Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-703/2025 26.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icbari sığorta müqaviləsi üzrə sığorta ödənişi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 iyul tarixli 2-2(103)658/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraa t qaydasında baxılmışdır. İşin halları
1. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ümumi sahəsi 2849,60 kv.m olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021).
2. Daşınmaz Əmlakın BB seriyalı 835636 saylı İcbari Sığortası Şahadətnaməsindən görünür ki, İddiaçı məxsus əmlak (Dost Mərkəzi) 200 manat azadolma məbləği müəyyən edilməklə, 92575 manat məbləğində sığorta edilmişdir.
3. Daşınmaz Əmlakın BB seriyalı 835635 saylı İcbari Sığortası Şahadətnaməsindən görünür ki, İddiaçı məxsu s əmlak (Bazarstore) 250 manat azadolma məbləği müəyyən edilməklə, 73185 manat məbləğində sığorta edilmişdir.
4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən qəbul edilmiş 2024-cü il 29 yanvar tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 2023-cü il 23 sentyabr tarixdə saat 21 radələrində ünvan 2 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa olunmuş 21 mərtəbəli yaşayış binasında yanğın hadisəsi baş vermiş, nəticədə bu ünvanda yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinə maddi ziyan dəymişdir. Baş vermiş yanğında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. 5. "xxxx" ASC tərəfindən göndərilmiş sığorta ödənişinin verilməsinə dair 2024-cü il 23 avqust tarixli bildirişdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsində yerləşən daşınmaz əmlaka 2023-cü il 23 sentyabr tarixində yanğın hadisəsi nəticəsində dəymiş zərərin müəyyən olunması ilə əlaqədar sözügedən əraziyə sığortaçının səlahiyyətli nümayəndəsi tərəfindən baxış keçirilmiş və əmlaka dəymiş zərər 8500 manat məbləğində müəyyən olunmuşdur.
6. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 2023-cü il 21 dekabr tarixli, 316-16/2-10/7311 nömrəli rəyə əsasən İddiaçı məxsus qeyri-yaşayış sahəsinə tikinti üzrə dəymiş ziyan 16.700 manat, lift və digər şaxtaların yerləşdiyi sahəyə tikinti üzrə dəymiş maddi ziyan 10.110 manat təşkil etmişdir. 7. "xxxx" MMC-nin 2025-ci il 18 iyul tarixli 07-205/25 nömrəli mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara əsasən, məhkəmə ekspertizası mərkəzinin 2023-cü il 21 dekabr tarixli 3-16-16/2-10/7311 saylı rəyində 10.110,0 manat zərər dəydiyi göstərilən lift və digər saxtaları 3 ədəd olmaqla hər mərtəbədə yerləşən hər bir lift və digər saxtaların ümumi sahəsi 45 kv.m. təşkil edir. İkinci mərtəbədə yerləşən və ümumi sahəsi 2,849.6 kv.m. olan qeyri-yaşayış obyektinin tamamilə İddiaçı mülkiyyətində olduğu və bu obyektin daxilindəki 3 ədəd lift şaxtasının da mülkiyyətə aid olduğu nəzərə alındıqda, həmin qeyriyaşayış obyektinin ümumi sahəsi 2,984.6 kv.m. təşkil edir. Bu isə, mülkiyyətə verilən sahədən 135 kv.m. artıq olduğu müəyyən olunur. Buna görə də, məhkəmə ekspertizası mərkəzinin 2023-cü il 21 dekabr tarixli 3-16-16/2-10/7311 saylı rəyində göstərilən 10.110,0 manat zərərin dəydiyi lift və digər saxtaların, 2024-cü il 15 aprel tarixli **********54-053 01-083005 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 2,849.6 kv.m. sahəsi olan qeyri-yaşayış obyektinin hüdudlarından kənarda yerləşdiyi müəyyən olunur. Eyni zamanda, mübahisələndirilən lift və digər saxtalar, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35-ci maddəsinin (coxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakına mülkiyyət hüququ) 35-1-ci bəndinə əsasən, yaşayış binasının tərkib hissəsi olan və binada mənzilləri olmayan, eyni zamanda bir neçə sahəyə xidmət etməyə nəzərdə tutulan obyektlərdir. Beləliklə, bu obyektlər (lift və digər şaxtalar) ümumi paylı mülkiyyət hüququ ilə binanın mülkiyyətçilərinə məxsusdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı (bundan sonra-“iddiaçı”) cavabdeh "xxxx" ASC-yə qarşı (bundan sonra“ca vabdeh”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü il 12 may tarixli, BB seriyalı 835635 saylı daşınmaz əmlakın sığorta şəhadətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış kompleksində 43, 75 və 77 saylı iaşə obyektlərinə dəymiş zərərin əvəzi kimi 74283,48 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 312,85 manat, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 500 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış kompleksində iddiaçıya məxsus olan 43; 75 və 77 saylı iaşə obyektləri vardır. Cavabdehlə olan 2023-cü il 12 may tarixli BB seriyalı 835635 saylı daşınmaz əmlakın sığorta şəhadətnaməsinə əsasən iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış kompleksində iaşə obyektləri 173.185 manat manat məbləğində sığortalanmış və sığortadan azadolma məbləği 250 manat razılaşdırılmışdır. Həmin ünvanda baş verən yanğın nəticəsində iddiaçıya məxsus əmlaklara ümumilikdə 74283,48 manat məbləğində maddi zərər dəymişdir. İddiaçı tərəfindən zərərin hesablanması və ödənilməsi ilə bağlı cavabdehə müraciət edilmiş, lakin cavabdeh 2024cü il 9 iyul tarixli məktubla cavab olaraq əmlaka 10.110 manat məbləğində zərərin müəyyən edildiyi 200 manat azadolma məbləği çıxıldıqdan sonra 9910 manat sığorta ödənişinin ayrıldığı qeyd edilmişdir. Bundan sonra rəsmi şəkildə 2024-cü il 21 oktyabr tarixində elektron kabinet vasitəsi ilə pretenziya ünvanlanmış və dəymiş zərərin ödənilməsi cavabdehdən tələb edilmişdir. Lakin cavabdeh ödənişin edilməsindən əsassız olaraq yayınmışdır.
10. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin böyük təhqiqatçısı mayor Nuruyev Rüfət Babaş oğlu tərəfindən tərtib edilmiş 1019 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda öz əksini tapmış olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 21 dekabr tarixli 3-16-16/2-10/7311 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən daşınmaz əmlaka tikinti üzrə dəymiş zərər 10.110 manat məbləğində müəyyən olunmuşdur. BB seriyalı 835636 blank nömrəli “daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsinin şərtlərinə əsasən şərtsiz azadolma məbləği 200 manat təşkil edir. Müqavilə şərtləri əsas götürülərək 200 manat azadolma məbləği Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən hesablanmış zərər məbləğindən çıxılaraq cavabdeh tərəfindən 9910 manat sığorta ödənişi hesablanılmışdır və həmin məbləğdə pulu iddiaçıya ödəməyə hazırdır. Hazırkı halda cavabdeh tərəfindən dəymiş zərərin 74.238,48 manat məbləğində olduğunu təsdiq edən heç bir mötəbər sübut iddia ərizəsinə əlavə edilməmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 10 aprel tarixli e-2-2(113)-912/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 26.610 manat məbləğində pul, 169,83 mana t dövlət rüsumu, ümumilikdə 26.779,83 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 143,02 manat dövlət rüsumu və 500 manat hüquqi yardıma görə xərcin iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim Ü.Həsənova).
12. Məhkəmə araşdırması zamanı ünvan 2 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa olunmuş 21 mərtəbəli yaşayış binasında yerləşən iddiaçıya məxsus sığortalanmış əmlakda yanğın hadisəsinin baş verdiyi, yanğın hadisəsi ilə bağlı cinayət işinin başlanması rədd edildiyi müəyyən edilmişdir.
13. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş dəymiş zərərin hesablanması barədə aktda iddiaçıya məxsus əmlaka dəymiş zərərin ümumi məbləğinin 74283,48 manat olması göstərilsə də, h əmin zərərin hansı qaydada müəyyən edilməsi, tədqiqatın hansı metodlar əsasında aparılması müəyyən edilmədiyindən həmin akt mötəbər sübut kimi qəbul etməməlidir.
14. Məhkəmə belə qənaətə gəlmişdir ki, 2023-cü il 23 sentyabr tarixində sığorta hadisəsinin baş verməsi işin mübahisəsiz halı olduğundan, iddiaçı cavabdehdən sığorta ödənişinin verilməsini tələb etməkdə haqlı olmuş və sığorta hadisəsi baş verdiyinə görə cavabdehin iddiaçı qarşısında sığorta ödənişini vermək öhdəliyi yaranmışdır.
15. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 2023-cü il 21 dekabr tarixli ekspert rəyi ilə qismən razı olduğunu, lift və digər şaxtaların yerləşdiyi sahənin sığortalanmış sahə olmadığını bildirmişdir.
16. Birinci instansiya məhkəməsi bu dəlillə razıl aşmayaraq qeyd etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ümumi sahəsi 2849,60 kv.m olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir, lift və digər şaxtaların həmin qeyri-yaşayış sahəsindən keçən hissəsi qeyri-yaşayış sahəsinin daxilində olmaqla əmlakın tərkib hissəsidir.
17. İşin materiallarda olan sübutlarla iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə zərər dəyməsinin müəyyən olunması, həmin zərərin məhz 2023-cü il 23 sentyabr tarixində və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsində göstərilən sığorta hadisəsi nəticəsində dəyməsi işin araşdırılan halları ilə sübut olunması, həmin zərərin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyinə əsasən 26.810 manat (16.700 manat + 10.110 manat) müəyyən edilməsi iddianın sığorta ödənişinin tələb edilməsi hissəsində təmin edilməsi üçün əsas hesab edilməlidir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 883.1, 922.1, 922.2, 922.3 və 926.1-ci maddələri, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 217.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
19. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın 14.700 (qeyri-yaşayış sahəsinə tikinti üzrə dəyən 16.700 manatdan 200 manat şərtsiz azadolma məbləği çıxılmaqla) manat pulun tutulmasına dair hissədə təmin edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansi yası məhkəməsindəki icraat
20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 24 iyul tarixli 2-2(103)-658/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilərək, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni lift və digər şaxtaların yerləşdiyi sahəyə tikinti üzrə dəymiş maddi ziyanın dəyəri 10.110 manat hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər L.Əliyeva və T.Mahmudova).
21. Apellyasiya instansiyası məhkəməsi mübahisəli lift və digər şaxtaların yerləşdiyi sahəyə yerli baxış keçirərək, ünvan 3 ünvanında yerləşən "xxxx" MTK-ya daxil olduqdan sonra binanı n 2-ci mərtəbəsində qeyri-yaşayış sahəsi (DOST Mərkəzi) olduğu və onların olduğu sahənin sonunda, mətbəxin qarşısında olan təxliyə qapısından içəri daxil olduqda binanın lift şaxtasının və onun arxa hissəsində təxliyə üçün nəzərdə tutulmuş pilləkan qəfəsinin olduğunu müəyyən etmişdir. Şaxta, lift və pilləkən qəfəsinin yerləşdiyi sahə “"xxxx" MTK-nın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş plan cizgi və binanın layihələndirilməsində olan plan cizgi ilə müqayisəli təhlil edilərək, mübahisəli şaxta, lift və pilləkən qəfəsinin (təxliyyə) olduğu sahənin sığorta şəhadətnaməsində qeyd olunan 2.849,60 kv.m sahəyə daxil olmadığı müəyyən edilmişdir. Həmçinin "xxxx" MTK-nın komendatı baxış zamanı müəyyən edilmiş halları təsdiq etmişdir.
22. Apellyasiya məhkəməsi birinci instansiya məh kəməsinin gəldiyi nəticə və əsaslandırma ilə mübahisələndirilən hissədə razılaşmayaraq qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin 2.849,60 kv.m hissəsi iddiaçının xüsusi mülkiyyətindədir, yanğın baş vermiş sahə və digər şaxtaların yerləşdiyi sahə Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.
23. Sığorta şahadətnaməsi ********** reyestr nömrəli əmlakla bağlı verildiyindən, reyestr çıxarışı və texniki pasporta əsasən sığorta olunan sahə yalnız 2849.6 kv.m (boş sahə 2829.9, pilləkən qəfəsi 19.7, açıq eyvan 11.6) təşkil edir. Texniki pasporta əlavə edilmiş tikilinin planında ümumi sahənin 3019 kv.m olduğu, liftlərin və şaxtaların olduğu sahələrin isə sığorta olunan 2849.6 kv.m sahəyə aidiyyatı təsnifat bölməsində öz əksini ta pmamışdır. Belə ki, plan çizginin təsnifat qrafasında qeyd edilmiş cəmi 19.7 kv.m olan kiçik pilləkən qəfəslərinin liftlərin və şaxtaların olduğu sahələrdə olan təxliyyə üçün nəzərdə tutulmuş ümümi pilləkən qəfəslərindən tam fərqli yerlərdə və binanın giriş hissələrində olduğu müəyyən edilir.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 883.1, 889.1, 922.1, 922.2, 922.3 və 926.1-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddələrinə, Konsitutsiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 2014-cü il 4 aprel tarixli qərarına istinadla əsaslandırmışdır.
25. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və id dia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. MM-in 883, 922-926-cı maddələri üzrə-işin materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, ümumi sahəsi 2849,60 kv.m olan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir, lift və digər şaxtaların həmin qeyri-yaşayış sahəsindən keçən hissəsi qeyri-yaşayış sahəsinin daxilində olmaqla əmlakın tərkib hissəsidir. Göründüyü kimi apellyasiya inistansiya məhkəməsi həmin halı tədqiq edərkən, yerli baxış etməklə kifayətləndiyini qeyd etmiş, həmin ərazinin faktiki olaraq mülkiyyətdə olub-olmaması halı araşdırılmamış və yanğın nəticəsində dəymiş zərərin miqdarı müəyyən edilməmişdir. Cavabdeh ya nğının baş verdiyi yeri binanın şaxtası kimi qeyd etsə də, həmin şaxta iddiaçının mülkiyyətində olan hissə olmuşdur və yanğın zamanı iddiaçıya məxsus əmlakın avadanlıqlarına ciddi şəkildə maddi zərər dəymişdir. Bundan başqa binada istifadə edilən su sistemləri, siqnalizasiya və internet avadanlığına dəymiş zərər apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. 27. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsi nəzərdə tutur ki, yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cüm lədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. İşin materiallarına əlavə edilmiş sənədlərə nəzər saldıqda aydın olur ki, cavabdeh şirkət tərəfindən iddiaçı ilə müvafiq sığorta müqaviləsinin imzalandığı, iddiaçı tərəfindən sığorta müqaviləsi üzrə pulun, (sığorta haqqının) cavabdehə ödənildiyi və yanğın zamanı dəymiş zərərlə bağlı tərtib edilmiş müvafiq aktın cavabdehə və məhkəməyə təqdim edildiyi müəyyən edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, cavabdehə daxil olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin böyük təhqiqatçısı mayor Nuruyev Rüfət Babaş oğlu tərəfindən tərtib edilmiş 1019 saylı mate rial üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda öz əksini tapmış olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 21 dekabr tarixli, 3-16-16/2-10/7311 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyi məhkəmələr tərəfindən sübut kimi təqdiq edilmişdir. Əgər iddiaçı həmin rəylə razılaşmırdısa sübut olaraq öz mövqeyinə uyğun yeni bir ekspert rəyi təqdim etməli idi və məhkəmə araşdırmasının gedişində belə bir rəy təqdim edilmədiyi üçün məhkəmələr tamamilə haqlı olaraq həmin rəyi sübut kimi qəbul etmiş və tədqiq etmişlər. Bununla yanaşı birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Bakı Komm ersiya Məhkəməsinə ünvanlanmış tikintitexniki ekspertizasının aparılmasından imtina edilməsi barədə 2025-ci il 17 fevral tarixli məlumatdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsində yerləşən tədqiqat obyekti ilkin vəziyyətdə saxlanılmadığından, təmir bərpa işləri aparıldığından qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması (cavablandırılması) mümkün olmamışdır. Kassasiya şikayətinin digər dəlilləri barədə qeyd edilir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən yerində baxış keçirilmiş, texniki pasport və plan-çizgilər əsasında müəyyən edilmişdir ki, lift və digər şaxtaların yerləşdiyi sahə 2849,60 kv.m sığorta olunan qeyri-yaşayış sahəsinə daxil deyildir və bu zonalar Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi paylı mülkiyyəti hesab olunur. Ümumi əmlak fərdi qaydada sığortalanmadığından həmin sahəyə dəymiş 10.110 manat ziyan sığorta müqaviləsinin predmetinə aid deyil. Həmçinin, ekspert rəyində də bu ziyanın ümumi istifadə sahəsinə aid olduğu müəyyən edilmişdir. Kassasiya baxışının hədləri
29. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi qismən10.110 manat pulun tutulması ilə bağlı iddia tələbinin rədd olunduğu hissədə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq qismən yoxlanılacaqdır.
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hal larının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
883. Sığorta və təkrarsığorta müqaviləsi 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır....” “Maddə
922. Sığorta hadisəsi 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.” “Maddə
924. Sığorta hadisəsinin təsdiqi 924.1. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişin in həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. 924.2. Sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir.” “Maddə
926. Sığorta ödənişi 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır....”
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutul ur: “Maddə
35. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakına mülkiyyət hüququ 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 33. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
35. Daşınmaz əmlakın icbari sığortasının məqsədi və təyinatı 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 35.2. Bu Fəslin məqsədləri üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir. 35.3. Aşağıdakılar icbari sığortaya cəlb olunmur: 35.3.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilmiş daşınmaz əmlak; 35.3.2. tikintisi başa çatmayan daşınmaz əmlak; 35.3.3. qəzalı vəziyyətdə olan daşınmaz əmlak; 35.3.4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak. 35.4. Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. 35.5. Yaşayış binası bu Fəslin tələblərinə uyğun olaraq icbari sığorta etdirilmiş olduğu halda, həmin binada yerləşən qeyri-yaşayış sahələrinin bu Fəslin məqsədləri üçün icbari sığorta etdirilməsi tələb olunmur.” “Maddə
36. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisəsi 36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nə ticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.1. yanğın, ildırım düşməsi; 36.1.2. məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; 36.1.3. elektrik naqillərində baş verən qısa qapanma; 36.1.4. buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı; 36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; 36.1.6. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri; 36.1.7. yerü stü nəqliyyat vasitəsinin dəyməsi; 36.1.8. təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi; 36.1.9. üçüncü şəxslərin hərəkətləri. 36.2. Bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulanlardan əlavə risklər üzrə sığorta təminatları tərəflər arasında bağlanan könüllü sığorta müqaviləsində müəyyən edilir. 36.3. Əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur: 36.3.1. sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər; 36.3.2. sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində, eyni zamanda yanğın baş verməmişdirsə, belə əmlaka zərərin dəyməsi; 36.3.3. hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması; 36.3.4. qrunt sularının səviyyəsinin dəyişməsi; 36.3.5. suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması.” “Maddə
37. Daşınmaz əmlakını icbari sığorta etdirməli olan şəxslər Mülkiyyətində bu Qanunun 35.2.-ci maddəsində nəzərdə tutulmuş hər hansı daşınmaz əmlak olan və ya ona faktiki sahibliyi həyata keçirən şəxslər həmin əmlakı bu Qanunun 8.3cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir.” “Maddə
39. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta məbləğləri və azadolma məbləğləri 39.1. Yaşayış evləri və mənzillə r istisna olmaqla, digər daşınmaz əmlakın icbari sığortası üzrə sığorta məbləğləri aşağıdakı qaydada müəyyən olunur: 39.1.1. tikililər və binalar üzrə – sığorta predmeti olan əmlakın yerləşdiyi yerdə eyni cür tikilinin və binanın inşasının dəyəri – bərpa dəyəri məbləğində. Bərpa dəyəri müəyyən edilərkən materialların köhnəlmə əmsalı və sığorta predmeti olan əmlakın texniki vəziyyəti nəzərə alınır; 39.1.2. Qeyri-yaşayış sahələri üzrə – sığorta predmeti olan əmlakın yerləşdiyi yerdə eyni cür və həmin texniki vəziyyətdə olan əmlakın orta bazar dəyəri məbləğində. 39.2. Yaşayış evləri və mənzillər istisna olmaqla, digər daşınmaz əmlakın icbari sığortası üzrə azadolma məbləği müvafiq icbari sığorta müqaviləsində razılaşdırılır....” “Maddə
41. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta ödəni şi 41.1. Daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir. 41.2. Şəxs mülkiyyətində və (və ya) sahibliyində olan bu Qanunun 35.2-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlakını sığorta etdirmək vəzifəsini yerinə yetirmədikdə, həmin əmlaka dəymiş zərərə görə dövlət vəsaiti hesabına kompensasiya verilməsi barədə səlahiyyətli dövlət orqanları tərəfindən müvafiq qərar verildiyi halda, ödənilə biləcək belə kompensasiyanın məbləği zərər məbləğinin 20%-dən artıq ola bilməz.”
34. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmə li hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” Kassasiya instansiya məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, işin apellyasiya instansiy ası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə mübahisəli şaxta, lift və pilləkən qəfəsinin(təxliyyə) olduğu sahə sığorta obyektinə daxil deyil və sığorta təminatı ilə əhatə edilmir. Mübahisəli sahənin sığorta predmetinə aid olmasını və sığorta şəhadətnaməsi ilə ona təminat verilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, iddiaçı qeyd edilən halı işə mahiyyəti üzrə baxılarkən sübut edə bilməmişdir.
37. Məhkəmə kollegiyası hazırkı kassasiya şikayətində məhkəmənin mövqeyini təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsinin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə ilə razılaşır. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir, kassasiya şikayətində istinad olunan maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
39. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətli təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 iyul tarixli 2-2(103)-658/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.