Məhkəmə qərarları › İş №2-2(102)-704/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-704/2022

21.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-704/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsi borcu Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “lizinq müqavilələri üzrə borcun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 iyul tarixli, 2-2(103)-30/2022 saylı qət naməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2010-cu il 26 avqust tarixli 08-LA/10 nömrəli, 2012-ci il 28 iyun tarixli 29-LA/12 nömrəli və 2015-ci il 14 avqust tarixli 02-LA/15 nömrəli lizinq müqavilələrindən görünür ki, iddiaçı cavabdehə kamera və damcılı suvarma sistemləri avadanlıqlarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, cavabdeh avadanlıqların satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəməyi öhdələrinə götürmüşlər. 2. 9 il müddətinə bağlanmış 2010-cu il 26 avqust tarixli 08-LA/10 nömrəli lizinq müqaviləsi üzrə ilkin ödəniş 60.000 man at, 10 il müddətinə bağlanmış, 2012-ci il 28 iyun tarixli 29-LA/12 nömrəli müqavilə üzrə 90.000 manat, 10 il müddətinə bağlanmış 2015-ci il 14 avqust tarixli 02-LA/15 nömrəli müqavilə üzrə 170.000 manat nəzərdə tutulmuşdur.

3. Müqavilələrin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafıkinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə, Lizinq verən Lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.

4. Maliyyə arayışlarına əsasən, Cavabdeh MMC-nin "xxxx" ASC-yə 2010-cu il 26 avqust tarixli 08-LA/10 nömrəli müqavilə üzrə əsas borcu 568.200 manat, 2012-ci il 28 iyun tarixli 29-LA/12 nömrəli müqavilə üzrə əsas borc 828.800 manat və cərimə məbləği 1.147.911,80 manat, 2015-ci il 14 avqust tarixli 02-LA/15 nömrəli mü qavilə üzrə əsas borc 615.536 manat və cərimə məbləği 489.966,66 manat təşkil etmişdir. 5. "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə 2021-ci il 6 yanvar tarixli pretenziya məktubu göndərilmiş, lakin “Azərekspresspoçt” RM-nin 2021-ci il 15 yanvar tarixli aktına əsasən pretenziya məktubunun təqdim edilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 6. "xxxx" ASC (bundan sonra – “iddiaçı”) 2021-ci il 19 yanvar tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək 2.012.536 manat əsas borcun, 1.637.878,46 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun, cəmi 3.650.434,46 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq iddiaçı ilə cavabdeh arasında bağlanmış 2010-cu il 26 avqust tarixli 08-LA/10 nömrəli, 2012-ci il 28 iyun tarixli 29-LA/12 nömrəli və 2015-ci il 14 avqust tarixli 02-LA/15 nömrəli müqavilələrə əsasən borclu satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə soyuducu kamera və damcılı suvarma sistemləri avadanlıqları lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklə ri yerinə yetirməmiş, nəticədə 2020-ci il 18 dekabr tarixə 2010-cu il 26 avqust tarixli 08-LA/10 nömrəli müqavilə üzrə 568.200 manat, 2012-ci il 28 iyun tarixli 29-LA/12 nömrəli müqavilə üzrə 828.800 manat və 2015-ci il 14 avqust tarixli 02-LA/15 nömrəli müqavilə üzrə 615.536 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. 2010-cu il 26 avqust tarixli 08-LA/10 nö mrəli müqavilə üzrə gecikdirilmiş əsas borc 568.200 manat təşkil etmişdir. 2012-ci il 28 iyun tarixli 29-LA/12 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borc 828.800 manat və bu müqavilənin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə məbləği 1.147.911,80 manat təşkil etmişdir. 2015-ci il 14 avqust tarixli 02-LA/15 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borc 615.536 manat və həmin müqavilənin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə məbləği 489.966,66 manat təşkil etmişdir.

8. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 448.1, 462.1, 465.2, 467, 747.1, 748-10.1-ci maddələrinə istinad olunmuşdur.

9. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunmamışdır.

10. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 8 a prel tarixli e-2-2(113)-1040/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən – 2.012.536 manat əsas borc və 100.000 manat cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin olunmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir.

11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2010-cu il 26 avqust tarixli 08-LA/10 nömrəli, 2012-ci il 28 iyun tarixli 29-LA/12 nömrəli və 2015-ci il 14 avqust tarixli 02-LA/15 nömrəli lizinq müqavilələrinə əsasən, iddiaçı cavabdehə kamera və damcılı suvarma sistemləri avadanlıqlarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, cavabdeh avadanlıqların satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəməyi öhdələrinə götürmüşlər.

12. Cavabdeh müqavilə üzrə öhdəliyini tam icra etmədiyindən iddiaçıya olan borcu 2010-cu il 26 avqust tarixli 08-LA/10 nömrəli müqavilə üzrə əsas borc 568.200 manat, 2012-ci il 28 iyun tarixli 29-LA/12 nömrəli müqavilə üzrə əsas borc 828.800 manat və cərimə məbləği 1.147.911,80 manat, 2015-ci il 14 avqust tarixli 02-LA/15 nömrəli müqavilə üzrə əsas borc 615.536 manat və cərimə məbləği 489.966,66 manat təşkil etmişdir. Beləliklə, məhkəmə tərəflər arasında bağlanmış müqavilələr və onların tərkib hissəsi olan ödəniş qrafikləri üzrə yaranmış 2.012.536 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməli olması nəticəsinə gəlmişdir.

13. Tələb olunan 1.637.878,46 manat dəbbə pulu məbləği yaranmış 2.012.536 manat borc məbləğinə görə tənasübsüz surə tdə yüksək məbləğ olduğundan, məhkəmə onun məbləğininin azaldaraq 100.000 manat həddində müəyyən edilməsini ədalətli hesab etmişdir.

14. Gəldiyi nəticəni məhkəmə MM-in 385.1, 386.1, 442, 448.1, 462.1, 465.2, 467, 747.1, 748-10.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 80-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin olunduğu hissədə ləğv, iddia tələbinin həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 19 yanvar tarixli 2-2(103)-30/2022 saylı qətnaməsi ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, e kspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: lizinq müqavilələri üzrə cavabdeh tərəfindən iddiaçıya nə qədər vəsait ödənilmişdir və cavabdehin iddia qaldırılan tarixə hər bir müqavilə üzrə borcu (əsas borc və cərimə) ayrı-ayrılıqda qeyd edilməklə nə qədər təşkil edir?

17. Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 24 may tarixli 9/700 saylı ekspert rəyi ilə maliyyə arayışındakı məlumatlara əsasən cavabdehin lizinq müqavilələri üzrə həyata keçirdiyi ödənişlərin cəminin 443.000 manat olduğu, 2021-ci il 12 iyul tarixinə 2010-cu il 26 avqust tarixli 08-LA/10 nömrəli lizinq müqaviləsi üzrə əsas borcun 568.200 manat, cərimə borcunun 757.538,10 manat, 2012-ci il 28 iyun tarixli 29-LA/12 nömrəli lizinq müqaviləsi üzrə əsas borcun 1.018.400 manat, cərimə borcunun 1.400.409 manat, 2015-ci il 1 4 avqust tarixli 02-LA/15 nömrəli lizinq müqaviləsi üzrə əsas borcun 1.448.320 manat, cərimə borcunun 684.331,20 manat olması müəyyən edilmişdir.

18. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən 2022-ci il 29 iyun tarixli məhkəmə iclasında iddiaçı tərəfindən verilmiş vəsatət təmin olunmuş, "xxxx" ASC Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə əvəz olunmuşdur (İİ cild, i/v 28).

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 iyul tarixli 22(103)-30/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).

20. Məhkəmə kollegiyası bildirmişdir ki, cavabdeh apellyasi ya şikayətində məhkəmənin çəkişmə prinsipini pozaraq məhkəmə iclaslarında onun iştirakının təmin olunması üçün zəruri tədbirlərin görülmədiyini vurğulamışdır. İş materiallarından isə cavabdehin hüquqi ünvanı üzrə göndərilmiş məhkəmə bildirişlərinin həmin ünvandan köçdüyünə dair poçt qeydi ilə məhkəməyə qaytarıldığı aydın olmuşdur. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabineti barədə məlumat olmadığından məhkəmə tərəfindən bildirişlərin kağız daşıyıcıda cavabdehin hüquqi ünvanına göndərilməsi çəkişmə prinsipinin pozuntusu hesab oluna bilməz.

21. Apellyasiya şikayətinin digər dəlili məhkəmənin cavabdehin borcunun iddiaçının tələb etdiyi məbləğdə olub-olmadığının müəyyənləşdirilməsi üçün iş üzrə məhkəmə mü hasibatlıq ekspertizası təyin etməməsi ilə bağlı olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə ödənişlərlə bağlı qəbzlər və hesabdan çıxarış təqdim edilmədiyindən, məhkəmə sorğusu əsasında cavabdehin "xxxx" ASC tərəfindən təqdim edilmiş bank hesabından çıxarışda lizinq ödənişləri öz əksini tapmadığından ekspertiza tədqiqatı iddiaçının təqdim etdiyi maliyyə arayışları əsasında həyata keçirilmişdir. Ekspert rəyindən isə cavabdehin 2021-ci il 12 iyul tarixinə iddiaçıya lizinq müqavilələr üzrə borcunun cəmi məbləğinin 3.034.920 manat təşkil etdiyi halda iddiaçı həmin borcun 2.012.536 manat hissəsinin tutulması üçün iddia qaldırmış və məhkəmə tərəfindən cavabdehdən tutulmuş borc məbləği real borc məbləğindən daha az olmuşdur.

22. Eyni zamanda məhkəmə 2021-ci il 12 iyul tarixinədək lizinq ödənişlərini n ödənişinin gecikdirilməsinə görə ekspert rəyi əsasında müəyyən edilmiş cərimə borcunun 2.842.278,3 manat təşkil etdiyini nəzərə alaraq cavabdehdən müqavilələrinin 4.2-ci bəndinə əsasən cəmi 100.000 manat cərimə tutulması ağlabatan olmaqla formalaşmış məhkəmə təcrübəsinə uyğun olması qənaətinə gəlmişdir.

23. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 448.1, 462.1, 465.2, 467, 747.1, 748-10.1-ci, MPM-in 135.8-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

24. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 25 iyul tarixdə iş üzrə tərəflərin nümayəndələrinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.

25. Cavabdeh 2022-ci il 18 sentyabr tarixdə kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iş üzrə araşdırmanın davam etdirilməsi üçün apellyasiya məhkə məsinə qaytarılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

26. MM-in 5.3, 425-ci maddəsinin tələbləri pozulmuşdur. Cavabdeh tərəfindən həyata keçirilən lizinq ödənişləri iddiaçının bank hesabına ödənilmişdir. Belə olan halda, həmin ödənişlərə dair iddiaçının bank hesabından çıxarış əldə edilərək iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli və ümumilikdə nə qədər lizinq ödənişlərinin həyata keçirildiyi və nə qədər borcun qaldığı müəyyən edilməli idi. Lakin işə baxan məhkəmələr qeyd olunanların heç birini etməmiş, yalnız iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışına əsaslanmaqla müvafiq nəticəyə gəlmişdir.

27. Bundan başqa, məhkəmə tərəfindən tutulması qərara alınan dəbbə p ulunun məbləği də ədalətli hesab oluna bilməz. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

28. MPM-in 77.1, 88, 217.1 və 217.3-cü maddələrinin tələbləri pozulmuşdur. İşə baxan məhkəmələr banka sorğu verərək iddiaçının bank hesabından müvafiq çıxarışlar almaq əvəzinə, iddiaçının özünün təqdim etdiyi və istədiyi tərzdə müdaxilə edib məzmununu özünə sərf edən şəkildə tərtib etdiyi maliyyə arayışlarını əsas götürmüş, obyektiv məhkəmə araşdırmasının aparılmasını təmin etməmişlər. Məhkəmənin iş üzrə apardığı araşdırma yalnız iddiaçını n bank hesabından çıxarışın mövcudluğu ilə təsbit edilə bilməsini məhkəmə nəzərə almamışdır. Cavabdeh MMC-nin keçən müddət ərzində rəhbərliyi dəyişdiyindən köhnə rəhbərlik nağd şəkildə müvafiq bank hesabına edilən ödənişlərə dair qəbzləri təhvil-təslim etməmiş və məhz bu səbəbdən cavabdeh tərəf olaraq müvafiq qəbzlər məhkəməyə təqdim olunmamışdır. Bu xüsusatı üzrlü səbəb kimi nəzərə alan məhkəmə dəfələrlə iddiaçıdan müvafiq bank hesabından çıxarışları tələb etmiş, iddiaçı isə tələb olunan çıxarışları təqdim etməmiş, məhkəmənin müvafiq sorğu ilə banka müraciət etmək səlahiyyəti olsa da, bunu etməmiş, həqiqətin müəyyən edilməsi üçün iş üzrə mühüm əhəmiyyəti olan başqa halları aydınlaşdırmamış, onlara hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnamədə sübutlara, maddi və prosessual hüquq normalarına istinad etsə də, faktiki olaraq məhkəmənin hər bir sübuta, tərəflərin arqumentlərinə dair mövqeyi, işə tətbiq etdiyi maddi və prosessual hüquq normasına dair əsaslandırması, tətbiq olunan qanunvericiliyin normaları ilə işin hallarının qarşılıqlı əlaqəsi göstərilməmişdir. Məhkəmə qətnamələri ədalətli məhkəmə araşdırmasının nəticəsi deyil, zəruri mühasibatlıq ekspertizasının keçirilməməsi nəticəsində yalnız iddiaçı tərəfin sübut qismində təqdim etdiyi qəbzlərin əsas götürülərək işin hallarının sadalanmasından ibarət olmuşdur.

29. Həmçinin cavabdeh 2022-ci il 30 sentyabr tarixində məhkəməyə müraciət ünvanlayaraq bildirmişdir ki, iddia tələbinin predmetini təşkil edən lizinq ödənişlərinin həyata keçirilməməsinin səbəbi lizinq obyektlərinin “BP” Eksploreyşn (Şah Dən iz) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən edilmiş delikt nəticəsində yararsız hala salınması və vurulmuş zərərin əvəzinin vaxtında ödənilməməsi ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının hazırkı müraciətə əlavə olunmuş 2022-ci il 2 fevral tarixli qərardadının məzmunundan göründüyü kimi, delikt nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı Cavabdeh MMCnin ərizəsi icraata götürülmüşdür. Müsbət qərar qəbul olunacağı halda cavabdeh öz fəaliyyətini bərpa etməklə lizinq verənlə razılığın əldə olunmasına çalışacağı qeyd olunmuş və göstərilənlərə əsasən tərəflər arasında razılığın əldə olunmasına da şərait yaradılması məqsədi ilə kassasiya şikayəti üzrə qərarın çıxarılması üçün mümkün qədər uzun müddət gözlənilməsi xahi ş olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. İddiaçı tərəfindən kassasiya şikayətində qarşı 2022-ci il 25 oktyabr tarixində təqdim olunmuş etirazda qeyd olunmuşdur ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunmalıdır və işin təkrar apellyasiya baxışına göndərilməsi üçün əsaslar yoxdur.

31. Şikayətin cərimə məbləğinin ədalətli hesab edilə bilinməməsinə dair dəlili də əsassızdır. Belə ki, iddia ə rizəsindən də göründüyü kimi, tələb edilən cərimə məbləği 1.637.878,46 manat təşkil etmişdir. Məhkəmə tərəfindən tələbin cərimə məbləğinə dair təmin edilmiş hissəsi formalaşmış məhkəmə təcrübəsində bir çox hallarda tətbiq edilən ümumi cərimə məbləğinə münasibətdə tələbin 10 faizi məbləğinə qədər deyil, daha az, yəni 100.000 manat məbləğə kimi azaldılmışdır. İddiaçı humanist yanaşma sərgiləyərək cərimə məbləğinə dair iddianın təmin edilməyən hissəsi ilə razılaşmış, məhkəmə aktından şikayət verməmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblər inə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ

35. A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkə məsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 26-29) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 iyul tarixli 2-2(103)30/2022 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün h əmin məhkəməyə qaytarılmalıdır.

37. Kassatorun dəlilləri mahiyyət etibarilə ondan ibarətdir ki, cavabdeh tərəfindən lizinq ödənişləri iddiaçının bank hesabına ödənilmişdir. Belə olan halda, həmin ödənişlərə dair iddiaçının bank hesabından çıxarış əldə edilərək iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli və ümumilikdə nə qədər lizinq ödənişlərinin həyata keçirildiyi və nə qədər borcun qaldığı müəyyən edilməli idi. Lakin işə baxan məhkəmələr qeyd olunanların heç birini etməmiş, yalnız iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışına əsaslanmaqla müvafiq nəticəyə gəlmiş, araşdırmanın yalnız iddiaçının bank hesabından çıxarışın mövcudluğu ilə təsbit edilə bilməsini nəzərə almamışdır. Belə ki, cavabdeh MMCnin keçən müddət ərzində rəhbərliyi dəyişdiyindən köhnə rəhbərlik nağd şəki ldə müvafiq bank hesabına edilən ödənişlərə dair qəbzləri təhvil-təslim etməmiş və məhz bu səbəbdən cavabdeh tərəf müvafiq qəbzləri məhkəməyə təqdim etməmişdir.

38. İş materiallarından görünür ki, cavabdeh həmin xüsusatları özünün müvafiq yazılı vəsatətində bildirsə də (İ cild, i/v 190-191) və ekspertizanın təyin edilməsinə dair qərardadda apellyasiya instansiyası məhkəməsi ekspertiza tədqiqatının həyata keçirilməsi üçün ASC-nin "xxxx" ASC-də olan hesablaşma hesabına cavabdeh tərəfindən 2009-cu il 1 iyul tarixindən 2021-ci il 19 yanvar tarixinədək həyata keçirilmiş ödənişlər barədə məlumatların təqdim edilməsini (hesabdan çıxarış əlavə edilməklə) "xxxx" ASC-yə həvalə etsə də (İ cild, i/v 199-200), apellyasiya instansiyası məhkəməsi öz qərardadının sonadək düzgün icrasını təmin etməmiş, bun unla da cavabdehin vəsatəti faktiki olaraq nəticəsiz qalmış və bu səbəbdən də yekunda əsassız qətnamə qəbul edilmişdir.

39. Belə ki, "xxxx" ASC-dən məhkəməyə daxil olmuş məktubda dəqiqləşdirici məlumatlar (VÖEN) təqdim edildiyi təqdirdə araşdırma aparılacağı bildirilmiş (İİ cild, i/v 1), apellyasiya instansiyası məhkəməsi isə hər iki mübahisə tərəfinin deyil, yalnız cavabdehin VÖEN-ni banka təqdim etmiş (İİ cild, i/v 3), nəticədə ekspert tədqiqatına yalnız cavabdehin bank hesablarından çıxarış təqdim edilmişdir (İİ cild, i/v 4-8).

40. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi prinsipiallıq və obyektivlik göstərilməməsi nəticəsində ekspert tədqiqatı birtərəfli qaydada (yalnız iddiaçının təqdim etdiyi məlumatlar və cavabdehin bank hesablarınd an çıxarış əsasında) aparılmış, iddiaçının bank hesablarında aparılmış müvafiq əməliyyatlar isə ekspertiza tədqiqatının predmeti olmamışdır. Halbuki məhkəmə "xxxx" ASC-yə iddiaçının VÖEN-ni təqdim etməklə sözügedən məlumatları asanlıqla əldə edə və ekspertiza tədqiqatına təqdim edə bilərdi.

41. Halbuki məhkəmə tərəfindən "xxxx" ASC-yə müraciət edilməsinin əsas səbəbi məhz iddiaçının bank hesablarında aparılan əməliyyatların, o cümlədən cavabdeh tərəfindən müvafiq pul vəsaitlərinin daxil olmasının müəyyən edilməsi idi.

42. Beləliklə, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində iş üzrə alınmış ekspert rəyinə mötəbər sübut kimi istinad etməklə MPM-in 88 və 103.1-ci maddələrinin (bax yuxarıda § 35) tələblərini pozmuş, iş üzrə əsassız nəticəyə gəlmişdir.

43. Kassatorun digər dəlili ondan ibarətdir ki, məhkəmə cavabdehdən tutulmalı olan dəbbə pulunun məbləği barədə də düzgün nəticəyə gəlməmişdir.

44. Yuxarıda qeyd olunan səbəblərdən cavabdehdən tutulmalı olan əsas borcun həcmi barədə hazırda birmənalı nəticəyə gəlmək mümkün olmadığından, məhkəmə kollegiyası cavabdehdən tutulmalı olan cərimə pulu barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə üzrə hüquqi dəyərləndirmə aparmağı hazırkı vəziyyətdə qeyri-mümkün hesab edir.

45. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 35) zidd olaraq əsassız qətnamə qəbul etmişdir. Odur ki, həmin qətnamə ləğv edilməlidir.

46. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, iş üzrə qanuni v ə əsaslı qətnamə qəbul etməlidir.

47. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 iyul tarixli 22(103)-30/2022 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar