Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-70/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “xxxx” ASC cavabdeh “xxxx” MMC-yə, 3-cü şəxs Cavabdeh2 qarşı iqtisadi iş üzrə QƏRAR Açar sözlər: ipoteka predmeti olan əmlakın qiymətləndirilməsinin ləğvi və əmlakın yenidən qiymətləndirilməsi GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı “xxxx” ASC-nin vəkili Vəkil oğlunun, 3-cü şəxs Cavabdeh 2 vəkili Vəkil iştirakları, N.Əhmədovun katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin cavabdeh “xxxx” MMC-yə və 3-cü şəxs Cavabdeh2 qarşı “ipoteka predmeti olan əmlakın qiymətlən dirilməsinin ləğvi və əmlakın yenidən qiymətləndirilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)-525/2019 saylı qətnaməsindən 3-cü şəxs Cavabdeh2 və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “xxxx” ASC cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ipoteka predmeti olan, Qəbələ şəhəri, «Rus meşəsi» sahəsində olan 0,30 ha torpaq sahəsində yerləşən 6 girişli, 784,8 kv.metr ümumi, 226,2 kv.metr köməkçi sahədən ibarət olan qeyri-yaşayış binasının 400.000 (dörd yüz min) manat məbləğində qiymətləndirilməsinə dair əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin ləğv edilməsi və həmin binanın qiymətləndirilməsi barədə ekspert işinin «X1» İctimai Birliyinə həvalə edilməklə yenidən qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, sonradan iddiaçı iddia predmetinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək ipoteka predmeti olan Cavabdeh2 məxsus Qəbələ şəhəri, «Rus meşəsi» sahəsində olan 6 girişli, 784,8 kv.metr ümumi, 226,2 kv.metr köməkçi sahədən ibarət olan qeyri-yaşayış binasının 400.000 (dörd yüz min) manat məbləğində qiymətləndirilməsinə dair əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin ləğv edilməsi və ipoteka predmeti olan Qəbələ şəhəri, «Rus meşəsi» sahəsində olan 6 girişli, 784,8 kv.metr ümumi, 226,2 kv.metr köməkçi sahədən ibarət olan qeyri-yaşayış binasını yenid ən qiymətləndirməklə əldə edilmiş daşınmaz əmlakın dəyərinin yekun qiymət hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2iqt-(81)2216/2012 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh2 məxsus Qəbələ şəhəri, «Rus meşəsi» sahəsində olan 6 girişli, 784,8 kv.metr ümumi, 226,2 kv.metr köməkçi sahədən ibarət olan qeyri-yaşayış binasının 400.000 (dörd yüz min) manat məbləğində qiymətləndirilməsinə dair əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi ləğv olunmaqla, yenidən keçirilmiş ekspert qiymətləndirilməsinə əsasən əldə edilmiş daşınmaz əmlakın dəyəri 26.187 manat məbləğində müəyyən edilməklə yekun qiymətin hesab edilməsi qət edilmişdir (hakim F.Əhmədov). Bakı Apellyasiya Məhkəməsinin İ nzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)-525/2019 saylı qətnaməsi ilə (sədrlik edən Ü.Mayılov, hakimlər M.Tağızadə və K.Abıyeva) 3-cü şəxs Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2012-ci il tarixli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən 3-cü şəxs Cavabdeh2 və onun vəkili Vəkil kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri tərəflərin izahatları Cavabdeh2kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə heç bir maddi və prosessua l hüquq normasına əsaslanmayıb və onun əsaslandırıcı hissəsi yoxdur, məhkəmə yalnız “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 8-ci maddəsini yazaraq bir maddi hüquq normasına istinad etmiş və ona da nəyə görə istinad etdiyini anlata bilməmiş, məhkəmə ümumiyyətlə əmlakın qiymətləndirilməsi barədə vəsatəti təmin etməmiş, halbuki, ədalətli və qanuni qətnamə qəbul edilməsi üçün məhkəmənin bu ekspertizanı təyin etməsi çox vacib idi. 3-cü şəxs də ekspertiza təyin edilməsini xahiş etmiş, həmçinin hərracdan da sənədlərin məhkəməyə təqdim edilməsinə və hərraclardan da xəbəri olmamasına baxmayaraq məhkəmə bu faktları da araşdımamış, 3-cü şəxs əmlakı başqa şəxsə verib çıxmış, həmin şəxs də Bankla razılaşıb borcu ona da dediklərinə görə 2011-ci ildə bağlamışlar, üstündən 8 il keçdikdən sonra ondan yenidən pul tələb edirlər, ona məxsus əmlak Qəbələnin ən gözəl yerində, X6, X4 və X2 yanında yerləşir, əla təmirli olmasa da həmin əmlakın dəyəri ən azından 26.000 manat ola bilməz, qalıq borcun əvəzinə qeyri yaşayış sahəsinin götürülməsi və borcun silinməsinə etiraz etmir. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxs Cavabdeh2 vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” ASC-nin vəkili Bədəlov Mürsəl Natiq oğlu kassasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyi şdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh “xxxx” MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh “xxxx” MMC-nin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçı “xxxx” ASC-nin vəkili Vəkil oğlunun, 3-cü şəxs Cavabdeh2 vəkili Vəkil izahatlarını dinləyərək, məh kəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)-525/19 saylı qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. İddia tələbinin təmin edilməsi barədə qətnaməni qüvvədə saxlayan apellyasiya məhkəməsi ona istinad etmişdir ki, “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” hesabata əsasən 3-cü şəxs Cavabdeh2 mülkiyyətində olan Qəbələ şəhəri, “Rus meşəsi” sahəsində,0.30 ha torpaq sahəsində olan qeyri yaşayış sahəsinin satış qiyməti cavabdeh tərəfindən 400.000 AZN manat müəyyən edilmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2009-cu ul tarixli, 2(004)-2815/2009-cu il saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən Qəbələ rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə həmin İcra vərəqəsində qeyd olunan tələblər yerinə yetirildiyi üçün icra vərəqəsi Yasamal rayon Məhkəməsinə qaytarılmış, həmin qətnamə icra olunaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən «xxxx» ASC-yə Qəbələ şəhəri, «Rus meşəsi» sahəsində olan 3 mərtəbəli, ümumi sahəsi 784,8 m2 olan qeyri yaşayış binasına dair xx.xx.2013-cü il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı «Çıxarış» verilmiş, Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(004)760/2014 saylı qətnaməsi ilə iddiaçı «xxxx» ASC-nin iddiası təmin olunaraq, Cavabdeh2 Qəbələ şəhəri, «Rus meşəsi» sahəsində istifadə olun an 0,30 ha torpaq sahəsində yerləşən, 784,8 kv.metr ümumi, 3 mərtəbəli, tikinti sahəsi 358,7 kv.m. olan qeyri-yaşayış sahəsindən çıxarılaraq, həmin binanın bolşaldılması qət olunmuş və qətnamə üzrə verilmiş İcra vərəqəsində qeyd olunan tələblər yerinə yetirildiyi üçün Qəbələ rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə icra vərəqəsi Yasamal rayon məhkəməsinə qaytarılmişdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iş üzrə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qa nunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Qanunverici qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisə yarandığı halda əmlakın yenidən qiymətləndirilməsini mümkün hesab etsə də, qiymətləndirici hesabatının ayrıca iddia predmeti olmasını nəzərdə tutmamışdır. MPM-in 5.1-ci maddəsində təsbit edilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Mülki prosessual qanunvericiliyin istinad olunan müddəasının mənasından göründüyü kimi iki halda məhkəmədə mülki işə başlamaq mümkündür-pozulmuş hüququ n bərpası üçün və ya qanunla qorunan hüququn yaxud mənafenin təsdiqi üçün. Hazırkı iş isə özünün xarakteri etibarilə pozulmuş hüququn bərpasına dair mübahisəyə aiddir. Belə ki, iddiaçı mübahisələndirilən qiymətləndirmə hesabatının tərtib edilməsi nəticəsində hüquqlarının pozulduğunu güman edir. Ona görə də, hesabatın qanuniliyi və əsaslılığı yoxlanılmadan öncə, ümumiyyətlə, onun mübahisələndirilməsinin mümkünlüyünün yol verilən olması aydınlaşdırılmalıdır. Mübahisələndirilmənin mümkünlüyü isə tərtib edilmiş hesabatın iddiaçının hər hansı güman edilən hüququnun pozuntusu nəticəsini yaradıbyaratmamasının müəyyən olunmasından asılıdır. Məhkəmə kollegiyasının qəynaətinə görə cavabdeh qiymətləndirici “xxxx” MMC tərəfindən tərtib edilmiş xx xxxx 2011-ci il tarixli hesabat özlüyündə iddiaçının hə r hansı hüququna müdaxilə təşkil etmir. Hesabat əsasında iddiaçıya münasibətdə hər hansı hüquqi məsuliyyət yaradan qərar qəbul edilməmiş, belə olan halda hesabat tərtib edilən andan etibarən iddiaçının hüquqlarının güman edilən pozuntusundan söz edilə bilməz. Müvafiq olaraq iddiaçı da məhz həmin hesabat əsasında qəbul edilən və onun üçün hüquqi məsuliyyət yaradan qərarı mübahisələndirə bilər. Belə mübahisə açarkən isə o, hesabatın qanunsuzluğuna və əsassızlığına istinad edə və məhz bu səbəbdən hüquqi məsuliyyət yaradan qərarın ləğvini tələb edə bilər. Çünki hesabatın tərtib edilməsi və hesabat əsas götürülməklə iddiaçının barəsində hüquqi məsuliyyət yaradan qərarın qəbul edilməsi iki ayrı mərhələdir, hesabatın tərtib edilməsinə baxmayaraq məsuliyyət doğuran qərar qəbul edilməyə də bilər. Şəxsin hüquqi vəziyyətinin strukturunu bir-biri ilə qarşılıqlı əlaqədə olan şəxsin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız elə hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun və s. Bu mənada, cavabdeh tərəfindən tərtib edilmiş xx xxxx 2011-ci il tarixli qiymətləndirmə hesabatı özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya x itam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün olmadığından hesabatın özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə). Məhkəmə sübutlara obyektiv, qərəzs iz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (88-ci maddə). Prosessual qanunvericilik işin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları əks etdirən məlumatları, o cümlədən yazılı sübutları, ekspert rəylərini sübut hesab edərək belə məlumatları sübutetmə vasitələrinin sırasına aid etmiş, həmçinin məhkəmə tərəfindən sübutların aidliyini, mümkünlüyünü, doğruluğunu, tamlığını müəyyən etmək üçün maddi və prosessual hüquq normalarına uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıb qiymətləndirmə aparmasını nəzərdə tutmuşdur. İddiaçı “xxxx” ASC-nin hazırkı işdə mübahisələndirdiyi əmlak kompleksinin qiymətləndirmə hesabatı da mübahisənin həlli ilə bağlı yazılı sübut (rəy) olmaqla prosessual hüquq normalarına müvafiq olaraq qiymətləndirilə bilər. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna, iş üzrə sübutların qiymətləndirilməsində səhvə yol verildiyindən və qiymətləndirmə hesabatının müstəqil iddia olaraq mübahisələndirilməsi məhkəmə baxışının predmeti ola bilmədiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2-2(103)-384/18 saylı qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstəri lənlərə əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: MPM-nin 417-419-cu Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)-525/19 saylı qətnaməsi ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Kassasiya şikayəti qismən təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-70/2020
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-70/2020
11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver