Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-7/2022 12.01.2022 ALİ MƏHKƏMƏ AKommersiya Kollegiyasının İddiaçı İnstitutunun Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARI Açar sözlər: su istehlakına görə borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə İddiaçı İnstitutunun Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 avqust tarixli 2-2(103)-766/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ
1. İş materiallarında olan Cavabdeh ASC (bundan sonra – “ASC”) ilə İnstitut (bundan sonra – “Fİ”) arasında 2013-cü il 7 yanvar tarixində bağlanmış 071158 saylı müqaviləyə əsasən ASC Fİ-ni içməli və istehsalat məqsədli su ilə təmin etməyi, tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, Fİ isə su təchizatı və kanalizasiya xidmətlərinin haqqını təqdim olunmuş hesabfakturaya əsasən ödəməyi öz öhdəsinə götürmüşdür.
2. İş materiallarında olan A Satış Müəssisəsinin 2002-ci il 11 aprel tarixli 070130 saylı aktının surətindən görünür ki, Fotoelektronika ETİ-nin 2002-ci il 1 aprel tarixinə qalıq borcu 312.203.822 manat (62.440,76 manat) təşkil edir.
3. İş materiallarında olan institut Rəyasət Heyətinin 2002-ci il 3 iyun tarixli 13/1 saylı qərarından görünür ki, B və C İnstitutlarını n bazasında Fİ yaradılmışdır.
4. İş materiallarında olan ASC tərəfindən Fİ-yə ünvanlanmış 2015-ci il 16 iyun tarixli “Borcun ödənilməsi haqqında” xəbərdarlıq məktubundan görünür ki, su təchizatı və kanalizasiya xidmətlərinə görə 2015-ci il 16 iyun tarixinə olan 108.620,5 manat borcun 3 iş günü ərzində ödənilməsi tələb edilmişdir.
5. İş materiallarında olan Fİ və Biofizika İnstitutu (bundan sonra – “BFİ”) tərəfindən tərtib olunmuş 2017-ci il 21 sentyabr tarixli aktda qeyd olunur ki, bu aktla Fİ-nin balansında olan ünvan 1 ünvaninda 0,8250 ha torpaq sahəsində yerləşən 5 və 2 mərtəbəli inzibati və laboratoriya binaları ətrafında olan köməkçi tikililəri ilə birlikdə (5 və 2 mərtəbəli binaların hər birinin çertyoju, eləcə də əlavə tikililər göstərilən torpaq sahəsinin hər iki tərəfdən təsdiq ed ilmiş çertyoju əlavə olunur) Fİ tərəfindən akademiyada yeni yaradılmış BFİ-nin balansına təhvil verildi. 2002-ci ildə akademiyanın B və C İnstitutlarının birləşməsi nəticəsində sayğaclarda təhvil təslim olarkən Fotoelektronika İnstitutunun binasına ASC tərəfindən 109.216,80 qəpik məbləğində borc yazılmışdır, həmin borc bu gunkü günə qədər qalir. Hal-hazırda Fİ-nin Fotoelektronika binası BFİyə verildiyi üçün həmin borc BFİ-yə təhvil verilsin.
6. İş materiallarında olan Fİ tərəfindən ASC Y rayonu Sukanal İdarəsinə ünvanlanmış 2017ci il 6 noyabr tarixli, 029-08/552 nömrəli məktubdan görünür ki, Fİ-nin balansında olan ünvan 3də 0.8250 ha torpaq sahəsində yerləşən 5 və 2 mərtəbəli inzibati və laboratoriya binalari ətrafında olan köməkçi tikililəri ilə birlikdə BFİ-nin balansına verildiyi bildir ilmiş və Fotoelektronika İnstitutunun binasına ASC tərəfindən 109.216,80 qəpik məbləğində yazılmış borcun BFİ-nin razılığı ilə onların hesabına köçürülməsi xahiş edilmişdir.
7. İş materiallarında olan Fİ tərəfindən ASC-yə ünvanlanmış 2019-cu il 4 iyun tarixli 02908/236 nömrəli məktubdan görünür ki, Fİ-nin balansında olan ünvan 3-də 0.8250 ha torpaq sahəsində yerləşən 5 və 2 mərtəbəli inzibati və laboratoriya binalari ətrafında olan köməkçi tikililəri ilə birlikdə BFİ-nin balansına verildiyi bildirilmiş və Fotoelektronika İnstitutunun binasına ASC tərəfindən 109.216,80 qəpik məbləğində yazılmış borcun BFİ-nin razılığı ilə onların hesabına köçürülməsi xahiş edilmişdir.
8. İş materiallarında olan Fİ tərəfindən ASC-yə ünvanlanmış 2019-cu il 25 noyabr tarixli məktubda qeyd olunur ki: 8.1. Məl umat üçün bildiririk ki, Fİ-nin ASC-nin Y rayon Sukanalı İdarəsinə istifadə etdiyi içməli suya və çirkab suyıın axıdılmasma görə borcu olmamışdır. ASC-nin Y rayon Sukanal İdarəsinin 2013-cü il 1 yanvar tarixli Abonet haqqında məlumata dair üzləşmə aktında 2002-ci il 1 yanvar tarixinə içməli suya və çirkab suyun axıdılmasma görə Fİ-nin suyun sərfıyyatına görə borcunun olmaması qeyd olunmuşdur. Eyni zamanda, yuxanda qeyd olunan üzləşmə aktında Fİ-nin 2003cü il 1 yanvar tarixindən hal-hazıra kimi suyun sərfiyyatına görə 107.066,62 manat borcunun yaranması qeyd edilmişdir. Buna əsas səbəb kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 21 may tarixli 81 nömrəli qərarına əsasən Azərbaycan Milli Elmlər Akademiyasında struktur dəyişikliyi edilərək, B İnstitutu və C İnstitutunun bazas ında Fİ yaradılmış və C İnstitutunun suyun sərfıyyatına görə ASC-yə olan borcu əsassız olaraq Fİ-nin suya olan borcu kimi hesabatda əks olunmuşdur. 8.2. Məlumat üçün bildiririk ki, borcun ümidsiz hesab edilməsi üçün meyarlardan biri də iddia müddətinin keçməsini hesab etmək olar. Azərbaycan Respublikasın Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən, hüququn pozulmasına görə, yəni borcun ödənilməsi üçün bütün tələblərlə bağlı məhkəməyə şikayətin verilmə müddəti 10 il müəyyən edilmişdir. Həmin müddətdən sonra, məhkəməyə müraciət edilsə və məhkəmənin qərarı hüququ pozulmuş hüquqi şəxsin xeyrinə olsa da belə, borclu öz borcunu qaytarmaya bilər. 8.3. Bundan başqa, Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında Azərb aycan Respublikası Prezidentinin 2005-ci il 07 fevral tarixli 189 nömrəli Fərmanına əsasən 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikasında milli valyutanın – manatın denominasiyası həyata keçirilmişdir. Yeni manata keçid zamanı 1 yeni manat 5.000 köhnə manata bərabər tutulmuşdur. Eyni zamanda, Fərmanda bütün dövlət orqanlarına və təşkilatlarına, habelə mülkiyyət formasından asılı olmayaraq təsərrüfat subyektlərinə tapşırıq verilmişdir ki, onların fəaliyyət sahəsinə aid olan və məbləğlə ifadə olunan müvafiq göstəricilərin 2005-ci ilin sonunadək yeni qiymətlər miqyasına keçirilməsi üzrə zəruri tədbirlər görsünlər və 2006-cı il yanvarın 1-dən başlayaraq bu göstəricilərin yeni miqyasda hesablanmasını və tətbiqini təmin etsinlər. 8.4. Beləliklə, suya olan borcun iddia müddəti keçdiyi üçün Fİ ilə ASC-nin mühasibatlığı arasında yenidən qarşılıqlı üzləşmə aktı tərtib olunaraq hesabatda əks olunmasını xahiş edirik.
9. İş materiallarında olan ASC tərəfindən Fİ-yə ünvanlanmış 2020-ci il 22 yanvar tarixli məktubda deyilir ki, yaranmış borcla bağlı müraciətinizə ASC-də baxılmışdır. ASC ilə Fİ arasında bağlanmış müqavilələrə əsasən ASC tələbata uyğun lazımı miqdarda, tərkib və keyfiyyətinə görə 2874-82 saylı dövlət Standartlarının tələblərinə uyğun, içməli və istehsalat məqsədli suyun buraxılmasını, tullantı sularının kanalizasiya sisteminə qəbulunu, təmizlənməsini və axıdılmasını təmin etmişdir. Fİ istifadə olunan su təchizatı və kanalizasiya xidmətlərinin həcmi sayğac göstəricilərinə, sayğac olmadıqda isə mövcud qanunvericiliyə və normativ hüquqi aktlara əsasən hesablanmışdır. Haz ırda Fİ-nin 103.888,62 manat su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə ödənilməmiş debitor borcu yaranmışdır. Mövcud borcun ümidsiz hesab edilməsi və ya iddia müddətinin ötməsi o halda mümkün olar ki, təchizatçı ilə istehlakçı təşkilatlar arasında MM-də qeyd olunan müddət ərzində hər hansı dövriyyə, xidmətlərdən istifadə olunmasın. Lakin Fİ ilə ASC arasında istifadə olunmuş su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə hesablar təqdim olunmuş və ödənişlər qismən aparılmışdır. Qeyd edilənlərlə bağlı Fİ-nin hesabında yaranmış borcun ödənilməsinin təmin olunması istiqamətində müvafiq tədbirlər görməyinizi xahiş edirik.
10. İş materiallarında olan Fİ ilə ASC Y rayonu Sukanal İdarəsi arasında tərtib edilmiş 2020ci il 1 oktyabr tarixli 071158 nömrəli üzl əşmə aktından görünür ki, cəmi borc məbləği 103.888,62 manat təşkil edir.
11. İş materiallarında olan 2021-ci il 1 fevral tarixli Abonent haqqında məlumatdan görünür ki, Fİ-nin cari tarixə qalıq borcu 98.388,62 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. Fİ 2020-ci il 9 dekabr tarixində ASC-yə qarşı “iddiaçıya cavabdeh tərəfindən yazılmış 109.216,80 manat məbləğində borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.
13. Daha sonra Fİ iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Fİ-yə yazılmış 103.888,62 məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Fİ ilə ASC ilə arasında bağlanan müqavilə əsasında sudan istifadə olunur. ASC ilə Y rayon Sukanal İdarəsinin 2013-cü il 1 yanvar tarixli abonent haqqında məlumata dair üzləşmə aktında 2003-cü il 1 yanvar tarixindən hal-hazıra kimi suyun sərfiyyatına görə 107.066,62 manat borcun yaranması qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 21 may tarixli, 81 nömrəli qərarına əsasən Akademiyada struktur dəyişikliyi edilərək, B İnstitutu və C İnstitutu bazasında Fİ yaradılmışdır. Eyni zamanda, 2002-ci ildə Akademiyanın B və C İnstitutlarının birləşməsi nəticəsində sayğaclarda təhvil-təslim aparılarkən Fotoelektronika İnstitutunun binasına ASC tərəfindən 109.216,80 məbləğində borc yazılmışdır. Bununla əlaqədar olaraq ASC-dən 2017-ci il 6 noyabr, 2019-cu il 4 iyun tarixlərində hə min borcun BFİ-nin hesabına köçürülməsi xahiş olunmuş, lakin heç bir cavab verilməmişdir. Bundan sonra 2019-cu il 25 noyabr tarixində ASC-nin sədrinə müraciət olunaraq suya olan borcun iddia müddəti keçdiyi üçün silinməsi və bu barədə qarşılıqlı üzləşmə aktının tərtib olunması xahiş olunmuşdur. ASC-nin 2020-ci il 22 yanvar tarixli 01/2/01-5/2/553 saylı cavab məktubunda qeyd olunmuşdur ki, mövcud borcun ümidsiz hesab edilməsi və ya iddia müddətinin ötməsi o halda mümkün olar ki, təchizatçı ilə istehlakçı təşkilatlar arasında MM-də qeyd olunan müddət ərzində hər hansı dövriyyə, xidmətlərdən istifadə olunmasın. ASC ödənişlərin qismən aparıldığını əsas kimi götürərək, 2002-ci ildə yaranmış borcun silinməsini təmin etməyərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 dekabr tar ixli 825 saylı sərəncamını icra etməkdən yayınmışdır. İşin faktiki hallarından məlum olur ki, su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə görə tərəflər arasında borca görə yaranmış mübahisələrlə bağlı müraciətlər olunmuş və ASC borcun tam ödənilməsini tələb etmişdir.
15. İddia tələbi Azərbaycan Respublikasın Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 550, 551.2.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 18 mart tarixli e-2-2(113)-673/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, ASC tərəfindən Fİ-yə hesablanmış 98.388,62 manat məbləğində borcun Fİ-nin hesabından silinməsi, iddianın qalan hissədə təmin olunmaması, ASCdən 30 manat dövlət rüsumunun tutularaq, dövlət gəlirlərinə alınması qət edilmişdir (hakim – Z.Axundov a).
17. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 17.1. Mülki qanunvericiliyə görə kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir. 17.2. 2021-ci il 1 fevarl tarixli Abonent haqqında məlumatdan müəyyən olunur ki, Fİ-nin içməli suya görə 2002-cü il 1 yanvar tarixinə qalıq borcu 0,00 manat, 2002-ci ildə sudan istifadə haqqı 8.342 manat göstərildiyi halda, 2003-cü il 1 yanvar tarixinə qalıq borcu 76.838,66 manat olaraq qeyd olunmuşdur. 17.3. Qalıq borcu 2004-cü il 1 yanvar tarixinə 103.556,46 manat, 2005-ci il 1 yanvar tarixinə 103.820,51 manat, 2006-cı il 1 yanvar tarixinə 111.230,09 manat, 2007-ci il 1 yanvar tarixinə 106.292,71 manat, 2008-ci il 1 yanvar tarixinə 106.292,71 m anat, 2009-cu il 1 yanvar tarixinə 106.292,71 manat, 2010-cu il 1 yanvar tarixinə 106.292,71 manat, 2011-ci il 1 yanvar tarixinə 106.292,71 manat, 2012-ci il 1 yanvar tarixinə 106.292,71 manat, 2013-cü il 1 yanvar tarixinə 108.587,71 manat, 2014-cü il 1 yanvar tarixinə 108.588,3 manat, 2015-ci il 1 yanvar tarixinə 108.620,8 manat, 2016-cı il 1 yanvar tarixinə 108.620,8 manat, 2017-ci il 1 yanvar tarixinə 106.782,8 manat, 2018-ci il 1 yanvar tarixinə 106.930,97 manat, 2019-cu il 1 yanvar tarixinə 107.066,62 manat, 2020-ci il 1 yanvar tarixinə 103.888,62 manat, 2021-ci il 1 yanvar tarixinə 98.388,62 manat təşkil edir. 17.4. Fİ su təchizatı və kanalizasiya xidmətlərinə görə mütəmadi olaraq ödənişlər etmişdir. Belə ki, Fİ su təchizatı və kanalizasiya xidmətlərindən 2015-ci ildə 25.480 manat mə bləğində istifadə etmiş və həmin məbləğdə ödəniş etmişdir, 2016-cı ildə 26.614,59 manat məbləğində istifadə etmiş və 28.452,59 manat məbləğdə ödəniş etmişdir, 2017-ci ildə 35.946,17 manat məbləğində istifadə etmiş və 35.800 manat məbləğdə ödəniş etmişdir, 2018-ci ildə 37.103,65 manat məbləğində istifadə etmiş və 36.968 manat məbləğdə ödəniş etmişdir, 2019-cu ildə 33.822 manat məbləğində istifadə etmiş və 37.000 manat məbləğdə ödəniş etmişdir, 2020-ci ildə 31.500 manat məbləğində istifadə etmiş və 37.000 manat məbləğdə ödəniş etmişdir. 2015-ci ildən əvvəlki illərdə də oxşar vəziyyət olmuşdur. 17.5. Fİ illər üzrə su təchizatı və kanalizasiya xidmətlərinin dəyərini ödəmişdir və hazırda qalıq borcu təşkil edən 98.388,62 manat məbləğində qalıq borc iddiaçının 2015-ci ildən əvvəlki illərə aid ol an borcdur. 17.6. Fİ 103.888,62 manat məbləğində borcun silinməsini xahiş etsə də, 2021-ci ilin yanvar ayına 98.388,62 manat məbləğində qalıq borcun olması müəyyən edilmişdir. 17.7. İddia qismən təmin edilməli, ASC-nin Fİ-dən su təchizatı və kanalizasiya xidmətlərinə görə 98.388,62 manat məbləğində qalıq borcun ödənilməsini tələb etmək hüququna beş il müddət keçdiyinə görə xitam verilməli və Fİ-yə hesablanmış 98.388,62 manat məbləğində borc Fİ-nin hesabından silinməlidir.
18. Məhkəmə öz qətnaməsini MM-in 550, 551.2.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. ASC həmin qətnamədən 2021-ci il 6 may tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsin dəki icraat
20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 avqust tarixli 22(103)-766/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 18 mart tarixli e-2-2 (113)-673/2020 saylı qətnaməsi qismən – iddianın təmin edildiyi hissədə ləğv edimiş, iddia tələbi ASC tərəfindən Fİ-yə hesablanmış 98.388,62 manat məbləğində borcun Fİ-nin hesabından silinməsi hissəsində rədd edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – İ.Kərimli və V.Məmmədov).
21. Apellyasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 21.1. Apellyasiya şikayətinin dəlili bundan ibarətdir ki, Fİ 2015-ci ildən sonra əvvəlki illərin borcları üzrə ödənişlər etdiyindən müddətin axımı kəsilmişdir. 21.2. İşə apellyasiya qaydasında baxıla rkən Fİ-nin abonent saldosundakı məlumatlara əsasən müəyyən edilmişdir ki, Fİ-nin 2016-cı ildə su və kanalizasiya xidmətindən istifadəyə görə 26.614,59 manat borcu yaranmış, Fİ isə həmin il üçün 28.452,59 manat ödəniş həyata keçirmişdir. O cümlədən 2019-cu ildə 33.822 manat borcu yarandığı halda 37.000 manat, 2020-ci ildə 31.500 manat borcu yarandığı halda 37.000 manat ödəniş həyata keçirmişdir. 21.3. Göstərilənlərə əsasən, 2015-ci ildən sonra Fİ tərəfindən əvvəlki illərin qalıq borcları üzrə ödənişlər edildiyi üçün tələbetmə müddətinin axımı kəsildiyindən 98.388,62 manat məbləğində borcun tələbetmə hüququnun keçməsi əsası ilə silinməsinə dair iddia tələbi təmin edilə bilməz. 21.4. Birinci instansiya məhkəməsi işə baxarkən qeyd edilən halı nəzərə almadığından qətnamə mübahisələndirilən his sədə ləğv edilməlidir.
22. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini MM-nin 553.1.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
23. Fİ həmin qətnamədən 2021-ci il 18 oktyabr tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
24. Apellyasiya instansiyası məhkəməsi işi təyin edərkən apellyasiya şikayətinin iddiaçı tərəfə təqdim olunmasını təmin etməmişdir. Məhkəmə işə baxılması barədə İnstituta qanunla müəyyən edilmiş qaydada məlumat verməyərək ədalətli məhkəmə araşdırılması hüququnu pozmuşdur.
25. Fİ tərəfindən bu günədək suya görə həyata keçirilmiş vaxtaşırı ödənişlər müddəti ötmüş qalıq borcuna görə deyil, aylıq su sərfiyyatına görə olmuşdur. Apellyasiya instansiyası məhkəməsi Fİ-nin aylıq ödəmələrində artıq ödənişlərin olmasına istinad edərək hesab etmişdir ki, buna görə müddətin axımı kəsilmişdir. Halbuki bu belə deyil, ona görə ki, ASC tərəfindən hər dəfə borc barədə bildiriş təqdim edilərkən müxtəlif məbləğlər göstərilmişdir. Hazırkı borcun 2003cü il 1 yanvar tarixindən yarandığı müəyyən olunduğundan 2008-ci il 1 yanvar tarixinədək iddia tələbi ilə müraciət etməli olduğu halda, ASC bu hüququndan istifadə etməmişdir. Bundan başqa, İnstitutun balansında olan ünvan 4 ünvanında 0,8250 ha torpaq sahəsində yerləşən 5 və 2 mərtəbəli inzibati və laboratoriya binaları, ətrafında olan köməkçi tikililəri il birlikdə akademiyanın Biofızika İnstitutunun balansına verildiyi bildirilmiş və Fotoelektronika İnstitutunun binasına ASC tərəfindən yazılmış 109.216,80 qəpik məbləğində borcun Biofizika İnstitutunun razılığı ilə onların hesabına köçürülməsi xahiş edilsə də, bu borc Fİ-nin deyil, Fotoelektronika İnstitutunun borcu olmuşdur.
26. Kassator kassasiya şikayətini MM-in 553.1.1-ci, MPM-in 367, 368, 376, 387.2.2-ci maddələrinə, KMP-nin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 31 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 12 mart tarixli qərarına istinad etməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. ASC kassasiya şikayətinə qarşı etiraz təqdim etmiş, kassasiya şikayətinin rədd edilməsini, Bakı Apell yasiya Məhkəməsinin 2021-ci il 13 avqust tarixli 2-2(103)-766/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. ASC kassasiya şikayətinə etirazı onunla əsaslandırmışdır ki, ASC tərəfindən göstərilmiş xidmətlərin dəyəri Fİ tərəfindən tam şəkildə ödənilmədiyi üçün ASC-yə 98.388.62 manat borcu yaranmışdır. Tərəflər arasında həmin borcu təsdiq edən 2019-cu il 23 aprel tarixli 071158 nömrəli üzləşmə aktı imzalanmışdır. Bundan əlavə, Fİ tərəfindən 2006-cı ildə göstərilmiş 7.798,62 manat xidmətin qarşılığında 12.736 manat, 2016-cı ildə göstərilmiş 26.614,58 manat xidmətin qarşılığında 28.452,59 manat, 2019-cu ildə göstərilmiş 33.822 manat xidmətin qarşılığında 37.000 manat, 2020-ci ildə göstərilmiş 31.500 manat xidmətin qarşılığında 37.000 mana t ödənişlər həyata keçirmişdir. İllər üzrə ödənişlərdən göründüyü kimi Fİ 2006-cı il üzrə 4.937,88 manat, 2016-cı il üzrə 1.838 manat, 2019-cu il üzrə 3.178 manat, 2020-ci il üzrə isə 6.500 manat göstərilmiş xidmətlərdən artıq ödəmələr edilmişdir. Həmin ödənişlər tərəfimizdən məhkəməyə təqdim edilmiş abonentin hesabat cədvəlində öz əksini tapmışdır.Fİ tərəfindən əvvəlki illərin qalıq borcları üzrə ödənişlər edildiyi üçün tələbetmə müddətinin axımı kəsilmişdir.
29. ASC Fİ-nin kassasiya şikayətinə etirazını MM-nin 553.1.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddə si), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdı rılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
33. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
550. Tələblər üçün müddət Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Maddə
551. Öhdəliklərin xitamı üçün müddətlər... 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər;...” “Maddə
553. Öhdəliklərin xitamı üçün müddətin kəsilməsi 553.1. Aşağıdakı hallarda müddətin axımı kəsilir: 553.1.1. mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə;...”
34. MPM-in müvafiq müddə alarında (2021-ci il 1 oktyabr tarixinədək qüvvədə olan redaksiyada) aşağıdakılar nəzərdə tutulur: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması... 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.... 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz....” “Maddə
88. Sübutların qiymətləndirilm əsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.” “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. M addi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
35. İş materiallarını kassasiya şikayətinin dəlilləri ilə birgə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin işi təyin edərkən apellyasiya şikayətinin iddiaçı tərəfə təqdim olunmasını təmin etməməsinə, işə baxılması barədə Fİ-yə qanunla müəyyən edilmiş qaydada məlumat verməyərək ədalətli məhkəmə araşdırması hüququnu pozmasına dair dəlilləri (bax yuxarıda § 24) əsassız hesab edir.
37. Hamıya məlum olan faktdır ki, kommersiya mübahsələri üzrə icraat elektron qaydada, yəni “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.
38. İş materiallarından (i/v 123-125) görünür ki, ASC-nin apellyasiya şikayəti onu imzalamış şəxsin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə təqdim olunmuşdur.
39. Həmçinin iş materiallarından (i/v 135-136) o da görünür ki, Fİ-nin hər iki nümayəndəsi və vəkili (Vəkil2 və Vəkil1) “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə malikdir.
40. Bununla əla qədar məhkəmə kollegiyasının qənaətinə görə, ASC-nin apellyasiya şikayəti MPM-in 10-1.3 və 10-1.5-ci maddələrinin (bax yuxarıda § 34) tələblərinə uyğun olaraq, Fİ-yə rəsmi qaydada çatdırılmış hesab olunmalıdır.
41. Bundan başqa, iş materiallarından (i/v 131-132, 134-135) görünür ki, apellyasiya instansiyası məhkəməsi işə baxılmasının vaxtı və yeri barədə iddiaçı tərəfə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə bildiriş göndərmiş, bildiriş Fİ-nin hər iki nümayəndəsi və vəkilinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilmişdir.
42. Qeyd edək ki, Fİ-nin hər iki nümayəndəsi və vəkili həmin sistemdə qeydə alınmış e-mailə də malikdir.
43. İstənilən şəxs “Elektron Məhkəmə” informasiya sistemində elektron kabinet yaradarkən təsdiq edilmiş elektron ün vanını (e-mail) qeyd etdiyi halda, sözügedən informasiya sistemi məhkəmə sənədlərinin elektron kabinetdə yerləşdirilməsi barədə həmin şəxsə təsdiq edilmiş elektron poçt vasitəsilə məlumat çatdırmaq funksionallığına malikdir.
44. Bu o anlama gəlir ki, həmin şəxslərin hər ikisinə məhkəmə sənədlərinin yerləşdirilməsi barədə “Elektron Məhkəmə” informasiya sistemi üzərindən məlumat verilmişdir.
45. Beləliklə, apellyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə bildiriş iddiaçı tərəfə MPM-in 135.5 və 135.8-ci maddələrinin tələblərinə uyğun şəkildə rəsmi qaydada verilmişdir.
46. Göründüyü kimi, iddiaçı tərəf istənilən halda məhkəmə prosesi barədə məlumatlı olmuş, lakin 2021-ci il 13 avqust tarixində keçirilmiş apellyasiya instansiyası məhkəməsinin iclasında həmin tərəfin iştirakı naməlum s əbəblərdən təmin olunmamışdır.
47. Kassator bunun əksini təsdiq edən hər hansı tutarlı dəlil gətirməmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qeyd olunan məsələ ilə bağlı hər hansı prosessual pozuntuya yol verdiyini söyləmək mümkün deyildir.
48. Bununla belə, məhkəmə kollegiyası MM-in 553.1-ci maddəsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən səhv tətbiq ediməsinə dair kassatorun dəlilini (bax yuxarıda § 25) əsaslı hesab edir.
49. Apellyasiya instansiyası məhkəməsi 2015-ci ildən sonra (2016, 2019 və 2020-ci illərdə) Fİ tərəfindən əvvəlki illərin qalıq borcları üzrə ödənişlər edildiyi üçün tələbetmə müddətinin axımının kəsilməsi səbəbindən 98.388,62 manat məbləğində borcun tələbetmə hüququnun keçməsi əsası ilə silinməsinə dair iddia tələbinin təmin edilməsinin mümkün olmaması nəticəsinə gəlmişdir.
50. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyini aşağıdakı səbəblərdən qanuni və əsaslı hesab etmir.
51. Fİ-nin abonent saldosuna (i/v 78) nəzər saldıqda aydın şəkildə görmək mümkündür ki, 2015-ci ildən əvvəl sonuncu dəfə 2006-cı ildə satış üzrə yaranmış borca (cəmi 7.798,62 manat) görə Fİ tərəfindən ödəmə (cəmi 12.736 manat) olmuşdur.
52. Göründüyü kimi, həmin ödənişin 4.937,88 manatını artıq ödəmə təşki etmişdir (12.736 – 7.798,62).
53. Bundan sonrakı növbəti 5 ildə (2007-2011-ci illər) isə istehlaka görə Fİ tərəfindən artıq ödəmə halının mövcudluğu həmin sənəddən və digər iş materiallarından görünmür.
54. Qeyd etmək lazımdır ki, hətta ASC-nin apellyasiya şikayətində də 2006-cı il ərzində göstərilmiş, 7.798,62 manat qarşılığında Fİ-nin 12.736 manat xidmət haqları ödədiyi, həmin il üzrə 4.937,88 manat artıq ödəmə həyata keçirdiyi bildirilmişdir (i/v 124).
55. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, MM-in 551.2, 551.2.1-ci maddələrinin (bax yuxarıda § 33) tələbləri baxımından 2006-cı ildən sonra 5 il müddətində Fİ tərəfindən, əvvəlki illər üzrə ona hesablanmış qalıq borcla bağlı heç bir ödəmə olmadığından ASC-nin həmin borc öhdəliyindən irəli gələn tələbi 2012-ci ildə öz qüvvəsini itirmişdir.
56. Çünki qeyd olunduğu kimi, Fİ tərəfindən 2007-2011-ci illərdə artıq ödəmələr aparılmadığından əvvəlki illər üzrə qalıq borc öhdəliyi ilə bağlı ASC-nin tələb hüququnun axımında MM-in 553.1 və 553.1.1-ci maddələrində nəzərdə tutulmuş kəsintilər (mükəlləfiyyətli şəxsin, tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərl ə icra etməsi) olmamışdır.
57. Bu baxımdan, 2015-ci ildən sonra (2016, 2019 və 2020-ci illərdə) Fİ tərəfindən ASC-nin tələb etdiyindən artıq ödənişlər aparması hazırkı mübahisənin həlli üçün heç bir hüquqi əhəmiyyət kəsb etmir.
58. Lakin apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin halları nəzərə almamış, Fİ-nin 2015-ci ildən əvvəlki dövr üzrə həyata keçirdiyi ödənişlər üzrə ümumiyyətlə hüquqi qiymətləndirmə aparmamış, MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 34) tələblərini pozaraq bununla bağlı işdə olan sübutları düzgün qiymətləndirməmiş, maddi hüquq pozuntusuna yol vermiş, nəticədə iş üzrə MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 34) uyğun gəlməyən qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
59. MPM-in 386, 418.1-ci və 418.2-ci maddəl ərinə (bax yuxarıda § 35) uyğun olaraq maddi hüquq normalarının pozulması apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Tətbiq edilməli olan normativ hüquqi aktın məhkəmə tərəfindən tətbiq edilməməsi maddi hüquq pozuntularından biridir.
60. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə saxlanıla bilməz, buna görə də ləğv edilməlidir.
61. Yeni apellyasiya baxışında, göstərilən nöqsanlar aradan qaldırılmalı, mübahisəyə qanunvericiliyin tələblərinə uyğun qiymət verilməlidir.
62. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Fİ-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 avqust t arixli 2-2(103)-766/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin.