Məhkəmə qərarları › İş №2-2(102)-7/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-7/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-7/2023 10.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı X5 Cavabdeh İB-nə qarşı iş üzrə QƏRAR Açar sözlər: zərərin əvəzinin ödənilməsi, borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı X5 Cavabdeh İB-nə qarşı “borcun silinməsi” və “zərərin əvəzinin ödənilməsi”, müstəqil tələb irəli sürən üçüncü şəxs X12 Cavabdehnə qarşı “borcun silinməsi” tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 iyul tarixli, 2-2(103)- 307/2022 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İŞİN HALLARİ 1. 2018-ci il 12 iyul tarixində sifarişçi-X13 və etibarnamə əsasında X21, icraçı-X14 və icraçının razılığı ilə iştirak edən X22 arasında bağlanmış müqavilənin təsdiq edilmiş surətindən görünür ki, icraçı mülkiyyət hüququ ilə X6 məxsus Salyan rayonu, Qaradağlı kəndində yerləşən 3.5554 ha torpaq sahəsi üzərində inşa edilmiş 15.000 kv.m sahəsi olan istixanada bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunacaq əlavələrdə göstərilən adda, ölçüdə, miqdarda və qiymətdə istixana, suvarma və gübrələnmə sistemlərinin sifarişçinin qeyd olunan ünvana çatdırılmasını və təhvil verilməsini, həmçinin həmin malların quraşdırılması ilə bağlı istixana daxilində və xaricində təmir-quraşdırma işlərinin yerinə yetirilməsini, sifarişçi isə həmin malları və quraşdırma işlərini qəbul edərək pulu icraçıya ödəməyi öhdələrinə götürmüşlər. 2. 2018-ci il 28 avqust tarixli icarə müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 rayonu, Qaradağlı kəndində yerləşən 3.5554 ha torpaq sahəsini X7 icarəyə vermişdir. 3. 2018-ci il 3 sentyabr tarixli “Birgə fəaliyyət haqqında” müqavilənin surətindən görünür ki, X22 və X14, X6 məxsus Salyan rayonu, Qaradağlı kəndində yerləşən 3.5554 ha torpaq sahəsi üzərində inşa edilmiş 15.000 kv.m. sahəsi olan istixananın şərikli şəkildə işlədilməsi, istifadə edilməsi, bundan əldə edilən gəlirin bölüşdürülməsini öhdələrinə götürmüşlər.

4. X18 oğlu ilə satıcı-"xxxx" MMC arasında bağlanmış 2018-ci il 1 oktyabr tar ixli alqısatqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, satıcı alıcıya gübrə və pestisid satmağı, alıcı isə malı qəbul edərək razılaşdırılmış qaydada, qaimə-faktura və vergi hesab-fakturası əsasında dəyərini ödəməyi öhdəsinə götürür. 5. 2018-ci il 15 oktyabr tarixli, 01/2018 nömrəli hesab-fakturanın təsdiq edilmiş surətindən görünür ki, 15.500 manat dəyərində 50.000 ədəd “Fenda F1” pomidor şitili "xxxx" MMC tərəfindən iddiaçıya verilmişdir. 6. 2018-ci il 25 oktyabr tarixində paylayıcı-Cavabdeh İB ilə istehlakçı-X22 arasında bağlanmış “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin təsdiq edilmiş surətindən görünür ki, paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq, istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim olunmuş hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. 7. 2018-ci il 19 noyabr tarixli, 18 nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, satıcı-"xxxx" MMC hər birinin dəyəri 0,48 manat olan 50.000 ədəd, 24.000 manat dəyərində şitili satmağı öhdəsinə götürmüşdür və malın miqdarı və qiymətinin təqdim olunan elektron qaimə və hesab-faktura əsasında təyin olunacağı nəzərdə tutulmuşdur. 8. 2018-ci il 22 noyabr tarixli, 12 nömrəli hesab-fakturanın təsdiq edilmiş surətindən görünür ki, hər birinin dəyəri 0,48 manat olan 50.000 ədəd, 24.000 manat dəyərində kanka şitili "xxxx" MMC tərəfindən X7 verilmişdir.

9. Cavabdeh İB-nin Salyan RQİİ-nin 2018-ci il 12 dekabr tarixli məktubunda (İ İ cild i.v 60) qeyd olunmuşdur ki, Salyan rayonu, Qaradağlı kəndində yerləşən istixananın qaz təchizatında yaranmış problemlə əlaqədar araşdırma aparılıb yerində baxılaraq müəssisənin qaz xəttində qaz ilə birgə maye axıntısı müşahidə olunmuşdur. Məsələnin daha ətraflı araşdırılması ilə bağlı Cavabdeh İB-nin mütəxəssisləri ilə birgə yerində mövcud qaz şəbəkəsinə və qaz qəbul məntəqəsinə baxış keçirilmiş və məlum olmuşdur ki, şəbəkəyə hazırkı vəziyyətdə qəbul olunan qaz səmt qazıdır və tərkibində maye axıntısı mövcuddur. 10. 2019-cu il 13 fevral tarixində Cavabdeh İB ilə istehlakçı - X12 nümayəndəsi X14 arasında imzalanmış “İstehlak olunmuş təbii qazın dəyərinin ödənilməsi barədə razılaşma protokolu”nun təsdiq edilmiş surətindən görünür ki, istehlakçı 2019-cu il 13 fevral tarixinədək yaran mış 61.575 manat məbləğində borcu 2019-cu il 28 fevral tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. 11. 2019-cu il 15 fevral tarixli, 18/93-1 nömrəli müstəqil auditor hesabatından görünür ki, Salyan rayonu, Qaradağlı kəndində fəaliyyət göstərən istilikxanaya Cavabdeh İB-yə məxsus ana qaz xəttindən ayrılan qaz xəttinə böyük su kütləsinin qazla birlikdə yüksək təzyiqlə axması nəticəsində fiziki şəxslər X7 və X15 ümumilikdə 221.026,23 manat məbləğində ziyan dəymişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı X14 (bundan sonra-“iddiaçı”) 2019-cu il 21 fevral tarixində Cavabdeh İByə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi və sonuncu dəfə 2021-ci il 8 iyun tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərə k, cavabdehə məxsus ana qaz xəttindən istixanaya ayrılan qaz xəttinə böyük su kütləsinin qazla birlikdə yüksək təzyiqlə axması nəticəsində əsassız hesablanmış 73.663,34 manat borcun silinməsi, 175.054,69 manat məbləğində maddi zərərin əvəzinin, 435.000 manat məbləğində əldə çıxmış faydanın, 50.000 manat məbləğində mənəvi zərər olmaqla ümumilikdə 654.154,69 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə 2018-ci il 3 sentyabr tarixində birgə fəaliyyət haqqında müqavilə bağlayaraq mülkiyyət hüququ ilə X6 məxsus Salyan rayonu Qarabağlı kəndində yerləşən 3.5554 ha torpaq sahəsi üzər ində inşa edilmiş 2,12 ha sahəsi olan istixana kompleksini 2018-ci il 28 avqust tarixində X22 ilə aralarında bağlanmış icarə müqaviləsinə əsasən, 1 illik müddətə icarəyə götürmüşdür. İstixananın qaz təchizatında 2018-ci il 15 noyabr tarixində, gecə saat 00:50 radələrində cavabdehə məxsus ana qaz xəttindən istixanaya ayrılan qaz xəttinə böyük su kütləsinin qazla birlikdə yüksək təzyiqlə axması nəticəsində ana xətlə iddiaçıya məxsus xətt arasında yerləşən qaz tənzimləyici reduktoru sıradan çıxartmışdır. Qəza nəticəsində yüksək təzyiqli su qarışığı istilik qazanına daxil olaraq, qazanın farsunkasını bütövlükdə sıradan çıxartmış və qazan işini dayandırmışdır. Bundan başqa, 2021-ci il 12 aprel tarixli ekspert rəyinə əsasən, istixanaya məxsus qaz xəttinə qazla birlikdə mayenin daxil olması səbəb indən TRZ G 400 markalı qaz sayğacının sıradan çıxması tam olaraq öz təsdiqini tapmışdır. Beləliklə, cavabdehin təqsirli hərəkətləri nəticəsində sıradan çıxmış TRZ G 400 markalı qaz sayğacının dəyəri olan 5.900 manat dəyərində ziyan dəymişdir.

14. Qəza ilə bağlı məlumat verilməsinə baxmayaraq, hadisə yerinə heç kim gəlməmiş, nəticədə 8 gün istixanada yerləşən qazanxananın işinin dayanması nəticəsində kənd təsərrüfatı məhsulları soyuqdan tələf olmuşdur. Dəymiş ziyanın hesablanması üçün müstəqil auditor X8 ilə müqavilə bağlanaraq, 2018-ci il 22 noyabr tarixində audit yoxlaması başlanmış və 2019-cu il 15 fevral tarixində bitmişdir. 18/93-1 nömrəli audit aktı ilə qaz xəttinə suyun dolması nəticəsində istilikxana kompleksinə 221.026,23 manat məbləğində ziyan dəydiyi müəyyən olunmuşdur.

15. Bund an başqa, xətdə qəza baş verən zaman zərərin artmaması üçün qazın verilməsi dayandırılmalı, qaz tənzimləyiciyə birləşən nöqtədən xətt ayrılaraq qaz xəttinə dolmuş su təmizlənməli idi. Lakin qazın verilməsi dayandırılıb xəttə dolmuş su tənzimlənmədiyindən iddiaçı məcbur olaraq xətti özü ayırmış və bu səbəbdən qazla qarışıq su axan zaman 12.391 manat məbləğində qaz sərf olunmuşdur. Həmçinin, qaz sayğacının düzgün işləməməsi səbəbindən 2018-ci ilin dekabr ayı üzrə 21.912,27 manat, 2019-cu ilin yanvar ayı üzrə 17.568,27 manat olmaqla ümumilikdə 39.480,54 manat artıq sərfiyyat hesablanmışdır. Bundan başqa 2019-cu ilin 3 ayı ərzində yaranan fərq 2018-ci il ilə müqayisədə 21.791,8 manat olduğundan həmin fərq də borcdan silinməlidir. Beləliklə, əsassız hesablanmış və silinməli olan ümumi məbləğ 73.663,34 manat təşkil edir.

16. Bundan başqa, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində əldə çıxmış fayda kimi külli miqdarda gəlirdən məhrum olmuşdur. Cavabdehin təqsirli hərəkəti 2018-ci ilin 15 noyabr tarixində baş vermiş və nəticədə əkilmiş şitillər tam yarasız olduğu üçün məhv olmuşdur. Bundan sonra yeni şitillərin əldə olunaraq əkilməsi təxminən 1 həftə ərzində baş vermiş, yəni növbəti şitillərin əkilməsi 20 noyabr tarixindən sonra həyata keçirilmişdir. Nəzərə alınsa ki, kənd təsərrüfatı məhsulu olaraq pomidor şitillərinin yüksək gəlirli olması üçün əkilməsi hər il sentyabr ayında həyata keçirilməlidir. İkinci əkinin 20 noyabr tarixindən sonra baş verməsi isə ən azı iki ay yarım sonra baş vermişdir, bu da gözlənilən gəlirin əldən çıxması ilə nəticələnmişdir. Sentyabr ayınd a əkilən şitili 2018-ci ilin dekabr ayında Rusiya Federasiyasına ixrac etmək istəmişdir. Həmin vaxtda pomidorun qiyməti daxili bazarda da ən yüksək həddə olur. İki ay yarımdan sonra ikinci əkinin baş verməsi isə iddiaçını Rusiya bazarlarına ixrac etmək imkanından məhrum etmişdir.

17. Eyni zamanda, dekabr və yanvar ayında 4-5 manata satılacaq pomidoru martiyun aylarında orta hesabla 0,55 manata satılmış, nəticədə ona təxminən 435.000 manat maddi ziyan dəymişdir. Sentyabr ayından əkilən pomidorun ortalama satış qiymətini 3 manat, maya dəyəri təqribən 1 manat hesablanarsa, həmin ayda əkilən pomidorun 1 kqdan əldə olunacaq xalis gəlir minimum 2 manat təşkil edir. İstehsal olunacaq 300 ton pomidorun qazancı minimum 600.000 manat olmalı idi. Noyabr ayında əkilmiş pomidorun 1 kq-ı orta 0.55 manat a satıldığından əldə olunan qazanc 165.000 manat olmuşdur. 600.000 manatdan həmin məbləği çıxdıqda cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya dəymiş ziyanın məbləği 435.000 manat təşkil edir. Cavabdehin fəaliyyəti nəticəsində iddiaçının sahibkarlıq fəaliyyəti məhv olaraq xarici şirkətlər, yerli işçilər və yerli şirkətlər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilməmişdir. İddiaçıya dəymiş mənəvi zərərə görə 50.000 manat pul cavabdehdən tutulmalıdır.

18. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 14.2.1, 14.2.6, 17.1, 21.1, 385.1, 390.1, 425.1-ci maddələri, 2001-ci il 25 dekabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “İnsan hüquqlarının və X11 haqqında” Konvensiyanın 6.1-ci maddəsinə ist inad olunmuşdur. 19. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 18 iyul tarixli, e-2-2(82)429/2019 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 169.154,69 manat maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, cavabdeh tərəfindən ünvan 1ində yerləşən iddiaçının istifadəsində olan istixanada təbii qazdan istifadəyə görə hesablanmış 73.663,34 manat borc silinmişdir (hakim Ə.Ələkbərov).

20. Cavabdeh həmin qətnamədən 2019-cu il 23 avqust tarixində ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun ləğv olunaraq işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. 21. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 30 avqust tarixli, e-22(82)-429/2019 saylı qiyabi qərardadı ilə 2 saylı Ba kı İnzibati-İqtisadi Məhkəməsinin 2019cu il 18 iyul tarixli, e-2-2(82)-429/2019 saylı qiyabi qətnaməsi ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir (hakim Ə.Ələkbərov).

22. Müstəqil tələb irəli sürən üçüncü şəxs X22 (bundan sonra -“üçüncü şəxs”) iddia ərizəsi ilə 2021-ci il 19 iyun tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən üçüncü şəxsə əsassız hesablanmış 73.663,34 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

23. Üçüncü şəxsin iddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci il 25 oktyabr tarixli, AUX0-1/3187 saylı müqavilə cavabdeh ilə onun arasında bağlandığından 73.663,34 manat borcun silinməsi barədə tələbi irəli sürmək hüququ ona (abonent kodu:**********00087) məxsusdur.

24. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 60.1, “İnsan hüquqlarının və X11 haqqında” Konvensiyanın 6.1maddəsinə istinad olunmuşdur.

25. Üçüncü şəxsin iddia ərizəsinə qarşı yazılı etiraz təqdim olunmamışdır.

26. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 21 iyun tarixli, e-2-2(113)-25/2021 saylı qərardadı ilə müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən təqdim olunmuş iddia ərizəsi icraata qəbul olunmuşdur (hakim F.Qasımov).

27. İddiaçı vəsatətlə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, qaz-texiniki ekspertizası, cavabdeh isə vəsatətlə müraciət edərək tikinti-texniki ekspertizasının təyin olunması barədə qərardad qəbul olunmasını xahiş etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 7 noyabr tarixli, e-2-2(82)-429/2019 saylı qərardadı ilə məhkəmə kompleks tikinti və mühəndis-texniki ekspertizası təyin olunmuş, məhkəmə ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.

28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 2020-ci il 25 iyun tarixli, 32292 saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: - ünvan 1i ünvanında yerləşən, abonent kodu **********00087 olan istixanaya ayrılan orta təzyiqli qaz kəmərinin diametri 108 mm olan borunun en kəsiyindən təzyiqin aşağı həddində, yəni, 0,05 kqs/sm2 təzyiqdə bir saat ərzində nəzəri olaraq keçən qazın həcmi Q = 196,62 m3/saat, təzyiqin yuxarı həddində, 3 kqs/sm2 təzyiqdə bir saat ərzində nəzəri olaraq keçən qazın həcmi Q = 1532,82 m3/saat təşkil edir. Qeyd olunan hesabatda borudan qaz ilə birlikdə çıxan suyun (mayenin) həcmi nəzərə alınmamışdır. Həmin istixanaya 2018-ci il 15-23 noyabr tarixlərində hansı təzyiqlə təbii qazın verilməsi, qaz təchizatı təşkilatına müraciət edilməklə müəyyən oluna bilər; - İddiaçının icarəyə götürülmüş torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan istixananın həcmi artmadığı halda, həmin istixanada quraşdırılmış GENERAL markalı, BT-20 tipli suqızdırıcı qazanın istifadə edə bilən maksimal qaz sərfiyyatını və istixananın mövsümlə əlaqədar seçilmiş işləmə rejimini nəzərə aldıqda, 2018-ci il yanvar tarixinə 11.826 manat, 2018-ci il fevral tarixinə 10.803,20 manat, 2018-ci il mart tarixinə 10.615,40 manat, 2018-ci il aprel tarixinə 4.031,40 manat, 2018-ci il may tarixinə 0,20 manat, 2018-ci il avqust tarixinə 0 manat, 2018-ci il sentyabr tarixinə 0 manat, 2018-ci il oktyabr tarixinə 1.694,60 manat, 2018-ci il noyabr tarixinə 13.237,80 manat (abonent saldosunda) yazdığı təqdirdə 2018-ci il dekabr tarixinə 37.993,60 manat (abonent saldosuna görə 32.993 manat) və 2019-cu il yanvar tarixinə 28.649,60 manat məbləğində qaz sərfiyyatının olması mümkün deyildir; - Ekspertizaya təqdim edilmiş işin materiallarından və materiallara əlavə olunmuş fotoçəkilişdən görünür ki, iddiaçıya məxsus istixanaya çəkilmiş qaz xəttinə su kütləsi (maye) daxil olmuşdur. Ekspertizanın təyini haqqında qərardadın müəyyən etdiyi hissədə göstərildiyi kimi, 2018-ci il 15 noyabr tarixində gecə saat 05 radələrində cavabdehə məxsus ana qaz xəttindən iddiaçıya məxsus istixanaya ay rılan qaz xəttinə böyük su kütləsinin qazla birlikdə yüksək təzyiqlə axması nəticəsində ana xətlə iddiaçıya məxsus xətt arasında yerləşən qaz tənzimləyici reduktor və sayğac sıradan çıxmış və nəticədə yüksək təzyiqli su qarışığı istilik qazanına daxil olaraq, qazanın farsunkasını bütövlükdə sıradan çıxartmış və qazan işini dayandırmışdır. Cavabdehə məxsus ana qaz xəttinə (daşıyıcı, diametri 315 mm olan qaz kəmərinə) suyun (mayenin) hansı səbəbdən dolması işin materiallarından görünmür; - 2020-ci il 5 iyun tarixində keçirilmiş baxış zamanı iddiaçıya məxsus istixanaya qaz sayğacından sonra çəkilmiş qaz kəmərində və xətlərində qaz sızmasının olubolmamasının (həmçinin yeraltı qaz kəmərinin zədələnərək dəliyin əmələ gəldiyi və həmin dəlikdən kəmərin daxilinə suyun daxil ola bilməsinin mümkünlüy ü) müəyyən edilməsi üçün aparılmış yoxlamalarla (qazanxanada quraşdırılmış su qızdırıcı qazanın qaz kranı bağlanmaqla 3 saat ərzində “Elster” markalı qaz sayğacın göstəricilərində dəyişikliyin olub-olmaması yoxlanılmışdır), sayğacdan qazanxanaya qədər çəkilmiş qaz kəmərində və xətlərində qazın sızması (yəni dəliyin, boşluğun və s. olması) aşkar edilməmişdir. Qaz sayğacından əvvəl daşıyıcı, diametri 315 mm olan qaz kəmərində mayenin olduğu halda həmin mayenin digər istixanaların qaz kəmərlərinə daxil ola bilib-bilməməsi, həmin qaz kəmərlərinin (xətlərinin) çəkilməsi və istismar olunması qaydasından asılıdır.

29. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 8 oktyabr tarixli, e-2-2(113)-373/2020 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş vəsatət əsasında məhkəmə mühəndis-texniki ekspertiza sı təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.

30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühəndis ekspertizasının 2021-ci il 12 aprel tarixli, 10/3358 saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir; I. Ekspertiza tədqiqatına cavabdehin Metrologiya Departamentinin laboratoriyasında təqdim edilmiş mübahisəli G-400 markalı turbin tipli 80116834 nömrəli qaz sayğacına keçirilmiş yoxlamalarla müəyyən edildi ki: - yoxlama zamanı qaz sayğacın daxili detalları üzərində və içərisində mayenin (suyun) təsirindən əmələ gəlməsinə xarakterik olan çoxlu miqdarda paslama (korroziya) izlərinin və tozun olması, həmin sayğacdakı na sazlıqların qaz kəmərinin daxilinə mayenin (suyun) daxil olması nəticəsində yarandığını göstərir; - qaz sayğacında kənar müdaxilə izləri aşkar edilməmişdir (yoxlama zamanı yalnız sayğacın gövdə tıxacına vurulmuş üzərində “2017,İV” rəqəmləri olan qurğuşun plombun (möhürün) simləri qırılmış halda olmuşlar); - G-400 markalı turbin tipli qaz sayğacların elektron korrektorların ayrıca quraşdırmaqla sayğacla yalnız ötürücü mexanizmlə bağlı olduğunu nəzərə aldıqda, həmin elektron korrektorun içərisinə mayenin keçməsi və onun bundan yararsız vəziyyətə düşməsi mümkün deyildir; - laboratoriya şəraitində mübahisəli qaz sayğacı yoxlayan zaman, kompüter vasitəsilə həmin sayğacın elektron korrektorun arxiv məlumatları oxunduqda, laboratoriyanın işçiləri tərəfindən baxış iştirakçılarına mübahisəli dövr ü çün saatlıq sərfi qeydə alınmadığına (uzun müddət keçdiyindən pozulduğuna), günlük və aylıq qaz sərfinin isə qeydə alındığı bildirmişlər. II. Suqızdırıcı qazanlarda istifadə olunan müasir odluqların (P91A, P92A, P93A, P512A, P515A, P520A, P525A, Baltur, Ekofram, həmçinin mübahisə predmeti olan odluğun) konstruktiv quruluşunu nəzərə aldıqda, onların elektrik hissələrinə aid olan elektrik idarəetmə sxemində, filtrlərdə, nasoslarda, ventilyatorlarda, dozatorlarda və avtomatika qurğularında (datçiklərdə, klapanlarda, relelərdə və s.) nasazlıqların yaranması, odluqlarda istifadə olunan yanacaqda asılı olmayaraq həmin odluqların normal işləməsi mümkün deyildir. Ekspertizaya təqdim edilmiş materiallarda göstərildiyi kimi, İddiaçının istifadəsində olan istixananın qazanxanasında quraşdırılmış “GEN ERAL” markalı, BT-20 tipli suqızdırıcı qazanın “MVD 2065/5” tipli odluğunun sıradan çıxmasına səbəb, həmin odluğa birləşdirilmiş qaz xəttinə suyun (mayenin) dolmasından elektrik hissəsinin sıradan çıxması olmuşdur. III.2021-ci il 11 mart tarixində keçirilmiş baxış zamanı iddiaçının istifadəsində olan qazanxananın qaz sayğacının göstəricilərində bir müddət (3 saat) ərzində qazın sərfiyyatında dəyişmələrin olmadığına əsasən, istixanaya qaz sayğacından çəkilmiş qaz kəmərində (xəttində) qazın sızma (suyun kəmərinin içərisinə dolması mümkünlüyü) halının (dəliyin, çatın və digər buna oxşar zədələrin) olmadığı müəyyən edilmişdir. 31.Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 29 sentyabr tarixli, e-2-2(113)-25/2021 saylı qətnaməsi ilə iddiaçının cavabdehə qarşı borcun silinməsi və zərərin əvəzinin öd ənilməsi barədə iddiası qismən təmin olunmuş, 125.780,69 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddiaçının iddiası qalan hissədə təmin edilməmiş, üçüncü şəxsin cavabdehə qarşı borcun silinməsi barədə iddiası təmin edilmiş, cavabdeh tərəfindən üçüncü şəxsə hesablanmış 73.663,34 manat məbləğində borc silinmiş, məhkəmə mühəndis-texniki ekspertizalarının keçirilməsinə xərclənmiş 350 manat məbləğində pul vəsaitinin 283 manat məbləğində hissəsi iddiaçıdan, 67 manat məbləğində hissəsi cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim – F.Qasımov).

32. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehə məxsus ana qaz xəttindən istixan aya ayrılan qaz xəttinə böyük su kütləsinin qazla birlikdə yüksək təzyiqlə axması nəticəsində əsassız hesablanmış 73.663,34 manat borcun silinməsi hissəsində ilkin olaraq iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması məsələləri araşdırmalıdır. 2018-ci il 25 oktyabr tarixində paylayıcı-cavabdeh ilə istehlakçı-üçüncü şəxs arasında bağlanmış “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”yə əsasən, öhdəliklərin daşıyıcısı iddiaçı deyil üçüncü şəxsdir. Borc məbləği də sonuncuya hesablanmışdır, qeyd olunan tələbi irəli sürmək hüququ da ona məxsusdur və o, müstəqil tələb irəli sürən üçüncü şəxs kimi bu tələbi irəli sürmüşdür. 2019-cu il 13 fevral tarixində cavabdeh ilə üçüncü şəxsin nümayəndəsi olmuş iddaçı arasında imzalanmış “İstehlak olunmuş təbii qazın dəyərinin ödənilməsi barədə razılaşma protokolu”ndan görünür ki, iddiaçı cavabdeh ilə münasibətlərdə üçüncü şəxsin nümayəndəsi kimi iştirak etmişdir. MMin 387.3-cü maddəsinə əsasən, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər üçün vəzifələr yaratmır. Buna görə də iddiaçının iddiası həmin hissədə rədd edilməlidir.

33. Sonrakı hissələrdə iddianın əsasını zərərin əvəzinin ödənilməsi təşkil etdiyindən və zərərin vurulmasının cavabdehin təqsiri üzündən baş verməsi ilə əsaslandırıldığından məhkəmə hesab etmişdir ki, ilkin olaraq bu xüsusat araşdırılmalıdır. Cavabdehin nümayəndəsi təqsirin olmadığını onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus borunun 3 metr hissəsi su kanalının içərisindən keçdiyindən su kütləsi kanaldan daxil olmuşd ur. Lakin cavabdehin Salyan RQİİ-nin 2018-ci il 12 dekabr tarixli məktubunda qeyd olunmuşdur ki, Salyan rayonu, Qaradağlı kəndində yerləşən istixananın qaz təchizatında yaranmış problemlə əlaqədar araşdırma aparılıb yerində baxılaraq müəssisənin qaz xəttində qaz ilə birgə maye axıntısı müşahidə olunmuşdur. Məsələnin daha ətraflı araşdırılması ilə bağlı cavabdehin mütəxəssisləri ilə birgə yerində mövcud qaz şəbəkəsinə və qaz qəbul məntəqəsinə baxış keçirilmiş və məlum olmuşdur ki, şəbəkəyə hazırkı vəziyyətdə qəbul olunan qaz səmt qazıdır və tərkibində maye axıntısı mövcuddur. Bundan başqa işin materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X10 filialının məktubunda da qeyd olunan xüsusat əksini tapmışdır.

34. Məhkəmə işin materiallarında olan digər süb utları ekspert rəyləri ilə məcmu halında qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, zərərin yaranması Cavabdeh İB-nin təqsiri üzüedən baş vermişdir. İddianın zərərin əaəzinin ödənilməsi hissəsi 3 hissədən ibarətdir; real zərər, əldən çıxmış fayda və mənəvi zərər. İddianın real zərərə aid hissəsi 175.054,69 manat təşkil etmiş və 2019-cu il 15 fevral tarixli müstəqil auditor hesabatı ilə əsaslandırılmışdır. Auditor hesabatına əlavə olunmuş 2018-ci il 23 noyabr tarixli alış aktının surətindən görünür ki, satıcı-X20 dəyəri 29.500 manat olan 1 ədəd farsunkanı üçüncü şəxsə satmışdır. Farsunkanın sıradan çıxması məhkəmə mühəndis-texniki ekspertizasının 2020-ci il 24 iyun tarixli, 10/283 nömrəli rəyində də (iddiaçıya məxsus istixanaya ayrılan qaz xəttinə böyük su kütləsinin qazla birlikdə yüksək təzyiqlə axması nəticəsində ana xətlə iddiaçıya məxsus xətt arasında yerləşən qaz tənzimləyici reduktor və sayğac sıradan çıxmış və nəticədə yüksək təzyiqli su qarışığı istilik qazanına daxil olaraq, qazanın farsunkasını bütövlükdə sıradan çıxartmış və qazan işini dayandırmışdır) qeyd olunmuşdur. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia 29.500 manat məbləğində pul vəsaitinin ödənilməsi hissəsində təmin olunmalıdır.

35. Məhkəmə hesab etmişdir ki, şitillərə çəkilmiş xərcin əvəzinin ödənilməsi hissəsinə qiymət verilərkən hadisənin 2018-ci il 15 noyabr tarixində baş verdiyi, istilikxanada nasazlıq olduğu halda hansı səbəbdən 2018-ci il 19 noyabr tarixində müqavilə bağlanılması və 2018-ci il 22 noyabr tarixində şitil alınması xüsusatına diqqət yetirilməlidir. Yəni 2018-ci il 19 noyabr tar ixli, 18 nömrəli müqaviləyə əsasən, alınmış şitillər hadisənin baş verdiyi tarixdən sonra alınmışdır, tələf olduğu təqdirdə belə hadisənin baş verməsi ilə səbəbli əlaqə mövcud deyildir və buna görə iddia həmin hissədə (24.000 manat) rədd edilməlidir. Digər hissədə - 15.500 manat dəyərində 50.000 ədəd “Fenda F1” pomidor şitilinin alınması isə hesab-faktura ilə təsdiqini tapdığından məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə təmin olunmalıdır.

36. Auditor hesabatına əlavə olunmuş satış qaimələrinə əsasən, 2018-ci il 1 oktyabr tarixli alqı-satqı müqaviləsi üzrə 33.540,3 manat məbləğində preparatların iddiaçı tərəfindən təhvil alınması təsdiqini tapdığından məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə də təmin olunmalıdır. Auditor hesabatına əlavə olunmuş gömrük bəyannamələrində 13.100 ədəd Koko-peat məhsullarının 1 ədədinin qiyməti 1,20 ABŞ dolları olmaqla 15.720 ABŞ dolları, manat ekvivalentində 26.724 manat qeyd edilmiş, 10.356,39 manat gömrük xərci, 3.060 manat isə daşınma xərci olması qeyd olunmuşdur. Yəni, iddianın bu hissəsinin əsaslı olması təqdim olunmuş sənədlərlə təsdiqini tapır və məhkəmə hesab etmişdir ki, iddia 40.140,39 manat məbləğində zərərin əvəzinin ödənilməsi hissəsində də təmin olunmalıdır. Qaimə sənədlərinə əsasən, qaz təzyiqinin tənzimləyici cihazının dəyərinin dəyərinin 1.200 manat, sayğacın dəyərinin 5.900 manat olması və ekspert rəyinə əsasən, sıradan çıxması təsdiqini tapdığından məhkəmə hesab etmişdir ki, iddia həmin hissələrdə də təmin olunmalıdır.

37. Beləliklə, məhkəmə qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlmişdir ki, iddia real zərərin əvəzinin ödənilməsi hissəsində qismən təmin olunmalı, 125.780,69 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

38. Zərərlə bağlı iddianın digər hissələrinə münasibətdə qeyd edilmişdir ki, havaya sovrulan qazın dəyəri-12.391 manat, qaz sayğacının düzgün hesablamaması nəticəsində dəymiş zərər-39.840,54 manat məbləğində pul vəsaitinin ödənilməsi üçün tələb irəli sürmək hüququ iddiaçıya məxsus deyil və zərərin bu hissəsi müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbində əksini tapmışdır. Buna görə iddia həmin hissələrdə də təmin olunmamalıdır.

39. Real zərərlə bağlı tələbin bir hissəsini də işçilərin əmək haqqı üzrə 25.274 manat məbləğində pul vəsaitinin ödənilməsi təşkil etmişdir. Məhkəmə hesab etmişdir ki, tələbin bu hissədə təmin olunması üçün mə hkəməyə real zərərin mövcudluğunu təsdiq edən sübut olaraq əmək haqlarının ödənilməsini təsdiq edən sübut təqdim olunmalı, sonradan digər xüsusatlar araşdırılmalı idi. İddianın bu hissəsi ilə bağlı əvvəllər keçirilmiş məhkəmə iclaslarında şahidlər dindirilsə də, məhkəmə hesab etmişdir ki, MPM-in 81-ci maddəsinin tələbi baxımından qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz, şahid ifadəsi əmək haqqının ödənilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. 40. "xxxx" MMC tərəfindən verilmiş “ekspert rəyi” adlandırılan 2020-ci il 14 sentyabr tarixli, 361 saylı sənəd də özəl məhkəmə eksperti şəhadətnaməsi olmayan şəxs tərəfindən tərtib olunduğuna görə məhkəmə hesab etmişdir ki, həmin sənəd sübut növü kimi qiymətləndirilə bilmədiyindən, bu istiqamətdə araşdırma aparılmasına zərurət olmamışdır. Həmin sənədə sübut kimi qiymət verilməli olsa belə, qeyd olunan 492.750 manat məbləğin pomidorun əkilib becərilməsi üçün çəkilən xərclər nəzərə alınmadan hesablandığı göstərilir. Belə olduğu təqdirdə isə iddiaçı tərəfindən məhkəməyə pomidorun əkilib becərilməsi üçün çəkilən xərclər barədə sübut təqdim təqdim olunmalı idi. Buna görə də, iddia həmin hissədə də təmin olunmamalıdır.

41. İddia tələbində mənəvi zərərin nədən ibarət olması, hansı səbəbdən 50.000 manat qiymətləndirilməsi əsaslandırılmadığından məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə də təmin olunmamalıdır.

42. Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddia xətdə qəz a baş verən zaman zərərin çoxalmaması üçün qazın verilməsi dayandırılmalı, qaz tənzimləyiciyə birləşən nöqtədən xətt ayrılaraq qaz xəttinə dolmuş suyun təmizlənməli olması ilə əsaslandırılmışdır. Lakin qazın verilməsi dayandırılıb xəttə dolmuş su tənzimlənmədiyindən, iddiaçı məcbur olaraq xətti özü ayırmış və bu səbəbdən qazla qarışıq su axan zaman 12.391 manat məbləğində qaz sərf olunmuşdur.

43. Həmçinin, qaz sayğacının düzgün işləməməsi səbəbindən 2018-ci ilin dekabr ayı üzrə 21.912,27 manat, 2019-cu ilin yanvar ayı üzrə 17.568,27 manat olmaqla ümumilikdə 39480,54 manat artıq sərfiyyat hesablanmışdır. Bundan başqa 2019-cu ilin 3 ayı ərzində yaranan fərq 2018-ci illə müqayisədə 21.791,8 manat olduğundan həmin fərq də borcdan silinməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəm ə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 2020-ci il 25 iyun tarixli, 32292 saylı, həmçinin məhkəmə-mühəndis ekspertizasının 2021-ci il 12 aprel tarixli, 10/3358 ekspert rəyləri ilə təsdiq olunur ki, artıq sərfiyyatın hesablanmasına səbəb sayğacın içərisinə mayenin daxil olması nəticəsində səhv işləməsi səbəb olmuşdur. Həmçinin, nəzərə almaq lazımdır ki, istixanada 2018-2021-ci il tarixlərində fərqli bitkilərin yetişdirilməsi, yəni qaz sərfiyyatının artmasının istehsal prosesi ilə bağlı olmasını təsdiq edən hallar və sübutlar da mövcud deyildir. Cavabdeh etirazında bu hallara istinad etsə də, qeyd olunan xüsusatları təsdiq edən sübutuu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddi ası təmin olunmalıdır.

44. Məhkəmə gəldiyi nəticəni MM-in 21.1, 21.2, 1096.1, 1099-cu maddələrinə, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 5 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 8 may tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli Qərarının 2, 7, 10-cu bəndlərinə, MPM-in 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

45. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin dəyişdirilər ək iddia tələbinin tam həcmdə təmin edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

46. Cavabdeh vəsatətlə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, məhkəməkompleks ekspertizasının təyin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 5 aprel tarixli, 2-2(103)-307/2022 saylı qərardadı ilə vəsatət qismən təmin olunmaqla məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.

47. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2022-ci il 28 iyun tarixli, 9/2888 saylı rəyinin nəticə hissəsində aşağıdakılar g östərilmişdir: - İşin materiallarında 1 ədəd pomidor şitilinin 2018-2019-cu il tarixlərinə olan topdan satış orta bazar qiyməti nəzəri qaydada təxminən 0,25 manat, nəzəri qaydada 1 kq pomidor məhsulunun 2019-cu ilin yanvar-mart aylarına olan topdan satış orta bazar qiyməti təxminən 3,50 manat, aprel ayına - 2,50 manat, may ayına - 1,50 manat müəyyən edilir. - Pomidor məhsulunun yetişdirilməsi üçün görüləcək işlər və çəkiləcək xərclərin müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. Belə ki, görülməli işlər və çəkilməli olan xərclər həmin sahə üzrə ixtisaslaşmış mütəxəssis tərəfindən müəyyən edilə bilər. - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, məhkəmə-mühasibat ekspertizasının predmetinə aid olan əmək haqqının və Dövlət Sosial Müdafiə Fondu (bundan s onra – “DSMF”) ödənişlərinin hesablanması üzrə bildirilmişdir ki, məhkəməmühasibat ekspertizası mühasibat sənədlərinin məlumatları əsasında aparılan tədqiqatdır. Təqdim edilmiş işin materiallarından göründüyü kimi, məhkəmə-mühasibat ekspertizasının tədqiqatının aparılması üçün, yəni işçi qüvvəsinə sərf olunan əmək haqqının, DSMF ödənişlərinin hesablanılması üçün işin materiallarında mühasibatlıq sənədləri tam olaraq öz əksini tapmamışdır. Lakin, tədqiqata təqdim edilmiş ali təhsilli aqronom X4 tərəfindən tərtib olunmuş 2022-ci il 26 may tarixli Mütəxəssis rəyində iki ay müddətində işçi qüvvəsinə hesablanmış əmək haqqının 20.000 manat, DSMF ödənişlərinin 3.920 manat, ümumilikdə isə 23.920 manat olduğu müəyyən edildi. - İşin materiallarında öz əksini tapmış Müstəqil Məhkəmə Ekspertizasının 2020-ci il 14 sentyabr tarixli, 361 nömrəli rəyi və tədqiqata təqdim edilmiş X4 tərəfindən tərtib olunmuş 2022-ci il 26 may tarixli mütəxəssis rəyində göstərilənlərin düzgünlüyünə məhkəmə tərəfindən qiymət verilməlidir.

48. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 iyul tarixli, 2-2(103)-307/2022 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi maddi zərərin tutulması barədə tələblərin təmin olunmayan hissəsində ləğv edilmiş, iddia həmin hissədə də təmin olunmuş və cavabdehdən cəmi 175.054,69 manat maddi zərər tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qətnamənin digər mübahisələndirilən hissələri dəyişdirilmədən saxlanılmış, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan cəmi 300 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).

49. Apellyasiya instansiyası məhkəməsi işin mübahisəsiz halları ilə bağlı göstərmişdir ki, X1 fəaliyyətini həyata keçirmək məqsədilə 03 sentyabr 2018-ci il tarixdə birgə fəaliyyət haqqında müqavilə bağlayaraq mülkiyyət hüququ ilə X6 məxsus Salyan rayonu Qarabağlı kəndində yerləşən 3,5554 ha torpaq sahəsi üzərində inşa edilmiş 2,12 ha sahəsi olan istixana kompleksini 28 avqust 2018-ci il tarixində X22 ilə aralarında bağlanmış icarə müqaviləsinə əsasən 1 illik müddətə icarəyə götürmüşdür. X22 ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli AUX 1/3187 saylı təbii qazın alqı-satqısı müqav iləsi bağlanmışdır.

50. Məhkəmənin iddiaçının ziyanın tutulması tələbinə münasibətdə qeyd etmişdir ki, MM-nin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırki işdə də bu əsaslar müəyyən edilir.

51. Belə ki, Cavabdeh İB-nin Salyan RQİİ-nin 12 dekabr 2018-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Salyan rayonu, Qaradağlı kəndində yerləşən istixananın qaz təchizatında yaranmış problemlə əlaqəda r araşdırma aparılıb yerində baxılaraq müəssisənin qaz xəttində qaz ilə birgə maye axıntısı müşahidə olunmuşdur. Məsələnin daha ətraflı araşdırılması ilə bağlı Cavabdeh İB-nin mütəxəssisləri ilə birgə yerində mövcud qaz şəbəkəsinə və qaz qəbul məntəqəsinə baxış keçirilmiş və məlum olmuşdur ki, şəbəkəyə hazırkı vəziyyətdə qəbul olunan qaz səmt qazıdır və tərkibində maye axıntısı mövcuddur.Bundan başqa işin materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X10 filialının məktubunda da qeyd olunan xüsusat əksini tapmışdır.

52. Birinci instansiya məhkəməsində keçirilmiş kompleks tikinti və mühəndis-texniki ekspertizasının 24 iyun 2020-ci il tarixli, 10/283 saylı ekspert rəyi və mühəndis-texniki ekspertizasının 12 aprel 2021-ci il tarixli 10/3358 saylı eksper t rəyləri də təsdiq olunmuşdur ki, X5 istifadəsində olan istixanaya çəkilmiş diametri 110 (115) mm olan qaz kəmərinə qaz ilə birlikdə su (maye) kütləsi sayğaca daxil olmuşdur.

53. Məhkəmə nəzərə almışdır ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmış və ondan apellyasiya şikayəti verməmişdir. Apellyasiya baxışında keçirilən məhkəmə iclasında da cavabdehin nümayəndəsi zərərin Cavabdeh İB-nin təqsiri üzündən dəydiyini etiraf etmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, zərərin əvəzinin ödənilməsi üçün zəruri olan bütün şərtlər mövcüddur. Çünki birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməməklə iddiaçının istinad etdiyi halların, yəni cavabdehin təqsirli və qanunsuz hərəkətləri nəticəsində onun istifadəsində olan istixanaya çəkilmiş qaz kəmərinə qaz ilə birlikdə su (maye) kütləsinin sayğaca daxil olması, bunun nəticəsində avadanlıqların yararsız hala düşməsi, istixananın fəaliyyətinin pozulması və əkilmiş pomidor şitillərinin yararsız hala düşməsi hallarını cavabdeh təsdiq etmişdir.

54. Hazırda apellyasiya baxışının predmeti olan iddiaçının tələb etdiyi və birinci instansiya məhkəməsi tərəfindən təmin edilməyən real zərər iki hissədən ibarətdir; 19 noyabr 2018-ci il tarixli, 18 №-li müqaviləyə əsasən iddiaçı tərəfindən "xxxx" MMC-dən əldə etdiyi hər birinin dəyəri 0,48 manat olan 50000 ədəd pomidor şitili üçün ödənilmiş 24000 manat məbləğində pul vəsaitinin; işçilərin əmək haqqına görə sərf olunan 25274 manat məbləğində pul vəsaitinin ödənilməsi.

55. Birinci ilə bağlı birinci instansiya məhkəməsi hesab etmişdir ki, hadisə nin 15 noyabr 2018-ci ildə baş verdiyi və istilikxanada nasazlıq olduğu halda niyə 19 noyabr 2018-ci il tarixdə müqavilə bağlanılırdı və 22 noyabr 2018-ci il tarixdə şitil alınırdı? Yəni, 19 noyabr 2018-ci il tarixli, 18№-li müqaviləyə əsasən alınmış şitillər hadisənin baş verdiyi tarixdən sonra alınmışdır, tələf olduğu təqdirdə belə hadisənin baş verməsi ilə səbəbli əlaqə mövcud deyildir və buna görə iddia həmin hissədə (24000 manat) rədd edilməlidir.

56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və hesab etmişdir ki, bu hissədə məhkəmə işin hallarına düzgün qiymət verməmişdir. Belə ki, 15 noyabr 2018-ci il tarixdə iddiaçının istifadəsində olan istixanaya çəkilmiş qaz kəmərinə qaz ilə birlikdə su (maye) kütləsinin sayğaca daxil olma sı və bunun nəticəsində istilikxananın fəaliyyətinin pozulması və əkilmiş pomidor şitillərinin yararsız hala düşməsi işin mübahisəsiz hallarıdır. Belə olan halda isə hadisədən sonra iddiaçı tərəfindən yenidən şitillərin alınması məhz hadisə ilə bağlı yararsız hala düşmüş şitillərin yenisi ilə əvəz edilməsi ilə bağlı olub və bu da onun zərərə uğraması anlamına gəlir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçı həmin zərərin ödənilməsini də tələb etməkdə haqlıdır.

57. İkinci ilə bağlı isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tələbin bu hissədə təmin olunması üçün məhkəməyə rael zərərin mövcudluğunu təsdiq edən sübut olaraq əmək haqlarının ödənilməsini təsdiq edən sübut təqdim olunmalı, sonradan digər xüsusatlar araşdırılmalı idi. İddianın bu hissəsi ilə bağlı əvvəllər keçirilmiş məhkəmə iclaslarında şahidlər dindirilsə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələbi baxımından şahid ifadəsi əmək haqqının ödənilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.

58. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə də razılaşmamış və göstərmişdir ki, iddiaçının bildirdiyinə görə mövsümi işlərin görülməsi üçün günəmuzd fəhlələrdən istifadə olunur və həmin şəxslərlə əmək müqaviləsi bağlanılmır. Məhkəmə iddiaçının izahatını ağlabatan və inandırıcı hesab etmişdir. Ona əsaslanmışdır ki, həqiqətən də istixanalarda şitillərin əkilməsi və sonradan məhsulun yığılması il boyu deyil, müəyyən mövsümlərdə həyata keçirilir. Ona görə də, bu işlərə günəmuzd işçilərin cəlb edilməsi iq tisadi baxımdan daha əlverişlidir. Həmçinin nəzərə alınır ki, günəmuzd işçilər həmin işləri gördüyü vaxt faktiki olaraq podrat işlərini yerinə yetirirlər. Mülki Məcəllənin podratla bağlı müddəalarında isə podrat müqaviləsinin yazılı qaydada bağlanmasını müəyyən edən müddəa mövcüd deyil və bu növ müqavilələr şifahi qaydada da bağlanıla bilər.

59. Eyni zamanda, hazırki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 iyun 2022-ci il tarixli 9/2888 saylı ekspert rəyi verilmişdir. Həmin rəydə məhkəmə-mühasibat ekspertizasının predmetinə aid olan əmək haqqının və DSMF ödənişlərinin hesablanması üzrə bildirilmişdir ki, məhkəmə-mühasibat ekspertizası mühasibat sənədlərinin məlumatları əsasında aparılan tədqiqa tdır. Təqdim edilmiş iş materiallarından da göründüyü kimi məhkəmə-mühasibat ekspertizasının tədqiqatının aparılması üçün, yəni işçi qüvvəsinə sərf edilən əmək haqqının, DSMF ödənişlərinin hesablanılması üçün iş materiallarında mühasibatlıq sənədləri tam olaraq öz əksini tapmamışdır. Lakin, tədqiqata təqdim edilmiş ali təhsilli aqronom X4 tərəfindən tərtib edilmiş xx.xx.2022- ci il tarixli Mütəxəssis rəyində iki ay müddətində işçi qüvvəsinə hesablanmış əmək haqqının 20.000 manat, DSMF ödənişlərinin 3920 manat, ümumilikdə isə 23.920 manat olduğu müəyyən edilmişdir.

60. İşdə olan 15 fevral 2019-cu il tarixli auditor hesabatında isə (auditor Adıgözəl qeyd olunmuşdur ki, fiziki şəxslər X2 Həsən Məhər oğlu auditor yoxlamasına iyul 2018-ci il tarixdən noyabr 2018-ci il tarixədək əmək haqqı cəd vəlləri təqdim etmişlər. Təqdim edilmiş əmək haqqı cədvəllərindən aydın olur ki, iyul 2018-ci il tarixdən noyabr 2018-ci il tarixədək olan dövr ərzində istilikxanada işləyən işçilərə ümumilikdə 25274 manat pul verilmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçı həmin zərərin ödənilməsini də tələb etməkdə haqlıdır.

61. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, 435000 manat əldən çıxmış faydanın tutulması hissəsində iddia təmin edilə bilməz. Belə ki, iddiaçı fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını, yəni özünün bildirdiyinə görə dekabr və yanvar ayları ilə müqayisədə mart-iyun aylarında pomidorun daha ucuz qiymətə satıldığını və bu səbəbə görə əldə edilə biləcək faydadan məhrum olduğunu təsdiq edən mötəbər sübutları (əvvəlki illərə aid bu ha lları təsdiq edən maliyyə və mühasibatlıq sənədləri) təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan hazırki işdə MM-nin 443.4-cü maddəsinin dispozisiya şərtləri mövcud deyildir.

62. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilən "xxxx" MMC tərəfindən tərtib olunmuş 14 sentyabr 2020-ci il tarixli, 361 saylı ekspert rəyi isə bunu təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, əvvəla “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin 1-ci hissəsinə görə məhkəmə ekspertlərinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarələrində, elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, “Uyğ unluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında, özəl hüquqi şəxslərdə, habelə özəl məhkəmə eksperti tərəfindən ayrıca şəkildə təşkil edilə bilər.

63. Eyni zamanda “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1709-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2019-cu il tarixli 883 №-li Fərmanına və həmin Fərmanın icrasının təmin edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 dekabr 2019-cu il tarixli 843s saylı Sərəncamına əsasən özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərin siyahısı təsdiq edilməli, həmçinin məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası, məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları, Məhkəmə Ekspertlərinin Reyestrinin aparılması qaydaları müəyyən edilməlidir.

64. Məhkəmə nəzərə almışdır ki, hazıra kimi həmin sənədlərin siyahısı və qaydaların təsdiq edilməsi ilə bağlı müvafiq normativ-hüquqi aktlar qəbul edilməmişdir. Ona görə də, hal-hazırda “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında ” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin 1-ci hissəsində göstərilən müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarələrindən başqa digər elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında, özəl hüquqi şəxslərdə, habelə özəl məhkəmə eksperti tərəfindən məhkəmə ekspertlərinin fəaliyyətinin həyata keçirilməsinin qanuni əsası mövcud deyildir.

65. Həmçinin məhkəmə hesab etmişdir ki, hətta həmin sənəd iş üzrə sübut kimi qiymətləndirilsə belə, həmin hissədə iddia təmin edilə bilməz. Belə ki, həmin rəy konkret maliyyə və mühasibatlıq sənədləri ilə əsaslandırılmayıb, habelə rəydə qeyd olunan 492750 manat məbləğin pomidorun əkilib-becərilməsi üçün çəkilən xərclər nəzərə alınmadan hesablandığı göstərilir.

66. Eyni zamanda hazırki apellyasiya baxışı zamanı da həmin halın müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, hazırki apellyasiya baxışı zamanı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 iyun 2022-ci il tarixli 9/2888 saylı ekspert rəyində qeyd olunmuşdur ki, 1 ədəd pomidor şitilinin 2018-2019-cu il tarixlərə olan topdan satış orta bazar qiyməti nəzəri qaydada təxminən 0,25 manat, nəzəri qaydada 1 kq pomidor məhsulunun 2019-cu ilin yanvar-mart aylarına olan topdan satış orta bazar qiyməti təxminən 3,50 manat, aprel ayına - 2,50 manat, may ayına - 1,50 manat müəyyən edilir. Qeyd edilir ki, pomidor məhsulunun yetişdirilməsi üçün görüləcək işlər və çəkiləcək xərclərin müəyyən e dilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. Belə ki, görülməli işlər və çəkilməli olan xərclər həmin sahə üzrə ixtisaslaşmış mütəxəssis tərəfindən müəyyən edilə bilər. Bu baxımdan məhkəmə hesab etmişdir ki, əldən çıxmış faydanın tutulması barədə iddia tələbləri təmin edilə bilməz.

67. İddiaçının mənəvi zərərin tutulması tələbinə münasibətdə qiymətləndirməsi ondan ibarət olmuşdur ki, delikt nəticəsində dəymiş mənəvi zərərin ödənilməsi barədə tələb irəli sürülmüşdür. MM-də mənəvi zərərin ödənilməsi məsələlərini birbaşa müəyyən edən normalar mövcud deyil. Bununla yanaşı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında və “Mənəvi zərərin ödənil məsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarında həmin məsələlərə aydınlıq gətirilmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.36, 57, 60-cı, Əmək Məcəlləsinin 290-cı, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanunun 12-ci maddələrində və digər qanunlarda mənəvi z iyanın ödənilməsi barədə müddəalar vardır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanunun 12-ci maddəsində istehlakçıların bu qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyanın təqsirkar tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur...Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını poz maqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. 68.“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli Qərarında isə göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın ana dangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquql arının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər...Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsi zliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

69. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı ona mənəvi zərər vurulduğunu bildirsə də, mənəvi zərərin nədən ibarət olmasını əsaslandıra bilmə mişdir. Eyni zamanda işin hallarından da həmin əsaslar müəyyən olunmur.

70. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmənin nəticəsi ondan ibarət olmuşdur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi zərərin tutulması barədə tələblərin təmin edilməyən hissəsində ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə iddia həmin hissədə də təmin edilməli, qətnamənin digər mübahisələndirilən hissələri isə dəyişdirilmədən saxlanılmalıdır.

71. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.2, 1096, 1097-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli Qərarına, MPM-in 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

72. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində iddia tələbinin təmin edilmədiyi hissədə ləğv olunaraq iddianın tam həcmdə təmin edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir.

73. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) İddiaçının kassasiya şik ayətinin dəlilləri

74. MM-in 21.1-ci maddəsinin tələbi pozulmuşdur-qeyd olunan normada cavabdehin təqsirli hərəkəti nəticəsində əldən çıxmış fayda olaraq iddiaçıya dəymiş ziyan və zərəri tələb etmək hüququ nəzərdə tutulmuşdur. Həmçinin, cavabdeh tərəfindən qanunda zərərin əvəzinin daha az miqdarda ödənilməsini göstərən normativ hüquqi akt məhkəməyə təqdim olunmamışdır. Belə olan vəziyyətdə məhkəmə kollegiyası həmin hallara qiymət verməyərək qeyd olunan maddənin tələblərini pozmuşdur.

75. MM-in 21.2-ci maddəsinin tələbi pozulmuşdur-cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçı şitillərdən məhrum olmuşdur. Mülki dövriyyə şəraitində iddiaçının əldə edəcəyi gəlir əldən çıxmış fayda qismində 435.000 manat təşkil etməsinə baxmayaraq, məhkəmə kollegiyası həmin hissədə iddia tələbini təmin et məməkdə haqlı olmamışdır.

76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarının tələbi pozulmuşdur-cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya külli miqdarda ziyan vurması halı mövcud olmasına baxmayaraq, həmin ziyanın könüllü olaraq qarşılanmaması və iddiaçının 3 ildən artıq məhkəmə mübahisələrinə cəlb olunması, eyni zamanda, borc və öhdəlik götürdüyü üçüncü şəxslər qarşısında olduqca əlverişsiz vəziyyətə düşməsi iddiaçıya mənəvi sarsıntı və iztirab verir. Cavabdehin hərəkətləri iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur.

77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-c i maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016cı il 12 iyul tarixli Qərarının tələbləri pozulmuşdur-məhkəmə tərəfindən hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl edilməməsi nəticədə iddiaçının hüquqlarının və qanuni mənafelərinin pozulması ilə nəticələnmişdir. Hüquqi müəyyənlik prinsipinin əsas hədəfi hüquqları və qanuni mənafeləri pozulmuş şəxslərin hüquqlarının bərpası və qanuni mənafelərinin müdafiəsini təmin etməkdir.

78. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli, 7 nömrəli Qərarının tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən zərərçəkən şəxsin hansı mə nəvi sarsıntı və iztirablar keçirməsi aydınlaşdırılmamışdır.

79. MPM-in 14.2, 77.1, 217.3-cü maddələrinin tələbləri pozulmuşdur-iddiaçı tərəfindən iddia tələbinin tam həcmdə təmin olunması ilə bağlı sübutlar təqdim olunmasına baxmayaraq məhkəmə kollegiyası iddia tələbini qismən təmin etməklə qeyd olunan maddənin tələblərini pozmuşdur. Məhkəmə qətnaməsi tam deyil, qismən iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır. Çünki, müəyyən edilmiş hallar iddia tələbinin tam həcmdə təmin olunması üçün kifayət etsə də, məhkəmə iddia tələbini qismən təmin etməklə qeyd olunan maddənin tələbini pozmuşdur. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri

80. MPM-in 9.1 və 386-cı maddələrinin tələbləri pozulmuşdur- məhkəmə 24.000 manat zərərin təmin edilməsi h issəsində düzgün nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq hadisənin 2018-ci il 15 noyabr tarixində baş verdiyi və istixanada nasazlıq olduğu halda 2018-ci il 19 noyabr tarixində bağlanmış müqavilə əsasında 2018-ci il 22 noyabr tarixində alınmış şitillərin baş vermiş hadisə ilə bağlılığı olmaması qənaətinə gəlmiş və həmin hissədə iddianı təmin etməmişdir. İddiaçı məhkəməyə 2022-ci il 15 noyabr tarixinədək istixanada əkilmiş şitillərin alınmasını və qiymətini təsdiq edən sübut təqdim etməmişdir. İddiaçı 2022-ci il 15 noyabr tarixinədək istixanada əkilmiş şitillərin dəyərini təsdiq edən sübutlar təqdim etdiyi halda iddiası təmin oluna bilərdi.

81. Məhkəmə işçilərin əmək haqqına sərf olunan 25.274 manat məbləğində pul vəsaitinin ödənilməsi hissəsində də iddianın təmin ed ilməsi barədə qərar qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Məhkəmə qətnamədə iddianın qeyd olunan hissəsində təmin olunmasını aqronom X4 tərəfindən tərtib edilmiş 2022-ci il 26 may tarixli mütəxəssis rəyi və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 2018-ci il iyul tarixindən 2018-ci il noyabr tarixinədək əmək haqqı cədvəlləri ilə əsaslandırmışdır. Cavabdeh bildirir ki, qeyd olunan mütəxəssis rəyi real sənədlərlə əsaslandırılmamış, mütəxəssis mülahizələrlə hesabat aparmışdır. Əmək haqqı cədvəlləri iddiaçının maraqlarını əks etdirir, həmin əmək haqqının ödənilməsi ilə bağlı rəsmi sənəd mövcud deyildir. Lakin apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, iddianın maddi zərərin tutulması hissəsində tam təmin etmişdir. c) İddiaçının kassasiya şikayətinə qa rşı etirazın dəlilləri

82. İddiaçının kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. d) Cavabdehin kassasiya şikayətinə qarşı etirazın dəlilləri

83. İddiaçı tərəfindən cavabdehin kassasiya şikayətinə qarşı 2022-ci il 13 oktyabr tarixində təqdim edilmiş etirazında göstərilmişdir ki, iddianın 24.000 manat zərərin təmin olunması hissəsində məhkəmə haqlı olaraq 2018-ci il 18 noyabr tarixində iddiaçının istifadəsində olan istixanaya çəkilmiş qaz kəmərinə qaz ilə birlikdə su (maye) kütləsinin sayğaca daxil olması, bunun nəticəsində istilikxananın fəaliyyətinin pozulması, əkilmiş pomidor şitillərinin yararsız hala düşməsinin işin mübahisəsiz halları olması və hadisədən sonra iddiaçı tərəfindən yenidən şitillərin alınması məhz hadisə ilə bağlı yararsız hala düşmüş şitillərin yenisi ilə əvə z edilməsi ilə bağlı olması, onun zərərə uğraması mənasına gəlməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, cavabdeh tərəfindən mübahisələndirilməyən müstəqil auditor X9 tərəfindən tərtib olunmuş 2019-cu il 15 fevral tarixli, 18/93-1 nömrəli audit aktı, həmçinin “Alış aktları” birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Qeyd olunan sübutlar məhkəmə kollegiyasının həmin hissədə iddia tələbini təmin etməsi üçün kifayət edir. Cavabdeh qeyd olunan audit aktını mübahisələndirmədiyi üçün həmin aktı qəbul etdiyini nümayiş etdirmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası haqlı olaraq əkilmiş pomidor şitillərinin yararsız hala düşməsi ilə bağlı iddiaçıya 24.000 manat maddi ziyan dəyməsi qənaətinə gəlmişdir.

84. Əmək haqqına görə sərf olunan 25.274 manat məbləğində pul vəsaitinin ödənilməsi hissəsində apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçının izahatını ağlabatan və inandırıcı hesab etmişdir. Çünki, istixanalarda şitillərin əkilməsi və sonradan məhsulun yığılması il boyu deyil, müəyyən mövsümlərdə həyata keçirilir. Ona görə də, bu işlərə günəmuzd işçilərin cəlb edilməsi iqtisadi baxımdan daha əlverişlidir. Həmçinin, günəmuzd işçilər həmin işləri gördüyü vaxt faktiki olaraq podrat işlərini yerinə yetirirlər. MM-in podratla bağlı müddəalarında isə podrat müqaviləsinin yazılı qaydada bağlanmasını müəyyən edən müddəa mövcud deyil, bu növ müqavilələr şifahi qaydada bağlanıla bilər.

85. Eyni zamanda, apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2022-ci il 28 iyun tarixli, 9/2888 s aylı ekspert rəyi verilmişdir. Həmin rəydə məhkəmə-mühasibat ekspertizasının predmetinə aid olan əmək haqqının və DSMF ödənişlərinin hesablanması üzrə bildirilmişdir ki, məhkəmə-mühasibat ekspertizası mühasibat sənədlərinin məlumatları əsasında aparılan tədqiqatdır. Təqdim edilmiş işin materiallarından göründüyü kimi, məhkəmə-mühasibat ekspertizasının tədqiqatının aparılması üçün, yəni işçi qüvvəsinə sərf edilən əmək haqqının, DSMF-nin ödənişlərinin hesablanılması üçün işin materiallarında mühasibatlıq sənədləri tam olaraq öz əksini tapmamışdır. Lakin tədqiqata təqdim olunmuş ali təhsilli aqronom X4 tərəfindən tərtib edilmiş 2022-ci il 26 may tarixli mütəxəssis rəyində iki ay müddətində 1 ha istixana şəraitində işçi qüvvəsinə hesablanmış əmək haqqının 21.166 manat, DSMF ödənişlərinin 4.156,83 manat, ümumilikdə isə 25.322,83 manat olduğu müəyyən edilmişdir. Belə olan halda iddiaçının istifadəsində olmuş 1.5 ha istixana şəraitində işçi qüvvəsinə sərf olunmuş 25.274 manat məbləğində əmək haqqı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2022-ci il 28 iyun tarixli, 9/2888 saylı ekspert rəyində tədqiqata təqdim edilmiş mütəxəssisin hesabladığı və məhkəmə kollegiyasının istinad etdiyi məbləğdən aşağıdır.

86. Həmçinin, işin materiallarında olan müstəqil auditor X8 tərəfindən tərtib olunmuş 2019-cu il 15 fevral tarixli, 18/93-1 nömrəli audit aktında qeyd olunmuşdur ki, fiziki şəxslər iddiaçı və üçüncü şəxs auditor yoxlamasına 2018-ci il iyul tarixindən 2018-ci il noyabr tarixinədək əmək haqqı cədvəlləri təqdim etmişdirlər. Təqdim edilmiş əmək haqqı cədvəllərindən aydın olur ki, 2018-ci il iyul tarixindən 2018-ci il noyabr tarixinədək olan dövr ərzində istilikxanada işləyən işçilərə ümumilikdə 25.274 manat pul verilmişdir. Bununla yanaşı, birinci instansiya məhkəmə iclaslarında dindirilmiş şahidlər 2018-ci il iyul tarixindən 2018-ci il noyabr tarixinədək olan dövr ərzində istilikxanada işləyən işçilərə əmək haqqı verilməsini təsdiq etmişdirlər. İddiaçı hesab edir ki, maddi zərərin tutulması və işçilərin əmək haqqına görə sərf olunan pul vəsaitinin ödənilməsi hissəsində işin halları tam və hərtərəfli araşdırılmış, məhkəmə iş üzrə düzgün nəticəyə gəlmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

87. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MP M-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

88. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq hər iki tərəfin mübahisələndirdikləri hissələrdə yoxlanılacaqdır.

89. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yox lanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ

90. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....“ “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericili yin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1096.3. Çıxarılmışdır.” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.... 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.... 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.”

91. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında aşağıdakılar nəzərdə tutulmuşdur: “... qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.36, 57, 60-cı, Əmək Məcəlləsinin 290-cı, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 12-ci maddələrində və digər qanunlarda mənəvi ziyanın ödənilməsi barədə müddəalar vardır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanunun 12-ci maddəsində istehlakçıların bu qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tə rəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyanın təqsirkar tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannamənin 1-ci maddəsində göstərilir ki, “qurbanlar” termini altında üzv dövlətlərin hakimiyyətdən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşü lür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə bi rlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.”

92. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli Qərarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilə n qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər.... Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nətic əsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur....”

93. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

94. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kass asiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 95. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qəra r qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

96. Məhkəmə kollegiyası aşağıdakılara əsasən kassasiya şikayətlərinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab etmir.

97. İddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə ilk növbədə qeyd olunmalıdır ki, birinci və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə əsasən iddiaçının maddi zərərin ödənilməsi tələbi tam təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə cəmi 175.054,69 manatın tutulması qət edilmişdir. Hazırda iddi açı mənəvi zərərin ödənilməsi və əldən çıxmış faydanın tutulması tələbinin təmin olunmaması hissələrində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirir. Həmin tələblər üzrə kassasiya şikayətində göstərilən hüquqi məsələlər həm də apellyasiya şikayətinin dəlillərini təşkil etmişdir. Məhkəmə kollegiyası iddiaçının dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 48-71) və həmin qiymətləndirmənin təkrarən qeyd edilməsinə zərurət görmür.

98. İddiaçının kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılaraq, mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

99. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə qiymətləndirmə apararkən nəzərə alır ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şkayəti verməməklə, faktiki olaraq təqsirli hərəkəti ilə iddiaçıya ziyanın vurulduğunu təsdiq etmişdir. Apellyasiya instansiyası məhkəm əsi cavabdehin həmin təqsirli hərəkəti nəticəsində iddiaçıya birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilən ziyandan başqa, həm də 19 noyabr 2018-ci il tarixində 50000 ədəd pomidor şitilinin alınmasına görə 24000 manat məbləğində və işçilərin əmək haqqına görə 25274 manat məbləğində ziyanın vurulduğunu müəyyən etmişdir.

100. Cavabdeh tərəfindən həmin nəticə mübahisələndirilsə də, işin materiallarından cavabdehin həmin ziyanın vurulduğunu istisna edən və ya daha az miqdarda vurulduğunu təsdiq edən mötəbər sübutları işə mahiyyəti üzrə baxılarkən məhkəməyə təqdim etməsi müəyyən edilmir. Bu baxımdan Kollegiya hesab edir ki, apellyasiya instansyası məhkəməsinin gəldiyi nəticə mübahisəli hüquq münasibətinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-in 14.2, 77.1, 88 və 217 -ci maddələrinin tələblərinə uyğun olmuşdur.

101. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir.

102. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 iyul t arixli, 2-2(103)-307/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən K.N.Abiyeva Hakimlər B.F.Qəribov İ.A.Dadaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar