimal olunan müqavilə qiymətinə uyğunlaşdırılsın) Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən icra olunmuş, podratçıya olan borc 694.000,0 manat azaldılmışdır.

67. Qalan vəsaitin ödənilməsi Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən “Obyektin istismara hazırlıq aktı” və Müdafiə Nazirliyinin “Əsaslı tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında Qəbul Komissiyasının aktı” sifarişçiyə təqdim edildikdən sonra obyektin keyfiyyət zəmanəti kimi saxlanılmış vəsait ödənilə bilərdi.

68. Lakin apellyasiya instansiyası məhkəməsi İddiaçı şirkətinin yerinə yetirdiyi işlərin yoxlanılması zamanı Hesablama Palatasının yoxlama aktında qeyd olunan azalmanı qismən nəzərə almış və müqavilə öhdəliklərinin lazımınca icra edilməməsi hər iki tərəfin təqs iri üzündən baş verdiyini bildirərək borclunun məsuliyyət ölçüsünün 50 % azaltmışdır. Yəni Müdafiə Nazirliyinin İddiaçı şirkətinə borcu 469.338,49 manat məbləğində müəyyən edilmişdir.

69. Məhkəmə qərarında göstərilir ki, qeyd olunan məbləğin 169.338,49 manatı ilk əvvəl, qalan 300.000,0 manat isə obyektin “İstismara qəbul aktı” təqdim edildikdən sonra ödənilməlidir. 70. “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 105.1 və 105.2 maddələri ilə obyektin 2 il keyfiyyət zəmanəti müəyyən edilmiş, zəmanət müddəti ərzində obyektdə meydana çıxan qüsurların və çatışmazlıqların podratçı tərəfindən aradan qaldırılması nəzərdə tutulmuşdur. Digər tərəfdən bu məsələ İddiaçı ilə bağlanmış müqavilənin 11.4 bəndində öz əksini tapmışdır.

71. Məhkəmə kollegiyasının iclaslarında dəfələrlə qeyd olunmuşdur ki, “Qəbul ko missiyası” obyektdə kondisioner, havalandırma, su-kanalizasiya, isitmə sistemlərində, döşəmələrin izolyasiyasında, elektrik quraşdırma işlərində, qazanxana avadanlıqlarında çoxlu sayda qüsur və çatışmazlıqlar aşkar etmiş, lakin bu qüsurlar podratçı təşkilata çoxsaylı rəsmi müraciətlər olunmasına baxmayaraq, aradan qaldırılmamışdır.

72. Cavabdeh Nazirliki qeyd olunanları nəzərə alıb, məhkəmə qərarında obyektdə mövcud olan qüsurların keyfiyyət zəmanəti olaraq nəzərdə tutulmuş vəsait hesabına aradan qaldırılmasını və bu vəsaitin digər podratçı təşkilata ödənilməsini bildirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının qismən təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etmişdir. a. 3-cü şəxs Maraqlı şəxs2 Kassasiya şikayətinin dəlilləri 73. 3-cü şəxs Palatanın kassasiya şikayətində q eyd edilənlərə görə, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “H.Əliyev adına Hərbi Məktəbin ərazisində 3.000 yerlik müdavim yeməkxana binasının (qazaxana ilə birlikdə) tikintisi” obyektinin layihə-smeta sənədlərinin hazırlanması podratçı təşkilata həvalə edilmiş, işlərin yerinəyetirilməsi üçün həmin dövrdə qüvvədə olan (müqavilə bağlanan zaman qüvvədə olan) “Tikintidə müqavilə qiymətlərinin hesablanmasında bazis-əmsal üsulunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 4 sentyabr tarixli 200 nömrəli qərarı və “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 272 nömrəli qərarlarının tələblərinə əməl edilməyərək, obyektin ehtimal olunan müqavilə dəyəri müəyyən edilmədən satınalma müqaviləsi bağlanmışdır. Bunun nəticəsi olaraq, binanın tikintisi üzrə satın alınan malların (işlərin və xidmətlərin) müəyyən olunan ehtimal olunan qiymətindən artıq məbləğdə podratçı təşkilatlarla satınalma müqaviləsinin bağlanması səbəbindən 694.000 manat dövlət vəsaiti artıq hesablanmışdır.

74. Belə ki, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən, Palata tərəfindən öz vəzifə və funksiyalarını həyata keçirmək məqsədi ilə Müdafiə Nazirliyində kənar dövlət maliyyə nəzarət tədbiri keçirilmiş və aparılmış audit zamanı müəyyən edilmişdir ki, “Heydər Əliyev adına Hərbi Məktəbin ərazisində 3.000 yerlik müdavim yemək xana binasının (qazanxana ilə birlikdə) tikintisi“ üzrə 2015-ci ilin sentyabr ayında Qiymətqoymə Mərkəzi tərəfindən təkrarən ƏDV ilə birlikdə ehtimal olunan müqavilə qiyməti 7.908,8 min manat məbləğində hesablanmiş və ikinci podratçi ilə 2015-ci il 17 sentyabr tarixində 6.549,5 min manat məbləğində birbaşa sətınalma müqaviləsi bağlanılmış, uçot sənədlərinə əsasən qabaqcadan dövlət (büdcə) öhdəlikləri götürülmədən xx.xx.2017-ci il tarixə 938,7 min manat kreditor borc yaradılmış, nəticədə obyekt üzrə satın alınmış malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətindən 694,0 min manat artıq vəsait hesablanmış, obyekt istifadə olunsa da müvafiq qaydada istismara qəbulu təmin edilməmişdir. Bununla əlaqədar, audit qrupu tərəfindən auditə dair hesabat tərtib edilmişdir. Bundan sonra, audit qrupunun hesabatının əsasında auditor hesabatı tərtib edilmiş və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri əsasında Palatanın Kollegiyasında müzakirə olunmaqla, xx xxxxxx 2018-ci il tərixli 04mq nömrəli Kollegiya Qərarı qəbul edilmişdir. X8 3.3-cu bəndinə əsəsən “Heydər Əliyev adına Ali Hərbi məktəbin ərəzisində 3.000 yerlik müdavim yeməkxanası binasının (qazanxana ilə birlikdə) tikintisi“ obyekti üzrə satın alınan malların müəyyən olunan ehtimal qiymətindən artıq məbləğdə podratçı təşkilatla satınalma müqaviləsinin bağlanılma səbəbindən artıq hesablanmış 694.000 manat məbləğində vəsaitin azaldılaraq obyektin ehtimal olunan müqavilə qiymətinə uyğunlaşdırılınası qərar alınmışdır. Kollegiya Qərarı icra edilməsi üçün kənar dövlət maliyyə nəzarət obyektinə (M üdafiə Nazirliyinə) göndərilmişdir.

75. Buradan da göründüyü kimi, podratçı şirkət müqavilə qiymətini mövcud normativlərə uyğun olmadan öz mülahizəsinə əsasən müəyyən edərək 694.000 manat artıq vəsait hesablamış, bununla da dövlət (büdcə) öhdəlikləri olmadan dövlət büdcə vəsaitinin əsassız olaraq xərclənməsinə şərait yaranmışdır.

76. Apellyasiya instansiyası məhkəməsi mübahisə predmeti ilə bağlı Mülki Məcəllənin 458-ci maddəsinə istinad edərək, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində müqavilə tərəfinin təqsirini qeyd etmişdir. Burada ilk öncə ona nəzər yetirmək lazımdır ki, müqavilə üzrə yaranan öhdəlik necə və hansı qaydada yaranmışdır, iş materiallarında olan sənədlərdən və apellyasiya instansiya məhkəməsinin qətnaməsindən görünür ki, obyektin ehtimal olunan müqavilə dəyəri qanunvericiliyin tələbi pozularaq, müəyyən edilmədən tərəflər arasında müqavilə bağlanılmışdır. Bununla da, mübahisə predmetinin məhkəmə araşdırması zamanı müqavilə öhdəliyinin necə yaranması müqavilə qiymətinin müəyyən olunmasında sui-istifadə amillərini araşdırılmamışdır. Nəzərə alsaq ki, qeyd edilən vəsait şəxsi deyil, dövlət büdcə vəsaitidir və bu vəsaiti şəxsi mülahizələrə, ehtimallara və yanaşmalar əsasən xərcləmək qəti qadağandır. Bunların qarşısını almaq məqsədi ilə müvafiq dövlət hakimiyyəti orqanları tərəfindən yuxarıda qeyd edilən normativ aktlar qəbul etmişdir. Lakin, müqavilə tərəfləri həmin normativ aktlara istinad etməmişdir. Belə olan halda belə nəticəyə gəlinir ki, podratçı şirkət vicdanlılıq prinsipini pozmuş, öz şəxsi mənafeyini fikirləşərək, müqavilə dəyərini, f aktiki dəyərdən artıq hesablamış və bununla da dövlət vəsaitini əsassız olaraq xərclənməsinə və ya istifadəsinə şərait yaratmışdır. Əsassız və qeyri-qanuni xərcləmə cəhdi isə Palata tərəfindən həyata keçirilən kənar dövlət maliyyə nəzarət tədbirləri ilə aşkar edilmiş və dərhal aradan qaldırılmasına dair qərar qəbul edilmişdir. Bütün bu hallar isə nə 1-ci instansiya məhkəməsində nə də ki, apellyasiya instansiya məhkəməsində ədalətli, obyektiv və hərtərəfli araşdırılmamışdır.

77. Həmçinin, büdcə təşkilatları satın aldığı mallara və xidmətlərə görə dövlət xəzinədarlığı tərəfindən qabaqcadan dövlət (büdcə) öhdəlikləri götürməlidir. Belə ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun 19.3-cü maddəsinə əsasən büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmə tlərə görə dövlət xəzinədarlığı tərəfindən qabaqcadan dövlət (büdcə) öhdəlikləri götürülür və bu öhdəliklər çərçivəsində satınalmalardan yaranan kreditor borcları xəzinədarlıq tərəfindən ödənilir. İşin mahiyyətindən də göründüyü kimi qabaqcadan heç bir dövlət öhdəliyi götürülməmişdir.

78. Müqavilə bağlanan dövrdə qüvvədə olan “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın 3.4.1 -ci və 3.4.2-ci yarım bəndlərinə əsasən tikintinin bazis qiymətləri səviyyəsindəki dəyəri qüvvədə olan smeta norma və qiymətlərindən istifadə etməklə müəyyən edilir və tikintinin bazis smeta sənədlərinin düzgünlüyü barədə Dövlət Ekspertiza idarəsinin müsbət rəyi alındıqdan sonra tikintilərin cari qiymətlər səviyyə sində ehtimal olunan dəyərinin düzgünlüyü Agentliyin Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən müəyyən edilir. Həmçinin həmin Qaydaların tələblərinə əsasən qeyd olunur ki, bu Qaydalar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və digər struktur bölmələri tərəfindən tikinti, yenidənqurma, əsaslı təmir və bərpa işlərinin bütün mərhələlərində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində dövlət nəzarətinin həyata keçirilməsi mexanizmini müəyyən edir və Qaydaların tələbləri tikinti fəaliyyətinin bütün iştirakçıları üçün məcburidir. Tikinti fəaliyyətinin hər bir mərhələsində mövcud qanunvericiliyi və tikinti norma və qaydalarını pozan fiziki və ya hüquqi şəxslərin məsuliyyətə cəlb olunması üçün Nazirlik Azərbaycan Respub likasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər həyata keçirir.

79. Həmçinin iş üzrə cavadehin izahatından görünür ki, Palata tərəfindən aparılan auditdən uzun müddət keçməsinə baxmayaraq, podratçı şirkət tətəfindən tikilən obyektdə aşkar edilmiş çoxsaylı qüsurlar şirkət tərəfindən hələ də aradan qaldırılmır. Həmçinin, obyektin təhvil verilmısi haqqında “Dövlət Aktı” da verilməmişdir. Hal-hazirda Müdafiə Nazirliyinin İddiaçı UİK Şirkətinə yerinə yetirilmiş işlər üzrə 244.676,98 manat borcu var. Bu vəsaitin ödənilməsi Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən “Obyektin istismara hazırlıq aktı” və Müdafiə Nazirliyinin “Əsaslı tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında Qəbul Komissiyasının aktı” sifarişçiyə təqdim edildikdən sonra obyektin key fiyyət zəmanəti kimi saxlanılmış vəsait ödənilə bilər.

80. İddiaçı (icraçı) ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əsaslı Tikinti şöbəsi (Sifarişçi) arasında bağlanmış 09 saylı xx xxxxxxxx 2015-ci il tarixli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, müqavilənin 2.2-ci bəndinə əsasən yerinə yetirilmiş işlər bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, “icraçı” aşkar olunan qüsurların müqavilənin şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir.

81. Eyni zamanda qeyd olunmalıdır ki, Ölkə Prezidenti dəfələrlə büdcə vəsaitlərinin xərclənməsində şəffaflıq mühitinin yaradılması, əsassız xərcləmələrə yol verilməməsi ilə bağlı büdcə maliyyə-nəzarəti orqanlarına tövsiyə və tapşırıqlar vermişdir. Bu tövsiyə və tapşırıqların həyata keçirilməsi üçün təxirə s alınmaz tədbirlə həyata keçirilməkdədir.

82. Bundan əlavə, sifarişçi ilə podratçı arasındakı mübahisə predmeti olan müqavilə dövlət satınalmaları müqaviləsidir və Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-659/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin “hüquqi məsələlər“bölməsində ümumiyyətlə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa istinad olunmamış və onun imperativ tələbləri nəzərə alınmamışdır. Məhkəmənin gəldiyi nəticənin hüquqi əsaslandırılmasında ancaq Mülki Məcəlləyə istinad olunmuşdur.

83. Büdcə təşkilatları tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” qanunu ilə tənzimlənir. Qanun Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilatı' əsaslarını müəyy ənləşdirir, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydalarını müəyyən edir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı hər hansı yazılı etiraz ərizəsi təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

84. Cavabdeh Nazirliyin nümayəndəsi C.Ramazanov və vəkili N.Məmmədov kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişlər. 85. 3-cü şəxs Palatanın nümayəndələri E.Qəhrəmanov və Ə.Xudaquliyev, vəkili Vəkil1 kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişlər.

86. İddiaç ının nümayəndəsi-direktoru Z.Abıyev və vəkili Vəkil2 hər 2 kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək, onların təmin edilməməsini xahiş etmişlər.

87. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq 3-cü şəxs Azərbaycan Respublikası Maraqlı şəxs1 nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, həmin tərəfə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

88. Maddə 27.“Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti 27.1. Satınalan təşkilat satınalma prosedurlarının başlanılmasından əvvəl satın alacağı malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətini hesablayır və təsdiq edir. Bir mənbədən satınalma üsulunun tətbiq edildiyi hallar istisna olmaqla, satınalan təşkilat tərəfindən satınalmaların ehtimal olunan qiyməti təsdiq olunmadan satınalma prosedurlarına başlanıla bilməz. Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin hesablanması üsulları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 27.2. Satınalan təşkilat satın alacağı malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin müəyyənləşdirilməsi üçün peşəkar qiymətləndiricilər cəlb edə bilər. 27.3. Satın alınacaq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətini satınalan təşkilat təklif zərfl ərinin açıldığı günədək məxfi saxlayır və satınalmaların nəticələrinin qiymətləndirilməsi üçün istifadə edir. 27.4. Hər hansı təklifin qiyməti müvafiq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətindən yüksək olarsa, satınalan təşkilat həmin təklifi satınalma prosedurlarından kənarlaşdırır. Satınalan təşkilat satınalma müqaviləsini yerinə yetirmək üçün hər hansı malgöndərənin (podratçının) təqdim etdiyi təklifin qiymətinin ehtimal olunan qiymət ilə müqayisədə 20 faiz və daha artıq aşağı olmasını müəyyən etdiyi hallarda, aşağıda göstərilən şərtlərə əməl etdikdən sonra belə təklifləri rədd edə bilər: 27.4.1. satınalma müqaviləsini yerinə yetirmək qabiliyyəti şübhəli görünən malgöndərəndən (podratçıdan) onun təklifi barədə yazılı sorğu əsasında ətraflı məlumat aldıqda; 27.4.2. malgö ndərənin (podratçının) yazılı sorğu əsasında təqdim etdiyi bütün izahat və məlumatları aldığı halda, satınalma müqaviləsinin yerinə yetirilməyəcəyinə şübhələr qaldıqda. 27.5. Satınalan təşkilatın bu maddəyə əsasən malgöndərənin (podratçının) təklifini kənarlaşdırmaq qərarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilməlidir. Bu maddəyə uyğun olaraq təkliflərin kənarlaşdırılması barədə qərar, həmin qərarın səbəbləri və bununla əlaqədar bütün yazışmalar satınalma prosedurları haqqında hesabata daxil edilir. Satınalan təşkilatın bu maddəyə əsasən qəbul etdiyi qərar və onun səbəbləri barədə dərhal müvafiq malgöndərənə (podratçıya) məlumat verilir.

89. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sü butları araşdırmalı və onlardan istifadə etməlidir.

90. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

91. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

92. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

93. Azərbaycan Resp ublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 2.2-ci bəndinə görə, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə uyğun olaraq qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şəhr edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

94. Hər 2 kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

95. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

96. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından iş üzrə qətnamə ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.

97. Araşdırılan qətnamədən göründüyü kimi, apellya siya instansiyası məhkəməsi 1-ci instansiya məhkəməsinin qətnaməsində tərəflər arasında münasibətlərin hər hansı dövlət orqanı tərəfindən müəyyən edilən qaydalar əsasında deyil, müqavilə münasibətlərindən irəli gələn şərtlər əsasında yarandığı, hazırki iş üzrə hər iki tərəfin də müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməklə mükəlləf olduğu, Maraqlı şəxs2 qərarının müqavilə ilə müəyyən edilən və görülmüş işlərin dəyərini təşkil edən məbləğin azaldılaraq ehtimal olunan müqavilə qiymətinə uyğunlaşdırılması barədə göstərişinin iddiaçı Şirkətin yerinə yetirilib təhvil verilmiş işlərə görə müqavilədə nəzərdə tutulmuş məbləğin tələb edilməsinə hər hansı maneə yarada bilmədiyi barədə fikirlərini tənqid etmiş, bu fikirlərlə razı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi belə hesab et mişdir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinn predmeti olan H.Əliyev adına Hərbi Məktəbin tikintisinə ayrılan vəsait dövlət büdcəsindən ayrılan vəsaitdir. Maraqlı şəxs2 ali audit orqanı olmaqla kənar dövlət maliyyə nəzarəti funksiyasının həyata keçirən dövlət qurumudur. Ona görə də, həmin təşkilatın bu işlə bağlı verdiyi rəy hazırki mübahisənin həllində mühüm rol oynayır və nəzərə alınmalıdır.

98. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Maraqlı şəxs2 xx xxxxxx 2018-ci il tərixli 04mq nömrəli kollegiya qərarına əsasən, dövlət büdcəsindən sosial təyinatlı layihələrin tikintisi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ayrılan vəsaitlərdən istifadənin auditi kecirilmiş və“müəyyən edilmişdir ki, “H.Əliyev adına Hərbi Məktəbin ərazisində 3.000 yerlik müdavi m yeməkxana binasının (qazanxana ilə birlikdə) tikintisi” obyektinin layihə-smeta sənədlərinin hazırlanması podratçı təşkilata həvalə edilmiş, işlərin yerinə yetirilməsi üçün qüvvədə olan 200 saylı xx.xx.1995-ci il tarixli və 272 saylı xx.xx.2008-ci il tarixli Qərarlarının tələblərinə əməl edilməyərək, obyektin ehtimal olunan müqavilə dəyəri müəyyən edilmədən“ satınalma müqaviləsi bağlanmışdır. Binanın tikintisi “üzrə satın alınan malların (işlərin və xidmətlərin) müəyyən olunan ehtimal olunan qiymətindən artıq məbləğdə podratçı təşkilatlarla satınalma müqaviləsinin bağlanılması səbəbindən 694.000 manat“ vəsaitin artıq hesablanmışdır.

99. Belə ki, iş üzrə tərəflər arasında xx.xx.2015-ci il tarixli müqavilə bağlanan zaman qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Tikintidə müqavilə qiymətlərinin hesablanmasında bazis-əmsal üsulunun tətbiq edilməsi haqqında” 200 say lı xx.xx.1995-ci il tarixli Qərarının (xx.xx.2017-ci ildən ləğv edilmiş) 4-cü bəndində Azərbaycan Respublikası Maraqlı şəxs1nə, maliyyələşdirici banklara, sifarişçi nazirlik, komitə, şirkət və təşkilatlara tapşırılmışdır ki, tikintisi respublika büdcəsi hesabına aparılan obyektlər üzrə (Nazirlər Kabinetinin müəyyən etdiyi siyahıya uyğun) yerinə yetirilmiş işlərin dəyərini ancaq Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin müəyyən etdiyi““ əmsallar əsasında“ hesablanmış məbləğlərdə ödəsinlər.

100. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 272 saylı xx.xx.2008-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən tik inti sahəsində dövlət nəzarətinin mərhələrlə həyata keçirilməsi Qaydaları”nın (xx.xx.2017-ci ildən ləğv edilmiş) 3.4-cü bəndinə əsasən, dövlət büdcəsi vəsaiti hesabına tikinti işlərinin aparılması üzrə smeta dəyərinin müəyyənləşdirilməsində: 3.4.1. tikintinin bazis qiymətləri səviyyəsindəki dəyəri qüvvədə olan smeta norma və qiymətlərindən istifadə etməklə müəyyən edilir; 3.4.2. tikintinin bazis sənədlərinin düzgünlüyü barədə Dövlət Ekspertiza İdarəsinin müsbət rəyi alındıqdan sonra cari qiymətlər səviyyəsində ehtimal olunan dəyərinin düzgünlüyü Agentliyin Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən müəyyən edilir.

101. Apellyasiya instansiyası məhkəməsi 3-cü şəxs Palatanın rəyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, öhdəliyin lazımınca icra edilməməsı hər 2 tərəfin təqsiri üzündən baş ve rdiyindən, borclunun məsuliyyətinin ölçüsü“ 50% azaldılmalıdır. Yəni cavabdeh Nazirliyin iddiaçı Şirkətə olan 938.676,98 manat borc azaldılaraq 469.338,49 manat məbləğində müəyyən edilməlidir.

102. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin bu qənaəti ziddiyətlidir, ona görə də təklif etdiyi üsul iş üzrə tərəflər arasında yaranmış hazırki mübahisənin həlli üçün yararlı deyil.

103. Əvvəla, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən aydın olmur ki, həmin məhkəmə hər 2 tərəfi öz öhdəliklərini lazımınca yerinə yetirməməsinə görə təqsirli hesab edərək hansı öhdəliklərin pozulmasından bəhs edir? 104. 3-cü şəxs Palatanın hazırki iş üzrə bildirdiyi hüquq mövqeyə görə, mübahisə üzrə tərəflər dövlət satınalmaları haqqında qanunvericiliyinin müddəalarını pozmaql a bağladığı xx.xx.2015-ci il tarixli müqavilə üzrə görülən podrat işlərinin dəyərini süni olaraq şişirtmişlər, nəticədə dövlət büdcəsinin tərəflərin borc kimi qeydə aldığı 694.000 manat məbləğin itirilməsi təhlükəsi yaranmışdır.

105. Belə ki, qanuna görə, cavabdeh Nazirlik satınalan təşkilat kimi, satınalma prosedurlarının başlanılmasından əvvəl satın alacağı podrat işlərinin ehtimal olunan qiymətini özü hesablamalı və təsdiq etməli idi (bax hazırki qərarın 88-ci bəndinə). Bu zaman O, podrat işlərinin ehtimal olunan qiymətini müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş üsullarla hesablamalı idi (bax hazırki qərarın 99 və 100-cü bəndlərinə).

106. Lakin iş üzrə müəyyən edilir ki, cavabdeh Nazirlik bu tədbirləri görməmiş, birbaşa podrat işləri üzrə iddiaçı Şirkətin təklif etd iyi qiyməti qəbul etmişdir.

107. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi bir yandan 3-cü şəxs Palatanın podrat işlərinin qiymətinin şişirdilməsi haqqında rəyini qəbul edir, digər tərəfdən isə bu pozunutuya görə cavabdeh Nazirliyin təqsirini müəyyən etməklə heç bir əsas olmadan dövlət büdcəsindən ödənilməsi nəzərdə tutulan borc məbləğini hesablayıb iddiaçı Şirkətə ödədtirir. Bu da yolverilməzdir.

108. Araşdırılan qətnamədən həmçinin görünür ki, apellyasiya instansiyası məhkəməsi 1-ci instansiya məhkəməsinin müvafiq qəbul aktı imzalandıqdan sonra 300.000 manat qalıq borcunun cavabdeh Nazirlikdən tutulub iddiaçı Şirkətin xeyrinə ödənilməsi haqqında qətnaməsi ilə razılaşmışdır. Halbuki, cavabdeh Nazirliyin işin materiallarında olan şikayət ərizələrinə görə, tərəflər arasında bağlanm ış xx.xx.2015-ci il tarixli müqavilə üzrə iddiaçı Şirkət tərəfindən icra olunmalı podrat işləri yuxarıda qeyd edilən məbləğ hissəsində ya qüsurlu olmuş, ya da ki, natamam olmuşdur. Apellyasiya instansiyası məhkəməsi cavabdeh Nazirliyin bu dəlillərinə lazımi hüquqi qiymət verməmişdir.

109. Ona görə də, hazırki işin yenidən dəqiq və hərtərəfli araşdırılması və nəticədə mübahisənin ədalətli və qanuni həllinə zərurət yaranmışdır.

110. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına dair cavabdeh Nazirliyin və 3-cu şəxs Palatanın kassasiya şikayətlərinin dəlillərini əsaslı hesab edir.

111. Şərh edilənlərə və Azərbaycan Respublikası MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavab deh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin kassasiya şikayəti təmin edilsin. 3-cü şəxs Maraqlı şəxs2 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 22(103)-659/2019 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar