Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-70/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “X” Məhdud Məsuliyyətli Müəssisəsinin cavabdeh "Y" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARI Açar sözlər: pul tələbi 23.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüeynova Sevda Əziz qızı, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızı İddiaçı "X" MMM-in vəkili Cavabdeh "Y" MMC-nin vəkilinin iştirakı ilə, İddiaçı “X” MMM cavabdeh "Y" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsin in Kommersiya Kollegiyasının 2020-ci il 1 sentyabr tarixli e-2-2(103)-BAM/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. 2011-ci il 28 aprel tarixli 633 saylı müqavilənin (bundan sonra – “633 saylı müqavilə”), həmin müqaviləyə 2019-cu il 1 aprel tarixli 33 nömrəli əlavənin (bundan sonra – “33 nömrəli əlavə”), 2013-cü il 1 iyul tarixli 70/10 saylı müqavilənin (bundan sonra – “70/10 saylı müqavilə”), həmin müqaviləyə 2017-ci il 1 fevral tarixli 2 nömrəli əlavənin (bundan sonra – “2 nömrəli əlavə”), 2016-ci il 1 fevral tarixli 2060 saylı müqavilənin (bundan sonra – “2060 saylı müqavilə”), həmin müqaviləyə 2016-ci il 1 fevral tarixli A əlavəsinin (bundan sonra – “A” əlavəsi”) surətindən görünür ki, həmin razılaşmalara əsasən İddiaç ı "X" MMM (bundan sonra – MMM) internet xidmətlərini göstərməyi, Cavabdeh "Y" MMC (bundan sonra – “MMC”) isə xidmətlərin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. 2. 2020-ci il 1 yanvar tarixində MMM və MMC tərəfindən imzalanmış üzləşmə aktından görünür ki, MMC-nin MMM-yə həmin tarixə olan borcu ƏDV daxil 633 saylı müqavilə üzrə 4.521.402,17 manat, 70/10 saylı müqavilə üzrə 66.768 manat, 2060 saylı müqavilə üzrə 7.182,89 manat, ümumilikdə 4.595.353,06 manat müəyyən edilmişdir. 3. 2020-ci il 4 fevral tarixli elektron qaimənin və hesab fakturanın surətindən görünür ki MMC-nin MMM-yə 2020-ci ilin yanvar ayı üçün olan borcu ƏDV daxil 70/10 saylı müqavilə üzrə 1.357 manat, 2060 saylı müqavilə üzrə 204,20 manat, 633 saylı müqavilə üzrə 80.157,68 manat təşkil edir. İş üzrə qəbul edilmiş məh kəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. MMM 2019-cu il 18 noyabr tarixində MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək 2020-ci il 1 fevral tarixədək yaranmış ƏDV daxil 633 saylı müqavilə üzrə 4.601.559,85 manat əsas borc, 409.376,61 manat cərimə, 70/10 saylı müqavilə üzrə 68.125 manat əsas borc, 8.668,14 manat cərimə, 2060 saylı müqavilə üzrə 7.387,09 manat əsas borc, 578,58 manat cərimə, 4.601.559,85 və 68.125 manat əsas borcların məbləğinə ƏDV daxil 7.387,09 manat borc məbləğinə qətnamənin çıxarıldığı tarixə qüvvədə olan Azərbaycan Respublikasının Mərkəzi Bankının bank uçot dərəcəsinə uyğun faizlərin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 4.677.071,94 manat məbləğində əsa s borc, 418.623,33 manat məbləğində pul vəsaitinin MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. MMM iddia tələbini yuxarıda §§ 1-3-də göstərilən hallarla əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, müqavilələrin hər birində nəzərdə tutulduğundan borc vaxtında ödənilmədiyinə görə əsas borca uyğun olaraq cərimə məbləğləri hesablanmışdır. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 21.2, 385.1, 389.1, 425.1, 430.1, 442, 443.1, 443.2, 445, 448.1, 449.1, 449.2, 462.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 4.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
6. MMC-nin nümayəndəsi izahatında iddianı qismən qəbul etdiyini bildirərək göstərmişdir ki, MMC müqavilələr üzrə yaran mış əsas borc məbləğlərinin ödənilməsinə razıdır, üzləşmə aktında göstərilən məbləğlərin ödənilməsinə etiraz etmir. Lakin əsas borca faiz məbləğlərinin hesablanması qanunsuzdur. Belə ki, hər üç müqavilə üzrə iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət olunmuşdur. MMC-nin nümayəndəsi göstərilənlərə əsasən iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 10 mart tarixli e-2-2(113)-BKM/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, ƏDV daxil 633 saylı müqavilə üzrə 4.601.559,85 manat əsas borc, 70/10 saylı müqavilə üzrə 68.125 manat, 2060 saylı müqavilə üzrə 7.387,09 manat olmaqla, ümumilikdə 4.677.071,94 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 28 manat məbləğində pul vəsaitinin MMC-dən t utularaq MMM-ə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim – F.Q).
8. Məhkəmə qeyd etmişdir ki, MMC-nin öhdəliyi tam icra etməməsi işdə olan sübutlarla təsdiqini tapdığından və MMC tərəfindən mübahisələndirilmədiyindən qeyd olunan xüsusat işin mübahisələndirilməyən halıdır.
9. MMC iddia müddətinin tətbiqi barədə ərizəni yalnız cərimə borcuna münasibətdə verildiyindən məhkəmə əsas borca münasibətdə iddia müddəti ilə bağlı araşdırmaya zərurət görməmişdir. Həmçinin məhkəmə hesab etmişdir ki, qanuna görə, əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə iddia müddətinin keçməsi yalnız əsas tələb üzrə iddia müddəti keçdiyi halda mümkündür. MMC-nin isə əsas borcu qəbul edərək cərimə borcuna münasibətdə iddia müddətinin tətbiqi barədə əsaslandırması qanun la ziddiyyət təşkil edir.
10. Bununla belə, müqavilələrdə, yaranmış borcun nəzərdə tutulmuş vaxtda ödənilmədiyi halda cərimənin hesablanması nəzərdə tutulsa da, tərəflər arasında son hesablaşma sənədi olaraq tərtib edilmiş üzləşmə aktında bu cərimələr əksini tapmamışdır.
11. MMM MMC-nin hər hansı maddi xeyir əldə etməsini təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab etmişdir ki, iddia illik bank uçot dərəcəsi əsas götürülməklə faizlərin ödənilməsi hissəsində də təmin edilə bilməz.
12. Məhkəmə bu qənaətini MM-nin 152.3, 375.2, 376, 390.1, 427.3, 442, 449, 462.1, 463.1, 529.4, 529.5-ci, MPM-in 13.7, 77.1, 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun (bundan sonra – “KMP”) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cü maddəsinin bəz i müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
13. MMC 2020-ci il 5 may tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilərək iddia müddəti tətbiq edilməklə, həmin hissədə də iddia tələblərinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 1 sentyabr tarixli 22(103)-BAM/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 10 mart tarixli e-2-2(113)-BKM/2020 saylı qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Q, hakimlər – C.Y və V.B ).
15. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarından başqa MM-in 372.2, 377.2, 398.1, 448.1, 700.1, 752.1-ci maddələrinə istinad etməklə əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır (bax yuxarıda §§ 8-12).
16. MMC həmin qətnamədən 2020-ci il 11 noyabr tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndəriıməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
17. Apellyasiya instansiyası məhkəməsi MMC-yə məhkəmə iclası barədə məhkəmə bildirişi göndərməmiş, MMC-nin iştirakını təmin etmədən işə baxaraq yekun qərar qəbul etmişdir.
18. Apellyasiy a instansiyası məhkəməsi vaxtaşırı icra edilməli olan öhdəliklər üzrə iddia müddətinin ötürülməsi barədə iddia tərəfinin ərizəsi olmasına baxmayaraq birinci instansiya məhkəməsinin qətnamə qəbul etməsini düzgün qiymətləndirməmişdir. 19. 2060 saylı müqavilə üzrə mövcud olan 7.387,09 manat məbləğində borc MMC tərəfindən tamamilə ödənilsə də, bu fakt nəzərə almamışdır.
20. Kassasiya şikayəti MM-in 373.2, 373.3, 375.2, 376-cı, MPM-in 9.3, 14.1, 14.2, 88, 416, 418.1-ci maddələrinə, KMP-nin “K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2016-cı il 21 yanvar tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2016-cı il 25 noyabr tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. b) kassasiya şika yətlərinə qarşı etirazın dəlilləri
21. MMM kassasiya şikayətinə etiraz edərək bildirmişdir ki Bakı Apellyasiya Məhkəməsi tərəfindən bildiriş MMM, MMC və MMC-nin vəkilinin ünvanına eyni vaxtda göndərilmiş, eləcə də bildiriş Elektron Məhkəmə Sistemindəki kabinetində də yerləşdirilmişdir.
22. Üzləşmə aktı yaranmış borcu təsdiq edir. Əgər üzləşmə aktında göstərilən məbləğin ödənişi həyata keçirilməzsə, MM-in 462.1-ci maddəsinə, 633 saylı müqavilənin 7.2 və 2060 saylı müqavilənin 5.2-ci bəndlərinə əsasən cərimə hesablanmalıdır. Göründüyü kimi, əsas borca hesablanmış cərimə üzləşmə aktında göstərilmir və təmin olunmaması iddia müddətinin tətbiq edilməsi ilə bağlı deyil. 23. 633 saylı müqavilənin 9.1, 2060 saylı müqavilənin 7.1, 70/10 saylı müqavilənin 5.3-cü bəndlərinə əsasən, tərəflərdən biri müqavilə müddətinin bitməsinə bir ay qalmış müqaviləyə xitam verilməsi barədə təklif verməzsə, müqavilə növbəti 1 il müddətinə uzadılır. Müqavilələrə bu günədək xitam verilmədiyindən iddia müddətinin tətbiqi mümkün deyil.
24. MMC-nin göstərdiyi ödənişlər birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra ödənildiyindən, bu, qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə iclasında iştirak edən MMC-nin vəkili kassasiya şikayətini müdafiə etdiyini, şikayətin tam əsaslı olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi
26. Məhkəmə iclasında iştirak edən MMM-in vəkili kassasiya şik ayətini qəbul etmədiyini, şikayətin tam əsassız olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. İş üzrə cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
29. Kassasiya instansiyası məhkəməsi tərəfində n işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
30. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu... 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəm ə şəklində və başqa formalarda ola bilər....” “Maddə
372. İddia müddəti anlayışı... 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə
375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə
376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə
377. İddia müddətinin başlanması... 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə
398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir....” “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ər zində istənilən an icra edilməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şə xsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 449.4. Özgə vəsaitindən istifadə üçün faiz lər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır....” “Maddə
529. Öhdəliyin icrasının qəbulu... 529.4. Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. 529.5. Borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir....” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” 31. xxxx-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
13. Mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktlar... 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə işti rak edən şəxslərə aid edilir....”
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cü maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli qərarında qeyd edilmişdir ki: “... faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər.Bu baxımdan, MM-in «öhd əliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.... MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur; MM-in 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndirilir;...” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ədalətli və əsaslı, kassasiya şikayətinin dəlillərini isə əsassız hesab edir.
34. Məhkəmə kollegiyası MMC-nin məhkəmə iclasında iştirakının təmin edilməməsinə dair dəlili (bax yuxarıda §17) ilə razılaşmır.
35. İşin materiallarından görünür ki, məhkəmə iclasının vaxtı və yeri haqqında haqqında bildiriş məktubu 2020-ci il 19 avqust tarixində elektron qaydada imzalanaraq “Elektron Məhkəmə Sistemi”ndə yerləşdirilmiş, habelə 21 avqust tarixində MMC-nin apellyasiya şikayətinin üzərində göstərilmiş ün vana göndərilmişdir (i.m., səh. 158 və 160).
36. Apellyasiya şikayətini verən məhz MMC olduğundan məhkəmə iclasının nəticəsində ilk növbədə elə MMC maraqlı olmalı idi. Hətta bildiriş MMC-nin özünün göstərdiyi ünvana çatmamışdırsa belə, MMC ən azı proses barədə məlumatlı idi, birinci instansiya icraatında iştirak etmiş, həmin məhkəmənin qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti vermişdir.
37. Həmçinin birinci instansiyada işə baxılarkən MMC iş üzrə malik olduğu sübutları məhkəməyə təqdim etmiş, zəruri hesab etdiyi dəlilləri gətirmişdir.
38. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, MMC iclasın vaxtı və yeri barədə məlumat almaq üçün kifayət qədər vaxta və imkana malik idi. Bununla əlaqədar apellyasiya instansiya məhkəməsi bu məsələdə işin nəticəsinə təsir edən və ya edə bilən ciddi prosessual pozuntuya yol verməmişdir.
39. Məhkəmə kollegiyası iddia müddətinin ötməsinə dair kassatorun dəlili (bax yuxarıda § 18) ilə razılaşmır və apellyasiya baxışının da predmeti olmuş həmin məsələ üzrə məhkəmənin mövqeyini əsaslı hesab edir.
40. Bundan başqa, tərəflər arasında bağlanmış və hazırda mübahisə predmeti olan müqavilələrin müvafiq olaraq 5.3, 7.1 və 9.1-ci bəndlərinə əsasən, tərəflərdən biri müqavilə müddəti bitməmişdən əvvəl müqaviləyə xitam verilməsi barədə təklif verməzsə, müqavilə növbəti 1 il müddətinə uzadılır.
41. İşin materiallarından tərəflərdən hər hansı birinin qarşı tərəfə müqavilələrin ləğv olunmasına dair bildiriş(lər) verməsi müəyyən olunmur. Belə olan halda müqavilələr hazırda da öz qüvvəsini saxlamış hesab edilir. Qüvvədə olan müqavilələr ü zrə yaranan mübahisələrlə bağlı iddia müddətinin ötürülməsindən isə söhbət gedə bilməz.
42. Eyni zamanda, MMC-nin nümayəndəsi 2020-ci il 27 fevral tarixli ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, həmin tarixdə keçirilmiş məhkəmə iclasında fərqli məzmunda izahat vermişdir (i.m., səh. 135).
43. Belə ki, MMC-nin nümayəndəsi iclasda əvvəlcə iddia tələbini qismən qəbul etdiklərini, daha sonra isə MMC-nin əsas məbləği qəbul etdiyini, borcun olduğunu və onun ödənilməli olduğunu, sadəcə hesablanmış faizlə razı olmadıqlarını, faiz hissəsiylə bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizə verdiyini bildirmişdir.
44. Göründüyü kimi, MMC-nin nümayəndəsinin sözü gedən ərizəsi və məhk əmə islasındakı izahatları tamamilə fərqli məzmundadır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, bu məsələyə qiymət verilərkən MMC-nin nümayəndəsinin son iradə ifadəsini əks etdirən məhkəmə islasındakı izahatları əsas götürülməlidir.
45. Birinci instansiyası məhkəməsi də məsələyə nəticə etibarilə məhz bu aspektdən yanaşdığıdan, apellyasiya instansiyası məhkəməsi isə aşağı məhkəmənin mövqeyi ilə razılaşdığından işə baxan məhkəmələrin bu məsələdə hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verdiyini söyləmək olmaz.
46. Məhkəmə kollegiyası borcun bir hissəsinin ödənilməsinin nəzərə alınmamasına dair dəlillə (bax yuxarıda § 19) də razılaşmır və apellyasiya baxışının predmeti olmuş həmin məsələ üzrə məhkəmənin mövqeyini əsaslı hesab edir.
47. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 1 sentyabr tarixli 2-2(103)-BAM/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.