Məhkəmə qərarları › İş №2-2(102)-70/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-70/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-70/2025 30.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 3 oktyabr tarixli 2-2(103)-917/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra – “cavabdeh”) cəmi 100.485,70 manat vurulmuş zərərin əvəzi kimi pul və mediasiya xərci kimi ödənilmiş 410 manat məbləğində xidmət haqqının reqres qaydada alınaraq iddiaçıyanın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 30 oktyabr tarixli e-2-2(113)4554/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən vurulmuş zərərə görə 70.000 manat, 410 manat mediasiya xərci olmaqla cəmi 70.410 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim: Z.Axundova).

3. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tə ləbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 3 oktyabr tarixli 2-2(103)-917/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Z.Şirinov – sədrlik edən və məruzəçi, V.Baxışova və R.Qurbanov).

5. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

5. Məhkəmədə mülki işə başlama 5.4. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər”. “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri … 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər”. “Maddə

52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mə nafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.” “Maddə

191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə gönd ərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərard ad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.” “Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə;” “Maddə

262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.” “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.-259.0.10cu maddələrinə mü vafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

7. İşə kassasiya qaydasında baxılarkən məhkəməyə təqdim edilmiş, hazırkı iş üzrə tərəflər arasında 2025-ci il 21 aprel tarixli barışıq sazişi aşağıdakı məzmunda bağlanmışdır: Cavabdeh 2011-ci il buraxılışlı, Ban: VF624GPA000045600 olan, qırmızı rəngli, 77BE595 qeydiyyat nişanlı, RENAULT PREMİUM YÜK. 2012-ci il buraxılışlı, Şassi: WSM**********8595 olan, Göy-Boz rəngli. 99ZK595 qeydiyyat nişanlı. SCHMİTZ SCS24/L YARİMQOŞQU üzərindəki mülkiyyət hüquqlarından "xxxx" MMC-nin xeyrinə İddiaçı MMCyə olan qətnamə üzrə borcun müqabilində imtina edir və bununla da İddiaçı MMC-nin həmin nəqliyya t vasitələri üzərindəki tam mülkiyyət hüququnu tanıyır. Cavabdeh həmin nəqliyyat vasitələrinə dair heç bir iddiası yoxdur və gələcəkdə də olmayacaq. Həmçinin Cavabdeh xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən həmin nəqliyyat vasitələrini mühərriki, surətlər qutusu, elektronikası və körpüləri saz vəziyyətdə və üzərində 3-cü şəxslərin tələbi olmadan iddiaçıya təhvil vermişdir. Bu barışıq sazişinin təsdiq edilməsinə dair məhkəmənin qəbul etdiyi müvafiq qərardad sözügedən nəqliyyat vasitələrinin İddiaçı MMC-nin mülkiyyətinə keçməsi barədə dövlət reyestri məlumatları üçün əsas və yekun sənəd hesab ediləcək və Azərbaycan Respublikası DİN Baş DYP-də İddiaçı MMC-nin adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi üçün əsasdır. İddiaçı MMC bu Sazişin 1-ci bəndində adları çəkilən avtomaşın və yarımqoşqunun xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən mühərriki, surətlər qutusu, elektronikası və körpüləri saz vəziyyətdə cavabdeh tərəfindən təhvil verildiyini təsdiq edir və bunun müqabilində xx.xx.2025-ci il tarixinə kimi Cavabdeh 10000 (on min) manat məbləğində pulu nağd şəkildə ödəyəcək. İddiaçı MMC-nin Cavabdeh qarşı hazırki iddia ilə əlaqəli gələcəkdə də heç bir tələbi olmayacaqdır. Azərbaycan Respublikası MPM-nin 261 və 262-ci maddələrinin tələbləri tərəflərə izah olunmuşdur. Barışıq sazişi məhkəmədə təsdiq edilir. Barışıq sazişinin pozulması və ya layiqincə icra edilməməsi məhkəmə icraatının başlanılması üçün əsasdır. Barışıq sazişi imzalandığı andan qüvvəyə minir və tərəflərin saziş üçün öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir.

8. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış 2025-ci il 21 aprel tarixli barışıq sazişinin şərtlərini təhlil edərək belə qənaətə gəlir ki, həmin barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-nin 52-ci maddəsində nəzərdə tutulmuş prosessual əsaslar mövcud deyildir və buna görə də təsdiq edilməlidir.

9. Odur ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə MPM-nin 417.1.5-ci maddəsində nəzərdə tutulmuş əsasla ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.

10. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 52, 191, 261.0.5, 262.4, 417.1.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(103)-917/2024 nömrəli 2024-cü il 3 oktyabr tarixli qətnaməsi lə ğv edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 2025-ci il 21 aprel tarixli barışıq sazişi təsdiq edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar